Məhkəmə qərarları › İş №2(102)-3181/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3181/2023

25.10.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3181/2023 25.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: fərdi əmək mübahisəsi, əsassız verilmiş intizam tənbehinin ləğv edilməsi, əmək haqqına əlavənin bərpa edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “əsassız verilmiş intizam tənbehinin ləğv edilməsi, əmək haqqına əlavənin bərpa edilməsi və s.” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2816/2023 nömrəli mülki iş üzrə 26 aprel 2023-cü il tarixli qətn aməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 25 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1999-cu il tarixində Şəki Qanköçürmə stansiyasında tibb bacısı vəzifəsinə qəbul edilmiş, xx.xx.2021-ci il tarixli, 604№-li əmrlə Bakı şəhərində yerləşən X10 laboratoriyasına laborant vəzifəsinə keçirilmişdir. 2. “Milli Hematologiya və Transfuziologiya” X8 (bundan sonra – cavabdeh) 01 aprel 2022-ci il tarixli, 292/1 nömrəli əmri ilə iddiaçıya müəssisə daxili nizam-intizam qaydalarını pozduğuna görə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Əsas kimi Cavabdehn X10 Laboratoriyasının la borantı iddiaçı tərəfindən əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmədiyini, iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozduğunu, əmək qanunvericiliyinin tələblərinə əməl etmədiyini, işlədiyi müddət ərzində dəfələrlə bu kimi nöqsanlara yol verməsi halları göstərilmişdir.

3. İddiaçıya 2022-ci ilin iyun ayına qədər əmək haqqına əlavə olan 120 manat ödənilmiş, qalan aylarda isə ödənilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona intizam tənbehi verilməsi barədə cavabdehin əmrinin qanunsuz hesab edilərək ləğv edilməsi, 2022-ci ilin iyun ayından ona ödənişi dayandırmış, əhaliyə pullu xidmətə görə əmək haqqına hər ay ödənilməli olan 100 manat əlavənin dayand ırıldığı vaxtdan, yəni 2022-ci ilin iyun ayından bərpa edilərək ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və cavabdeh tərəfindən, habelə onun tabeçiliyində olan Qan Bankının rəhbəri tərəfindən ona qarşı ayrıseçkiliyin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd olunan faktiki hallarından çıxış etməklə tələbini belə əsaslandırmışdır ki, işə gəldiyi ilk gündən X10 müdiri Qumral Əliyeva onunla qərəzli davranmışdır. Hətta o, sertifikasiya imtahanı üçün ona dəfələrlə müraciət etsə də, qanunsuz olaraq bu məktubu ona verməkdən imtina etmişdir. Halbuki, bu məktub sertifikasiyadan keçmək üçün hər bir işçiyə verilməlidir. 2022-ci ilin aprel ayında ona təzyiq göstərərək məcbur edirdilər ki, ərizə yazıb işdən çıxsın və yaxud imtahan verib tibb bacısı işləsin. O bildirdi ki, 22 ildən artıqdır ki, laborant işləyir, işinin öhdəsindən gəlmişdir və heç bir nöqsanı da olmamışdır. Ona görə də, ərizə yazmaqdan imtina etmişdir. Aprel 18-də Qumral xanım onu çağırıb dedi ki, ya tibb bacısı işinə keçsin, ya da ona töhmət verəcəkdir. Hətta sonradan, yəni 2022-ci ilin iyul ayında Əmək Müfəttişliyindən ona məktub göndəriləndə məlum oldu ki, ona töhməti xx.xx.2022-ci il tarixdə veriblər. Görünür, ya bu barədə ona məlumat verilməyib, ya da əmri aprel ayının 18-dən sonra versələr də, tarixini əvvəlki vaxta qoyublar. Həmin əmrin surəti indiyə qədər də ona verilməyib. Belə bir əmrin olduğunu Əmək Müfəttişliyinin məktubundan bilsə də, əmrin məzmununu və nəyə görə töhmət aldığı ona məlum deyildir. Əhaliyə pullu xidmətə görə əvvəllər aldığı, digər işç ilər tərəfindən yenə də alınan, hər ay əmək haqqına 100 manat əlavəsi 2022-ci ilin iyun ayından dayandırılmışdır. Ona intizam tənbehi verilməsi barədə əmrin surəti, habelə əmək haqqına əlavənin ödənişinin dayandırılmasına və ezamiyyə qrupundan çıxarılmağının səbəbləri barədə arayış verilməsi barədə Mərkəzə 17 avqust 2022-ci il tarixdə təqdim edilmiş vəkil sorğusuna 2 ay keçməsinə baxmayaraq hələ də cavab verilməmişdir.

6. Cavabdeh tərəfindən məhkəməyə iddia ərizəsinə etiraz təqdim edilmiş, qeyd olunmuşdur ki, iddiaçı müəssisə nizam-intizam qaydalarını kobud şəkildə pozaraq iş müddəti ərzində və bölgələrdə keçirilmiş qanvermə aksiyalarında ona tapşırılan işləri sonunadək yerinə yetirməkdən boyun qaçıraraq rəhbərliyin dəfələrlə edilmiş xəbərdarlığına baxmayaraq vəzifə öhdəliyini icra etməmiş, həmçinin iş yoldaşları ilə mübahisələr yaratmışdır. Bu səbəbdən X10 müdiri tərəfindən qan vermə aksiyalarında iddiaçının iştirakı müvəqqəti olaraq dayandırılmışdır. İddiaçı bütün iş fəaliyyəti müddəti ərzində işlədiyi vəzifələr üzrə təkmilləşdirmə kurslarında iştirak etməmiş və müvafiq sertifikasiyalar almamışdır. Bununla bağlı, Mərkəzin nizam-intizam komissiyası tərəfindən keçirilmiş iclasda təqdim edilmiş müvafiq sənədlərə əsasən iddiaçının vəzifə öhdəliklərini icra etdiyi zaman dəfələrlə nizam-intizam qaydalarını pozduğu və işçilərə qarşı kobud şəkildə davrandığı müzakirə edilmiş, iş fəaliyyəti müddəti ərzində təkmilləşmə kurslarında iştirak etmədiyinə görə öz ixtisası üzrə vəzifəyə keçməsi ilə bağlı insan resurslarının idarə edilməsi şöbəsinə yaxınlaşmalı və müvafiq prosedurdan keç məli olduğu bildirilmişdir. İddiaçı keçirilmiş iclasdan sonra İnsan resuslarının idarə edilməsi şöbəsinə yaxınlaşaraq ixtisasına uyğun olaraq vəzifəsinin dəyişdirilməsinə əsassız olaraq etirazını bildirmiş, səs tonunu yüksəltmişdir. İddiaçı əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmədiyinə, görə ona Mərkəz tərəfindən dəfələrlə xəbərdarlıq edilmiş, lakin işçi heç bir müsbət nəticə çıxarmamışdır. Bu səbəbdən qanunvericiliyə və Mərkəzin müvafiq daxili qaydalarına əsasən ona müvafiq intizam tənbeh növü verilmişdir. Həmçinin, iddiaçının ixtisası tibb bacısı olmasına baxmayaraq ştat üzrə tutduğu vəzifə laborantdır, belə olan halda, Səhiyyə Nazirliyinin vahid səhiyyə informasiya sistemi üzərində tutduğu vəzifə üzrə təkmilləşmə kursuna göndərildiyi zaman kurs tərəfindən tibb ba cısının laborant ixtisasına dair təkmilləşmə kursunda iştirak etməsinin mümkünsüz olması bildirilmişdir. Qeyd edilmiş məsələnin obyektiv baxımdan həll edilməsi ilə əlaqədar olaraq Mərkəz tərəfindən Səhiyyə Nazirliyinə müraciət edilmişdir. Müraciətə cavab olaraq bildirilmişdir ki, iddiaçı aldığı təhsilə uyğun olaraq tibb bacısı ixtisası üzrə kurs və setifikasiyadan keçdikdən sonra həmin ixtisas üzrə fəaliyyət göstərə bilər. Bununla bağlı iddiaçı X2 İdarə edilməsi şöbəsinə Səhiyyə Nazirliyinin müvafiq cavab məktubu ilə tanış olması üçün dair dəvət edilmiş və aldığı təhsilə uyğun olaraq müvafiq şöbəyə tibb bacısı vəzifəsinə keçməsi təklif edilmişdir. Həmin məktuba etirazını bildirərək təklifdən imtina etmişdir. Qanunvericiliklə müəyyən edilmiş müvafiq tutulmalar istisna olmaqla iddiaçı ilə Mə rkəz arasında bağlanmış əmək müqaviləsində qeyd edilmiş əmək haqqı kəsirsiz olaraq tam məbləğdə ona ödənilmişdir. Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X6 Xidmətinin sorğusuna cavab olaraq bildirilmişdir ki, Mərkəzlə iddiaçı arasında bağlanmış əmək müqaviləsinin və onlarda nəzərdə tutulmuş öhdəliklərə tam olaraq əməl edilmiş və beləliklə əmək münasibətləri sahəsində işəgötürənin üzərinə düşən əsas vəzifəsi üzrə heç bir qanun pozuntusuna yönəlməmişdir. Həmçinin, bildirilmişdir ki, Mərkəz tərəfindən əhaliyə göstərilən ödənişli xidmətlərdən gələn qeyri-sabit olan gəlirlərdən (talassemiya və qanın bədxassəli xəstələri istisna işçilərin əmək haqqına edilən əlavələr əmək funksiyasının yüksək peşəkarlıq səviyyəsində etdirilməsinə, müəssisədaxili intizam qaydalarına əməl edilməsi nə görə, həmçinin, işçini həvəsləndirmək məqsədi ilə həyata keçirilir. Qeyd edilənləri nəzərə alaraq, Əmək və Əhalinin Sosial Nazirliyi yanında X6 Xidməti tərəfindən bu məsələ ilə bağlı işin icraatına xitam vermiş və Sevda Məmmədovun müraciəti cavablandırılaraq məhkəməyə müraciət etmək hüququ ona cavab məktubunda izah edilmişdir. Qeyd edilən hallar iddiaçı tərəfindən dəfələrlə təkrarlandığına və ona şifahi xəbərdarlıqlar və yazılı müvafiq intizam tənbeh növlərindən heç bir müsbət nəticə vermədiyinə görə Mərkəzin nizam-intizam komissiyası tərəfindən keçirilmiş növbəti iclasda iddiaçıya müvafiq olaraq növbəti intizam tənbeh növünün verilməsi qərara alınmışdır. Həmin qərara uyğun olaraq qanunvericiliyinin qaydalarına əsasən X4 Komitəsinin Rəyasət Heyətinin keçirdiyi iclasın nəticəsi olaraq 26 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçıya növbəti intizam tənbeh növü verilmiş, lakin Mərkəzin İcraçı direktoru tərəfindən keçirilmiş iclasın nəticəsi olaraq iddiaçıya həmin işçinin islah edilməsi üçün rəhbər tərəfindən bir humanistlik göstərilmiş və son xəbərdarlıqla həmin qərar icra edilməmişdir. Müvafiq sənədlər məhkəməyə Mərkəz tərəfindən təqdim edilmişdir.

7. Məhkəmə iclasında X1 şahid qismində izahat verərək bildirmişdir ki, 22 ildir ki, Milli Hematologiya və Transfiziologiya Mərkəzində laborant müdiri vəzifəsində çalışır. İddiaçını 2 ildir tanıyır. İddiaçı onunla həkim müayinəsində oturur. Profili elədir ki, başqa işə keçirilə bilməz. İşə vaxtında gəlir, gedir. Səyyar briqadada problem yaranmışdı. Başqa laborant da onunla birgə çıxmışdı və aralarında mübahisə yaranmışdı. İddiaçı çox aqressiv danışırdı. Başqa həkimin yanına keçmək istəyirdi. Səhiyyə Nazirliyindən məktub gəlmişdi ki, o, tibb bacısı olaraq keçsin, lakin o, bununla razılaşmamışdır. Bütün laborantların iki sertifikatı vardır. Təkcə onda laborant sertifikatı yoxdur. Ona neçə dəfə bildirmişdir ki, getsin sertifikasiyadan keçsin, lakin o getməmişdir. Sertifikasiya müddətində işçinin işi dayandırılır, maaşı 50% məbləğində kəsilir, imtahana hazırlaşması üçün ona 6 ay vaxt verilir, imtahandan keçəndən sonra işi yenidən bərpa edilir.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi 2(006)-4975/2022 saylı, 23 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim N.Tağıyeva) iddia qismən təmin edilmiş, cavabdeh tərəfindən iddiaçıya şiddətli töhmət verilməsi haqqında xx. xx.2022-ci il tarixli, 292/1 saylı əmrin qanunsuz hesab edilərək ləğv edilməsi, 2022-ci ilin iyun ayından iddiaçıya ödənişi dayandırılmış əhaliyə pullu xidmətə görə əmək haqqına hər ay ödənilməli olan 100 manat əlavənin dayandırıldığı vaxtdan, yəni 2022-ci ilin iyun ayından bərpa edilərək ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, intizam tənbehi, işçiyə o, Əmək Məcəlləsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə, yaxud, əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə verilir. Lakin, işəgötürən tərəfindən iddiaçıya intizam tənbehi verilərkən əmək, əmək qanunvericiliyinin tələblərinə əməl edilməmişdir. Belə ki, işəgötürən tərəfindən işçiyə konkret olaraq hansı səbəbdən şiddətli töhmət verilməsi məlum deyildir. Cavabdehin nümayəndəsinin bildirdiyinə görə iddiaçı qanvermə aksiyalarında iştirakı zamanı işçi yoldaşları ilə kobud münasibət etmiş, sonradan ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, bundan nəticə çıxarmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qeyd edilənlər işçiyə şiddətli töhməti verilməsi əsası kimi qəbul edilə bilməz.

10. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən qeyd edilənlər işçiyə şiddətli töhməti verilməsi əsası kimi qəbul edilə bilməz. Bundan əlavə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin tələblərinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. Halbuki, iş materialların da işçiyə intizam tənbehi verilməmişdən əvvəl ondan yazılı izahatın alınması və ya işçinin bundan imtina etməsi ilə bağlı heç bir sübut təqdim edilməmişdir.

11. Əlavə olaraq, cavabdeh tərəf bildirmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə ona intizam tənbehinin verilməsi ilə bağlı əmrlə şəxsən tanış olmuş, lakin ona imza atmaqdan imtina etmişdir. Halbuki, iddiaçının bildirdiyinə görə o, sözügedən əmrdən ümumiyyətlə xəbəri olmamışdır. O, X3 göndərilən cavab məktubu əsasında ona intizam tənbehinin verilməsi barədə xəbərdar olmuş, sonradan cavabdehə intizam tənbehi barədə əmrin surətini, habelə əmək haqqına əlavənin ödənişinin dayandırılmasının və ezamiyyət qrupundan çıxarılmasının səbəbləri barədə ona arayış verilməsi ilə bağlı müraciət etsə də, bunun heç bir nəticəsi olmamışdır.

12. Həmçin in, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinə əsasən, intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Lakin, hazırkı iş üzrə İddiaçı tərəfindən əmək və ya icra intizamının pozulduğu gün aşkar deyildir.

13. Əlavə olaraq, cavabdeh tərəf bildirmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə ona intizam tənbehinin verilməsi ilə bağlı əmrlə şəxsən tanış olmuş, lakin ona imza atmaqdan imtina etmişdir. Halbuki, iddiaçının bildirdiyinə görə o, sözügedən əmrdən ümumiyyətlə xəbəri olmamışdır. O, X3 göndərilən cavab məktubu əsasında ona intizam tənbehinin verilməsi barədə xəbərdar olmuş, sonradan cavabdehə intizam tənbehi barədə əmrin surətini, habelə əmək haqqına əlavənin ödənişinin dayandırılmas ının və ezamiyyət qrupundan çıxarılmasının səbəbləri barədə ona arayış verilməsi ilə bağlı müraciət etsə də, bunun heç bir nəticəsi olmamışdır.

14. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə, Əmək Məcəlləsinin 10, 186, 187, 311-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.3-cü maddələrinə istinadla əsaslandırılmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Şikayət onunla əsaslandırılmışdır ki, qanunvericiliklə müəyyən edilmiş qaydada iddiaçıya əmək və icra intizamının pozulmasına görə “sonuncu xəbərdarlıqla şiddətl i töhmət vermək” intizam tənbeh növü seçilərək verilmişdir. Əmək Məcəlləsinin 187- ci maddəsinin 1-ci hissəsinə əsasən, “işçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir”. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli aktda iddiaçının İnsan Resurslarının idarə edilməsi şöbəsinə dəvət edilməsi, barəsində tərtib edilmiş və iş materiallarına əlavə edilmiş müvafiq təqdimat və izahatlarla tanış olması, lakin həmin sənədlərdə qeyd edilənləri özünə qarşı haqsızlıq kimi qəbul edən İddiaçı yazılı izahat verməkdən imtina etməsi qeyd edilmişdir. İş materiallarından göründüyü kimi Mərkəzin Komissiyası tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli Protokoluna əsasən, intizam xətasının törədildiyi gündən işçiyə intizam tənbehinin verilməsi müddət i keçirilməmiş və beləliklə bununla bağlı qanun tələbi pozulmamışdır. Məhkəmə qəbul edilmiş müvafiq məhkəmə aktında MPM-nin qeyd edilən maddələrinə əsaslandırdığını bildirmişdir. Lakin İddiaçı məhkəməyə heç bir sübut təqdim etmədən mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda, məhkəmə iddiaçının tələbini təmin etdiyi zaman iddiaçının təqdim etməli olduğu, lakin təqdim etmədiyi hansı sübutları araşdırıb onlardan istifadə edərək qərar qəbul etdiyi məlum olmamışdır.

17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2816/2023 nömrəli iş üzrə 26 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – E.Kazımov (sədrlik edən və məruzəçi), N.Cəfərov və İ.Şirinov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiy a məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Cavabdeh tərəfindən iddiaçının ümumiyyətlə əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinə dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Düzdü, iş materiallarında cavabdeh qurumun bəzi əməkdaşlarının 2021-ci ilin iyul, avqust və dekabr aylarında, eləcə də iddiaçıya intizam tənbehi verildiyi tarixdən sonrakı aylarda, yəni 2022-ci ilin iyun və iyul aylarında yazılmış izahat və təqdimatları mövcuddur. Ancaq 2021-ci ildə yazılmış həmin izahatlardakı məlumatlar mötəbər olmasa belə, ən azından bir ay keçdiyinə görə 01 aprel 2022-ci ildə iddiaçıya intizam tənbehi verilməsi üçün ə sas ola bilməzdi. Cavabdeh apellyasiya şikayətində qeyd olunanların əsaslılığı barədə hər hansı bir mötəbər dəlil göstərmədiyindən şikayət təmin edilə bilməz. Əksinə, apellyasiya şikayətində qeyd olunanların əsaslı olmadığı iş materialları ilə də təsdiq olunur.

19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı tərəfindən ona sonuncu xəbərdarlıq verilməklə şiddətli töhmət verilməsi barədə əmrdə göstərilmiş əmək intizamını pozması halları öz təsdiqini tapmadığından, işəgötürən tərəfindən işçiyə konkret olaraq hansı səbəbdən intizam tənbehi verilməsi məlum deyildir. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli aktın məzmunu ilə eyni olan xx.xx.2022-ci il tarixli aktın mötəbərliliyinə birinci instansiya məhkəməsi hüquqi qiymət vermişdir. Apellyasiya instansiyası məhkəməsi də bununla razılaşır. Çünki, hər iki akt cavabdeh qurumun səlahiyyətli şəxsləri imzalamışdır (bax.i.v.8586). Bu aktlar iddiaçıya qeyd olunan əsaslarla intizam tənbehi veriləcəyindən yaxud intizam tənbehi verilməsindən məlumatlı olması üçün mötəbər sübut və yetərli əsas ola bilməzdi. Çünki, cavabdeh tərəfin işdə bilavasitə maraqlı şəxsləri tərəfindən tərtib edilmişdir. Təbii ki, cavabdeh qurumun əməkdaşları öz işlərini itirməkdən qorxduqları üçün hansısa təsir altında iddiaçının barəsində izahat verə yaxud onların iştirakı ilə akt tərtib edilə bilər. Bu izahatlar və aktlar cavabdehin mənafeyinə uyğun olsa da, mötəbər qəbul edilə bilməz. Çünki, birtərəfli olmaqla, yalnız cavabdehin maraqlarına uyğun əldə edilmiş sübutlar hesab olunur.

20. Əksinə, həm iddia ərizəsinin və işdə olan sənədlərin məzmunundan, həm də iddiaçının izahatlarından bəlli olur ki, cavabdeh qurumun X10 müdiri Qumral Vəliyevanın qanunsuz hərəkətləri, o cümlədən korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı aidiyyəti orqanlara məlumat verdiyi üçün iddiaçının barəsində ağır intizam tənbehi tətbiq edilmişdir. Həmin vaxta qədər, iddiaçının heç bir intizam məsuliyyətinə cəlb edilməməsi işdən də görünür. Deməli, cavabdeh qurum intizam tənbehinin qanunla müəyyən edilmiş hallardan irəli gəlməsini və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumata aidiyyəti olmadığını əsaslandırmalıdır (ƏM.m.187.4). Bu Əmək Məcəlləsinin imperativ tələbidir. Ancaq nə iş materiallarında, nədə cavabdeh tərəfin məlumatlarında bu məsələyə ümumiyyətlə münasibət bildirilmir. Demək ki, cavabdeh tərəf də bu faktı təkzib edə bilmir.

21. Bundan başqa, məhkə məyə təqdim edilən arayışdan göründüyü kimi, iddiaçıya 2022-ci ilin iyun ayına kimi əmək haqqına əlavə olan pul vəsaiti ödənilmiş, qeyd olunan tarixdən isə kəsilmişdir. Cavabdeh tərəf bunun iddiaçıya verilmiş intizam tənbehi ilə əlaqədar olmadığına dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Apellyasiya baxışı zamanı da cavabdehin nümayəndəsi bunun həqiqətən də intizam tənbehi ilə bağlı olmadığını əsaslandırmağa çalışsa da, bu hal qətnamənin həmin hissədə ləğv edilməsi və iddianın həmin hissədə rədd edilməsi üçün əsas ola bilməz. Çünki, ilk növbədə əmək haqqına əlavənin kəsilməsinin intizam tənbehi ilə bağlı olmadığına dair cavabdeh məhkəməyə mötəbər sübut təqdim etməli idi. Mötəbər sübut kimi, məsələn, Mərkəzdə olan başqa işçilərə ödənilən əlavələrin də kəsildiyini təsdi q edən sübut təqdim etmək olardı, ancaq edilməmişdir. Əksinə, əksər işçilərin əmək haqqına əlavəni bu günədək aldıqlarını cavabdehin nümayəndəsi də təkzib etmədi. Demək ki, iddia tələbinin bu hissəsi də açıq-aşkar əsaslı olmuş və birinci instansiya məhkəməsinin bu hissədə gəldiyi nəticə də düzgün olmuşdur. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. Cavabdeh (vəkili Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

23. Şikayət apelyasiya şikayəti və iddia ərizəsinə etiraz göstərilənlər ilə əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, iddiaçıya şiddətli töhmət növündə intizam tənbehi xx.xx.2022-ci il tarixli əmrlə verilmişdir. Bu əmr iddiaçıya hər ay ödənilən 100 manat əlavənin dayandırılmasını əhatə etmir və buna görədir ki, intizam tənbehinin verildiyi vaxtdan sonra 2 ay ərzində iddiaçıya bu vəsait ödənilmişdir. Birinci instansiya məhkəməsi 100 manat əlavənin ödənilməsi qənaətinə gələrkən qeyd etmişdir ki, iddiaçı barəsində tətbiq edilən intizam tənbehi barədə əmr qanunvericiliyin tələbləri pozularaq verildiyindən həmən vəsaitin ödənilməsi bərpa edilməlidir. Lakin, həmin əmrlə 100 manat əlavənin kəsilməsinin heç bir əlaqəsi olmamışdır. Bunu əmrin məzmunu və əlavənin əmrdən sonra 2 ay ödənilməsi təsdiq edir. Lakin apelyasiya bu halı nəzərə almamış və düzgün olmayan nəticəyə gəlmişdir. İş materiallarından da məlum olduğu kimi 01 iyul 2022-ci il tarixində iddiaçı ilə olan əmək müqaviləsinə Əmə k Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və 72ci maddəsinin “ə” bəndinə əsasən əmək müqaviləsi ləğv edilmiş, lakin sonradan işəgötürən humanistlik göstərərək bu əmri icra etməmişdir. İddiaçıya ödənilən 100 manat əlavənin kəsilməsi məhz bu əmrdən sonra olmuşdur və xx.xx.2022-ci il tarixli əmrin qanunsuz hesab edilməsi iddiaçıya 100 manat əlavənin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qanunsuzdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

25. Maddə

10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri kimi əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; işəgö türənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; əmək qanunvericiliyinin tələblərinə əməl etmək və s. göstərilmişdir.

26. Maddə 186.1. İşçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə, yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.

27. Maddə 186.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona töhmət vermək; sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; kollektiv müq avilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək intizam tənbehlərindən birini verə bilər.

28. Maddə 186.3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır.

29. Maddə 187.1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

30. Maddə 187.2-ci hissə. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezami yyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.

31. Maddə 187.3. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam xətası verilə bilməz.

32. Maddə187.4-cü hissə. İdarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçisi barəsində intizam tənbehini tətbiq edən idarə, müəssisə və ya təşkilat intizam tənbehinin qanunla müəyyən edilmiş hallardan irəli gəlməsini və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumata aidiyyəti olmadığını əsaslandırmalıdır.

33. Maddə 189.3. İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır.

34. Maddə 190.3. İşçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunver iciliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə ə lavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

44. Apellyasiya instansiya mə hkəməsi cavabdehin dəlillərini qiymətləndirərək belə qənaətə gəlmişdir ki, intizam tənbehi qanunvericiliklə müəyyən olunmuş qaydanın (pozuntunun aşkar edilməsindən sonra bir ay ərzində tənbehin tətbiqinin mümkün olması) pozulması ilə verilmişdir. İddiaçı tərəfindən ona sonuncu xəbərdarlıq verilməklə şiddətli töhmət verilməsi barədə əmrdə göstərilmiş əmək intizamını pozması halları öz təsdiqini tapmadığından, işəgötürən tərəfindən işçiyə konkret olaraq hansı səbəbdən intizam tənbehi verilməsi məlum deyildir. Bunların əksi olan sübutlar isə mövcud deyildir.

45. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nətic ələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

46. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

47. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

48. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2816/2023 nömrəli mülki iş üzrə 26 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar