Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3181/2024 04.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İbrahimli Ziya Əhədağa oğlunun Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: reqress qaydasında pul tələbi, birgə nikahda yaranan borc) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 may 2024-cü il tarixli, 2(103)2912/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inziba ti binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İbrahimli Ziya Əhədağa oğlu və Cavabdeh 07 dekabr 2013 ildə nikaha daxil olmuş, nikahları 2016-cı ildə pozulmuşdur.
2. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, 1-ci məhəllə, 1H saylı fərdi yaşayış evin İbrahimli Ziya Əhədağa oğlunun mülkiyyətində olmuşdur. 3. "xxxx" ASC və Cavabdeh arasında 01 may 2015-ci il tarixdə kredit müqaviləsi bağlanaraq, borcalana 36 ay müddətinə, illik 24 faiz ödəmək şərti ilə 20000 ABŞ dolları məbləğində kredit verilmiş, həmin kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq 01 may 2015-ci il tarixli ipoteka müqaviləsi ilə İbrahimli Ziya Əhədağa oğlu mülkiyyətində olan qeyd olunaq fərdi yaşayış ipoteka ilə yüklü etmişdir.
4. Bakı şəhəri Qaradağ Rayo n Məhkəməsinin 24 may 2016-cı il tarixli qətnaməsi ilə "xxxx" ASC-nin iddiası qismən təmin edilərək, Cavabdeh ümumilikdə 21312 ABŞ dolları borcun Azərbaycan manatı məzənnəsinə uyğun olaraq, ödənilmiş dövlət rüsumu məbləğindən 30 manatın ASC-nin xeyrinə tutulması, İbrahimli Ziya Əhədağa oğlunun fərdi yaşayış evinin ixtisaslaşdırılmış açıq hərracdan satılması, fərdi yaşayış evinin satışından əldə edilmiş vəsaitdən 21312 ABŞ dollarının Azərbaycan manatı məzənnəsinə uyğun olaraq, ödənilmiş dövlət rüsumu məbləğindən 30 manatın bankın xeyrinə ödənilməsi, mənzilin satışından götürülmüş məbləğ bankın tələbini ödəməyə kifayət etməsə, çatışmayan məbləğin cavabdehdən tutulması, mənzilin satışından əldə edilmiş məbləğ tələbdən artıq olarsa, artıq məbləğ iddiaçıya qaytarılması, mənzil satıldıqdan sonra orada yaşayan şəxslərin istifadə hüquqlarına xitam verilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir.
5. İbrahimli Ziya Əhədağa oğlu "xxxx" ASC-nin razılığı ilə mülkiyyətində olan fərdi yaşayış evini 17 avqust 2017-ci il tarixli müqavilə ilə 32025 manat X1, "xxxx" ASC və Cavabdeh arasında bağlanmış 01 may 2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəlikləri tam icra etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı İbrahimli Ziya Əhədağa oğlun Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30500 manat məbləğində pulun cavabdehdən alınaraq, ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, ipoteka predmeti olan fərdi yaşayış evi nikahdan əvvəl iddiaçıya məxsus o lmuşdur. Qaradağ Rayon Məhkəməsinin 24 may 2016cı il tarixli qətnaməsi cavabdeh tərəfindən icra etmədiyindən, iddiaçıya məxsus ev 17 avqust 2017-ci il tarixdə X3 32025 manata satılmış, həmin puldan banka olan 30500 borc tutulmuş, yerdə qalan hərrac xərci və digər xərclər çıxıldıqdan sonra 19 iyul 2022-ci il tarixdə yerdə qalan pul iddiaçıya verilmişdir. Cavabdeh banka olan borcuna görə iddiaçının mülkiyyətinin satılması nəticəsində ödənilən 30500 manatı iddiaçıya qaytarmaqdan yayınır.
8. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, 2(003)3280/2023 nömrəli qətnaməsi ilə (hakim İ.N.Cəfərzadə) iddia tələbi təmin edilmiş, Cavabdeh 30500 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumuna görə 184 manatın alınaraq iddiaçı İbrahimli Ziya Əhədağa oğluna ödənilməsi qət edilmi şdir.
9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iş üzrə cavabdeh "xxxx" ASC-dən kredit götürmüş və həmin zaman iddiaçıya məxsus daşınmaz əmlakın kreditin təminatı kimi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh "xxxx" ASC qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, nəticədə məhkəmə qətnaməsinə əsasən cavabdeh ümumilikdə 21312 ABŞ dolları məbləğində pulun tutulması, tutmanın iddiaçıya məxsus və bank qarşısında ipoteka ilə girov qoyulmuş daşınmaz əmlaka yönəldilməsi, həmin əmlakın hərracdan satılması, satışdan əldə olunan pul vəsaitinin hesabına cavabdehin "xxxx" ASC-yə olan kredit borcunun ödənilməsinə yönəldilməsi qət edilmişdir. İddiaçı özünə məxsus və ipoteka predmeti olan daşınmaz əmlakı "xxxx" ASC-nin razılığı əsasında satmış və əldə olunan pul vəsaitinin 30500 manat hissəsi hesabına cavabdehin "xxxx" ASC-yə olan kredit borcu ödənilmişdir.
10. İddiaçının mülkiyyətində olan daşınmaz əmlakın satışından əldə olunan pul vəsaiti hesabına cavabdehin "xxxx" ASC-dən götürdüyü kreditə görə yaranmış 30500 manat məbləğində borc ödənildiyindən, iddiaçıya həmin məbləğdə zərər dəymişdir. Bu səbəbdən iddiaçının cavabdehə qarşı reqres qaydasında həmin pul məbləğini geri tələb etmək hüququ yaranmışdır.
11. Eyni zamanda, məhkəmə qeyd etmişdir ki, mübahisə predmetinə daxil olan daşınmaz əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak olması, cavabdeh tərəfindən götürülmüş kreditin isə ailə ehtiyacları üçün xərclənməsi iş materialları ilə müəyyən edilməmiş və bu barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.
12. Birinci instansiya məhkəmə si gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 385.1, 1096.1, 1141.1-ci, Ailə Məcəlləsinin 34.1, 41.2-ci, Mülki Prosessual Məcəllənin 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
13. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi cavabdehin iştirakını təmin etmədən işə baxdığı üçün çəkişmə prinsipini pozmuşdur. Belə ki, cavabdeh iddiaçının ikinci həyat yoldaşı olmuş, 2012-ci ildən faktiki, 07 dekabr 2013-cü il tarixdən 2016-cı ilədək isə rəsmi nikahda olmaqla iddiaçının mülkiyyətində olmuş Lökbatan qəsəbəsi, 2-ci massiv, 1-ci məhəllə, 1H saylı fərdi yaşayış evində yaşamışdır. İddiaçı ilə ailə həyatı qurarkən, iddiaçı cavabdehə birinci həyat yoldaşının Biləsuvar rayonunda onlara aid olan evdə yaşadığını, bu evin isə onlara (iddiaçı ilə cavabdehə) aid olduğunu bildirmiş və daha sonra tikintisi başa çatdırılmamış və tam təmirsiz vəziyyətdə olan evin tikintisi və təmiri 2013-cü ilin yanvar ayından 2014-cü ilin sentyabr ayınadək olan müddət ərzində cavabdehin adına “Bank of Baku”, “AG Bank”, “Bank Respublika”, “Bank BTB” və “Unibank”dan alınan 36300 manat kredit hesabına tam başa çatdırılmışdır. O dövrdə iddiaçı 3 saylı avtonəqliyyat müəssisəsində sürücü işləməklə, aldığı əmək haqqı 120 manat olduğundan heç bir bankın ona kredit vermədiyinə cavabdehi inandırmış, göstərilən banklardan isə Heydər Əliyev adına Hava limanında işləməklə ayda 500-700 arasında əmək haqqı alan cavabdehin adına müxtəlif məbləğlərdə kreditlər aldırmış və həmin vəsaitləri də birlikdə yaşadıqları dövrdə iddiaçıya məxsus evin tikintisinin başa çatdırılmasına və təmirinə sərf etdirmişdir. İstinad edilmiş hallar apellyasiya şikayətinə əlavə edilmiş iddiaçının keçmiş həyat yoldaşı X2 iddiaçıya qarşı Qaradağ Rayon Məhkəməsində qaldırdığı “Lökbatan qəsəbəsi, 2-ci massiv, 1-ci məhəllə, 1H saylı fərdi yaşayış evinin reyestrdən çıxarışının və texniki pasportunun etibarsız hesab edilməsi, həmin evə birgə mülkiyyət hüququnun tanınmasına” dair iddiaya qarşı 25 fevral 2015-ci il tarixdə qaldırdığı “evin şəxsi vəsaiti və banklardan alınmış kredit vəsait hesabına inşa edilməsinə” dair qarşılıqlı iddiada göstərdiyi h allarla tam təsdiq edilir. Belə ki, iddiaçı qarşılıqlı iddianın 2-ci səhifəsində “mübahisə edilən evin tikintisini və təmirini 2013-cü ilin yanvar ayından 2014-cü ilin sentyabr ayınadək olan müddət ərzində öz adına və cavabdehin adına “Bank of Baku”, “AG Bank”, “Bank Respublika”, “Bank BTB” və “Unibank”dan alınmış 30.700 manat kredit hesabına başa çatdırdığını etiraf edir. Qeyd edilən iddia ilə bağlı mülki iş Qaradağ Rayon Məhkəməsinin icraatında olduğu müddətdə artıq iddiaçının keçmiş həyat yoldaşı Arzu İbrahimovanın 3 övladı ilə birlikdə həmin evə köçürülməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 23 may 2013-cü il tarixli qətnaməsi qüvvədə olduğundan, iddiaçı cavabdehə qətnamənin icrasının qarşısını almaq məqsədi ilə müxtəlif banklardan pul alıb, Arzu İbrahimovaya kompensasiya verməyi t əklif etmiş, lakin o dövrdə onun banklara kifayət qədər borcu olduğundan heç bir bank ona girovsuz kredit verməmiş, İddiaçı məcbur qalıb özünə məxsus olan həmin evi girov qoyub "xxxx" ASCdən ona 01 may 2025-ci il tarixdə 20.000 ABŞ dolları kredit götüzdürmüş və pulu ondan alıb bildirmişdir ki, həmin pulun hesabına 15.000 manat Arzu İbrahimovaya kompensasiya ödəməklə onunla barışıq sazişi bağlamaq və gələcəkdə də bankdan aldığı pulu özü ödəmək niyyətindədir. Həmin razılaşmaya əsasən, iddiaçı "xxxx" ASC-dən 01 may 2015-ci il tarixində cavabdehin alıb ona verdiyi 20.000 ABŞ dollarından 08 may 2015-ci il tarixdə Arzu İbrahimovaya ilkin 6000 manat, müqavilə bağlanan gündən 5 ay ərzində 9.000 manat məbləğində kompensasiya ödəyəcəyinə dair aralarında barışıq müqaviləsi bağlanmış, Qaradağ Rayon Mə hkəməsinin 08 may 2015-ci il tarixli qərardadı ilə həmin barışıq sazişi təsdiq edilmişdir. Odur ki, iddiaçının keçmiş həyat yoldaşı Arzu İbrahimovaya və onun himayəsində yaşayan üç uşağına kompensasiya ödəmək məqsədi ilə özünə məxsus evi girov qoyub, bankdan cavabdehə götürtdüyü 20.000 ABŞ dolları vəsaiti hazırda reqres qaydasında cavabdehdən tələb etməkdə haqlı sayıla bilməz. Digər tərəfdən, "xxxx" ASC ilə müqavilə 01 may 2015-ci il tarixdə 3 il müddətinə bağlanmış, müqavilənin müddəti bitmədiyi halda məhkəmə qətnaməsi əsasında tərəflər arasında kredit müqaviləsi üzrə öhdəliklərə xitam verilməsi barədə qətnamə qəbul edilmiş, lakin həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası müddəti 01 may 2018-ci il tarixdə tamamlanmışdır. İddiaçıya münasibətdə iddia müddətinin axımı da hə min vaxtdan başlamış və Mülki Məcəllənin 373.2-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçı 3 il ərzində, yəni 01 may 2021-ci il tarixədək reqres qaydasında cavabdehə qarşı iddia irəli sürmək hüququ olduğu halda hazırkı ərizə ilə məhkəməyə 2023-cü ildə müraciət etmiş, bununla da tələb üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Bu hal iddianın təmin edilməməsi üçün əsas olduğu halda birinci instansiya məhkəməsi buna əhəmiyyət verməmişdir.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 may 2024-cü il tarixli, 2(103)-2912/2024 nömrəli qətnaməsi ilə (hakim E.C.Kazımovun sədrliyi və məruzəsi ilə, hakimlər N.Ş.Cəfərovdan və İ.S.Şirinovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, 2(003)3280/2 023 nömrəli qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilməmişdir.
16. Apellyasiya kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edildiyindən birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
17. Əvvəla, cavabdehin adına 01 may 2015-ci ildə "xxxx" ASC-dən 20000 ABŞ dolları kredit alınarkən və kreditin təminatı kimi iddiaçıya məxsus fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü edilərkən tərəflər rəsmi nikahda olmuşlar. Bank tərəfindən tərəflərdən kredit borcu və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair tələb irəli sürülməyə başlayarkən də tərəflər nikahda olmuş və məhkəmə iclasında iddia tə ləbi ilə razı olduqlarını bildirmişlər. 17 avqust 2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçı ipoteka predmeti olan evi ipoteka saxlayanın razılığı əsasında satmış və əldə olunan pul vəsaiti hesabına banka olan kredit borcu ödənilmişdir.
18. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya məhkəməsi göstərmişdir ki, maddi zərər vurulması üçün cavabdeh iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. Lakin, hazırkı iş üzrə cavabdehin iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməsi, yəni zərər vurması hər hansı bir sübutla təsdiq olunmur.
19. Həmçinin, cavabdehin adına rəsmiləşdiri lmiş kreditin ailə ehtiyacları üçün xərclənib-xərclənməməsini müəyyən etmək üçün məhkəmə ilk növbədə cavabdehin məhkəmə iclasında iştirakını təmin etməli və ondan iddiaya münasibətini öyrənməli idi. Ancaq cavabdehin məhkəmə iclasında iştirakını təmin etmədən və iddiaya münasibətini öyrənmədən ehtimallar əsasında bu qənaətə gəlmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradır. Bunun üçün məhkəmə tərəfə prosessual hüquqlarının həyata keçirilməsində köməklik göstərir. Çünki mülki prosessual qanunvericilik məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, cavabdeh iddiaçının keçmiş ikinci arvadı olmuş, yəni 2013-cü ilin əvvəlindən faktiki, 07 dekabr 2013-cü il tarixdə n 2016-cı ilədək isə rəsmi nikahda olmaqla iddiaçının mülkiyyətində və sonradan ipoteka predmeti olmuş Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi, 2-ci massiv, 1-ci məhəllə, 1H saylı fərdi yaşayış evində yaşayıblar. Tikintisi başa çatdırılmamış və təmirsiz vəziyyətdə olan həmin evin tikintisi və təmiri 2013-cü ilin yanvar ayından 2014-cü ilin sentyabr ayınadək olan müddət ərzində cavabdehin adına “Bank of Baku”, “AG Bank”, “Bank Respublika”, “Bank BTB” və “Unibank”dan alınan 36.300 manat kredit hesabına tam başa çatdırılmışdır. Apellyasiya şikayətinə əlavə edilmiş iddiaçının keçmiş birinci arvadı X2 ona qarşı Qaradağ Rayon Məhkəməsində qaldırdığı “Lökbatan qəsəbəsi, 2-ci massiv, 1-ci məhəllə, 1H saylı fərdi yaşayış evinin reyestrdən çıxarışının və texniki pasportunun etibarsız hesab edil məsi, həmin evə birgə mülkiyyət hüququnun tanınmasına” dair iddiaya qarşı xx.xx.2015-ci il tarixdə qaldırdığı “evin şəxsi vəsaiti və banklardan alınmış kredit vəsait hesabına inşa edilməsinə” dair qarşılıqlı iddiada iddiaçı bu halları özü təsdiq edib. Belə ki, iddiaçı qarşılıqlı iddianın 2-ci səhifəsində “mübahisə edilən evin tikintisini və təmirini 2013-cü ilin yanvar ayından 2014-cü ilin sentyabr ayınadək olan müddət ərzində öz adına və Cavabdeh adına “Bank of Baku”, “AG Bank”, “Bank Respublika”, “Bank BTB” və “Unibank”dan alınmış 30.700 manat kredit hesabına başa çatdırdığını etiraf edir. Cavabdehin ayrı-ayrı banklardan kredit alması həmçinin apellyasiya şikayətinə əlavə edilmiş Mərkəzi Kredit Reyestri Xidmətinin 195/3535 saylı Mərkəzləşdirilmiş kredit reyestrindən çıxarışda da açıq-ayd ın görünür.
21. Cavabdeh həmçinin bəyan etmişdir ki, qeyd edilən iddia ilə bağlı mülki iş Qaradağ Rayon Məhkəməsinin icraatında olduğu müddətdə artıq iddiaçının keçmiş arvadı Arzu İbrahimovanın 3 övladı ilə birlikdə həmin evə köçürülməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 23 may 2013-cü il tarixli qətnaməsi qüvvədə olduğundan iddiaçı cavabdehə qətnamənin icrasının qarşısını almaq məqsədi ilə müxtəlif banklardan pul alıb Arzu İbrahimovaya kompensasiya verməyi təklif etmiş, lakin o dövrdə banklara kifayət qədər borcu olduğundan heç bir bank girovsuz kredit verməmiş, İddiaçı məcbur qalıb özünə məxsus olan həmin evi girov qoyub "xxxx" ASC-dən 01 may 2015-ci il tarixdə 20.000 ABŞ dolları məbləğində cavabdehin adına kredit almış, iddiaçı həmin pulun hesabına 15.000 manat Arzu İbrahimovaya komp ensasiya ödəməklə onunla barışıq sazişi bağlamaq və gələcəkdə də bankdan aldığı pulu özü ödəmək niyyətində olduğunu bildirmişdir. Razılaşmaya əsasən, iddiaçı "xxxx" ASC-dən 01 may 2015-ci il tarixində cavabdehin alıb ona verdiyi 20.000 ABŞ dollarından 08 may 2015-ci il tarixdə Arzu İbrahimovaya ilkin 6000 manat, müqavilə bağlanan gündən 5 ay ərzində isə 9.000 manat məbləğində kompensasiya ödəyəcəyinə dair aralarında barışıq müqaviləsi bağlanmış, Qaradağ Rayon Məhkəməsinin 08 may 2015-ci il tarixli qərardadı ilə həmin barışıq sazişi təsdiq edilmişdir. Cavabdeh bəyan etdiyi bu hallara dair sübutları da apellyasiya baxışında təqdim etmişdir.
22. Apellyasiya baxışı zamanı təqdim edilmiş Biləsuvar Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, iddiaçının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilməsi barədə qərarından görünür ki, İddiaçı Şirvan Apellyasiya Məhkəməsinin 30 oktyabr 2017-ci il tarixli qətnaməsinin və barışıq sazişinin təsdiq edilməsi barədə Qaradağ Rayon Məhkəməsinin 08 may 2015-ci il tarixli qanuni qüvvəyə minmiş qərardadını icra etmədiyinə görə barəsində Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işi başlanmış, barəsində həbs qətimkan tədbiri seçilmiş, lakin hökm çıxarılanədək icra sənədini tam icra etdiyinə görə cinayət məsuliyyətindən azad edilmiş və cinayət işinin icraatına xitam verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 30 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Biləsuvar Rayon Məhkəməsinin 05 may 2017-ci il tarixli qətnaməsi ilə on dan alınmalı olan 18500 manatın 15000 manat hissəsi azaldılaraq (3500 manat saxlanılmış) təmin edilməmişdir. Bu iddia hazırkı iddiaçı ilə cavabdeh arasında 30 iyul 2014-cü ildə bağlanmış borcun etirafı müqaviləsinə və 29 oktyabr 2014-cü ildə İddiaçı Cavabdeh tikdiyi evi adına xüsusi mülkiyyət kimi qeydə alınması üçün əlavə 3500 manat alması ilə əlaqədar olmuşdur. Şirvan Apellyasiya Məhkəməsi 30 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə 30 iyul 2014-cü ildə bağlanmış borcun etirafı müqaviləsi üzrə 15000 manatı ona görə təmin etməmişdir ki, borcun qaytarılmasını tərəflər 5 il, yəni 30 iyul 2019-cu ilədək müddət müəyyən edib razılaşdırmışlar. Həmin mülki işdə də Cavabdeh "xxxx" ASCdən götürülən kreditin onun adına olsa da, İddiaçı götürdüyünü və evini ipoteka qoyduğunu təsdiq etmişdir.
23. Bun dan əlavə, Biləsuvar Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli iddiaçının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilməsi barədə qərarından da görünür ki, iddiaçı təqsirləndirilən şəxs kimi ifadəsində cavabdehin "xxxx"dan götürdüyü 20000 ABŞ dolları kredit məbləğinin 6000 manatını ona verdiyini etiraf etmişdir. Demək ki, iddiaçı cavabdehin adına rəsmiləşdirilmiş "xxxx" ASC-dən 01 may 2015-ci il tarixində alınmış kreditin ona verildiyini qismən də olsa etiraf etməklə, hazırkı iddianı irəli sürməkdə haqlı olmadığını bilirmişdir. Odur ki, qeyd olunan kreditə görə tutmanın ipoteka predmetinə yönəldilməsi də iddiaçının hüquqlarını poza bilməzdi.
24. Bundan başqa, cavabdehin məhkəmə iclasında iştirakı birinci instansiya məhkəməsi tərəfindən təmin edilmədiyi üçün apellyasiya baxışı zamanı iddia müddətinin tətbiqi barədə də ərizə təqdim edərək bu əsasla da iddianın rədd olunmasını istəmişdir. İddiaçı tərəf isə ərizə ilə buna etiraz edərək, birincisi ərizənin qətnamə qəbul edilənədək verilməli olduğunu, ikincisi isə evin 19 iyul 2022-ci ildə satıldığını göstərmişdir. Ancaq evin 17 avqust 2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satıldığına dair işdə məlumat vardır. Cavabdeh iddia müddətinin axımının kredit müqaviləsinin icrası müddətinin tamamlandığı 01 may 2018-ci ildən hesablanmalı olduğunu və Mülki Məcəllənin 373.2-ci maddəsinin tələblərinə uyğun olaraq, iddiaçının 3 il ərzində, yəni 01 may 2021-ci il tarixədək reqres qaydasında ona qarşı iddia irəli sürmək hüququ olduğu halda hazırkı ərizə ilə məhkəməyə 2023-cü ildə müraciət edildiyini bununla da tələb üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürüldüyünü göstərir. Ancaq iddia müddətinin ötürülübötürülməməsindən asılı olmayaraq iddia özü-özlüyündə yuxarıda qeyd olunanlara görə əsassız olduğuna görə, rədd edilməli idi. Hətta 01 may 2015-ci il tarixində "xxxx" ASC-dən alınmış 20000 ABŞ dolları məbləğində kredit tərəflər həmin dövrdə rəsmi nikahda olduqları üçün ailə ehtiyaclarına görə alındığı və buna sərf edildiyinə görə də, iddia əsassız sayılırdı və təmin edilməli deyildi. Əgər iddiaçı həmin faktı təkzib etmək istəyirsə, bunun əksini də ciddi arqumentlərlə sübuta yetirməlidir, ancaq edə bilmir.
25. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 5.3, 196, 225.4, 385.1, 425.1, 425.2, 509.1, 509.2, 509.3, 560.1, 560.2, 56 0.3.4-cü, Ailə Məcəlləsinin 35, 41.2-ci, Mülki Prosessual məcəllənin 14.2, 77.1, 88, 217.3, 217.4, 384.0.2, 386, 387, 388, 390-cı maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2021-ci il tarixli Qərarı, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun № 1/2024 saylı, 12 mart 2024-cü il tarixli Qərarının 4.4-4.7, 6.35, 6.36, 6.40-cı bəndləri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
26. İddiaçı İbrahimli Ziya Əhədağa oğlu kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 may 2024-cü il tarixli, 2(103)-2912/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60, 68-ci, Mülki Məcəllənin 475.1, 475.3, 509.1, 509.3-cü maddələri pozulmuşdur.
28. Belə ki, bank qarşısında əsas borclu cavabdeh olmuş, iddiaçının əmlakı satılmaqla banka olan borc ödənilmiş, ona görə də cavabdehin iddiaçının qarşısında banka ödədiyi 30500 manat həcmində borcu yaranmış, lakin cavabdeh borcunu ödəməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 30 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə cavabdeh iddiaçıya qarşı pul tələbinə dair iddia qaldırmış Şirvan Apellyasiya Məhkəməsinin 30 oktyabr 2017-ci il tarixli qətnaməsinin 18500 manat iddia tələbindən yalnız 3500 manatı təmin edilmişdir. Həmin qətnamə ilə i ddiaçının cavabdehə borclu olduğu 3500 manat ödənilmişdir. Bundan başqa, iddiaçının cavabdehə borcu qalmamışdır. Lakin apellyasiya instansiyası məhkəməsi Şirvan Apellyasiya Məhkəməsinin 30 oktyabr 2017-ci il tarixli qətnaməsinin və onun sənədlərin məhkəməyə gətirilməsi barədə vəsatəti təmin etməmiş, iddiaçını köməksiz vəziyyətdə qoyaraq iş materiallarında yeni sənəd olmasına baxmayaraq iddiaçıya həmin sənədlərə dair müdafiəyə imkan vermədən işi həmin gün yekunlaşdıraraq tələm-tələsik qətnaməni elan etmişdir. İkincisi, məhkəmə öz qətnaməsində ziddiyyətə yol vermişdir. Qətnamədə qeyd edilmişdir ki, iddiaçı götürülmüş kreditdən 6000 manat alaraq, əvvəlki arvadına vermişdir. Bir yandan qeyd etmişdir ki, həmin ev cavabdehin hesabına tikilmiş, bir yandan da qeyd etmişdir ki, cavabdeh həmin pulu iddiaçıya borc vermişdir. Halbuki, Şirvan Apellyasiya Məhkəməsinin 30 oktyabr 2017ci il tarixli qətnaməsində tərəflərin arasında olan borc münasibətinə tam aydınlıq gətirmişdir. Lakin məhkəmə həmin qüvvədə olan qətnaməni və iş materiallarını nəzərə almayaraq iddianı rədd etmək naminə, özündən, tərəfin bildirmədiyi halda qətnaməyə daxil etmiş, pulun həm evin tikintisinə, həm də iddiaçıya borc verildiyini yazmış, lakin iddiaçının cavabdehə məhkəmənin istinad etdiyi 6000 manatdan yalnız 3500 manat borcunun olması və onu da tam icra etməsi barədə qeyd edilənləri nəzərə almamışdır.
29. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
30. Cavabdeh kassasiya şikayətinə etiraz verərək təmin edilməməsi və apellyasi ya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmışdır.
31. Etiraz iş üzrə qəbul edilmiş apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin məzmununa uyğun əsaslandırılmış və hesab olunmuşdur ki, həmin məhkəmə tərəfindən Mülki Məcəllənin 225.4, 425.1, 425.2, 560.1-560.3-cü, Ailə Məcəllənin 35, 37.3, 41.2-ci maddələrinin tələbləri pozulmamışdır. Kassasiya baxışının hədləri:
32. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətind ən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
33. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öh dəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. 431.3-cü maddəsinə əsasən əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan su i-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır.
35. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 41.2-ci maddəsinə əsasən ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət müha kiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutla ra, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçi vəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək, cavabdehin kredit müqaviləsi üzrə aldığı vəsaitin tərəflərin birgə nikahları dövründə iddiaçının borclarının ödənilməsinə və ailə ehtiyaclarına xərcləndiyini müəyyən etmişdir. Bu zaman, apellyasiya məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normaların (Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 106.1-ci maddələrinin) pozulması müəyyən olunmur.
39. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
40. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan ve rən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. 41. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarının 6.40-cı bəndinə izah olunmuşdur ki, ər-arvaddan birinin bağladığı müqavilə ilə alınmış vəsait ailə ehtiyacları üçün istifadə olunduqda onların hər ikisi kreditor (kreditorlar) qarşısında birgə borclu kimi çıxış edirlər. Bu halda borc müqaviləsinin tərəfi olan ərin (arvadın) öhdəliyi əqddən, müqavilədə tərəf kimi göstərilməyən ərin (arvadın) kreditor (kreditorlar) qarşısında öhdəliyi isə qanundan irəli gəlir. Be lə ki, birgə öhdəliyin müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlməsi mümkündür (Mülki Məcəllənin 500.2-ci maddəsi). Bu səbəbdən Ailə Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə ilk növbədə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət etmədikdə isə, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar.
42. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, sübutların mahiyyətinə qiymətin verilməsi, işin hallarının düzgün müəyyən edilməməsi kassasiya icraatının baxış predmeti ola bilməz. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Beləliklə, məhkəmə kollegiyası h esab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı İbrahimli Ziya Əhədağa oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 may 2024-cü il tarixli, 2(103)-2912/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxl anılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.