Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3184/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: işin məhkəmə aidiyyəti (kommersiya mübahisəsi) 22.08.2024 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyanın hakimi Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), İnzibati kollegiyanın hakimi Nəbizadə Rahib Sahib oğlu və Kommersiya kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı Cavabdehnə qarşı nəqliyyat vasitəsinin cavabdehin qanunsuz sahibliyindən alınaraq iddiaçıya təhvil verilməsi tələbinə dair iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(00 5)-3073/2024 nömrəli, 23 iyul 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə 22 avqust 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (VÖEN: **********) xx.xx.2015-ci il tarixdən vergi ödəyicilərinin eyniləşdirmə nömrəsinə malik olan, fərdi sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxsdir (müvafiq qaydada dövlət qeydiyyatından keçmiş vergi ödəyicisidir).
2. Cavabdeh MMC isə aktiv statusda vergi ödəyicilərinin eyniləşdirmə nömrəsinə malik olan (VÖEN: **********) təzə və istifadə olunmuş yük avtomobilləri, qoşqu və yarımqoşquların topdan satışı” sahəsində fəaliyyət göstərən şəxsdir və hüquqi şəxs kimi qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə ümumi məhkəməyə müraciət edərək, AZ041765 saylı nəqliyyat vasitəsinin Qeydiyat şəhadətnaməsinə əsasən xüsusi mülkiyyətində olan X1 E215BLC markalı ban nömrəsi YN1147892, buraxılış ili 2007-ci il olan sarı rəngli ilkin qeydiyyat nömrəsi 10BA490 qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" MMC-nin qanunsuz sahibliyindən alınmaqla ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda qeydiyyatda olan İddiaçı 1 saylı DAİM tərəfindən verilmiş AZ041765 saylı nəqliyyat vasitəsinin Qeydiyat şəhadətnaməsinə əsasən xx.xx.2024-cü ildə mülkiyyətində olan X1 E215BLC markalı ban nömrəsi YN1147892, buraxılış ili 2007-ci il olan sarı rəngl i ilkin qeydiyyat nömrəsi 10BA490 qeydiyyat nişanlı nəqliyyat vasitəsi hazırda "xxxx" MMC-nin qanunsuz sahibliyindədir. Həmin nəqliyyat vasitələrinin fotoları, qeydiyyat şəhadətnamələri, şəxsiyyət vəsiqəsi və nümayəndənin etibarnaməsi pretenziya məktubuna əlavə edilməklə nəqliyyat vasitələrinin mülkiyyətçisinə və ya nümayəndəsinə təhvil verilməsi üçün xx.xx.2024-cü il tarixdə cavabdehə e-mail və poçt vasitəsilə göndərilməsinə baxmayaraq nəqliyyat vasitəsi geri qaytarılmır. Hesab etmişdir ki, həmin xüsusi mülkiyyətdə olan nəqliyyat vasitələri Cavabdeh qanunsuz sahibliyindən alınmaqla ona təhvil verilməlidir. Çünki xüsusi mülkiyyət Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan hüquqdur. Daha əvvəl "xxxx" QSCyə (**********) qarşı qaldırılmış iddiada müəyyən edilmişdir ki, əmlakı "xxxx " MMC tərəfindən saxlanılır və bu cəmiyyətin saxlancındadır. Elektron ərizə iddiaya əlavə edilmişdir. Eyni zamanda Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş aktlarda da həmin texnikanın GMC Qroup MMC-də olduğu öz təsdiqini tapmışdır.
5. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(005)-3073/2024 nömrəli, 23 iyul 2024-cü il tarixli qərardadı ilə (hakim Səbinə Nuriyeva) iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir.
6. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13, Mülki Prosessual Məcəllənin 24.2, 25.1, 25.2, 26.1, 31.1-ci maddələrinə istinadən gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında olan mübahisə New Holland E215BLC markalı sarı rəngli 10BA490 q eydiyyat nişanlı nəqliyyat vasitəsi - ekskavator ilə bağlıdır. İddiaçı isə xx.xx.2024-cü il tarixdə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, texnikanı alma məqsədi texnikanın təmir xərcləri bazar qiymətindən üstün olarsa, texnikanı təmir etmədən satmaq, texnikanın təmir xərcləri bazar qiymətindən aşağı olarsa, texnikanı təmir edib icarəyə vermək və ya satmaqdır. Göründüyü kimi, mübahisə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs (İddiaçı - VÖEN: **********) və hüquqi şəxs (Cavabdeh MMC - VÖEN: **********) arasında olmaqla, həmçinin mübahisənin predmeti də onların sahibkarlıq fəaliyyəti ilə bağlıdır. Yəni, mübahisənin həm subyektiv tərkibi, həm predmeti sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədardır. Belə olan halda hazırkı iş üzrə subyektl ər, onların sahibkarlıq fəaliyyəti subyekti olmaları, habelə yaranmış mübahisənin onların sahibkarlıq fəaliyyəti ilə bağlı olması faktı hazırkı işə ümumi məhkəmələrdə baxılmasını qeyri-mümkün etdiyindən qeyd olunan mülki işə kommersiya məhkəməsinin icraatında baxılmalıdır.
7. İddiaçı (vəkil Nümayəndə) həmin qərardaddan şikayət verərək, ləğv edilməsini, işə baxılmasının davam etdirilməsini xahiş etmişdir.
8. Şikayət belə əsaslandırılmışdır ki, texnikanın tələbi və bu texnika lə bağlı ilkin alğısatqı müqaviləsinin bağlanmasında niyyət əmlakı əldə etmək təşkil etdiyindən, tələb sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmadığından kommersiya aidiyyatı ola bilməz. Həmçinin tərəflər vergi ödəyicisi olsalar da, aralarında sahibkarlıq münasibəti olmadığından hazırkı mübahisə kommers iya xarakteri daşımamalıdır.
9. Birinci instansiya məhkəməsinin 2 avqust 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə
10. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.
11. Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.
12. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
13. Qarışıq məhkəmə tərkibi şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. 14. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarına müvafiq olaraq MPM-in 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi v ə ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir (bənd 11).Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır (bənd 12). 15. Baxılan işdə iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs, cavabdeh isə kommersiya hüquqi şəxs olmaqla, aralarındakı mübahisə texnikanın alqı-satqısına dair mülki hüquqi əqddən irəli gəlir. Bu tələb yuxarıda qeyd olunan hüquqi mövqelərə əsasən, mahiyyət etibarı ilə cavabdehin kommersiya fəaliyyəti ilə bağlı olduğundan hazırkı mübahisəyə kommersiya məhkəməsində baxılmalıdır.
16. Bu baxımdan, birinci instansiya məhkəməsinin işə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalı olması barədə gəldiyi qənaət qanuni və əsaslıdır.
17. MPM-ə əsasən, kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegi yalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır (403-1.6). Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (403-1.7). Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər (403-1.8.1).
18. Qarışıq məhkəmə tərkibi qeyd edilənləri nəzərə alaraq və MPM-in 403-1.6 və 4031.8.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İdd iaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3073/2024 nömrəli, 23 iyul 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.