Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3188/2025 18.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmlakın özgənin qanunsuz sahibliyindən alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının Mülki Kollegiyasının 03 iyun 2025-ci il tarixli 2(105)-770/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məh kəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. İddiaçı Ravon Nexia R3 markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2022-ci il tarixdə etibarnamə əsasında Cavabdeh, sonuncu isə həmin avtomobili X2 istifadəsinə vermişdir;
3. İddiaçı RAVON NEXİA R3 markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh xx.xx.2023-cü il tarixli razılaşma əsasında satmışdır. Razılaşmaya əsasən o, avtomobilini cavabdehə 22000 manata satmışdır. Cavabdeh avtomobil üçün ilkin 1500 manat məbləğində ödəniş etmiş, yerdə qalan 20500 manat məbləğində pulu isə 68 ay ərzində olmaqla, hər ayın 5-nə kimi (şənbə və bazar günlərini çıxmaq şərtilə) ödəməyi öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 15 aprel 2023cü il tarixli razılaşma əsasında ona borclu olduğu 17800 manat məbləğində pulunun verilməsini, əks halda RAVON NEXİA R3 markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh alınaraq ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia belə əsaslandırılmışdır ki, Cavabdeh avtomobilin ödənişlərini 30 aprel tarixindən 300 manatdan olmaqla ödəmişdir. Lakin sonuncu ödənişi yanvar ayında etmişdir. Daha sonra ona məlum olmuşdur ki, Cavabdeh avtomobilin ödənişlərini bitirmədən nəqliyyat vasitəsini X3 adlı şəxsə etibarnamə əsasında satmışdır. Hazırda cavabdeh onun razılaşma əsasında ona satdığı avtomobili ödənişlərini etmədən başqa şəxsə satmış və ondan gəlir əldə etmişdir. Bu halda o, həm avtomobilindən həm d ə pulundan olmuşdur. Cavabdeh ona olan ödənişlərini etməlidir. Əgər ödənişlərini etmirsə, razılaşmaya əsasən avtomobili geri qaytarmalıdır.
6. Məhkəmə-xətşünaslıq 4/1042 saylı, xx.xx.2024-cü il tarixli ekspertizasının rəyinə əsasən, ekspertizaya təqdim edilmiş, mülki işin 48-ci vərəqində olan xx.xx.2023-cü il tarixli Razılaşmanın sonunda “Cavabdeh AA*******” hissəsində "İmza:" qrafasındakı imza, mülki işin 49-cu vərəqində olan xx.xx.2023-cü il tarixli Razılaşma əsasında tərtib olunmuş ödəniş cədvəlində “İMZA” qrafasındakı imzalar (10 ədəd) və həmin sənədin arxa tərəfinin sonunda “Cavabdeh İmza:” qrafasındakı imza - Cavabdeh tərəfindən icra olunmuşdur.
7. Məhkəmə-xətşünaslıq 4/1606 saylı, xx.xx.2024-cü il tarixli ekspertizasının rəyinə əsasən, tədqiq olunan imza, ekspertizaya təqdim edilmiş mülki işin 48-ci vərəqində olan xx.xx.2023-cü il tarixli Razılaşmanın sonundakı “Cavabdeh AA******* İmza:” qrafasındakı imzadan ibarət olub, göy rəngli rəngləyici maddə ilə icra olunmuşdur. Tədqiq olunan imzanı Cavabdeh imza nümunələri ilə müqayisə etdikdə məlum oldu ki, qrafik materialın azlığı, imzada “B” həfinin qaralanması müqayisə vaxtı imkan vermir ki, qəti bir (müsbət və ya mənfi) rəyə gəlmək üçün zəruri olan eyniləşdirici əlamətlər külliyyatını seçib ayırmaq mümkün olsun. Odur ki, tədqiq olunan imzanın Cavabdeh tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır. Ekspertizaya təqdim edilmiş, mülki işin 48-ci vərəqində olan xx.xx.2023-cü il tarixli Razılaşmanın sonundakı “Cavabdeh AA******* İmza:” qrafasındakı imzanın - Cavabdeh tərəfində n və ya başqa şəxs icra olunub- olunmamasını tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır.
8. Məhkəmə-xətşünaslıq 5/1185 saylı, xx.xx.2024-cü il tarixli ekspertizasının rəyinə əsasən, tədqiqata təqdim edilmiş xx.xx.2023-cü il tarixli Razılaşma əsasında tərtif olunmuş ödəniş cədvəlin 6-cı və 10-cu qrafalarındakı “00 m” yazıların qarşısında olan işarənin alt hissəsində yerləşən işarənin rənginin intensivliyi sonradan üzərindən yazılmış işarənin rənginin intensivliyindən zəif olduğu üçün ilkin məzmununu müəyyən etmək mümkün olmamışdır.
9. Quba Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 20 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakim Vüqar Seyidov) iddianın qismən təmin edilməsi, Ravon Nexia R3 markalı **-BO-*** dövl ət qeydiyyat nişanlı minik avtomobillərinin Cavabdeh alınaraq, İddiaçı verilməsi, Cavabdeh 346 (üç yüz qırx altı) manat məbləğində ekspertiza xərci alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ******************** SFİFT BİK CTREAZ22 saylı hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırılmışdır ki, iddiaçı ona məxsus olan RAVON NEXİA R3 markalı **-BO-*** dövlət qeydiyyat nişanlı minik avtomobili etibarnamə ilə Cavabdeh satmaq niyyəti ilə vermişdir. Lakin cavabdeh iddiaçının etibarından sui-istifadə edərək, iddiaçının mülkiyyətində olan avtomobili digər şəxsə satmış və avtomobilin satışınd an əldə etdiyi pul məbləğini iddiaçıya verməmişdir. Hazırda iddiaçı RAVON NEXİA R3 markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehdən alınaraq ona verilməsini tələb edir. Məhkəmə hesab etmişdir ki, iddia həmin hissədə əsaslı olduğundan iddia təmin edilməlidir.
11. Həmçinin, iddiaçı 15 aprel 2023-cü il tarixli razılaşma əsasında ona borclu olan 17800 manat məbləğində pulunun cavabdehdən alınaraq ona verilməsini tələb etsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə ki, 17800 manat məbləğində borcun cavabdehin hansı hərəkət və ya hərəkətsizliyi əsasında yaranmasını sübuta yetirə bilməmişdir. Ona görə də, məhkəmə hesab etmişdir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir.
12. Bundan başqa, iddiaçıya bununla bağlı izah olunmuşdur ki, RAVON NEXİA R3 markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehdən alınaraq ona verilməsi mümkün olmadıqda həmin avtomobilin bazar dəyərini iddia tələbi əsasında məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Məlum məsələdir ki, iddiaçı yalnız mövcudluğu sübut olunan əmlakın qaytarılmasını tələb edə bilər, əks təqdirdə digər halların yoxlanılması zərurəti aradan qalxır.
13. İddianın təmin edilməsi şərtləri ondan ibarətdir ki, iddiaçının iddia etdiyi avtomobillər məhz cavabdehin sahibliyində olması sübut edilməli, həmçinin cavabdeh avtomobili qaytarmaqdan imtina etməlidir. İddiaçının sözügedən avtomobilin mülkiyyətçisi olması mübahisəsizdir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.8, 164.2-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya ins tansiyası məhkəməsindəki icraat
15. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, qətnamə qəbul edilən zaman maddi və prosessual hüquq normaları pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmamış, iş üçün əhəmiyyətli olan hallar sübut edilməmişdir. Belə ki, İddiaçı ilə arasında olan şifahi razılaşmaya əsasən, 2023-cü ilin aprel ayında İddiaçı mülkiyyətində olan Ravon Nexia R3 markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobili 10500 manata ona satmışdır. Aralarında olan şifahi razılaşmaya əsasən, o, Ravon Nexia R3 markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobili ilkin olaraq 6500 manat ödəniş etməklə, ayda 300 manat ödəmək şərti ilə almışdır. Maşını alarkən, X7 Xidmət mərkəzinə etibarnamə verərkən, müqavilə tərtib etməyi və maşının alqı-satqısını müqavilə əsasında həyata keçirməyi tələb etsə də, İddiaçı buna ehtiyac olmadığını bildirmişdir. O da ona etibar edərək, müqavilə olmadan vaxtıvaxtında ödənişlərini etmişdir. İddiaçı ümumi olaraq, 9600 manat məbləğində pul vermişdir. Daha sonra maşının motorunda problem yarandığına görə, həmin maşını Bakı şəhərində 7300 manata X3 adlı şəxsə etibarnamə əsasında satmışdır. İddiaçı maşında hər hansı bir problem çıxarsa, özü zərəri qarşılayacağını ona bildirmişdir. Ona görə də, maşını satmadan əvvəl İddiaçı zəng edərək maşının motorunda problem olduğunu və maşını təmir etdirməsini, əks halda maşını satmaq istədiyini, əgər maşını almaq istəyərsə, ona sata b iləcəyini bildirmişdir. Lakin İddiaçı bundan imtina etmişdir. Ona görə də, maşını satmışdır. O, ödənişlərini edib bitirmişdir. Onun maşında problem yaranan zaman İddiaçı cəmi 900 manat borcu qalmışdır. Lakin maşında problem çıxdığına görə o, həmin məbləği maşını təmir etdirməyə xərcləmişdir. İddia ərizəsində qeyd edilənlər tamamilə cəfəngiyyatdır. İddiaçı maşını ona 10500 manata satıb və o, 9600 manat ödəniş etmişdir. Bildirir ki, iş materiallarına əlavə edilmiş, xx.xx.2023-cü il tarixli razılaşmada yazılmış yazı və imza ona məxsus deyil. Onun imza nümunələrindən görünür ki, atdığı imzanın sonu “f” hərfi ilə bitir. Həmçinin imzanın sonundakı hərfin əyilmə bucağı da fərqlidir. Həmin razılaşmada olan imzanın sonu isə onun imzasından tamamilə fərqlənir. Həmin razılaşmada olan qaralamalar da o nu göstərir ki, imza bənzədilməyə çalışılmışdır. Onun imzası ilə əlaqəsi yoxdur. Məhkəmə-xətşünaslıq ekspertizasından birinci verilən rəydə “Tədqiq olunan imzanı Cavabdeh imza nümunələri ilə müqayisə etdikdə məlum oldu ki, qrafik materialın azlığı, imzada "B" həfinin qaralanması müqayisə vaxtı imkan vermir ki, qəti bir (müsbət və ya mənfi) rəyə gəlmək üçün zəruri olan eyniləşdirici əlamətlər külliyyatını seçib ayırmaq mümkün olsun” qeydi aparıldığı halda, ikinci rəydə qəti nəticəyə gəlinməsi də əsassızdır. Yenidən ekspertiza keçirilməsi barədə vəsatət də vermişdir. Lakin vəsatəti təmin olunmamışdır. İddiaçı məhkəmə iclasına saxta imzalı sənəd təqdim etmişdir. O, İddiaçı borcunu ödəmişdir. Ona heç bir borcu yoxdur. İddiaçının ondan pul və ya avtomobil tələb etməsi əsassızdır. Ona görə də, b irinci instansiya məhkəməsinin qətnaməsi ilə razı deyil.
17. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 izahatında maşın satışı ilə məşğul olduğunu və mübahisəli avtomaşının hal-hazırda onda olduğunu, həmin maşını Cavabdeh 7500 manata aldığını bildirmişdir. Birinci dəfə Qubaya gedib maşına baxanda qiymətinə görə razılaşmamış, daha sonra cavabdeh ona zəng etmiş, maşının ona satılmasına dostunun razılığı olmadığını bildirmişdir. Bundan sonra maşının qiymətini 7500 manata razılaşmış və 43 saylı notariusda müqavilə də bağlamışlar. O, həmçinin qeyd etmişdir ki, maşının motorunda problem olmuş, bu səbəbdən maşını sürə bilməmiş və motorun yığılması üçün maşını usta yanına təmirə aparmış, cavabdeh isə ona təcili şəkildə maşını öz adına keçirməy ini bildirmişdir. Bir müddət sonra etibarnamənin ləğv edildiyindən məlumatı olmuş, Cavabdeh pulunu tələb etsə də o, onunla danışıqlara gəlməmişdir.
18. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-770/2025 nömrəli, 3 iyun 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər – S.A.Qafari (sədrlik edən və məruzəçi), A.A.Mahmudov və A.H.Hüseynzadə) apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi rədd edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (Mülki Məcəlləni n 157.2. maddəsi).
20. Maddənin dispozisiya şərtinə görə bu cür iddianın təmin olunması üçün üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur. Bunun üçün iddiaçı cavabdehlərin çıxarılmasını tələb etdiyi əmlakın mülkiyyətçisi olduğunu sübut etməli, ikinci iddiaçı tələb edilən anda əmlakın cavabdehin sahibliyində olduğunu sübut etməli və yaxud bu işin mübahisəsiz halı kimi müəyyən olunmalı, üçüncüsü isə cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır.
21. Nəzərə alınmalıdır ki, qanunun mənasına görə mülkiyyətçi öz əmlakının başqasından geri tələb etmək hüququ onun iradəsindən asıl olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Bu iddia mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliy ində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbidir. Qeyd olunan maddənin dispozisiya şərtlərindən göründüyü kimi sözügedən tələbin təmin olunması üçün tələb etdiyi əmlakın mülkiyyətçisi olduğunu, həmin əmlakın cavabdehin sahibliyində olduğunu və sonuncunun əşyaya sahiblik hüququ qanunsuz olduğunu sübut etməlidir.
22. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən mübahisələndirilən hissədə sübut etmə yükü üzərinə düşən iddiaçı avtomobilin cavabdehdə olduğunu sübut etməli olduğu halda, bunu təsdiq edən hər hansı bir tutarlı sübut təqdim etməmişdir. Əksinə apellyasiya baxışı zamanı dindirilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 izahatında avtomobilin hazırda onun istifadəsində olduğunu bildirmişdir.
23. Hər bir tərəf öz tələblərinin və etirazların ın əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (14.2., 77.1. və 88-ci maddələri).
24. Bu baxımdan məhkəmə kollegiyası iddianı təmin edən birinci instansiya məhkəməsinin qətnaməsini Mülki Məcəllənin 157.2-ci və Mülki Prosessual Məcəllənin 77.1-ci maddələrinin tələbləri baxımından qanuni və əsaslı hesab etməmişdir.
25. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci və Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
27. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə istinadən onunla əsaslandırılmışdır ki, iş üzrə mövcud halların məhkəmə tərəfindən tam aydınlaşdırılmaması, həmçinin, maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi nəticəsində apellyasiya instansiya məhkəməsi tərəfindən qəbul edilən qətnamənin əsassız və qanunsuz olmaması qənaətinə gəlmək mümkündür.
28. Bundan başqa, məhkəmənin gəldiyi nəticənin əsaslılığına şübhə mövcuddur ki, bu şübhən in meydana gəlməsi qətnamədə göstərilən hallara qanuni qiymət verilməməsindən doğur. Məhkəmə tərəfindən hazırkı şikayətdə göstərilən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması mənasını verir. Belə bir vəziyyətdə mübahisəli qətnaməni qanuni hesab etmək mümkün deyildir. Bununla yanaşı, iş üzrə təqdim edilən sübutların natamam olmasına baxmayaraq, Məhkəmə tərəfindən qətnamə qəbul edilməsi Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələblərinə əməl edilməməsi mənasını verir.
29. Həmçinin apellyasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi də öz növbəsində pul tələbi ilə bağlı məsələni tam aydınlaşdırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respub likası Mülki Məcəlləsi
31. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
32. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsi
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara is tinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə mübahisələndirdiyindən, qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi işin hallarını araşdıraraq bu qənaətə gəlmi şdir ki, iddianın qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin normaya əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
41. Lakin hazırkı işdə iddiaçının geri tələb etdiyi əşyanın cavabdehin sahibliyində olmadığı müəyyən edilmişdir. Bu hal normanın zəruri dispozisiya şərtinin aşkar olunmadığına dəlalət edir. Belə olan halda iddianın rədd edilməsi qanuni və əsaslı olmuşdur.
42. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
43. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. 4
5. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının Mülki Kollegiyasının 03 iyun 2025-ci il tarixli 2(105)-770/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.