Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-319/2023 15.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Mənzil Tikinti Kooperativinin Cavabdeh və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər:tikintiyə müdaxilənin qadağan edilməsi və mənzildən köçürülmə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 sentyabr 2022-ci il tarixli, 2(103)-398/2022 saylı qətnaməsindən Cavabdeh verdiyi kassasiya şikayəti üzrə işə 15 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları Bakı Şəhər İHB-nın “Mülkiyyətdə olan torpaq sahəsində yaşayış binalarının tikintisinin layihələndirilməsi haqqında” 24 oktyabr 2014-cü il tarixli, 505 nömrəli sərəncamına əsasən "xxxx" ASC-nin xx.xx.2014-cü il tarixli, PHS-1897 saylı razılıq məktubunu, İddiaçı MTK-nin xx.xx.2014-cü il tarixli, 26 saylı müraciətini və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2014-cü il tarixli, ******* saylı Çıxarışını nəzərə alaraq, ünvan 1 ünvanda mülkiyyətdə olan 0,14 ha və ona bitişik torpaq sahəsində (icarə əsasında) yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün həmin Kooperativə icazə verilmiş, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsinin qanunvericiliyə əsasən İddiaçı MTK tərəfindən hə ll edilməsi qərara alınmışdır. Bakı Şəhər İHB-nın “Bakı Şəhər İcra Hakimiyyətinin layihələndirmə ilə əlaqədar sərəncamını nəzərə alaraq İddiaçı MTK-nə tikintiyə icazə verilməsi haqqında” 22 dekabr 2015-ci il tarixli, 505 nömrəli sərəncamına əsasən, İddiaçı MTK-ya ərazinin və obyektin şəhərsalma sənədlərinin hazırlanması və təqdim edilməsi göstərişi verilmişdir. İddiaçı MTK sərəncamda göstərilən tələbləri yerinə yetirmiş və göstərilən ünvanda tikintisi nəzərdə tutulan bloklardan birincisinin sənədlərini qanunun tələblərinə uyğun olaraq hazırlamış və tikintiyə başlanılması barədə icazənin alınması üçün müraciət etmişdir. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təqdim edilmiş sənədlər hərtərəfli öyrənilmiş və tikiləcək birinci blokun şəhərsalma və tikinti normalarına cavab verdiyini müəyyən et dikdən sonra, Bakı Şəhər İHB-nın 22 dekabr 2015-ci il tarixli, 550 nömrəli sərəncamı ilə göstərilən ünvanda birinci blokun tikintisinə icazə verilmişdir. İddiaçı MTK tərəfindən tikinti altına düşən və tikinti sahəsini əhatə edən yaşayış evlərinin sakinləri və mülkiyyətçiləri ilə razılığa gəlinərək qarşılıqlı razılıq əsasında onlara məxsus mənzil və evləri sökülmüş və sakinlər köçürülmüşdür. Beləliklə də, tikintisi nəzərdə tutulan coxgirişli binalardan birinci “A” bloku tikilərək sakinlərə təhvil verilmişdir. Hazırda birinci blokda sakinlər tam məskunlaşmışdır. Bundan sonra tikiləcək ikinci blokun sənədləşdirilməsi və müvafiq dövlət orqanları tərəfindən yoxlanılması və tikintiyə icazənin alınması işinə başlanmışdır. İkinci blokun tikinti sahəsinə düşəcəyi ehtimalı olan mənzillərin bir qismi birinci “A” blokunun tikintisi zamanı, yəni əvvəlcədən sahiblərinin qarşılıqlı razılaşması ilə sökülmüş və onlar köçürülmüşdür. Tikiləcək “B” blokunun tikintisi üçün müvafiq olaraq dövlət orqanlarından aşağıdakı rəylər alınmışdır: tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğun olması barədə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin 12 sentyabr 2019-cu il tarixli, 02/852 nömrəli rəyi; tikinti layihəsinə dair ekspertiza mütəxəssisinin 28 oktyabr 2019-cu il tarixli, 28318 tarixli rəyi; Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin 23 oktyabr 2019-cu il tarixli, ER-22/507 nömrəli rəyi; Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X2 Xidmətinin 27 sentyabr 2019-cu il tarixli YT NƏŞ0605 nömrəli rəyi; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin 13 noyabr 2019-cu il tarixli, 184 nömrəli rəyi. Qeyd edilən rəylər alındıqdan sonra, Bakı Şəhər İHB-nın 24 oktyabr 2014-cü il tarixli sərəncamı əsasında Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 30 dekabr 2019-cu il tarixli 132 nömrəli obyektin tikintisinə icazə verilmişdir. Tikilməsinə müvafiq icazə alınmış “B” blokunun tikinti sahəsinə düşən ərazidəki sakinlərlə qarşılıqlı razılığa gəlinmiş və onların mənzilləri Kooperativ tərəfindən sökülərək tikinti üçün meydança hazır vəziyyətə salınmışdır. Mənzilləri sökülmüş sakinlərə tikiləcək binada müasir tələblərə uyğun və tam şəraitli mənzillərlə təmin ediləcəkləri barədə İddiaçı MTK öhdəlik götürmüşdür. Hazırda tikinti sahəsinə düşən mənzillər söküldükdən sonra “B” blokunun tikintisinə başlanmışdır. Artıq “B” blokunun zirzəmi və birinci mərtəbəsinin tikintisi başa çatmış və sonrakı mərtəbələrin tikintisi davam etdirilir. Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin verdiyi ÖM seriyalı 147706 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri Mayakovskiy küçəsi 7 saylı evin 12 kv.metr yaşayış sahəsindən ibarət bir otaqlı 4 saylı mənzili Cavabdeh adına 27 mart 2003-cü il tarixində xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. Bakı şəhəri, Nərimanov Rayon İHB-nın “Mayakovski küçəsi 7/3 və 7/4 saylı evlərin sökülüb yenidən tikilməsinə icazə verilməsi haq qında” 11 sentyabr 2006-cı il tarixli 418 nömrəli sərəncamına əsasən Cavabdeh özünə məxsus Mayakovski küçəsi 7/3 və 7/4 saylı evlərin sökülüb, Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəsinə uyğun yenidən tikilməsinə icazə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı MTK (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı tikintiyə müdaxilənin qadağan edilməsi və mənzildən köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçının apardığı tikintiyə istənilən formada törətmiş olduğu maneələrin ona qadağan edilməsi, cavabdehə məxsus qəzalı vəziyyətdə olan ünvan 3 ünvanda yerləşən mənzildən əvəzi bazar qiymətinə uyğun olaraq ödənilməsi şərti ilə köçürülməsi barədə qət namə çıxarılmasını xahiş etmişdir. İlk iddia belə əsaslandırılmışdır ki, hazırda tikinti sahəsinə düşən mənzillər söküldükdən sonra “B” blokunun tikintisinə başlanmışdır. Artıq “B” blokunun zirzəmi və birinci mərtəbəsinin tikintisi başa çatmış və sonrakı mərtəbələrin tikintisi davam etdirilir. ünvan 4 ünvanının sahibi olan Cavabdeh müxtəlif üsul və vasitələrlə binanın tikintisinə müdaxilələr edərək, tikintinin aparılmasına maneçilik göstərir. MTK cavabdehə mənzilinin bazar qiymətinə uyğun MTK-ya satılması və ya mənzilin əvəzində digər sakinlər kimi tikilən binadan müasir tələblərə cavab verən mənzillə təmin olunması, mənzil tikilib başa çatan zamana qədər isə ona kirayə haqqının MTK tərəfindən cavabdehə ödəniləcəyi və ya mənzilin bazar qiyməti dəyərində, ona premiumklas hazır binada çıxarı şla təmin edilmiş lüks mənzil təklif edir, ya da istədiyi başqa yerdən ona mənzil alınması kimi real təkliflərlə dəfələrlə cavabdehə müraciətlər etmişdir. MTK cavabdehə məxsus mənzilin olduğu ərazinin tikilən binanın gələcəkdə ətrafının abadlaşdırılması və yaşıllaşdırılması zərurətinin yaranacağı ehtimalını nəzərə alaraq, cavabehlə dəfələrlə qeyd edilən təkliflər barəsində qarşılıqlı razılığa gəlinməsi üçün çoxsaylı və ətraflı danışıqlar aparılmışdır. Cavabdehin mənzili digər mənzil sahibi olan sakinlərdən fərqli olaraq, tikinti sahəsinə düşmədiyi halda özünü digər mənzil sahiblərindən üstün tutaraq, mənzilinə görə bazar qiymətindən dəfələrlə artıq və fantastik pul tələb edir. Cavabdehə məxsus olan mənzilə aid təqdim etdiyi qeydiyyat vəsiqəsində mənzilin sahəsinin 12 kv.metr olduğu müəyyən edilmişdir. Cavabdehə məxsus mənzil 1924-cü ildə tikilmişdir və istismar müddəti başa çatmışdır. Bundan başqa, cavabdeh mənzilini müasir sanitariya normalarına uyğun saxlamadığna görə, hazırda sanitar qaydalara cavab vermir və antisanitar vəziyyətdədir. Cavabdehin mənzili Bakı şəhərinin müasir vəziyyətinə cavab vermir və şəhərin görkəminə xələl gətirir. Baxmayaraq ki, cavabdehin mənzilinin yanındakı mənzil sahibləri qeyd edilənləri nəzərə alaraq mənzillərinin sökülməsi barədə Mənzil Tikinti Kooperativi ilə razılığa gəlmişlər. Həmin sakinlər tezliklə binanın tikilməsi və yeni mənzillərinə köçmələrinigözləyirlər. Lakin cavabdehin qanuna zidd əməlləri həmin sakinlərin haqlı mənafelərini və mülkiyyət hüquqlarını kobud surətdə pozur. Cavabdeh isə İddiaçı MTK-nə qarşı tikilinin sökülməsi, dəy miş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MTK tərəfindən ünvan 5 ünvanda ona məxsus olan ünvan 6ayış evinə bitişik olmaqla, ara məsafəsinin tələblərini və tikintinin təhlükəsiz şəkildə aparılması qaydalarını pozmaqla aparılan tikinti işlərinin qanunsuz hesab edilərək İddiaçı MTK tərəfindən sökülməsi, ona məxsus yaşayış evinin bərpa olunması üçün 50.000 manat və mənəvi zərərin əvəzi olaraq 50.000 manat, eləcə də ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin İddiaçı MTK tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia belə əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu Mayakovski küçəsində yerləşən 7 nömrəli evin 4 saylı mənzili 27 mart 2003-cü il tarixli Qeydiyya t vəsiqəsinə əsasən onun mülkiyyətindədir. Ev şəraitinin darısqal olduğu nəzərə alınaraq, Bakı şəhəri Nərimanov Rayon İHB-nın 11 sentyabr 2006-cı il tarixli 418 nömrəli sərəncamı ilə ona özünə məxsus həmin evin sökülüb, Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəsinə uyğun tikilməsinə icazə verilmiş, qeyd olunan eskiz layihəsi və sərəncam əsasında tikinti işlərinə başlayıb, ümumi sahəsi təxminən 450 kv.metr olan 3 mərtəbəli mansardlı fərdi yaşayış evi inşa etmişdir. Qeyd olunan ərazidə onun kimi yaşayan qonşuların mülkiyyətində fərdi yaşayış evləri mövcud olmasına baxmayaraq, yaşayış və qeyri-yaşayış mülkiyyətçilərinin əvvəlcədən razılığı olmadan, Bakı Şəhər İHB-nın 24 oktyabr 2014-cü il tarixli, 505 nömrəli sərəncamı ilə ünvan 7 ünvanda mülkiyyətdə olan 0,14 ha və ona bitişik torpaq sahəsində (icarə əsasında) yaşayış binalarının tikintisinin layihələndirlməsi üçün həmin kooperativə icazə verilmiş, sərəncama əsasən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsinin İddiaçı MTK tərəfindən həll edilməsi qərara alınmışdır. Bundan sonra Bakı Şəhər İHB-nın 22 dekabr 2015-ci il tarixli, 550 nömrəli sərəncamı ilə ünvan 8 ünvanda 18 mərtəbəli 1 bloklu yaşayış binasının tikintisi üçün İddiaçı MTK-nə icazə verilmişdir. Cavabdeh MTK verilən sərəncamlara və Memarlıq və Şəhərsalma, Tikinti Norma və Qaydalarına əməl etməyərək istifadəsinə və icarəsinə verilən torpaq sahəsində yerləşən mülkiyyətçilərlə alqı-satqı müqaviləsi bağlayaraq ərazini boşaltdıqdan sonra tikinti işlərinə başlamalı olduğu halda, bu normalara əməl etməyərək qanunsuz tikinti işləri apararaq onun şəxsi mülkiyyətində olan fərdi yaşayış evinin qəzalı vəziyyətə düşməsinə səbəb olmuşdur. Cavabdeh təşkilat hər hansı formada qanuni əsas olmadan müvafiq sərəncam əsasında inşa etdiyi fərdi yaşayış evindən təxminən 1,5 metr aralıda hündür mərtəbəli yaşayış evinin tikintisinə başlamış, bununla da onun mülkiyyətindəki fərdi yaşayış evinin özülünün qəzalı vəziyyətə düşməsinə, eləcə də evinin təbii günəş işığından məhrum olmasına və digər mənfi nəticələrə səbəb olmuşdur. Məhz cavabdehin qanunsuz hərəkətlərinin davam etdirilməsi nəticəsində mənəvi sarsıntı keçirmiş, əsəb və sarsıntı keçirməyi ilə bağlı səhhəti pisləşmişdir ki, mənəvi zərərin əvəzini 50.000 manat dəyərində qiymətləndirmişdir. Eləcə də, fərdi yaşayış evinə v urulan maddi zərərin məbləğinin müəyyən edilməsi xüsusi bilik tələb olunur ki, bu məbləği ekspertiza rəyi ilə müəyyən etmək daha məqsədəmüvafıq olar. Hazırki vəziyyətdə isə zədəli vəziyyətə salınmış evinin özülünün və digər hissələrinin bərpası üçün çəkilməli xərcləri təxminən 50.000 manat dəyərində qiymətləndirmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim X1) 29 iyun 2021-ci il tarixli 2(005)-293/2021 saylı qətnaməsi ilə ilk iddia təmin edilmiş, Cavabdeh məxsus qəzalı vəziyyətdə olan ünvan 9 ünvanında yerləşən mənzildən əvəzi İddiaçı MTK tərəfindən bazar qiymətinə uyğun 265.000 manat ödənilməsi şərti ilə köçürülməsi, Cavabdeh İddiaçı MTK apardığı tikintiyə törətdiyi maneələrin qadağan edilməsi, Cavabdeh İddiaçı MTK qarşı tikintinin sökülməsi, dəymiş maddi və mənəvi zərərin əvə zinin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Məhkəmə hesab etmişdir ki, İddiaçı MTK tərəfindən aparılan hündür mərtəbəli yaşayış binasının tikintisi tikinti norma və qaydalarına uyğun aparılmış, lakin Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisi tərəfindən tərtib olunmuş 25 dekabr 2020-ci il tarixli mütəxəssis rəyinə əsasən 1924-cü ildə inşa olunmuş birmərtəbəli yaşayış evinin sərəncam üzrə sökülüb əsaslı şəkildə yenidən tikilməli olduğu halda, tikinti norma və qaydalarına əməl edilmədən, sökülməli olan tikilinin üzərində inşa edilmiş əlavə iki mərtəbə və mansard əsassız və izafi yüklülük yaratdığından tikinti norma və qaydalarının pozulması hallarını nəzərə alaraq, Bakı şəhəri, Nərimanov rayonu Mayakovski küçəsi 7 say lı evin 4 nömrəli fərdi yaşayış evinin dayanıqlığına zəmanət verilmədiyi müəyyən edilir. Həmçinin cavabdehin mülkiyyətində olan fərdi yaşayış evinin və onun yerləşdiyi (həyətyanı və tikintialtı) torpaq sahəsinin Bakı Şəhər İHB-nın 24 oktyabr 2014-cü il tarixli, 505 nömrəli sərəncamı ilə ünvan 7 ünvanda mülkiyyətdə olan 0,14 ha və ona bitişik torpaq sahəsində (icarə əsasında) yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün İddiaçı MTK icazə verilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilir. Məhkəmə qeyd etmişdir ki, mütəxəssis rəyləri ilə müəyyən olunduğu kimi, cavabdehə məxsus birmərtəbəli yaşayış evi sərəncam üzrə sökülüb əsaslı şəkildə yenidən tikilməli olduğu halda, tikinti norma və qaydalarına əməl edilmədən, sökülməli olan tikilinin üzərində inşa edilmiş əlavə iki mərtəbə və mansard əsassız və izafi yüklülük yaratmış və həmin evin dayanıqlığına zəmanət verilmir. Göstərilənləri nəzərə almaqla cavabdehin həmin evdə yaşamağa davam etməsi onun həyat və sağlamlığına ciddi təhlükə olmaqla yanaşı, cavabdehin kooperativin təklifini qəbul edərək yaşayış sahəsindən çıxmaması ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikilməsi ilə bağlı sərəncamın icrasına maneçilik yaradır. Bütün bunlar onu deməyə əsas verir ki, cavabdehin yaşayış və insan həyatı üçün təhlükəli vəziyyətdə olan fərdi yaşayış evindən çıxarılması ilk növbədə onun üçün həyati vacib məsələdir. Hansı ki, fərdi evi boşaltdıqları halda, yaşadığı evin bazar qiyməti ilə dəyərinin ədalətli şəkildə ödənilməsi vəzifəsini kooperativ yerinə yetirməkdən imtina etmir, əksinə iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsinədək və hazırkı iş üzrə iddia ərizəsinin verilməsindən sonra halhazıradək olan müddətdə mübahisənin məhkəmədən kənar həlli üçün yetərincə hərəkətlər etmiş, cavabdehə əlverişli təkliflər etmişdir. Belə ki, cəmiyyət tərəfindən cavabdehə məxsus fərdi yaşayış evi mütəxəssis rəyi ilə 245.000 manat müəyyən edildiyi halda, iddiaçı kooperativ həmin məbləğdən əlavə 20.000 manat ödəməyə hazır olduğunu məhkəmə iclasında bildirmişdir. Buna görə də işə baxan birinci instansiya məhkəməsi ilk iddianı əsaslı hesab edib təklif olunan 265.000 manat kompensasiya məbləğini ədalətli hesab etmişdir. Qarşılıqlı iddia ilə bağlı məhkəmə hesab etmişdir ki, cavabdeh "xxxx" MTK tərəfindən Cavabdeh maddi və mənəvi zərər vurulması sübut olunmadığından, habelə MTK-nın apardığı tikinti işl əri qanuni olduğundan, qarşılıqlı iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 16.1, 21, 152.1, 152.6, 560.1, 560.2, 1097-ci maddələrinə və digər maddi, prosessual hüquq normalarına istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələblərinin təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər İ.Ə.Kərimli sədrlik edən, məruzəçi, A.Ə.İsgəndərov və E.C.Kazımov) 2(103)-398/2022 nömrəli, 13 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə ilk iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri Nərimanov Rayo n Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(005)-293/2021 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə qarşılıqlı iddianın rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə tikinti-texniki ekspertizasının 30 aprel 2021-ci il tarixli, 10/3753 nömrəli rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu Mayakovski küçəsi, 7 saylı evin 4 nömrəli fərdi yaşayış evi üzrə texniki pasportda nəzərdə tutulmayan yenidənqurma işləri aparılmaqla əlavə tikililər inşa edildiyi və həmin tikililərin inşası zamanı inşaat norma və qaydalarına riayət edilmədiyi müəyyən edilir. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisi tərəfindən tərtib olunmuş 25 dekabr 2020-ci il tarixli mütəxəssis rəyinə ə sasən, 1924-cü ildə inşa olunmuş birmərtəbəli yaşayış evinin sərəncam üzrə sökülüb əsaslı şəkildə yenidən tikilməli olduğu halda, tikinti norma və qaydalarına əməl edilmədən, sökülməli olan tikilinin üzərində inşa edilmiş əlavə iki mərtəbə və mansard əsassız və izafi yüklülük yaratmışdır. Yeni tikilən mərtəbələr və mansarda, 2-ci mərtəbənin arxa yükdaşıyan divarında mişarlanmış əhəng daşlarından qalınlığı 20 sm olan xarici divarın təxminən 2 kv.metr hissəsində olan dağıntılar və eləcə də birinci suala verilmiş cavablarda göstərilən tikinti norma və qaydaların pozulması hallarını nəzərə alaraq, yaşayış evinin dayanıqlığına zəmanət verilmir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Nərimanov rayonu Mayakovski küçəsi, 7 saylı evin 4 nömrəli fərdi yaşayış evinin və onun ye rləşdiyi (həyətyanı və tikintialtı) torpaq sahəsinin Bakı Şəhər İHB-nın 24 oktyabr 2014-cü il tarixli, 505 nömrəli sərəncamı ilə ünvan 10 ünvanda mülkiyyətdə olan 0,14 ha və ona bitişik torpaq sahəsində (icarə əsasında) yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün İddiaçı MTK-nə icazə verilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilir. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisi tərəfindən tərtib olunmuş 25 dekabr 2020-ci il tarixli mütəxəssis rəyinə əsasən, İddiaçı MTK tərəfindən inşa olunması nəzərdə tutulan hündürmərtəbəli yaşayış binası ilə Bakı şəhəri, Nərimanov rayonu Mayakovski küçəsi, 7 saylı evin 4 nömrəli fərdi yaşayış evi arasındakı məsafə Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələb lərinə uyğun olduğu müəyyən edilir. Rəyin tədqiqat hissəsində qeyd olunanları, o cümlədən Bakı Şəhər İHB-nın xx.xx.2014-cü il tarixli, 505 saylı sərəncamına əsasən, ünvan 11 ünvanda mülkiyyətdə olan 0,14 ha və ona bitişik torpaq sahəsində (icarə əsasında) İddiaçı MTK-nə çoxmərtəbəli yaşayış binalarının tikintisinə icazə verildiyini, eləcə də Bakı Şəhər İHB-nın xx.xx.2015-ci il tarixli, 550 saylı sərəncamına əsasən, həmin ünvanda İddiaçı MTK-nə 18 mərtəbəli, bir bloklu yaşayış binalarının tikintisinə icazə verildiyini və torpaq sahəsinin ayrılmasına dair 14/288 saylı ayrıc akt tərtib edildiyini, 132 nömrəli tikintiyə icazə sənədinə əsasən, həmin obyektin layihəsinin "xxxx" MMC tərəfindən tərtib edildiyi, tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğun olması barədə Dövlət Şəhərsalma və Arx itektura Komitəsi Ərazi Tikinti Planlaşdırma Mərkəzi tərəfindən xx.xx.2019-cu il tarixli 02/852 saylı, tikinti layihəsinə dair ekspertiza müəssisəsi tərəfindən xx.xx.2019-cu il tarixli 28318 saylı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixli ER-22/507 saylı, Fövqəladə Hallar Nazirliyi X2 Xidməti tərəfindən xx.xx.2019-cu il tarixli YTNƏŞ-0605 nömrəli, Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən xx.xx.2019-cu il tarixli 184 saylı rəylər verildiyini, həmçinin mütəxəssis rəyində qeyd olunanları nəzərə alaraq, İddiaçı MTK tərəfindən aparılan hündürmərtəbəli yaşayış binasının tikintisinin tikinti norma və qaydalarına uyğun aparıldığı müəyyən edilir. Bakı şəhəri, Nərimanov rayonu Mayakovski küçəsi, 7 saylı evi n 4 nömrəli fərdi yaşayış evinin 2ci, 3-cü mərtəbələrində və mansard hissəsində təmir işləri tam başa çatmadığından, eləcə də ayrı-ayrı tikililərə ziyan dəyməsi müəyyən edilmədiyindən, bu sual üzrə tədqiqat aparılmadı. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə tikinti-texniki ekspertizasının 30 aprel 2021-ci il tarixli, 10/3753 nömrəli rəyi ilə eyni zamanda müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu Mayakovski küçəsi 7 saylı evin 4 nömrəli fərdi yaşayış evinin 2-ci, 3-cü mərtəbələrində və mansard hissəsində təmir işləri tam başa çatmamış və eləcə də ayrı-ayrı tikililərə ziyan dəyməmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh Rəşid Cəlilova məxsus Bakı şəhəri, Nərimanov rayonu Mayakovski küçəsi, 7 saylı evin 4 nömrəli fərdi yaşayış evinin Nərimanov Rayon İHB-nın xx.xx.2006-cı il tarixli, 418 saylı sərəncamına və Bakı şəhəri, Memarlıq və Şəhərsalma Baş İdarəsinin 08 sentyabr 2006-cı il tarixli, 18/038/5299 saylı qeydiyyat nömrəsi ilə razılaşdırılmış eskiz layihəsinə uyğun inşa edilmədiyi apellyasiya icraatı zamanı Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə tikinti-texniki ekspertizasının 18 fevral 2022-ci il tarixli, 10/7188 nömrəli rəyi ilə də təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, məhkəmə araşdırması zamanı İddiaçı MTK tərəfindən Cavabdeh maddi və mənəvi zərər vurulması sübut olunmadığından, habelə MTK-nın apardığı tikinti işləri qanuni olduğundan birinci instansiya məhkəməsi qarşılıqlı iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəl lənin 21.2, 1096, 1097.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və qarşılıqlı iddia ərizəsinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh 2006-cı il tarixli sərəncam və memarlıq və şəhərsalma baş İdarəsinin təsdiq etdiyi layihə əsasında tikdiyi fərdi yaşayış evinin inşası 2013-cü ildə başa çatmış, bu hal peyk görüntüsü ilə tam təsdiq edilmiş, qarşılıqlı iddia üzrə cavabdehə torpaq sahəsi ayrılması zamanı Cavabdeh tikdiyi fərdi y aşayış evinin qəzalı vəziyyətdə olması ümumiyyətlə araşdırma predmeti olmamış, torpaq ayırma sərəncamında konkret olaraq ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri əvvəlcədən ödənilməklə sakinlərin köçürülməsi və vəsaitin ödənilməsinin İddiaçı MTK-ya həvalə edilməsinə baxmayaraq, MTK hər hansı vəsait ödəmədən və ərazini boşaltmadan tikinti işlərinə başlamış, məhz yeni binanın özülünün qazılması, ərazinin boşaldılmadan yaşayış evinin təxminən 2 metrliyində kran quraşdırılması və tikinti işlərinə başlanılması tam sübut olunmasına və MTK tərəfindən yaşayış evi mülkiyyətçisinə maddi zərər vurulması tam təsdiq edilməsinə baxmayaraq, birinci və apellyasiya instansiyasıməhkəmələri bu qanunsuzluğa göz yummuş, mülkiyyətçinin hüquqlarının pozulmasının qarşısını almamış və ona dəymi ş zərərin əvəzinin ödənilməsində maraqlı olmamışlar. Qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MTK mülkiyyətçi Cavabdeh mənəvi zərər yetirmiş, yaşayış binası mülkiyyətçidən dəyəri əvvəlcədən ödənilməklə alınmadan ərazidə tikinti işlərinə başlanılmış, hər gün aparılan tikinti işləri nəticəsində iddiaçı hər an evinin uçmaq təhlükəsi ilə ailə üzvləri ilə birlikdə yaşamaq məcburiyyətində qalmış, bu hal apellyasiya şikayətində və iddia ərizəsində kifayət qədər əsaslandırılmasına baxmayaraq, apellyasiya instansiyasıməhkəməsi həmin halları ümumiyyətlə araşdırmamış və dəymiş mənəvi zərərin əvəzini tutmamışdır. Birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən sübutlar səthi araşdırılmış, qarşılıqlı iddianın təmin edilməsini təsdiq edən kifayət qədər sübutların olması nəzərə alınmamışdır. Halbuk i, fərdi yaşayış evi iddiaçının mülkiyyətində olmuş, fərdi yaşayış evi Nərimanov rayon İHB-nın sərəncamı əsasında tikilmiş, evin eskiz layihəsi Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilmiş, təqdim edilmiş fotoşəkillərlə və ekspert rəyi ilə yaşayış evinin bərbad vəziyyətə düşməsi təsdiq olunmuş, bu halın əksini təsdiq edən sübutlar isə mövcud deyildir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin poz ulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitindəəldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdəödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol veril mir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə, kassasiya i nstansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh tərəfindən tam mübahisələndirildiyindən qətnamə kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansi yası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandıma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və iddiaçının kassasiya şikayətinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, qarşılıqlı iddianın təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, Bakı Şəhə r İHB-nın “Mülkiyyətdə olan torpaq sahəsində yaşayış binalarının tikintisinin layihələndirilməsi haqqında” 24 oktyabr 2014-cü il tarixli, 505 nömrəli sərəncamına əsasən "xxxx" ASC-nin xx.xx.2014-cü il tarixli, PHS-1897 saylı razılıq məktubunu, İddiaçı MTK-nin xx.xx.2014-cü il tarixli, 26 saylı müraciətini və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2014-cü il tarixli, ******* saylı Çıxarışını nəzərə alaraq, ünvan 1 ünvanda mülkiyyətdə olan 0,14 ha və ona bitişik torpaq sahəsində (icarə əsasında) yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün həmin Kooperativə icazə verilmiş, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsinin qanunvericiliyə əsasən İddiaçı MTK tərəfindən həll edilməsi qərara alınmışdır. Bakı Şəhər İHB-nın “Bakı Şəhər İcra Hakimiyyətinin layihələndirmə ilə əlaqədar sərəncamını nəzərə alaraq İddiaçı MTK-nə tikintiyə icazə verilməsi haqqında” 22 dekabr 2015-ci il tarixli, 505 nömrəli sərəncamına əsasən, İddiaçı MTK-ya ərazinin və obyektin şəhərsalma sənədlərinin hazırlanması və təqdim edilməsi göstərişi verilmişdir. İddiaçı MTK sərəncamda göstərilən tələbləri yerinə yetirmiş və göstərilən ünvanda tikintisi nəzərdə tutulan bloklardan birincisinin sənədlərini qanunun tələblərinə uyğun olaraq hazırlamış və tikintiyə başlanılması barədə icazənin alınması üçün müraciət etmişdir. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təqdim edilmiş sənədlər hərtərəfli öyrənilmiş və tikiləcək birinci blokun şəhərsalma və tikinti normalarına cavab verdiyini müəyyən etdikdən sonra, Bakı Şəhər İHB-nın 22 dekabr 2015-ci il tarixli, 550 nömrəli sərəncamı ilə göstərilən ünvanda birinci blokun tikintisinə icazə verilmişdir. İddiaçı MTK tərəfindən tikinti altına düşən və tikinti sahəsini əhatə edən yaşayış evlərinin sakinləri və mülkiyyətçiləri ilə razılığa gəlinərək qarşılıqlı razılıq əsasında onlara məxsus mənzil və evləri sökülmüş və sakinlər köçürülmüşdür. Beləliklə də, tikintisi nəzərdə tutulan coxgirişli binalardan birinci “A” bloku tikilərək sakinlərə təhvil verilmişdir. Hazırda birinci blokda sakinlər tam məskunlaşmışdır. Bundan sonra tikiləcək ikinci blokun sənədləşdirilməsi və müvafiq dövlət orqanları tərəfindən yoxlanılması və tikintiyə icazənin alınması işinə başlanmışdır. İkinci blokun tikinti sahəsinə düşəcəyi ehtimalı olan mənzillərin bir qismi birinci “A” blokunun tikintisi zam anı, yəni əvvəlcədən sahiblərinin qarşılıqlı razılaşması ilə sökülmüş və onlar köçürülmüşdür. Tikiləcək “B” blokunun tikintisi üçün müvafiq olaraq dövlət orqanlarından aşağıdakı rəylər alınmışdır: tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğun olması barədə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin 12 sentyabr 2019-cu il tarixli, 02/852 nömrəli rəyi; tikinti layihəsinə dair ekspertiza mütəxəssisinin 28 oktyabr 2019-cu il tarixli, 28318 tarixli rəyi; Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin 23 oktyabr 2019-cu il tarixli, ER-22/507 nömrəli rəyi; Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X2 Xidmətinin 27 sentyabr 2019-cu il tarixli YTNƏŞ0605 nömrəli rəyi; Azərbaycan Resp ublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin 13 noyabr 2019-cu il tarixli, 184 nömrəli rəyi. Qeyd edilən rəylər alındıqdan sonra, Bakı Şəhər İHB-nın 24 oktyabr 2014-cü il tarixli sərəncamı əsasında Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 30 dekabr 2019-cu il tarixli 132 nömrəli obyektin tikintisinə icazə verilmişdir. Tikilməsinə müvafiq icazə alınmış “B” blokunun tikinti sahəsinə düşən ərazidəki sakinlərlə qarşılıqlı razılığa gəlinmiş və onların mənzilləri Kooperativ tərəfindən sökülərək tikinti üçün meydança hazır vəziyyətə salınmışdır. Mənzilləri sökülmüş sakinlərə tikiləcək binada müasir tələblərə uyğun və tam şəraitli mənzillərlə təmin ediləcəkləri barədə İddiaçı MTK öhdəlik götürmüşdür. Hazırda tikinti sahəsinə düşən mənzillər söküldükdən sonra “B” blokunun tikintisinə başlanmışdır. Artıq “B” blokunun zirzəmi və birinci mərtəbəsinin tikintisi başa çatmış və sonrakı mərtəbələrin tikintisi davam etdirilir. Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin verdiyi ÖM seriyalı 147706 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri Mayakovskiy küçəsi 7 saylı evin 12 kv.metr yaşayış sahəsindən ibarət bir otaqlı 4 saylı mənzili Cavabdeh adına 27 mart 2003-cü il tarixində xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. Bakı şəhəri, Nərimanov Rayon İHB-nın “Mayakovski küçəsi 7/3 və 7/4 saylı evlərin sökülüb yenidən tikilməsinə icazə verilməsi haqqında” 11 sentyabr 2006-cı il tarix li 418 nömrəli sərəncamına əsasən Cavabdeh özünə məxsus Mayakovski küçəsi 7/3 və 7/4 saylı evlərin sökülüb, Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəsinə uyğun yenidən tikilməsinə icazə verilmişdir. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə tikinti-texniki ekspertizasının 30 aprel 2021-ci il tarixli, 10/3753 nömrəli rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu Mayakovski küçəsi, 7 saylı evin 4 nömrəli fərdi yaşayış evi üzrə texniki pasportda nəzərdə tutulmayan yenidənqurma işləri aparılmaqla əlavə tikililər inşa edildiyi və həmin tikililərin inşası zamanı inşaat norma və qaydalarına riayət edilmədiyi müəyyən edilir. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisi tərəfindən tərtib olunmuş 25 dekabr 2020-ci il tarixli mütəxəssis rəyinə əsasən, 1924-cü ildə inşa olunmuş birmərtəbəli yaşayış evinin sərəncam üzrə sökülüb əsaslı şəkildə yenidən tikilməli olduğu halda, tikinti norma və qaydalarına əməl edilmədən, sökülməli olan tikilinin üzərində inşa edilmiş əlavə iki mərtəbə və mansard əsassız və izafi yüklülük yaratmışdır. Yeni tikilən mərtəbələr və mansarda, 2-ci mərtəbənin arxa yükdaşıyan divarında mişarlanmış əhəng daşlarından qalınlığı 20 sm olan xarici divarın təxminən 2 kv.metr hissəsində olan dağıntılar və eləcə də birinci suala verilmiş cavablarda göstərilən tikinti norma və qaydaların pozulması hallarını nəzərə alaraq, yaşayış evinin dayanıqlığına zəmanət verilmir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Nərimanov rayonu Mayakovski küçəsi, 7 saylı e vin 4 nömrəli fərdi yaşayış evinin və onun yerləşdiyi (həyətyanı və tikintialtı) torpaq sahəsinin Bakı Şəhər İHB-nın 24 oktyabr 2014-cü il tarixli, 505 nömrəli sərəncamı ilə ünvan 10 ünvanda mülkiyyətdə olan 0,14 ha və ona bitişik torpaq sahəsində (icarə əsasında) yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün İddiaçı MTK-nə icazə verilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilir. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisi tərəfindən tərtib olunmuş 25 dekabr 2020-ci il tarixli mütəxəssis rəyinə əsasən, İddiaçı MTK tərəfindən inşa olunması nəzərdə tutulan hündürmərtəbəli yaşayış binası ilə Bakı şəhəri, Nərimanov rayonu Mayakovski küçəsi, 7 saylı evin 4 nömrəli fərdi yaşayış evi arasındakı məsafə Şəhərsalma v ə Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələblərinə uyğun olduğu müəyyən edilir. Rəyin tədqiqat hissəsində qeyd olunanları, o cümlədən Bakı Şəhər İHB-nın xx.xx.2014-cü il tarixli, 505 saylı sərəncamına əsasən, ünvan 11 ünvanda mülkiyyətdə olan 0,14 ha və ona bitişik torpaq sahəsində (icarə əsasında) İddiaçı MTK-nə çoxmərtəbəli yaşayış binalarının tikintisinə icazə verildiyini, eləcə də Bakı Şəhər İHB-nın xx.xx.2015-ci il tarixli, 550 saylı sərəncamına əsasən, həmin ünvanda İddiaçı MTK-nə 18 mərtəbəli, bir bloklu yaşayış binalarının tikintisinə icazə verildiyini və torpaq sahəsinin ayrılmasına dair 14/288 saylı ayrıc akt tərtib edildiyini, 132 nömrəli tikintiyə icazə sənədinə əsasən, həmin obyektin layihəsinin "xxxx" MMC tərəfindən tərtib edildiyi, tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğun olması barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti Planlaşdırma Mərkəzi tərəfindən xx.xx.2019-cu il tarixli 02/852 saylı, tikinti layihəsinə dair ekspertiza müəssisəsi tərəfindən xx.xx.2019-cu il tarixli 28318 saylı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixli ER-22/507 saylı, Fövqəladə Hallar Nazirliyi X2 Xidməti tərəfindən xx.xx.2019-cu il tarixli YTNƏŞ-0605 nömrəli, Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən xx.xx.2019-cu il tarixli 184 saylı rəylər verildiyini, həmçinin mütəxəssis rəyində qeyd olunanları nəzərə alaraq, İddiaçı MTK tərəfindən aparılan hündürmərtəbəli yaşayış binasının tikintisinin tikinti norma və qaydalarına uyğun aparıldığı müəyyən edilir. Bakı şəhəri, Nərimanov rayonu Mayakovski küçəsi, 7 saylı evin 4 nömrəli fərdi yaşayış evinin 2ci, 3-cü mərtəbələrində və mansard hissəsində təmir işləri tam başa çatmadığından, eləcə də ayrı-ayrı tikililərə ziyan dəyməsi müəyyən edilmədiyindən, bu sual üzrə tədqiqat aparılmadı. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə tikinti-texniki ekspertizasının 30 aprel 2021-ci il tarixli, 10/3753 nömrəli rəyi ilə eyni zamanda müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu Mayakovski küçəsi 7 saylı evin 4 nömrəli fərdi yaşayış evinin 2-ci, 3-cü mərtəbələrində və mansard hissəsində təmir işləri tam başa çatmamış və eləcə də ayrı-ayrı tikililərə ziyan dəyməmişdir. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çə kməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitindəəldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdəödənilməlidir. Qanunla zərərin əv əzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Apellyasiya instansiyası məhkəməsi, sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işə əlavə edilmiş sübutları, habelə cavabdeh Cəlil Şəşidovun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, cavabdeh Rəşid Cəlilova məxsus Bakı şəhəri, Nərimanov rayonu Mayakovski küçəsi, 7 saylı evin 4 nömrəli fərdi yaşayış evinin Nərimanov Rayon İHB-nın xx.xx.2006-cı il tarixli, 418 saylı sərəncamına və Bakı şəhəri, Memarlıq və Şəhərsalma Baş İdarəsinin 08 sentyabr 2006-cı il tarixli, 18/03-8/5299 saylı qeydiyyat nömrəsi ilə razılaşdırılmış eskiz layihəsinə uyğun inşa edilmədiyi apellyasiya icraatı zamanı Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəm ə tikinti-texniki ekspertizasının 18 fevral 2022-ci il tarixli, 10/7188 nömrəli rəyi ilə də təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi, işin hallarını nəzərə alıb belə qənaətə gəlmişdir ki, məhkəmə araşdırması zamanı İddiaçı MTK tərəfindən Cavabdeh maddi və mənəvi zərər vurulması sübut olunmadığından, habelə MTK-nın apardığı tikinti işləri qanuni əsaslarla aparıldığından, birinci instansiya məhkəməsi qarşılıqlı iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, Cavabdeh kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar ara şdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 sentyabr 2022-ci il tarixli, 2(103)-398/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.