Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3190/2021 27.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: XXX oğlunun qanuni nümayəndəsi Nümayəndə Ramiz oğlunun cavabdeh X7 və digərlərinə qaşı iş üzrə QƏRARİ iş № 2(102)-3190/21 (Açar sözlər: bağışlama müqaviləsinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu sədrlik edən, məruzəçi, Həsənov Vüqar Təvəkgül oğlu və X3 ibarət tərkibdə, X12 oğlunun katibliyi, İddiaçı: XX mülki prosessual hüquq varisi Nümayəndə vəkili X8, Cavabdeh: X4 vəkili X2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 sentyabr 2020-ci il tarixli, 2(103)-6156/2020 saylı qətnaməsin dən iddiaçı Məmmədov Ramiz Kamal oğlunun qanuni nümayəndəsi Nümayəndə kasasiya şikayəti üzrə işə 27 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı Ramiz Məmmədovun qanuni nümayəndəsi Nümayəndə və İddiaçı2 məhkəmədə cavabdeh Gülçin Çıraqova və digərlərinə qarşı iddia qaldıraraq, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi 25 sayıl evin 19 saylı mənzilinin Ramiz Məmmədov tərəfindən qızı Gülbin Məmmədova bağışlanmasına dair notarial qaydada rəsmiləşdirilmiş 16 aprel 2010-cu il tarixli bağışlama müqaviləsinin; həmin mənzilin Gülbin Məmmədova tərəfindən Gülçin Çıraqova bağışlanmasına dair notarial qaydada rəsmiləşdirilmiş 11 avqust 2016-cı il tarixli bağışlama müqaviləsinin; ünvan 1 ünv anda yerləşən, ümumi sahəsi 75,24 kv.metr olan qeyri-yaşayış sahəsinin Ramiz Məmmədov tərəfindən qızı Gülçin Çıraqovaya bağışlanmasına dair notarial qaydada rəsmiləşdirilmiş 31 oktyabr 2015-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İddia tələbləri belə əsaslandırılıb ki, Ramiz Məmmədov İddiaçı2 ilə 1966-cı ildə nikaha daxil olub, bu nikahdan Elçin, Gülçin və Gülbin adını verdikləri uşaqları dünyaya gəlib, Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsində yerləşən 25 saylı evin 19 saylı mənzili Ramiz Məmmədovun mülkiyyətində olmuş, lakin təxminən 2009-cu ildə həmin mənzil Elçinin və Həqiqətin xəbəri, habelə razılıq ərizəsi olmadan Gülbin Məmmədovanan adına keçirilib, sonuncu isə sonradan ya zor gücünə və yaxud Gülçin Çıraqova v ə Cavabdeh2 hiyləsi və ya hədə-qorxusu nəticəsində mənzili qızı Gülçin Çıraqovaya bağışlayıb. Bütün bu proseslərdən nə Nümayəndə, nə də İddiaçı2 xəbəri olmayıb, beləliklə də vərəsəlik hüquqlarından məhrum edilib. Ramiz Məmmədovun qəyyumu Nümayəndədur və hazırda Elçin və Gülçin Çıraqov(a)lar, ata payından pay istəyirsə onu tutduracaqlarını və şərləyəcəklərini bildirirlər. Məhkəmə Psixiatrik Ekspertizasının 01 avqust 2017-ci il tarixli rəyinə əsasən, “Ramiz Məmmədovda altsheymer xəstəliyi nəticəsində dərin demensiya (ağıl zəifliyi) formasında xroniki psixi xəstəlik müəyyən edilir. Bunu anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri - 3 il bundan əvvəl yaddaş pozuntularının özünü biruzə verməsi, mütəmadi olaraq müalicə olunmasına baxmayaraq, psixi vəziyyətinin pisləşmək də davam etməsi, 2 saylı X1 müalicədə olarkən göstərilən diaqnozun müəyyən edilməsi, həmçinin müayinə zamanı kobud yaddaş pozuntuları aşkar etməsi, təfəkkürünün az produktivliyi, intellektinin zəifləməsi, maraq dairəsinin məhdudluğu, emosional iradi sferasının enməsi, tənqidinin olmaması və sair sübut edir. Bunlar nəzərə alınaraq belə nəticəyə gəlinir ki, Ramiz Məmmədov öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də, Ramiz Məmmədovun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün kifayət qədər əsas var”. Bakı şəhəri, Nəsimi rayon İHB-nın 28 sentyabr 2017-ci il tarixli, 251 saylı sərəncamına əsasən, Nümayəndə 20 may 1940-cı il tarixdə doğulmuş atası Ramiz Məmmədova qəyyum təyin edilib. 16 aprel 2010-cu i l tarixdə Ramiz Məmmədovla Gülbin Məmmədova arasında bağışlama müqaviləsi bağlanarkən əqdin digər iştirakçılarının şəxsiyyət vəsiqələrinin surəti notariat işinə əlavə edilsə də, Ramiz Məmmədovun arvadı İddiaçı2 şəxsiyyət vəsiqəsinin surəti əlavə edilməyib və notariat işindəki mənzilin bağışlanmasına razılıq verilməsinə dair ərizədəki imza İddiaçı2 imzasına bənzəmir. Bundan əlavə, notariat işində mənzildə qeydiyyatda olan ailə üzvlərinin mənzilin özgəninkiləşdirilməsinə razılıqlarının olmasına dair ərizələri yoxdur. Bu isə qanunsuzdur. Gülbin Məmmədovanın adına 20 may 2010-cu il tarixli Çıxarış verilib. 11 avqust 2016-cı il tarixdə isə o, notarial qaydada rəsmiləşdirilmiş bağışlama müqaviləsinə əsasən mənzili Gülçin Çıraqova bağışlamışdır. Həmin notariat işinə əlavə edilmiş mənzildə qeydiyy atda olan Ramiz Məmmədov və İddiaçı2 mənzilin bağışlanmasına razılıq verilməsinə dair ərizələri, həmçinin mənzildə qeydiyyatda olan digər şəxslər- Sürəyyə Məmmədova, Maarif Məmmədov, Fərid Məmmədov və Amaliya Məmmədovanın mənzilin bağışlanmasına razılıq vermələrinə dair notarial qaydada təsdiqlənmiş razılıq ərizələri saxtalaşdırılıb. Bundan başqa, ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 75,24 kv.metr olan qeyri-yaşayış sahəsi Ramiz Məmmədovun mülkiyyətində olub, onun adından notariat kontoruna verilmiş 29 sentyabr 2015-ci il tarixli etibarnamə əsasında 31 oktyabr 2015-ci il tarixdə Cavabdeh2 həmin qeyri-yaşayış sahəsini notariat kontorunda rəsmiləşdirməklə öz arvadı Gülçin Çıraqovaya bağışlamışdır. Ramiz Məmmədovun adından verilmiş 29 sentyabr 2015-ci il tarixli etibarnamədəki imzanın icr a tərzindən açıq-aşkar görünür ki, o, imzanı icra edən zaman fəaliyyət qabiliyyəti olmayıb, “altsheymer” xəstəsi olub. Qeyd edilən imzanın icra edilməsi yuxarıda istinad edilən ekspert rəyində də göstərildiyi kimi, Ramiz Məmmədovun xəstəliyinin olduğu dövrə, yəni 2014-cü ildən sonrakı dövrə təsadüf edir və çaşdırıcı amilin (xəstəliyin) təsiri altında icra edildiyi aşkardır. İddiaçı2 bildirir ki, o, notariat kontoruna aparılsa da, ona bildirilmişdir ki, ərinin mülkiyyətində olan əmlak icarəyə verilir, bu icarədən onlara icarə haqqı veriləcək. Göründüyü kimi, qeyri-yaşayış sahəsi üzərində sərəncam verilməsinə səlahiyyət verən etibarnamənin rəsmiləşdirilməsi, həm də əqdin bağlanmasına İddiaçı2 razılığının rəsmiləşdirilməsi qanunvericiliyin tələblərinin pozulması ilə müşayiət olunub, etibarnam ə fəaliyyət qabiliyyəti olmayan şəxs tərəfindən verilib, razılıq verən İddiaçı2 isə əqd barəsində aldadılıb. Qeyd edilənlər həmin müqavilənin də etibarsız olduğuna dəlalət edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nəsimi Rayon məhkəməsinin 02 iyun 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim C.Ə.Tağıyev) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, mübahisəli daşınmaz əmlaklara dair bağlanmış bağışlama müqavilələrinin etibarsız hesab edilməsi üçün əsaslar yoxdur. Bağışlama müqavilələri mülki qanunvericilkdə müəyyənləşdirilmiş şərtləri pozmamaqla bağlanıb. İddiaçı əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində sözügedən əqdləri məhkəmə qa ydasında mübahisələndirməyib. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 324.1, 337.1, 354.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apelyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər E.M.Həsənov sədrlik edən, məruzəçi, X.A.Mərdanova və F.F.Babayev) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 iyun 2020-ci il tarixli qətnaməsi Ramiz Məmmədovun qanuni nümayəndəsi Nümayəndə münasibətdə dəyişdirilmədən saxla nılıb. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddianı rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 324.1, 354.2, 359.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsində icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri İddiaçı kasasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kasasiya şikayəti belə əsaslan dırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh Gülçin Məmmədovanın etiraz ərizəsində apelyasiya şikayətinin təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçı Ramiz Məmmədovun mülki prosessual hüquq varisi Nümayəndə vəkili Tural Şahbazov kasasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdeh Gülçin Çıraqovanın vəkili Əmirulla Əlizadə məhkəmə iclasında kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişd irilmədən saxlanılmasını xahiş etdi. İddiaçı2, cavabdehlər Gülçin Çıraqova, Gülbin Məmmədova, Şabala Səmədov, Bakı şəhəri 09, 39 və 41 saylı X5 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki qanunvericiliyə əsasən əqd, mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdır ılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Mülki Mə cəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddə si). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçı kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyindən, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığı kasasiya şikayətinin dəlilləri hüdudlarında tam yox lanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandıma ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və iddiaçının kasasiya şikayətinə əsasən iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, Ramiz Məmmədov Həqiqət İsmayılova ilə 04 sentyabr 1966-cı il tarixdə rəsmi nikaha daxil olub və onların birgə nikahından Elçin, Gülçin və Gülbin adında üç uşaqları doğulub. Daha sonr a işdən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsində yerləşən 25 saylı evin 19 saylı mənzili 15 noyabr 2007-ci il tarixdə, ünvan 1 ünvanda yerləşən sahəsi 75,24 kv.metr olan qeyri-yaşayış sahəsi isə 30 dekabr 2013-cü il tarixdə Ramiz Məmmədovun adına mülkiyyət hüququ üzrə qeydiyyata alınıb. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, Ramiz Məmmədov 16 aprel 2010-cu il tarixdə notariat kontorunda təsdiq olunmuş müqavilə əsasında ünvan 3 ünvanda yerləşən evin 19 saylı mənzilini qızı Gülbin Məmmədovaya bağışlayıb, həmin müqavilə rəsmiləşdirilərkən mənzildə pasport qeydiyyatında olan İddiaçı2 notariat kontoruna ərizə təqdim edərək mənzilin qızına bağışlanmasına etiraz etmədiyini bildirib və mənzil 20 may 2010-cu il tarixdə Gülbin Məmmədovanın adına daşınmaz əmlakın dö vlət reyestrində qeydə alınıb. İşin müəyyən olunan digər halına görə, Gülbin Məmmədova sözügedən mənzili 11 avqust 2016-cı il tarixdə notariat kontorunda təsdiq olunmuş müqavilə əsasında bacısı Gülçin Çıraqovaya bağışlayıb, Ramiz və Həqiqət Məmmədov(a)lar həmin notariat kontoruna 10 avqust 2016-cı il tarixdə təqdim etdikləri ərizələrlə, mənzildə qeydiyyatda olan Sürayə Məmmədova, Maarif Məmmədov, Fərid Məmmədov və Amaliya Məmmədova isə Rusiya Federasiyasından göndərdikləri notarial təsdiqli ərizə ilə mənzilin Gülçin Çıraqovaya bağışlanmasına etiraz etmədiklərini bildiriblər və mənzil 17 avqust 2016-cı il tarixdə sonuncunun adına qeydə alınıb. İş materiallarından həmçinin aydın olur ki, Ramiz Məmmədovun adından etibarnamə ilə hərəkət edən Cavabdeh2 notariat kontorunda təsdiq olunmuş 31 okty abr 2015-ci il tarixli müqavilə əsasında ünvan 1 ünvanda yerləşən, sahəsi 75,24 kv.metr olan qeyri-yaşayış sahəsini Gülçin Çıraqovaya bağışlayıb, İddiaçı2 həmin əqdin bağlanmasına etiraz etmədiyi barədə ərizə verib və qeyri-yaşayış sahəsi 07 noyabr 2015-ci il tarixdə Gülçin Çıraqovanın adına mülkiyyət hüququ üzrə qeydiyyata alınıb, sonuncu, həmin əmlakı 17 avqust 2019-cu il tarixdə Şahbala Səmədova 175 000 manata satıb. İddiaçılar, məhz yuxarıda göstərilən bağışlama müqavilələrinin etibarsız hesab edilməli olduğunu irəli sürüb, ünvan 3 ünvanda yerləşən evin 19 saylı mənzilinin Ramiz Məmmədov tərəfindən Gülbin Məmmədova bağışlanması zamanı İddiaçı2 verdiyi razılıq ərizəsindəki imzanın onun tərəfindən icra edilmədiyinə, həmin mənzilin Çülçin Çıraqovaya bağışlanması zamanı mənzildə qeydiyya tda olanların razılığının alınmadığına, habelə Gülbin Məmmədovaya hədə-qorxu gəlindiyinə, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin Gülçin Çıraqovaya bağışlanması zamanı isə Ramiz Məmmədovun fəaliyyət qabiliyyətsiz olduğuna əsaslanıblar. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb ilk növbədə qeyd etmişdir ki, iddia tələbləri bağışlama müqavilələrinin etibarsızlığı ilə bağlı olduğundan, ümumilikdə əqdlərin bağlanması və etibarsızlığı ilə əlaqədar qanunvericilik müddəalarının təhlilinin aparılması zəruridir; belə ki, mülki qanunvericiliyə əsasən əqd, mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Bağışlama müqaviləsi ikitərəfli əqdin bir növü olmaqla, əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır. Mülki Məcəllənin 666.1-ci maddəsinə əs asən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlan mış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Apelyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib qeyd etmişdir ki, hər hansı əqdin (o cümlədən bağışlama müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdlər iradə ifadələri nəticəsində əmələ gəldiklərinə görə, bir əqdin etibarlı olması üçün onu əmələ gətirən iradə ifadəsinin də sağlam olması, başqa sözlə iradə və onun bildirilməsi arasında vahidliyin mövcudluğu lazımdır. Bu vahidlik həm iradənin formalaşmasında, həm də onun bildirilməsi anında mövcud olma lıdır. Belə ki, iradə formalaşdığı anda sağlam olmalı və buna uyğun olaraq bildirilməlidir. Bu uyğunluğun (vahidliyin) olmadığı hallarda iradə ifadəsinin zədələnmiş olduğunu demək olar. İradə ifadəsinin sağlamlığına təsir edən, daha doğrusu onu (iradə ifadəsini) zədələyən ümumi hallar bunlardır: 1- vacib əhəmiyyətli yanılma, 2- aldatma, 3-təhdid edilmə (hədələnmə). Aldatma, əqdin tərəflərindən birində qəsdən səhv bir qənaət və təsəvvür əmələ gətirərək, ya da ondakı səhv qənaət və təsəvvürü davam etdirərək onun həmin bu səhv təsəvvürə görə əqd bağlamasına səbəb olmaqdır. Göründüyü kimi, aldatma əslində əqdin bir tərəfinin qəsdən yanılmasına səbəb olmaqdır. Həmçinin, ünvan 3 ünvanda yerləşən 19 saylı mənzilin Ramiz Məmmədov tərəfindən Gülbin Məmmədova bağışlanmasına dair notariat kontorund a rəsmiləşdirilmiş 16 aprel 2010-cu il tarixli bağışlama müqaviləsinin və həmin mənzilin Gülbin Məmmədova tərəfindən Gülçin Çıraqovaya bağışlanmasına dair notariat kontorunda rəsmiləşdirilmiş 11 avqust 2016-cı il tarixli bağışlama müqaviləsinin lazımi subyektlərin (səlahiyyətli şəxslərin) arasında bağlanmış olduğu mübahisə mövzusu deyildir; müqavilələrin, bu növ əqdlər üçün nəzərdə tutulmuş forma və məzmuna uyğun olmadığı da irəli sürülməyib və onları bağlamış şəxslərin arasında iradə vahidliyinin yoxluğu isə sübuta yetirilməyib. Əksinə, işin hallarından, xüsusilə Həqiqət və Gülbin Məmmədovaların apelyasiya icraatı zamanı məhkəməyə ünvanladıqları ərizələrdən aydın olur ki, Ramiz Məmmədov 16 aprel 2010-cu il tarixli müqaviləni öz iradəsi əsasında bağlayıb, İddiaçı2 həmin müqavilənin bağlanm asına razılıq verib, sonradan Gülbin Məmmədova bu mənzili sərbəst iradəsi ilə bacısına – Çülçin Çıraqovaya – bağışlayıb. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 390.5-ci maddəsinə görə, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən isə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Apelyasiya instansiyası məhkəməsi işin həqiqi hallarını nəzərə alıb haqlı olaraq qeyd etmişdir ki, ümumiyyətlə, bağışlama müqaviləsinin rəsmiləşdirilməsi zamanı bağışlanılan əmlakda qeydiyyatda olan şəxslərin razılığının alınmalı olması, bu müqavilənin bağlanma formasını və hansı subyektlər tərəfindən imzalanmalı olduğunu müəyyənləşdirən qanunda (Mülki Məcəllə) deyil, qanundan aşağı səviyyəli normativ akt olan təlimatda nəzərdə tutulmuşdur; həmin təlimat isə müqavilənin rəsmiləşdirilməsinin notarius tərəfindən əməl olunmalı olan qaydasını tənzimləməklə mülkiyyət hüququnun Mülki Məcəllədə müəyyənləşdirilmiş hallarda məhdudlaşdırıla biləcəyi haqqında həmin Məcəllənin 169.1-ci maddəsinin tələbi nəzərə alınmaqla şərh olunmalıdır. “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 11 iyul 2003- cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2004-cü il tarixli Qərarında da vurğulanmışdır ki, “…müqavilənin notariat qaydasında rəsmiləşdirilməsi üçün mənzildə yaşayan şəxslər barəsində arayışın tələb olunmaması və onların mənzilin satılmasına razılığının olub-olmadığının müəyyənləşdirilməməsi “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatda nəzərdə tutulmuş vəzifələrin notarius tərəfindən icra olunmadığını təsdiq edə bilər. Bu hal isə əqdin etibarsız hesab edilməsi üçün o vaxt əhəmiyyətli ola bilər ki, mənzil ümumi mülkiyyətdə olsun, habelə ər-arvaddan başqa orada yaşayan digər şəxslərin həmin mənzilə mülkiyyət və onunla bağlı digər hüquqları pozulsun”. ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair bağlanmış müqavilə ilə bağlı isə apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Təmsilçinin bu hüquqlarını özündə əks etdirən sənədin anlayışı isə Mülki Məcəllənin 362.1-ci maddəsində göstərilmişdir. Həmin normaya əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamədir. Mülki Məcəllənin 362.2-ci maddəs inə görə notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Mülki Məcəllənin 359.3-cü maddəsinə əsasən, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında brokerlik halı istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. “M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 24 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 23.07.2013-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları t əmin edilməlidir. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdlərin bağlamasına yönələn iradə ifadəsinin olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir”. İşin hallarından görünür ki, Ramiz Məmmədov Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 avqust 2017-ci il tarixli qətnaməsi ilə fəaliyyət qabiliyyətsiz hesab edilib və Bakı şəhəri Nəsimi rayon İHB-nın 27 sentyabr 2017-ci il tarixli sərəncamı əsasında Nümayəndə onun üzərində qəyyum t əyin olunub. Yuxarıda qeyd olunduğu kimi, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi Ramiz Məmmədovun adından 29 sentyabr 2015-ci il tarixli etibarnamə ilə hərəkət edən Cavabdeh2 tərəfindən 31 oktyabr 2015-ci il tarixdə Gülçin Çıraqovaya bağışlanıb, İddiaçı2 həmin əqdin bağlanmasına etiraz etmədiyi barədə ərizə verib; birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın rəyi ilə isə müəyyən edilmişdir ki, 29 sentyabr 2015-ci il tarixli etibarnamədə “imza” qrafasındakı imza, 2015-ci ilə dair notariat hərəkətlərinin qeyd edilməsi üçün 7E nömrəli reyestr jurnalının 95-ci vərəqəsində 4387-ci sırada “Ramiz Məmmədov” yazıları qarşısındakı imza Ramiz Məmmədov tərəfindən icra olunub, həmin imzalarda daxili “çaşdırıcı” amillərin (xəstəlik və s.) diaqnostik əlamətləri müşahidə edilməyib, hə mçinin İddiaçı2 adından olan 30 oktyabr 2015-ci il tarixli razılıq ərizəsindəki imza onun tərəfindən icra olunub. Apelyasiya instansiyası məhkəməsi kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq belə qənaətə gəlmişdir ki, iddiaçının irəli sürdüyü faktiki hallar, onun ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair iddia tələbinin də qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmır; belə ki, Ramiz Məmmədov kürəkəni Cavabdeh2 bütün əmlakını idarə etməyi və üzərində sərəncam verməyi 29 sentyabr 2025-ci il tarixədək etibar edib, Cavabdeh2 ona verilən səlahiyyətlər çərçivəsində müvafiq müqaviləni bağlayıb, müqavilə bağlanan zaman sözügedən etibarnamə qüvvədə olub, etibarnamə verilərkən Ramiz Məmmədovun fəaliyyət qabiliyyətsiz olduğu ar qumenti isə ekspert rəyi ilə təkzib edilib. Apelyasiya instansiyası məhkəməsi eyni zamanda onu da qeyd etmişdir ki, Cavabdeh2 əmlakı öz arvadına bağışlamış olması onun, “təmsil edilən adından şəxsən özü barəsində əqd bağlaması” kimi qiymətləndirilə bilməz; çünkü əmlak Gülçin Çıraqovanın mülkiyyətinə əvəzsiz əqd üzrə keçməklə onunla Cavabdeh2 birgə əmlakı statusunu qazanmayıb. Şərh olunanlarla yanaşı apelyasiya instansiyası məhkəməsi həmçinin belə qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən müvafiq iddia tələblərinin irəli sürülməsi üçün qanunla nəzərdə tutulmuş müddət də ötürülüb. Belə ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən v ə ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Qeyd olunan maddənin hüquqi mahiyyəti ilə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, etibarsız əqdlər üzrə müddətlər qanunvericilik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. Başqa sözlə, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir, bu müddət keçdikdən sonra isə müvafiq hüququnu itirir. Göründüyü qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur və müddətin keçməsi məhkəmə tərəfindən müəyyən edildiyi h alda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Qeyd olunmalıdır ki, müddətlər mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Kasasiya instansiyası məhkəməsi, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, iddianı rədd etmiş birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı Ramiz Məmmədova münasibətdə dəyişdirilmədən saxlamaqla apelyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlib və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Ona görə də iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu madd ələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı Məmmədov Ramiz Kamal oğlunun qanuni nümayəndəsi Nümayəndə kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 sentyabr 2020-ci il tarixli, 2(103)-6156/2020 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3190/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3190/2021
27.07.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver