Məhkəmə qərarları › İş №2(102)-3190/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3190/2024

17.10.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3190/2024 17.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzil mübahisələri, mənzilə dair istifadə hüquqlarının itirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzilə dair istifadə hüquqlarının itirilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1468/2024 nömrəli, 21 fevral 2024-cü il tarixli qətn aməsindən Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayətinə 17 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Nərimanov rayonu, Böyük Şor qəsəbəsi, Daş Karxanası küçəsindəki 3 otaqlı 14 saylı fərdi yaşayış evi X6 məxsus olmuşdur. X11 22 iyun 2014-cü il tarixdə vəfat etmişdir.

2. X7, Cavabdeh1, X8, X1, X2, X17 tərəfindən notariat kontoruna ünvanlanmış xx.xx.2014-cü il tarixli ərizələrinə əsasən, qeyd olunan şəxslər xx.xx.2014-cü ildə vəfat etmiş X3 miras qalmış əmlakı qəbul etmədiklərini, etmək istəmədiklərini, heç bir pay istəmədiklərini, adlarının vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmədiklərini bildirmiş, bununla bağlı gələcəkdə heç bir iddia və tələblərinin olmayacağını q eyd etmişlər.

3. Bakı şəhəri 9 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli Şəhadətnaməyə əsasən, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X4 vərəsəsi Bakı şəhəri, B/X26 ev 14 ünvanında qeydiyyatda olan arvadı - İddiaçıdır. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri, Nərimanov rayonu, B/X26 ev 14 ünvanında yerləşən 3 otaqlı yaşayış sahəsi 47 kv.m, ümumi sahəsi 111 kv.m olan mərhum X6 məxsus fərdi yaşayış evindən ibarətdir.

4. Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa əsasən, Bakı şəhəri, Nərimanov rayonu, B/X26 ev 14 ünvanında yerləşən mənzil xx.xx.2015-ci il tarixdən xüsusi mülkiyyət hüququ üzrə İddiaçı tam mülkiyyətindədir.

5. Azərbaycan Res publikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2022-ci il tarixli arayışına əsasən, İddiaçı 20 iyun 2005-ci il tarixdən Bakı şəhəri, Nərimanov rayonu, B/X26 ev 14 ünvanında qeydiyyatdadır. Ünvanda qeydiyyatda olan digər şəxslər Cavabdeh4, Cavabdeh2, X7, X13, X14, X5, Cavabdeh3, Cavabdeh1, X9r.

6. Cavabdeh2 1994-cü il tarixdə Cavabdeh1 ilə nikaha daxil olmuş, həmin evə gəlin köçmüşdür. Onların 1995-ci il və 1998-ci il təvəllüdlü iki övladları var. Cavabdehlər 2013cü ildən mübahisəli mənzili daimi əsaslarla tərk etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh in Bakı şəhəri, B/X26 14 nömrəli evdən istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, B/Şor, Daş Karxanası 14 ünvanda yerləşən ev xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Cavabdeh1 artıq 10 ildən artıqdır ki, digər cavabdehlərlə birlikdə ona məxsus evdə yaşamırlar. Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan da görünür ki, cavabdehlər ona məxsus Bakı şəhəri, B/X26 ev 14 nömrəli mənzildə qeydiyyatdadırlar. Lakin ona məxsus evdən pasport qeydiyyatıdan çıxmırlar, bu isə mülkiyyətçi kimi onun hüquqlarını pozur. Cavabdehlərin həmin mənzildə qeydiyyatı formal xarakter daşıyır.

9. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 evdən məcbur şəkildə çıxarıldıqlarını bildirmişdir.

10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1551/2023 nömrəli, 15 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Səbinə Nuriyeva) iddia təmin edilmişdir.

11. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh1 1994-cü il tarixdə Cavabdeh2 ilə nikaha daxil olmuş, Cavabdeh2 həmin evə gəlin köçmüşdür. Onların 1995-ci il və 1998-ci ildə iki övladları anadan olmuşdur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2005-ci il tarixdən, Cavabdeh3 xx.xx.2012-ci il tarixdən, Cavabdeh4 xx.xx.2012-ci il tarixdən Bakı şəhəri, Nərimanov rayonu, B/X26 ev 14 ünvanında yerləşən mənzilə qeydiyyata alınmışdır. Onlar 2013-cü ildən mübahisəli mənzili daimi əsaslarla tərk etmişdir. Cavabdehlər hazırda Bakı şəhərində yaşayırlar. Bunu məhkə mə iclasında dindirilmiş iş üzrə tərəflərin izahatları və iş materialları təsdiq edir.

12. Məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehlərin öz istəkləri ilə mənzildən çıxdıqlarını bildirmiş, cavabdehlər isə qeyd olunan mənzildən iddiaçı tərəfindən məcburi çıxarıldıqlarını bildirsələr də, bununla bağlı hər hansı bir sübut təqdim etməmiş, keçən uzun müddət ərzində mənzilə köçməyə cəhd etməmiş, bu barədə tələb (mənzilə köçürülmə və s.) irəli sürməmişdirlər.Məhkəmə araşdırması zamanı da cavabdehlərin belə bir tələbi olmamışdır. Hətta cavabdeh övladlarının dərmanı ilə əlaqədar olaraq mənzildə qeydiyyatda olmalarının mütləq olduğunu, əgər bu təmin edilərsə iddia ilə razı olacaqlarını bildirmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, mübahisəli mənzil xx.xx.2014-cü il tarixdə vəfat etmiş iddiaçının həya t yoldaşı - Cavabdeh1 atası X4 mirası olmuşdur. Mərhumun vərəsələri, o cümlədən Cavabdeh1 notariat kontoruna ünvanlanmış xx.xx.2014-cü il tarixli ərizəsi ilə qeyd X3 miras qalmış əmlakı - Bakı şəhəri, Nərimanov rayonu, B/X26 ev 14 ünvanda yerləşən mənzili qəbul etmədiyini, qəbul etmək istəmədiyini, heç bir pay istəmədiyini, adının vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmədiyini bildirmiş, bununla bağlı gələcəkdə heç bir iddia və tələbinin olmayacağını qeyd etmişdir. Bununla da, mübahisəli mənzil qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən yalnız iddiaçının adına tam paylı mülkiyyət kimi qeydə alınmışdır. Bu halın özü də təsdiq edir ki, cavabdeh mənzili müvəqqəti deyil, daimi olaraq tərk etmiş, mənzillə əlaqəsi kəsildiyi üçün o, mənzildəki payından da anasının – iddiaçının xeyrinə imtina etmişdir.

14. Məhkəmənin qənaətinə görə qeyd olunan hallar isə cavabdehlərin iddiaçı tərəfindən məcburi şəkildə mənzilən çıxarılması halını əsaslı şübhə altına alır. Cavabdehlərin mübahisəli mənzilin iddiaçının mülkiyyətinə keçənədək uzun müddət mübahisəli mənzildə yaşamaması və yuxarıda qeyd olunan hallar onların özünə başqa daimi yaşayış yeri seçməsi qənaətinə gəlməyə imkan verir. Digər cavabdehlər isə anadan olandan öz valideynləri ilə birlikdə yaşamış, 2013-cü ildə onlarla birlikdə mənzildən çıxmışdırlar. Hazırda da valideynləri ilə birlikdə yaşayırlar.

15. Məhkəmə qeyd etmişdir ki, cavabdehlər 10 ildən uzun müddətdir ki, mübahisəli mənzildə deyil digər ünvanlarda yaşayırlar. Eyni zamanda hazırkı günədək mübahisəli mənzilə köçüb yaşamaqla bağlı hər hansı iddiaları olmamı şdır. Hazırda da cavabdehlər mübahisəli fərdi yaşayış evində yaşamırlar. Məhkəmə araşdırması zamanı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşayış sahəsinə ehtiyacları olduğunu bildirməmiş, Bakı şəhəri ərazisində yaşadıqlarını, həmin evin oğullarının adına olduğunu qeyd etməklə iddiaya etiraz etmə əsaslarını yalnız mənzildə qeydiyyatda olma zərurəti ilə əlaqələndirmişlər.

16. Beləliklə cavabdehlərin mübahisəli mənzildə qeydiyyatda olsalar da, uzun müddət mübahisəli mənzildə deyil, digər yaşayış sahələrində yaşamaları, hazırda yaşayış sahəsinə ehtiyacları olması halının aradan qalxması iş materialları və tərəflərin izahatları ilə təsdiq olunmuşdur.

17. Məhkəmə hesab etmişdir ki, onların mənzildə qeydiyyatda olmaları iddiaçının öz mülkiyyətində olan evdən sərbəst şəkildə istifadəsinə maneə yar adır. Belə olan halda iddiaçının iddiası əsaslıdır və təmin edilməlidir.

18. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü, Mülki Məcəlləsinin 152.1, 228.5-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2016-cı il tarixli qərarına istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Cavabdeh4 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Cavabdeh4 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehlərin sağlamlıq vəziyyəti xüsusi qayğı tələb edən tipli olduğu üçün onların Bakı şəhəri, B/X26 ev 14-də yaşayış hüquqlarının itirilməsilə qeydiyyatdan çıxarılmaları və hazırkı vəziyyətdə heç bir mülkiyyətə sahib olmamaları səbəbindən hər hansı digər bir ünvanda qeydiyyata düşmələrinin mümkünsüzlüyü onların səhiyyə sistemində vaxtı-vaxtında dərman vasitələrilə təmin oluna bilməmələrinə səbəb olacağı üçün sağlamlıqlarına təhlükə törətməsi məhkəmənin diqqətindən yayınmışdır. Cavabdehlərin qeydiyyatdan çıxarılması və hər hansı mülkiyyət sahibi olmadıqları üçün qeydiyyata düşə bilməməsinin onların konstitusion seçki hüququnun məhdudlaşdırılması məhkəmə tərəfindən nəzərə alınmalıdır. Cavabdehlərin təkrar olaraq iki dəfə evdən çıxarılması onların həmin mənzildə yaşamaq üçün qayıtdıqlarının və yaşamaq hüququnun tələbinin sübutudur.

21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1468/2024 nömrəli, 21 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Akif İsgəndərov-sədrlik edən və məruzə çi, Məhəmməd Rüstəmli və Vahid Sadıqov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh1 qarşı iddianın təmin olunmuş hissəsində qətnamə dəyişdirilmədən saxlanılmışdır.

22. Apellyasiya şikayətinin dəlili ondan ibarət olmuşdur ki, cavabdehlərin mübahisəli mənzildən istifadə hüququna xitam verilməklə qeydiyyatdan çıxarılmaları onların səhiyyə sistemində vaxtı-vaxtında dərman vasitələrilə təmin oluna bilməmələrinə səbəb olacaqdır.

23. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh 2013-cü ildən mübahisəli mənzili daimi əsaslarla tərk etmişdir. Cavabdehlər hazırda Bakı şəhərində yaşayırlar. Bunu məhkəmə iclasında dindirilmiş tərəflərin izahatları və iş materialları təsdiq edir. Cavabdeh1 məhkəmə iclaslarında izahatında bildirmişdir ki, mübahisəli ünvanda 1990-cı ildən əvv əl qeydiyyata düşmüşdür. 10 ildən çoxdur ki, həmin evdən çıxmışdır. Onları anası məcburi olaraq evdən çıxarmışdır. Mənzili anasının adına imtina edərkən onlara bildirmişdir ki, mənzildən çıxarsalar da, heç olmasa qeydiyyatda qalsın. Bundan sonra ailəsi ilə birlikdə müxtəlif ünvanlarda kirayə qalmışdır. Hazırda yaşadıqları evin sənədi yoxdur. Ev oğlunun adınadır.

24. Cavabdehin yaşayış sahəsinə ehtiyacının olması ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı Cavabdeh1 yaşayış sahəsinə ehtiyacı olduğunu bildirməmiş, Bakı şəhəri ərazisində yaşadıqlarını, həmin evin oğullarının adına olduğunu qeyd etməklə iddiaya etiraz etmə əsaslarını yalnız mənzildə qeydiyyatda olma zərurəti ilə əlaqələndirmişdir. Cavabdehin həmin mənz ildən istifadə hüququ zərurəti olmadan qeydiyyatda qalması isə iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxaracaqdır.

25. Apellyasiya şikayətinin cavabdehlərin mübahisəli mənzili öz istəkləri ilə yox, məcburən tərk etmələri ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh bununla bağlı hər hansı bir sübut təqdim etməmiş, keçən uzun müddət ərzində mənzilə köçməyə cəhd etməmiş, bu barədə tələb (mənzilə köçürülmə və s.) irəli sürməmişdir. Məhkəmə araşdırması zamanı da cavabdehlərin belə bir tələbi olmamışdır. Hətta cavabdeh övladlarının dərmanı ilə əlaqədar olaraq mənzildə qeydiyyatda olmalarının mütləq olduğunu, əgər bu təmin edilərsə iddia ilə razı olacaqlarını bildirmişdir.

26. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəli mənzil xx.xx.2014-cü il tarixdə vəfat etmiş iddiaçının həyat yoldaşı - Cavabdeh1 atası X4 mirası olmuşdur. Mərhumun vərəsələri, o cümlədən Cavabdeh1 notariat kontoruna ünvanlanmış xx.xx.2014-cü il tarixli ərizəsi ilə qeyd X3 miras qalmış əmlakı - Bakı şəhəri, Nərimanov rayonu, B/X26 ev 14 ünvanda yerləşən mənzili qəbul etmədiyini, qəbul etmək istəmədiyini, heç bir pay istəmədiyini, adının vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmədiyini bildirmiş, bununla bağlı gələcəkdə heç bir iddia və tələbinin olmayacağını qeyd etmişdir. Bununla da, mübahisəli mənzil qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən yalnız iddiaçının adına tam paylı mülkiyyət kimi qeydə alınmışdır. Bu halın özü də təsdiq edir ki, cavabdeh mənzili müvəqqəti deyil, daimi olaraq tərk etmiş, mənzillə əlaqəsi kəsildiyi üçün o, mənzildəki payından da anasının – iddiaçının xeyrinə imtina etmişdir.

27. Göründüyü kimi, cavabdeh tərəfindən bunun əksini sübuta yetirən hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir.

28. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, cavabdehin mübahisəli evi hansı tarixdən tərk etməsi ilə bağlı məhkəmə iclaslarında fərqli fikirlər söylənilmişdir (23 il, 15 il, 10 il əvvəl). Lakin işin mübahisəsiz halı odur ki, cavabdeh mübahisəli evdə 2000-ci ilədək yaşamışdır, deməli cavabdehlə iddiaçı arasında yaşayış sahəsindən istifadə hüququ ilə bağlı mübahisəli hüquq münasibəti həmin vaxt yaranmışdır.

29. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin sözügedən evdən istifadə hüququnun nə vaxt yaranmasından asılı olmayaraq bu hüquq həmişəlik (daimi) və ya mütləq hüquq s ayılmır. Yəni, qanunda nəzərdə tutulmuş əsaslar yarandıqda bu hüququn aradan qalxması (xətm olması) mümkündür. Aradan qalxdıqdan sonra isə həmin hüquq qanuni əsaslarla yenidən yaranmadıqda ona istinad oluna bilməz.

30. Məhkəmə kollegiyasının qənaətinə görə, hazırkı işdə cavabdehin əvvəlki Mənzil Məcəlləsi ilə mübahisəli mənzildən istifadə hüququ yaranmış olsa belə, bu hüquq itirilmişdir. Bu baxımdan birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

31. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü, Mülki Məcəlləsinin 152.1, 153.4, 157.2, 157.4, 228.1, 228.2, 228.5-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

32. Cavabdeh4 (vəkil X15) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

33. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçı cavabdehin anasıdır. Həmin vaxt tərəflər arasında etibarlı ailə münasibətləri olduğundan cavabdeh bir övlad olaraq atasından ona qalan qanuni paydan imtina etmişdir. Mülkiyyətlə bağlı heç vaxt anası ilə mübahisə etməmiş, hər zaman maddi nemətlərə münasibətdə valideyn-övlad münasibətlərini üstün tutmuşdur. O səbəbdəndir ki, ev ilə bağlı heç bir tələb heç vaxt irəli sürməmişdir, yalnız qeydiyyatda qalmaqla kifayətlənmişdir. Mənzilə istifadə hüquqlarının itirilməsi şəxsin başqa yerə qeydiyyata düşə bilməməsi ilə nəticələnəcəkdir.

34. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 3-cü, 125-ci maddənin 4-cü hissəsinə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanununun 1-ci maddəsinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

36. Maddə 13 (hissə 1).Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

37. Maddə 29 (bənd 1 və 2).Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

38. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

39. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirir;

40. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binas ına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. 41. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki: “Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompens asiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Azər baycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür.” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

48. Qa nunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

49. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müba hisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

51. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. 5

2. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

53. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

54. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1468/2024 nömrəli, 21 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdi rilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar