Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3191/2022 23.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər X6 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: zəbt edilmiş torpaq sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu ( məruzəçi hakim), Xəlilov İsmayıl Kamil oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı Qüdrət oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 zəbt olunmuş torpaq sahəsindən çıxarma tələbinə dair iş üzrə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-3336/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 və vəkilləri Vəkil tərəfin dən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Masallı Rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1997- ci il tarixli, 170 nömrəli qərarı ilə İddiaçı (bundan sonra-iddiaçı), X5, X2, X3 və X4 0.77 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı rayonu Musaküçə kəndində yerləşən Masallı rayon Aqrar İslahat Komissiyasının 1997-ci il 22 dekabr tarixli 170 nömrəli qərarla verilmiş torpaq sahəsindən cavabdehlər tərəfindən zəbt edilmiş torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarı lmasını xahiş etmişdir.
3. İddia tələbi belə əsaslandırılmışdır ki, Masallı rayonu Musaküçə kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan cavabdehlər onların mülkiyyətində olan torpaq sahəsini qeyri-qanuni olaraq zəbt etmişdir. Qeyd edilən torpaq sahəsi həmçinin cavabdehlər tərəfindən əkin üçün yararsız hala gətirilmişdir. Beləliklə mülkiyyətə dair sahiblik, istifadə və sərəncam vermək hüquqları pozulmaqdadır. Bununla bağlı torpaq şöbəsinə və Bələdiyyəyə müraciət etmiş, lakin qeyd edilən orqanlardan aidiyyəti üzrə məhkəməyə müraciət etməsi ona bildirilmişdir.
4. Masallı Rayon Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli, 2(050)-1509/2020 nömrəli qərardadı ilə tikinti-texniki ekspertizası təyin edilmişdir.
5. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim olunmuş 10/2671 saylı 05 iyul 2021-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, mübahisə predmenti olan Masallı rayonu, Musaküçə kəndində yerləşən JN0005 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan iki hissədən ibarət 0,77 ha torpaq sahəsinin mübahisəli 0,50 ha hissəsi yerində baxış keçirilməldə koordinatları müəyyən edilmişdir. Cavabdeh1 məxsus Masallı rayonu, Musaküçə kəndində yerləşən həyətyanı torpaq sahəsinin naturada koordinatlarını müəyyən edilməsinə cavabdehlər icazə verməmişdir. Cavabdeh2 məxsus Masallı rayonu, Musaküçə kəndində yerləşən həyətyanı torpaq sahəsinin naturada koordinatlarını müəyyən edilməsinə cavabdehlər icazə verməmişdir. Masallı rayonu Musaküçə kəndinin kompleks yerquruluşu layihəsinə əsasən JN0005 saylı Torpağa mülkiyyə t hüququna dair Dövlət aktı ilə İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,50 ha pay torpaq sahəsinin 0,05 ha hissəsi iddiaçı tərəfindən naturada faktiki vəziyyətdə istifadə edilmir. İddiaçı tərəfindən istifadə edilməyən 0,05 ha pay torpaq sahəsinin 0.01 ha hissəsi faktiki vəziyyətdə su arxı, 0,04 ha hissəsi isə kənd sakinləri tərəfindən həyətyanı torpaq sahəsi kimi istifadə edilir.
6. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etməyərək təmin olunmamasını xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, heç kəsə məxsus torpaq sahəsini zəbt etməmişdir. İstifadəsində olan torpaq sahəsi ona məxsusdur İddiaçıya məxsus torpaq sahəsi ilə ona və qardaşına məxsus torpaq sahəsini su kanalı ayırır. Bu səbəbdən iddiaçıya məxsus torpaq sahəsini zəbt etməsi qeyri mümkündür.
7. Cavabdeh2 məhkəmə i clasında iddianı qəbul etməyərək təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, qeyd edilən torpaq sahəsi nə o, nə də qardaşı tərəfindən zəbt olunmamışdır. Belə ki, iddiaçıya məxsus kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş torpaq sahəsi ona və qardaşına məxsus torpaq sahəsinin sərhədində yerləşir. Həmin torpaq sahəsi bitdikdən sonra orada kanal vardır. Kanal bitdikdən sonra isə ona və qardaşına məxsus həyətyanı torpaq sahələri başlayır. Ona verilmiş torpaq sahəsi ümumilikdə 0.18 hektar ölçüdədir. O heç kimə məxsus torpaq sahəsini zəbt etməmişdir. Həmçinin orada çox uzun illər qabaq əkilmiş ağaclar mövcuddur ki, əgər onların yaşları müəyyən olunması barədə ekspertiza keçirilərsə məhz həmin ağacların yaşına əsasən onun daha əvvəldən həmin torpaq sahəsini istifadə etmiş olması müəyyən oluna bilər. Həmçinin məhkəmə tərəfindən təyin olunmuş ekspertiza ilə bağlı torpaq sahəsində ölçü işləri aparmaq istəyən mütəxəssislərə onun istifadəsində olan torpaq sahəsinə baxış keçirlməsinə bilərəkdən şərait yaratmamışdır.
8. Masallı Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(050)-70/2021 nömrəli qətnaməsi (hakim Ayaz Səlimov) ilə iddia təmin edilmiş, Masallı rayonu, Musaküçə kəndində yerləşən JN-0005, KOD 80516018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə iddiaçı və onun ailə üzvlərinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə ilə verilmiş 0.77 hektar torpaq sahəsinin 0.04 hissəsindən cavabdehlərin çıxarılması və onlardan müştərək qaydada iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 50 (əlli) manat X1 və mütəxəssis rəyinin dəyərinə görə 95 (doxsan beş) manat Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin xeyrinə tutulması qət edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş ekspert və mütəxəssis rəyləri ilə iddianın qismən əsaslı olması müəyyən edilir. Belə ki, qeyd edilən rəylərdən görünür ki, İddiaçı mülkiyyətinə verilmiş 0.77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mübahisəli 0.50 ha hissəsinin 0.05 ha hissəsi naturada faktiki olaraq iddiaçı tərəfindən istifadə olunmur. Qeyd olunan 0.05 ha iddiaçı tərəfindən naturada faktiki istifadə olunmayan sahənin 0.01 ha hissəsi faktiki vəziyyətdə su arxı kimi, digər 0.04 ha hissəsi isə kənd sakinləri tərəfindən həyətyanı torpaq sahəsi kimi istifadə edilir. Mülki işin faktiki halları ilə isə i ddiaçıya məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mübahisəli hissəsinin məhz cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən faktiki istifadə edildiyi müəyyən olunur. Belə ki, tərəflərin məhkəmə iclasında vermiş olduğu izahatları ilə məhz mübahisəli sahənin hazırda cavabdehlərin istifadəsində olması təsdiqini tapmışdır.
10. İddia tələbini təmin edən birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə, Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci və 2-ci bəndinə, Mülki Məcəllənin 6, 152.1, 157.2, 170.2-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Həmin qətnamədən cavabdehlər apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişlər.
12. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, qeyd olunan 0.05 ha torpaq sahəsinin iddiaçı tərəfindən naturada faktiki istifadə olunmayan sahəsinin 0.01 ha hissəsi faktiki vəziyyətdə su arxı kimi, digər 0.04 ha hissəsi isə kənd sakinləri tərəfindən həyətyanı torpaq sahəsi kimi istifadə edilir.
13. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Nüsrət Mirzəyev sədrlik edən və məruzəçi, Samir Mayılov və İlham Əsədov) 2(106)-3336/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Məhkəmənin mübahisə ilə bağlı mövqeyi ondan ibarət olmuşdur ki, tərəflərin məhkəmə iclasında vermiş olduğu izahatları ilə məhz mübahisəli sahənin hazırda cavabdehlərin istifadəsi ndə olması təsdiqini tapmış, lakin iddiaçı həmin sahənin ona aid olduğunu, cavabdehlər isə istifadələrində olan həmin hissənin onlara aid olduğunu bildirmişlər. Cavabdehlər öz istifadələrində olan torpaq sahələrinin naturada koordinatlarının müəyyən olunmasına mütəxəssislərə icazə vermədiklərindən, ekspert rəyində iddiaçı tərəfindən faktiki istifadə edilməyən və kənd sakinlərinin həyətyanı torpaq sahəsi kimi istifadə edildiyi qeyd edilən 0.04 ha torpaq sahəsinin məhz cavabdehlər tərəfindən qanunsuz istifadə edildiyinin qeyd edilməsi mümkün olmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
15. Həmin qətnamədən Cavabdeh2 (Vəkil Qurbanlı oğlu) kassasiya şikayəti vermişdir.
16. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsini n ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmiş və kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi formal mülahizələrə əsaslanır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
18. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
19. Maddə. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
20. Maddə. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
21. Maddə 238.3. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər.
22. Maddə 241.1. Torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər.
23. Maddə 241.3. Bu Məcəllənin 243-cü maddəsində nəzərdə tutulan hallarda torpaq sahəsindən istifadə hüququnu binanın, qurğunun və digər daşınmaz əmlakın mülkiyyətçisi də əldə edə bilər.
24. Maddə 243.1. Başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir.
25. Maddə 243.2. Özgə torpaq sahəsində yerləşən daşınmaz əmlaka mülkiyyət hüququ başqa şəxsə keçərkən, o, torpaq sahəsinin müvafiq hissəsindən istifadə hüququnu daşınmaz əmlakın əvvəlki mülkiyyətçisi ilə eyni şərtlərlə və eyni həcmdə əldə edir. Torpaq sahəsinə mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisinin sahədən istifadə hüququnun xitamı və ya dəyişdirilməsi üçün əsas deyildir.
26. Maddə 243.3. Özgə torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququna, habelə müvafiq binaları və qurğuları uçurmaq hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad e tdiyi halları sübut etməlidir.
29. Maddə.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
32. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
35. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
36. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırki kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və yadəyişdirilməsi üçün əsas yoxdur.
39. Məhkəmə kollegiyas ının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apelyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.
41. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas vermir.
42. Belə ki, ekspert rəylərindən görünür ki, İddiaçı mülkiyyətinə verilmiş 0.77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mübahisəli 0.50 ha hissəsinin 0.05 ha hissəsi naturada faktiki olaraq iddiaçı tərəfindən istifadə olunmur. Qeyd olunan 0.05 ha iddiaçı tərəfindən naturada faktiki istifadə olunmayan sahənin 0.01 ha hissəsi faktiki vəziyyətdə su arxı kimi, digər 0.04 ha hissəsi isə cavabdehlər tərəfindən həyətyanı torpaq sahəsi kimi istifadə edilir. Mülki işin faktiki halları ilə isə iddiaçıya məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mübahisəli hissəsinin məhz cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən faktiki istifadə edildiy i müəyyən olunur. Belə ki, tərəflərin məhkəmə iclasında vermiş olduğu izahatları ilə məhz mübahisəli sahənin hazırda cavabdehlərin istifadəsində olması təsdiqini tapmışdır.
43. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
44. Buna görə də kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyi şiklik edilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-3336/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.