Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3191/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: paylı mülkiyyətdə olan əmlakın bölünməsi 20.09.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Zaur Əli oğlu və X3 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan payın naturada ayrılması, əmlakın açıq hərracdan satılması tələbinə dair” Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)299/2023 nömrəli mülki iş üzrə 18 aprel 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 20 sentyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı ic raat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X5 və Cavabdehxx.xx.1983-cü ildə birgə nikaha daxil olmuş, birgə nikahda olduqları dövrdə Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən 2 otaqlı, 101 saylı mənzili əldə etmişlər. 2. 16.10.2018-ci ildə tərəflər arasında olan nikaha xitam verilmişdir.
3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-2287/2019 saylı qətnaməsi ilə X4 iddiası təmin edilmiş, qeyd olunan mənzilin üzərində 1/2 hissədə X4, 1/2 hissədə isə cavabdehin paylarının müəyyən edilməsi qət edilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-6155/2019 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmişdir.
5. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(102)-4140/ 2021 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-6155/2019 saylı qətnaməsi qismən ləğv edilmiş, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən 2 otaqlı, 101 saylı mənzilin bölünməsi hissəsində qanuni qüvvəyə minmişdir.
6. X5 mənzildəki payını satmaq istəmiş, ilkin olaraq payı almağı cavabdehə təklif etmiş və bununla bağlı ona xx.xx.2021-ci il tarixdə bildiriş göndərmişdir, cavabdeh isə həmin bildirişi xx.xx.2021-ci il tarixdə xəbərnaməyə imza etməklə qəbul etmiş və bildirişə yazılı etiraz göndərərək mənzilin satılmasına razı olmadığını qeyd etmişdir.
7. X5 mübahisəli mənzildəki payını Bakı şəhəri 21 saylı notariat ofisinin xüsusi notariusu X6 tərəfindən təsdiq edilmiş AN-1 ******* saylı xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 40.000 manata İddiaçı satmışdır. xx.xx.2021-ci il tarixdə isə mənzilin 1/2 hissəsinə dair onun adına çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən 2 otaqlı, 101 saylı mənzilin naturada bölünməsi, bu mümkün olmadıqda cavabdehdən onun xeyrinə 55.000 manat məbləğində pulun kompensasiya kimi tutulması, bu da mümkün olmadıqda mənzilin açıq hərracda satılması və əldə olunan pul məbləğinin cavabdehlə aralarında 1/2 nisbətdə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hal-hazırda mülkiyyətində olan mənzildən faktiki olaraq məhrum olmuşdur. Belə ki, Cavabdeh mənzili kirayə verdiyindən orada yaşaya bilmir. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 220.2, 220.3, 220.4, 220.6-cı maddələrinə istinad etmişdir.
10. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə daxil olmuş xx.xx.2022-ci il tarixli, 10/829 saylı rəyinə əsasən, Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanında ümumi sahəsi 48,61 kv.m olan mənzilin doqquz mərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yerləşməsini, girişçıxışının yeganə olmasını, yaşayış və yardımçı otaqların planlı yerləşməsini nəzərə alaraq, həmin mənzilin paylı mülkiyyətçilər arasında paylara uyğun olaraq naturada təcrid şəkildə bölünməsinin “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4. və 2.9. bəndlərinin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı mü əyyən edilmişdir.
11. Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)707/2022 nömrəli iş üzrə 10 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim S.Mehrəliyev) iddia təmin edilməmişdir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, məhkəmə baxışı zamanı Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən 86 nömrəli evin 101 saylı mənzilində iddiaçıya və cavabdehə məxsus 1/2 hissə paylarının naturada ayrılmasının İnşaat Norma və Qaydalarının 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4,2.7, 2.9. bəndlərinin, eləcə də, metodik tövsiyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmaması müəyyən edildiyinə görə iddia tələbi mənzilin naturada bölünməsi hissəsində təmin edilməməlidir.
13. Eyni zamanda, iddiaçıya Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən 2 otaqlı, 101 saylı mənzildə öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçisi olan cavabdeh tərəfindən ona ödənilməsi və ya mənzilin açıq hərracda satılaraq, əldə olunan vəsaitin mülkiyyətçilər arasında bölünməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 215.1, 215.5, 218.2, 220.1-220.4-cü maddələri, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 4 aprel 2014-cü il tarixli Qərarı və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 119-cu maddələrinə istinadla əsaslandırm ışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının nəticəsinə uyğun olaraq mənzilin naturada bölünməsi mümkün olmadığından, öz payının dəyərinin cavabdeh tərəfindən ona ödənilməsi tələbini irəli sürmüşdür. Lakin işə baxan məhkəmə kompensasiyanın ödənilməsi ilə bağlı cavabdehin mövqeyini öyrənmədən iddia tələbini rədd etmiş, öz payının dəyərinin cavabdeh tərəfindən ona ödənilməsi və ya mənzilin açıq hərracda satılaraq, əldə olunan vəsaitin aralarında bölünməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququnun oldu ğunu izah etmişdir. Lakin, məhkəmə kompensasiyanın ödənilməsi və ya mənzilin açıq hərracdan satılaraq əldə olunan vəsaitin bölünməsi tələbini irəli sürdüyü halda, həmin tələblərə baxılmasına mane olan halları qətnaməsində əsaslandırmamışdır. O, iddia ərizəsini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220-ci maddəsində nəzərdə tutulmuş ardıcıllığa riayət etməklə versə də, məhkəmə mübahisəli mənzilin naturada bölünməsi mümkün olmadığından iddia tələbini həmin hissədə rədd etmiş, eyni zamanda, kompensasiyanın ödənilməsi və ya mənzilin açıq hərracdan satılaraq əldə olunan vəsaitin cavabdehlə aralarında bölünməsi tələbi ilə bağlı isə məhkəməyə müraciət etmək hüququnun olduğunu izah etmişdir. Halbuki, o, iddia tələbində mənzilin naturada bölünməsi mümkün olmadıqda mərhələli şəkildə əvvəlcə kompensasiyanın ödənilməsini, bu mümkün olmadıqda isə mənzilin açıq hərracdan satılaraq əldə olunan vəsaitin cavabdehlə paylarına uyğun bölünməsini xahiş etmişdir. Lakin, məhkəmə iddia tələbinin kompensasiyanın ödənilməsi və ya mənzilin açıq hərracdan satılaraq əldə olunan vəsaitin bölünməsi hissələri ilə bağlı ümumiyyətlə heç bir araşdırma aparmamış, həmin tələblərə bir icraatda baxılmasını mümkünsüz edən halların olub-olmamasını əsaslandırmamış, mövqeyini yalnız məhkəməyə müraciət etmək hüququnun olması ilə izah etmişdir. Hansı ki, o, məhkəmənin ona izah etdiyi hüququndan istifadə edərək, qeyd olunan tələbləri iddia tələbində irəli sürmüşdür. Göründüyü kimi, məhkəmənin istinad etdiyi maddi hüquq normaları onun iddia tələbinin təmin edilməsi üçün əsas olduğu halda, məhkəmə həmin maddi hüq uq normalarını hazırkı işə tətbiq etməklə iddia tələbini rədd etmişdir.
17. Məhkəmə kollegiyası tərəfindən kompensasiyanın məbləğinin müəyyən edilməsi məqsədilə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, lakin tədqiqat obyektinə baxış keçirilməsinin mümkünsüzlüyü səbəbindən ekspertizasının keçirilməsindən imtina edilmişdir.
18. İddiaçı tərəfindən məhkəmə kollegiyasına təqdim olunmuş “Uniprice” valuation consulting»in 06 aprel 2023-cü il tarixli daşınmaz əmlakın qiymətləndirilməsinə dair hesabatına əsasən, mübahisəli Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən 2 otaqlı, 101 saylı mənzilinin bazar dəyəri 85.000 manat, likvid dəyəri isə 76.500 manat məbləğində qiymətləndirilmişdir.
19. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında apellyasiya şikayətinə etiraz etmiş, ona qarş ı tərəfə evin bazar qiymətinin 1/2 hissəsinin, yəni 42.500 manatın ödənilməsi təklif edilmiş, lakin cavabdeh maddi imkansızlıq səbəbindən bunun mümkün olmadığını bildirmişdir.
20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-299/2023 nömrəli iş üzrə 18 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və S.Bəhrəmzadə) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən 2 otaqlı, 101 saylı mənzil açıq hərracdan satılması və əldə olunan pul məbləğinin İddiaçı və Cavabdeh arasında 1/2 nisbətdə bölünməsi, iddi anın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmayaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli mənzildə öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçisi olan cavabdeh tərəfindən iddiaçıya ödənilməsi, kompensasiyanın məbləğinin müəyyən edilməsi məqsədilə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilməsi və təqdim edilmiş rəy üzrə əmlakın dəyərinin bazar dəyərinin yarısının alınması cavabdehə təklif edilməsi, razılıq əldə edilmədiyi halda mənzilin açıq hərracda satılaraq, əldə olunan vəsaitin mülkiyyətçilər arasında bölünməsi tələbinə də hüquqi qiymət verilməsi daha məqsədə uyğun olardı.
22. Məhkəmə kollegiyası həmçinin bildirmişdir ki, 2 otaqlı, 101 saylı mənzildə öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçisi olan cavabdeh tərəfindən iddiaçıya ödənilməsi təklifi müsbət həll olunmadığı üçün iddia tələbinin mənzilin açıq hərracda satılması və əldə olunan pul məbləğinin cavabdehlə aralarında 1/2 nisbətdə bölünməsi hissəsinə hüquqi qiymət verilməlidir.
23. Bununla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, paylı mülkiyyətdə olan payın açıq hərracda satılmasına qədər olan prosessual qaydalara iddiaçı tərəfindən riayət edilmiş, heç bir nəticəsi olmadığından əmlakın açıq hərracdan satışa çıxarılması hazırki halda qanuni və əsaslıdır. Birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan bu hallar araşdırılmamış və iddia tələbinin bu hissədə də rədd olunması qənaətinə gəlinməsi ilə məhkəmə tərəfindən maddi və prose ssual hüquq normalarının tələblərinin pozulmasına yol verilmişdir.
24. Kollegiya belə nəticəyə gəlmişdir ki, cavabdeh iddiaçıya evin bazar qiymətinin 1/2 hissəsinin, yəni 42.500 manatın ödənilməsindən imtina etməsinə görə mərhələli şəkildə paylı mülkiyyətdə olan payın açıq hərracda satılması kimi prosessual qaydanın tətbiqini nəzərdə tutduğundan iddianın cavabdehdən 55.000 manat məbləğində pulun kompensasiya kimi tutulması tələbinin tutulması hissəsi təmin edilə bilməz. Buna görə də iddia qismən əsaslı sayılaraq mübahisəli mənzil açıq hərracdan satılaraq əldə olunan pul məbləği İddiaçı və Cavabdeh arasında 1/2 nisbətdə bölünməsi hissəsində təmin edilməli, qalan hissədə rədd olunmalıdır.
25. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 220.1-220.6-ci maddələrinə istinad etməklə əsaslandırmışdı r. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
27. Şikayət belə əsaslandırılmışdır ki, göstərilən mübahisəli mənzilin dəyərinin “Uniprice” valuation consulting”in 06 aprel 2023-cü il tarixli daşınmaz əmlakın qiymətləndirilməsinə dair hesabatını əsas götürməklə müəyyənləşdirilməsi həmin qətnaməni qanunsuz və əsassız edir. Əmlakın açıq hərracdan satışı zamanı onun dəyəri sübutlar siyahısına daxil edilməyən mütəxəssisin verdiyi rəy əsasında müəyyən edilə bilməz, həmçinin mübahisəli mənzilin bazar dəyəri həmin hesabatla 85000 manat, likvid dəyəri isə 76500 manat məbləğində qiymətləndirilib, lakin mənzilin dəyəri daha yüksəkdir. Əmlakın açıq hərracdan satışı zamanı onun dəyəri sübutlar siyahısına daxil edilməyən mütəxəssisin verdiyi rəy əsasında müəyyən edilə bilməz. Həmçinin, mübahisəli mənzil cavabdehə məxsus olan Bakı şəhəri, ünvan 3 ünvandakı 5 otaqlı 25-ci mənzilin satılması və pulunun X5 ilə mənim aramda bölünməsi nəticəsində ona çatan vəsait hesabına alınmışdır. Yəni onlar həmin mənzili sataraq pulu aramızda bölmüş və X5 özünə çatan hissəni götürmüşdür, mübahisəli mənzil isə ona çatan vəsait hesabına alınmışdır. Həmin mənzilin alqısatqı müqaviləsindən görünür ki, X2 nümayəndəsi, o isə alıcı olmuşdur. Bu halda əgər bu mənzil birgə mülkiyyət kimi, yəni ümumi qazancları hesabına alınmışdırsa, X1 nümayəndəsi kimi ona verilən etib arnamə əsasında öz mənafeyinə uyğun müqavilə bağlaması qanunsuz idi. Məhkəmə tərəfindən iş üçün əhəmiyyətli olan bütün hallar araşdırılmamış (ilkin və təkrar ekspertizanın hansı səbəbdən baş tutmadığı), iş materiallarında olan sübutlara düzgün qiymət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
29. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.
30. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
31. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
32. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədik də və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.
33. Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir.
34. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsind ə nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutla rı araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
44. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara a ldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-299/2023 nömrəli mülki iş üzrə 18 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.