Məhkəmə qərarları › İş №2(102)-3192/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3192/2024

05.11.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3192/2024 05.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsinə və Cavabdeh1nə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsi və Cavabdeh1nə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair Sumq ayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-984/2024 nömrəli, 22 may 2024-cü il tarixli qətnaməsindən cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı xx.xx.2015-ci ildən Xaçmaz rayonunun Ləcət kənd orta məktəbində ibtidai sinif müəllimi təyin edilmişdir. Onunla bağlanmış əmək müqaviləsinə 04 sentyabr 2023-cü il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işəgötürən Xaçmaz rayonun Ləcət kənd orta məktəbin 04 sentyabr 2023-cü il tarixli, 38 nömrəli əmrinin ləğv edilməsi, onun işdən azad edildiyi gündən işə bərpa edildiyi günə qədər məcburi boşdayanma dövrü üçün cavabdehdən ona əmək haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin və Xaçmaz rayonunun Ləcət kənd orta məktəbinin direktorunun 04 sentyabr 2023-cü il tarixli əmri qanunsuz və əsassızdır. Əmək müqaviləsinə xitam verilməsinə dair əmr Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli, 155 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində təhsil verənlərin sertifikatlaşdırma Qaydası”nın 5-4-cü bəndinə istinadla əsaslandır ılmışdır. Həmin əmrin verilməsinə əsas, xx.xx.2023-cü il tarixdə keçirilmiş sertifikatlaşmada onun iştirak etməməsi olub. Sertifikatlaşmanın aparıldığı xx.xx.2023-cü il tarixdə xəstə olmuş və bu barədə məktəb direktoruna “Əmək qabiliyyətinin olmaması vərəqəsi”ni təqdim etmişdir. Lakin işəgötürən tərəfindən Əmək Məcəlləsinin tələbləri kobud şəkildə pozulmaqla onunla bağlanmış əmək müqaviləsinə qanunsuz və əsassız olaraq xitam verilmişdir. Mediasiya təşkilatına müraciətlə bağlı 50 manat və 10 manat karguzarlıq xərci ödəmişdir. Göründüyü kimi cavabdehlərin günahı səbəbindən ona 70 manat məbləğində əlavə zərər dəymişdir.

4. Məhkəmə iclasında Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin QubaXaçmaz Regional Təhsil İdarəsinin nümayəndəsi iddianın rədd olunmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçı bülletendə olduğu müddətdə işdən azad oluna bilməzdi və həmin dövrdə azad olunmamışdır. Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 155 saylı qərarı ilə təsdiq edilmiş sertifikatlaşdırma Qaydalarının yekun müddəalarında qeyd olunur ki, birinci sertifikatlaşdırmada iştirak etməmiş və ya uğur qazanmamış şəxs ikinci sertifikatlaşdırmada iştirak etməsə və ya uğur qazanmasa, onunla bağlanmış əmək müqaviləsinə xitam verilir. Qaydalarda birinci sertifikatlaşdırmada hər hansı üzrlü səbəbdən iştirak etməmək nəzərdə tutulmuş, ikinci sertifikatlaşdırmada isə iştirak etməklə bağlı istisnalar nəzərdə tutulmamışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə bülletendən qayıdıb və işə çıxdığı gün ümumrespublika səviyyəsində Nazirin əmrinə əsasən işdən azad olunmuşdur. Əmrdə Nazirlər Kab inetinin xx.xx.2020-ci il tarixli 155 saylı qərarı ilə təsdiq edilmiş sertifikatlaşdırma Qaydalarının 5.4-cü bəndinin müddəalarına əsaslanmışlar. Birinci sertifikatlaşdırma 2022-ci ilin avqust ayında olmuş və iddiaçı orada iştirak etsə də, uğur qazanmamışdır. İkinci sertifikatlaşdırmada isə iddiaçı iştirak etməmişdir.

5. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi Nümayəndə3 iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçı birinci sertifikatlaşdırmada iştirak etmiş və uğur qazanmamışdır. İkinci sertifikatlaşdırmada isə iddiaçı iştirak etmədiyinə görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Sertifikatlaşdırma Qaydalarında birinci sertifikatlaşdırmada hər hansı üzrlü səbəbdən iştirak etməmək nəzərdə tutulmuş, ikinci sertifikatlaşdırmada iştirak etməmklə bağlı istisnalar nəzərdə t utulmamışdır. İddiaçı bu əsasla xx.xx.2023-cü il tarixdə bülletendən qayıdandan sonra azad olunmuşdur.

6. Xaçmaz Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, 2(067)-346/2024 nömrəli qətnaməsi ilə (hakim Sərxan Səmədzadə) iddia tələbi rədd edilmiş, məhkəmə xərcləri iddiaçıya aid edilmişdir.

7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı Xaçmaz rayonu, Ləcət kənd tam orta məktəbin ibtidai sinif müəllimi işinə qəbul edilmiş və onunla bağlanmış əmək müqaviləsinə müvafiq olaraq iddiaçı təkrar sertifikatlaşdırmada iştirak etmədiyi və sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün xitam verilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə onun əmək qabiliyyətini müvəqqəti itirdiyi vaxtda deyil, işə başladığı tarixdən sonra xitam verilmişdir. Elm və Təhsil Nazirliyinin xx.xx. 2023-cü il tarixli əmri yalnız iddiaçı deyil, təkrar sertifikatlaşmadan keçməyən bütün təhsilverənlərə şamil edilməklə onların əmək müqaviləsinə xx.xx.2023-cü il tarixədək xitam verilməsini nəzərdə tutur. İddiaçı isə həmin tarixdə əmək qabiliyyətini müvəqqəti itirdiyi üçün onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə, yəni işdə olduğu vaxt xitam verilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10, 42, 454, 68, 70-ci maddələrinə, “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5-ci bəndinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansi ya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməmiş və qanunu səhv təfsir etmişdir. Belə ki, iddiaçı ilə işəgötürən arasında əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə, yəni peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilməklə xitam verilməsini nəzərdə tutur. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı birinci sertifikatlaşdırmada iştirak etmiş və uğur qazanmamışdır. Məlum olduğu kimi iddiaçı onkoloji xəstədir və mütəmadi olaraq müayinələ rdən keçərək müalicə alır. 29 avqust 2023-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmada iddiaçının səhhəti ilə əlaqədar iştirakı qeyri-mümkün olmuş və bununla əlaqədar imtahanda iştirak edə bilməyəcəyi barədə müvafiq təhsil müəssisəsinə məlumat vermişdir. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən şəxlsər 1 il müddətinə iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. İddiaçının təkrar sertifikatlaşdırmada iştirak etmək hüququ məhdudlaşdırılmaqla, əmək müqaviləsinə xitam verilməsi qanunsuzdur. Əmək qabiliyyətinin olmaması barəsində çıxarışdan görünür ki, o faktiki olaraq üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak edə bilməmişdir. Onun tərkrar sertifikatlaşdırmada üzrlü səbəbdən iştirak edə bilməməsi, onun iştirak etmə hüququnun pozulmasına və onunla işəgötürən arasında bağlanılmış əmək müqaviləsinin xitam edilməsi əsası kimi çıxış edə bilməz. Sertifikatlaşdırma Qaydasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli, 155 nömrəli qərarının 5.2-ci bəndi üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 il müddətinə iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malik olmasını nəzərdə tutur. O, faktiki olaraq üzrlü səbəblərdən sertifikatlaşdırma imtahanının ikinci şans mərhələsində iştirak edə bilməmişdir. O, hazırda onkoloji xəstədir. Sertifikatlaşdırmada üzrlü səbəbdən iştirak edə bilmədiyindən sertifikatlaşdırma imtahanında iştirak edilməsinə şəraitin yaradılması ayrıseçkilik hesab edilə bilməz. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

11. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-984/2024 nömrəli, 22 may 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Afiq Hüseynzadə (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Səyyad Qafari) apellyasiya şikayəti təmin edilərək, Xaçmaz Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, 2(067)-346/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddianın təmin edilməsi, Xaçmaz rayonunun Ləcət kənd orta məktəbin 04 sentyabr 2023-cü il tarixli, 38 nömrəli əmrin ləğv edilməsi, İddiaçı işə bərpa edilməklə, işə bərpa edildiyi günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqısının ödənilməsi və mediasiya ilə əlaqədar ödənilmiş 60 manat pulun cavabdehlərdən tu tularaq, iddiaçıya ödənilməsi qət edilmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin maddi hüquq normasını səhv təfsir edərək düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydasının 5.2-ci bəndinə əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdı rmadan keçməmiş hesab olunurlar.

13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı ilk sertifikatlaşdırmada uğur qazanmamış, xx.xx.2023-cü il tarixdə keçirilmiş növbəti sertifikatlaşdırmada isə üzrlü səbəbdən, yəni xəstəliyi ilə bağlı müalicəsinin davam etdirilməsi ilə əlaqədar iştirak etməmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, qeyd olunan Qaydanın 5.2-ci bəndində nəzərdə tutulan “təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxs” anlayışı, şəxsin qəsdən, kobud ehtiyatsızlıq, səhlənkarlıq, etinasızlıq səbəbindən və əsaslı, kifayətedici üzürlü səbəb olmadan sertifikatlaşdırmada iştirak etməməsi halını özündə ehtiva etməkdədir. Şəxsin üzürlü səbəbdən sertifikatlaşdırmada iştirak edə bilməməsi isə həmin şəxsin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinə əsas ola bilməz.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70, 300-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydasına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsi (Vəkil3) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması bar ədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün şərh və tətbiq etməmiş, iddia tələbinin qanuni əsasını mübahisənin həllinə dair qiymətləndirməni konkret maddi hüquq normalarının dispozisiya şərtlərinə uyğun aparmamışdır.

18. Apellyasiya məhkəməsi iddianın həllinə dair gəldiyi qənaəti iş materialları və konkret tətbiq edilməli qanun normalarına istinad etməklə əsaslandırmamışdır. İddiaçı Nazirliyin qeyd olunan əmrini mübahisələndirməmiş, iddianı qaydaya uyğun olaraq əsl cavabdehə, yəni Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə q arşı irəli sürməmiş, apellyasiya məhkəməsi də qeyd olunan halı düzgün qiymətləndirməyərək, qanuna zidd olan qətnamə qəbul etmişdir. Apellyasiya məhkəməsi işə MPM-in 106.1-ci maddələsinin tələblərini pozmaqla baxmış, cavabdehin nümayəndəsinin izahatlarını toplanmış digər sübutlarla yoxlamamış, nəticədə, cavabdehin Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində nəzərdə tutulan hüquq və azadlıqların məhkəmə təminatı hüququ pozulmuşdur. Apellyasiya məhkəməsi sübutları hərtərəfli araşdırmadığından iddianın təmin olunması barədə apellaysiya məhkəməsinin gəldiyi nəticə sübutların düzgün qiymətləndirilməməsi ilə, yəni MPM-in 88-ci maddəsinin tələbləri pozulmaqla əldə edilib, belə olan halda cavabdehin hüquqlarının müdafiəsi ilə bağlı maddi hüquq normaları da düzgün tətbiq edilmiş hesab edilə bilm əz. Apellyasiya məhkəməsi prosessual hüquq normalarının məzmununa uyğun olaraq hazırkı iş üzrə sübutları tam və hərtərəfli araşdırmayaraq və onları qiymətləndirməyərək mübahisənin qanuni və ədalətli həll edilməsinə nail olmamışdır.

19. Kassasiya şikayətində həmçinin qeyd edilmişdir ki, təkrar sertifikatlaşdırmadan keçməyənlər sertifikatlaşdırmanın nəticələrini Qaydada göstərilən xüsusi prosedura əməl etməklə mübahisələndirməli, hüquqları pozulmuşdursa pozuntunun aradan qaldırılmasına qanunvericilikdə nəzərdə tutulmuş tələblərə əməl etməklə nail olmalıdırlar. Nə qədər ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin iddiaçıya da şamil olunan təkrar sertifikatlaşdırmadan keçməyənlər barədə xx.xx.2023-cü il tarixli 3-29/3-2-537F/2023 nömrəli əmri qüvvədədir və iddiaçı tərəfindən Qaydada müəyyən edilmiş tələblərə uyğun olaraq mübahisələndirilməyib, həmin əmr əsasında verilmiş Ləcət kənd tam orta məktəbin mübahisələndirilən 04 sentyabr 2023-cü il tarixli əmrinin apellyasiya məhkəməsi tərəfindən ləğv edilməsi qanuni və əsaslı hesab edilə bilməz.

20. Həmçinin cavabdeh Xaçmaz rayonunun Ləcət kənd orta məktəbi (Vəkil3) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

21. Cavabdeh Xaçmaz rayonunun Ləcət kənd orta məktəbi kassasiya şikayətini digər cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsinin kassasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz dax il olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi

23. Maddə

70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə;

24. Maddə

300. Hissə

1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını a raşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası 25. 1.1. Bu Qayda “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36-2.2-ci və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddələri nə uyğun olaraq hazırlanmışdır və dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) (bundan sonra – təhsil müəssisələri) pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurunu tənzimləyir. 26. 1.2. Təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5 (beş) ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər. 27. 5.2. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdı rmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. 28. 5.4. Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tət biq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və p rosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

37. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmama sını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Hazırkı kassasiya şikayətində qətnamə cavabdehlər tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

42. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələ bi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.

43. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

44. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

45. İddia tələbinin düzgün həlli üçün əhəmiyyətli olan hal, iddiaçının Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil mü əssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5.2-ci bəndində “təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər” kateqoriyasına aid edilib edilməməsidir.

46. İş materiallarından görünür ki, iddiaçı onkoloji xəstəlikdən əziyyət çəkir, xx.xx.2023cü ildə əməliyyat olunmuş və xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək əmək qabiliyyətsiz olmuşdur. İddiaçının təkrar sertifikatlaşmadan yayınmaq niyyətinin olması müəyyən edilmir. Qeyd olunmalıdır ki, əmək hüququ hər kəsin əməyə olan qabiliyyəti, fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququnu ehtiva edir. Bununla yanaşı, işçi üçün müəyyən olunan istənilən əmək vəzifəsi, onun normal (sağlam) fiziki və əqli fəaliyyətinə uyğun olmalıdır. Başqa sözlə əmək fəaliyyəti olmayan dövrdə ondan əmək funksiyalarının icra olunması tələb edilə bilməz. Məhz buna görə də işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə əmək tapşırıqlarını icra etməkdən azad edilməsinin mümkünlüyü qanunvericilikdə təsbit olunmuşdur (Əmək Məcəlləsinin 74-cü maddənin qeyd hissəsi, 79cu maddəsinin 1-ci hissəsi, 132-ci maddəsinin c) bəndi və s.). Bu baxımdan iddiaçının təkrar sertifikatlaşdırmada iştirak etməsinin özündən asılı olmayan səbəblərdən mümkün olmaması aşkar və təkzibedilməz haldır.

47. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apelly asiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

48. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əs as təşkil etmir.

50. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-984/2024 nömrəli, 22 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar