Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3193/2020 21.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının nümayəndəsi X8 və iddiaçının vəkili Nağıyeva Şəfiqə Abdulqədir qızının iştirakları ilə, Şəki Apelyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2 və Cavabdeh3 XXX qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 201 9-cu il tarixli qətnaməsi ilə (hakim C.F.İmanov) iddia qismən təmin edilərək, İddiaçı Şəki rayonu Oxud kəndində yerləşən, texniki pasport əsasında Cavabdeh1 məxsus, gəlin düşdüyü fərdi yaşayış evinə azyaşlı uşağı – xx xxxxx 2015-ci il təvəllüdlü X9 ilə birlikdə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Hüseynov (sədrlik edən, məruzəçi), E.Hüseynov və M.Hüseynov, 2(107)306/2020 saylı mülki iş) hazırki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(075)-1750/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu Oxud kəndində yerləşən, gəlin düşdüyü yaşayış evinə azyaşlı uşağı – xx xxxxx 2015-ci il təvəllüdlü X9 ilə birlikdə istifadə hüquqları tanınaraq köçürülmələri və evdən istifadə etməsinə cavabdehlər tərəfindən edilən maneələrə qadağa qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır: İddiaçı Cavabdeh2 ilə ailə qurmuş və onlar arasında xx xxxx 2014-cü il tarixdə Şəki rayon Qeydiyyat Şöbəsində nikah aktı bağlanmışdır. İddiaçı ailə qurduqdan sonra ər evinə köçmüş, adət-ənənəyə uyğun olaraq cehiz əşyalarını da toydan qabaq apararaq ər evinə yığmışlar. İddiaçı hazırkı mübahisəli evdə 2017-ci ilin axırlarınadək yaşamışdır. Lakin, 2017-ci ilin axırlarında cavabdehlər tərəfindən iddiaçı gəlin düşdüyü evdən iradəsi ziddinə uşağı ilə birlikdə çıxarılaraq ata evinə qovulmuşdur. Hal-hazırda iddiaçı Qoxmuq kəndində o na məxsus olan evdə yaşayır. İddiaçı ailəsinin bərpa edilməsi üçün və barışmaq məqsədilə bir müddət boşanma ilə bağlı məhkəməyə müraciət etməmiş, qayıdıb ər evində yaşamaq istəmişdir. Lakin, cavabdeh olan həyat yoldaşı Asim onunla barışmaq istəməmişdir. Buna görə də iddiaçı məcbur olub 2019-cu ildə nikahlarının pozulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(075)-990/2019 saylı qətnaməsi ilə XXX qızı ilə Cavabdeh2 arasında xx xxxx 2014-cü il tarixdə Şəki rayon Qeydiyyat Şöbəsində bağlanmış 30 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahdan olan uşaqları - xx xxxxx 2015-ci il təvəllüdlü X3 anası XXX qızının yanında saxlanılması, xx xxxxx 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh2 hər ay sabit pul məbləğində 120 manat alimentin tutularaq XXX qızına verilməsi qət edilmişdir. Hazırda iddiaçının cehiz əşyaları ər evində, yəni Oxud kəndində yerləşən gəlin köçdüyü evdədir. Həmin ev heç kimin adına deyil. İddiaçı həmin mübahisəli evə gəlin köçmüş, uşağı da həmin evdə doğulmuşdur. İddiaçı öz uşağı ilə həmin evə köçüb yaşamaq istəyir. İddiaçı uzun müddət həmin evdə yaşamışdır. İddiaçı Şəki rayon Oxud kəndində yerləşən mübahisəli evə gəlin köçərək, oradan iradəsi ziddinə cavabdehlər tərəfindən çıxaralanadək həmin evdə yaşamış, uşağı orada doğulmuş və cavabehlərlə birlikdə yaşayaraq onlarla ümumi təsərrüfat aparmışdır. Qoxmuq kəndində olan hal-hazırda yaşadığı ev ¼ paylı mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin evdə digər payçılar – qardaşları Eldar və mərhum Osmanın da ailə tərkibləri yaşayırlar. Hazırda iddiaçı da azyaşlı uşağı ilə birlikdə onun yaşadığı otaqda yaşadığından evdə çox sıxlıq mövcuddur. Buna görə də iddiaçının Şəki rayonu Oxud kəndində yerləşən, gəlin düşdüyü yaşayış evinə azyaşlı uşağı – xx xxxxx 2015-ci il təvəllüdlü X9 ilə birlikdə istifadə hüquqları tanınaraq köçürülmələri və evdən istifadə etməsinə cavabdehlər tərəfindən edilən maneələrə qadağa qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Apelyasiya instansiyası tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Belə ki, ev xüsusi mülkiyyətdədir. İddiaçı evi 2017-ci ildə özü tərk edib. İddiaçının keçmiş ərinin nə torpaqda və nədə ki, evdə payı olmadığı təqdirdə keçmi ş gəlin qayınataya məxsus evə köçürülə bilməz. Prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X8 və iddiaçının vəkili Nağıyeva Şəfiqə Abdulqədir qızı kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmu r. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi Apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və Apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin Apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti ilə bağlı məhkəmənin mövqeyi: İşin mübahisəsiz halları bunlardır: İddiaçı Cavabdeh2 xx xxxx 2014-cü il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikah döründə tərəflər cavabdehin atasına məxsus Oxud kəndindəki fərdi evdə yaşamışlar. Tərəflərin birgən nikahdan bir uşaqları doğulmuşdur. 2017-ci ilin axırlarında iddiaçı Oxud kəndindəki evi tərk edərək Qoxmuq kəndində ¼ özünün mülkiyyətində olan evdə yaşayır. Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə XXX qızı ilə Cavabdeh2 arasında xx xxxx 2014-cü il tarixdə Şəki rayon Qeydiyyat Şöbəsində bağlanmış 30 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahdan olan uşaqları - xx xxxxx 2015-ci il təvəllüdlü X3 anası XXX qızının yanında saxlanılması, xx xxxxx 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh2 hər ay sabit pul məbləğində 120 manat alimentin tutularaq XXX qızına verilməsi qət edilmişdir. xx xxxxxxxx 2019-cu il tarixdə iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Hal-hazırda mübahisəli ev xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilən xx.xx.2019-cu il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın və xx.xx.2019-cu il tarixli 451 inventar nömrəli Texniki pasportun surətlərindən görünür ki, Şəki rayonu Oxud kəndində yerləşən 0.0743 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 110.9 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Həmin daşınmaz əmlakda fərdi yaşayış evi tam və h əyətyanı torpaq sahəsinin 2/8 hissəsi Cavabdeh1, qalan torpaq sahəsi isə hərəsinə 1/8 hissəsi olmaqla X4, X2, X5, X1, Cavabdeh3 və X7 ümumi-birgə mülkiyyət payları təşkil edir. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş fərdi yaşayış evinə dair texniki pasportdan görünür ki, mübahisəli evə dair həmin sənəd xx.xx.2019-cu il tarixdə tərtib edilmiş və texniki pasportda fərdi evin 1962-ci ildə tikilməsi qeyd edilmişdir (mülki iş, səhifə 106). İşə məhkəmədə baxılarkən Cavabdeh1 fərdi evin onun mülkiyyətində olmasına dair sənədləri məhkəməyə təqdim etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr hazırkı mübahisəni həll edərkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş, tələbin qanuni əsasını seçərkən səhvə yol ver mişlər. Mübahisəli fərdi ev Cavabdeh1 məxsus olmuş, iddiaçı hələ həmin evə gəlin gələndə cavabdehin həmin evə gözlənilən mülkiyət hüquqları vardı. İşə baxan məhkəmələr mübahisəyə 2009-cu ildən qüvvəyə minmiş Mənzil Məcəllsinin normalarını tətbiq etməkdə səhvə yol vermişlər. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı tələbə mülkiyyətin müdafiəsinə dair maddi hüquq normaları tətbiq edilməklə cavabdehin mülkiyyət hüquqları qorunmalı idi. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2015-ci il tarixli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Həmin siyahının 2.3. bəndində kəndlərdə, o cüml ədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış, 2.4. bənddə isə üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportların mülkiyyət hüququnun əldə edilməsi üçün əsas olan sənədlər kimi göstərilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən xx xxxxxxxx 2019-cu il tarixdə Şəki rayon Məhkəməsinə göndərilmiş məktubda qeyd edilir ki, Şəki rayonu Oxud kəndində yerləşən fərdi yaşayış evinə Cavabdeh1 adına texniki pasport verilmiş və həmin pasportun surəti məhkəməyə göndərilir. Texniki pasportun məhkəməyə göndərilmiş surətindən görünür ki, (mülki iş səhifə 36-41) həmin texniki pasport hələ 1988-ci ildə cavabdehin adına tərtib olunmuşdur. Cavabdeh1 məhz həmin sənədləri hüquqları qeydə alan orqana təqdim etməklə öz adına mübahisəli evə dair çıxarış əldə etmişdir. Yəni, mübahisəli fərdi ev cavabdeh Cavabdeh1 məxsus olan evdir. Həmin evə keçmiş gəlinin irəli sürdüyü tələbə kirayədə olan mənzilərin hüquqi rejimini nizama salan maddi hüquq normaları ilə deyil, mülkiyyətdə olan mənzilə dair irəli sürülmüş tələb kimi Mülki Məcəllənin müvafiq normaları tətbiq edilməli idi. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyy ət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə kollegiyası işin yuxarıda göstərilən hallarını nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməlidir. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli və eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin tələbinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Nəticə: Kassasiya şikayəti təmin edilməli, qətnamə ləğv olunaraq, işə yenidən baxılması üçün apellyasiya məhkəməs inə göndərilməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2 və Cavabdeh3 XXX qızının kassasiya şikayəti təmin edilsin. Şəki Apelyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3193/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3193/2020
21.08.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Sair mülki iş - Mənzilə köçürmə - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver