Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3193/2021 28.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh X1 qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: aliment tələbi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3994/2020 nömrəli iş üzrə 01 dekabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 28 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul e tdi. İşin halları: Tərəflər 05 iyul 2003-cü il tarixdə rəsmi nikaha girmiş, həmin nikahdan 12 iyun 2004-cü il tarixdə Səbinə, 12 may 2007-ci il tarixdə N adlarında iki uşaqları olmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 dekabr 2014-cü il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilərək tərəflər arasında bağlanmış nikah pozulmuş, uşaqlar ataları İddiaçı yanında saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2015-ci ilin fevral ayında İddiaçı iddia və əlavə iddia ərizələri ilə məhkəməyə müraciət edərək cavabdeh X2 ilə ailə münasibətlərinin pozulması nəticəsində sonuncunun ondan dəfələrlə Fransa polisinə yazdığı şikayətlərlə bağlı ölkənin “Total” neft şirkətində işlədiyi işini itirməsini, uşaqları ilə Azərbaycana köçdükdən sonra frans ız dilində təhsil almış uşaqlarının həmin dildə təhsilini davam etdirdikləri üçün iki uşağının təhsilinə görə hər il 12.000 manat məbləğində vəsait sərf etməsini və s. əsas göstərməklə cavabdeh J.M.Babayevanın əmək haqqından 2014-cü ilin iyul ayından başlayaraq ödənilməmiş alimentə görə 50.000 manatın və gələcəkdə tutulacaq alimentə görə hər ay 1090 manatın, iş yerinin və qazancını itirilməsi nəticəsində 448.000 manatın, uşaqların təhsil haqqına görə 2014-cü il də daxil olmaqla hər il üçün 40.000 manatın və hər yeni tədris ilinə lazım olan illik ödənişin yarısının, mənəvi ziyanın əvəzi olaraq 30000 manatın tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-13/2018 saylı, 10 may 2018-ci il tarixli qətnaməsi ilə (hakim: V.İ. Həsənov) iddia qismən təmin edilərək Babayeva (Orucova) Jalə Məhərrəm qızından 18 iyul 2014-cü il tarixdən hesablanmaqla iki uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər uşağa görə ayda 545 manat olmaqla cəmi 1090 manat məbləğində alimentin, uşaqların təhsil xərcləri olaraq İddiaçı tərəfindən ödənilmiş ümumilikdə 66.489 manatın ½ hissəsini təşkil edən 33.244,50 manatın, hüquqi yardıma görə ödənilmiş 500 manatın, dövlət rüsumuna görə ödənilmiş 30 manatın tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat İş üzrə cavabdeh N qızı Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 may 2018ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək 2013-cü ildə İddiaçı ona qarşı zorakılıq etməsi səbəbindən ona qarşı boşanma tələbi ilə məhkəməyə müraciət etməsini, 06 iyul 2017-ci il tarixdə İddiaçı uşaqları ondan xəbərsiz yaşadıqları Fransa Respublikasından qaçıraraq Azərbaycana aparmasını, Fransa dövləti tərəfindən onun barəsində ittiham hökmü çıxarılmaqla barəsində axtarış elan edilməsini, Fransa məhkəməsi tərəfindən uşaqların onun himayəsinə verilməsi barədə qərar qəbul edilməsini, həmin qərar Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən tanınsa da son nəticədə tanınmadan imtina olunmasını, qətnamənin onun hüquqlarının pozulmaqla, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını və s. əsas göstərməklə ləğv edilməsi və iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8071/2018 saylı, 31 iyu l 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər – V.Ə.Baxışova (sədrlik edən və məruzəçi), V.T.Həsənov və N.Ş.Cəfərov) cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 may 2018-ci il tarixli, 2(008)-13/2018 saylı qətnaməsi alimentin tutulmasına dair hissədə dəyişdirilmiş, cavabdeh N qızından uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa görə 500 manat olmaqla hər ay cəmi 1000 manat məbləğində alimentin tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat İş üzrə cavabdeh N Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 iyul 2018-ci il tarixli qətnaməsi ilə razılaşmayaraq apellyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayəti vermiş və həmin qətnamənin qismən - apellyasiya şikayətinin təmin edilmədiyi, iddia tələblərinin təmin edildiyi hissədə ləğv edilib iddianın həmin hissədə rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-8300/2018 saylı, 17 dekabr 2018-ci il tarixli qərarı ilə (hakimlər – Ə.G.Nurməmmədov (sədrlik edən və məruzəçi), M.T.Əhmədova və Ə.M.Rüstəmov) cavabdehin kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8071/2018 nömrəli iş üzrə 31 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat İşə təkrar baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)9946/ 2019 saylı, 22 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Ə.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və E.Y.Şamayev) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti isə qismən təmin edilərək Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 may 2018-ci il tarixli qətnaməsi “təhsil xərcinin tutulması” hissəsində ləğv edilərək iddianın həmin hissədə təmin olunmaması, “alimentin tutulması” hissəsində dəyişdirilərək 13 fevral 2015-ci il tarixdən hesablanmaqla hər uşaq üçün 500 manat olmaqla sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kassasiya instansiyası məhkəməsində ikinci icraat İş üzrə cavabdeh N qızı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasını n 22 iyul 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək qətnamənin qismən-alimentin tutulmasına dair hissədə ləğv edilərək iddianın həmin hissədə rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Həmin qətnamədən eyni zamanbda İddiaçı kassasiya şikayəti verərək qətnamənin qismən ləğv olunması və iddianın tam təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-108/2020 saylı, 22 yanvar 2020-ci il tarixli qərarı ilə (hakimlər – Q.Ə.Əsgərov (sədrlik edən və məruzəçi), E.R.Vəliyeva və S.F.Hacıyev) iddiaçının kassasiya şikayəti təmin edilməmiş, cavabdehin kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 iyul 2019-cu il tarixli qətnaməsi iddianın təmin edi lmiş hissəsində, yəni 13 fevral 2015-ci il tarixdən hesablanmaqla hər uşaq üçün 500 manat, sabit pul məbləğində cəmi 1000 manat məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair hissədə ləğv edilərək iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3994/2020 saylı, 01 dekabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Ə.Mehdiyev (sədrlik edən və məruzəçi), Ş.A.Məmmədova və X.Ə.Sarıyev) cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 may 2018-ci il tarixli, 2(008)13/2018 saylı qətnaməsi “alimentin tutulması” hissəsində ləğv edilmiş, iddia həm in hissədə qismən təmin edilərək cavabdeh N qızından 28 oktyabr 2020-ci il tarixdən hesablanmaqla hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması, alimentin tutulması tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Kassasiya şikayətinin iştirakçılarının izahatları və ona etirazın dəlilləri, məhkəmə icraatı Kassasiya şikayətinin dəlilləri İş üzrə İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 dekabr 2020ci tarixli qətnaməsindən kassasiya şikayəti verərək qətnamənin dəyişdirilib alimentin hesablanma vaxtının 13 fevral 2015-ci il tarixdən müəyyən olunmaqla tutulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. M əhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında iddiaçı və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdehin vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 75.1 Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 78.1 Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2 Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində i şin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, İddiaçı cavabdeh Ndan alimentin tutulması barədə tələblə məhkəməyə 13 fevral 2015-ci il tarixdə müraciət etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə alimentin tutulmasına başlama vaxtının uşaqların valideynlərdən hansının yanında saxlanılması barədə mübahisəyə son qoyulduğu vaxtdan, yəni həmin iş üzrə qəbul edilmiş qətnamənin Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 28 oktyabr 2020-ci il tarixdə dəyişdirilmədən saxlanıldığı vaxtdan müəyyən etmişdir. İş materiallarından görünür ki, tərəflər əvvəllər Fransa Respublikasında yaşamaqla onların birgə nikahlarından olan uşaqları da həmin ölkədə doğulmuşdur. 2013-cü ildə İddiaçı uşaqları da götürməklə Azərbaycana köçmüş və Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən 10 dekabr 2014-cü il tarixdə uşaqların onun yanında saxlanılması barədə qətnamə qəbul edildikdən sonra İddiaçı aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Son nəticədə Azərbaycan Respublikasının ərazisində tanınmasa da, işdən görünür ki, uşaqlar Fransa Respublikasının Nanter Şəhər Məhkəməsinin 30 dekabr 2013cü il tarixli qərarı ilə anaları Nın himayəsinə verilmiş və İddiaçı aliment tutulması qərara alınmışdır. Uşaqların valideynlərdən hansının yanında saxlanılması ilə əlaqədar yaranmış mübahisəyə uzun illər Azərbaycan Respublikasının müxtəlif məhkəmə instansiyalarında baxılmış və həmin mübahisəyə nəhayət 28 oktyabr 2020-ci il tarixdə qəbul edilmiş Ali Məhkəmənin qərarı ilə son qoyulmuşdur. İşdən göründüyü kimi cavabdehdən aliment sabit pul məbləğində tutulmuş və bu zaman Az ərbaycan Respublikasında 2020-ci il üçün müəyyən olunmuş uçaqlar üçün yaşayış mimimununun 170 manat təşkil etməsi əsas götürülmüşdür. İddiaçı 2015-ci ilin fevral ayında aliment tələbi ilə məhkəməyə müraciət edərkən Respublikada uşaqlar üçün yaşayış mimimumu 108 manat təşkil etməklə xeyli miqdarda 2020-ci ildə müəyyən edildiyindən aşağı olmuşdur. İddiaçı isə kassasiya şikayətində həmin məbləğdə (170 manat) alimentin 2015-ci ilin fevral ayından tutulmasını xahiş edir. Göstərilən vəziyyətdə İddiaçı uşaqlara görə aliment tələb etmək hüququ faktiki olaraq uşaqlar barədə mübahisəyə son qoyulduğu vaxtdan yarandığından, kollegiya hesab edir ki, alimentin 28 oktyabr 2020-ci ildən tutulması barədə apellyasiya instansiyası məhkəməsinin nəticəsi Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinin pozulm ası kimi qiymətləndirilməməlidir. Göstərtilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsini ədalətli və işin müəyyən olunmuş hallarına uyğun sayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3994/2020 saylı, 01 dekabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3193/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3193/2021
28.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver