Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3193/2023 14.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilin təhvil verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-361/2023 saylı mülki iş üzrə 18 aprel 2023-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin verdiyi kassasiya şikayəti üzrə işə 14 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh MMC (bundan sonra – cavabdeh və ya MMC) ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 0026 saylı müqaviləyə əsasən MMC Bakı şəhəri, Şirin Mirzəyev küçəsindəki “My Home” yaşayış kompleksinin, “A” blokunun 12-ci mərtəbəsində yerləşən, sahəsi 119,9 kv.metr olan, 3 otaqlı, A.12.4 saylı mənzilini hər kv.metrinin qiyməti 1.300 manat olmaqla, cəmi 155.870 manat müqabilində tam təmirli şəkildə İddiaçı (sifarişçiyə) təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.3-cü bəndinə görə müqavilə qiymətinin 46.761 manat hissəsi sifarişçinin şəxsi vəsaiti hesabına qalan 109.109 manat hissəsinin isə 48 ay müddətində xx.xx.2021-ci il tarixədək ödənilməsi nəzərdə tutulmuşdur. Müqavilənin 4.1-ci bəndinə əsasən müqavilənin tərəflər öhdəliklərinin yerinə yetirənədək qüvvədə olması müəyyə n olunmuşdur. Həmçinin bu müqavilənin 5.2-ci bəndinə əsasən mənzilin qrafik üzrə ödənişinin başa çatdıqdan sonra 1 ay müddətində sifarişçiyə təhvil verilməsi nəzərdə tutulmuşdur.
2. İddiaçı xx.xx.2017-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixdə 2 saylı Əlavə tərtib etmiş və onun tərəfindən MMC-yə və Bakı şəhəri Nizami İcra Hakimiyyətinə ərizə ünvanlayaraq, qeyd etdiyi tələblər yerinə yetirilməyəcəyi təqdirdə ona dəymiş zərərin, icranın gecikdirilmə faizlərinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmə hüququnu diqqətlərinə çatdırmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı (bundan sonra – iddiaçı) MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MMC ilə arasında xx.xx.2017-ci il tarixdə imzalanmış 0026 nömrəli müqavilə yə dəyişiklik edilərək, Bakı şəhəri, Ş.Mirzəyev küçəsindəki “My Home” yaşayış kompleksinin “A” blokunun 12-ci mərtəbəsində yerləşən, sahəsi 119,9 kv.metr olan, 3 otaqlı, A.12.4 saylı mənzilin tam təmirli vəziyyətdə deyil, təmirsiz vəziyyətdə təhvil verilməsi və tam təmir üçün ödədiyi pul məbləğinin geri qaytarılması barədə tərəfindən xx.xx.2021-ci il tarixdə cavabdehə göndərilmiş “bir tərəfdən, (ayrılıqda tərəf, birlikdə tərəflər adlandırılacaq) MMC (bundan sonra “icraçı” adlandırılacaq) Nizamnamə əsasında hərəkət edən direktor X1 şəxsində, digər tərəfdən İddiaçı (bundan sonra “sifarişçi” adlandırılacaq), tərəflər arasında imzalanmış xx.xx.2017-ci il tarixli, 0026 saylı müqaviləyə (bundan sonra “müqavilə” adlandırılacaq) aşağıdakı dəyişikliklərin edilməsinə dair razılığa gələrək, 2 saylı ə lavəni imzalamışlar. Tərəflər razılaşırlar ki, “müqavilədə”də nəzərdə tutulan mənzil “icraçı” tərəfindən “sifarişçi”yə “müqavilə”nin 2.2.3-cü maddəsinin “b” bəndində nəzərdə tutulduğu kimi tam təmirli vəziyyətdə deyil, təmirsiz vəziyyətdə (mayakla suvaq olunmuş divarlar, giriş seyf qapısı və pəncərələrlə, kommunal xəttlərin (işıq, su, kanalizasiya, qaz, telefon, internet) mənzilə çəkilməsi, pilləkən qəfəsinin, tamburun təmir edilməsi və liftin quraşdırılması ilə) təhvil veriləcək. “sifarişçi” “müqavilə”nin predmetini təşkil edən mənzili “icraçı”ya 2 saylı əlavənin 1-ci bəndində nəzərdə tutulan vəziyyətdə xx.xx.2021-ci il tarixədək təhvil verməyi öhdəsinə götürür. xx.xx.2017-ci il tarixdə “müqavilə” imzalanan zaman “icraçı” tərəfindən “sifarişçi”yə təmirsiz mənzilin 1 kv.metrinin qiymətinin 1050 manat, tam təmirli mənzilin 1 kv.metrinin qiymətinin 1.300 manat təklif edildiyi nəzərə alınaraq, tərəflər təmirsiz mənzilin 1 kv.metrinin qiyməti ilə, tam təmirli mənzilin 1 kv.metrinin qiyməti arasında 250 manat fərq olduğunu təsdiq edirlər. “Sifarişçi” tərəfindən “müqavilə”yə əsasən tam təmirli mənzil üçün ödənilmiş 155.870 manat məbləğin tərkibində 125.895 manatı təmirsiz mənzilin dəyərini (qiymətini) təşkil etdiyindən və 29.975 manatı mənzilin tam təmir edilməsinin dəyərini (qiymətini) təşkil etdiyindən, “sifarişçi” mənzilin tam təmiri üçün ödənilmiş 29.975 manat pulun 2 saylı əlavə imzalandıqdan 10 (on) gün müddətində “icraçıya” geri qaytarılmasını öhdəsinə götürür. Bu 2 saylı əlavənin 1-4-cü bəndləri nəzərə alınaraq “müqavilə”yə “müqavilə”nin 1.1-ci bəndindəki cədvəl iddia ə rizəsində qeyd edilən formada redaksiyada verilməsi, “müqavilə”nin 2.2.3.-cü maddəsinin “b” bəndinin ləğv edilməsi, “müqavilə”nin 3.1-ci maddəsi “bu müqavilə üzrə “sifarişçiyə” veriləcək, ümumi sahəsi 119.9 kv.metr olan hazırki 3 otaqlı mənzilin dəyəri, mənzilin 1 kv.metri üçün 1.050 manat hesablanmaqla, cəmi 125.895 manat müəyyən edilmişdir.” “Müqavilə”nin 3.3-cü maddəsinin ləğv edilməsi, “müqavilə”yə “mənzil 31 dekabr 2021-ci il tarixinədək “icraçı” tərəfindən “sifarişçi”yə təhvil veriləcək.” redaksiyada 5.6-ci maddəsinin əlavə edilməsi, “müqavilə”yə “icraçı” “müqavilə”nin 1.1-ci bəndində nəzərdə tutulan mənzilin tikintisini bu “müqavilə” ilə müəyyən edilmiş müddətdə (müqavilənin 5.6-cı maddəsi) başa çatdırmasa və mənzili “sifarişçi”yə təhvil verməsə, “icraçı” müqavilə qiymətinin 10 % hə cmində cərimə ödəyəcək,” formada redaksiyada 6.5-ci maddənin əlavə edilməsi” dəyişikliklər edilsin. “Sifarişçi” tərəfindən təmirsiz mənzilin dəyəri tam olaraq ödənildiyindən “icraçı” 2 saylı əlavə imzalandıqdan 10 (on) gün müddətində icraçıya təmirsiz mənzilin dəyərinin tam ödənilməsinə dair maliyyə arayışı təqdim etməyi öhdəsinə götürsün. Bu 2 saylı əlavənin hüquqi qüvvəyə malik 2 nüsxədə Azərbaycan dilində tərtib olunmuşdur, imzalandığı tarixdə qüvvəyə minir və tərəflərin hər birində 1 nüsxə saxlanılsın,” qeyd edilən məzmunda müqaviləyə əlavə 2 layihəsinin təsdiq edilməsi və cavabdeh tərəfindən imzalanmış hesab edilməsi, mənzilin tam təmiri üçün ödədiyi 29.975 manat pulun (maddi zərərin) cavabdehdən tutularaq ona qaytarılması, adi mülki dövriyyə şəraitində (mənzil kirayəsindən) əldə edəc əyi 4.644 manat gəlirin- əldən çıxmış faydanın, öhdəliyi zamanında icra etməmə və gecikməyə görə Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən hesablanmış 9.594,69 manat faizlərin, işlərin (xidmətlərin) yerinə yetirilməsinin ləngidilməsinə görə “İstehlakçıların hüquqlarının müdafiəsi” haqqında Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən 9.594,69 manat dəbbə pulunun, “İstehlakçıların hüquqlarının müdafiəsi” haqqında Qanunun 12-ci maddəsinə əsasən 5.000 manat mənəvi zərərin və ödədiyi 266,43 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi və mənzilin dəyərinin tam ödənilməsinə dair maliyyə arayışının verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, MMC ilə iddiaçı arası nda xx.xx.2017-ci il tarixdə imzalanmış 0026 saylı müqaviləyə əsasən cavabdeh (icraçı) Bakı şəhəri, Ş.Mirzəyev küçəsindəki “My Home” yaşayış kompleksinin, “A” blokunun 12-ci mərtəbəsində yerləşən sahəsi 119,9 kv.metr olan, 3 otaqlı, A.12.4 saylı mənzili hər kv.m-nin qiyməti 1.300 manat olmaqla, cəmi 155.870 manat müqabilində tam təmirli şəkildə iddiaçıya (sifarişçiyə) təhvil verməyi öhdəsinə götürmüşdür. Mənzilin cavabdeh tərəfindən tam təmirli şəkildə təhvil veriləcəyi qeyd edilən müqavilənin 2.2.3-cü maddəsinin “b” bəndində nəzərdə tutulmuşdur. Müqavilə imzalanan zaman cavabdehin ona təqdim etdiyi bukletdə tam təmirli mənzillərin 3 üslubda - “modern”, “klassik” və “avanqard” olaraq görünüşləri verilmiş və həmin bukletdəki təmir tipinin seçim imkanının onda olduğu bildirilmişdir. xx.xx.20 16-cı il tarixdə yuxarıda qeyd edilən mənzil üçün cavabdehə 1.500 manat beh ödənişi etmiş, müqavilə şərtlərinə müvafiq olaraq müqavilə imzalanan gün xx.xx.2017-ci il tarixdə ilkin ödəniş olaraq mənzilin dəyərinin 30%ni təşkil edən 45.261 manat (+beh nəzərə alınmaqla) hissəsini ödəmiş və digər 70% hissəsini isə müqaviləyə 1 saylı əlavə imzalanmış ödəmə qrafikinə əsasən 48 ay ərzində cavabdehə ödəmişdir. Sifarişçi olaraq müqaviləyə əsasən üzərinə düşən ödəmə öhdəliyini tam olaraq razılaşdırılmış müddətdə vaxtında yerinə yetirmiş və tam təmirli mənzilin dəyəri olan 155.870 manat məbləği zamanında cavabdehə ödəmiş, lakin cavabdeh isə müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək hazırkı vaxtadək binanın “A” blokunun inşasını başa çatdırmamış və aldığı mənzili tam təmirli şəkildə zamanında ona t əhvil verməmişdir. Aralarında bağlanmış xx.xx.2017-ci il tarixli, 0026 saylı müqavilənin 5.2-ci maddəsinə əsasən aldığı mənzil “sifarişçi” tərəfindən ona qrafik üzrə ödənişlər başa çatdıqdan sonra 1 ay müddətində təhvil verilməli idi. Qrafik üzrə son ödənişi xx.xx.2021-ci il tarixdə başa çatdırdığından, həmin maddəyə görə 1 ay sonra, yəni xx.xx.2021-ci il tarixdə mənzil ona tam təmirli vəziyyətdə təhvil verilməli idi. Lakin, MMC isə müqavilə üzrə öhdəliklərini zamanında və tam icra etməyərək, həmçinin müqavilənin 5.2-ci maddəsinin tələblərini kobud surətdə pozaraq mənzili ona nəinki tam təmirli vəziyyətdə təhvil verməmiş, heç təmirsiz vəziyyətdə də təhvil verməyərək müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Həmçinin, onunla müqavilə imzalanarkən MMC özünün internet və facebook səhifələrində, həmçinin tikinti aparılan binanın qarşısında yerləşdirdiyi lövhədə həyata keçirdiyi My Home layihəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 86 saylı qərarının icrası çərçivəsində həyata keçirildiyini, inşa edilən binanın Nizami rayonunun ilk pilot layihəsi olduğunu, binanın və bütün mənzilərin 2 il müddətində - 2018-ci ilin sonunda təhvil veriləcəyini yazsa da, binanın 2 blokunu (“B” və “C”) vaxtında 2 il müddətinə təhvil vermiş, binanın “A” blokunun tikintisini isə 5 il müddətində başa çatdırmayaraq tikintini yarımçıq qoymuş, verdiyi vədlərə əməl etməmiş, “A” blokunun sifarişçilərini, o cümlədən onu aldadaraq saytından və lövhədən binanın təhvil verilmə müddətini yığışdırmışdır. Halbuki, 2017-ci ildə binanın qarşısında cavabdehin quraşdırd ığı elektron tabloda binanın həmin ilin sonunadək təhvil veriləcəyinə dair - “binanın təhvil verilməsinə “X” gün qaldı” - sözləri ilə gündəlik reklam yerləşdirilərək istehlakçılar aldadılırdı. Eyni zamanda, müştəri (Sifarişçi) cəlb etmək üçün binanın “X3 Mənzil” konsepti ilə inşa ediləcəyi barədə yalan reklamlar verərək, guya binanın alt mərtəbəsində uşaq üçün oyun zalı, dərs otağı, fərdi restoran, ad günü otağı, playstation otağı, fərdi kinoteatr, fitnes otağı, mini otel otağı, karaoke otağı, musiqi otağı kimi 10 sahənin olacağını göstərmiş, lakin heç birini yaratmamışdır. Bununla da cavabdeh özünü tam etibarsız, müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozan, sifarişçiləri (istehlakçıları) aldadan, onların pullarını alaraq müvafiq binanın inşasına deyil, başqa məqsədlərə xərcləyən şirkət olaraq tanıtmışdır. Belə olan halda, yəni 5 il müddətində hətta təmirsiz mənzilinin inşasını zamanında başa çatdırmadığı halda, MMC tərəfindən mənzilinin tam təmir ediləcəyinə ümidini tamamilə itirmiş və onun daha 5 il təmir gözləməyə zamanı olmamışdır. Mənzilin cavabdeh tərəfindən zamanında tam təmir edilmədiyi və “A” blokunun tikintisi başa çatdırılmayaraq təhvil verilmədiyindən mənzilinin təmiri hazırda (cavabdeh istəsə belə) mümkün olmadığı üçün, tam təmirə görə ödədiyi pulların MMC-də qalmasının heç bir hüquqi və qanuni əsası olmamışdır. Tam təmir üçün ödədiyi pulların məbləği aşağıdakı qaydada hesablanmışdır: “A” blokunda sahəsi 119,9 kv.m olan 3 otaqlı mənzili binanın özülü qazılarkən (katlavan) aldığı zaman ona təmirsiz mənzillərin 1 kv.m-nin qiyməti 1050 manat, tam təmirli mənzil lərin 1 kv.m-nin qiyməti isə 1300 manat təklif edilmişdir. Təmirsiz və tam təmirli mənzillər arasında qiymət fərqi 250 manat idi. Göründüyü kimi aldığı mənzilin tam təmiri üçün MMCyə 119,9 kv.m x 250 manat = 29975 manat pul ödəmişdir. Lakin 5 il müddətində heç təmirsiz mənzil də ona təhvil verilməmişdir. Beləliklə, o, müqavilə bağlanarkən və cavabdehə təmir xərclərini tam ödəyərkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuş və müqavilə əhəmiyyətli dərəcədə pozulmuşdur. Mülki Məcəllənin 421.-ci və 445.8-ci maddələrinə əsasən müqavilənin cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulması və icranın gecikdirilməsi nəticəsində cavabdehin mənzilini təmir etməsinə marağı itdiyindən aralarında bağlanmış xx.xx.2017-ci il tarixli, 0026 nömrəli müqavilənin dəyişdirilməsinə, tam təmir üçün ödədiyi 29975 manat pulun ona geri qaytarılmasına dair təkliflə cavabdehə xx.xx.2021-ci il tarixdə poçtla rəsmi ərizə göndərmiş, həmin ərizə ilə qeyd edilən tələbləri özündə əks etdirən müqaviləyə dəyişiklik layihəsini 2 nüsxədə təqdim etmiş və 10 gün müddətində müqaviləyə dəyişiklik layihəsini imza və möhürlə təsdiq edərək, bir nüsxəsinin və tam təmir üçün ödədiyi 29975 manat pulun ona qaytarılmasını, həmçinin təmirsiz mənzilin dəyərinin tam ödənilməsinə dair maliyyə arayışının ona təqdim edilməsini xahiş etmişdir. Cavabdehlə onun arasında imzalanmış xx.xx.2017-ci il tarixli, 0026 nömrəli müqavilənin 11.4-cü maddəsinə əsasən tərəflər bir-birinə olan bildirişləri və digər sənədləri müqavilədə göstərilən ünvanlara sifarişli bildirişli məktubla göndərməlidirlər. Həmin maddəyə əsasən müq aviləyə dəyişiklik təklifini, tərəfindən imzalanmış dəyişiklik layihələri ilə birlikdə (3 komplekt, hər birində 2 nüsxə) 10 gün müddətində imzalanması üçün “Azeri Express” sürətli poçt daşıma xidməti (kuryer poçtu) vasitəsilə sifarişli bildirişli məktubla cavabdehin faktiki ünvanına (ofisin yerləşdiyi və hər ay ödəniş etdiyi), hüquqi ünvanına (Vergilər Nazirliyinin saytında qeyd edilən) və müqavilədə göstərilən ünvanına göndərmişdir. Onun tərəfindən cavabdehə tam təmirli mənzilin dəyəri olan 155.870 manat məbləğində pul ödənilməsini təsdiq edən 50 ədəd kassa mədaxil orderinin qəbzlərinə görə 1500 manat məbləğində beh ödənişini xx.xx.2016-cı il tarixdə, mənzilin dəyərinin 30%-ni təşkil edən 45261 manat xx.xx.2017-ci il tarixdə, digər 70% məbləğ isə müqaviləyə Əlavə № 1 olaraq imzalanmış ö dəmə qrafikinə əsasən 48 ay ərzində hər ay ödəmişdir. Beləliklə, Müqaviləyə əsasən tam təmirli mənzil üçün ödədiyi 155870 manat məbləğin tərkibində 125895 manatı təmirsiz mənzilin dəyərini (qiymətini) təşkil etmiş və 29975 manatı isə mənzilin tam təmir edilməsinin dəyərini (qiymətini) təşkil etmişdir. Smetaların tərtib edilməsi fəaliyyəti üzrə lisenziyası olan "xxxx" MMC tərəfindən mənzilinin sahəsi və planı üzrə, həmçinin cavabdehin reklam bukletlərində təqdim etdiyi tam təmirli mənzillərin görünüşləri nəzərə alınmaqla hazırlanmış təmir smetasına əsasən “My Home” yaşayış kompleksinin “A” blokunun 12-ci mərtəbəsində yerləşən sahəsi 119,9 kv.m olan, 3 otaqlı, A.12.4 nömrəli mənzilin tam təmir edilməsi üçün xx.xx.2021-ci il tarixə olan orta qiymətlərlə hazırda 38169,10 manat ƏDV-siz, ƏDV dax il olmaqla isə 45039,53 manat vəsait tələb olunur. Lakin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.3-cü maddəsinə müvafiq olaraq hazırda mövcud olan qiymətlərlə 38169,10 manat (ƏDV-siz) və ya 45039,53 manat (ƏDV ilə) təmir xərclərini tələb etmək hüququ olsa da, məqsədi təmir xərci olaraq cavabdehdən qanunvericiliyə uyğun olaraq hazırkı qiymətlərlə əlavə pul istəmək olmamışdır. Əsas tələbi (yanaşı tələblər də mövcuddur) cavabdehdən hər hansı indeksasiya nəzərə alınmadan təmir üçün real olaraq ödədiyi 29975 manat vəsaitin ona qaytarılması və mənzilin təmirsiz şəkildə ona təhvil verilməsinə dair cavabdehə təklif etdiyi müqaviləyə dəyişikliklərin edilməsindən ibarət olmuşdur. O, həmçinin qeyd etmişdir ki, cavabdehlə onun arasında imzalanmış xx.xx.2017-ci il tarixli, 0026 nömrəli müqav ilənin 6.1-ci maddəsinə əsasən həmin müqavilənin şərtlərinin pozulması və ya lazımınca icra olunmaması nəticəsində, tərəflər bir-birinə vurduqları zərərə (dəymiş ziyanın əvəzi və ziyan dəymiş tərəfin əldən çıxmış gəlirlərinin əvəzi) görə, mülki hüquqi məsuliyyət daşıyırlar. Cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi səbəbindən hüququ pozularaq ona zərər dəymiş və bunun nəticəsində mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən (əldən çıxmış fayda) də məhrum olmuşdur. Belə ki, 2018-ci ilin sonunda əldə etməli olduğu tam təmirli mənzil üçün pul ödəməyinə baxmayaraq, tam təmirli mənzil əldə etməmiş, yaxın gələcəkdə mənzilinin təmir edilməsi ehtimalı olmamış, mənzilinin ağlabatan müddətdə təmir edilməsi real olmamış və bununla əlaqədar onun mənzilinin təmir xərcləri ona dəyən real maddi zərər olmuşdur. Qeyd edilən mənzil barədə cavabdehlə müqavilə bağlamaqda əsas məqsədi həmin mənzili kirayəyə (icarəyə) verərək, kirayədən (icarədən) əldə edəcəyi gəlirlə mənzilə çəkdiyi xərclərin əvəzini qismən qaytarmaq və kirayədən gəlir əldə etmək olmuşdur. Alacağı aylıq kirayə (icarə) haqqı isə mülki dövriyyə şəraitində əldə edəcəyi gəlir - əldən çıxmış faydadır. Müqavilə imzalanan zaman hər yerdə (cavabdehin saytında, sosial şəbəkələrdəki cavabdehin cavablarında, bina qarşısındakı elektron və bilbord şəklində olan lövhələrdə, reklamlarda və s.) mənzilin 2018-ci ildə təhvil veriləcəyi bildirilirdi. Buna heç bir şübhəsi yox idi, ona görə ki, həqiqətən də 3 bloklu binanın digər “C” və “E” blokları 2018-ci ildə təhvil verildi. “A” blokunun da 2018-ci ilin 4-cü rübündə təhvil veriləcəyi p lanlaşdırılmışdı. Ona görə də o, 2019-cu ildən etibarən mənzili kirayəyə (icarəyə) verəcək və bununla da mənzilə çəkdiyi xərcləri azaldacaqdı. Cavabdeh isə müqavilə üzrə öhdəliklərini yerinə yetirməyərək onu kirayə (icarə) ilə əlaqədar əldə edəcəyi faydadan (gəlirdən) məhrum etmişdir. Əldən çıxmış faydanın müəyyənləşdirilməsi üçün Mülki Məcəllənin 443.4-cü maddəsində nəzərdə tutulan tədbirlər çərçivəsində onun tərəfindən Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi və ətraf ərazidə yerləşən yeni çoxmənzilli yaşayış binalarında yerləşən 3 otaqlı mənzilin 2019-2021-ci illər ərzində orta aylıq icarə (kirayə) haqqının müəyyən edilməsinə dair qiymətləndirmə şirkəti olan "xxxx" MMC-yə sifariş verilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdə hazırlanmış Daşınmaz Əmlakın qiymətləndiril məsinə dair ASB 1002 nömrəli hesabata və qiymətləndirmənin nəticəsinə dair yekun rəyə əsasən qeyd edilən ərazidə təmirli mənzillərin orta aylıq icarə haqqı 2019-cu il tarixində 600 manat, 2020-ci il tarixdə 650 manat, 2021-ci il tarixdə 670 manat müəyyən edilmişdir. Göründüyü kimi cavabdeh tərəfindən vəd edildiyi kimi 2018-ci ilin sonunda digər bloklar kimi (“B” və “C”) binanın “A” bloku da təhvil verilsə idi və mənzilini hər ayı 600 manat olmaqla kirayəyə versə idi 2019-cu ilin yanvar ayından bu günədək 35 ay ərzində əldən çıxmış fayda 21000 manat təşkil edəcəkdi. Lakin, o, müqavilənin 5.2-ci maddəsindən çıxış edərək mənzilin ona tam təmirli şəkildə xx.xx.2021-ci il tarixdə təhvil verilməli olduğunu əsas götürərək, əldən çıxmış faydanı hesablayarkən icarənin başlama müddəti olaraq xx.xx.2019-cu il tarixə deyil, xx.xx.2021-ci il tarixə istinad etmiş, həmçinin hər hansı mübahisəni istisna etmək üçün orta aylıq icarə qiyməti olaraq 2021-ci il üçün qiymətləndirilmiş 670 manata deyil, daha aşağı 600 manata əsaslanmışdır. Göründüyü kimi, cavabdehin öz öhdəliyini lazımınca icra etməməsi səbəbindən o, vergilər ödəndikdən sonra ən azı 4644 manat əldə edəcəyi təmiz gəlirdən (əldən çıxmış fayda) məhrum olmuşdur. Müqavilədə tərəflərin bir-birinə vurduqları zərərin daha az miqdarda ödənilməsi nəzərdə tutulmamış, əksinə müqavilənin 6.1-ci maddəsində müqavilə şərtlərinin pozulması və ya lazımınca icra olunmaması nəticəsində tərəflərin tam mülki hüquqi məsuliyyət daşımaları (dəymiş ziyanın əvəzi və ziyan dəymiş tərəfin əldən çıxmış gəlirlərinin əvəzi daxil olmaqla) nəzərdə tutulmuşdur. Göründüyü kimi, Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən cavabdeh tərəfindən ona vurulmuş zərərin əvəzini tam tələb etmək hüququ vardır. Hazırkı mübahisə üzrə Mülki Məcəllənin 21.2-ci maddəsində nəzərdə tutulan “zərər” anlayışının 3 elementinin hər biri mövcud olmuşdur. Belə ki: hüququ pozulmuş şəxs olaraq pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərcin 266,43 manatını dövlət rüsumu, əldə edə bilmədiyi mənzilin təmiri üçün çəkdiyi real xərc 29975 manat, smetaya görə mənzilin təmiri üçün hazırda çəkməli olduğu xərc 38169,10 manat (ƏDV-siz) və ya 45039,53 manat (ƏDV ilə); əmlakın təmirindən məhrum olmağı təmir xərcləri qədər ödədiyi 29975 manat real zərəri, həmçinin, hüququ pozulmasa idi, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) mənzil kirayəsindən (icarəsi ndən) əldə edəcəyi gəlirləri təşkil etmişdir. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən tam olaraq ödənişi bitirdiyi xx.xx.2021-ci il tarixdən məhkəməyə müraciət edilən bu gün ki tarixədək ödədiyi 155870 manat vəsait məbləğindən faizlər hesablanmalıdır. Hesablanmış faiz məbləği iddia qaldırılan günə Mərkəzi Bankın illik bank uçot faiz dərəcəsi 7% olduğundan məbləğin illik faizi 155870 x 7% = 10910,90 manat, günlük faiz isə 10910,90: 365 = 29,89 manat təşkil etmişdir. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarix daxil olmaqla öhdəliyin icrasının gecikdirilməsi 321 gün təşkil etdiyindən qanunvericiliyə görə ödənilməli olan faiz məbləği 29,89 x 321 = 9594,69 manat təşkil etmişdir. O, eyni zamanda dəbbə puluna (cərimə, penya) münasibətdə bildirmişdir ki, dəbbə pulu “İstehlakçıların hüquq larının müdafiəsi” haqqında Azərbaycan Respublikasının xx.xx.1995-ci il tarixli Qanununun 9-cu maddəsinin 5-ci bəndində nəzərdə tutulan qaydada hesablanarsa (155870 manatın 1%-i olan 1558,70 manat x 321 gün = 500342,70 manat) çox böyük məbləğ alınır. Həmin məbləği tələb etmək hüququ olsa da, məqsədi cavabdehin hesabına gəlir əldə etmək olmamışdır. Bununla əlaqədar “İstehlakçıların hüquqlarının müdafiəsi” haqqında Qanunun 9-cu maddəsində (5-ci bənd) nəzərdə tutulan dəbbə pulunun məbləğini 52 dəfədən çox azaldaraq Mülki Məcəllənin 449.1-ci maddəsində nəzərdə tutulan faizlər qədər 9594,69 manat tələb etməyini məqsədəmüvafiq hesab etmişdir. Bundan başqa, öhdəliyin icrasının gecikdirilməsi və onun lazımınca icra edilməməsi səbəbindən cavabdehin nümayəndələri ilə çoxsaylı danışıqlarda, mübahisəl ərdə böyük mənəvi sarsıntılar və iztirablar keçirmiş, bununla əlaqədar Qanunun 12-ci maddəsinə əsasən cavabdehdən 5000 manat məbləğində mənəvi zərər tələb etməkdə özünü haqlı bilmişdir.
5. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-446/2022 saylı mülki iş üzrə 29 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim Həqiqət Əhmədova) iddia qismən təmin edilərək, MMC ilə iddiaçı arasında xx.xx.2017-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsindəki “My Home” yaşayış kompleksinin “A” blokunun 12-ci mərtəbəsində yerləşən sahəsi 119,9 kv.m olan 3 otaqlı, A.12.4 saylı mənzilə dair bağlanılmış müqavilənin 2.2.3-cü bəndinin “b” yarımbəndindəki “mənzili tam təmir edəcək (təmir şərtləri əlavə Razılaşma ilə tənzimlənəcək)” sözləri “mənzili təmirsiz vəziyyətdə (mayakla suvaq olunmuş divarl ar, giriş seyf qapısı və pəncərələr, kommunal xətlərin (işıq, su, kanalizasiya, qaz, telefon, internet) mənzilə çəkilməsi” sözləri ilə əvəz edilməsi, müqavilənin 2.2.3-cü bəndinin “b” yarımbəndinin “seyf qapıları, daxili qapılar, döşəmə, divar kağızları, plastik pəncərələr, kafel və metlax, qaz, su və elektrik xətləri, qızdırıcı xətləri, hazır tavan, hamam və tualet üçün sabit aksesuarlar” hissəsində ləğv edilməsi, MMC ilə iddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə üzrə mənzilin tam təmirinə görə iddiaçının ödədiyi 29.975 manat vəsait və 266,43 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya qaytarılması, MMC tərəfindən Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsindəki “My Home” yaşayış kompleksinin “A” blokunun 12-ci mərtəbəsində yerləşən sahəsi 119,9 kv. metr olan 3 otaqlı, A.12.4 saylı mənzilin iddiaçıya təhvil verilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Məhkəmə iddiaçının iddia tələbində qeyd etdiyi xx.xx.2017-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixdə tərtib edilmiş 2 saylı əlavəyə münasibətdə qeyd etmişdir ki, MMC ilə iddiaçı arasında xx.xx.2017-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsindəki “My Home” yaşayış kompleksinin “A” blokunun 12-ci mərtəbəsində yerləşən sahəsi 119,9 kv.metr olan 3 otaqlı, A.12.4 saylı mənzilə dair bağlanılmış müqavilənin 2.2.3-cü bəndinin “b” yarımbəndindəki “mənzili tam təmir edəcək (təmir şərtləri əlavə razılaşma ilə tənzimlənəcək)” sözləri “mənzili təmirsiz vəziyyətdə (mayakla suvaq olunmuş divarlar, giriş seyf qapısı və pəncərələr, kommunal xətlər in (işıq, su, kanalizasiya, qaz, telefon, internet) mənzilə çəkilməsi” sözləri ilə əvəz edilməli, müqavilənin 2.2.3-cü bəndinin “b” yarımbəndi “seyf qapıları, daxili qapılar, döşəmə, divar kağızları, plastik pəncərələr, kafel və metlax, qaz, su və elektrik xətləri, qızdırıcı xətləri, hazır tavan, hamam və tualet üçün sabit aksesuarlar” hissəsində ləğv edilməlidir. Müqavilənin digər hissələrin dəyişdirilməsi və ləğv edilməsi müqavilənin mahiyyətinə əhəmiyyətli təsir göstərmədiyindən həmin hissələrlə bağlı iddiaçının tələbi təmin edilməməlidir.
7. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanılmış müqavilənin mənzilin təmirsiz vəziyyətdə sifarişçiyə təhvil verilməsi hissəsi qüvvəyə mindiyi vaxtdan iddiaçı tərəfindən mənzilin təmirinə görə ödənilmiş 29.975 manat vəsait MMC tərəfindən ona geri qaytarılmalıdır.
8. Məhkəmə iddia tələbinin “adi mülki dövriyyə şəraitində (mənzil kirayəsindən) əldə edəcəyi 4.644 manat gəlirin- əldən çıxmış faydanın ödənilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbinin bu hissəsi əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iddiaçı həmin vəsait ona qaytarılacağı təqdirdə bu vəsaitdən hansı qaydada istifadə etməklə fayda əldə edəcəyi barədə məhkəməyə əsaslı sübutlar təqdim edə bilməmişdir. Məhkəmə araşdırması ilə cavabdehin iddiaçının vəsaitini əlində saxlanması ilə varlanması halı müəyyən olunmamış və iddiaçının həmin vəsaitdən konkret hansı gəlir əldə etməsinə dair iddiaçı tərəfindən dəlillər gətirilməmişdir.
9. Məhkəmə iddia tələbinin Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən hesablanmış 9.594,69 manat faizlərin cavabdehdən tutularaq ona ödənilməsi hissəsini əsassız sayaraq hesab etmişdir ki, iddiaçı iddia tələbinin həmin hissəsi ilə bağlı məhkəməyə heç bir mötəbər sübut növü təqdim etməmişdir.
10. Məhkəmə eyni zamanda iddiaçının iddia tələbinin “İstehlakçıların hüquqlarının müdafiəsi” haqqında Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən 9.594,69 manat dəbbə pulunun cavabdehdən tutularaq ona ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia həmin hissədə əsassız olduğundan təmin edilməməlidir.
11. Məhkəmə iddia tələbinin "xxxx" görə 5.000 manat pulun MMC-dən tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçının 5.000 manat pulu tələb etməsinə baxmayaraq, özünə mənəvi zərər vurmaya, habelə bu mənəvi zərərin məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində yetirilməsinə dair məhkəməyə heç bir əsas lı və mötəbər sübut təqdim edə bilməmişdir.
12. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423, 424, 443, 449-cu maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli, 7 saylı Qərarına istinad edərək əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının MMC-yə hal-hazırda 3381 manat borcu qalmışdır. Ona görə də iddiaçıya maliyyə arayışı verilməmişdir. Tərəflər aras ında imzalanmış müqavilənin 5.2-ci bəndinə əsasən tikinti və təmir işləri başa çatdıqdan sonra, müqavilənin 1-ci maddəsində nəzərdə tutulmuş mənzil icraçı tərəfindən müvafiq hüquqi sənəd əsasında sifarişçiyə qrafik üzrə ödənişlər başa çatdıqdan sonra bir ay müddətində təhvil verilməlidir. Göründüyü kimi, tərəflər arasında imzalanmış müqavilə şərtlərinə əsasən mənzilin iddiaçıya təhvil verilməsi üçün 2 şərt nəzərdə tutulmuşdur. Birinci şərtə görə tikinti və təmir işləri başa çatmalıdır ki, mənzil təhvil verilsin. İkinci şərtə görə isə sifarişçiyə qrafik üzrə ödənişlər başa çatmalıdır ki, mənzil təhvil verilsin. İndiki halda tikinti və təmir işləri yekunlaşmaq üzrədir, lakin iddiaçının MMC-yə hal-hazırda 3.381 manat borcu qalmışdır. Yəni tikinti və təmir işləri yekunlaşsa belə borc ödənilməy ənə qədər mənzil iddiaçıya təhvil verilməyəcəkdir. Göründüyü kimi, müqavilə şərtləri cavabdeh tərəfindən deyil, əksinə iddiaçı tərəfindən pozulmuşdur. Məhkəmə tərəflər arasında yaranmış münasibətlərin mahiyyətini aydınlaşdırmadığından yekunda səhv qərar qəbul etmişdir.
15. Məhkəmə Ekspertiza Mərkəzinin 6 mart 2023-ci il tarixli, 10/7525 saylı rəyinə əsasən, Bakı şəhəri, Ş.Mirzəyev küçəsində inşa edilmiş “My Home” yaşayış kompleksinin “A” blokunun 12-ci mərtəbəsində yerləşən və iddiaçıya məxsus 3 otaqlı mənzilin təmirə hazır vəziyyətdə olduğu müəyyən edilmişdir. Tərəflər arasında xx.xx.2017-ci il tarixdə imzalanmış 0026 saylı müqavilənin 1.2-ci bəndində tədqiq olunan mənzilin ümumi sahəsinə yaşayış, yardımçı, balkon sahələri və sxemə uyğun divaraltı sahənin daxil olduğu qeyd olunmuşdur. xx. xx.2017-ci il tarixdə imzalanmış 0026 saylı müqavilənin 1.2-ci bəndində qeyd olunanlara əsasən aparılmış ölçü işləri nəticəsində tədqiq olunan mənzilin ümumi sahəsinin tərəflər arasında bağlanmış müqaviləyə uyğun olmadığı və mənzilin ümumi sahəsinin 122,5 kv.metr olduğu müəyyən edilmişdir. Bakı şəhəri, Ş.Mirzəyev küçəsindəki “My Home” yaşayış kompleksinin “A” blokunda yerləşən təmirsiz mənzilin 1 kv.metrinin hazırda mövcud olan orta bazar qiyməti təqribən 1430,0 manat, təmirli mənzilin 1 kv.metrinin hazırda mövcud olan orta bazar qiyməti təqribən 1850,0 manat müəyyən edilmişdir.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-361/2023 saylı mülki iş üzrə 18 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Şərafət Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Yusifov və Pərviz H üseynov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
17. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsində mübahisələndirilən qətnamə qəbul edilən vaxt və cavabdeh apellyasiya şikayəti verdiyi dövrdə mənzil təmir üçün hazır vəziyyətdə olmamışdır (cavabdehin apellyasiya şikayətində də bu qeyd edilmişdir).
18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ekspertiza rəyi ilə Bakı şəhəri, Ş.Mirzəyev küçəsindəki “My Home” yaşayış kompleksinin “A” blokunda yerləşən təmirsiz mənzilin 1 kv.metrinin hazırda mövcud olan orta bazar qiyməti təqribən 1.430 manat, təmirli mənzilin 1 kv.metrinin hazırda mövcud olan orta bazar qiyməti təqribən 1.850 manat məbləğində müəyyən edilmişdir. Bu fərq isə iddiaçının təmirli mənzil üçün ödədiyini və qaytarılmasını tələb etdiyi məbləğdən yüksək olmuşdur.
19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, MMC ilə iddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 0026 saylı müqaviləyə əsasən MMC Bakı şəhəri, Ş.Mirzəyev küçəsindəki “My Home” yaşayış kompleksinin, “A” blokunun 12-ci mərtəbəsində yerləşən sahəsi 119,9 kv.metr olan, 3 otaqlı, A.12.4 saylı mənzili hər kv.metrinin qiyməti 1.300 manat olmaqla, cəmi 155.870 manat müqabilində tam təmirli şəkildə iddiaçıya (sifarişçiyə) təhvil verməyi öhdəsinə götürsə də, yuxarıda qeyd olunan ekspertiza rəyi ilə mənzilin ümumi sahəsinin 122,5 kv.metr olduğu müəyyən edilməsi (yəni 2.6 kv.metr artıq) iddiaçının tələbinin təmin olunmuş hissədə ləğvinə əsas təşkil etməmişdir. Belə ki, MMC müqavilədən artıq hesab etdiyi 2.6 kv.metr sahə ilə bağlı əvvəllər və hal-hazırda iddiaçıya qarşı tələb irəli sürməmişdir.
20. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421, 423, 424, 443-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçınən bir tərəfli q aydada müqavilə şərtlərinin dəyişdirlməsini tələb etməsi və məhkəmənin də həmin tələbi təmin etməsi tamamilə əsassız və qanunsuz olmuşdur. İndiki halda tikinti və təmir işləri yekunlaşmaq üzrədir, lakin iddiaçının MMC-yə hal-hazırda 3381 manat borcu qalmışdır. Yəni tikinti və təmir işləri yekunlaşsa belə borc ödənilməyənə qədər mənzil iddiaçıya təhvil verilməyəcəkdir. Göründüyü kimi, müqavilə şərtləri cavabdeh tərəfindən deyil, əksinə iddiaçı tərəfindən pozulmuşdur. Həmçinin iddiaçının aldığı mənzilin hər kv.metrinin qiyməti 1.300 manatdan hesablanmışdır. Lakin hal-hazırda həmin mənzilin hər kv.metrinin qiyməti 1.850 manatdır, yəni iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum olmamış, əksinə hər kv.metrinin 550 manat gəlir əldə etmişdir.
23. Kassator, kassasiya şikayət ini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390, 421-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 88, 217-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsi, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu say ılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
26. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.
27. Maddə 424.1. Müqavilə dəyişdirilərkən tərəflərin öhdəlikləri dəyişdirilmiş şəkildə saxlanılır.
28. Maddə 424.3. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığ ı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır.
29. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
30. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və k assasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Hazırkı kassasiya şikayətində qətnamə iddianın təmin olunmuş h issəsində mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
39. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
40. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməs i üçün əsasların olmadığını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
41. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, müqavilənin qiymətinin son ödəniş tarixi xx.xx.2021-ci il müəyyən edilmiş, müqavilənin şərtlərinə görə cavabdeh, Bakı şəhəri, Şirin Mirzəyev küçəsindəki “My Home” yaşayış kompleksinin, “A” blokunun 12-ci mərtəbəsində yerləşən sahəsi 119,9 kv.metr olan, 3 otaqlı, A.12.4 saylı mənzili hər kv.metrinin qiyməti 1.300 manat olmaqla, cəmi 155.870 manat müqabilində ödənişlər başa çatdıqdan sonra 1 ay müddətinə tam təmirli şəkildə iddiaçıya (sifarişçiyə) təhvil verməyi öhdəsinə götürmüşdür.
42. Daha sonra, iddiaçı xx.xx.2017-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixdə 2 saylı əlavə tərtib etmiş və onun tərəfindən cavabdehə və Bakı şəhəri, Nizami rayon İcra Hakimiyyətinə ərizə ünvanlayaraq qeyd etdiyi tələblər yerinə yetirilməyəcəyi təqdirdə ona dəymiş zərərin, icra gecikdirilmə faizlərinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmə hüququnu diqqətlərinə çatdırmışdır. Lakin, qeyd olunan müraciətə cavab verilmədiyi üçün iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
43. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini, habelə işə əlavə edilmiş sübutları araşdırıb qeyd etmişdir ki, sözügedən mənzil təmir üçün hazır vəziyyətdə olmamışdır. Həmçinin, ekspert rəyinə əsasən Bakı şəhəri, Şirin Mirzəyi küçəsində, “My Home” ya şayış kompleksinin “A” blokunda yerləşən təmirsiz mənzilin 1 kv.metrinin hazırda mövcud olan orta bazar qiyməti təqribən 1.430 manat, təmirli mənzilin 1 kv.metrinin hazırda mövcud olan orta bazar qiyməti isə təqribən 1850 manat təşkil edir. Bu fərq isə iddiaçının təmirli mənzil üçün ödədiyini və qaytarılmasını tələb etdiyi məbləğdən yüksəkdir.
44. Eyni zamanda, tərəflər arasında bağlanmıış xx.xx.2017-ci il tarixli, 0026 saylı müqaviləyə əsasən cavabdeh, Bakı şəhəri, Şirin Mirzəyev küçəsi, “My Home” yaşayış kompleksinin, “A” blokunun 12-ci mərtəbəsində yerləşən sahəsi 119,9 kv.metr olan, 3 otaqlı, A.12.4 saylı mənzili hər kv.metrinin qiyməti 1.300 manat olmaqla, cəmi 155.870 manat müqabilində tam təmirli şəkildə iddiaçıya (sifarişçiyə) təhvil verməyi öhdəsinə götürsə də, yuxarıda qeyd oluna n ekspertiza rəyi ilə mənzilin ümumi sahəsinin 122,5 kv.metr olduğu müəyyən edilməsi (yəni 2.6 kv.metr artıq) iddiaçının tələbinin təmin olunmuş hissədə ləğvinə əsas təşkil etmir. Belə ki, cavabdeh müqavilədən artıq hesab etdiyi 2.6 kv.metr sahə ilə bağlı əvvəllər və hal-hazırda iddiaçıya qarşı tələb irəli sürməmişdir.
45. Apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilən maddəllərin tələblərini hazırkı mülki mübahisəyə tətbiq edib, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb, iddiaçının iddia tələbində qeyd etdiyi xx.xx.2017ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixdə tərtib edilmiş 2 saylı əlavəyə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında xx.xx.2017-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsində, “My Home” yaşayış kompleksinin “A” blokunun 12-ci mərtəbəsində yerləşən sahəsi 119,9 kv.metr olan 3 otaqlı, A.12.4 saylı mənzilə dair bağlanmış müqavilənin 2.2.3-cü bəndinin “b” yarımbəndindəki “mənzili tam təmir edəcək (təmir şərtləri əlavə razılaşma ilə tənzimlənəcək)” sözləri “mənzili təmirsiz vəziyyətdə (mayakla suvaq olunmuş divarlar, giriş seyf qapısı və pəncərələr, kommunal xətlərin (işıq, su, kanalizasiya, qaz, telefon, internet) mənzilə çəkilməsi” sözləri ilə əvəz edilməli, müqavilənin 2.2.3-cü bəndinin “b” yarımbəndi “seyf qapıları, daxili qapılar, döşəmə, divar kağızları, plastik pəncərələr, kafel və metlax, qaz, su və elektrik xətləri, qızdırıcı xətləri, hazır tavan, hamam və tualet üçün sabit aksesuarlar” hissəsində ləğv edilməlidir.
46. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsaslanaraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin mənzilin təmirsiz vəziyyətdə sifarişçiyə təhvil verilməsi hissəsi qüvvəyə mindiyi vaxtdan iddiaçı tərəfindən mənzilin təmirinə görə ödənilmiş 29.975 manat vəsait cavabdeh tərəfindən ona geri qaytarılmalıdır.
47. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddianı qismən təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də iş üzrə apellyasiya ins tansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.
48. Qeyd olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutub Məhkəmə kollegiyası Q ə r a r a aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 aprel 2023-cü il tarixli, 2(103)-361/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.