Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3193/2024 22.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı “Xırt” Birgə Təsərrüfatının Cavabdeh qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi (vindikasiya tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Əhmədova Mehparə Tofiq qızı və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı “Xırt” Birgə Təsərrüfatının Cavabdeh qarşı “torpağın özgənin sahibliyindən geri qaytarılması” tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)610/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qət naməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 22 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Quba rayonu Təngə qoyunçuluq sovxozunun X24 Komissiyasının iclasının 14 oktyabr 1995-ci il tarixli, 7 saylı protokol qərarına əsasən Xırt və Aydınkənd kənd sakinlərindən 30 nəfərin ərizəsi nəzərə alınmaqla Xırt kənd birgə təsərrüfatının yaradılması haqqında 15 sentyabr 1995-ci il tarixli iclasın qərarı təsdiq edilmiş, X17 adambaşına 1,51 ha olmaqla 153 ha torpaq payı (ondan 40 ha əkin, 70 ha biçənək, 43 ha örüş sahəsi) verilmişdir. Həmin qərar rayon AİK-nın 08 aprel 1996-cı il tarixli 43 saylı iclasın protokol qərar ilə təsdiq edilmişdir.
2. Quba Rayon Məhkəməsinin 6 yanvar 2017-ci il tarixli, 2(027 )-136/2017 nömrəli qətnaməsinə əsasən iddiaçı X8 Quba rayonu Güləzi bələdiyyəsi ilə X9 arasında bağlanmış 120 hektar örüş sahəsinin 15 il müddətinə icarəyə verilməsi barədə 4 noyabr 2005-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamə ilə məhkəmə müəyyən etmişdir ki, “İcarəyəverən” Quba rayonu Güləzi Bələdiyyəsinin sədri X11 ilə “İcarəçi” Quba rayon Künxırt kənd sakini X9 arasında 04 noyabr 2005-ci il tarixdə icarə müqaviləsi bağlanmış, Quba rayonu Güləzi bələdiyyəsinin 24 sentyabr 2005-ci il tarixli 10 saylı qərarına əsasən Quba rayonu Güləzi bələdiyyəsinə məxsus 120 hektar örüş sahəsi 15 il müddətinə illik icarə haqqı 500 manat olmaqla X6 icarəyə verilmiş, icarə hüququ Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsinin qeydi yyat kitabında 209 sayla 5 dekabr 2005-ci il tarixdə qeydə alınmışdır.
3. Sumqayıt Apelyasiya Məhkəməsinin 22 iyun 2017-ci il tarixli, 2(105)-2012/2017 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 6 yanvar 2017-ci il tarixli, 2(027)-136/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
4. Həmin qətnamədə hazırkı iddiaçı tərəfindən apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o və ailə üzvləri hal-hazırda mübahisələndirilən ərazi olan Güləzi bələdiyyəsinin “Qızıl-Qaya” adlı ərazisində yerləşən torpaq sahəsindən 1985-ci ildən malheyvanların yay mövsümündə saxlanılması üçün yaylaq sahəsi kimi istifadə etmişlər. Sonradan mərhum atası X4 rəhbərliyi altında “Xırt” birgə təsərrüfatı yaradılmış Quba rayon Aqrar İslahat Komissiyasının 08 aprel 1996-cı il tarixli 43 saylı qərarı ilə birgə təsərrüfatın üzvləri Xırt və Aydınkənd kəndlərinin sakinlərinə çatan 93 hektar örüş və 60 hektar ot çalğı sahəsi olmaqla ümumilikdə 153 hektar torpaq sahəsinə dair Akt və xəritə alınmışdır. Həmin torpaq sahələri 2005-ci ilədək təyinatı üzrə istifadələrində olmuşdur. Bununla yanaşı Respublikada aparılan torpaq islahatları və Bələdiyyələrin yaradılmasından sonra istifadələrində olan və hal-hazırda mübahisələndirilən həmin torpaq sahələrinə dair icarə müqaviləsi bağlanılaması üçün bələdiyyə rəhbərliyinə dəfələrlə rəsmi və şifahi etdikləri müraciətlər nəticəsiz qalmış, hər dəfə müxtəlif bəhanələrlə icarə müqaviləsinin bağlanılmasından imtina edilmişdir. Sonradan isə istifadələrində olan torpaq sahəsinə dair Güləzi bələdiyyəsi ilə X9 arasında icarə müqaviləsini n bağlanması məlum olmuşdur. Birinci instansiya məhkəməsində iddia tələbinin əsaslı olduğunu sübut edən çoxsaylı sənədləh iş materiallarına əlavə edilsə də, həmin sübutlara hüquqi qiymət verilməmiş, şahid ifadələri dinlənilməmiş, eyni zamnada qətnamədə iddia tələbinin təmin olunmalı olduğu qeyd edilsə də, nədənsə nəticə də əsassız hesab edilərək rədd edilmişdir.
5. Quba rayon Güləzi bələdiyyəsinin 25 avqust 2023-cü il tarixli 27 nömrəli arayışdan görünür ki, Aqrar İslahat Komissiyasının xx.xx.1995-ci il tarixli iclasın protokol qərarı ilə “Xırt” birgə təsərrüfatına ayrılmış 153 ha torpaq sahəsi Güləzi bələdiyyəsinin mülkiyyətinə aiddir.
6. Quba rayonu Güləzi bələdiyyəsinin 25 avqust 2023-cü il tarixli, 28 və 29 nömrəli arayışlarından görünür ki, Aqrar İslahat Komissiyasının xx.xx.1995-ci i l tarixli iclas protokolu ilə “Xırt” birgə təsərrüfatına ayrılmış 153 ha torpaq sahəsinin sərhədləri, harada yerləşməsi barədə bələdiyyədə məlumat yoxdur.
7. Quba rayon İcra Hakimiyyəti Başçısının Güləzi kənd İƏD üzrə nümayəndəliyinin 25 avqust 2023-cü il tarixli, 5-61/2-41/2023 və 5-61/2-42/2023 və 5-61/2-43/2023 saylı arayışlarından görünür ki, X1 İƏD üzrə nümayəndəliyin Xırt kəndi qeydiyyatındadır, 2012ci ildən Yeni Güləzi kəndində yaşayır və nümayəndəliyin təsərrüfatbaşına kitablarında “Xırt” birgə təsərrüfatına aid heç bir iribuynuzlu və xırdabuynuzlu heyvan qeydə alınmamışdır, X8 özünün adına son beş ildə iribuynuzlu və xırdabuynuzlu heyvanların qeydiyyatı aşağıdakı kimi olmuşdur: - 2019-cu il üzrə xırdabuynuzlu 231 baş, 2020-ci il üzrə-xırdabuynuzlu 188 baş, at 1 baş - 2021, 2022 və 2023-cü illər üzrə heç bir iribuynuzlu və xırdabuynuzlu heyvan qeydə alınmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı “Xırt” Birgə Təsərrüfatı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Xırt” Birgə Təsərrüfatına məxsus Quba rayonu Xırt kəndi ərazisində yerləşən 153 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh qanunsuz sahibliyindən geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Quba rayonu, “Təngə” sovxozunun Aqrar İslahat Komissiyasının 14 oktyabr 1995-ci il tarixli, 7 saylı qərarı ilə “Xırt” birgə təsərrüfatı yaradılmış və Quba rayon Aqrar İslahat Komissiyasının qərarı ilə həmin qərar təsdiq edilərək, “Xırt” təsərrüfatının başçısı mərhum atası X7 tanınmı şdır. O zaman “Xırt” birgə təsərrüfatının mülkiyyətinə Xırt kəndi ərazisindən faktiki 1980-ci ildən onların istifadəsində olan yaylaq sahəsindən 153 ha ərazi ayrılmışdır. O vaxt onlar “Xırt” birgə təsərrüfatına ayrılmış həmin torpaq sahəsinə dair 8 aprel 1996-cı il tarixli, 43 nömrəli akt və xəritə almışlar. Təsərrüfatları bir müddət rentabelli fəaliyyət göstərmiş, öz ailələrini kənd təsərrüfatı məhsulları ilə təmin etməklə yanaşı ölkə iqtisadiyyatına da öz töhfələrini vermiş, dövlət büdcəsinə və xalqa mənfəəti təmin edilmişdir. Bütün bəlaları bələdiyyə təsis edildikdən sonradır. Belə ki, onların ailəsi 1999-cu ildən Güləzi Bələdiyyəsinin sabiq sədrinin dövründən tamah üzündən artıq 20 ildən çoxdur ki, “Xırt” birgə təsərrüfatına məxsus torpaq sahələrini faktiki itirmişlər. Onlar təsərrüfat larına ayrılan sahədə qalıb işləmək üçün yaylaq evi tikərək yay mövsümünü orada yaşamış və təsərrüfatı idarə etmişlər. “Xırt” birgə təsərrüfatının başçısı olan atası vəfat etdikdən sonra vərəsələri kimi ailə üzvləri birgə təsərrüfatı idarə etmiş, vərəsələrdən X12 “Xırt” birgə təsərrüfatının başçısı seçilmişdir. Güləzi Bələdiyyəsinin sədri olmuş Məhəmməd Balaqadaşov təsərrüfatın torpaq sahələrini qeyri-rəsmi olaraq oğlu Xıdır Ələsgərov vasitəsilə kəndləri ilə heç bir əlaqəsi olmayan digər şəxslərin qanunsuz istifadəsinə vermiş, bundan sonrakı mübahisələrin səbəbkarı olmuşdur. Sonradan Güləzi bələdiyyəsinin sədri olmuş X21 Ələsgərovla 24 sentyabr 2005-ci il tarixli, 10 saylı qərarla 15 il müddətinə qanunsuz müqavilə bağlayaraq onlara məxsus ərazini Xıdır Ələsgərovun vasitəçiliyi ilə həmin di gər şəxslərin – Şamaxı rayon sakinlərinin istifadəsinə vermişdir. Bununla əlaqədar müxtəlif instansiyalara, o cümlədən Quba rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinə, Torpaq Komitəsinə və bir neçə dəfə məhkəmələrə pozulmuş hüquqlarının bərpası üçün iddia ərizəsi ilə müraciətlər etsələr də, hüquqlarını bərpa edə bilməmişlər. Çarəsiz qalıb Güləzi Bələdiyyəsinə məsələlərinin həll anınadək ərazilərinin 60 ha hissəsini icarəyə almaq üçün Bələdiyyə sədrinin vədlərinə inanaraq həmin bələdiyyə büdcəsinə 320 manat pul ödəsələr də, 25 may 2021-ci il tarixində “Xırt” birgə təsərrüfatına ayrılmış ərazidən 60 ha torpaq sahəsinə dair Güləzi bələdiyyəs ilə mövsümi müqavilə bağlasalar da, onların heyvanları həmin əraziyə buraxılmamış və onlara qarşı cavabdeh öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Cavabdehin hərəkətlərindən Quba rayon İcra Hakimiyyətinə, Quba rayon Prokurorluğuna, Quba rayon Polis Şöbəsinə və Xaçmaz Regional Ədliyyə İdarəsinə köməklik göstərilməsi xahişi ilə müraciətlər etmişdir. Ədliyyə Nazirliyinin Xaçmaz Regional İdarəsinin xx.xx.2021ci il tarixli, Quba rayon İcra Hakimiyyəti Başçısının müavini Ruslan Şahbalayevin xx.xx.2021-ci il tarixli onlara ünvanlanmış məktublardan aydın olduğu kimi yaranmış problemin həllində Güləzi bələdiyyəsinə ona köməklik göstərilməsi tapşırılmışdır.
10. Quba rayonu Güləzi bələdiyyəsi tərəfindən məhkəməyə təqdim edilmiş etirazdan görünür ki, iddiaçının iddia etdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətindədir. “Xırt” birgə təsərrüfatının adına bələdiyyə ərazisində dövlət reyestrində q eydiyyata alınmış torpaq sahəsi mövcud deyildir. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respubliksı Qanunun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla torpaq sahəsi icarəyə verilə bilər.
11. Quba RPŞ-nin TQ-nın baş təhqiqatçısı Famil Mirzəbəyovun xx.xx.2020-ci il tarixli, HK-1/43 saylı “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarından görünür ki, Cavabdeh hərəkətlərində cinayət əlamətləri aşkar edilməsə də, ərizəçinin mülki qaydada məhkəməyə müraciət etmək hüququ müəyyən edilmişdir.
12. Quba Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2(027)-1245/2023 nömrəli qətnaməsi ilə (hakim Rahim Həsənov) iddiaçı “Xırt” Birgə Təsərrüfatının Cavabdeh qarşı torpağın özgənin sahibliyindən geri qaytarılması tələbinə dair iddiasının rədd olunması qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, “Xırt” birgə təsərrüfatına Quba rayon Aqrar İslahat Komissiyasının 8 aprel 1996-cı il tarixli 43 saylı qərarı ilə birgə təsərrüfatın üzvləri Xırt və Aydınkənd kəndlərinin sakinlərinə çatan 93 hektar örüş və 60 hektar ot çalğı sahəsi olmaqla ümumilikdə 153 hektar torpaq sahəsinə dair Akt və xəritə alınmışdır. X22 zamanı təsərrüfatın üzvləri olan kənd sakinlərinə Aqrar İslahat Komissiyasının qərarına əsasən pay torpaq sahələri verilmiş, vaxtilə “Xırt” birgə təsərrüfatına ayrılmış torpaq sahələrindən kənd sakinlərinə ayrılan t orpaq sahələri çıxıldıqdan sonra yerdə qalan torpaq sahələri bələdiyyə mülkiyyətinə verilmişdir. İddiaçı “Xırt” birgə təsərrüfatının adından torpaq sahələrinin özgənin qanunsuz sahibliyindən geri tələb etsə də, təsərrüfata ayrılmasını iddia etdiyi torpaq sahəsinin müəyyən edilməsi üçün məhkəmə torpaqşunaslıq ekspertizası təyin edilmiş, iddiaçıya ayrılmış torpaq sahəsinin harada yerləşməsini müəyyən etmək mümkün olmamışdır.
14. Həmçinin birinci instansiya məhkəməsinin iclasında müəyyən olunmuşdur ki, iddiaçı bundan əvvəl də məhkəmələrə eyni tələblərə müraciət etmiş, lakin həmin vaxtı da torpaq sahəsinin harada yerləşməsi müəyyən oluna bilməmiş, iddiaçının qanuni təmsilçisi öz izahatlarında və apellyasiya şikayətində “Xırt” birgə təsərrüfatına ayrılmış torpaq sahəsinin 2000-ci ildən sonra bə lədiyyə mülkiyyətinə verildiyini qeyd etmişdir.
15. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməsini onunla əsaslandırmışdır ki, iddiaçı “Xırt” birgə təsərrüfatının bələdiyyə ərazisində heç bir torpaq sahəsi mövcud deyildir. İddiaçının hazırkı iddianın qaldırmaq üçün subyektiv hüququ yoxdur. Bələdiyyə mülkiyyətində olan torpaq sahələri qanunauyğun olaraq icarəyə verilə bilər. Bələdiyyə mülkiyyətində olan torpaq sahələrinə dair sərəncam verilməsi bələdiyyənin müstəsna səlahiyyətinə aiddir.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16, 66 və 67-ci, Bələdiyyə torpaqlarının idarəedilməsi haqqında Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
17. İddiaçı “Xırt” Birgə Təsərrüfat ı apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2(027)-1245/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin qətnaməsi ilə razılaşmırlar, hesab edirlər ki, bu qətnamə qəbul edilərkən məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, iş üçün əhəmiyyətli olan hallar tam və hərtərəfli araşdırılmamışdır. Hazırkı işə baxılarkən müvəqqəti təminat tədbiri barədə qərardada əsasən torpaq sahəsinə Quba rayon İcra və probasiya şöbəsinin məmurları, DƏDKR publik hüquqi şəxsinin 5 saylı Əİ-nin mütəxəssisi, Yerli icra və bələdiyyə orqanlarının nümayəndələrinin, mübahisəli torpaq sahəsinin sərhəd qonşuları nın iştirakı ilə "Xırt" BT-nın mülkiyyətinə aid ərazinin koordinatları müəyyənləşdirilmişdir. Baxış tarixindən sonra qarşı tərəfin mübahisəli torpaq sahəsindən hansı əsasla istifadə etməsinə dair məhkəməyə heç bir sənəd təqdim edilməmişdir. Halbuki o, həmin əraziyə aid xəritəni, torpaq aktını və s. sənədlərin surətlərini məhkəməyə və DƏDRK 5 saylı Əİ-nə təqdim etmişdir. Onda olan sənədin əslində həmin ərazi qırmızı xətlə işarələnsə də, Ərazi İdarəsinə xəritədən çıxarışın surəti təqdim olunmuşdur. Mütəxəssisin məhkəməyə verdiyi cavabda, təqdim etdiyi yerquruluşu xəritəsindən çıxarışda həmin təsərrüfata ayrılmış torpaq sahəsinin cizgiləri, koordinatları, yerləşməyə mövqeyi göstərilmədiyindən torpaq sahəsini naturada müəyyən etməyin mümkün olmaması qeyd olunmuşdur. Sonradan tərəflərindən xə ritədən çıxarışın əsli məhkəməyə və 5 saylı ərazi idarəsinə təqdim edilmişdir. Bundan sonra mübahisəli əraziyə baxış keçirilməsi 08 sentyabr 2023-cü il tarixə təyin edilsə də, baxış barədə məktub ona baxış keçirilməsi tarixindən bir ay sonra verilmişdir. Tərəflərindən bu barədə məhkəməyə arayış təqdim olunmuşdur, amma bunlar nəzərə alınmadan və ekspertiza keçirilmədən əsassız qətnamə qəbul olunmuşdur. Güləzi bələdiyyəsi və Quba RİHB-nin Güləzi İƏD üzrə nümayəndəsi "Xırt" birgə təsərrüfatına ayrılmış torpaq sahəsi və əmlakı barədə əvvəlki məhkəmə proseslərində və hal-hazırki məhkəmə işində bir-birinə ziddiyyətli arayışlar vermişlər. Cavabdehin nümayəndəsi isə onların bundan əvvəlki məhkəmələrə müraciətlərində, "Xırt" birgə təsərrüfatına ayrılmış torpaq sahəsinin bələdiyyəyə verildiyi barədə yazdıqlarını bildirir ki, bu da əsassızdır, heç bir sübutu yoxdur. Eyni zamanda MTT barədə qərardad qəbul edilərək cavabdehə həmin ərazidən istifadə etmək qadağan edildiyi halda, cavabdeh istifadəni davam etdirmişdir, qərardadı icra etməmişdir. Mübahisənin predmeti olan torpaq sahəsinin “Xırt” birgə təsərrüfatının mülkiyyətində olması, həmin torpaq sahəsinin özgənin sahibliyində olması və bu sahibliyin qanunsuz olması məhkəmə araşdırması zamanı aydın olsa da, məhkəmə nəticədə səhv qənaətə gəlmiş və mülki qanunvericiliyin qeyd olunan maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə prosesində əldə olunmuş sübutlar düzgün qiymətləndirilməmişdir. Belə ki, torpaq sahəsinə dair Dövlət Aktını, Aqrar İslahat Komissiyasının qərarını, protokolunu, torpaq sahəsinin faktiki vəziyyəti ilə bağlı baxış aktını və s. sübutları məhkəməyə təqdim etsə də, həmin sənədlərə düzgün hüquqi qiymət verilməmişdir. Qətnamədə əsassız olaraq "Xırt" birgə təsərrüfatının subyektiv hüququnun olmaması qənaətinə gəlinmişdir. Mübahisələndirilən məsələnin obyektiv həll olunması və qərar qəbul edilməsi üçün ekspertiza təyin edilsə də, baxış keçirilməsi tarixi barədə baxış tarixindən bir ay keçdikdən sonra xəbərdar edilmişlər. Bundan sonra isə heç bir ekspertiza keçirilməmişdir. Hansı ki, torpaq sahəsinin onda olan xəritənin əslini, məhkəmənin ekspertiza keçirilməsi barədə məktubunu, ona göndərilən bildirişin gec təqdim edilməsi barədə arayışı məhkəməyə təqdim etmişdir. Amma ekspertiza keçirilməmişdir.
19. Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz verərək göstərmişdir ki, apellyasiya şikayəti tamamilə qanunsuz və əsassızdır. İddiaçının iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Ona görə ki, verilmiş sorğulardan da aydın olur ki, iddiaçı “Xırt” birgə təsərrüfatı rəhbəri adından istifadə edən X12 ona və digər şəxslərə qarşı əsassız iddialarla məhkəməyə müraciət edərək, məhkəmənin vaxtını almaqla, məhkəmələri əsassız olaraq yükləməklə məşğuldur. Ona görə ki, “Xırt” birgə təsərrüfatının hal-hazırda heç bir torpaq sahəsi yoxdur. İddiaçının iddia etdiyi torpaq sahələri Quba rayonu Güləzi bələdiyyəsinin mülkiyyətinə aiddir. Ümumiyyətlə birgə təsərrüfatda olan şəxslər Aqrar İslahat zamanı hər biri öz torpaq sahəsini (pay) almış, ayrıca təsərrüfatları ilə məşğuldurlar. “Xırt” birgə təsərrüfatı hal-hazırda mövcud deyildir. Bundan başqa iddiaçı ona qarşı dəfələrlə məhkəmələrdə iddia q aldırmış, iddia tələbi təmin edilməmişdir. Belə ki, “Elektron Məhkəmə İnformasiya” Sisteminə əlavə etdiyi Quba Rayon Məhkəməsinin 2(027)-136/2017 saylı, 6 yanvar 2017-ci il tarixli qətnaməsindən də görünür ki, iddiaçı özü qeyd etmişdir ki, birgə təsərrüfat bələdiyyələr yaranana kimi fəaliyyət göstərmiş, 2002-ci ildə torpaq islahatı zamanı həmin sahələr bölgüyə salınmamış, bələdiyyə mülkiyyətinə verilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti versə də, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2012/2017 saylı, 22 iyun 2017-ci il tarixli qətnaməsilə apellyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 2(027)-136/2017 saylı, 6 yanvar 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmçinin iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməmişdən əvvəl b arəsində Quba rayon Polis şöbəsinə ərizə ilə müraciət etmiş, 12 iyun 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Cavabdeh və X8 Quba rayonu, Xırt kəndi ərazisində Güləzi bələdiyyəsinin müqaviləsi əsasında istifadə etdikləri yay-otlaq sahələri qonşuluq təşkil etdiyi üçün və hər hansı bir hasarlama işləri aparılmadığına görə zəbtin əlamətləri müşahidə edilməmişdir. X10 mübahisəli torpaq ilə bağlı mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Beləliklə bələdiyyə mülkiyyətində olan torpaq sahələri ilə bağlı hər hansı bir iddia tələbinin irəli sürülməsi üçün iddiaçının heç bir subyektiv hüququ yoxdur. İş üzrə məhkəmə tərəfindən təyin edilmiş ekspertiza zamanı mütəxəssis rəyinin alınması üçün 5 saylı Xaçmaz Ərazi İ darəsinə müraciət edilmişdir. 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssisinin verdiyi arayışdan da göründüyü kimi “Xırt” birgə təsərrüfatına dair təqdim olunmuş yerquruluşu xəritəsindən çıxarışda həmin təsərrüfata ayrılmış torpaq sahəsinin cizgiləri göstərilmədiyindən, bu səbəbdən mütəxəssis qarşısına qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır.
20. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin arayışından görünür ki, Quba Rayon Məhkəməsinin 5 iyul 2023-cü il tarixli 2(027)-1245/2023 saylı məktubu ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X23 Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə daxil olmuş Quba Rayon Məhkəməs inin icraatında olan iş üzrə bildirilmişdir ki, məktubda göstərilən tarixdə iddiaçı, cavabdeh və digər şəxslərin iştirakı ilə mübahisəli torpaq sahəsində olmuşlar, sözügedən mübahisəli ərazinin ölçü və koordinatları GPS aləti vasitəsilə naturadan (yerdən) götürülmüşdür. Məktubda göstərilən 4-cü suala uyğun faktiki istifadə olunan və iddia olunan torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlərin tərəflər tərəfindən təqdim olunması bildirilmişdir. İddiaçı iddia olunan torpaq sahəsinə dair sənədlərin surətlərini təqdim etmişdir. Lakin cavabdeh və digər şəxslər sənədlərin surətlərini növbəti gün ərzində təqdim olunacağını bildirmişlər. Sözügedən mübahisəli torpaq sahəsinə dair tərəflər tərəfindən təqdim olunmuş sənədlər kameral şəraitdə araşdırılmışdır. Kameral araşdırma nəticəsində məlum ol muşdur ki, “X17 dair təqdim edilmiş yerquruluşu xəritəsindən çıxarışda həmin təsərrüfatda ayrılmış torpaq sahəsinin cizgiləri göstərilməmişdir. Bu səbəbdən də mütəxəssis qarşısına qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır.
21. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-610/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2(027)-1245/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
22. Apellyasiya məhkəməsi rayon məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, Xırt” X2 3.6-cı bəndinə əsasən Rayon Aqrar İslahat Komissiyası birgə təsərrüfatın yaradılması haqqında yerli komissiyanın qərarını təsdiq etdikdən sonra onun adına dövlət aktı verir. Birgə təsərrüfatın adına dövlət aktı verilən andan torpaq sahəsi üzərində onun birgə mülkiyyət hüququ yaranmış olur. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçının nümayəndəsi torpaq üzərində onun mülkiyyət hüququnu yaradan hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bununla da müəyyən olunur ki, onun mübahisə predmeti olan torpaq sahəsinə dair hər hansı subyektiv hüququ yoxdur.
23. Apellyasiya şikayətinin dəlillərində qeyd edilən cavabdehin mübahisə predmeti olan torpaq sahəsinə mülkiyyət hüququnun olmaması barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin torpaq sahəsinə dair mülkiyyətini təsdiq edən hər hansı sübutu olmasa da, iddiaçının mübahisələndirilən torpaq sahəsinə hər hansı hüququ qeydə alınmadığından bunu mübahisələnd irməyə subyektiv hüququ yoxdur.
24. Bundan əlavə, iş materiallarında olan ƏMDX DƏDKR publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin texniki inventarlaşdırıcısı N.Nəbizadə tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçı iddia olunan torpaq sahəsinə dair sənədlərin surətlərini təqdim etmişdir. Lakin cavabdeh və digər şəxslər sənədlərin surətlərini növbəti gün ərzində təqdim olunacağını bildirmişlər. Sözügedən mübahisəli torpaq sahəsinə dair təqdim olunmuş sənədlər kameral şəraitdə araşdırılmışdır. Kameral araşdırma nəticəsində məlum olmuşdur ki, “Xırt” Birgə Təsərrüfatına dair təqdim edilmiş yerquruluşu xəritəsindən çıxarışda həmin təsərrüfatda ayrılmış torpaq sahəsinin cizgiləri göstərilməmişdir. Bu səbəbdən də mütəxəssis qarşısına qoyulmuş sualların cavablandırılması mümkün olm amışdır. Qeyd edilənlərə əsasən mütəxəssis rəyi verilmədiyindən ekspertizanın da aparılmasından imtina edilmişdir.
25. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16, 66 və 67-ci (4-cü bənd) maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. İddiaçı (vəkil X18) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
27. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə oxşar məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Cavabdeh kassasiya şikayətinə etiraz edərək birinci məhkəməsinin qətnam əsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. instansiya Tətbiq edilən hüquq Azərbaycan Respublikası Torpaq Məcəlləsi
29. Maddə
16. Yay və qış otlaqları xırdabuynuzlu heyvandarlıq təsərrüfatlarının ehtiyacları nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə inzibatiərazi vahidləri arasında bölüşdürülür.
30. Maddə
66. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. M üqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.
31. Maddə
67. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə (istifadəyə) verilməsi ilə əlaqədar müvafiq məlumatlar (torpaq üzərində qeydiyyata alınmış hüquqlar, hüquqların yüklülüyü (məhdudlaşdırılması), hüquq sahibləri, icarə və ya istifadə bar ədə əqdlərin tərəfləri, əqdin müddəti və məqsədi) daşınmaz əmlakın dövlət reyestrindən informasiya sisteminə real vaxt rejimində ötürülür, habelə on bir aydan az müddətə bağlanılmış istifadə və ya icarə müqavilələri istifadəyə verən və ya icarəyəverən tərəfindən bilavasitə informasiya sisteminə daxil edilir. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.
32. Maddə
68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanunu
33. Maddə
23. Torpaqlardan səmərəli istifadə olunmasına və onların mühafizəsinə bələdiyyə nəzarətinin vəzifələri istifadəyə və icarəyə verilmiş bələdiyyə torpaqlarından səmərəli istifadə edilməsi və mühafizəsi sahəsində torpaq qanunvericiliyinin tələblərinə əməl olunmasını təmin etməkdir. Bələdiyyə mülkiyyətində olan torpaqlardan istifadəyə və onların mühafizəsinə nəzarəti bələdiyyələr həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şə rh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli qərarı
34. Daşınmaz əmlaka mülkiyyət hüququnun əmələ gəlməsində dövlət qeydiyyatının əhəmiyyətini açıqlayaraq, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakının dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qət namə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
43. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin Kassasiya baxışının hədləri
44. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi k assasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyindən məhkəmənin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
47. İddiaçının kassasiya şika yətlərinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
48. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiy a məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
49. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərin i nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Xırt Birgə Təsərrüfatı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-610/2024 nömrəli iş üzrə 18 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan q