Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3194/2022 04.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 10 saylı Regional Ərazi filialı) ərizəsinə dair iş üzrə QƏRARİ Açar sözlər: əmək stajı faktını təsdiq edən lazımi sənədlərin əldə olunmasının qeyrimümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafi ə Fondunun 10 saylı ərazi filialı) hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-3152/2021 nömrəli, 30 noyabr 2021-ci il tarixli qətnaməsindən maraqlı şəxsin kassasiya şikayətinə 04 iyul 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Ərizəçi (bundan sonra - ərizəçi) xx xxxxxx 1955-ci ildə İmişli rayonu, Sarxanlı kəndində anadan olmuşdur, ailəlidir və pensiya yaşına çatmışdır. Ailəsi ilə birlikdə İmişli rayonu, Sarxanlı kəndində yaşayır.
2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin İmişli rayon filialı (hazırda 10 saylı ərazi filialı – bundan sonra maraqlı şəxs) ərizəçinin yaşa görə əmək pensiyası təyin edilməsi barədə müraciətini təmin etməkdən imtina etmişdir.
3. Bu barədə ərizəçiyə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda göstərilmişdir ki, ərizəçinin əmək kitabçası yoxdur, İmişli rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 37 saylı arayışına əsasən, 1972, 1974-1976, 1979-1980-ci illərdə Jdanov adına kolxozda, 1986-1989-cu illərdə Qələbə adına kolxozda, 1990-1996-cı illərdə Nəsimi adına kolxozda işləməsi qeyd edilmiş, aldığı əmək haqları göstərilsə də, sosial sığorta stajı hesablanması üçün əsas olan yerinə yetirilmiş minimum adam günü normaları qeyd edilməmiş 19701971, 1973-cü il Jdanov adına kolxozun, 1981-1985-ci illərin M.B.Qasımov adına kolxozun son hesablaşma kitabları İmişli rayon Dövlət arxivində saxlanılmır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. Ərizəçi məhkəməyə müraciət edərək 1970-1971 və 1973-cü illərdə İmişli rayonu “Jdanov” adına kolxozda kolxozçu və 1981- 1985-ci illərdə İmişli rayonu “M.B.Qasımov” adına kolxozda kolxozçu vəzifəsində işləməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Ərizə onunla əsaslandırılmışdır ki, həmin illərdə 15 yaşı tamam olmuş SSR-yə daxil olan dövlətlərin vətəndaşları kolxozlarda əməyə cəlb edilməklə, mövsümi xarakterli işlərdə işləmişlər. Onun həmin kolxozlarda müəyyən illərdə işləməsi faktı İmişli Rayon Dövlət Arxiv İdarəsi tərəfindən verilmiş müvafiq sənəd əsasında öz təsdiqi tapır. Lakin onun 1970-1971 və 1973-cü illərdə İmişli rayonu “Jdanov” adına kolxozda kolxozçu və 1981-1985- ci illərdə İmişli rayonu “M.B.Qasımov” adına kolxozda kolxozçu vəzifəsində işləməsi öz əksini tapmamışdır. Maraqlı şəxs tərəfindən həmin illər üzrə pensiya təyin olunmasından imtina edildiyi üçün hazırkı ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
6. Birinci instansiya məhkəməsində icraat zamanı maraqlı şəxs ərizəyə etiraz edərək, təmin olunmamasını xahiş etmişdir.
7. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, ərizəçinin tanışıdır, yeni keçmiş iş yoldaşıdır. O, ali təhsillidir və ixtisasca iqtisadçıdır. 1967-ci il tarixdən 1979-cu il tarixədək və 1982-ci il tarixdə İmişli rayonu “Jdanov” adına kolxozda kassir, mühasib və mühasib köməkçisi vəzifələrində işləmişdir. Həmin kolxozun əsas fəaliyyəti heyvandarlıq, taxılçılıq və pambıqçılı q sahələri olub. Ərizəçi də onunla birlikdə, daha doğrusu, 1970-1971 və 1973-cü illərdə İmişli rayonu “Jdanov” adına kolxozda kolxozçu vəzifəsində işləmişdir. Özünün həmin kolxozda müxtəlif vəzifələrdə işləməyi faktı ona məxsus əmək kitabçasında öz əksini tapmışdır. Lakin İmişli rayonu “Jdanov” adına kolxozun müəyyən dövrlər üzrə sənədləri arxivə təhvil verilməmişdir. Məhz bu səbəbdən də, ərizəçi və həmin kolxozda işləmiş bir sıra şəxslər bu problemlə üzləşmişdir. Eyni zamanda, ərizəçi İmişli rayonu “Jdanov” adına kolxozda işlədiyi müddət ərzində hər zaman qabaqcıl işçilərdən biri olmuşdur. Daha sonra, 1991-ci il tarixdə İmişli rayonu “Jdanov” adına kolxoz ayrılaraq, “Buludlu” kolxozu olmuşdur.
8. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, əri zəçinin tanışı, yəni keçmiş iş yoldaşıdır. O, 1979-cu il tarixdən 1989-cu il tarixədək İmişli rayonu “M.B.Qasımov” adına kolxozda kolxozçu vəzifəsində işləmişdir. Həmin kolxozun əsas fəaliyyət sahəsi heyvandarlıq, taxılçılıq və pambıqçılıq olub. Ərizəçi də onunla birlikdə, daha doğrusu, 1981-ci il tarixdən 1985-ci il tarixədək İmişli rayonu “M.B.Qasımov” adına kolxozda kolxozçu vəzifəsində işləmişdir. Özünün həmin kolxozda işləməyi faktı İmişli Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə öz təsdiqini tapmışdır. Lakin İmişli rayonu “M.B.Qasımov” adına kolxozun müəyyən dövrlər üzrə sənədləri arxivə təhvil verilməmişdir. Məhz bu səbəbdən də, ərizəçi və həmin kolxozda işləmiş bir sıra şəxslər bu problemlə üzləşmişdir. Eyni zamanda ərizəçi İmişli rayonu “M.B.Qasımov” adına kolxozda işlədiyi müdd ət ərzində hər zaman qabaqcıl işçilərdən biri olmuşdur.
9. İmişli Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(036)-370/2021 saylı, 12 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim T.V.Nüsrətov) ərizə təmin edilmişdir.
10. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, ərizəçi 19701971 və 1973-cü illərdə İmişli rayonu, “Jdanov” adına kolxozda kolxozçu, eləcə də, 19811985-ci illərdə İmişli rayonu “M.B.Qasımov” adına kolxozda kolxozçu vəzifəsində işləməsi faktını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilməmişdir. Həmin faktlar məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmışdır. Belə ki, o, ərizəsində istinad etdiyi halları əsaslandıra bilmiş və bununla bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilmişdir. Bundan başqa, həmin fakt məhkəmə iclas ında ərizəçi tərəfindən dəvət edilmiş şahid ifadələri ilə də öz təsdiqini tapmışdır. Bu səbəbdən də, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadəsi də işin obyektiv həll olunması üçün yeni fakt, dəlil ortaya qoyduğu üçün məhkəmə tərəfindən ciddi qəbul olunmalı və mötəbər sübut kimi qəbul edilməlidir.
11. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırmaq üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14, 77.1, 80-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
12. Maraqlı şəxs apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nə ticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış və sübut olunmamışdır.
14. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-3152/2021 nömrəli iş üzrə 30 noyabr yanvar 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər T.X.Heydərov (sədrlik edən və məruzəçi), T.S.Kərimov və İ.H.Əhmədov) apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, ərizəçi tələbində haqlı olmuş və buna görə də birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Belə ki, ərizəçinin işləməsi faktı ilə bağlı məlumatların əmr, əmək kitabçası və mühasibatlıq kitablarında qeyd edilməsi işəgötürən tərəfindən həyata keçir ilməli idi və ərizəçidən asılı olmayan səbəb olduğundan, eyni zamanda Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqları və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcu olduğundan (burada əmr və mühasibatlıq kitablarında müvafiq qeydiyyatın aparılması vəzifəli şəxs olaraq işəgötürənin borcu olması nəzərdə tutulur) qanunla ona verilmiş hüquqlarının həyata keçirilməsi, yəni pensiya hüququndan istifadəyə məhdudiyyət qoyula bilməz.
16. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Konstitusiyanın 38-ci maddəsinin İİİ hissəsi, 71-ci maddəsi, MPM-in 307.1, 307.2.11, 308, 309 maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin dəl illəri
17. Maraqlı şəxs (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ərizənin rədd edilməsi və ya işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nazirlər Kabinetinin xx.xx.1992ci il tarixli, 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinin şərtləri ödənilməmişdir. Hazırki işdə hər iş yerinə dair yalnız bir şahid olmuşdur. Hər iki şahid məhkəməyə əmək kitabçalarını təqdim etmişlər. Lakin həmin vaxtlar ərizəçinin iddia etdiyi illərlə üst-üstə düşmür. Eləcə də digər iki şahidin əmək kitabçası özlərində olduğu halda, ərizəçinin əmək kitabçasının olmaması arqumenti ə saslı hesab edilə bilməz. Digər tərəfdən ərizəçi pensiyaya çıxmaq üçün həmin faktın müəyyən edilməsini xahiş etdiyi halda, pensiya yaşına çatmaması nəzərə alınmamışdır. Belə olan halda qəbul edilmiş qətnamə hüquqi nəticə doğurmadığından ərizə təmin edilə bilməzdi.
19. Həmçinin, ərizəçi qeyd etdiyi dövrdə əmək fəaliyyətinə başlayarkən 15 yaşı tamam olmamışdır.
20. Kassator şikayətində Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndi, Ali Məhkəmənin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 nömrəli qərarının 13.4-cü, 1.2, 1.3-cü bəndləri, Əmək Məcəll əsinin 46-cı maddəsinin 4-cü bəndi, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin düzgün tətbiq edilməməsinə və tələblərinin pozulmasına istinad etmişdir. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
22. Maddə 38, bənd İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kim i istinad etdiyi halları sübut etməlidir.
25. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
27. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
28. Maddə 307.2.11. Məhkəmə, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların.müəyyən edilməsi b arədə işə baxır.
29. Maddə
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
32. Maddə 417.1.1. Ka ssasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
33. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Qətnamədən kassasiya şikayəti verən maraqlı şəxs qətnaməni tam mübahisələndird iyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. MPM-ə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında və digər işlərə baxır (305.1.1). Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (307.1).
36. Məcəllənin 307.2.1-307.2.11-ci maddələrində məhkəmənin hansı hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında işlərə baxa bilməsinin dairəsi dəqiq müəyyən edilmişdir.
37. Sadalanan prosessual normaların mənasına görə, hüquqi əhəmiyyəti olan faktlar şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və onlara xitam verilməsinin asılı olduğu faktlardır. Qanun hüquqi faktlarla vətəndaşların və hüquqi şəxslərin əmlak hüquqlarının yaranmasını, dəyişməsini və onlara xitam verilməsini əlaqələndirir.
38. Nəzərə almaq lazımdır ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (MPM-in 308-ci maddəsi).
39. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.4-cü bəndinə müvafiq olaraq lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması, yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü nəzərdə tutulur.
40. Göründüyü kimi qanunverici hüquqi əhəm iyyətli faktların müəyyən edilməsinin əsas zəruri şərti kimi ərizəçinin faktı təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməməsini, yaxud itirilmiş sənədlərin bərpasının mümkün olmadığını müəyyən etmişdir. Bu eyni zamanda ondan irəli gəlir ki, hüquqi faktın əks olunduğu sənəd itirildikdə və ya onu başqa qaydada bərpa etmək mümkün olmadıqda həmin faktın mövcudluğu şübhə altına alınır və belə qeyri-müəyyənlik şəxsə həmin hüquqi faktdan irəli gələn subyektiv hüquqlarının (şəxsi və ya əmlak hüquqlarının) həyata keçirilməsində çətinliklər və maneələr yaradır. Elə bu məqsədlə qanunverici hüquq əhəmiyyəti olan faktların məhkəmə qaydasında müəyyən edilməsi qaydasını müəyyən etmişdir.
41. Baxılan iş üzrə ərizəçi 1970-1971, 1973, 1981-1985-ci illərdə İmişli rayonu ərazisində fəaliyyət göstərmi ş kolxozlarda işləməsi faktının müəyyən olunmasını xahiş edir. İddiaçı məhkəməyə həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyini təsdiq edən sübutlar təqdim etməmişdir. Yalnız maraqlı şəxsin ərizəçiyə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubunda İmişli rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 37 saylı arayışına istinad olunmuş, həmin məlumatda isə qeyd olunan illərə dair hesablaşma kitablarının İmişli rayon Dövlət arxivində saxlanılmadığı qeyd edilmişdir.
42. Mövcud vəziyyətdə iş üzrə ərizəçinin tanınmasını xahiş etdiyi hüquqi faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyi, yaxud itirilmiş sənədin bərpasının mümkün olmadığı barədə qənaətə gəlmək mümkün olmadığı halda birinci və apellyasiya instansiyası məhkəmələri ərizəyə mahiyyəti üzrə qiymət verərək, yekunda ərizəni təmin etmişlər.
43. Eyni zamanda, məhkəmələr ərizəçinin işlədiyi dövrü ümumi şəkildə, illərlə müəyyən etmiş, hazırkı icraat çərçivəsində ərizəçinin konkret hansı dövrlərdə (gün və ay) müvafiq iş yerlərində çalışdığını müəyyən etməmişdir. Halbuki xüsusi icraat çərçivəsində müəyyən edilən faktlar gələcəkdə ərizəçinin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə əsas olduğu üçün onun müvafiq müəssisələrdə işlədiyi dövrün dəqiq göstərilməsi vacib əhəmiyyət daşıyır.
44. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilərək, iş yeni apelyasiya baxışına göndərilməli, işə yenidən baxılarkən MPM-in yuxarıda sadalanan prosessual hüquq normalarının tələblərinə cavab verən məhkəmə aktı qəbul edilməlidir.
45. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Maraqlı şəxsin kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-3152/2021 nömrəli mülki iş üzrə 30 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.