Məhkəmə qərarları › İş №2(102)-3195/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-3195/2022

16.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3195/2022 16.05.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının, hakimləri Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(106)-424/2021 nömrəli, 07 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı “Qarabağlı, Təzəkənd, Kərimbəyli, Kolanı” İstehsalat Kooperativinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müaciət edərək, cavabdehdən 3888 manat borcun və 30 manat dövlət rüsumunun, cəmi 3918 manat p ulun kooperativə ödənilməsi, kooperativə məxsus torpaq sahəsindən cavabdehin qanunsuz istifadəsinə qadağa qoyulması və torpaq sahəsinin kooperativə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin 2(057)-589/2020 saylı, 22 iyul 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 1687,50 manat məbləğində pulun alınaraq kooperativin hesabına ödənilməsi, X4, X1, X2, X8, X3, X9 və X11 və onların ailə üzvlərinə məxsus, ümumilikdə 1.38 ha torpaq sahəsinin Cavabdeh qanunsuz sahibliyindən alınaraq kooperativin istifadəsinə qaytarılması qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-424/2021 nömrəli 07 iyul 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməm iş, Salyan Rayon Məhkəməsinin 2(057)-589/2020 nömrəli, 22 iyul 2020-ci il tarixli qətnaməsi cavabdehin şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh (vəkil-nümayəndə Vəkil Telman oğlu) həmin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-7105/2021 nömrəli, 23 noyabr 2021-ci il qərardadı ilə Cavabdeh Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-424/2021 nömrəli iş üzrə 07 iyul 2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti icraata qəbul edilməmiş və kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş apellyasiya instansiya məhkəməsinə qaytarılmışdır. Cavabdeh (vəkil-nümayəndə Vəkil Telman oğlu) həmin qətnamədən yenidən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayəti Mülki Prosessual Məcəllənin normalarının tələblərinə cavab vermir. Belə ki, Mülki Prosessual Məcəllənin 407.1-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 3 saylı Əlavədə müəyyən olunmuşdur). Kassasiya şikayətindən görünür ki, iddiaçı kassasiya şikayəti üçün qanunvericiliyin müəyyən etdiyi tələblərə əməl etməmiş, şikayət 3 saylı Əlavədə müəyyən olunmuş lazımi məzmunda tərtib edilməmişdir. Kassasiya şikayətindən görünür ki, cavabdeh kassasiya şikayəti üçün qanunvericiliyin müəyyən etdiyi tələblərə əməl etməmiş, nöqsanlar aradan qaldırılmamışdır, şikayə t lazımi formada tərtib edilməmişdir. Üstəlik, cavabdeh şikayətində işin faktiki hallarını sadalayaraq, sonda apellyasiya məhkəməsinin qətnaməsinin yalnız əsassız olmasına istinad etmişdir. Halbuki kassasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması mütləq şəkildə göstərilməlidir. MPM-nin 408.1.1-ci maddəsinə görə, kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə kassasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından, onun icraata qəbulundan imtina edilməli, kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün (həmçinin tələblərinin mahiyyə ti baxımından iddianın qiyməti də nəzərə alınmaqla) mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və MPM-nin 407.1, 408.1.1 və 408.3-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-424/2021 nömrəli iş üzrə 07 iyul 2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti icraata qəbul edilməsin və kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş Şirvan Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar