Məhkəmə qərarları › İş №2(102)-3195/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3195/2024

05.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3195/2024 05.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “artıq ödənilmiş pulun qaytarılması”) (Mülki mübahisənin kateqoriyası: Əşya hüquq münasibətlərindən, o cümlədən mənzil, torpaq münasibətlərindən, habelə əmlakdan istifadə, əmlaka sahiblik və mülkiyyət hüququnun müdafiəsindən irəli gələn mübahisələr; Müqavilə münasibətlərindən irəli gələn mübahisələr; • Alqı-satqı müqaviləsi; Mənzil-tikinti koopertivlərinin fəaliyyətindən irəli gələn mübahisələr; Mənzilə dair bağlanmış müqavilə ilə naturadakı sahə fərqinə görə artıq ödənilmiş məbləğin kompensasiyası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə (MMC) qarşı “artıq ödənilmiş pulun qaytarılması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-794/2024 nömrəli, 4 iyun 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. SMCP-037/21 nömrəli, xx.xx.2021-ci il tarixli “Mənzil inşaatı müqaviləsi”nə əsasən, Cavabdeh MMC İddiaçı Sumqayıt şəhəri, Bulvar küçəsi, 1-ci məhəllə, 9-cu blokun 8-ci mərtəbəsində yerləşən ümumi inşaat sahəsi 155.00 kv.metr olan 4 otaqlı, 2 nömrəli təmirsiz mənzillə təmin etməyi öhdəsinə göt ürmüşdür. Müqavilədə mənzilin sahəsi kimi mənzilin daxili, hol və çöl divarları, eyvan, eləcə də kolonların tuttuğu sahənin tamamı, qonşu divarların yarısına qədər olan sahəsi müəyyən olunub. 2. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alğı-satqısı üçün beh haqqında razılaşmaya əsasən, Cavabdeh MMC Sumqayıt şəhəri, Bulvar küçəsi, 1-ci məhəllə, 9-cu blokun 8-ci mərtəbəsində yerləşən ümumi inşaat sahəsi 155.00 kv.metr olan 4 otaqlı, 2 nömrəli təmirsiz mənzil ilə İddiaçı təmin etməyi öhdəsinə götürmüşdür. Mənzilin dəyəri 147250 manat müəyyən edilmişdir. İddiaçı həmin mənzili almaq niyyətində olduğu üçün xx.xx.2021-ci il tarixədək ilə “Mənzil inşaatı müqaviləsi” bağlamağı öhdəsinə götürür. İddiaçı Cavabdeh MMC-yə 1000 manat məbləğində beh ödəmişdir.

3. Sumqayıt şəhəri 3 saylı notariat ofisi t ərəfindən təsdiq edilmiş, xx.xx.2021-ci il tarixli, 4Ə-1216 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən, Cavabdeh MMC xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan Sumqayıt şəhəri, Bulvar küçəsi, 1-ci məhəllə, Blok 9-da yerləşən, ümumi sahəsi 141.2 kv.m olan 32 nömrəli mənzili (Yeni qaydalarla: Sumqayıt şəhəri, Bulvar küçəsi, 25, M8, m2) 147.250 manata İddiaçı satmışdır (müqavilənin 1-4-cü bəndləri). 4. xx.xx.2021-ci il tarixli mədaxil orderinə əsasən, iddiaçı cavabdehə 146250 manat məbləğində pul ödəmişdir. Cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən, iddiaçının cavabdehə hal-hazırda borcu yoxdur.

5. Sumqayıt şəhəri, Bulvar küçəsi, 1-ci məhəllə, ev blok 9, sahəsi 130,80 kv.metr olan 32 saylı mənzil (yeni qaydalarla: AZ 5000, Sumqayıt şəhəri, Sumqayıt şəhər Ərazi Vahidi, Bulvar küçəsi, 25, M 8, m 2) üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı (bundan sonra mətndə- iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra mətndə- cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəh, Bulvar küçəsi, 1-ci məhəllə, ev blok 9, mənzil 32 ilə bağlı 24.2 kv.metr sahəyə görə artıq ödənilmiş (24.2 x 950=22.900 AZN) 22.900 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, SMCP-037/ 21 saylı müqaviləyə əsasən iddiaçıya təqdim olunan mənzilin ümumi sahəsi və hesablaşma sahəsi 155 kv.metr təşkil etməli idi. Lakin alqı-satqı müqaviləsindən bir ay sonra, yəni xx.xx.2021-ci il tarixdə iddiaçı mənzilə mülkiyyət hüququna dair çıxarış almış, çıxarışı əldə etdikdən sonra iddiaçıya mənzilin ümumi sahəsinin 130.80 kv.metr təşkil etdiyi məlum olmuşdur. Çıxarış alınarkən iddiaçı mənzilin konstruksiyasında hər hansı bir dəyişiklik etməmiş, mənzil təmirsiz vəziyyətdə olmuş, mənzilin açarının bir nüsxəsi cavabdehdə olmuşdur. Cavabdeh iddiaçıya satdığı mənzilin ümumi sahəsinin 155 kv.metr olduğunu müqavilədə və maliyyə arayışında göstərsə də, faktiki olaraq yaşayış sahəsi 130.80 kv.metr olmuşdur. Yəni iddiaçının aldığı 155 kv.metr mənzilə etdiyi ödəniş ilə mənzilin faktiki sahəsi və o na təqdim edilən çıxarış arasında fərq 24.2 kv.metr təşkil etmişdir. İddiaçı 24.2 kv.metr yaşayış sahəsinin pulunu (hər kv.metrə görə 950 manat) əlavə olaraq cavabdehə ödəmişdir. (24.2 x 950=22.900 manat). Göründüyü kimi cavabdeh şirkətin təqsiri üzündən iddiaçıya cəmi 22.900 manat (24.2 x 950=22.900) maddi ziyan dəymişdir. Bu səbəbdən də həmin artıq ödənilmiş pul cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmalıdır.

8. Məhkəmənin qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/5366 saylı rəyinə əsasən, ekspertiza nəticəsində Sumqayıt şəhəri, Bulvar küçəsi, 1-ci məhəllə, ev blok 9, 32 saylı mənzilin faktiki sahəsi 134,72 kv.m müəyyən olunub. Sumqayıt şəhəri, Bulvar küçəsi. 1-ci məhəllə, ev blok 9, 3 2 saylı mənzilin daxili, hol və çöl divarları, eyvan, eləcə də kolonların tuttuğu sahənin tamamı, qonşu divarların yarısına qədər olan sahəsi 155 kv.m müəyyən olunub. Sumqayıt şəhəri, Bulvar küçəsi. 1-ci məhəllə, ev blok 9, 32 saylı mənzilin faktiki sahəsi ilə həmin mənzilin daxili, hol və çöl divarları, eyvan, eləcə də kolonların tuttuğu sahənin tamamı, qonşu divarların yarısına qədər olan sahəsi arasında 20.28 kv.m fərq olduğu müəyyən edilmişdir.

9. Cavabdehin nümayəndəsi Vəkil2 iddia tələbinə dair izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir və iddiaçının istinad etdiyi müqavilə etibarlı müqavilə deyil. Belə ki, Mülki Məcəllənin tələbinə əsasən daşınmaz əmlakla bağlı müqavilə notarial qaydada təsdiqlənməlidir. Reyestrdə qeydə alınmayan daşınmaz əmlakla bağlı ümumiyyətlə mü qavilə bağlana bilməz. İddiaçının mülkiyyətində olan mənzilə müvafiq çıxarışın verilməsi üçün əsas, iddiaçının istinad etdiyi mənzil inşaatı müqaviləsi deyil, iddiaçı ilə cavabdeh arasında notariat ofisində bağlanmış və notarial qaydada təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsi olmuşdur. Həmin müqavilədə də mənzilin ümumi sahəsi 141,2 kv.metr göstərilmişdir. Sonradan iddiaçıya verilən çıxarışda sahənin 130 kv.m qeyd edilməsinin dəqiq səbəbini bilmir. Çox güman ki, Reyestr Xidməti tərəfindən balkona 03 əmsalı tətbiq edilib, nəticədə həmin fərq yaranmışdır. Bir daha bildirir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış və “Mənzil inşaatı müqaviləsi” adlandırılmış xx.xx.2021-ci il tarixli müqavilə mülki qanunvericiliklə müəyyənləşdirilmiş şərtlər pozulmaqla bağlanmış, yəni daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində bağlanmış və notariat qaydasında təsdiqlənməmiş əhəmiyyətsiz əqd olaraq etibarsızdır və hüquqi nəticələrin yaranmasına səbəb olmur. Bundan başqa, tərəflər arasında bağlanmış müqavilədə mənzilin ümumi sahəsinin ölçüləri ilə mənzilin qiymətinin bağlılığına (əlaqəsinə) dair hər hansı müddəa mövcud deyil. Yəni müqavilədə nəzərdə tutulmuş qiymət mənzilin xüsusiyyətlərinə görə müəyyən edilmiş ümumi qiymətidir, orada mənzilin kv.metrinin qiyməti müəyyən edilməmişdir. Bundan əlavə, müqavilənin 1-ci maddəsində Mənzilin ümumi sahəsinin hesablanma qaydası da müəyyən edilmişdir. Həmin maddəyə görə, “inşaat sahəsi” dedikdə, mənzilin daxili, hol və çöl divarları, eyvan, eləcə də kolonların tutduğu sahələrin hamısı, qonşu divarları nın isə yarısı nəzərdə tutulur. Hesab edib ki, qanunlarla işgüzar adətlər arasında fərq var. Belə ki, tikinti şirkətləri vətəndaşlara bütün xərclərini, vergi ödənişlərini nəzərə alıb inşaat sahəsi satırlar. Sonradan dövlət orqanının həmin sahəni başqa cür hesablaması düzgün deyil. Tərəflər arasında bağlanmış və “Mənzil inşaatı müqaviləsi” adlandırılmış xx.xx.2011-ci il tarixli müqavilə hüquqi mahiyyətinə görə podrat müqaviləsidir. Odur ki, müqavilə tərəfləri arasında mübahisə yarandığı zaman podrat müqaviləsi üzrə münasibətlərini tənzimləyən Mülki Məcəllənin müddəaları tətbiq edilməlidir. Podrat müqaviləsi üzrə tərəflər arasındakı hüquq münasibətlərini tənzimləyən qanunvericilikdə podratın nəticələrindən narazı qalan sifarişçinin istənilən vaxt müqavilədən imtina hüququ nəzərdə tutulmuşdur. Lakin iddiaçı nəinki bu hüquqdan istifadə etməmiş, əksinə olaraq, qüsurlu hesab etdiyi mənzili qəbul edərək, hətta çıxarış almışdır. Onu da qeyd edib ki, iddia ərizəsində Mülki Məcəllənin zərər vurulması ilə bağlı normalarına istinad edilsə də, iddiaçı cavabdehin təqsirli hərəkətləri nəticəsində ona iddia ərizəsində göstərildiyi həcmdə maddi zərərin vurulmasını təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək üçün heç bir tədbir görməmişdir. Real maddi zərər vurulması barədə heç bir sənəd təqdim edilməyib. Onu da qeyd edib ki, iş üzrə ekspertiza keçirilməsinə ehtiyac yox idi, çünki onlar ümumiyyətlə iddia tələbini qəbul etmirlər. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qə tnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçının nümayəndəsi Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirib və əlavə olaraq qeyd edib ki, ekspert rəyi ilə də tanış olub və rəyi qismən qəbul edib. Lakin baxış keçirilən zaman iddiaçıya təqdim edilən balkonun sahəsinin tam olmadığı müəyyən edilmişdir. Ancaq bununla bağlı rəydə qeyd aparılmayıb. Həmçinin otaqların sahəsi ilə bağlı da ziddiyyətlər var. İddiaçı ona bildirmişdir ki, ekspert mənzilə formal nəzəri baxışlarla rəy verib. Bundan başqa, onlar müstəqil ekspert rəyi də alıblar. Müqavilədə mənzilin kvadrat metrinin qiymətinin nəzərdə tutulmaması barədə cavabdehin nümayəndəsinin dedikləri ilə razılaşmır. Belə ki, o, həmin MTK-nın saytından mənzilin kv.metrinin qiymətinə dair məlumatlar çıxarmış və məhkəməyə təqdim etmişdir. Həmin məlumatlardan da görünür ki, cavabdeh MTK-da mənzillərin kv.metri 1000 manatdan satışa qoyulmuşdur. Hesab edir ki, cavabdeh tərəf iddiaçıya mənzilin ölçüsü ilə bağlı yanlış məlumat verib və ondan əlavə pul alıb. Mənzilin alqı-satqısı həyata keçirilərkən cavabdehin əlində mənzilin sahəsinin daha az olması barədə çıxarış olsa da, bu barədə iddiaçıya məlumat verilməyib.

11. Sumqayıt Şəhər Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli, e-2(060)-54/2024 nömrəli qətnaməsi ilə (hakim G.C.Tanrıverdiyeva) iddia qismən təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə 19266 manat pulun tutulması və iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xərci olaraq iddiaçıdan 8 manat, cavabdehdən 42 manat məbləğində pulun tutularaq Ədliyyə Nazirliyi Məhkə mə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməsi qət edilmişdir.

12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ekspert rəyi məhkəmə üçün məcburi və qabaqcadan heç bir qüvvəsi olmamaqla onun mötəbərliyinə inam kifayət qədər yüksəkdir. Ekspertin rəyi sübut növlərindən biri kimi məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli hüquq normalarına uyğun şəkildə qiymətləndirilməlidir. Bu zaman təyinatı şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən etmək olan Şəhərsalma və Tikinti Məcəlləsinin, buna müvafiq olaraq, tikinti obyektinin sahəsinin və həcminin hesablanmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qayd aların hansı meyarlara görə mülki hüquq sahəsindəki müqavilə münasibətlərinə, konkret halda iddiaçı ilə cavabdeh arasında bağlanmış podrat müqaviləsi üzrə öhdəliklərə şamil edilməli olduğu əsaslandırılmalı, belə əsaslandırma tərəflərin bağladıqları müqavilə şərtləri nəzərə alınmaqla həyata keçirilməlidir.Eyni zamanda hazırda formalaşmış məhkəmə təcrübəsinə görə podrat müqaviləsi üzrə görülən işlərin qiymətləndirilməsi zamanı hesablamaların divarların çöl tərəfindən aparılması, habelə divarların altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, teras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğun deyil.

13. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya məxsus 32 nö mrəli mənzilin faktiki sahəsi ilə müqavilədə nəzərdə tutulan sahəsi arasında 20.28 m2 (155-134.72) fərq vardır.

14. Belə olan halda məhkəmə hesab edib ki, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirdiyi halda, cavabdeh iddiaçıya müqavilədə nəzərdə tutulduğundan daha az yaşayış sahəsi verməklə öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Bu səbəbdən əksik verilmiş sahənin hər kv.metri 1 kv.metrinin dəyərinə (147.250/155=950 manat) vurulmaqla artıq ödənilmiş pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır (20.28 x 950=19266 manat).

15. Məhkəmə onu da qeyd edib ki, iddiaçı tərəf ekspert rəyi ilə qismən razılaşsa da, balkonların sahəsi tam olmadığı halda rəydə bununla bağlı qeyd aparılmadığını, yaşayış otaqlarının ölçüsü ilə bağlı rəyin əsassız və ziddiyyətli olmasını bildirmişdir. Qeyd edilən halın təsdiq edilməsi üçün iddiaçı tərəfindən məhkəməyə "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi təqdim edilmişdir. Həmin mütəxəssis rəyinə əsasən Sumqayıt şəhəri, Bulvar küçəsi, 1-ci məhəllə, ev blok 9, 32 saylı mənzilin ümumi daxili sahəsinin 133,71 m2 olduğu müəyyən olunmuşdur.

16. Məhkəmə iddiaçının həmin dəlilləri ilə razılaşmayaraq qeyd edib ki, mübahisəli mənzilin faktiki sahəsi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/5366 saylı ekspert rəyi ilə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi arasında cuzi fərq (cəmi 1,01 kv.metr) vardır. Balkonların sahəsi isə hər iki rəydə eyni ölçüdə (müvafiq olaraq 4,05 və 3,97 kv.metr) müəyyən edilmişdir. Digər tərəfdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/5366 saylı ekspert rəyinin məzmununa əsasən, ekspert tərəfindən mənzilin 10 saylı balkonunun texniki pasporta uyğun olmadığı müəyyən olunmuşdur. Belə ki, binanın 8-ci mərtəbəsində yerləşən iddiaçıya məxsus 32 saylı mənzilin texniki pasportda yarım dairə şəklində bir balkonu olduğu təsvir olunsa da, faktiki vəziyyətdə 2 balkonunun olduğu müəyyən olunmuşdur. Həmçinin qeyd olunmuşdur ki, binanın yalnız ikinci, üçüncü və dördüncü mərtəbələrinin mənzillərinin (1-ci mərtəbə qeyriyaşayış) yarım dairə şəklində bir balkonu vardır. Eyni zamanda eksert rəyində mənzilin faktiki sahəsi hesablanark ən balkonların sahəsinə azalma əmsallarının tətbiq olunmadığı qeyd edilmişdir.

17. Məhkəmə cavabdehin tərəflər arasında bağlanmış müqavilənin notarial qaydada təsdiqlənmədiyindən etibarsız hesab edilməli olması barədə dəlilləri ilə də razılaşmayaraq qeyd edib ki, tərəflər arasında bağlanmış müqavilə onda ifadə olunan şərtlər və tərəflərin üzərinə götürdükləri öhdəliklərin xarakterinə görə podrat müqaviləsinə uyğundur. Mülki və digər qanunvericilik aktlarında isə podrat müqaviləsinin notarial qaydada təsdiq edilməli olması nəzərdə tutulmamışdır.

18. Bundan başqa məhkəmə cavabdehin tərəflər arasında bağlanmış müqavilədə mənzilin ümumi sahəsinin ölçüləri ilə mənzilin qiymətinin bağlılığına (əlaqəsinə) dair hər hansı müddəanın mövcud olmaması barədə dəlilləri ilə də razılaşmır. Belə ki, iddiaç ı tərəfindən məhkəməyə təqdim edilən sənədlərdən görünür ki, cavabdehə məxsus saytda mənzillərin satışı onların hər kvadrat metrinə görə qiymətləndirilməklə satılır.

19. Eyni zamanda məhkəmə bu nəticəyə gələrkən hal-hazırda ölkədə yeni tikilən mənzillərin alqı-satqısı üzrə formalaşmış bazarda mənzillərin yerləşdiyi yer və mərtəbəsi də nəzərə alınmaqla dəyərinin sahəsinə görə müəyyən edilməsi təcrübəsini də nəzərə alıb.

20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 752.1, 752.2, 753.1, 762.1, 766 və 776.1-ci maddələrinə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 1.1, 1.2, 3.8-ci bəndlərin ə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2. 77.1, 88, 103, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

21. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 22 yanvar 2024-cü il tarixli, e-2(060)-54/2024 nömrəli qətnaməsinin təmin olunmuş hissədə ləğv edilməsini, iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamışdır. Məhkəmə qətnaməsində hazırkı mübahisə üzrə sübut qismində iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli mənzil inşaatı müqaviləsinə istinad etmişdir. Lakin cavabdeh tər əfindən məhkəmənin hazırlıq iclasında iddia ərizəsinə qarşı verilmiş etirazla birlikdə təqdim edilmiş digər yazılı sübut tərəflər arasında eyni tarixdə notariat ofisində bağlanmış və notarial qaydada təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsini məhkəmə ümumiyyətlə araşdırmamış və nəzərə almamışdır. Mübahisəli mənzil üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınması və ona daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsi üçün əsas, iddiaçının istinad etdiyi mənzil inşaatı müqaviləsi deyil, məhz iddiaçı ilə cavabdeh arasında notariat ofisində bağlanmış alğısatqı müqaviləsi olmuşdur. Həmin müqavilədə də mənzilin ümumi sahəsi 141,2 kv. metr göstərilmişdir. Həmin müqavilə bağlanan zaman, mənzilin ümumi sahəsi ilə bağlı hər hansı irad və ya etiraz iddiaçı tərəfindən cavabdehə bildirilməmişdir. Tərəflər arasında bağlanmış “Mənzil inşaatı müqaviləsi” müqavilə isə mülki qanunvericiliklə müəyyənləşdirilmiş şərtlər pozulmaqla bağlanmış, yəni daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində bağlanmış və notariat qaydasında təsdiqlənməmiş əhəmiyyətsiz əqd olaraq özlüyündə etibarsızdır və hüquqi nəticələrin yaranmasına səbəb olmur. İddia tələbinin əsası kimi istinad olunan xx.xx.2021ci il tarixli mənzil inşaatı müqaviləsinin şərtlərinə görə, cavabdeh iddiaçını ümumi inşaat sahəsi 155 kv.m olan 4 otaqlı, 2 nömrəli təmirsiz mənzil ilə təmin etməyi, sahib isə əldə etdiyi mənzilin bu müqavilə ilə razılaşdırılmış dəyərini (qiymətini) müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə inşaatçıya ödəməyi öhdəsinə götürmüşdü r. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilənin predmeti cavabdeh tərəfindən inşa edilmiş “Roseville” yaşayış kompleksindəki 4 otaqlı mənzil olmuşdur. Mənzilin ümumi sahəsi müqavilənin predmetinə aid deyil, yalnız mənzilin fərqləndirici əlaməti (parametri, ölçüsü) olaraq qeyd olunmuşdur. Yəni, cavabdeh iddiaçını hansısa ümumi inşaat sahəsi ilə deyil, bütövlükdə mənzil ilə təmin etməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış müqavilədə mənzilin ümumi sahəsinin ölçüləri ilə mənzilin qiymətinin bağlılığına (mütənasibliyinə) dair hər hansı müddəa mövcud deyil. Bu isə o deməkdir ki, mənzilin ümumi sahəsinin müqavilədə qeyd olunduğundan fərqli olduğu (az və ya çox olduğu) təqdirdə mənzilə görə ödənilməli olan vəsaitin (mənzilin dəyərinin) azaldılması və ya artırılması imkanı tərəflərin razılaşması ilə nəzərdə tutulmamışdır.

23. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili bildirib ki, tərəflər arasında eyni gündə (xx.xx.2021-ci il tarixdə) 2 müqavilə bağlanmışdır. Həmin müqavilələrdən biri tərəflər arasında notarial qaydada təsdiq olunmadan, müəssisənin möhürü ilə təsdiq olunaraq bağlanmış mənzil inşaatı müqaviləsi, digəri isə notarial qaydada bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsidir. Mənzil inşaatı müqaviləsində mənzilin sahəsi 155 kv.m, daşınmaz əmlakın alqı-satqı müqaviləsində isə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mənzilin sahəsi 141 kv.m. göstərilmişdir. Məhkəmə etibarsız əhəmiyyətsiz əqdə əsaslanan iddianı təmin etməklə tamamilə yanlış hüquqi mövqe sərgiləmişdir.

24. Sumqayıt Apellyasiya Məhkəməsi (bunda n sonra-apellyasiya instansiyası məhkəməsi) Mülki Kollegiyasının 2(105)-794/2024 saylı, 4 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər A.A.Mahmudov (sədrlik edən və məruzəçi), S.A.Qafari və A.H.Hüseynzadə) apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməmiş, məhkəmə xərcləri iddiaçıya aid edilmişdir.

25. Məhkəmə kollegiyası gəldiyi nəticəni belə əsaslandırıb ki, mübahisələndirilən mənzillə bağlı müqavilələr rəsmiləşdirilərkən, həmin mənzil MTK tərəfindən tikilməkdə olan (tikintisi başa çatmayan) mənzil vəziyyətində deyil, tikintisi tam başa çatmış və konkret mənzil statusunda olmaqla, həm də cavabdeh MMC-in xüsusi mülkiyyətində olmuşdur. Daha konkret ifadə olunsa, iddiaçı sözü gedən mənzili podrat müqaviləsi əsasında deyil, notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsi əsasında əldə etmiş və həmin müqaviləyə əsasən mülkiyyətçi özünə məxsus olan mənzili şərtləşdirilmiş məbləğə alıcıya satmağı, sonuncu da razılaşdırılmış pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür.

26. Mübahisələndirilən mənzillə bağlı tərəflər arasında alğı-satqı müqaviləsi rəsmiləşdirilərkən, notarial qaydada təsdiqlənmə imperativlik təşkil etmişdir və hazırki mübahisə üzrə tərəflər arasında bağlanmış və “Mənzil inşaatı müqaviləsi” adlandırılmış, xx.xx.2021-ci il tarixli müqavilə qanunvericiliklə müəyyənləşdirilmiş şərtlər pozulmaqla bağlanmış, yəni daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına baxmayaraq notarial qaydada təsdiqlənməmiş, sanki sifariş əsasında tikilməkdə ola n və ya hələ qeydiyyatdan keçməyən əmlak kimi nəzərə alınmışdır ki, bu da özlüyündə heç bir hüquqi nəticələrin yaranmasına səbəb olmur.

27. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya bildirib ki, iş materiallarına əlavə edilmiş alğı-satqı müqaviləsinə əsasən, tərəflər arasında notarial qaydada müqavilə bağlanan zaman mənzilin sahəsi 141.2 kv.m. göstərilmiş, iddiaçı da bu sahə ilə razılaşaraq müqaviləni imzalamış, hətta müqavilənin “qeyd” hissəsində “müqavilədən irəli gələn hüquq və vəzifələrin izah olunması, nəticələri barədə xəbərdar olunduğu” barədə də iradə ifadəsini bildirərək, təkrar imza etmişdir. Bundan əlavə araşdırılan işə əsasən, tərəflər arasında xx.xx.2021-ci il tarixli, 4Ə-1216 reyestr nömrəli alğı-satqı müqaviləsi rəsmiləşdirilən zaman müqavilə də hər kv.m-ə görə nə qədər pul ödənilməsi barədə hər hansı bir qeyd-şərt olmamışdır. Buradan da belə qənaətə gəlinib ki, iddiaçı sözügedən mənzillə bağlı notarial qaydada müqavilə bağlanan andan artıq mənzilin sahəsindən məlumatlı olmuş və həmin vaxt mənzili ümumi olaraq bəyənib, öz iradəsini bəyan etmişdir. Həmin müqavilə bağlanan zaman, mənzilin ümumi sahəsi ilə bağlı hər hansı irad və ya etiraz iddiaçı tərəfindən cavabdehə bildirilməmişdir. Qeyd olunan alqı-satqı müqaviləsi hazırda qüvvədə olmaqla, onun etibarlılığı da məhkəmə qaydasında mübahisələndirilməmişdir.

28. Məhkəmə kollegiyası müqavilə bağlanan zaman nəyə görə mənzilin sahəsinin 141.2 kv.m, sonradan alıcının (iddiaçının) adına yeni çıxarış verilən zaman 130.80 kv.m. olmasına da aydınlıq gətirməyə çalışmışdır. Cavabdehin nümay əndəsi məsələyə aydınlıq gətirərək Reyestr Xidməti orqanı tərəfindən birinci halda ölçmə işləri aparılarkən, müvafiq əmsalların nəzərə alınmadığını bildirmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki, sonuncu dəfə mənzilin sahəsi müəyyənləşdirərkən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 07 saylı 04 dekabr 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydalarının”nın 3.8 bəndində nəzərdə tutulmuş mənzilin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri 0,3, şüşəbənd və lociyalar-0,5, eyvanlar (verandalar)-1,0 azalma əmsalına vurulmaqla hesablanmalı olması barədə müddəasına əsaslanmışdır. Məhkəmə kollegiyası bununla razılaşıb və belə hesab edib ki, azalma əmsalları tətbiq edilməklə mənzilin sahəsinin hesablanması hüquq müəyyənedici sənədlərin verilməsi zamanı nəzərə alınır, lakin həmin sahələr tərəflər arasında bağlanmış müqavilə üzrə tikilməli olan mənzilin tərkib hissəsi olduğundan müqavilə üzrə mənzil təhvil verilərkən onların sahəsi tam nəzərə alınmalıdır.

29. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 398.1., 587.1., 587.1.1., 587.1.2., 587.1.3., 589.1. və 589.2.-ci maddələrinə və AR MPM-in 14.2, 77.1, 88, 217.4, 372.2, 372.6, 372.7 və 384.0.2 -ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

30. İddiaçı (onun vəkili Vəkil1) kassasiya şikayəti verərək, apelyasiya instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(105)-794/ 2024 saylı qətnaməsinin tamamilə ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

31. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə faktlara deyil, fərziyyələrə, eyni zamanda həqiqəti əks etdirməyən ehtimallara söykənmişdir. Mülki hüquq subyektlərinin bərabərliyi prinsipi pozulmuşdur. Belə ki, məhkəmə cavabdehin nümayəndəsinin verdiyi izahatla kifayətlənmiş, iddiaçının tələbini, sənədlər və s. məhkəmə tərəfindən nəzərə alınmamışdır, nəticə etibarilə də tərəflərin hüquq bərabərliyi prinsipi pozulmaqla qanunsuz qətnamə qəbul edilmişdir. Mənzilin sahəsinin müqavilədə göstəriləndən az olmamasını əsaslandırmaq cavabdehin üzərinə düşürdü. Cavabdeh isə bu halı hər hansı əsaslı dəlillərlə əsaslandıra, məhkəmə iclasında iştirak edən nümayəndəsi isə inşa edilmiş mənzilin sahəsinin hansı normativ akta, qaydalara əsasən hesablanmasını məhkəməyə izah edə bilməmişdir. Apellyasiya instansiya məhkəməsi isə bu xüsusatlara heç bir qiymət verməmiş, əvəzində israrla cavabdehin barışıq üçün təklif etdiyi minumum məbləğ olan 5000 manat pulu götürməyi bildirmişdir. Cavabdehin ilkin podrat müqaviləsinin əqdin etibarsız olmasına dair dəlilləri, iddiaçını yaratdığı MTK-ya üzv olaraq qəbul edən, podrat müqaviləsi üzrə inşa edilmiş mənzilə görə ödənilmiş məbləği pay dəyəri olaraq qəbul edən cavabdehin hazırda müqaviləni əhəmiyyətsiz hesab etməsi tərəflər arasında bağlanan ilkin müqavilənin 9-ci bəndində müəyyən olunan müqavilə öhdəliklərinin lazımı qaydada icra etmədiyinə görə vurulmuş maddi ziyanı ödəmək məsuliyyətindən yayınmaq məqsədi daşıyır.

32. İddiaçı kassasiya şikayətinin əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6-cı maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.1, 77.1, 14.2, 88, 217.1, 217.3 və 218.3 -cü maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

33. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

34. Maddə 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir.

35. Maddə 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyf iyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: Maddə 587.1.1. alış qiymətinin mütənasib azaldılması; Maddə 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; Maddə 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi.

36. Maddə 589.1. Əgər alğı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin.

37. Maddə 589.2. Əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildi yi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır. Şəhərsalma və Tikinti Məcəlləsi

38. Maddə 59.1. Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

39. Maddə 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır.

40. Maddə 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin ye rləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”

41. Bənd 3.2. Yaşayış binasında otaqların və digər yerləşgələrin sahələri divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilir.

42. Bənd 3.8. Mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mə nzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır

46. Maddə 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslan dırsın.

47. Maddə 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

48. Maddə 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayırKassasiya baxışının hədləri 49. 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsa sında yeni qətnamə qəbul edə bilər. Kassasiya baxışının hədləri

50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

51. Hazırkı kassasiya şikayətində iddiaçı tərəfindən qətnamə mübahisələndiridiyindən apelyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. tam Kassasiya instansiyası məhkəməsinin mövqeyi

52. M əhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

53. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

54. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları əsasında iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

55. Sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

56. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və pr osessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

58. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-794/2024 nömrəli, 4 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar