Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3198/2022 24.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsinin təmizlənməsi, torpağın əvvəlki vəziyyətə gətirilməsi, qanunsuz müdaxilənin qarşısının alınması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu, (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin təmizlənməsi, torpağın əvvəlki vəziyyətə gətirilməsi və qanunsuz müdaxilənin qarşısının alınması” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-462/2022 nömrə li, 25 yanvar 2022-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh kassasiya şikayətinə 24 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. JN-662A nömrəli kod 80500028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətinə əsasən Masallı rayon Aqrar İslahat Komissiyasının 24 iyul 998ci il tarixli, 34 saylı qərarı əsasında X3 ailə üzvləri birlikdə 0.06 ha fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsi verilmişdir. Həmin şəhadətnamədə həmçinin İddiaçı, X2, X1 və X4 adları qeyd olunmuşdur. a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı Masallı Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, JN-662A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında onlara məxsus 0.06 ha həyətyanı torpaq sahəsində cavabdeh tərəfindən tökülmüş çınqıl daşlarının təmizlənməsi, torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi, həmin işlərin görülməsini Cavabdeh üzərinə öhdəlik qoyulması barədə mülkiyyət hüququna qanunsuz müdaxilənin edilməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılıb ki, uzun illərdir həmin torpaqdan istifadə edirlər. Torpaq sahəsində heç bir tikinti işləri aparılmamışdır. Cavabdeh onun qonşu torpağında yerləşməklə, Bələdiyyə torpağını zəbt etmiş həmin torpaqda ev tikmişdir. Zəbt etdiyi Bələdiyyə torpağına getməsi üçün onlara məxsus torpaq sahəsindən özünə maşın yolu düzəldərək həyətlərinə çınqıl daşları tökmüşdür. Bununla bağlı DƏDRX-nin 8 saylı Ərazi İdarəsinə məlumat verib həmin yer dən maşın yolunun keçib-keçməməsini araşdırmalarını xahiş etmişdir, DƏDRX-nin mütəxəssisləri onların torpağını koordinatlar və yerləşmə mövqeyi üzrə ölçərək həmin yerdən maşın yolu keçmədiyini, cavabdehin Bələdiyyə mülkiyyətini zəbt etdiyini, həmin torpağa heç bir hüquq müəyyənedici sənədinin olmadığnı bildirmişlər. Cavabdeh Bələdiyyə mülkiyyətini zəbt edərək orada ev tikməsinə baxmayaraq həmin torpaq sahəsinə atasının həyətindən maşın yolu var və oradan istifadə etmir. Hazırda o, mülkiyyətlərində olan torpaq sahəsini hasara alıb dəmir darvaza qoymaqdan ötrü betonlama işləri gördürmək istəyir. Lakin cavabdeh bunlara mane olur, həyətindən sərbəst surətdə istifadə etməyinə imkan vermir. Maşın yolunun olduğunu deyərək tökmüş olduğu çınqıl daşlarını təmizləmir. Bu səbəbdən mülkiyyətinə edilən qəsdin qarşısının alınmasından ötrü məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
4. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 157.2 və Torpaq Məcəlləsinin 48, 110, 111 və MPM-nin 4, 39.1-ci maddələrinə istinad etmişdir.
5. Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı onun qardaşı Məmmədxan Şükürovun arvadıdır. O, özünə məxsus torpaq sahəsində 7-8 ildir fərdi yaşayış evi tikmişdir. Əvvəllər evinə gediş-gəliş yolu başqa hissədən, qardaşları Rahim və Məmmədhəsənin evinin arxa hissəsindən olmuşdur. Sonradan qardaşları həmin ərazidə kanal qazdırmışlar və yolu bağlanmışdır. Ona görə də qardaşı Məmmədxan Şükürovun həyətyanı torpaq sahəsinin kənarından yol çəkmək qərarına gəlmişdir. Təqribən 4-5 il əvvəl həmin ərazidə yerləşən su kanalının kənarı ilə çınqıl daş tökdü rərək evinə getmək üçün avtomobil yolu çəkdirmişdir. Həmin vaxt iddiaçı tərəf heç bir irad bildirməmişlər. Hesab edir ki, çəkdiyi yol iddiaçı tərəfin mülkiyyətində olan torpaq sahəsinə düşmür, həmin ərazi su kanalının ərazisidir. Evinə getməyə başqa yolu yoxdur. Ona görə də iddianı qəbul etmir, rədd olunmasını xahiş etmişdir.
6. Birinci instansiya məhkəməsinin 16 yanvar 2020-ci il tarixli qərardadla iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin etmişdir.
7. Məhkəmə Ekspertizası Mərkəzinin 17 iyul 2020-ci il tarixli, 10/951 saylı rəyinə əsasən mübahisəli 0.06 hektar həyətyanı torpaq sahəsi Gəyəçöl kəndində torpaq islahatı ilə bağlı vətəndaşların qanuni istifadəsindəki həyətyanı torpaq sahəsinə dair işlənmiş kompleks yerquruluşu layihəsində JN-662A nömrəli “Torpağın mülkiyyətə verilm əsinə dair” şəhadətnamə ilə X3 və onun ailə üzvlərinə məxsusdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Cəlilabad LTİ-nin mütəxəssis rəyinə əsasən qeyd olunmuşdur ki, iddiaçı İddiaçı Masallı rayonu Gəyəçöl kəndində torpaq islahatı ilə bağlı vətəndaşların qanuni istifadəsindəki həyətyanı torpaq sahəsinə dair işlənmiş kompleks yerquruluşu layihəsində öz əksini tapmışdır. Naturada mövcud olan lakin layihədə öz əksini tapmayan yola çınqıl daş tökülmüşdür.
8. Birinci instansiya məhkəməsinin 03 fevral 2021-ci il tarixli qərardadla iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir.
9. Məhkəmə Ekspertiza Mərkəzinin 22 iyul 2021-ci il tarixli, 10/3145 saylı rəyinə əsasən Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Cəlilabad LTİ-nin mütəxəssis rəyinə əsasən qeyd olunmuşdur ki, Masallı rayonu Göyəçöl kəndi ərazisində aparılan torpaq islahatına dair kompleks quruluşu layihəsi baza materialının yerəuyğun yerləşmə vəziyyətinə və Torpağın mülkiyyətə verilməsinə dair JN-662A nömrəli şəhadətnaməyə əsasən mübahisəli əraziyə iddia tələbinə görə cavabdeh tərəfindən çınqıl tökülmüş 192,9 kv.m. torpaq sahəsi hissəsindən 36,6.6 kv.m hissəsi iddiaçının və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsinin, 9.3 kv.m. hissəsi 1448B nömrəli bələdiyyə mülkiyyətinə aid həyətyanı torpaq sahəsinin və 147 kv.m. hissəsi isə bələdiyyə mülkiyyətinə aid su aparıcı kanalın cizgisinin hüdudları daxilində yerləşir. Mübahisə predmeti kimi gediş-gəliş yolunun və faktiki istifadədə olan həyətyanı torpaq sah ələrinin yerləşmə vəziyyəti, ölçüləri mütəxəssis rəyinə əlavə olunmuş planda və Masallı rayonu Gəyəçöl kəndi ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsindən çıxarışda göstərilmişdir.
10. Masallı Rayon Məhkəməsinin 2(050)-343/2021 nömrəli, 20 sentyabr 2021-ci il tarixli qətnaməsi (hakim H.Bəhmənov) ilə iddia qismən təmin edilmiş, İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 0.006 ha həyətyanı torpaq sahəsinin cənub hissəsində 36,6 kv.m. sahəyə tökülmüş çınqıl daşlar Cavabdeh tərəfindən təmizlənməsi, torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi, mülkiyyət hüququna qanunsuz müdaxilənin qadağan edilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi iş materiallarına, o cümlədən ekspert rəyinə istinadən müəyyən etmişdir ki, tərəflər qohum olmaqla, qonşudurlar. Mübahisəli ərazinin 36,6 kv.m. sahəsi iddiaçı tərəfin ümumi birgə mülkiyyətlərinə verilmiş 0,06 ha həyətyanı torpaq sahəsinin cənub hissəsidir. İddiaçı və ailə üzvlərinə məxsus həyətyanı torpaq sahəsinin cənub hissəsində 36,6 kvadrat torpaq sahəsinə cavabdeh tərəfindən çınqıl daş tökülmüşdür.
12. Birinci instansiya məhkəməsi müəyyən etidiyi işin hallarına görə belə nəticəyə gəlib ki, Cavabdeh 36,6 kv.m. torpaq sahəsindən yol kimi istifadə etməklə, iddiaçı və ailə üzvlərinin mülkiyyətçi kimi iradələri olmadan sahiblikdən məhrumetmə və qadağan edilmiş özbaşınalıq hesab olunduğundan, iddiaçının pozulmuş hüquqları bərpa olunmalıdır. İddia tələbində 0,06 ha torpaq sahəsinin daşlardan təmizlənməsi göstərilsə də, təyin edilmiş ekspertiza rəyi ilə, onun hüquqlarının 36,6 kv.m. torpaq sahəsinə mün asibətdə pozulduğu müəyyən olunur. Belə olan halda, həmin hissədə torpaq sahəsi çınqıl daşlardan təmizlənməli, torpaq əvvəlki vəziyyətə gətirilməli, bu növ işlərin görülməsi və mülkiyyət hüququna qanunsuz müdaxilə cavabdehə qadağan olunmalıdır.
13. Birinci instansiya məhkəməsi cavabdehin başqa gediş-gəliş yolunun olmaması, çəkilmiş yolun iddiaçı tərəfin torpaq sahəsinə düşməməsi barədə etirazlarına münasibətdə qeyd etmişdir ki, onun özünün izahatı ilə müəyyən olunur ki, təqribən 5-6 il əvvələ qədər o, avtomobil yolu kimi digər ərazidən, yəni qardaşları Məmmədhəsən və Rahimin evinin arxa hissəsindən istifadə etmişdir. 5-6 il əvvəl həmin ərazidə qardaşları tərəfindən kanal qazıldıqdan sonra hazırkı mübahisəli ərazidən yol çəkmişdir. Cavabdehin evinə əvvəllər daimi gediş-gəliş yolu olmuş, k analın qazılması ilə yolu bağlansa da, o, yolun açılması ilə bağlı hüquqi müdafiə vasitələrindən istifadə etməmiş, başqa şəxslərin mülkiyyət hüquqlarına müdaxilə etməklə gediş-gəliş yolu düzəltmişdir. Bundan başqa ekspertiza rəyi ilə iddiaçı tərəfin 36,6 kv.m. torpaq sahəsinə çınqıl daş tökməsi və yol kimi istifadə etməsi müəyyən olunduğundan etirazı əsassızdır.
14. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 152.1, 152.2, 152.7, 213., 238.1, 238.2 və Torpaq Məcəlləsinin 111, MPM-nin 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Cavabdeh apellyasiya şikayətləri verib qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş edib.
16. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2( 106)-462/2022 nömrəli, 25 yanvar 2022-ci il tarixli qətnaməsi ilə hakimlər Z.Allahyarov (sədrlik edən və məruzəçi), M.Həsənov və O.İsmayılov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, qeyd edib ki, birinci instansiya məhkəməsi hazırki işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikasının MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin isə təmin edilməməsi üçün əsasdır. Kassasiya şik ayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh (Vəkil oğlu) kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, torpaq bələdiyyə mülkiyyəti olduğu üçün iddiaçının həmin məsələni mübahisələndirmək səlahiyyəti yoxdur. Həmçinin qətnaməyə nəzər salındıqda mütəxəssis rəyi ilə ekspert rəyi arasında ziddiyyətin mövcud olduğu görünür. Belə ki, mütəxəssis rəyində mübahisəli torpaq sahəsinin kimin mülkiyyətində olması konkret olaraq göstərilməmişdir. Lakin ekspert rəyində bu məsələ açıq göstərilmişdir. Hansı ki, həmin torpaq sahəsinə ekspert tərəfindən hər hansı baxış keçirilməmişdir. Sadəcə müəxəssisl ər tərəfindən baxış keçirilmişdir. Ekspert mütəxəssis rəyinə uyğun rəy verməli idi. Çünki mütəxəssislər qətnamədə qeyd olunduğu kimi Dövlət Əmlak Komitəsinin yanında olan Kadastr və X6 Mərkəzinin işçiləridir və torpağa dair bütün məsələlər onların səlahiyyətlərinə aiddir. Lakin sonradan həmin mütəxəssislər məhkəmə iclas zalında dindirilərkən ekspert rəyində qeyd olunanlara uyğun izahat vermişlər. Qanunvericiliklə hər bir həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu olmalıdır. Onun da həmin ərazidə uzun illərdir ki, fərdi yaşayış evi var və həmin evə getmək üçün gediş-gəliş yolu mövcud olmalıdır. İnşa etdiyi fərdi yaşayış evinə dövlət tərəfindən qaz və elektrik xətti çəkilmiş və sayğaclar quraşdırılmışdır. Qətnamədə göstərilir ki, guya o, iddiaçılara məxsus torpaq sahəsinə qanunsuz olaraq müd axilələr etmişdir. Qeyd edilən yer hər-hansı torpaq sahəsi deyil, ümumi istifadədə olan yoldur. Həmin yer illərlə ümumi istifadədə olan və ondan əvvəl digər qonşuların da evlərinə gediş-gəliş yolu üçün nəzərdə tutulmuş yoldur. İddiaçı həmin yolu öz həyətinə daxil edərək həyətini genişləndirmək niyyətindədir və bu barədə məhkəmə qərarının qəbul edilməsinə nail olaraq öz niyyətinə çatmaq fikrindədir. Bununla əlaqədar müvafiq ekspertiza keçirilmiş, lakin ekspert onun sənədlərinə baxmadan birtərəfli mövqe tutaraq qərəzli rəy tərtib edərək məhkəməyə təqdim etmişdir. Məhkəmə həmin qərəzli rəyi əsas götürərək iddianın təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Qətnamədə qeyd olunur ki, Masallı rayonu, Gəyəçöl kəndi ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsi baza materialının yerə uyğun yerləşmə vəziyyətinə və torpağın mülkiyyətə verilməsinə dair JN-662A nömrəli şəhadətnaməyə əsasən mübahisəli əraziyə iddia tələbinə görə çınqıl tökülmüş 192,9 kv.m. torpaq sahəsi hissəsindən 36,6.6 kv.m. hissəsi iddiaçının və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsinin, 9.3 kv.m. hissəsi 1448B nömrəli bələdiyyə mülkiyyətinə verilmiş torpaq sahəsinin və 147 kv.m. hissəsi isə bələdiyyə mülkiyyətinə aid suaparıcı kanalın cizgisinin hüdudları daxilində yerləşir. Mübahisə predmeti kimi gediş-gəliş yolunun və faktiki istifadədə olan həyətyanı torpaq sahəsinin yerləşmə vəziyyəti, ölçüləri mütəxəssis rəyinə əlavə olunmuş planda və Masallı rayonu, Gəyəçöl kəndi ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsindən çıxarışda göstərilmişdir. Lakin qətnamənin həmin hissəsi qeyri-obyektivlik təşkil edir. Belə ki, qeyd edilən torpaq sahəsinin 36,6.6 kv.m. hissəsi deyil, bütövlükdə olaraq bələdiyyə mülkiyyətindədir və dövlət tərəfindən gediş-gəliş yolu kimi nəzərdə tutulmuşdur b) Kassasiya şikayətinə qarşı yazılı etirazın dəlilləri
20. Kassasiya şikayətinə yazılı etirazı daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
21. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
22. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Prosessual Məcəllə
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlard an istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir.
26. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
27. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
28. Maddə 416.1. Kassasiya instansiya sı məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
29. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilə rək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
31. Hazırkı kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qə tnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas vermir.
34. Birinci instansiya məhkəməsi tərəfindən alınmış Məhkəmə Ekspertizası Mərkəzinin 17 iyul 2020-ci il tarixli, 10/951 saylı rəyinə əsasən mübahisəli 0.06 hektar həyətyanı torpaq sahəsi Gəyəçöl kəndində torpaq islahatı ilə bağlı vətəndaşların qanuni istifadəsindəki həyətyanı torpaq sahəsinə dair işlənmiş kompleks yerquruluşu layihəsində JN-662A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə X3 və onun ailə üzvlərinə məxsusdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Cəlilabad LTİ-nin mütəxə ssis rəyinə əsasən qeyd olunmuşdur ki, iddiaçı İddiaçı Masallı rayonu Gəyəçöl kəndində torpaq islahatı ilə bağlı vətəndaşların qanuni istifadəsindəki həyətyanı torpaq sahəsinə dair işlənmiş kompleks yerquruluşu layihəsində öz əksini tapmışdır. Naturada mövcud olan lakin layihədə öz əksini tapmayan yola çınqıl daş tökülmüşdür.
35. Birinci instansiya məhkəməsi tərəfindən alınmış Məhkəmə Ekspertiza Mərkəzinin 22 iyul 2021-ci il tarixli, 10/3145 saylı rəyinə əsasən Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Cəlilabad LTİ-nin mütəxəssis rəyinə əsasən qeyd olunmuşdur ki, Masallı rayonu Göyəçöl kəndi ərazisində aparılan torpaq islahatına dair kompleks quruluşu layihəsi baza materialının yerəuyğun yerləşmə vəziyyətinə və Torpağın mülkiyyətə verilməsinə dair JN-662A nömrəli şəhadətnaməyə əsasən mübahisəli əraziyə iddia tələbinə görə cavabdeh tərəfindən çınqıl tökülmüş 192,9 kv.m. torpaq sahəsi hissəsindən 36,6.6 kv.m. hissəsi iddiaçının və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsinin, 9.3 kv.m hissəsi 1448B nömrəli bələdiyyə mülkiyyətinə aid həyətyanı torpaq sahəsinin və 147 kv.m. hissəsi isə bələdiyyə mülkiyyətinə aid su aparıcı kanalın cizgisinin hüdudları daxilində yerləşir. Mübahisə predmeti kimi gediş-gəliş yolunun və faktiki istifadədə olan həyətyanı torpaq sahələrinin yerləşmə vəziyyəti, ölçüləri mütəxəssis rəyinə əlavə olunmuş planda və Masallı rayonu Göyəçöl kəndi ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsindən çıxarışda göstərilmişdir.
36. Məhkəmələr müəyyən etmişlər ki, torpağın mülkiyyətə verilməsinə dair JN-662A nömrəli şəhadətnaməyə əsasən mübahisəli əraziyə iddia tələbinə görə cavabdeh tərəfindən çınqıl tökülmüş 192,9 kv.m. torpaq sahəsi hissəsindən 36,6.6 kv.m. hissəsi iddiaçının və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsinin, 9.3 kv.m. hissəsi 1448B nömrəli bələdiyyə mülkiyyətinə aid həyətyanı torpaq sahəsinin və 147 kv.m. hissəsi isə bələdiyyə mülkiyyətinə aid su aparıcı kanalın cizgisinin hüdudları daxilində yerləşir.
37. Göründüyü kimi cavabdehin İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 0.006 ha həyətyanı torpaq sahəsinin cənub hissəsində 36,6 kv.m. sahəyə çınqıl daşlar tökməsi həm ekspert rəyi, həm də cavabdehin özünün məhkəmə iclasları zamanı vermiş olduğu izahatı ilə təsdiq olunur.
38. İddiaçının mülkiyyətinə müdaxilə olunması işin müəyyən olunmuş halları baxmından aşkardır, eyni zamanda iddianın qismən təmin olunmasına baxmayaraq iddiaçı tərəfindən rədd olunmuş hissədən şikayət verilməmişdir.
39. Cavabdeh tərəfin digər dəlili isə istifadəsində olan torpaq sahəsinə və fərdi yaşayış evinə yeganə yoldan məhrum edilməsinin yolverilməz olması ilə bağlıdır. Bu baxımdan ilkin olaraq qeyd edilmədir ki, cavabdehin bu dəlilləri əsassızdır. Çünki yoldan qanuni əsaslar olmadan və digər mükiyyətçinin hüquqlarından məhrum edilməklə istifadə yolverilən hesab edilə bilməz. O, əvvəl istifadə etmiş olduğu yoldan istifadə imkanlarını yenidən müzakirə etməlidir.
40. Cavabdeh tərəfin digər dəlili isə təkrar ekspertiza təyin olunması ilə bağlı vermiş olduğu vəsatətin əsassız olaraq təmin olunmaması ilə bağlıdır. İzah edilməlidir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Eyni zamanda ekspert rəyindən əks olunan məlumatları şübhə altına alan və yenidən ekspertiza keçirilməsini zəruri edən heç bir sübut mövcud olmamışdır. Hətta göstərildiyi kimi iddiaçının özünün izahatı ilə də təsdiq olunmuşdur ki, o əvvəlki yoldan istifadəsini dayandırmış və mübahisəli ərazidən yolun istifadəsinə başlamış və bu məqsədlə istifadə etdiyi yola çınqıl daşları tökmüşdür.
41. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
43. Qeyd olunanları nəzərə alaraq kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
44. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edil məsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-462/2022 nömrəli, 25 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.