Məhkəmə qərarları › İş №2(102)-3198/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3198/2025

18.11.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3198/2025 18.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı; İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3nə qarşı iddia tələblərinə dair bir icraatda birləşdirilmiş mülki iş üzrə QƏRARİ Açar sözlər: ipoteka predmetinin ilkin satış qiyməti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-8/2025 nömrəli, 4 iyun 2025-ci il tarixli qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. Xaçmaz şəhəri, Yeni yaşayış massivi ünvanındakı 0.05 ha torpaq sahəsi və həmin sahənin üzərində yerləşən 120.9 kv.m yaşayış sahəsindən, 175.6 kv.m yardımçı sahədən, 296.5 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evi (bundan sonra mübahisəli fərdi yaşayış evi) tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydiyyata alınmışdır; 3. 12 mart 2015-ci il tarixli kredit müqaviləsi ilə İddiaçı ASC Cavabdeh1 illik 16 faizlə 24 il müddətinə 1**.**0 manat kredit borcu verilmişdir;

4. Kredit mü qaviləsinin təminatı olaraq Cavabdeh2 mülkiyyətində olan mübahisəli fərdi yaşayış evi xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi ilə Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Yüklülük daşımaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır;

5. İddiaçı ASC xx.xx.2017-ci il tarixli bildirişlə cavabdehin bank qarşısında öhdəliklərini lazımınca yerinə yetirmədiyini, kredit müqaviləsi üzrə 99999,59 manat əsas borc, 30382,09 manat məbləğində faiz borcu, ümumilikdə 130381,68 manat borcu olduğunu, bu baxımdan qanunvericiliklə müəyyən edilmiş qaydada kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasını təmin etmək məqsədilə, tələbin ipoteka predmetinə yönəldilməsi və əldə edilən pul vəsaiti hesabına pul tələblərinin təmin edilməsi ilə bağlı cavabdehə xəbərdarlıq etmişdir. İş üzrə qəbul ed ilmiş məhkəmə aktları a) Birinci iş üzrə birinci instansiya məhkəməsində icraat

6. İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 99999,59 manat əsas borc, 31582 manat məbləğində faiz borcu, 293 manat gecikdirilmiş faiz borcu, ümumilikdə 131874,59 manat məbləğində kredit borcunun, məhkəmə qətnaməsi çıxarılan günədək hesablanacaq kreditdən istifadəyə görə əlavə faiz borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat rüsum məbləğinin tutulub, iddiaçının xeyrinə ödənilməsi, ödəmənin Cavabdeh1 ilə bank arasında bağlanmış 12 mart 2015-ci il tarixli, kredit müqaviləsinin təminatı qismində banka ipotekaya qoyulmuş, Cavabdeh2 məxsus Xaçmaz şəhəri, Yeni yaşayış massivi ünvanındakı 0,05 ha torpaq sahəsinə və həmin sahənin üzərində yerləşən 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evinə yönəldilərək, həmin ipoteka predmetinin açıq hərracda satılması və satışından əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün iddiaçı banka ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlər kredit razılaşmasının tələbini pozaraq, ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri banka qaytarmamışdır.

8. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(067)-2222/2017 nömrəli qətnaməsi ilə (hakim A.İbrahim ov) iddia qismən təmin edilərək Cavabdeh1 və Cavabdeh2 99.999,59 manat əsas borc, 31582 manat məbləğində faiz borcu, 293 manat gecikdirilmiş faiz borcu olmaqla, ümumilikdə 131.874,59 manat məbləğində kredit borcu, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulub iddiaçı bankın xeyrinə ödənilməsi, ödəmənin mübahisəli fərdi yaşayış evinə yönəldilməsi, həmin ipoteka predmetinin açıq hərracdan satılması və satışından əldə edilən pul vəsaitinin iddiaçı banka ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərk ən gəldiyi nəticəni cavabdehlərin kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirməmələri ilə əsaslandırmışdır.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295, 307.1, 307.2, 307.3, 309.1, 319.1, 385.1, 425.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

11. Xaçmaz rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(067)-2222/2017 saylı qətnaməsi qanuni qüvvəsini almış və icra edilməsi üçün Cavabdeh4 göndərilmiş və icra vərəqəsi əsasında icraat başlanılmışdır.

12. Xaçmaz rayon İcra və Probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli qərarı və 12388 saylı məktubu ilə ipoteka predmetinin qiymətləndirilməsi Cavabdeh3 MMC-yə həvalə edilmişdir.

13. Cavabdeh3 MMC tərəfindən Cavabdeh2 mə xsus mübahisəli fərdi yaşayış evi və torpaq sahəsi 370.**0 manat məbləğində qiymətləndirilmişdir. b) İkinci iş üzrə birinci instansiya məhkəməsində icraat

14. İddiaçı ASC Cavabdeh3nə və başqalarına qarşı iddia qaldıraraq, Cavabdeh2 məxsus mübahisəli fərdi yaşayış evinin qiymətləndirilməsi barədə hesabatda fərdi yaşayış evinin və torpaq sahəsinin bazar dəyərinin yekun göstəricilərinin ləğv edilməsi, qiymətləndirilən daşınmaz əmlakların bazar dəyərinin həqiqiliyinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına uyğun əsaslandırılmaqla qeyd olunmuşdur ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(067)-2222/2017 nömrəli qətnaməsi qanuni qüvvəsini alaraq icraya yönəldilmiş və icra vərəqəsi əsasında icraat b aşlanılmışdır. Xaçmaz rayon İcra və Probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli qərarı və 12388 saylı məktubu ilə ipoteka predmetinin qiymətləndirilməsi Cavabdeh3 MMC-yə həvalə edilmişdir. Cavabdeh3 MMC tərəfindən Cavabdeh2 məxsus mübahisəli fərdi yaşayış evi və torpaq sahəsi 37**** manat məbləğində müəyyənləşdirilmişdir. Qeyd edilən qiymətləndirmə hesabatında göstərilən qiymət həqiqiliyi əks etdirmir və həddən artıq artırılmışdır. Qeyd edilən mülahizələri aşağıda göstərdikləri əsaslarla tam təsdiqini tapır. Belə ki, bank tərəfindən xx.xx.2015-ci il tarixdə həyata keçirilmiş qiymətləndirmənin nəticəsində qeyd edilən əmlakın bazar dəyəri 2463** manat məbləğində müəyyən edilmiş və həmin qiymətləndirmə əsasında kreditin məbləği müəyyənləşdirilərək, kredit alana kredit verilmişdir. Həmin kred itin təminatı qismində kredit alana məxsus olan fərdi yaşayış evi və torpaq sahəsi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka qoyan müqavilədə göstərilən qiymətlə razılaşaraq sözü gedən əqdə şəxsən özü imza etmişdir. Bu zaman ipoteka qoyan Cavabdeh2 qoyulan qiymətə bu günədək heç bir etiraz etməmiş, onu qəbul etmişdir. Həmin daşınmaz əmlakların qiymətlərinin həddindən artıq yüksək qiymətləndirilməsi üçün hər hansı bir əsas olmadığı halda, onun dəyərinin "xxxx" MMC tərəfindən yuxarı göstərilməsi əsaslandırılmamışdır.

16. İddiaçı hesab etmişdir ki, qiymətləndirmə düzgün həyata keçirilməmişdir və subyektiv xarakter daşıyır, reallığı əks etdirmədiyi üçün işin tam həlli üçün əsas ola bilməz. Çünki 2015-ci ildə fərdi yaşayış evinin və torpaq sahəsinin qiyməti əgər 2463** manat müəyyən olunubsa, 3 il ərzində qeyd olunan evin və torpaq sahəsinin dəyəri əlbəttə aşağı düşmüşdür və sözü gedən daşınmaz əmlaklarının bazar dəyəri ipoteka müqaviləsində göstərilən qiymətdən aşağı olmalıdır. Bu halda, mübahisəni baxılmaq üçün qəbul edilmiş məhkəmənin mövcud prosesual qanunvericiliyini və Qanunun müddəalarını nəzərə olaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. 17. "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli 165/ATB/19 saylı rəyinə əsasən Cavabdeh2 məxsus Xaçmaz şəhəri, Yeni yaşayış massivində mülkiyyətdə olan 0.05 ha torpaq sahəsində yerləşən mübahisəli fərdi yaşayış evinin xx.xx.2019-cu il tarixə olan vizual orta bazar qiyməti 161.**0 manat müəyyən edilmiş, qiymətləndirmə haqqı 4** manat təşkil etmişdir.

18. Xaçmaz Rayon Məhkəməsin in 2(067)-150/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə (hakim İlkin Xəlilov) iddianın təmin edilməsi, Cavabdeh2 məxsus torpaq sahəsi və həmin sahənin üzərində yerləşən mübahisəli fərdi yaşayış evinin qiymətləndirilməsi barədə hesabatda fərdi yaşayış evinin və torpaq sahəsinin bazar dəyərinin yekun göstəricilərinin ləğv edilməsi, qiymətləndirilən daşınmaz əmlakların bazar dəyərinin 161**0 manat müəyyən edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4** manat məbləğində qiymətləndirmə haqqının "xxxx" MMC-nin xeyrinə tutulması, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir.

19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mül ki Məcəlləsinin 211, 319.4-cü maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.2, 41.5-ci maddələrinə, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 5, 7, 8, 15-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 218.3, 217.4, 216-220-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. c) Birinci iş üzrə apellyasiya instansiyası məhkəməsində icraat

20. Cavabdeh1 apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2017ci il tarixli, 2(067)-2222/2017 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsi 8 iyun 2017-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Cavabdehlərə məhkəmə baxışının yeri və vaxtı barədə məlumat verilməmişdir. Onlar 2022-ci ilin yanvar ayının sonlarında icra qurumu vasitəsilə belə məhkəmə qətnaməsinin mövcudluğundan xəbərdar olmuşlar. Məhkəmə işin hallarını tam ətarflı araşdırmadan, yalnız iddiaçının verdiyi məlumatlar əsasında cavabdehin isə mövqeyini nəzərə almadan qətnamə çıxarmışdır. Cavabdehlər müqavilə üzrə öhdəliklərin icrasından yayınmamışdır. Cavabdehlərin maddi çətinlikləri yarandığı üçün kredit müqaviləsi üzrə borcu ödməyə maddi imkanları çatmamışdır. Bu barədə dərhal banka məlumat verilsə də, lakin bank uzun müddət bu prosesi uzadaraq, şişirdilmiş faiz borclarının yaranmasına nail olmuşdur. Məhkəmə müvafiq mühasibatlı q ekspertizası təyin edərək, faiz borclarının düzgün hesablanmasını təmin etməmişdir. Yalnız iddiaçının verdiyi məlumatlara əsaslanmaqla əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə tərəfindən işin halları, cavabdehlərin əmlak vəziyyəti, öhdəliyin vaxtında icra edilməməsinin obyektiv səbəbləri nəzərə alınmamışdır.

22. Kredit müqaviləsi üzrə yaranmış faiz borcunun iddiaçı tərəfindən mübahisələndirilməsi ilə əlaqədar məhkəmə kollegiyası məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/8013 nömrəli 14 dekabr 2023-cü il tarixli mühasibatlıq ekspertizası rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixə əsas borc 99999,59 manat, faiz borcu 31014,89 manat təşkil edir. 2

3. Məhkəmə kollegiyası cavabdeh tərəfin ipoteka predmetinin likvid dəyərinin mübahisələndirilməsi ilə əlaqədar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmiş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının 2 may 2024-cü il tarixli rəyi ilə mübahisəli torpaq sahəsi və həmin sahənin üzərində yerləşən fərdi yaşayış evinin mövcud bazar dəyərinin təqribən 4054** manat, likvid dəyərinin 10% azalma tətbiq edilməklə 364.870 manat məbləğində olması müəyyən edilmişdir.

24. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 iyun 2024-cü il tarixli, 2(105)-145/2024 nömrəli qətnaməsi ilə (hakimlər S.Qafari (sədrlik edən və məruzəçi), A.Mahmudov və A.Hüseynzadə) Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsi nin xx.xx.2017-ci il tarixli, 2(067)-2222/2017 nömrəli qətnaməsi faiz və mənzilin likvid dəyərinin müəyyən edilməsi hissəsində dəyişdirilərək, 12 mart 2015ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icra edilməməsinə görə faiz borcunun 30382,09 manat, ipoteka predmeti olan mübahisəli fərdi yaşayış evinin likvid dəyərinin 364870 manat müəyyən edilməsi, Cavabdeh1 iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olaraq 220 manat pulun alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.

25. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavab deh kredit və hesablanmış faizləri hər ay ödəməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmiş və nəticədə cavabdehin iddiaçı qarşısında icra etməmiş pul öhdəliyi yaranmışdır.

26. Apellyasiya instansiyası məhkəməsi cavabdehlərin məhkəmə iclasında iştirakının təmin edilməməsi barədə dəlilini əsassız hesab edərək qeyd etmişdir ki, iş materiallarında olan məhkəmə bildirişinin kötüyünə əsasən bildiriş cavabdeh, həmçinin Cavabdeh1 həyat yoldaşı Cavabdeh2 çatdırılmış (İ cild, iş vərəqə 33), lakin cavabdehlər məhkəmə iclasında iştiraklarının təmin edilməməsi barədə heç bir tutarlı sübut təqdim etməmişlər.

27. Kredit müqaviləsi üzrə yaranmış faiz borcu üzrə məhkəmə qeyd etmişdir ki, İddiaçı ASC cavabdehin ba nk qarşısında öhdəliklərini lazımınca yerinə yetirmədiyini, kredit müqaviləsi üzrə 99.999,59 manat əsas borc, 30.382,09 manat məbləğində faiz borcu, ümumilikdə 130381,68 manat borcu olduğunu, bu baxımdan qanunvericiliklə müəyyən edilmiş qaydada kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasını təmin etmək məqsədilə, tələbin ipoteka predmetinə yönəldilməsi və əldə edilən pul vəsaiti hesabına pul tələblərinin təmin edilməsi ilə bağlı cavabdehə xəbərdarlıq etmişdir.

28. Kreditorun 1 mart 2017-ci il tarixdə borcluya bildiriş göndərərək bütün borcu qaytarılmasını tələb etməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbər verməsi kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Belə olan halda, müvafiq bildiriş verildikdən sonra faiz borcunun kredit müqavil əsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. Çünki, müqavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir. Belə olan halda, iddiaçının kredit müqaviləsi üzrə bütün borcu geri tələb etməsinə dair borcluya verdiyi bildirişdə əlavə müddət bitdiyi tarixdən müqavilə ləğv olunmuş sayıldığından, bundan sonrakı dövr üçün cavabdehdən müqavilə faizi tələb etməsi yolverilməzdir. Bu baxımdan apellyasiya kollegiyası hesab etmişdir ki, cavabdehdən tutulmalı olan faiz məbləği iddia tələbində göstərilən və ekspert rəyi ilə müəyyən edilmiş müddətlər (30 mart 2017-ci il) üzrə deyil, məhz bildirişin verildiyi tarixə yəni 1 mart 2017-ci il tarixə hesablanmalıdır. Bu zaman müqavilə üzrə hesablanmış faiz borcu 30.382,09 manat müəyyən edilməlidir. Belə olan halda, apellyasiya kollegiyası hesab etmişdir ki, 12 mart 2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icra edilməməsinə görə faiz borcu 30.382,09 manat müəyyən edilməlidir.

29. Apellyasiya kollegiyası iddiaçının apellyasiya şikayətinin ipoteka predmetinin qiymətləndirilməsi ilə bağlı ekspert rəyini mötəbər sübut kimi qəbul edərək hesab etmişdir ki, ipotekanın bağlandığı vaxtdan xeyli müddət keçdiyindən və daşınmaz əmlak bazarında da mənzillərin qiymətindəki artırmalar nəzərə alınarsa, Xaçmaz şəhəri, Yeni yaşayış massivi ünvanındakı 0,05 ha torpaq sahəsi və həmin sahənin üzərində yerləşən 296,5 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evinin likvid dəyəri 364870 manat müəyyən edilməlidir.

30. Məhkəmə kollegiyası iş üzrə gəldiyi nəticəni Azərbaycan Resp ublikasının Mülki Məcəlləsinin 317.1, 421.2, 421.3 və 739-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33 və 39.3.3-cü maddələrinə və Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarına və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci tarixli qərardadına istinadla əsaslandırmışdır. d) Birinci iş üzrə kassasiya instansiya məhkəməsində icraat

31. İddiaçı ləğv prosesində olan İddiaçı ASC kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiy a Məhkəməsinin Mülki kollegiyasının 21 iyun 2024-cü il tarixli, 2(105)-145/2024 nömrəli qətnaməsinin ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiyməti hissəsində ləğv olunması və həmin hissədə yenidən baxılması üçün mülki işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən “Məhkəmə ekspertizası haqqında” Qanunun 13-cü, Mülki Prosessual Məcəllənin 102.2-ci maddələri pozulmuşdur. Belə ki, ipoteka predmetinin bazar dəyəri artıq bir dəfə 2015-ci ildə tərəflərin razılığı ilə 246.3** manat müəyyən edilmişdir. İpoteka predmetinə müxtəlif zamanlarda qoyulmuş iki müxtəlif qiymət arasında bu cür böyük fərqin olması ekspert rəyini şübhə altına al mışdır. Sözügedən fərdi yaşayış evinin girov qoyulması ilə bağlı müqavilənin bağlanmasından 9 ilə yaxın müddət keçməsinə baxmayaraq, əmlakda qiyməti bu cür əhəmiyyətli dərəcədə dəyişdirəcək yaxşılaşdırmalar aparılmamış və 2015-ci ildən bu yana əmlakın daxili konstruksiyasında heç bir dəyişiklik baş verməmişdir. Ekspert rəyində bu cür əhəmiyyətli qiymət dəyişməsi nəinki əsaslandırılmamış, hətta bu məsələyə ümumiyyətlə toxunulmamışdır. Bundan başqa, Xaçmaz Rayon Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 MMC-yə qarşı iddia ərizəsi təmin edilmiş, ipoteka predmeti yenidən qiymətləndirilmiş və likvid dəyəri 161.**0 manat müəyyən edilmişdir. Sözügedən daşınmaz əmlak qeyd olunan qiymətlə hərraca çıxarılmış, lak in keçirilmiş hər iki hərracda alıcı olmadığından ipoteka qoyan İddiaçı ASC tərəfindən əldə edilmişdir. Beləliklə, ipoteka predmetinin həm sonrakı ipoteka müqaviləsində, həm də Xaçmaz Rayon Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli qətnaməsində müəyyən edilmiş hər iki qiyməti ekspert rəyində müəyyən edilmiş qiymətdən kəskin fərqlənmişdir.

33. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3480/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə (hakimlər Elşad Şamayev - sədrlik edən və məruzəçi, Elşanə Vəliyeva və Əhliman Xıdırov) iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 iyun 2024-cü il tarixli, 2(105)-145/2024 nömrəli qətnaməsinin qismən, yəni ipoteka predmetin in ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməsi və işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.

34. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, işə baxan birinci instansiya məhkəməsi “İpoteka haqqında” Qanunun 33.3.3-cü maddəsinin tələblərini pozaraq tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qətnamə qəbul edərkən, onun ilkin satış qiymətini müəyyən etməmişdir. Belə olan halda, apellyasiya məhkəməsi əsaslı olaraq bu qiymətin müəyyən edilməsi ilə bağlı araşdırma aparmışdır. Lakin, müəyyən olunur ki, apellyasiya məhkəməsində iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi məsələsi müzakirə edilərkən, iddiaçının nümayəndəsi buna etiraz etmiş və mövqeyini Xaçmaz Rayon Məhkəm əsinin 14 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə mübahisəli əmlakın ilkin satış qiymətinin 161**0 manat məbləğində müəyyən edilməsi ilə əsaslandırmışdır (c. 1, i.v. 224-225, 05 oktyabr 2023-cü il tarixli məhkəmə iclas protokolu).

35. Xaçmaz Rayon Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli, 2(067)-150/2019 nömrəli qətnaməsi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 MMC-yə qarşı iddiası təmin edilərək, Cavabdeh2 məxsus Xaçmaz şəhəri, Yeni yaşayış massivi, 0,05 ha torpaq sahəsi və həmin sahənin üzərində yerləşən 120,9 kv.m yaşayış sahəsindən, 175,6 kv.m yardımçı sahədən, 296,5 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evinin qiymətləndirilməsi barədə hesabatda fərdi yaşayış evinin və torpaq sahəsinin bazar dəyərinin yekun göstəriciləri nin ləğv edilməsi, qiymətləndirilən daşınmaz əmlakların bazar dəyərinin 161**0 manat müəyyən edilməsi qət edilmişdir.

36. Göründüyü kimi, hazırkı iş üzrə birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini müəyyən etməsə də, eyni tərəflərin iştirakı ilə baxılan başqa işdə qəbul edilən qətnamə ilə bu qiymət müəyyən olunmuşdur.

37. Qeyd olunan qətnamənin maraqlı tərəflərlə apellyasiya qaydasında mübahisələndirilməsi və qüvvədə olub-olmaması barədə məlumat iş materiallarında mövcud deyildir.

38. Lakin apellyasiya instansiyası məhkəməsi hazırkı qətnaməni mübahisələndirilən hissədə qəbul edərkən, Xaçmaz Rayon Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli qətnaməsinin mövcudluğunu nəzərə almamış, ona istinad etməmiş, qüvvədə olubolmamasını araşdırmamışdır.

39. Halbuki, Konstitusi ya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya M əhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 2015-ci il 15 iyul tarixli, Q.Məmmədovun şikayəti üzrə 2020-ci il 11 fevral tarixli Qərarları).

40. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya məhkəməsi tərəfindən mübahisəli ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilərkən yalnız ekspert rəyinə istinad edib nəticəyə gələrkən Mülki Prosessual Məcəllənin 82.3, 88, 101.7, 103.1-ci maddələrinin tələbləri pozulmuşdur.

41. Nəzərə alınmalıdır ki, ipoteka predmetinin ilkin satış qiymətinin qüvvədə olan məhkəmə qətnaməsi ilə artıq müəyyən edilməsi, Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə görə həmin məsələnin başqa icraatda apellyasiya qaydasında yenidən mübahisələndirməsini və araşdırılmasını istisna edir.

42. Məhkəmə kollegiyası izah etmişdir ki, hüqu qi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

43. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellya siya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnaməsi göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, qətnamə mübahisələndirilən hissədə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

44. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir.

45. Məhkəmə kollegiyası iş üzrə gəldiyi nəticəni “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.9, 33, 39.3.3- cü maddələrinə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2**5-ci il tarixli 4 saylı Qərarında qeyd edilən hüquqi mövqeyə istinadla əsaslandırmışdır. e) İkinci iş üzrə apellyasiya instansiyası məhkəməsində icraat

46. Cavabdeh1 apellyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019ci il tarixli, 2(067)-150/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddiaçının iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

47. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(067)- 2222/2017 saylı qətnaməsi qanuni qüvvəsini almış və icra edilməsi üçün Cavabdeh4 göndərilmiş və icra vərəqəsi əsasında icraat başlanılmışdır. Xaçmaz rayon İcra və Probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli qərarı və 12388 saylı məktubu ilə ipoteka predmetinin qiymətləndirilməsi Cavabdeh3 MMC-yə həvalə edilmişdir. Cavabdeh3 MMC tərəfindən Cavabdeh2 məxsus mübahisəli fərdi yaşayış evi və torpaq sahəsi 37**** manat məbləğində müəyyənləşdirilmişdir. Lakin sonradan iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdə "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli 165/ATB/19 saylı rəyindən müəyyən olunur ki, mübahisəli fərdi yaşayış evinin vizual orta bazar qiymətini müəyyən etmək üçün qiymətləndirmə işi "xxxx" MMC mütəxəsisləri tərəfindən həyata keçirilmişdir. Həmin əmlakın xx.xx.2019-cu il tarixinə olan vizual orta bazar qiyməti 161**0 manat müəyyən edilmişdir. Göründüyü kimi cəmi bir il fərqlə, lakin əmlakın qiyməti iki dəfədən ucuz müəyyən edilmişdir. Bu isə sual yara dır ki, necə ola bilər ki, hər il daşınmaz əmlakların qiymətləri artdığı halda bir əsas olmadan cavabdehə məxsus əmlakın qiyməti iki dəfə çox dəyər itirmişdir. "xxxx" MMC mütəxəssisləri tərəfindən həyata keçirilmiş qiymətləndirmə qeyri-obyektiv aparılmış, yalnız iddiaçının maraqlı baxımdan keçirilmişdir. "xxxx" MMC mütəxəssisləri tərəfindən hansımeyarlar əsasında bu qiymətin formalaşdırıldığı aydın deyil, həmin ərazidə analogiya qeyri-yaşayış obyektlərinin qiymətləri isə ümumilikdə nəzərə alınmamışdır. Məhkəmə iki qiymətləndirmə hesabatı arasında kəskin fərqi nəzərə alaraq, obyektivliyi təmin etmək üçün müvafiq məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsini təmin etməmişdir. Nəticədə ədalətsiz və qanunsuz məhkəmə qətnaməsi cavabdehin mülkiyyət hüquqlarının pozulmasına səbəb olmaqla, ə mlakının ucuz qiymətə satılması ilə əlaqədar ona maddi ziyan vurulmasına səbəb olur. Məhkəmə yalnız iddiaçının göstərdiyi sübutları sadalamaqla kifayətlənmiş, hər bir sübutu qətnamədə şərh etməmiş, sübutlar əlaqələndirilməmiş və sübutun işə hansı aidiyyətinin olmasınımüəyyən etməmişdir. Göründüyü kimi məhkəmə cavabdehin hüquqlarının qorunmasını təmin etməmiş, formal xarakterli və hüquqi cəhətdən əsaslandırılmamış qətnamə qəbul etmişdir.Məhkəmə obyektivliyi təmin etmədən,yalnız iddiaçının dəlillərini əsas tutaraq qətnamə qəbul etmişdir. Nəticədə tərəflərin hüquq bərabərliyini prinsipi və cavabdehin hüquqları pozulmuşdur. Göründüyü kimi məhkəmə tərəfindən göstərilən qanunvericilik aktlarının tələbləri pozulmuşdur. Belə ki, iş üzrə sübutlar düzgün qiymətləndirilməmiş, işə faktlar əsasında bax ılmamış, iş üzrə əhəmiyyətli bütün faktiki hallar araşdırılmamış və nəticədə cavabdehin hüquqlarını kobud sürətdə pozan əsassız və qanunsuz qətnamə çıxarılmışdır. Məhkəmə baxışı zamanı cavabdehin iştirakı təmin edilmədiyi üçün onun haqlı olduğunu göstərən hallara düzgün qiymət verilməmiş və ya nəzərə alınmamışdır. Qətnamədə işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilməmiş, cavabdehin məhkəmədə iştirakı təmin edilməmiş, nəticədə qətnamədə göstərilən hallar işin materiallarına uyğun deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 390-cu maddəsinə əsasən məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. Görün düyü kimi məhkəmə yalnız iddiaçının göstərdiyi hallara istinad edərək, həmin halları araşdırmadan, cavabdehin isə məhkəmədə iştirakını təmin etmədən, qiymətləndirilmə sahəsində qanunvericiliyin tələblərini düzgün nəzərə almadan qətnamə qəbul etmişdir. Yuxarıda göstərildiyi kimi, məhkəmə iki qiymətləndirmə hesabatı arasında kəskin fərqi nəzərə alaraq, obyektivliyi təmin etmək üçün müvafiq məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsini təmin etməmişdir. Nəticədə cavabdehin əmlakının düzgün qiymətləndirilməmişdir. Bununla da cavabdehin mülkiyyət hüququ pozulmuş, ona maddi ziyan vurulmuşdur. Göründüyü kimi məhkəmənin qətnaməsi işin faktiki halları ilə uyğunluq təşkil etmir.

48. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)-1298/2022 nömrəli qəra rdadı ilə (hakimlər Lətifə Məmmədova (sədrlik edən və məruzəçi), Telman Quliyev və Gülnarə Tağızadə) İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit məbləğinin geri qaytarılması və ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə yekun qərar qəbul edilib qüvvəyə minənədək hazırkı iş üzrə icraatın dayandırılması qərara alınmış və xx.xx.2025-ci il tarixdə icraat təzələnmişdir. f) Birləşdirilmiş iş üzrə apellyasiya instansiyası məhkəməsində icraat

49. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(105)-215/2025 nömrəli qərardadı ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit məbləğinin geri qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair 2(105)-215/2025 nömrə li mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 MMC-yə qarşı fərdi yaşayış evinin və torpaq sahəsinin bazar dəyərinin yekun göstəricilərərinin ləğv edilməsi və qiymətləndirilən daşınmaz əmlakların bazar dəyərinin həqiqiliyinin müəyyən edilməsi tələbinə dair 2(105)8/2025 nömrəli digər mülki işlə baxılmaq üçün bir icraatda birləşdirilmişdir.

50. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən ipoteka predmetinin hazırkı vəziyyətdə ilkin satış qiymətinin müəyyən edilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(105)-8/2025 nömrəli qərardadı ilə iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Mərkəzi Ekspertiza Bürosunun xx.xx.2025-ci i l tarixli qiymətləndirmə rəyi ilə Cavabdeh2 məxsus Xaçmaz şəhəri, Yeni yaşayış massivi, 0.05 ha torpaq sahəsi və həmin sahənin üzərində yerləşən 120,9 kv.m yaşayış sahəsindən, 175,6 kv.m yardımçı sahədən, 296,5 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evinin hazırkı vəziyyətdə real bazar dəyəri 373**0 manat, likvid dəyəri isə 338**0 manat müəyyən olunmuşdur

51. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(105)-8/2025 nömrəli qərardadı ilə apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-ci il tarixli, 2(067)-150/2019 nömrəli qətnaməsinin ləğv edilməsi, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 MMC-yə qarşı mübahisəli fərdi yaşayış evinin qiymətləndirilməsi barədə h esabatda fərdi yaşayış evinin və torpaq sahəsinin bazar dəyərinin yekun göstəricilərinin ləğv edilməsi, qiymətləndirilən daşınmaz əmlakların bazar dəyərinin həqiqiliyinin müəyyən edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmış, məhkəmənin həmin tarixli qətnaməsi ilə apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(067)-2222/2017 nömrəli qətnaməsinin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi, ipoteka predmeti olan Xaçmaz şəhəri, Yeni yaşayış massivi, 0.05 ha torpaq sahəsi və həmin sahənin üzərində yerləşən 120,9 kv.m yaşayış sahəsindən, 175,6 kv.m yardımçı sahədən, 296,5 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evinin ilkin satış qiymətinin 338** 0 manat məbləğində müəyyən edilməsi qət edilmişdir.

52. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixli qiymətləndirmə rəyi ilə ipoteka predmetinin hazırkı vəziyyətdə real bazar dəyəri müəyyən olunduğundan, ilkin satış qiyməti məhz həmin rəydə göstərilən likvid dəyərinə - 338**0 manata uyğun olmalıdır. Birinci instansiya məhkəməsi qətnaməsində ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən etməməklə səhvə yol vermişdir.

53. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 39.3.3.-cü maddəsinə əsasən, məhkəmə ipotekanın ilkin satış qiymətini müəyyənləşdirir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Qey d olunan Qanunun 1.0.9-cu maddəsinə əsasən, ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.

54. Məhkəmə kollegiyası iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1, 319.1, 385.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1, 1.0.9, 34.1.1, 36.1, 39.3.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

55. Ləğv prosesində olan İddiaçı ASC (vəkili Nümayəndə2) tərəfindən kassasiya şikayəti verilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tar ixli 2(105)-8/2025 saylı qətnaməsinin ipoteka predmetinin ilkin satış qiyməti hissəsində ləğv edilməsi və iddia tələbinə həmin hissədə yenidən baxılması üçün mülki işin apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

56. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsi işə baxarkən Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(102)3480/2024 saylı kassasiya qərarında göstərilən məcburi göstərişlərə əməl etməmişdir. Ali Məhkəmə həmin qərarda açıq şəkildə bildirmişdir ki, apellyasiya məhkəməsi mübahisəli ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı araşdırma aparmalı, xüsusilə də Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(067)-150/2019 saylı qətnaməsind ə müəyyən edilmiş 161.**0 manat ilkin satış qiymətinin qüvvədə olubolmamasını, apellyasiya qaydasında mübahisələndirilib-mübahisələndirilməməsini araşdırmalı idi. Lakin işə yenidən baxan apellyasiya instansiyası Ali Məhkəmənin araşdırılması məcburi olan göstərişini icra etməmiş, ilkin satış qiymətini özündə ehtiva edən həmin qətnaməyə nə istinad etmiş, nə də onun hüquqi qüvvəsi barədə araşdırma aparmışdır, bunun əvəzinə yeni ekspertiza təyin edərək, işdə olan ziddiyyətli ekspert rəylərinə daha bir rəy əlavə etmiş, bununla da mübahisəni daha da mürəkkəbləşdirmişdir. Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsi Ali Məhkəmənin hüquqi mövqeyinə əməl etməməklə MPM-in 420-ci maddəsini pozmuşdur. Bu pozuntu nəticəsində iş üzrə əhəmiyyətli faktlar araşdırılmamış və düzgün hüquqi qiymət verilməmişdir.

57. İş üzrə həm birinci instansiya, həm də apellyasiya instansiyası mərhələlərində müxtəlif tarixlərə aid bir neçə qiymətləndirmə rəyi, ekspertiza rəyləri, 2019-cu il tarixli məhkəmə qətnaməsi mövcud olmuşdur. MPM-in 88-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə bütün sübutları hərtərəfli, tam və obyektiv araşdırmalı, onların hər biri üzrə əsaslandırılmış qiymət verməlidir. Lakin apellyasiya məhkəməsi sadəcə sonuncu qiymətləndirmə rəyinə (Mərkəzi Ekspertiza Bürosunun xx.xx.2025-ci il tarixli rəyi) üstünlük vermiş, digər sübutlarla ciddi ziddiyyət təşkil edən bu rəyin nəyə görə əsas götürüldüyünü əsaslandırmamışdır, sübutların məcmu qiymətləndirilməsi prinsipini pozmuşdur. Bu isə MPM-in 88-ci maddəsinin tələbinin pozulmasıdır və nəticədə düzgün hüquqi nəticəyə gəlməyə imkan verməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

58. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

59. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu

60. Maddə 1.0.1. İpoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur.

61. Maddə 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən haldır.

62. Maddə 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir:

63. Maddə 39.3.3. ipoteka predmetinin bazar qiyməti – tərəflərin razılaşması əsasında və ya məhkəmə tərəfindən cəlb edilən qiymətləndiricilər və ya qiymətləndirici təşkilat tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

64. Maddə 14.2. Məhkəmə yalnız tərəf lərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

65. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

66. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

67. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

68. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

69. Maddə 416.1. Kassasiya ins tansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

70. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

71. Kassasiya şikayətində qətnamə ipoteka predmetinin ilkin satış qiyməti hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

72. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

73. Hazırkı iş üzrə ikinci apellyasiya baxışında eyni mübahisəli hüquq münasibətlərinə dair iki mülki iş bir icraatda birləşdirilməklə ipoteka predmet inin ilkin satış qiymətinin müəyyənləşdirilməsi üçün yenidən ekspertiza keçirilmişdir. Apellyasiya məhkəməsi həmin predmetin dəyərinə dair əldə olunmuş sübutları tədqiq edərək qiymətlə bağlı Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-ci il tarixli, 2(067)-150/2019 nömrəli qətnaməsinin ləğv etmiş, əşyanın ilkin satış dəyərini 338**0 manat məbləğində müəyyən etmişdir.

74. Belə olan halda kassasiya şikayətində qiymətlə bağlı Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə istinad olunan dəlil əsaslı hesab edilə bilməz.

75. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məh kəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

76. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

77. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq ol unmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

78. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

79. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-8/2025 nömrəli, 4 iyun 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar