Məhkəmə qərarları › İş №2(102)-3199/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3199/2020

04.08.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3199/2020 04.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “mülkiyyətdə olan yaşayış evindən və qeydiyyatdan çıxarılma” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəki Rayon Məhkəməsinin (hakim C.İmanov) xx xxxxxxx 2019-cu il tarixli qə tnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh İddiaçı ASC-nin mülkiyyətində olan, fərdi yaşayış evindən çıxarılması və həmin yaşayış evinin boşaldılaraq İddiaçı ASCyə təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçının xeyrinə tutulması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli (sədrlik edən A.Mahmudov, hakimlər Ə.Məcidov və M.Əsədli) qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəmə sinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı «İddiaçı” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və mənzildə yaşayan digər şəxslərin banka məxsus olan fərdi yaşayış evində olan istifadə hüquqlarına xilam verilməsi və həmin yaşayış evində pasport qeydiyyatında olan şəxslərin qeydiyyatdan çıxarılması və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı tələbin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh və mənzillərdə yaşayan digər şəxslərin banka məxsus olan fərdi yaşayış evində olan istifadə hüquqlarına xitam verilməsi və həmin yaşayış evində pasport qeydiyyatında olan şəxslərin qeydiyyatdan çıxarılması, mənzilinin boşaldılaraq banka təhvil verilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kasasiya şikayətinin dəlill ərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 16444,24 ABŞ dolları əsas borc, 1974,24 ABŞ dolları faiz borcu, 519,6 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 18938,08 ABŞ dollarının məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə və 30 manat dövlət rüsumu tutulması, fərdi yaşayış evinə tutma yönəldilərək bu əmlakın ilkin satış qiymətinin 35000 manatla hərraca çıxarılaraq hərracda satılması, onun açıq hərracdan satılması hesabına cəmi 18938 ABŞ dolları borcun İddiaçı ASC-nin hesabına ödənilməsi, Cavabdeh müstəqil qiymətləndi rici X3 xeyrinə ödənilməsi qət edilmişdir. Qeyd edilən məhkəmə qətnaməsi əsasında keçirilmiş hərracların nəticəsində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı ASC-nin mülkiyyətinə keçmiş və onun adına xx.xx.2018-ci il tarixli çıxarış verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmla ka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən yaşayış evi ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduqda və ipoteka qoyulmuş ev satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. İş materiallarından göründüyü kimi Şəki Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh və qeyrilərindən kredit borcunun qaytarılması və tələbin ipoteka predmetinə yönədilməsi qət edilmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən tələb Cavabdeh məxsus ipoteka predmeti olan evə yönəldilmiş, ipoteka predmeti hərrac yolu ilə İddiaçı ASC-nin mülkiyyətinə keçmiş və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin çıxarış alınmışdır. Lakin iddiaçı tərəf fərdi yaşayış evi üzərində tam mülkiyyət hüququ əldə etməsinə baxmayaraq, cavabder halhazırda həmin fərdi yaşayış evindən istifadə edir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən hal bir mülkiyyətçi kimi iddiaçı tərəfin mülkiyyət hüququnun pozulmasına gətirib çıxaran hal kimi qiymətləndirilməlidir. Yuxarıda göstərilənləri, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilmədən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kasasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiy asının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar