Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3199/2022 23.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh X5 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3199/22 Açar sözlər: mülkiyyətdə olan torpaq sahəsinin özgənin qanunsuz sahibliyindən geri tələbi və zərərin ödənilməsi Bakı şəhəri, 23 avqust 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh X5 qarşı “mülkiyyətdə olan torpaq sahəsinin özgənin qanunsuz sahibliyindən geri tələbi və zərərin ödənilməsi” tələbinə dair Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-346/2021 nömr əli mülki iş üzrə 10 noyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh X8 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Torpağa mülkiyyət hüququna dair JN-1214 KOD 80108018 saylı Dövlət aktının sürətindən görünür ki, Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli, 01 saylı qərarına əsasən Astara rayonu Siyəkü kəndində yerləşən 0,21 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün İddiaçı, X6, X3, X2 və X1 birgə mülkiyyətinə verilmişdir.
2. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX № ******* saylı çıxarışın sürətindən görünür ki, Astara rayonu Siyəkü kəndində yerləşən 0,6847 hektar kənd təsərrüfatı tayinatl ı torpaq sahəsi xx.xx.2018-ci il tarixdə xüsusi mülkiyyət hüququ üzrə X4 adına qeydiyyata alınmışdır.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cəlilabad Layihə-Tədqiqat idarəsinin xx.xx.2020-ci il tarixli, M-087 saylı mütəxəssis rəyində Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin elektron baza məlumatlarına əsasən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətlərində olan mübahisəli ərazidə yerləşən 0,07 hektar torpaq sahəsinin 0,04 hektar hissəsinin X4 faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü, Astara rayon Aqrar İslahat Komissiyasının 01 saylı xx.xx.2003-cü il tarixli qərarı ilə JN-1214 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə İddiaçı və onun ailə üzvlərinə Astara rayonu Siyəkü kəndi ərazisində verilmiş 0,21 hektar torpaq sahəsi ilə Dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsünə əsasən X4 mülkiyyətində olan Astara rayonu Siyəkü kəndi ərazisində yerləşən 0,6847 hektar torpaq sahəsinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin elektron baza məlumatlarına əsasən üst-üstə düşmədiyi göstərilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh X5 qarşı “mülkiyyətdə olan torpaq sahəsinin özgənin qanunsuz sahibliyindən geri tələbi və zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Astara rayonu Siyəkü kəndi ərazisində yerləşən onun və ailə üzvlərinin mülkiyyətlərində olan 0,06 hektar torpaq sahəsinin cavabdeh X4 qanunsuz sahi bliyindən alınıb ona verilməsi, cavabdeh tərəfindən vurulan zərərə görə 4000 manat məbləğində pulun, ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi və cavabdehin özbaşınalıq hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 01 saylı qərarına əsasən onun və ailə üzvlərinin mülkiyyətinə Astara rayonu Siyəkü kəndində 0,06 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi JN-1214, KOD-80108018 “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı ilə təsdiqlənmişdir. Torpaq sahəsinin mülkiyyətində olmasına baxmayaraq cavabdeh X8 həmin torpaq sahəsini tam zəbt etmişdir. Bununla isə onun və ailə üzv lərinin həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları pozulmuşdur. Cavabdehlə mübahisəni məhkəmədən kənar həll etməyə çalışsa da, buna nail ola bilməmişdir.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə tikinti-texniki ekspertizasının 17 iyul 2020-ci il tarixli, 10/1125 nömrəli rəyinə əsasən Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli, 01 nömrəli qərarı ilə İddiaçı Astara rayonun Siyəkü kəndi ərazisində verilmiş 0,21 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi ilə Astara rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 2003-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövl ət reystrindən” RX seriyalı, ******* nömrəli çıxarışı ilə X4 xüsusi mülkiyyətinə verilmiş 0,6847 hektar kənd təsərrüfatı tayinatlı torpaq sahəsi üst-üstə düşmür. Bu səbəbdən də iddia edilən torpaq sahəsinin cavabdeh X8 tərəfindən istifadə edilməsi təsdiq olunmamışdır.
7. Astara Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(018)-61/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən M.Məmmədov) iddia əsassız sayılaraq rədd edilmiş, iş üzrə ekspertiza xərci olan 50 manat məbləğində pulun İddiaçı alınaraq dövlət büdcəsinə ödənilməsi, iş üzrə mütəxəssis xərci olan 133 manat, 12 qəpik məbləğində pulun İddiaçı alınaraq "xxxx" ASC-yə - Kod 200071 VÖEN ********** Müxbir hesab Az37 NABZ **********000001944 SFİFT AİİBAZ2X saylı hesaba ödənilməsi qət edilmişdir.
8. Mə hkəmə hesab etmişdir ki, mübahisəli torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunması müəyyən edilməmişdir. Belə ki, iddia tələbi əsassız olduğundan vurulmuş zərərin ödənilməsi barədə tələb də əsassızdır.
9. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84, 111, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 1096.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri və onunla əsaslandırılmışdır ki, torpaq sahələrinin üst-üstə düşmədiyini müəyyən etmiş ekspertin rəyi ilə razılaşmayaraq, ek spertizanın yenidən keçirilməsini xahiş etsə də, birinci instansiya məhkəməsi mübahisəni gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadan, kifayət qədər aydın və tam olmayan ekspert rəyinə əsaslanaraq həll etmişdir. 12. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli mütəxəssis rəyində mübahisəli torpaq sahələrindən İddiaçı məxsus torpaq sahəsinin sənəd üzrə üst-üstə düşdüyü, lakin faktiki 363 kv.m hissəsinin X8 tərəfindən zəbt edildiyi, X5 məxsus torpaq sahəsinin faktiki və sənəd üzrə yerləşməsi arasında fərqlərin mövcud olduğu, X4 istifadəsində 363 kv.m zəbt edilmiş torpaq sahəsinin mövcud olduğu göstərilir.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi əlavə tikinti-texniki ekspertizasının 10/3553 saylı xx.xx.2021-ci il tarixli rəyind ə mübahisəli torpaq sahələrindən İddiaçı məxsus torpaq sahəsinin sənəd üzrə üst-üstə düşdüyü, lakin faktiki 363 kv.m hissəsinin X8 tərəfindən zəbt edildiyi, X5 məxsus torpaq sahəsinin faktiki və sənəd üzrə yerləşməsi arasında fərqlərin mövcud olduğu, X4 istifadəsində 363 kv.m zəbt edilmiş torpaq sahəsinin mövcud olduğu göstərilir.
14. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 10 noyabr 2021-ci il tarixli, 2(106)-346/2021 nömrəli qətnaməsi ilə (hakimlər S.Mayılov (sədrlik edən və məruzəçi), Z.Allahyarov, N.Mirzəyev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən alınıb iddiaçıya verilməsinin təmin edilməmə si hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə qismən təmin edilmiş, Astara rayonu Siyəkü kəndi ərazisində yerləşən İddiaçı və ailə üzvlərinin mülkiyyətlərində olan 0,21 hektar torpaq sahəsinə aid 363 kv.m torpaq sahəsinin cavabdeh X4 qanunsuz sahibliyindən alınıb İddiaçı verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
15. Məhkəmə kollegiyası hesab etmişdir ki, "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli mütəxəssis və tikinti-texniki ekspertizasının 10/1125 saylı xx.xx.2020-ci il tarixli ekspert rəyləri kifayət qədər aydın və tam olmadıqlarına görə əlavə ekspertiza təyin edildiyindən, həmin rəylər mübahisənin həllində mötəbər sübut sayıla bilməz.
16. Məhkəmə kollegiyası əlavə tikinti-texniki ekspertizası üzrə rəylərin kifayət qədər aydın və tam olduğu nu, eləcə də onları vermiş mütəxəssis və ekspertin xüsusi biliklərinin olduğunu nəzərə alaraq, bu rəylərlə razılaşır və cavabdehin, iddiaçıya və onun ailə üzvlərinə məxsus 0,21 hektar torpaq sahəsinin 363 kv.m hissəsini zəbt edərək istifadə etməsi barədə həmin rəylərlə müəyyən edilənləri işin hallarına uyğun saymışdır.
17. Həmçinin, iddiaçı cavabdehin özbaşınalıq hərəkətləri etdiyini, ona 4000 manat məbləğində zərər vurduğunu iddia etsə də, özbaşınalıq hərəkətlərinin və zərərin nədə ifadə olunmasını əsaslandıra bilməmiş, zərərə uğraması, zərərlə cavabdehin hərəkətləri arasında səbəbli əlaqənin olması barədə sübut təqdim etməmişdir.
18. Məhkəmə kollegiyası hesab etmişdir ki, iş üzrə sübutlarla cavabdeh tərəfindən iddiaçıya zərər vurulması halı təsdiq edilmədiyindən, eləcə də iddiaçı özbaşın alıq hərəkətlərinin nədə ifadə olunmasını əsaslandıra bilmədiyindən birinci instansiya məhkəməsinin tələbin həmin hissələrində iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
19. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1, 157.2, 213.6, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84, 111, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 102.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni apellyasiya baxışına göndərilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Şikayət onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin mütəxəssis rəyi mötəbər sübut kimi q əbul edilə bilməz. Belə ki, cavabdehin adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın iddiaçının ailə üzvlərinin adına olan Dövlət aktında göstərilən koordinatlarla uyğun olub-olmaması ekspertiza təyin edilməsi barədə qərardadda sual qoyulmamışdır. Mütəxəssislərin tədqiqat zamanı çöl-tədqiqat işlərini hansı vasitələrdən istifadə etməklə həyata keçirilməsi, koordinatları nəyə əsasən müəyyən etməsi rəydən görünmür.
22. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 101.7, 102, 217.2, 217.3, 217.4, 218, 392.1.5-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
24. Maddə 84.1. Torpaq mülkiy yətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
25. Maddə 84.3. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir.
26. Maddə
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Resp ublikasının Mülki Məcəlləsi
27. Maddə 152.1. Mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
28. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
29. Maddə 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi isti nad etdiyi halları sübut etməlidir.
32. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 416.1. Kassasiya instansiy ası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələr i tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
41. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X8 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-346/2021 nömrəli iş üzrə 10 noyabr 2021-ci il tarixli qətnaməsi dəyiş dirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər: Ələsgər Əliyev Mehparə Əhmədova İsmayıl Xəlilov