Məhkəmə qərarları › İş №2(102)-32/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-32/2021

28.01.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-32/2021 28.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: ümumi istifadədə olan yolun qanunsuz zəbt edilməsi \ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, X8 oğlunun katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-171/2020 nömrəli iş üzrə 21 may 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 28 yanvar 2021-ci il tarixdə Ali Məhk əmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Moranlı kənd İƏD üzrə İN-si X1, kənd sahə müvəkkili X5, kənd sakinləri İddiaçı1, X2 iştirakları ilə tərtib edlmiş aktdan görünür ki, 04.03.2017-ci il tarixdə şikayət əsasında İddiaçı1 həyətyanı sahəsinə gedən yolu açmaq üçün əraziyə gedərkən orada yola mane olan 1 (bir) ədəd söyüd ağacı və iki quru halda pərdi olduğu müəyyən edilmişdir.

2. Sabirabad Rayon İcra Hakimiyyətinin Moranlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 16.03.2018-ci il tarixli arayışdan görünür ki, Moranlı kənd sakini İddiaçı1 xüsusi mülkiyyətində olan fərdi yaşayış evi orada yaşayan kənd sakinlərinin gediş-gəlişinə maneyə törətmir. İddiaçı1 baş yola birləşən gediş-gəliş yolundan istifadə etmək hüququ vardır.

3. ƏMDK-nin 7 saylı ərazi şöbəsinin məsləhətçisi Nazir Mürsəlovun, ƏMDK-nin 7 saylı ərazi şöbəsinin məsləhətçisi X, Sabirabad rayonu, Moranlı kəndi icra nümayəndəsi X, Moranlı kənd sakini Cavabdeh iştirakları ilə 19 may 2017-ci il tarixdə Sabirabad rayonu, Moranlı kəndində tərtib edilmiş aktdan görünür ki, Sabirabad rayonu, Moranlı kənd sakini Cavabdeh ƏMDK-nin 7 saylı ərazi şöbəsinə ərizə ilə müraciət edərək Moranlı kənd sakini İddiaçı1 tərəfindən kənddaxili yolun zəbt edilməklə ev tikilməsini və həmin yoldan istifadəni məhddulaşdırılmasını, araşdırıb müvafiq tədbir görülməsini xahiş etmişdir. Müraciətlə bağlı Sabirabad rayon Moranlı kənd İcra Nümayəndəsi və ərizəçinin iştiraklı ilə tərəflərindən araşdırma aparılmışdır. Araşdırma zamanı Moranlı kənd sakini İddiaçı1 və onun ailəsi nə 165 A nömerəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən 0,20 hektar qanuni və 0,74 hektar zəbt göstərməklə, istifadəsində 0,94 ha xüsusi torpaq sahəsi olduğu müəyyən edilmişdir. Həmin ərazidə İddiaçı1 ev tikmişdir. Tikilmiş ev 1996-cı ildə inşa edilmişdir. Həmin həyətyanı torpaq sahəsinin yol ərazisinin cənubunda faktiki istifadə olunan yol olmuşdur. Hal-hazırda İddiaçı1 həyətyanı sahəsinə sərbəst yolu vardır. İnşa edilmiş ev xəritədə göstərilmiş ərazidən kənarda tikilmişdir və heç vaxt həmin ərazi yol kimi istifadə olunmamışdır. Ərazisi də Cavabdeh həyətyanı torpaq sahəsinə bitişik faktiki olaraq əvvələr də istifadə etdiyi yol mövcuddur və sərbəstdir. Bölgü lahiyəsində göstərilmiş 169A və 167 A nömrəli həyətlərin torpaq sahəsindən sonra ərazi heç vaxt yol kimi istifa də olunmamışdır.

4. ƏMDK-nin 7 saylı ərazi şöbəsinin məsləhətçisi Nazir Mürsəlovun, ƏMDK-nin 7 saylı ərazi şöbəsinin məsləhətçisi X, Sabirabad rayonu Moranlı kəndi icra nümayəndəsi X, Sabirabad rayonu, Moranlı kənd sakini Cavabdeh və İddiaçı1 iştirakları ilə 13 mart 2018-ci il tarixdə Sabirabad rayonu, Moranlı kəndində tərtib edilmiş aktdan görünür ki, Sabirabad rayonu, Moranlı kənd sakini Cavabdeh 7 saylı Şirvan ərazi idarəsinə şikayət ərizəsi ilə müraciət edərək onun həyətyanı sahəsinə gediş-gəliş yolunun Moranlı kənd sakini X tərəfindən zəbt edilərək sərbəst hərəkət edilməsinə maneəçilik törədildiyini bıldirərərk ona bu işdə köməklik edilməsini xahiş etmişdir. Müraciətlə bağlı ərazidə olmuş və araşdırma işləri aparılmışdır. Araşdırma zamanı məlum oldu ki, Cavabdeh bu işlə əlaqədar əvv ələr də müraciət etmiş və müraciəti ilə əlaqədar həyətyanı sahələri kompleks yer qurulmuş əsasında ümumi istifadədə olan gediş-gəliş yolu ona göstəilmiş və bu barədə 19.05.2017-ci il tarixli akt tərtib edilmiş, Moranlı kənd sakini İddiaçı1 və onun ailə üzvləri JN-165A şəhadətnamə üzrə 0,94 ha xüsusi mülkiyyətinə həyətyanı torpaq sahəsi verilmişdir. Layihə üzrə iki şəhadətnamə yəni 165 A və 80 B arasında yol kımı qeyd olunan ərazidə İddiaçı1 fərdi yaşayış evi inşa etdirmişdir ki, bununla da həmin yolu hasarlayaraq bağlamış və gediş-gəliş yolunu məhddulaşdırmışdır. İddiaçı1 öz həyətyanı sahəsinin şimali qərbində olan mövcud yoldan (kollektor ustü yol) istifadə edir. «2-ci yol» olaraq JN166A (Cavabdeh ) nömrəli şəhadətnamə ilə su arxı arasında olan ərazidən istifadə etmək istəyir ki, lahiyədə həmin ərazidə yol kimi qeyd olunmuşdur. Cavabdeh öz növbəsində «2ci yol»u həyətyanı sahə kimi istifadə edir. Onun həyətinin bu hissəsində hasar yoxdur və iddia edir ki. onun həyətyanı sahəsi su arxına qədərdir. Faktiki olaraq İddiaçı1 yaşayış evinin arasında 80B nömrəli şəhadətnamə üzrə imanov X oğlunun mülkiyyətinə verilmiş torpaq sahəsi (yeni mövcud hasar) arasında təqribən 5 metr eni olan boş ərazisinin yol kimi istifadəsi fiziki cəhətdən mümkündür. Həmin qeyd olunan ərazi İddiaçı1 istifadəsində olmaqla həmin bələdiyyəsinin mülkiyyətinə aiddir. Nəticə olaraq Baza xəritələrində olan korepleks lahiyəsini əsas tutaraq hər iki yolun (kollektor üstü yol və «2-ci yol») açaraq ümumi istifadədəd saxlanması məqsədə müvadfiq hesab edilmişdir

5. Moranlı kənd İƏD-si ÜN-si Daşqın İbrahimovun, Moran lı Bələdiyyəsinin sədri Dədəkışi Dövlətovun və sahə rəisi X iştirakları ilə Sabirabad rayonu, Moranlı kəndində 19.05.2017-ci il tarixdə tərtib edilmiş aktdan görünür kı Moranlı kənd sakini Cavabdeh şikayəti əsasında əraziyə təkrar baxış keçirilmişdir. Baxış zamanı məlum oldu ki, Cavabdeh qonşusu İddiaçı1 gedən yolu kəsməmişdir və gediş-gəlişinə mane olan biləcək heç bır tikili tikməmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı1 evini yolun üzərində tikməməklə yolu bir tərəfli bağlamamışdır və digər sakinlərin yoluna istifadəsini kəsməmişdir. Bununla da yol bir tərəfli bağlanmamışdır. İddiaçı1 uzunmüddətli istifadə etdiyi digər yolu vardır, ilkin baxış zamanı (04.03.2017) kəsilən iki ədəd ağac yolun mühafizə zolağında əkilmişdir.

6. Moranlı kənd İƏD-si ÜN-si Daşqın İbrahimovun, sahə k öməkçisi X və şikayətçi Moranlı kənd sakini İddiaçı1 iştirakları ilə Sabirabad rayonu, Moranlı kəndində 04.03.2017-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, şikayətçi İddiaçı1 həyətinə baxış keçirtmişlər. Baxış zamanı yolun üstündə olan kanala boru atıb İddiaçı1 və onun həyətinə gedən yolu bərpa etmişlər və şikayətçiyə tapşırılmışdır ki, həmin yoldan mütəmadi istifadə edə bilər.

7. JN:165A seriyalı 90917018 kod nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”dən görünür ki, Sabirabad rayon Aqrar İslahat Komissiyasının 06 iyun 2003-cü il tarixli 11 saylı qərarı ilə İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağın mülkiyyətə verilməsi məqsədi ilə verilmiş 0,87 ha. t orpaq sahəsi daşınmaz əmlakın dövlət aktı qeydiyyat kitabında onların adına qeydə alınmışdır.

8. Azərbaycan Respublikası. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 15 may 2019cu ıl tarixli, mütəxəssis rəyindən görünür ki, mütəxəssis qarşısında qoyulmuş suallar mülki işə əlavə edilmiş ış materiallarına əsasən, Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin mühəndisinin, Sabirabad Rayon Məhkəməsinin sədrinin, iddiaçıların, cavabdehin və digərlərinin iştirakı ilə naturada sözügedən ərazinin koordinatları GPS aləti vasitəsi ile vurularaq, kameral şəraitdə X10 baza məlumatlarına əsasən, Sabirabad rayonunun Moranlı kəndinin -əyətyanı torpaq sahələrinin kompleks yerquruluşu layihəsi əsasında işlənilmiş elektron DWG xəritəsi nə və ortofoto materialına əsasən araşdırıldı. Aparılmış araşdırma zamanı müəyyən olundu ki, Moranlı kəndinin həyətyanı torpaq sahələrinin kompleks yerquruluşu layihəsi əsasında işlənilmiş elektron DWG xəritəsinə istinadən yaşayış məntəqəsi hüdudları daxilində mövcud olan əsas və ya baş yoldan cənub-şərq istiqamətində ayrılan və bır neçə həyətyanı torpaq sahələrinə, o cümlədən cavabdeh və iddiaçılara xidmət edən yol kollektora kimi nəzərdə tutulmuşdur. Lakin həmin yolun cənub-şərq hissəsi naturaya uyğun olaraq Cavabdeh və onun ailə üzvləri tərəfindən istifadə olunduğu müəyyən edildi.

9. Azərbacan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekpertizası Mərkəzinin 03 fevral 2020-ci il tarixli ekspert rəyində İddiaçı1 və onun ailə üzvlərinə məxsus torpaq sahəsini baş yola birləşdirən gediş-gə liş yoluna Cavabdeh tərəfindən məişət əşyaları (çarpayı və vanna) qoyulduğu, İddiaçı1 və onun ailə üzvlərinin hal-hazırda digər alternativ (kollektorun yan tərəfi ilə) yoldan istifadə etdiyi, bu yolun yerquruluşu planında köməkçi gediş-gəliş yolu kimi nəzərdə tutulduğu göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

10. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ ilə onlara məxsus həyətyanı sahələrini baş yola birləşdirən yoldan istifadə hüquqlarının həyata keçirilməsində hər hansı maneələrin törədilməsinin Cavabdeh və digərlərinə qadağan olunması, onlara yaratdığı qanunsuz maneələrə görə (yolun bağlanması nəticəsində torpaq sahələrindən istifadə edə b ilmədikləri üçün itirilmiş bəhərə, əldən çıxmış faydaya görə) 25000 manat maddi zərərin, 10000 manat mənəvi zərərin əvəzinin cavabdehdən tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

11. İddiaçı1 iddia tələbini onunla əsaslandırmışdır ki, o, Sabirabad rayon X6 06 iyun 2003- cü il tarixli Qərarı ilə Sabirabad rayonu Moranlı kəndinin inzibati ərazisindən 0,87 hektar (pay torpağı) torpaq sahəsi Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında onun mülkiyyətinə verilmişdir. Mülkiyyətlərində olan torpaq sahəsində özlərinə ev tikmişlər, həmin ev 38,8 kv. m. yaşayış, 35.8 kv.m. yardımçı sahədən ibarətdir. Ailəliklə tikdikləri evdə yaşayırlar və torpaq şahəsindən istifadə edirlər. İstifadələrində olan torpaq sahəsi köməkçi yolla baş yola birləşir. Köməkçi yoldan torpaq sahəsi istifadələrinə veriləndən sonra daim istifadə etmişlər. Cavabdeh da qonşuluqda köməkçi yola yaxın sahədən torpaq sahəsi verilmişdir. Cavabdeh öz torpaq sahəsinin qarşısında yolun əks tərəfində olan torpaq sahəsini zəbt etmiş, istifadə etdiyi hər iki torpaq sahəsinin arasından keçən yolu bağlamış, onların baş yola çıxışlarına maneələr yaradaraq onların həmin yoldan istifadələrinə imkan vermir. Cavabdehin yaratdığı maneələrlə əlaqədar onlar aidiyyəti üzrə Sabirabad rayon Moranlı Bələdiyyəsinə və Moranlı Ərazi Nmayəndiliyinə yolun açılması, maneələrin aradan qaldırılmasına dair ərizə ilə müraciət etmişlər. Moranlı Ərazi Nümayəndiliyinin, sahə müvəkilinin və şahidlərin iştirakı ilə 04.03.2017-ci il tarixdə əraziyə yerli baxış keçrilmiş və müəyyən olunmuşdur ki, Cavabdeh həqiqətə n onlara yoldan istifadəyə maneələr yaradır, cavabdeh həqiqətən onların həyətyanı sahələrinə gedən yolu bağlamış, yolda bir ədəd söyüd ağacı əkmiş və yola iki ədəd quru halda olan pərdi qoymuşdur. Mübahisəli yol komisiya üzvləri tərəfindən boşaldılmış və istifadələrinə verilmişdir. Bu barədə 04.03. 2017-ci il tarixdə akt tərtib olunmuşdur. Moranlı Bələdiyyəsinin 16.03.2018 -ci il tarixli arayışından görünür ki, onların torpaq sahəsinin və yaşayış evinin ərazidə yaşayanlara heç bir maneçiliyi yoxdur, onların baş yola birləşən mübahisəli yoldan istifadə etmək hüquqları vardır. Lakin cavabdeh öz qanunsuz hərəkətlərini davam etdirir, onlara həmin yoldan istifadəyə maneələr yaradır, imkan vermir, yolu bağlayır. Qeyd etdiyi kimi mübahisəli yol Moranlı Bələdiyyəsinin torpaq sahəsidir, bələdiyyəyə aid olmaqla ümumi yoldur. Torpaq sahələrini baş yolla birləşdirən yol olmaqla cavabdehə heç bir aidiyyəti yoxdur. Bütün qonşuların həmin yoldan istifadə etmək hüququ vardır. Cavabdeh yolu bağlamaqla onların mülkiyyət hüquqlarını pozaraq qanunsuz hərəkətləri ilə onlara mülkiyyətlərindən istifadə etməyə imkan vermir, onun hərəkətləri nəticəsində onlara küllü miqdarda maddi və mənəvi ziyan dəymişdir. Hesab edirlər ki, məhkəmə qaydasında həyətyanı sahələrini baş yola birləşdirən yoldan istifadə hüquqlarının həyata keçirməsində hər hansı maneələrin törədilməsi Cavabdeh və digərlərinə qadağan olunmalı, bu günə kimi yaratdığı maneələrə görə cavabdehdən 10000 manat mənəvi, 5000 manat maddi ziyanın tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmalıdır.

12. Daha sonra cavabdeh X X3, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 qarşı qarşılıqlı iddia ərizəsi verərək, İddiaçı1 iddiası təmin olunmamaqla və onun qarşılıqlı iddiası təmin olunmaqla İddiaçı1 üzərinə ona və "qeyrilərınə" qarşı qanunsuz hərəkətlərinə son qoymaq öhdəliyi qoyulmaqla, ona verdiyi mənəvi sarsıntılara görə, 10000 (on min) manat kompensasiya ödənilməsi və ödədiyi dövlət rüsumunun tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, Sabirabad rayon Aqrar-İslahat Komissiyasının 06 iyun 2003-cü il tarixli 11 saylı qərarı ilə atası, anası X11, qardaşı X7, Cavabdeh da daxil olmaqla atası adına sənədləşdiriməklə Sabirabad rayonu, Moranlı kəndində 0,34 ha torpaq sahəsi ailələrinin mülkiyyətinə verilmişdir. Həmin qərar əsasında atası a dına yazılmaqla, sabiq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sabirabad rayon şöbəsi və X4 və Lahiyə İnstitutu tərəfindən JN-166 A, kod 90917018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" (29.12.2005-ci il tarixdə) verilmişdir. Onlarla qonşuluqda yaşayan İddiaçı1 aqrar islahatın gedişində ona verilmiş pay torpağından düzgün istifadə etməyərək, bələdiyyə mülkiyyətində olan kənddaxili su kanalını torpaqla dolduraraq suyun axıdılmasının qarşısını almışdır. Bundan sonra cavabdeh “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin verilən torpaq sahələrinin planı və sərhədlərinin ölçüsü hissəsində ona ayrılmış pay torpağının sərhəddi xaricində yaşayış evi inşa etmişdir. Artıq bir neçə illərdir ki, İddiaçı1 özünə məxsus olmayan torpaq sahəsində qeyri-qanuni tikdirdiyi yaşayış e vində özünə “komfort şərait” yaratmaq üçün həyətinə tamamilə ona aid olmayan başqa bir yerdən də yol iddiasında olaraq onların ailələrinə və xüsusən də ona qarşı əsassız olaraq müxtəlif dövlət və hüquq mühafizə orqanlarında iddia qaldırır. Hazırda isə qanunsuz iddialarla məsələnin məhkəmə proseduruna əl atmışdır. Əsassız iddialarına qanunu don geyindirmək üçün İddiaçı1 ondan şikayət vermişdir. Onun tələbi ilə 04.03.2017-ci il tarixdə Moranlı Ərazi Nümayəndliyi, polis sahə müvəkkili gəlib yerində əraziyə baxış keçirmiş və İddiaçı1 məhkəməyə iddia ərizəsindən ona məlum olduğuna görə, həmin günü də hansısa bir Akt tərtib etmişlər. Lakin o, həmin yoxlamanın gedişində iştirak edə bilməmişdir. Səbəb də bundan ibarət olmuşdur ki, 04 mart 2017-ci ildə qeyd etdiyi yoxlamadan əvvəl İddiaçı1 övladı İ ddiaçı4 tərəfindən döyülərək zədə almış atası X xəstəxanaya aparmış, oradan da Sabirabad rayon Polis şöbəsinə gedib X ailəsi tərəfindən onlara edilmiş təcavüz barədə ərizə vermişlər. Sonradan o və atası barışıq ərizələri verdiklərindən cinayət işi başlanması təhqiqatda rədd edilmişdir. Odur ki, onun obyektiv səbəbdən iştirakı olmadan və sənədi tərtib edənlərin də bundan xəbərdar olduqdları halda imzaladıqları Aktın hüquqi qüvvəsi yoxdur. Onun şikayətləri əsasında isə müvafiq dövlət orqanları tərəfindən iki Akt tərtib edilmişdir: Birinci dəfə 19 may 2017-ci il tarixdə, ƏMDK 7 saylı Ərazi şöbəsinin, Sabirabad rayonu Moranlı kənd icra nümayəndəsinin iştirakı ilə həmin aktla müəyyən olmuşdur ki, “Hal-hazırda İddiaçı1 həyətyanı sahəsinə sərbəst yolu vardır, inşa edilmiş ev xəritədə göstərilmiş ərazidən kənarda tikilmişdir. İkinci dəfə 13 mart 2018-ci il tarixdə ƏMDK 7 saylı Şirvan Ərazi şöbəsinin iki vəzifəli şəxsi və Sabirabad rayon Moranlı kəndi İƏD üzrə icra nümayəndəsi tərəfindən akt tərtib edilmişdir. Aktla müəyyən olunmuşdur ki, “Lahiyə üzrə yol kimi qeyd olunan ərazidə X tikinti ili 1992-ci il olan fərdi yaşayış evi inşa etdirmişdir ki, bununla da həmin yolu hasarlayaraq bağlamış və gediş-gəliş yolunu məhdudlaşdırmışdır. İddiaçı1 faktiki öz həyətyanı sahəsinin şimal-qərbində olan mövcud yoldan (kollektor üstü yol) istifadə edir. Ona AR Torpaq Məcəlləsinin 110 və 111-ci, Cinayət Məcəlləsinin 188-ci maddələri izah olunmuşdur. 13.03.2018-ci il tarixli 000675 nömrəli bildiriş verilərək gedişgəliş yolunu məhdudlaşdıran hasarın və kollektor mühafizə zolağında inşa edilmiş həyət tikililərin sökülməsi tələbi qoyulmuşdur”. Bunlardan sonra onun ərizəsinə cavab olaraq Azərbaycan Respublikası ƏMDK 7 saylı Şirvan Ərazi şöbəsinin müdiri 27.03.2018-ci il tarixli məktubla ona bir daha bildirmişdir ki, “Araşdırmanın nəticəsi olaraq İddiaçı1 xəbərdarlıq edilmişdir. Torpaq Məcəlləsinin 110-cu maddəsi izah olunmuşdur və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsinin tələblərinə uyğun olaraq yaxın zamanlarda müvafiq tədbir görüləcəkdir.” Hər iki aktdan çıxan nəticə isə bundan ibarətdir ki, hal-hazırda İddiaçı1 həyətinə sərbəst gediş-gelişi (həm piyada, həm maşın, həm də təxliyyə) yolu vardır. Üstəlik də kollektorun mühafizə zolağını zəbt etməklə oradan da yol kimi istifadə edir. Belə olan halda İddiaçı1 öz həyətinə ikinci gediş-gəliş yolu iddiasına düşməsi tamamilə absurddur. İddiaçı1 ona və digərlərinə qarşı yaratdıqları maneələrin aradan qaldırılması, maddi və mənəvi ziyanın ödənilməsi barədə cəfəng tələblər irəli sürür. Lakin onun göstərdiyi “digərləri” kimlərdir, bilinmir. Vurulan maddi və mənəvi ziyanı sübut etmək öhdəliyi onun üzərində olsa da, heç bir mötəbər sübut təqdim etmir. Mülki Məcəllənin 14.2.6-cı və 14.2.8-ci maddələri “başqa şəxsə zərər vurulmasını” və “fiziki və hüquqi şəxslərin digər hərəkətlərini” mülki hüquq və vəzifələrin əmələ gəlməsinin əsaslarından biri hesab edir. Odur ki, həyətinə faktiki sərbəst gediş-gəliş yolu (həm maşın, həm piyada) olan İddiaçı1 torpaq planından kənar yerdə qanunsuz inşa etdirdiyi evə ikinci yol istəməklə və onu şərləyən ərizələr yazmaqla öz hərəkəti ilə ona zərər vurur, mənəvi sarsınt ılarına səbəb olmuşdur. Torpaq planından kənara çıxaraq ona aid olmayan yerdə ümumi gediş-gəliş yolunu kəsərək qanunsuz yaşayış evi inşa etmiş İddiaçı1 həyətinə sərbəst gediş-gəliş yolu olduğu halda, ikinci gediş-gəliş yolunu tələb etməsi qanunsuz hərəkətini qanuniləşdirmək cəhdidir. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

14. Sabirabad Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 12 iyun 2019-cu il tarixli, 2(056)-22/2019 saylı qətnaməsi ilə (hakim F.Pənahov) ilkin iddia tələbi qismən təmin edilmiş, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 JN165 A kod 90917018 olan “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında məxsus olan həyətyanı torpaq sahəsini baş yolla birləşdirən yoldan istifadə hüquqlarının həyata keçirilməsinə hər ha nsı maneələrin törədilməsinin Cavabdeh qadağan edilməsi, ilkin iddianın qalan hissədə və qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir.

15. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, İddiaçı1 və onun ailəsinin istifadəsinə verilmiş torpaq sahəsinə gedən ümumi istifadədə olan yoldan cabdeh Cavabdeh tərəfindən həmin yolun ona məxsus olmasını iddia etməklə və həmin əraziyə bir neçə məişət əşyalarını yerləşdirməklə iddiaçının sərbəst istifadə etməsinə maneə törədir.

16. Bundan başqa iddiaçılar ilkin iddianın 25.000 manat maddi və 10.000 manat mənəvi ziyanın cavabdehdən tutularaq onlara ödənilməsi barədə tələblərini təsdiq edə biləcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişlər.

17. Həmçinin Cavabdeh «Qanunsuz hərəkətlərə yol verilməməsi öhdəliyinin qoyulması və dəymiş mənəvi ziyanın ödənilməsinə dair” tələblə iddiaçılara qarşı qarşılıqlı tələb irəli sürsə də, bu qanunsuz hərəkətlərin nədə ifadə olunması və onların üzərinə hansı hərəkətlərə yol verilməməsi öhdəliyinin qoyulması barədə tələblərini dəqiqləşdirməmiş və iddiaçıların qanunsuz hərəkətləri barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.

18. Bundan əlavə Cavabdeh ilkin iddiçalar tərəfindən ona hər hansı bir mənəvi zərərin vurulmasını və bu zərərin nədə ifadə olunmasını da təsdiq edə biləcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.

19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – MM) 152.1, 152.5. və 157.4-cü, Mülki Prosessual Məcəllənin 88, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyas ı məhkəməsindəki icraat

20. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir.

21. Apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizasının 03 fevral 2020-ci il tarixli ekspert rəyində İddiaçı1 və onun ailə üzvlərinə məxsus torpaq sahəsini baş yola birləşdirən gediş-gəliş yoluna Cavabdeh tərəfindən məişət əşyaları (çarpayı və vanna) qoyulduğu, İddiaçı1 və onun ailə üzvlərinin hal-hazırda digər alternativ (kollektorun yan tərəfi ilə) yoldan istifadə etdiyi, bu yolun yerquruluşu planında köməkçi gediş-gəliş yolu kimi nəzərdə tutulduğu göstərilmişdir..

22. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-171/2020 nömrəli iş üzrə 21 may 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – N.Mirzəyev (s ədrlik edən və məruzəçi), Q.Kərimov və Z.Babayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 12 iyun 2019-cu il tarixli, 2(056)-22/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

23. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş və birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

24. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi b arədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

27. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

28. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

29. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgü n qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

30. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

32. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. (maddə 152.1) 33. mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka.əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.(maddə 152.5)

34. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya onda n məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.(maddə 157.4) Torpaq Məcəlləsi

35. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. (maddə 48.2)

36. Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. (maddə 47.1)

37. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxs lərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. (maddə 47.2)

38. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir.(maddə 47.3) Mülki Prossesual Məcəllə

39. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

40. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

41. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

42. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

43. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

44. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarıldığı ümumi ifadələrlə qeyd edilsə də, bunun nədən ibarət olması əsaslandırılmamışdır.

47. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

48. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-171/2020 nömrəli iş üzrə 21 may 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar