Məhkəmə qərarları › İş №2(102)-320/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-320/2024

05.02.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-320/2024 05.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-320/2024 (Açar sözlər: fərdi yaşayış evindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1278/2023 nömrəli, 15 avqust 2023-cü il tarixli qətnaməsindən Cavabdeh (vəkil Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətinə 05 fevral 2 024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçıla Cavabdeh 28 mart 2000-ci il tarixdə faktiki nikah münasibətlərinə daxil olmuşlar, lakin nikahlarını rəsmi olaraq qeydə aldırmamışlar.

2. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Çıxarışına əsasən, Quba rayonu, Alpan kəndində yerləşən ümumi sahəsi 36 kv.metr olan fərdi yaşayış evi **********93-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına dövlət qeydiyyatna alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qa rşı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin Quba şəhəri, Alpan kəndində yerləşən, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********9310301 reyestr nömrəli Çıxarışa əsasən onun mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 20 il əvvəl qeyri-rəsmi qaydada el adəti üzrə evlənərək ailə qurmuşdur. Ailə qurduqları ilk vaxtlar münasibətləri yaxşı olsa da, sonradan xasiyyətləri bir birinə uyğun gəlməməyə başlamış, aralarında teztez mübahisələr yaranmışdır. Birgə ailə münasibətlərindən bir qızları dünyaya gəlmişdir. Qızları yetkinlik yaşına çatmış və rəsm i nikaha daxil olmuşdur. Quba rayonu, Alpan kəndində yerləşən fərdi yaşayış evi Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********93-10301 reyestr nömrəli Çıxarışa əsasən, onun mülkiyyətindədir. Cavabdeh də onunla bu illər ərzində ona məxsus evdə yaşamışdır. Lakin, uzun müddətdir ki, cavabdehlə aralarında yaranmış mübahisələr nəticəsində bir evin içində ayrı yaşayırlar. Cavabdehdən evindən çıxmasını tələb etsə də, cavabdeh onun mülkiyyətində olan evdən çıxmır. Əksinə onun evinə girməyinə, evində yaşamağına, evindən istifadə etməyinə maneələr yaradır. Bu isə onun qanunla müəyyən olunmuş mülkiyyət hüquqlarını pozur. Cavabdeh onun mülkiyyətində olan evindən çıxarılmalıdır. Ona görə də, məhkəmə yə müraciət etmək məcburiyyətində qalmışdır.

5. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh iddianı qəbul etməyərək, verdiyi izahatında göstərmişdir ki, o, iddiaçı ilə el adəti üzrə ailə quraraq evlənmiş, lakin bu illər ərzində rəsmi nikaha daxil olmamışdır. Mübahisə predmetini təşkil edən evdə 23 ildir ki, yaşayır. Həmin ev onun ailəsinin köməkliyi ilə inşa edilmişdir. İddiaçı uzun müddət Rusiya Federasiyasında yaşamışdır. İddiaçı sonuncu dəfə Azərbaycana qayıtdıqdan sonra, aralarında mübahisələr yaranmış və aralarındakı münasibət pozulmuşdur. Bu səbəbdən iddiaçı onun evdən çıxarılmasını istəyir. İddiaçı ilə rəsmi nikahda olmasa da, mübahisə predmetini təşkil edən evi o, və qardaşları tikmişdir. Həmin evdən iddiaçı ilə olan münasibətdən doğulan qızını gəlin köçürmüşdür. Onun gedəcə k başqa evi yoxdur. Artıq 45 aydır ki, iddiaçı evə gəlmir. O, iddiaçının evdən istifadəsinə heç bir maneə yaratmamışdır.

6. Quba Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(027)217/2023 nömrəli, 10 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim Rahim Həsənov) iddia təmin edilməmişdir.

7. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********93-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, Quba rayonu Alpan kəndində yerləşən ümumi sahəsi 36 kv.metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına dövlət qeydiyyatına alınmışdır. Tərəflər arasında rəsmi nikah bağlanmasa da, onlar el adəti üzr ə 2000-ci ilin əvvəlində toy edərək birgə yaşamışlar. Cavabdeh ailə üzvü olaraq iddiaçı ilə birlikdə ümumi təsərrüfat aparmışlar. Cavabdeh mübahisə predmeti olan fərdi yaşayış evi inşa edildikdən hal-hazıradək bu evdə yaşayır. Mübahisəli ev hazırda iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçının və onun nümayəndəsinin bildirdiyinə görə cavabdeh onu evə buraxmır və evdən istifadəsinə maneələr yaradır. Cavabdehin evi, mənzili və ya başqa yaşayış sahəsi yoxdur.

8. Məhkəmə mövqeyi ilə bağlı qeyd etmişdir ki, cavabdeh mübahisəli evin mülkiyyətçisi olmasa da, həmin evdən istifadə hüququna malik olduğundan, onun həmin evdən istifadə etməsinə məhdudiyyətlərin yaradılması Azərbaycan Respublikası Konstitusiyasının 43-cü və Avropa Konvensiyanın 8-ci maddəsinin tələbləri baxımından mənzil hüquqlarına, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.2 və 158.2-ci maddələri ilə tənzimlənmiş əmlakdan istifadə hüququna müdaxilə kimi qiymətləndirilməlidir. Tərəflər arasında rəsmi nikah bağlanmasa da, onlar el adəti üzrə 2000-ci ilin əvvəlində toy edərək birgə yaşamışlar. Cavabdeh ailə üzvü olaraq iddiaçı ilə birlikdə ümumi təsərrüfat aparmışdır. Cavabdeh mübahisə predmeti olan fərdi yaşayış evi inşa edildikdən hal-hazıradək bu evdə yaşayır.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.2, 158.4, 228.1, 228.5-ci, Mənzil Məcəlləsinin (köhnə redaksiyada) 53, 123-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respu blikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarına, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa və Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

10. Qətnamədən iddiaçı (nümayəndə və Vəkil1) apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş üzrə idd ia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki mülki iş üzrə hüquqi münasibət 2000-ci ildən sonra yaranmışdır. Belə olan halda 2000-ci ilə qədər qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsini tətbiq etməkdə məhkəmə haqlı deyildir, yəni məhkəmə həmin məcəlləni düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarının və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin mənasından göründüyü kimi onun mülkiyyətində olan mübahisəli evdən cavabdeh istifadə hüququna bu şərtlə malik ola bilərdi ki, həmin maddi hüquq normasının pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair mövqe evə cavabdehin istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış olan və ya həmin (dəlillər) evin tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilsin. Lakin iş materiallarından göründüyü kimi Quba rayonunun Alpan kəndində yerləşən mülkiyyətində olan evə cavabdehin istifadə hüququ yoxdur, mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma da yoxdur. Birinci instansiya məhkəməsi cavabdehin onun evindən istifadə hüququnu onunla arasındakı ailə münasibəti ilə, yəni, cavabdehin onun arvadı olması ilə əsaslandırmışdır. Bununla da məhkəmə Azərbaycan Respublikasinin Ailə Məcəlləsinin 2-ci maddəsinin müddəalarını pozmuşdur. Belə ki, Ailə Məcəlləsinin 2 və 9.4cü maddələrinin mənasına görə ailə münasibəti əsasında ər-arv ad hüququ müvafiq icra hakimiyyəti orqanında nikah qeydiyyata alındıqda yaranır. İş materiallarından göründüyü kimi iddiaçının cavabdehlə nikah qeydi olmamışdır. Deməli cavabdeh onunla ailə münasibətində olmamış, aralarında ər-arvad hüququ yoxdur. Göründüyü kimi, hazırki mülki iş üzrə hüquqi münasibət 2000-ci ildən sonra yaranmışdır. Belə olan halda 2000-ci ilə qədər qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsini tətbiq etməkdə məhkəmə haqlı deyildir, yəni məhkəmə həmin məcəlləni düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarının və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin mənasından göründüyü kimi iddiaçının mülkiyyətində olan mübahisəli evdən cavabdeh istifadə hüququna bu şərtlə malik ola b ilərdi ki, həmin evə cavabdehin istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış ola və ya həmin evin tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilsin.

12. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apelyasiya instansiya məhkəməsi) 2(105)-1278/2023 nömrəli, 15 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Lətifə Məmmədova (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Səyyad Qafari) apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilmiş, cavabdehin Quba şəhəri, Alpan kəndində yerləşən, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx. 2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********93-10301 reyestr nömrəli Çıxarışa əsasən iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılması qət edilmişdir.

13. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında nikah müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydə alınmadığından onlar arasında hər hansı hüquq və vəzifələr yaranmamışdır. Belə olan halda Mənzil Məcəlləsinin (köhnə redaksiyada) 123 və 53-cü maddəsinə əsasən cavabdeh iddiaçının ailə üzvü-arvadı olmadığından cavabdeh həmin evə dair iddiaçı ilə eyni hüquqlara malik deyildir. Həmçinin iş materiallarından müəyyən edilir ki, mübahisəli fərdi yaşayış evi xx.xx.2022-ci il tarixdə iddiaçının adına dövlət qeydiyyatına alınmışdır.

14. Məhkəmə kollegiyası qey d etmişdir ki, tərəflər arasında yaşayış sahəsindən istifadə hüququ ilə bağlı münasibətlər xx.xx.2022-ci il tarixində (fərdi yaşayış evinin iddiaçının adına dövlət qeydiyyatına alınması tarixi) yarandığından mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 1 oktyabr 2009-cu il tarixli Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları nəzərə alınmaqla cavabdeh mənzildən çıxarılmalıdır. İddiaçı ilə cavabdeh arasında ər-arvad münasibətləri mövcud deyildir.

15. Məhkəmə kollegiyası mübahisəli fərdi yaşayış evinin nənəsinin evinin tikinti materialları hesabına tikilməsinə dair cavabdehin dəlillərinə qiymət verərək hesab etmişdir ki, cavabdeh qeyd edilən halları təsdiq edəcək sübutları təqdim etməmişdir.

16. Apelyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Ko nstitusiyasının 43, 12, 13 və 29-cu maddələrinə, Mülki Məcəllənin 158 və 228-ci maddələrinə, Mənzil Məcəlləsinin (yeni redaksiyada) 30-cu maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına və Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 77.1, 88, 106.1, 217.2, 217.3, 217.4 və 384.0.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etiraz ın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

17. Qətnamədən cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası mübahisəli evin cavabdehin adına qeydiyyatda olmasını qəbul etmiş, lakin həmin əmlaka dair cavabdehə münasibətdə müdaxilənin qanunsuz olduğunu nəzərə almamış, maddi hüquq normalarını düzgün tətbiq edilməmişdir. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə kollegiyası bu prinsipi vurğulasa da, nəticə etibarı ilə cavabdehin istifadə hüququnun müdafiəsində olmamışdır. Həmin maddələr əsasən mülkiyyət hüququ ilə yanaşı, əmlakdan istifadə hüququ da əmlak hüquqları sırasına daxildir və əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Bu mənada cavabdehin mübahisəli evə görə mülkiyyət hüququ qeydə alınmamış olsa da, həmin əmlaka görə hüquqlu olmuşdur. Məhkəmə həmçinin təqdim edilmiş sübutları tam və hərtərəfli araşdırmamış, onlara lazımi hüquqi qiymət verməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası.

19. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

20. Maddə 29, İİ hissə. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

21. Maddə

6. Mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır.

22. Maddə 8.2. Mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir.

23. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

24. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

25. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər dava m etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

26. Maddə 158.1.2. Əmlakdan istifadə hüququ əmlak hüququ sayılır.

27. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

28. Maddə 228.1. Yaşayış binası mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış olsun.

29. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam ver ilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi.

30. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keç miş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

31. Maddə 30.7. Mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır. “İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının İ saylı protokolu.

32. Maddə 1. “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz.” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

36. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi ha lları sübut etməlidir.

38. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

43. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

44. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının h ədləri:

45. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

46. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tə rəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

48. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəm əsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

49. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli s ürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

50. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halları n aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

51. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

52. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1278/2023 nömrəli, 15 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar