Məhkəmə qərarları › İş №2(102)-3200/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3200/2025

13.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sai
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3200/2025 13.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Birinci iş üzrə İddiaçı X8 və Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası, Lənkəran rayon 1 saylı Notariat Ofisi və X18); ikinci iş üzrə İddiaçı cavabdehlər Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8, Lənkəran rayon 1 saylı Notariat Ofisi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsi) birləşdirilmiş mülki işlər iş üzrə QƏRARİ Açar sözlər: bağış lama müqaviləsinin etibarsızlığı, bağışlamadan imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-106/2025 nömrəli 2 iyul 2025-ci il tarixli qətnaməsindən birləşdirilmiş mülki işlər üzrə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 13 noyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Lənkəran Rayon Məhkəməsinin 26 may 1999-cu il tarixli hökmü ilə Qədirov (Qədirli) Elnur Malik oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15,95-ci maddəsi ilə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına mə hkum edilmiş, cəzasının çəkib qurtarmışdır.

2. Qədirov (Qədirli) X16 Ağır Cinayətlər Məhkəməsinin 10 avqust 2011-ci il tarixli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.3-cü maddəsi ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 13 oktyabr 2012-ci il tarixli qərarı ilə cəzası 11 ilə azaldılmış, 10 mart 2020-ci il tarixdə cəza çəkməkdən vaxtından əvvəl azad edilmişdir

3. İddiaçı Qədirov (Qədirli) Elnur Malik oğlu ilə Dövlət Əmlak Komitəsi arasında bağlanmış 05 yanvar 1998-ci il tarixli 9364 nömrəli “Müəssisənin (obyektin) alqı-satqı müqaviləsi” əsasında ünvan 1 ünvanında yerləşən, 87,33 kv metr ümumi sahəsi olan “Dostluq” çayxanası onun adına özəlləşdirilmiş, bu barədə ona 24 oktyabr 2008-ci il tarixli 004055 n ömrəli Şəhadətnamə verilmişdir. 4. xx.xx.2012-ci il tarixli etibarnamə ilə Bakı İstintaq Təcridxanasında olan İddiaçı sözügedən əmlakın ½ hissəsi ilə bağlı hərəkətləri etməyi, o cümlədən bağışlamağı və barədə olan müqaviləni imzalamağı 10 mart 2012-ci il tarixə kimi etməyi X4 etibar etmişdir. 5. xx.xx.2012-ci il tarixli etibarnaməyə əsasən Ədliyyə Nazirliyi Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasından olan Qədirov (Qədirli) Elnur Malik oğlu “Dostluq” çayxanasını əmlakı qardaşı Cavabdeh adına sənədləşdirilməsinə razılıq vermişdir. 6. 22 may 2012-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Lənkəran şəhəri, İskəndər Səmədzadə küçəsi-59 ünvanda yerləşən, dövlət mülkiyyətində olan 0,00971 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi olan 87,9 kv metr qeyri-yaşay ış binası tam hissədə X7 adına dövlət qeydiyyatına alınmışdır. 7. xx.xx.2012-ci il tarixli Lənkəran rayon Notariusu tərəfindən təsdiqlənmiş bağışlama müqaviləsinə əsasən Elnur Qədirov mülkiyyətində olan Lənkəran şəhəri İskəndər Səmədzadə küçəsi yerləşən 87,9 kv metrlik qeyri-yaşayış binasının ikidə bir hissəsini qardaşı Cavabdeh bağışlamışdır. 8. 22.08.2023-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Lənkəran şəhəri, İskəndər Səmədzadə küçəsi-59 ünvanda yerləşən, ümumi sahəsi olan 87,9 kv metr, torpaq sahəsi 0,00971 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində olan qeyri-yaşayış binası ½ hissədə X7 ½ hissədə isə Cavabdeh mülkiyyətindədir.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli 5578/2 024 saylı məktubunda qeyd olunmuşdur ki, Bakı İstintaq Təcridxanasında etibarnamələrin qeydiyyat jurnalında, həbsdə saxlanılan İddiaçı tərəfindən xx.xx.2012-ci ildə 032 saylı qeydiyyatla X4 etibarnamə verilməsi qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birləşdirilmiş işlər üzrə birinci instansiya məhkəməsində icraat

10. İddiaçı Cavabdeh qarşı (müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X8, Lənkəran rayon 1 saylı Notariat ofisi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsi) iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək onun adından verilmiş etibarnamə əsasında hərəkət e dən Ənsar Nuriyev tərəfindən xx.xx.2012ci il tarixdə Lənkəran rayon Notariat ofisinin notariusu Səfər İsmayılovun iştirakı ilə bağlanılmış "Qeyri-yaşayış binasının bağışlama müqaviləsi”nə əsasən Lənkəran şəhəri İ.Səmədzadə küçəsi 18 ünvanda yerləşən və mülkiyyət hüququ əsasında ona məxsus olan “Dostluq” çayxanasının ½-nin onun qardaşı Cavabdeh bağışlanmasından imtinanın (müqavilənin ləğvi) məhkəmə tərəfindən təmin edilməsi, xx.xx.2012-ci il tarixli "Qeyri- yaşayış binasının bağışlama müqaviləsi” əsasında Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində aparılmış akt qeydinin ləğv olunması və həmin akt qeydi əsasında İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDRK Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2012-ci il tarixli ********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışların və İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDRK publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən həmin “Dostluq” çayxanasına dair tərtib edilmiş xx.xx.2012-ci il tarixli 8690 inventar nömrəli Texniki pasportun ləğv edilməsi və iddiaçının öz adına yeni Çıxarış və Texniki pasportun verilməsini xahiş etmişdir.

11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Dövlət Əmlak Komitəsi arasında bağlanmış xx.xx.1998-ci il tarixli 9364 nömrəli “Müəssisənin (obyektin) alqı-satqı müqaviləsi” əsasında ünvan 3 ünvanında yerləşən, 87,33 kv metr ümumi sahəsi olan “Dostluq” çayxanası onun adına özəlləşdirilmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmünə əsasən o, həmin vaxt qüvvədə olan CM-in 15,95-ci maddəsi ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzanın əvvəli xx.xx.1999-cu il tarixdən hesablanmışdır. Cəza müddəti bitəndən sonra, onun müraciəti əsasında Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən ünvan 4 ünvanında yerləşən, 87,33 kv metr ümumi sahəsi olan “Dostluq” çayxanasının satılmasına dair xx.xx.2008-ci il tarixli 004055 nömrəli Şəhadətnamə ona verilmişdir. Sonradan, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə, CM-in 182.3.3-cü maddəsi ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2012ci il tarixli qərarına əsasən təyin edilmiş cəza 11 ilə endirilmişdir. Cəzanın əvvəli xx.xx.2010-cu il tarixdən hes ablanmış, lakin o, xx.xx.2020-ci ildə cəza çəkməkdən vaxtından əvvəl azad olunmuşdur. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan dövrdə onun CM-in ağır maddəsi ilə uzun müddətə azadlıqdan məhrum ediləcəyi, sağ-salamat qayıtmaya biləcəyi ehtimalını nəzərə alaraq, gələcəkdə ailəsinin maddi rifahının lazımi səviyyədə təmin edilməsindən, həmçinin onun iaşə obyektinin fəaliyyətinin lazımi qaydada davam etdirilməsindən ötrü şəxsi mülkü olan “Dostluq” çayxanasının tələblərə uyğun şəkildə yeni mülkiyyət sənədlərinin (Çıxarış və Texniki pasport) onun adına alınması zərurəti yaranmışdır. Həmin dövrdə onun yanına təcridxanaya gəlmiş dayısı Nümayəndə4 onun adına yeni mülkiyyət sənədlərinin hamısını alacağına onu inandırmış, bunun üçün ona müvafiq etibarnamə verilmə li olduğunu bildirmiş və onlar bu barədə razılaşmışlar. Onun oxuya və yaza bilmədiyi latın qrafikalı əlifba ilə dayısının adına xx.xx.2012-ci il tarixli 40-032 nömrəli etibarnamə tərtib edilmiş və ona imza etdirilmişdir. Həmin etibarnamə ilə dayısı X21 şəhəri Səmədzadə küçəsi 18 ünvanında yerləşən “Dostluq” çayxanasının sənədlərini DƏDRX Lənkəran Ərazi İdarəsinə təqdim etmək, Çıxarış, Texniki pasport və Forma-1 arayışını almaqla yanaşı, qeyd olunan sənədləri aldıqdan sonra həmin qeyri-yaşayış binasının ½ hissəsini bağışlamaq, müqaviləni imzalamaq da ona etibar edilmişdir. Etibarnamə belə bir şərtlə verilmişdir ki, əgər o, cəzaçəkmə müəssisəsindən sağ-salamat qayıdarsa, geri qayıtdıqda həmin mülk ona qaytarılacaqdır. Həmin etibarnamə əsasında hərəkət edən X23 şəhəri İskəndər Səmədzadə küçəs ində 0,0097 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli ümumi sahəsi 87,9 kv metr olan qeyri-yaşayış binasına dair DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2012-ci il tarixli MA0378462 nömrəli çıxarışı, DƏDRX Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli **********09- 06301 saylı Texniki pasportu və xx.xx.2012-ci il tarixli 22-28-863 saylı arayışı əldə etmişdir. Daha sonra Ənsar Nuriyev həmin etibarnamə əsasında hərəkət edərək xx.xx.2012-ci il tarixdə Lənkəran rayon Notariat Ofisinin notariusu Səfər İsmayılovun iştirakı ilə bağlanılmış “Qeyri-yaşayış binasının bağışlama müqaviləsi”nə əsasən Lənkəran şəhəri Səmədzadə küçəsi 18 ünvanda yerləşən və mülkiyyət hüququ əsasında ona məxsus olan “Dostluq” çayxanasının ½-ni on un qardaşı Cavabdeh bağışlamışdır. Həmin müqavilə bağlanan zaman MM-in 666-674-cü maddələrinin məzmunu təfsilatı ilə müqavilə iştirakçılarına, yəni onun adından hərəkət edən Ənsar Nuriyevə və müqavilənin ikinci tərəfi kimi Cavabdeh izah edilmişdir. O, xx.xx.2020-ci il tarixdə azadlığa çıxandan sonra ona məlum olmuşdur ki, 2012-ci ildə istintaq təcridxanasında saxlanıldığı dövrdə latın qrafikalı əlifba ilə yazılmış və onun oxumadan imzaladığı, şəxsi mülkiyyətində olan “Dostluq” çayxanasının yeni mülkiyyət sənədlərini almaq üçün verdiyi etibarnamə əsasında doğma qardaşı Cavabdeh onun şəxsi mülkünün yarısına sahib olmuşdur. Sonradan o, bu barədə Cavabdeh soruşduqda, Cavabdeh bağışlama zamanı qanunda nəzərdə tutulan, paylı mülkiyyətçinin bütün öhdəliklərini yüksək səviyyədə və vicdanla icra edəcəyinə bir daha söz vermişdir. Ona görə də, o, dayısı və qardaşının öz vədlərinə əməl edəcəklərinə inanmış, bu səbəbdən onların bu hərəkətləri ilə bağlı həmin vaxt qanuni tədbirlərə əl atmamışdır. Bundan sonra, Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli 167 nömrəli sərəncamı əsasında adıçəkilən orqan ilə həmin obyektinin paylı mülkiyyəçiləri kimi o özü və qardaşı arasında bağlanılmış “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2022-ci il tarixli 3638 nömrəli müqaviləyə əsasən ünvan 6 ünvanında qeyri-yaşayış binanın yerləşdiyi 129,4 kv metr torpaq sahəsi onlara icarəyə verilmişdir. Daha sonra xx.xx.2021-ci il tarixə ol an vəziyyətə əsasən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli **********43-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış, həmçinin İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDRK publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən həmin “Dostluq” çayxanasına aid **********43 reyestr nömrəli, 8690 inventar nömrəli Texniki pasport işlənmişdir. Qeyd olunan hüquq müəyyənedici sənəddə icarələrində olan torpaq sahəsi 3 ayrı-ayrı hissələrdə olmaqla ağqara zolaqla işarələnmişdir. Göstərilən torpaq sahəsi hissələrindən ən böyüyünün sahəsi, eni 4,2 metr, uzunluğu 17,1 metr olmaqla 71,82 kv metr, orta ölçülü olanın ın sahəsi, eni 4 metr və 3,75 metr, uzunluğu isə 12,5 metr olmaqla 54,25 kv metr təşkil edir və çayxana xidmətinin göstərilməsindən ötrü istifadə edilməkdədir. Lakin yay mövsümü bitəndən sonra həmin torpaq sahələrində yerləşdirilmiş masaların və oturacaqların yağış suları altında qalaraq sıradan çıxmaması, həmçinin yağışlı günlərdə də vətəndaşlara çayxana xidməti göstərilməsindən ötrü həmin sahənin dəqiq sərhədləri çərçivəsində mövcud tikinti norma və qaydalarına uyğun dəmir konstruksiya tipli talvarlar quraşdırmaq qərarına gəlmişdir. Həmin məsələ ilə bağlı Lənkəran şəhər İcra Hakimiyyətinin memarlıq şöbəsinə müraciət etmişdir. Memarlıq şöbəsinə təqdim etdiyi hüquqmüəyyənedici sənədlər, həmçinin yerində aparılmış müvafiq baxış və müayinələr əsasında onun Daşınmaz Əmlakın Dövlət Reyestrinin RX-0001345 saylı çıxarışına əsasən şəhərin İskəndər Səmədzadə küçəsi 59 ünvanında yenidənqurma və artırma işlərinin aparacağı qeyri-yaşayış binasının layihəsi Lənkəran şəhərinin baş memarı ilə razılaşdırılmaqla Lənkəran şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Həmin layihə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin hüquqmüəyyənedici sənədlərinə, həmçinin qüvvədə olan qanunvericiliyiin tələblərinə əsasən işlənib hazırlanmış və təsdiq edilmişdir. Göstərilən layihənin hazırlanması ilə yanaşı, qeyd edilən “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə, hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2022-ci il tarixli 3638 nömrəli müqavilənin 2.2-ci və 6.1-ci bəndlə rinin müddəalarını rəhbər tutaraq həmin müqaviləyə əsasən onun tərəfindən icarəyə götürülmüş ünvan 6 ünvanında qeyri-yaşayış binasının yerləşdiyi 129,4 kv metr torpaq sahəsinin hüdudlarında istehlakçılara göstərilən çayxana xidmətinin səviyyəsinin artırılması məqsədilə tikinti-quraşdırma layihəsi aidiyyəti yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış, mövcud tikinti norma və qaydalarına uyğun olaraq quraşdırılması nəzərdə tutulan dəmir konstruksiya tipli talvarların quraşdırılması ilə bağlı o, İqtisadiyyat Nazirliyi yanında ƏMDX rəis müavini cənab Elçin Yusubova müraciət etmişdir. Həm istehlakçılara yüksək keyfiyyətli çayxana xidmətləri göstərilməsi, həm də onlara baha qiymətə başa gəlmiş avadanlıqların qorunması məqsədlilə o, mövcud tikinti norma və qaydalarına uyğun olaraq quraşdırı lması nəzərdə tutulan dəmir konstruksiya tipli talvarların tikinti-quraşdırma layihəsini aidiyyəti yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla, quraşdırılmasına yazılı razılıq almaq üçün İqtisadiyyat Nazirliyi yanında ƏMDX-yə müraciət etməklə, icarəyə götürdüyü torpaq sahəsinin sərhədləri daxilində yalnız öz şəxsi vəsaiti hesabına, onunla birgə paylı mülkiyyətə sahiblənmiş cavabdeh Azər Qədirlidən heç bir məbləğ almadan keyfiyyətli və yaraşıqlı dəmir konstruksiyalı talvar quraşdırmışdır. Lakin sonradan ona bəlli olmuşdur ki, kifayət qədər böyük vəsait hesabına başa gəlmiş talvarın quraşdırılmasına xeyir-dua verməklə onu arxayın edən və xeyli pul vəsaiti xərclətdirən cavabdeh ondan gizli olaraq iddiaçı qismində İqtisadiyyat Nazirliyi yanında ƏMDX-yə və ona qarşı “icarə müqaviləsin in etibarsız sayılması və qanunsuz tikililərin sökülməsi” barədə tamamilə əsassız, uydurma və qanunsuz iddia tələbi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Hazırda həmin iddia tələbi üzrə 2(011)-8382/2023 saylı mülki iş Xətai Rayon Məhkəməsinin (hakim Aygün Həsənova) icraatındadır. Həmin iddia tələbinə görə iddiaçı xx.xx.2022-ci il tarixdə bağlanmış "Özəlləşdirilən dövlət müəssisə və obyektlərin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında" müqavilənin etibarsız sayılması və qanunsuz tikililərinin sökülməsini xahiş etmişdir. Qeyd olunan müqavilə qüvvədə olan qanunvericiliyin tələblərinə riayət edilməklə bağlandığından, bağlanılan vaxt heç bir hüquq pozuntusuna yol verilmədiy indən və həmin müqavilənin tələblərinə əsasən ünvan 6 ünvanında qeyri-yaşayış binanın yerləşdiyi 129,4 kv metr torpaq sahəsi onlara icarəyə verildiyindən, həmçinin, həmin sahədə aparılacaq tikinti işləri də İqtisadiyyat Nazirliyi yanında ƏMDX ilə razılaşdırıldığından həmin müqavilənin etibarsız sayılması və icarəyə götürülmüş sahədə tikiləcək talvarın sökülməsi üçün heç bir hüquqi və faktiki əsas yoxdur. Göründüyü kimi, onun mülkünün yarısına sahiblənmiş Cavabdeh bilərəkdən və qərəzli olaraq özünün paylı mülkiyyətçi hüquqlarından sui-istifadə edib öz vəzifələrini vicdanla yerinə yetirməyərək onun əziyyətlə özəlləşdirdiyi, fəaliyyətinin yararsız hala gəlməsinin və müflis olmasının qarşısını aldığı, fəaliyyətini davam və inkişaf etdirməklə, istifadə ərazisini böyütməklə özünün və onun ailəsi nin maddi təminatını təşkil etdiyi "Dostluq” çayxanasının fəaliyyətini məqsədli şəkildə iflic vəziyyətinə gətirməklə məşğuldur. Cavabdeh “Dostluq” çayxanasının onun və ailəsinin yeganə dolanacaq mənbəyi olduğunu, qeyd edilən icarə müqaviləsinin pozulması halında həmin çayxananın rentabelliyinin (gəlirliliyi) itiriləcəyini və obyektinin müflis olacağını, bunun nəticəsində onun ailə büdcəsinə bərpaolunmaz maddi ziyan vurulacağını bilə-bilə özünün qanunazidd hərəkətlərini yenə də davam etdirir. O öz qanuni mülkünü geri almasa, cavabdehin onun işini iflic edəcəyi aydın olduğundan vəziyyətin dözülməz olduğunu başa düşərək onun adından tərtib edilmiş etibarnamə əsasında hərəkət edən dayısı Ənsar Nuriyev tərəfindən xx.xx.2012-ci il tarixdə bağlanmış “Qeyri-yaşayış binasının bağışlama müqaviləsi”n ə əsasən “Dostluq” çayxanasının ½-nin qardaşı Cavabdeh bağışlanmasından imtina etmək qərarına gəlmişdir. Bu məqsədlə məhkəməyə müraciət etməzdən əvvəl o, Cavabdeh onun adından bağışlanmış əmlakın 2 gün müddətində könüllü olaraq qaytarılması barədə xx.xx.2023-cü il tarixli bildiriş göndərmiş, həmin bildiriş poçt xidməti vasitəsilə Cavabdeh ünvanına xx.xx.2023-cü il tarixdə verilmişdir. Bununla yanaşı, həmin bildirişin surəti poçt xidməti vasitəsilə Lənkəran rayon 1 saylı notariat ofisinin xüsusi notariusu Səfər İsmayılova da verilmişdir. İddia tələbi qanuni və əsaslı olduğundan 2012-ci ildə onun adından verilmiş etibarnamə əsasında hərəkət edən dayısı Ənsar Nuriyev tərəfindən xx.xx.2012-ci il tarixdə Lənkəran rayon 1 saylı notariat ofisinin xüsusi notariusu Səfər İsmayılovun iştirakı ilə ba ğlanmış “Qeyri-yaşayış binasının bağışlama müqaviləsi”nə əsasən Lənkəran şəhəri Səmədzadə küçəsi 18 ünvanda yerləşən və mülkiyyət hüququ əsasında ona məxsus olan “Dostluq” çayxanasının ½-nin onun qardaşı Cavabdeh bağışlanmasından imtinası məhkəmə tərəfindən təmin edilməlidir.

12. Cavabdeh iddia tələbinə dair məhkəməyə etiraz ünvanlamış və həmin etirazını onunla əsaslandırmışdır ki, onun İddiaçı qarşısında hər hansı mülkiyyətçilik öhdəlikləri yoxdur. Mübahisə predmetinə aid olan bağışlama müqaviləsində də hər hansı şərt göstərilməmişdir. Hesab edir ki, iddiaçı mülki qanunvericilikdən xəbərsizdir. Onunla və iddiaçı ilə Lənkəran rayon Ərazi Əmlak Xidməti arasında bağlanmış müqavilə əsasında ünvan 6 ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 92,9 kv metr torpaq sahəsi onlara icarəyə veri lmişdir. Torpaq sahəsi üç hissədən ibarət olmuşdur. Həmin torpaq sahəsinin bir hissəsi 35,3 kv metr, bir hissəsi 9,5 kv metr, bir hissəsi isə 48,1 kv metr olmaqla, cəmi 92,9 kv metr torpaq sahəsi icarə müqaviləsi əsasında icarəyə götürülmüşdür. ünvan 6 ünvanında yerləşən, onun və iddiaçının birgə mülkiyyətində olan qeyri-yaşayış binasının istifadəsindəki, dövlət mülkiyyətinə aid torpaq sahəsinin faktiki vəziyyətinə uyğun Baş Planın surəti məhkəməyə təqdim edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli 167 nömrəli sərəncamına əsasən həmin obyektin paylı mülkiyyətçiləri kimi onunla və qardaşı ilə bağlanılmış "Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2022-ci il tarixli 3638 nömrəli müqaviləyə əsasən ünvan 6 ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 129,4 kv metr torpaq sahəsi onlara icarəyə verilmişdir. İddiaçının dəlilləri tamamilə yanlışdır. Belə ki, o, xx.xx.2022-ci il tarixli 3638 nömrəli müqaviləyə imza etməmişdir. Əslində, belə müqavilənin mövcud olması barədə məlumatı yoxdur. Həmin müqaviləyə onun adından və onun xəbəri olmadan imza edilmiş, bir ildən sonra telefon vasitəsilə torpağa aid texniki sənədin fotoşəkli təqdim edilmişdir. Bu səbəbdən aralarında narazılıq yaranmışdır. Həmin müqavilənin ləğvi üçün o, Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmiş, müqavilə İqtisadiyyat Nazirliyi yanında ƏMDX tərəfindən ləğv edilmişdir. Buna görə İddiaçı qərəzli şəkildə 2012-ci il tarixli bağışlama müqaviləsindən imtina edilməsinə dair məhkəməyə iddia vermişdir. Əslində iddiaçı özü dayısı oğlu Vasif Nuriyevin obyektinin (yeməkxananın) qarşısında və istifadəsində olan torpaq sahəsinə onun xəbəri olmadan göz dikmişdir. Sonradan ona məlum olmuşdur ki, onun adından saxta imza etməklə icarə müqaviləsi bağlanmışdır. Belə ki, razılaşdığı 92,9 kv metr torpaq sahəsinin ölçüləri onun xəbəri olmadan qanunsuz şəkildə və bir qrup şəxslə əlbir olmaqla 129,4 kv metr torpaq sahəsi ilə əvəz edilmişdir. Bunun nəticəsində iddiaçı Vasif Nuriyevin istifadəsində olan torpaq sahəsinə daxil olmuşdur. Bu da onu göstərir ki, torpaq sahəsi qohumu tərəfindən onlara uzun müddət ərzində təmənnasız verilsə də, iddiaçı onun torpağına göz dikmişdir. Ona görə də iddiaçının ona, L ənkəran rayon 1 saylı Notariat Ofisinə və İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDRK publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı qeyri-yaşayış binasının ½ hissəsini bağışlamaqdan imtina edilməsi tələbinə dair iddiası əsasız və qanunsuz olduğundan həmin iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir.

13. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(049)-518/2024 saylı qətnaməsi (hakim Kamran Süleymanov) ilə iddianın rədd olunması qət edilmişdir.

14. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı özünə məxsus daşınmaz əmlakın ½ hissəsini 2012-ci il tarixində hazırkı iş üzrə Cavabdeh notariat qaydasında təsdiqlənən müqavilə əsasında (digər şəxsə verilmiş etibarnamə vasitəsilə) bağışlamışdır. İddiaçı mülkiyyətində olan əmlakın bir hissəsini cavabdehə qanunun tələblərinə cavab verən müqavilə ilə bağışlamış, həmin müqavilə əsasında əmlakı bağışlayarkən bağışlamanı hər hansı bir öhdəliklə şərtləndirməmişdir. Qeyd olunan müqavilə bağlanarkən iddiaçının onu təmsil edəcək Ənsar Nuriyev adlı şəxsə verdiyi etibarnamədə iddiaçının Lənkəran şəhəri İskəndər Səmədzadə küçəsində yerləşən “Dostluq” çayxanasının sənədlərini ƏMDX yanında DƏDRX Lənkəran Ərazi İdarəsinə təqdim etməyi, Çıxarış, Texniki pasport və Forma 1 arayışı almağı, sənədləri aldıqdan sonra həmin qeyri-yaşayış binasının ½ hissəsini bağışlamağı Ənsar Nuriyevə etibar etdiyi etibarnamədə bilavasitə göstərilmişdir. İddiaçı hazırkı iddia tələbində həmin etibarnaməni öz xətti ilə yazmadığını, latın qrafikalı əlifbanı bilmədiyindən etibarnaməni oxumadığını və etibarn aməyə görüş yerində deyil, həbsxananın rəisinin otağında tez-tələsik imza etdiyini bildirsə də, həmin hallar etibarnamənin qanunsuz olaraq tərtib və təsdiq edildiyini deməyə əsas vermir. Etibarnamədə obyektin kimin adına keçiriləcəyinin qeyd olunmadığını bildirməklə iddiaçı həmin etibarnamənin məzmunu ilə tanış olduğunu dolayı yolla etiraf etmişdir. Eyni zamanda, iddiaçı etibarnamənin verildiyi vaxtdan sonra keçən 10 ildən artıq müddət ərzində, hətta həbsdən azad olunduğu vaxtdan sonra keçən 3 ildən artıq müddət ərzində etibarnaməni, onun yaratdığı hüquqi nəticələri (bu hüquqi nəticələr ona bəlli olduğu halda), habelə, bağışlama müqaviləsini nəinki mübahisələndirməmiş, əksinə, özünün hərəkətləri ilə bu müqavilənin hüquqi nəticələrini qəbul etdiyini nümayiş etdirmişdir.

15. İddiaçı onunla (onun adından verilmiş etibarnamə əsasında hərəkət edən X8 tərəfindən) cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli "Qeyri-yaşayış binasının bağışlama müqaviləsi”nin qanunsuz olaraq bağlanmasını və cavabdehin (hədiyyə alanın) öz müqavilə öhdəliklərini yerinə yetirmədiyini iddia edərək həmin əsasla hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etsə də, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, mübahisə predmetinə aid olan, tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli bağışlama müqaviləsində bununla hər hansı qeyd-şərt nəzərdə tutulmamış, qeyd olunan müqavilə üzrə cavabdehin üzərinə heç bir öhdəlik qoyulmamışdır.

16. İddiaçı xx.xx.2012-ci il tarixli bağışlama müqaviləsinin ləğv edilməsi barədə iddia tələbinin digər əsası olaraq cavabdehin ailə hüquq münasibətlərinə uyğun olaraq üzərinə qoyulmuş vəzifələrini kobudcasına pozaraq qanunazidd hərəkətlərə yol verdiyini qeyd etmişdir. Ancaq cavabdeh tərəfindən ailə hüquq münasibətlərinə uyğun olaraq üzərinə qoyulmuş hansı vəzifələrin kobudcasına pozulduğu iddia tələbində göstərilmədiyi kimi, məhkəmə iclası zamanı aparılan araşdırmalar nəticəsində də belə vəzifələrin müəyyən olunması və bu vəzifələrin cavabdeh tərəfindən kobudcasına pozulması halları da aşkar edilməmişdir. İddiaçının onun və cavabdehin Əmlak Məsələləri Dövlət Xidməti ilə bağladıqları xx.xx.2022-ci il tarixli 3638 nömrəli icarə müqaviləsinin cavabdeh tərəfindən məhkəmə qaydasında mübahisələndirilməklə ona zərər vurmuş olması və bununla da cavabdeh tərəfindən ailə hüquq münasibətlərinə uyğun olaraq üzərinə qoyulmuş vəzifələrin kobudcasına pozulmuş o lması barədə iddiaları da əsaslı sayıla bilməz. Çünki mübahisələndirilən icarə müqaviləsi əslində, müqavilənin tərəfi olan şəxs kimi cavabdehin özünün də mənafeyinə və sosial rifahına uyğun hesab edilirdi. Cavabdeh isə həmin müqaviləni mübahisələndirməklə yalnız iddiaçının mənafeyinə zidd hərəkət etməmiş, həm də öz mənafeyinə uyğun olmasa da, üçüncü şəxsin mənafeyinə xələl gətirə biləcək əsassız bir vəziyyətin aradan qaldırılmasına nail olmağa çalışmışdır.

17. Qeyd olunan əsaslara görə məhkəmə hesab etmişdir ki, bağışlama müqaviləsinin müqavilədən əmələ gəlmiş öhdəliyin yerinə yetirilməməsi səbəbi ilə, eyni zamanda, cavabdeh tərəfindən ailə hüquq münasibətlərinə uyğun olaraq üzərinə qoyulmuş vəzifələrin kobudcasına pozularaq qanunazidd hərəkətlərə yol verilməsi səbəbi ilə ləğvi və ya etiba rsız hesab edilməsinə hər hansı hüquqi əsas mövcud olmadığından iddiaçının hazırk; iddia tələbinin Lənkəran şəhəri İ.Səmədzadə küçəsi 18 ünvanda yerləşən “Dostluq” çayxanasının ½-nin iddiaçının qardaşı Cavabdeh bağışlanması ilə bağlı tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli "Qeyri-yaşayış binasının bağışlama müqaviləsi”nin ləğvinə (həmin əmlakın bağışlanmasından imtina edilməsi) dair hissəsi təmin edilməməlidir.

18. Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində aparılmış akt qeydi xx.xx.2012-ci il tarixli "Qeyri-yaşayış binasının bağışlama müqaviləsi” əsasında qeydə alındığından və həmin akt qeydi əsasında İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDRK publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş, "Dostluq” çayxanasına aid xx.xx.2012-ci i l tarixli ********** qeydiyyat nömrəli, xx.xx.2012-ciil tarixli ********** qeydiyyat nömrəli Çıxarışlar, həmin "Dostluq” çayxanasına aid xx.xx.2012-ci il tarixli 8690 inventar nömrəli Texniki pasport da bağışlama müqaviləsi əsasında tərtib edildiyindən və qeyd olunan sənədlərin qanuni əsaslarla tərtib edilmədiyinə dair hər hansı hallar məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən hazırkı iddia tələbinin Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində aparılmış akt qeydinin, habelə həmin akt qeydi əsasında verilmiş Çıxarışlar və Texniki pasportun ləğv edilməsi, iddiaçının adına yeni Çıxarış və Texniki pasport verilməsinə dair hissələri də rədd edilməlidir. Birləşdirilmiş ikinci iş üzrə:

19. Birləşdirilmiş ikinci iş üzrə İddiaçı cavabdehlər X8 və Cavabdeh qarşı (müstəqi l tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti Bakı İstintaq Təcridxanası, Lənkəran rayon 1 saylı Notariat ofisi, və X18) ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, vaxtı ikən, oxuya və yaza bilmədiyi latın qrafikası ilə onun adına tərtib edilmiş, ona Ədliyyə Nazirli Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasında imzalatdırılmış və azadlıqdan məhrumetmə yeri olmayan həmin İstintaq Təcridxanasının rəisi (azadlıqdan məhrumetmə yerinin rəisi olmayan şəxs) ədliyyə polkovniki E.S.Sadıxov tərəfindən vəzifə səlahiyyətlərindən kənar şəkildə, qanunsuz və əsassız olaraq “təsdiq edilmiş” və qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən hüquqi qüvvəsi olmayan (puç) hesab edildiyini, saxta - Ədliyyə Nazirli Penitensiar Xidməti Bakı İstin taq Təcridxanasının rəisi, ədliyyə polkovniki E.S.Sadıxov tərəfindən təsdiq edilmiş xx.xx.2012-ci il tarixli, 40-032 nömrəli Etibarnamənin etibarsız hesab edilməsinə dair və həmin saxta etibarnamə əsasında hərəkət etmiş X8 tərəfindən 30 may 2012-ci il tarixdə ünvan 7 ünvanda yerləşən və mülkiyyət hüququ əsasında ona məxsus olan “Dostluq” çayxanasının 1/2 hissəsinin onun qardaşı Cavabdeh bağışlanması haqqında “Qeyri-yaşayış binasının Bağışlanma Müqaviləsi”nin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. İddia onunla əsaslandırmışdır ki, onunla Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi ilə bağladığı xx.xx.1998-ci il tarixli, 9364 nömrəli “Müəssisənin (obyektin) Alqı-Satqısı Müqaviləsi” əsasında ünvan 8 ünvanında yerləşən, 87.33 kv metr. ümumi sahəsi olan “Dostluq çayxanası” onun adına özəlləşdirilmişdir. Həmin obyektin özəlləşdirilməsi prosesində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında MənzilKommunal Təsərrüfat Komitəsi “Aztexinventarlaşdırma” İstehsalat Birliyindən xx.xx.1997ci il tarixli “Dostluq” X3 da onun adına işlənib hazırlanmışdır. Həmin texniki pasporta əsasən onun mülkiyyətinə ümumi sahəsi – 81,63 və tikilialtı sahəsi 88,97 kv metr olan “Liter - A” tikilisi, həmçinin ümumi sahəsi 5,7 kv metr və tikilialtı sahəsi 7,98 kv metr olan “Liter В” tikilisi aid edilmişdir. Hər iki tikilinin yerləşdiyi 129,4 kv metr torpaq sahəsi də həmin dövrdən etibarən ona aiddir. Lənkəran Rayon Məhkəməsinin 1-59/1999 saylı, 26 may 1999-cu il tarixli hökmünə əsasən o, Cinayət Məcəlləsinin 15,95-ci maddəsi ilə təqsirli bilinərək 7 il müdd ətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzanın əvvəli xx.xx.1999-cu il tarixdən hesablanmış və cəza çəkməkdən 2005-ci ildə azad olmuşdur. Sonradan ona məlum olmuşdur ki, 1999-2005-ci illərdə cəza çəkdiyi dövrdə onun qardaşı Cavabdeh qanunsuz yollarla onun obyektini 129,4 kv metr olan torpaq sahəsinə göz dikmişdir və bu tamahını qanunsuz yollarla əldə etməyə çalışmışdır. Belə ki, xx.xx.2024-cü il tarixdə Milli Arxiv İdarəsi X17 Filialından əldə etdiyi aşağıdakı sənədlərdən: xx.xx.2024-cü il tarixli, 3-48-DA-7F/1-Q-2xx-xx/2024 saylı Arxiv Çıxarışı; xx.xx.2024-cü il tarixli, 3-48-DA-7F/1-Q-2xx-xx/2024 saylı Arxiv Çıxarışı; X9 adından X5 (saxta imzalı); Lənkəran şəhər torpaq və xəritəçəkmə şöbəsindən xx.xx.2001-ci il tarixli 216 nömrəli Məktub (Lənkəran bələdiyyəsinə); X6 xx.x x.2001-ci il tarixli 04 saylı iclas protokolundan Çıxarışdan (X12 çayxananın qarşısında 89,2 kv metr ərazinin abadlaşdırılması barədə - (5 vərəq), həmçinin, Cavabdeh Lənkəran Rayon Məhkəməsinə 2023-cü ilin noyabr ayında verdiyi aşağıdakı sənədlərdən: “Lənkəran şəhər sakini Elnur Qədirova mövsümi istifadə və abadlıq işlərinin aparılması üçün təkim olunmuş 89,2 kv metr sahənin Plandan - (1 vərəq - A3) X6 xx.xx.2001-ci il tarixli 04 saylı iclas protokolundan Çıxarışdan (Cavabdeh çayxananın qarşısında 348,65 kv metr ərazinin abadlaşdırılması barədə - (5 vərəq); “Lənkəran şəhər sakini Cavabdeh mövsümi istifadə və abadlıq işlərinin aparılması üçün təkim olunmuş 348,65 kv metr sahənin Plandan ona aydın olmuşdur ki, Cavabdeh 2001-ci ildə onun mülkiyyətində olan və iddiaçının mülkiyyətindəki “Dostl uq” Çayxanasının qonşuluğundan (bir kümün altında) yerləşən yeməkxananın qarşısında torpaq ərazisi “yaratmaq" məqsədilə əslində Lənkəran Bələdiyyəsinə heç bir aidiyyəti olmayan torpaq sahəsi ilə birlikdə onun obyektinin torpaq sahəsinin bir hissəsini də “özününküləşdirməyə” çalışmışdır. Bu məqsədlə o, qanunsuz olaraq onun (yəni azadlıqdan məhrum edilmiş və cəzaçəkmə müəssisəsində olan şəxsin) adından Lənkəran Bələdiyyəsinə “Ərizə” ilə müraciət etmiş və onun tərəfindən guya Lənkəran Bələdiyyəsindən mövsümi istifadə üçün 89,2 kv metr torpaq sahəsinin abadlaşdırılmasından ötrü ona təhkim edilməsini xahiş etmişdir (halbuki həmin ərazidəki 129,4 kv metr torpaq sahəsi onun özəlləşdirdiyi obyektinin qanuni torpaq sahəsidir). Bununla bərabər o, özünün mülkiyyətindəki yeməkxananın qarşında 348,65 kv metr torpaq sahəsinin də abadlaşdırılması üçün ona təhkim edilməsini özünün adından ərizəsi ilə xahiş etmişdir. Halbuki yuxarıda qeyd etdiyi 129,4 kv metr torpaq sahəsi də, həmçinin 348,65 kv metr torpaq sahəsinin də Lənkəran Bələdiyyəsinə heç bir aidiyyəti olmamışdır. Həmin torpaq sahələri birbaşa dövlət mülkiyyətinə aid olmaqla həmin dövrdə də halhazırda da Dövlət Əmlak Komitəsinin sərəncamındadır. Cəza müddəti bitəndən sonra müraciəti əsasında Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən Lənkəran şəhəri, Səmədzadə küçəsi 18 ünvanında yerləşən, 87,33 kv metr ümumi sahəsi olan “Dostluq” çayxanasının satılmasına dair xx.xx.2008-ci il tarixli, 004055 nömrəli Şəhadətnamə ona verilmişdir. X32 Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hö kmü ilə, o, Cinayət Məcəlləsinin 182.3.3-cü maddəsi ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarına əsasən təyin edilmiş cəza 11 ilə endirilmişdir. Cəzanın əvvəli xx.xx.2010-cu il, cəzanın sonu xx.xx.2021-ci il tarixdə hesablanmış, lakin o, xx.xx.2020-ci ildə cəza çəkməkdən vaxtından əvvəl azad olunmuşdur. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan dövrdə onun Cinayət Məcəlləsinin ağır maddəsi ilə uzun müddətə azadlıqdan məhrum ediləcəyi, sağ-salamat qayıtmaya biləcəyi perspektivini nəzərə alaraq, gələcəkdə ailəsinin maddi rifahının lazımi səviyyədə təmin edilməsindən, həmçinin onun iaşə obyektinin fəaliyyətinin lazımi qaydada davam etdirilməsindən ötrü zərurət yaranmışdır ki, Lənkəran şəhəri, Səmədzadə küçəsi 18 ünvanında yerləşən, 87,33 kv metr ümumi sahəli, şəxsi mülkü olan “Dostluq” çayxanasının yeni formada mülkiyyət sənədləri (Çıxarış, Texniki Pasport) onun adına alınsın. Həmin dövrdə onun yanına gəlmiş dayısı Nümayəndə4 onu inandırmışdır ki, onun adına bütün yeni formada mülkiyyət sənədlərini alacaqdır və bundan ötrü dayısı X1 adına tərəfindən müvafiq etibarnamə verilməlidir. O, onunla bu barədə razılaşmışdır. Lakin, vaxt ikən oxuya və yaza bilmədiyi latın qrafikası ilə onun adına tərtib edilmiş, ona Ədliyyə Nazirli Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasında imzalatdırılmış və həmin İstintaq Təcridxanasının rəisi tərəfindən vəzifə səlahiyyətlərindən kənar şəkildə, qanunsuz və əsassız olaraq “təsdiq edilmiş” xx.xx.2012c i il tarixli, 40-032 nömrəli Etibarnamə ilə Lənkəran rayonu, Sütəmurdov kəndində yaşayan dayısı X4 Lənkəran şəhəri Səmədzadə küçəsi 18 ünvanda yerləşən “Dostluq” çayxanasının sənədlərini ƏMDK yanında DƏDRX Lənkəran ərazi idarəsinə təqdim etmək, Çıxarış, Texniki Pasport və Forma-1 arayışını almaqla bərabər, həmin sənədləri aldıqdan sonra həmin qeyri-yaşayış binasının 1/2 hissəsini bağışlamaq, müqaviləni imzalamaq da etibar edilməsi də yazılmışdır. Həmin etibarnamənin hüquqi qüvvəsi olmayan hesab edildiyini, yəni saxta olduğunu o, yalnız uzun illər sonra 2023-cü ilin noyabr ayında onun doğma qardaşı Cavabdeh onu məhkəməyə verdikdən, həmin məhkəmə araşdırması ilə bağlı zəruri sənədləri əldə edib araşdırdıqdan sonra müəyyən etmişdir. Belə ki, o 2024-cü ilin may ayında öyrənmişdir ki, qanunveri ciliyə əsasən, daşınmaz əmlakla bağlı olan etibarnamələr yalnız notariat qaydasında təsdiq edilməlidir və yalnız xüsusi, yəni Mülki Məcəllənin 362.3.3-cü maddəsində nəzərdə tutulmuş hallarda azadlıqdan məhrumetmə yerlərində olan şəxslərin müvafiq azadlıqdan məhrumetmə yerinin rəisi tərəfindən təsdiqlənmiş etibarnamələri notariat qaydasında təsdiqlənən etibarnamələrə bərabər tutulurlar. Ədliyyə Nazirliyi Penitensiar Xidməti Bakı İstintaq Təcridxanası isə azadlıqdan məhrumetmə yeri hesab edilmədiyindən, o, azadlıqdan məhrumetmə yerinə yerləşdirilmədiyindən və sonradan həmin Təcridxanaya qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla köçürülərək orada cəza çəkmədiyindən, həmin Təcridxananın rəisinin səlahiyyəti olmamışdır ki, onun adından daşınmaz əmlakla bağlı etibarnaməni təsdiq etsin. Qanunsu z və əsassız etibarnamə isə saxta olduğundan təsdiq edildiyi anda etibarsız (puç) hesab edilir və onun əsasında hərəkət etmiş şəxsin hərəkətləri də qanundan kənar hesab edilir. Həmin qanunsuz (saxta) Etibarnamə əsasında hərəkət edən dayısı Ə.A.Nuriyev, Lənkəran şəhəri İskəndər Səmədzadə küçəsində 0,0097 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 87,9 kv metr olan qeyri-yaşayış binasına aid olaraq, ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2012-ci il tarixli, MA-0378462 saylı Çıxarışı, DƏDRX Lənkəran ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, **********09-06301 saylı Texniki Pasportu və AR DƏDRX Lənkəran ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli 22-28-863 saylı Arayışı əldə et mişdir. Daha sonra, həmin saxta “Etibarnamə” əsasında hərəkət edərək dayısı X8 25 may 2012-ci il tarixdə Lənkəran Rayon Notariusu S.Y.İsmayılovun iştirakı ilə bağlanılmış “Qeyri-yaşayış binasının bağışlanma müqaviləsi”nə əsasən, Lənkəran şəhəri Səmədzadə küçəsi 18 ünvanda yerləşən və mülkiyyət hüququ əsasında ona məxsus olan Dostluq Çayxanasının l/2-i qardaşı Cavabdeh bağışlamışdır. Həmin “Qeyri-yaşayış binasının bağışlanma müqaviləsi”nin mətnində vətəndaş Ə.A.Nuriyevin konkret olaraq hansı tarixli və nömrəli etibarnamənin əsasında ona məxsus daşınmaz əmlakın barəsində sərəncam verməsi göstərilməmişdir, onun daşınmaz əmlakın barəsində sərəncam vermək səlahiyyətinin olub-olmadığı qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun şəkildə müəyyənləşdirilməmiş və təsdiqlənməmişdir. “Bağışlanma m üqaviləsi”nin mətnindən də görünür ki, həmin müqavilə əlüstü hazırlanmışdır və Lənkəran rayon notariat kontorunda mütəmadi istifadə edilən müqavilə formalarından fərqlənir. Bundan əlavə, hazırda mübahisələndirilən xx.xx.20212-ci il tarixli “Bağışlanma müqaviləsi”nin notariat qovluğunda nə Cavabdeh, nə E.M.Qədirovun, nə də ki Ə.A.Nuriyevin şəxsiyyət vəsiqələri yoxdur, həmçinin həmin “Müqavilə” adlandırılan “sənəd"də ümumiyyətlə tərəflərin şəxsiyyəti təsdiq edən məlumatlar da göstərilməyib. İstintaq təcridxanasında (azadlıqdan məhrumetmə yerində yox) saxlanıldığı dövrdə onun Cinayət Məcəlləsinin ağır maddəsi ilə uzun müddətə azadlıqdan məhrum ediləcəyi, sağ-salamat qayıtmaya biləcəyi perspektivini nəzərə alaraq, gələcəkdə ailəsinin maddi rifahının lazımi səviyyədə təmin edilməsindən, həmçini n onun iaşə obyektinin fəaliyyətinin lazımi qaydada davam etdirilməsindən ötrü şəxsi mülkiyyətində olan “Dostluq” çayxanasının əslində yeni formada mülkiyyət sənədlərini almaq üçün ondan alınması ona vaxtikən bildirilən saxta etibarnamə əsasında mülkünün tən yarısı qardaşının adına bağışlanma yolu ilə keçirilmişdir. O, azadlığa çıxandan sonra, fakt qarşısında qaldığını görərək, Cavabdeh yaşca böyük olduğuna görə onun bu hərəkəti ilə bağlı ondan soruşmuş, lakin Cavabdeh mülkünün yarısının onun adına keçirilməsi zamanı bütün nəzərdə tutulan qanunun tələblərinə riayət edildiyini və hər-hansı qanun pozuntusuna yol verilmədiyini ona şifahi bildirmiş, həmçinin “əldə etdiyi” paylı mülkiyyətçi öhdəliklərini yüksək səviyyədə və vicdanla icra edəcəyinə bir daha ona söz vermişdir. Ona görə də, dayısı və qardaşı bu hərəkətləri ilə razılaşmasa da, həmin dövrdə narazılıq yaranmasın deyə məsələ ilə bağlı aydınlaşdırma (araşdırma) aparmaqdan ötrü qanuni tədbirlərə əl atmamışdır. Bir şərtlə ki, qardaşı öz sözlərinə dönük çıxmasın. Bundan sonra, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, 167 nömrəli sərəncamına əsasən, Xidmətin rəis müavini ilə həmin obyektinin paylı mülkiyyətçiləri kimi onun və qardaşının (hazırda Cavabdeh) arasında bağlanılmış “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslə tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında” 21 sentyabr 2022-ci il tarixli 3638 nömrəli Müqaviləyə əsasən ünvan 10 ünvanında qeyri-yaşayış binanın yerləşdi yi 129,4 kv metr torpaq sahəsi icarəyə verilmişdir. Daha sonra, xx.xx.2021-ci il tarixinə olan vəziyyətə əsasən İN ƏMDX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il **********4306301 reyestr, ********** qeydiyyat nömrəli Çıxarış, həmçinin İN ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən həmin “Dostluq” çayxanasına aid **********43 reyestr nömrəli, 8690 inventar nömrəli Texniki Pasport işlənmişdir. Həmin sənəddə icarədə olan torpaq sahəsi 3 (üç) ayrı-ayrı hissələrdə olmaqla ağ-qara zolaqla işarələnmişdir. Qeyd edirəm ki, göstərilən torpaq sahəsi hissələrindən ən böyük olanının sahəsi: eni 420 sm uzunluğu 1710 sm olmaqla 71,82 kv metr, torpaq sahəsi hissələrindən orta həcmli olan ın sahəsi: eni 400 sm və 375 sm uzunluğu 1250 sm olmaqla - 54,25 kv metr, təşkil edir, sırf çayxana xidmətinin göstərilməsindən ötrü istifadə edilməkdədir. Lakin yay mövsümü bitəndən sonra həmin torpaq sahələrində yerləşdirilmiş masalar və oturacaqlar yağışlar altında qalaraq sıradan çıxmamasından, həmçinin yağışlı günlərdə də vətəndaşlara çay xidməti göstərilməsindən ötrü qərara gəlmiş ki, həmin sahənin dəqiqi sərhədləri içərisində mövcud tikinti norma və qaydalarına uyğun dəmir konstruksiya tipli talvarlar quraşdırsın. Məsələ ilə bağlı Lənkəran Şəhər İcra Hakimiyyətinin memarlıq şöbəsinə müraciət etdim. İcra hakimiyyətinin memarlıq şöbəsinə təqdim etdiyi hüquq müəyyənedici sənədlər, həmçinin, yerində aparılmış müvafiq baxış və müayinələr əsasında "‘Lənkəran şəhər sakini X10, Daşınmaz Ə mlakın Dövlət Reyestrinin RX-0001345 saylı çıxarışına əsasən şəhərin İskəndər Səmədzadə küçəsi 59 ünvanında yenidənqurma və əlavələr işlərinin aparacağı qeyriyaşayış binasının layihəsi” Lənkəran şəhərinin Baş memarı ilə razılaşdırılmaqla Lənkəran Şəhəri İcra Hakimiyyətinin dairəvi möhürü ilə təsdiq edilmişdir. Həmin layihə İN ƏMDX DƏDKRX-nin hüquqmüəyyənedici sənədlərinə, həmçinin, qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən işlənib, hazırlanmış və təsdiq edilmişdir. Yuxarıda göstərilən Layihənin hazırlanması ilə paralel olaraq yuxarıda qeyd edilən “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslə tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında" 21 sentyabr 2022-ci il tarixli 3638 nömrəli Müqa vilənin 2.2-ci və 6.1-ci bəndlərinin müddəalarını rəhbər tutaraq, Həmin Müqaviləyə əsasən tərəfindən icarəyə götürülmüş ünvan 10 ünvanında qeyri-yaşayış binanın yerləşdiyi 129.4 kv metr. torpaq sahəsinin hüdudlarında istehlakçılara göstərilən çay xidmətinin səviyyəsinin artırılması məqsədilə, tikintiquraşdırma layihəsi aidiyyati yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış və mövcud tikinti norma və qaydalara uyğun olaraq quraşdırılması nəzərdə tutulan dəmir konstruksiya tipli Talvarların quraşdırılması ilə bağlı tərəfindən İN ƏMDX-nin rəis müavini cənab Elçin Yusubova müraciət etmişdir. Həmin ərizə xx.xx.2023-cü il tarixdə sürətli poçt müəssisəsi (Royal Express) vasitəsilə ünvanına çatdırılmışdır. Bir daha qeyd edir ki, həm istehlakçılara yüksək keyfiyyətli çay xidmətləri göstərilməs i, həm də ona baha qiymədə başa gəlmiş avadanlıqlarının qorunması məqsədi ilə o, mövcud tikinti norma və qaydalara uyğun olaraq quraşdırılması nəzərdə tutulan dəmir konstruksiya tipli Talvarların tikintiquraşdırma layihəsi aidiyyati yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla, quraşdırılmasına yazılı razılıq almaq üçün İN ƏMDX-nin rəis müavini cənab Elçin Yusubova müraciət etməklə, paylı mülkiyyətə sahiblənmiş cavabdeh X11 1 (bir) qəpik belə almadan, yalnız öz şəxsi vəsaitim hesabına o icarəyə götürdüyü torpaq sahəsinin sərhədləri daxilin gözəl, yaraşıqlı və keyfiyyətli dəmir konstruksiyalı talvar quraşdırmışdır. Lakin, sonradan bəlli olmuşdur ki, kifayət qədər böyük xərcə ona başa gəlmiş Talvarımın sökülməsindən ötrü qardaşı Cavabdeh iddiaçı qismində, cavabdehlər İN ƏMDX-nə və ona (X12) qarşı “icarə müqaviləsinin etibarsız sayılması və qanunsuz tikililərin sökülməsi” barədə tamamilə əsassız, uydurma və qanunsuz iddia tələbi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin iddia tələbi üzrə 2(011)-8382/2023 saylı mülki Xətai Rayon Məhkəməsinin (hakim Aygün Həsənova) icraatında olmuşdur. Həmin iddia tələbinə görə iddiaçı məhkəmədən aşağıdakıları xahiş etmişdir: “xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə X19 və Cavabdeh arasında "Özəlləşdirilən dövlət müəssisə və obyektlərin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında" 3638 saylı müqavilənin etibarsız sayılması və qanunsuz tiki lilərinin sökülməsi barədə qətnamə qəbul edilsin. ”Göründüyü kimi, mülkünün tən yarısına qanundan kənar yollarla sahibləndirilmiş Cavabdeh bilərəkdən və qərəzli olaraq özünün paylı mülkiyyətçi hüquqlarından sui-istifadə edərək, özünün vəzifələri vicdanla yerinə yetirməyərək, onun min əziyyətlə özəlləşdirdiyi, fəaliyyətinin yararsız hala gətirilməsinə və müflis edilməsinə imkan vermədiyi, fəaliyyətini davam və inkişaf etdirməklə, istifadə ərazisini böyütməklə özünün və onun ailəsinin maddi təminatını yoluna qoyduğu "Dostluq” çayxanasının fəaliyyətini məqsədli şəkildə iflic vəziyyətinə gətirməklə məşğuldur. O, "Dostluq” çayxanasının onun və ailəsinin yeganə dolanışıq mənbəyi olduğunu və yuxarıda göstərilən İcarə müqaviləsinin pozulması halında həmin çayxananın rentabelliyi (gəlirliliyi) it iriləcəyini, obyektinin tamamilə müflis olacağını, bunun nəticəsində onun ailə büdcəsinə bərpaedilməz maddi ziyan vurulacağını bilə-bilə, özünün qanunazidd hərəkətlərini yenə də davam etdirir. Ona tam aydın olmuşdur ki, əgər onun adından qanunsuz yollarla Cavabdeh adına keçirilmiş qanuni mülkünün həmin payını geri almasa bu şəxs işini iflic edəcəkdir. Vəziyyətin artıq dözülməz olduğunu anlayaraq o, qərara gəlmişdir ki, onun qanuni mülkünün tən yarısının hansı yollarla qardaşı Cavabdeh əlinə keçdiyini aydınlaşdırsın. Bununla əlaqədar olaraq o, 2023-cü ilin dekabr ayında müvafiq sorğular vasitəsilə vaxtikən adından oxuya bilmədiyi latın qrafikasında tərtib edilmiş və ona Ədliyyə Nazirli Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasında imzalatdırılmış və həmin İstintaq Təcridxanasının rəisi tərəfindən vəzifə səlahiyyətlərndən kənar şəkildə, qanunsuz və əsassız olaraq “təsdiq edilmiş” saxta “Etibarnamə”nin və həmin saxta “Etibarnamə” əsasında hərəkət edən dayısı Ə.A.Nuriyev tərəfindən Lənkəran şəhəri Səmədzadə küçəsi 18 ünvanda yerləşən və mülkiyyət hüququ əsasında ona məxsus olan Dostluq Çayxanasının ½-i qardaşı Cavabdeh bağışlanması haqqında 25 may 2012-ci il tarixdə Lənkəran Rayon Notariusu S.Y.İsmayılovun iştirakı ilə bağlanılmış “Qeyriyaşayış binasının Bağışlanma Müqaviləsi”nin surətlərini əldə etmişdir. Daha sonra o, 2024-cü ilin aprel ayında Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinə rəsmi sorğu ilə müraciət etmiş və həmin müraciətə cavab olaraq ona Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivindən 01 aprel 2024-cü il tarixli 3-165/6-13Q-426/24 nömrəli Məktubla birlikdə İddi açı təqdim edilmiş Lənkəran rayon 1 saylı notariat ofisində xx.xx.2012-ci il tarixdə rəsmiləşdirilmiş 4Ə-02-683 reyestr nömrəli iş üzrə cəmi 14 vərəqdən ibarət olan 11 (on bir) sənəd tikilmiş iş qovluğunun notarial təsdiq edilmiş surəti təqdim edilmişdir. Məhkəməyə müraciət etməzdən əvvəl o, qardaşı Cavabdeh mülkünün yarısının ona qaytarılması haqqında xx.xx.2023-cü il tarixli bildiriş də göndərmişdir. Həmin bildiriş, eyni zamanda Lənkəran rayon 1 saylı notariat ofisinin xüsusi notariusu Səfər İsmayılova da verilmişdir.

21. Məhkəmə iclasında iştirak edən cavabdeh X13 vəkili Vəkil1 göstərmişdir ki, tərəflər arasında bundan əvvəl də Lənkəran Rayon Məhkəməsinin icraatında bağışlama müqaviləsinin ləğv edilməsi ilə bağlı məhkəmə mübahisəsi olmuş və həmin iş üzrə araşdırma zamanı hazırda iddiaçı olan İddiaçı dəfələrlə bildirmişdir ki, verdiyi etibarnamələr tam qanuni və əsaslıdır. Hazırda isə o, həmin bildirdiklərinin əksini qeyd edir. İddiada göstərilənlər tamamilə uydurmadır. Heç bir əsası yoxdur. İddiaçı etibarnamə verdiyi dövrdə artıq məhkum hesab edilmişdir. Göstərilənlərlə yanaşı artıq etibarnamənin verilməsindən 13 il keçmişdir və hazırkı iş üzrə iddia müddətinin tətbiq edilməsini və iddianın Cavabdeh aid hissədə rədd edilməsini xahiş etmişdir.

22. Məhkəmə iclasında iştirak edən cavabdeh X2 nümayəndəsi Nümayəndə4 izahatında bildirmişdir ki, iddiaçı onun bacısı oğludur və o iki dəfə məhkum edilmişdir. Sonuncu dəfə Lənkəran Ağır Cinayətlər Məhkəməsində məhkum edildikdən sonra İddiaçı onun adına əmlak olduğunu və bu hala görə cəzaçəkmə müəssisəsində çətinlik yaşayacağını bild irib həmin əmlakı qardaşı Cavabdeh bağışlamaq istədiyini bildirmişdir. Bu məqsədlə İddiaçı (həmin vaxt Qədirov olmuşdur) özü etibarnamə vermək istəmiş, lakin müəyyən problem çıxmış, daha sonra isə etibarnaməni dayısı, yəni onun qardaşı Ənsar Nuriyevə vermişdir. Hesab edir ki, verilmiş etibarnamə tam qanuni əsasla verilmişdir, istintaq təcridxanasının müdiri sadəcə imzanı təsdiq etmişdir. Onun tərəfindən İddiaçı neçə illər ərzində yaxşılıqlar edilməsinə baxmayaraq sonuncu belə üsula əl atmışdır.

23. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(049)-2332/2024 nömrəli qətnaməsi (hakim Murad Aslanov) ilə iddianın rədd olunması qət edilmişdir.

24. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının 10 mart 2012-ci il tarixli etibarnamə verilərkən istintaq təcridxanasının rəisinin belə səlahiyyətə malik olmaması ilə bağlı qeyd edilməlidir ki, işin hallarından müəyyən edildi ki, iddiaçı haqqında məhkəmə hökmü 13 fevral 2012-ci il tarixdə qanuni qüvvəyə mindikdən sonra o, artıq məhkum hesab edilmişdir. CM-in 67-ci maddəsinin tələbindən də görünür ki, barəsində qanuni qüvvəyə minmiş hökm olan şəxs kimi iddiaçının məhkumun malik olduğu hüquqlara (yaxın qohumları ilə bir qısamüddətli görüş) da malik olmuşdur. Başqa sözlə, İddiaçı artıq azadlıqdan məhrum etmə cəzasını çəkən məhkum hesab edilmişdir. Eləcə də istintaq təcridxanası da penitensiar müəssisə hesab edilmişdir və penitensiar müəssisəsinin rəhbərinin etibarnamə vermək kimi səlahiyyəti də qanunvericilik tərəfindən müəyyən edilmişdir.

25. Barəsində ittiham hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxs qismində cəzasını çəkdiyi müddətdə penitensiar müəssisə kimi istintaq təcridxanası tərəfindən şəxsin öz razılığı ilə verilmiş etibarnamə onu vermiş subyektə münasibətdə (hazırkı iş üzrə istintaq təcridxanasının rəisi) etibarsız hesab edilə bilməz.

26. Qanunverici MM-in 362.3.3-cü maddəsində “azadlıqdan məhrum etmə yeri” ifadəsindən istifadə etmişdir ki, bu ad altında təkcə CİM-də göstərilmiş cəzaçəkmə müəssisələri nəzərdə tutula bilməz. Azadlıqdan məhrumetmə yeri şəxsin azadlıqdan məhrum edildiyi istənilən yeri – həbsxanaları, istintaq təcridxanalarını, polis məntəqələrini, əcnəbilər və ya sığınacaq axtaranlar üçün saxlanma mərkəzlərini, yetkinlik yaşına çatmayanlar üçün saxlanma mərkəzlərini, sosial xidmət müəssisələrini, psixiatriya müəssisələrini, hərbi qulluqçular üçün həbsxanalar ı və ya kameraları və insanların azadlıqdan məhrum edildiyi istənilən digər yerləri əhatə edir. Qanunvericilik yalnız həmin yerlərdə qanuni əsaslarla saxlanılan şəxslərə münasibətdə notariat hərəkətlərinin həyata keçirilməsini spesifikləşdirərək qanun norması kimi təsbit etmişdir. Məsələn sığınacaq məntəqələrinin rəhbərlərinə bu kimi (notariat fəaliyyətinin aparılması) səlahiyyət verilməmişdir.

27. Hazırkı işə münasibətdə isə xüsusilə qeyd edilməli hal, tarix faktorudur. Belə ki, Mülki Məcəllə Azərbaycan Respublikasının 28 dekabr 1999-cu il tarixli 779-İQ nömrəli qanunu ilə təsdiq edilmiş, həmin Məcəllənin 362.3.3-cü maddəsi də həmin tarixdən heç bir dəyişikliyə məruz qalmadan qüvvədə saxlanılmışdır. “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qan un 22 may 2012-ci il tarixdə, yəni hazırk iş üzrə etibarnamə verildiyi tarixdən sonra (10 mart 2012-ci il) qəbul edilmişdir ki, həmin Qanunun 4.1.3-cü maddəsinə əsasən istintaq təcridxanaları həbs yerləri hesab edilmişdir. Qeyd olunanlardan aydın olur ki, 10 mart 2012-ci il tarixli etibarnamə verilərkən həmin zaman (yəni mübahisəli hüquq münasibətinin yarandığı) qüvvədə olan maddi hüquq normalarına uyğun verilmişdir.

28. Məhkəmə iddiaçının 25 may 2012-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair hissəsinə qiymət verərək qeyd etmişdir ki, iddiaçı tərəfindən həmin bağışlama müqaviləsinin etibarsızlığına dair hər hansı başqa əsas irəli sürülmədiyindən və məhkəmə tərəfindən iddiaçının 10 mart 2012-ci il tarixli etibarnamənin etibarsız hesab edilməsi barədə iddiası əsas sız hesab edilməsi qənaətinə gəldiyindən iddiaçının 25 may 2012-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair hissəsi də əsassızdır.

29. Məhkəmə Cavabdeh hazırkı iş üzrə iddia müddətinin tətbiqi barədə ərizəsinə hüquqi qiymət verərkən qeyd etmişdir ki, iddia ərizəsinin özündə iddiaçı tərəfdən qeyd edilmişdir ki, “həmin vaxt Nümayəndə4 onu inandırdı ki, onun adına bütün yeni formada mülkiyyət sənədlərini alacaqdır və bundan ötrü dayısı X1 adına tərəfindən müvafiq etibarnamə verilməlidir. O, onunla bu barədə razılaşmışdır.” Göründüyü kimi iddia ərizəsində iddiaçı etibarnaməni özü öz razılığı ilə verdiyini təsdiq etmişdir. Daha sonra isə iddiaçı iddia ərizəsində göstərmişdir ki, “O, xx.xx.2020-ci ildə azadlığa çıxandan sonra, ona məlum olmuşdur ki, latın qrafikası ilə yazılmış və onun vaxtı ikən oxumadan imzaladığı qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən hüquqi qüvvəli hesab edilməyən - saxta “etibarnamə” əsasında onun doğma qardaşı (cavabdeh) onun şəxsi mülkünün tən yarısına sahiblənmişdir”. Göründüyü kimi iddiaçı tərəfindən özünün aldadıldığını bildiyi vaxt xx.xx.2020-ci il tarixdir. Lakin məhkəmə tərəfindən iddiaçı tərəfindən verilmiş “etibarnamənin etibarsız hesab edilməsi və həmin etibarnamə əsasında bağlanmış “Qeyri-Yaşayış Binasının 1/2-ni bağışlama müqaviləsi”nin etibarsız hesab edilməsi” tələbinin əsassız olması müəyyən edildiyindən hazırkı iş üzrə iddia müddətinin tətbiqini mümkün saymamışdır. b) Birləşdirilmiş mülki işlər üzrə apellyasiya instansiyası məhkəməsindəki icraat

30. Qədirli X16 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(049)-518/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

31. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə mövcud olan faktiki hüquq münasibətlərinin yanlış və təhrif edilmiş şəkildə təqdim edərək görünüş yaratmağa çalışmışdır ki, guya cavabdeh tərəfindən özünün doğma qardaşı olan iddiaçıya münasibətdə hədiyyə alan kimi, ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozulmamışdır. Birinci instansiya məhkəməsi bilərəkdən və ya bilməməzlikdən MM-in 673.1.2-ci maddəsində göstərilən “hədiyyə alanın, ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifə ləri” müddəasını, özünün subyektiv istəyinə uyğun qanunsuz və əsassız şəkildə şərh etməklə “hədiyyə alanın, bağışlanma müqaviləsinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələr” kimi təqdim etməyə çalışır. Bununla da, birinci instansiya məhkəməsi qüvvədə olan qanunvericiliyin imperativ xarakterli normasının müddəalarının tələblərini təhrif edilmiş şəkildə tətbiq etməyə cəhd edərək özünün yanlış və əsasız mülahizələrini irəli sürür ki, guya Cavabdeh tərəfindən “hədiyyə alanın, ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri” ona görə pozulmuş hesab edilə bilməz ki, həmin vəzifələr hazırkı iş üzrə mübahisələndirilən 30 may 2012-ci il tarixli “Qeyri-yaşayış binasının bağışlanma müqaviləsi”ndə göstərilməmişlər. Halbuki hədiyyə alan tərəfindən bağışlanma (yəni – bağışla nma müqaviləsi) ilə onun üzərinə qoyulmuş öhdəlikləri əsassız icra etməməsi halı MM-in 673.1.3-cü maddəsinin müddəaları ilə tənzimlənir (həll edilir).

32. Qədirli X16 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(049)-2332/2024 saylı şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

33. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə onun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında olduğu müddətdə və eyni zamanda xx.xx.2012-ci il tarixdə vətəndaş X4 və ya digər şəxsə tərəfindən hər hansı etibarnamə verildiyini sübut etməmişdir. Halbuki Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsindən xx.xx.2024-cü il tarixli 3-16-17/27/2-3914 saylı arayışla müqayisədə Bakı İstintaq Təcridxanası nda xx.xx.2024-cü il tarixli 3-16-17/40/25572 nömrəli məktubunun və onda əks olunmuş qeyri-müəyyən, ümumi və qanunvericiliyin tələbinə zidd xarakterli məlumatın heç bir hüquqi əhəmiyyət və sübut kimi dəyəri yoxdur. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının sabiq rəisinin notariat qaydasında təsdiq edilmiş sənədlərə bərabər tutulan daşınmaz əmlaka sərəncam verilməsinə dair etibarnamə təsdiq etməyə səlahiyyəti olduğunu sübut etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının sabiq rəisinin, notariat qaydasında təsdiq edilmiş sənədlərə bərabər tutulan daşınmaz əmlaka sərəncam verilməsinə dair etibarnamə təsdiq etməyə səlahiyyəti olduğunu sübut etmədiyi halda, həmin etib arnaməyə əsasən hərəkət etmiş X8 tərəfindən Lənkəran şəhəri Səmədzadə küçəsi 18 ünvanında yerləşən və mülkiyyət hüququ əsasında ona məxsus olan “Dostluq” Çayxanasının 1/2-i onun qardaşı Cavabdeh bağışlanması haqqında “Qeyri-yaşayış binasının Bağışlanma müqaviləsinin” Lənkəran rayon notariusu tərəfindən təsdiq edilməsini qanunvericiliyin tələbinə uyğun olduğunu sübut etməmişdir.

34. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(106)1079/2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8, Lənkəran rayon 1 saylı Notariat Ofisi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsi) qarşı qey ri-yaşayış binasının 1/2-ni bağışlamaqdan imtina edilməsi tələbinə dair mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək 2(106)-1079/2024 saylı mülki iş üzrə icraat dayandırılmışdır.

35. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(106)1079/2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8, Lənkəran rayon 1 saylı Notariat Ofisi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsi) qeyriyaşayış binasının 1/2-ni bağışlamaqdan imtina edilməsi tələbinə dair 2(106)-106/2025 saylı mülki iş üzrə icraat təzələnməsi qərara alınmışdır.

36. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiy asının 2(106)-1936/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir.

37. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-234/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir.

38. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-234/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının icraatında olan İddiaçı X8 və Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası, Lənkəran rayon 1 saylı Notariat Ofisi və X18) etibarnamənin etibarsız hesab edilməsi və həmin etibarnamə əsasında bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edil məsi tələbinə dair 2(106)-234/2025 saylı mülki iş, İddiaçı cavabdehlər Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8, Lənkəran rayon 1 saylı Notariat Ofisi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsi) qarşı qeyri-yaşayış binasının ½-ni bağışlamaqdan imtina edilməsi tələbinə dair Şirvan Apellyasiya Məhkəməsinin icraatında olan 2(106)-106/2025 saylı mülki işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır.

39. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 fevral 2025-ci il tarixli 4/2031 saylı ekspert rəyində qeyd olunmuşdur ki, ekspertizaya təqdim edilmiş, 2(106)1936/2024 saylı mülki işin 1-ci cildin 20-ci vərəqində olan xx.xx.2012-ci il tar ixli İddiaçı adından olan etibarnamənin kserosurətində "imza:" qrafasındakı imza və 2-ci cildin 64-cü vərəqində olan xx.xx.2012-ci il tarixli İddiaçı adından olan etibarnamədə "İmza:" qrafasındakı imza - İddiaçı tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 2(106)-1936/2024 saylı mülki işin 1-ci cildin 20-ci vərəqində olan xx.xx.2012-ci il tarixli İddiaçı adından olan etibarnamənin kserosurətindəki yazılar və 2-ci cildin 64-cü vərəqində olan xx.xx.2012-ci il tarixli İddiaçı adından olan etibarnamədəki yazılar İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

40. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-106/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər X14 (sədrlik edən və məruzəçi) X15 və X26) apellyasiya şikayətləri təmin edilməmi ş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(049)-518/2024 saylı və xx.xx.2024-cü il tarixli 2(049)-2332/2024 saylı qətnamələri dəyişdirilmədən saxlanılmışdır.

41. Apellyasiya məhkəməsi iddiaçı tərəfin apellyasiya şikayətlərinin dəlilləri üzrə hesab etmişdir ki, həmin dəlillər formal olmaqla əsassızdır. İddiaçı apellyasiya şikayətlərində onun adına etibarnamənin verilməsi faktının sübut olunmadığını, habelə Penitensiar Xidmətin və müəssisə rəisinin bu sənədi təsdiqləməyə səlahiyyəti olmadığını bildirir. Lakin təqdim edilmiş sənədlər (Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsi və Bakı İstintaq Təcridxanasının məktubları) iddiaçının etibarnaməni verdiyini kifayət qədər hüquqi əsaslarla təsdiq edir.

42. Qanunvericiliyin tələblərinə görə penitensiar müəssisədə saxlanılan ş əxslər tərəfindən verilən etibarnamələr müvafiq müəssisənin rəhbəri tərəfindən təsdiqlənə bilər və bu sənədlər notariat təsdiqinə bərabər sayılır. Etibarnamədə iddiaçının konkret əmlakı – Lənkəran şəhəri İ.Səmədzadə küçəsində yerləşən “Dostluq” çayxanasının ½ hissəsini cavabdehə bağışlamaq hüququ nümayəndəyə verdiyi açıq şəkildə göstərilmişdir. İddiaçının sonradan bu sənədi oxumadığını, latın əlifbasını bilmədiyini iddia etməsi isə onun hüquqi qüvvəsini şübhə altına almaq üçün yetərli əsas deyildir. Ən mühüm məqamlardan biri də odur ki, etibarnamənin verilməsindən sonra 10 ildən artıq müddət ərzində, o cümlədən iddiaçının azadlığa çıxdıqdan sonra keçən 3 ildən çox müddətdə nə etibarnamə, nə də onun əsasında bağlanmış bağışlama müqaviləsi heç bir şəkildə mübahisələndirilməmiş, əksinə iddi açı tərəfindən bu hüquqi münasibətlər faktiki olaraq qəbul edilmişdir.

43. Bu davranış konklyudent hərəkət hesab olunur və mülki hüquqda belə hərəkətlər hüquqi nəticələrin qəbul edilməsi kimi qiymətləndirilir. Hüquq sistemində şəxsin uzun müddət ərzində müəyyən hüquqi vəziyyətə etiraz etməməsi onun bu vəziyyəti qəbul etdiyini göstərir.

44. Bu yanaşma hüquqi sabitlik və hüquqi əminlik prinsipləri ilə tam uzlaşır. Hüquqi münasibətlərin uzun müddət ərzində mübahisələndirilməməsi, digər tərəfdə hüquqi etimad yaradır və bu, hüquq sistemində qorunmalıdır. İddiaçının 10 ildən artıq müddətdə bu sənədlərin hüquqi nəticələrini qəbul etməsi, öz davranışı ilə onları təsdiqləməsi onun indiki iddiasını əsassız edir.

45. İddiaçı cavabdehin ailə münasibətlərindən doğan öhdəlikləri kobudcasına pozduğunu əs as gətirərək bağışlamanın ləğvini istəmişdir. Lakin təqdim edilmiş bağışlama müqaviləsində heç bir qeyd-şərt və ya öhdəlik nəzərdə tutulmamış, cavabdeh qarşısında heç bir şərti öhdəlik qoyulmamışdır. Bu səbəbdən də, cavabdehin guya öhdəlikləri pozması arqumenti hüquqi əsasdan məhrumdur.

46. Bundan əlavə, cavabdehin Əmlak Məsələləri Dövlət Xidməti ilə bağlanmış icarə müqaviləsini məhkəmə qaydasında mübahisələndirməsi hüquq çərçivəsində həyata keçirilmiş bir addımdır və bu hərəkətin “kobud pozuntu” kimi qiymətləndirilməsi qeyrimümkündür.

47. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 fevral 2025-ci il tarixli 4/2031 saylı ekspert rəyindən açıq şəkildə görünür ki: “Ekspertizaya təqdim edilmiş 2(106)-1936/2024 saylı mülki işin 1-ci cildin 20-ci vərəqində olan xx.xx.2012-ci il tarixli İ ddiaçı adından olan etibarnamənin kserosurətində “imza:” qrafasındakı imza və 2-ci cildin 64-cü vərəqində olan xx.xx.2012-ci il tarixli İddiaçı adından olan etibarnamədə “İmza:” qrafasındakı imza –İddiaçı tərəfindən icra olunmuşdur.”

48. Bu nəticə etibarnamənin şəxsin özü tərəfindən imzalandığını və sənədin saxta olmadığını tam şəkildə sübut edir. Həmçinin bu iddiaçının latın qrafikasını bilməməsi, sənədi oxumadan imzalaması, ya da sənədin başqa şəxs tərəfindən tərtib edilməsi ilə bağlı bütün iddialarını hüquqi və faktiki əsasdan məhrum edir.

49. Nəticə etibarilə, ekspertiza rəyi iddiaçının şikayətindəki əsas iddialardan birini – etibarnamənin saxta olması – tamamilə təkzib edir və birinci instansiya məhkəməsinin bu sənədi etibarlı sayması tamamilə qanunauyğundur.

50. Bundan əlavə, MM-in 6 73.1-ci maddəsində bağışlamaqdan imtina halları konkret olaraq sadalanır. İddiaçının apellyasiya şikayətində göstərdiyi hallar isə bu maddədə nəzərdə tutulan meyarlara uyğun gəlmir.

51. İddiaçının şikayətində göstərilən hallar bu hüquqi əsaslarla tamamilə uzlaşmır. Birincisi, cavabdehin hədiyyə verənin və ya yaxın qohumunun barəsində ağır cinayət törətdiyinə dair heç bir sübut təqdim edilməmişdir. İkincisi, iddiaçı cavabdehin “ailə münasibətlərinə uyğun öhdəlikləri kobud pozduğunu” iddia etsə də, bu öhdəliklərin nə olduğu göstərilməmiş və məhkəmə araşdırması zamanı belə bir konkret pozuntu faktı müəyyən edilməmişdir. Həmçinin bağışlama müqaviləsində cavabdehin üzərinə heç bir öhdəlik qoyulmamışdır. Üçüncüsü, xx.xx.2012-ci il tarixli bağışlama müqaviləsində bağışlama ilə bağlı cavabdehin öh dəlikləri ümumiyyətlə mövcud deyil. Müqavilə tam şəkildə və qeyd-şərtsiz bağlanmışdır. Bu baxımdan cavabdehin öhdəliyi icra etməməsi iddiası hüquqi mövzudan kənardır.

52. Apellyasiya məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1, 362.3.3, 337.1, 354.1, 666.1, 673.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

53. Birləşdirilmiş mülki işlər üzrə İddiaçı kassasiya şikayəti verərək (Vəkil2 ) qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

54. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı onun adından Bakı İstintaq Təcridxanasının rəisi tərəfindən və ya hər-hansı bir başqa şəxs tərəfindən qanunsuz təsdiq edilmiş hər iki daşınmaz əmlakın özgəninkiləşdirilməsini nəzərdə tutan etibarnamələr tərtib edildiyi dövr ərzində Bakı İstintaq Təcridxanasında olmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 7.0.38-1-ci maddəsi həbs yerlərin barədə məlumat verərək bildirir ki, həbs yerləri – tutulmuş və ya həbs edilmiş şəxsin saxlanılması üçün nəzərdə tutulmuş müvəqqəti saxlama yerləri, istintaq təcridxanaları və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin qarnizon hauptvaxtlarıdır. Cəzaların icrası Məcəlləsinin 15.6-cımaddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzal arın icrasını müvafiq cəzaçəkmə müəssisələri həyata keçirirlər. Məhkəmə sözügedən qətnamədə Mülki Məcəllənin 362.2-cü maddəsinə istinad edərək qeyd etmişdir ki, MM-in 362.3.3-cü maddəsinə görə azadlıqdan məhrumetmə yerlərində olan şəxslərin müvafiq azadlıqdan məhrumetmə yerinin rəisi tərəfindən təsdiqlənmiş etibarnamələri notariat qaydasında təsdiqlənən etibarnamələrə bərabər tutulur. Lakin yuxarıda göstərilən qanunvericilikdən də göründüyü kimi İstintaq Təcridxanası azadlıqdan məhrumetmə yeri hesab edilmir. Azadlıqdan məhrumetmə yerinə məhkum edilmiş şəxsin saxlanıldığı yer İstintaq Təcridxanası deyil Cəzaçəkmə Müəssisəsi hesab edilir. Belə ki, qüvvədə olan qanunvericiliyin tələbinə əsasən İstintaq Təcridxanasının rəisinin daşınmaz əmlakın özgəninkiləşdirilməsini nəzərdə tutan etibarnamə təsdiq etmək səlahiyyəti heç vaxt olmamışdır.

55. Etibarnamə verilərkən mütləq şəkildə iki şahidin iştirakı tələb edilmiş şahidlərin kimliyi müəyyən edilməli, onların şəxsiyyət vəsiqələrində olan məlumatlar qeyd edilməli, həmçinin penitensiar müəssisənin rəisi etibarnamənin məzmununu etibarnamə verən şəxsə izah etməli, onun hüquq və vəzifələrini ona bildirməli, təsdiq edilmiş sənədlərin nəticələri barədə xəbərdarlıq etməyə borcludur. Bütün bu hərəkətlər isə müvafiq kitabda qeydiyyat aparılmaqla baş tutmalıdır. Lakin hakimlər belə bir kitabın təqdim edilməsi üçün verdikləri vəsatətləri qəsdən təmin etməmiş və bununla da penitensiar müəssisədən kitabın gətirilməyərək həqiqətin üzə çıxmamasına nail olmuşlar. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Şəhər Psixiatriya Xəstəxanası tərə findən verilmiş “Ambulator Kitabça”dan Çıxarışdan görünür ki, İddiaçı xx.xx.1995-ci il tarixdən qeyd edilən xəstəxanada qeydiyyatdadır. Bu onu göstərir ki, İddiaçı psixiatrik xəstəxanada qeydiyyatda olması səbəbindən mütləq şəkildə onun fəaliyyət qabiliyyətinin olub-olmaması araşdırılmalı, əgər fəaliyyət qabiliyyəti yox idisə bu zaman iki hal şahidinin iştirakı ilə və mütləq şəkildə hər-hansı bir notariusun müəssisəyə dəvət edilməsi ilə və ələlxüsus əgər qeyd edilən şəxsin fəaliyyət qabiliyyəti yox idisə onun üzərində qəyyum təyin edilməsi haqqında məhkəmə qərarının təqdim edilməsindən sonra notarius vasitəsi ilə etibarnamə təsdiq edilə bilərdi. Lakin etibarnaməyə baxmaqla bütün bu proseslərin baş verib-verməməsini müəyyən etmək mümkün deyildir və etibarnamənin saxta yollarla əldə edilməsi bəlli olur. Deməli qarşı tərəf planlı şəkildə hərəkət etmişdir. Belə olan halda istintaq təcridxanasında etibarnamələrin verilməsinin qeydiyyatı kitabının tələb edilməsi zəruri olmuşdur.

56. Müvafiq vəzifəli şəxs etibarnaməni təsdiq etdikdən sonra onun bir nüsxəsini etibar edənə verir, digərini isə öz işlədiyi idarədə saxlayır. Digərini isə məhkumun şəxsi işində saxlayır. Belə ki, İddiaçı bildirdiyinə görə hətta onun öz arvadına uşağını xarici ölkəyə müalicə məqsədi ilə aparmasına razılıq verməsi ilə bağlı verdiyi etibarnamə onun şəxsi işində mövcuddur. Belə bir etibarnamənin şəxsi işində saxlanıldığı halda onun daşınmaz əmlakın özgəninkiləşdirilməsi ilə bağlı tərtib edilmiş etibarnamə şəxsi işində aşkar edilməməsi sual doğurur. Deməli, həqiqətən də belə bir etibarnamə mövcud olmamış və bu səbəbdən də mövcud olmayan bir sənəd onun şəxsi işində aşkar edilmir. Belə ki, etibarnamə saxta olduğuna görə həmin etibarnamə onun şəxsi işinə qoyulmamışdır. Elnur cəzaçəkmə müəssisəsinə getdikdən sonra həmin cəzaçəkmə müəssisəsində onun şəxsi işinə baxılacaqdı və Elnura şəxsi işində belə bir etibarnamənin olduğu bildiriləcəkdi. Elnur da dərhal buna reaksiya verəcəkdi. Məhz Elnurun hansı müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyini təcridxana rəisi bildiyi üçün saxta yolla etibarnamə verməyə razılıq vermiş və düşünmüşdür ki, Elnur azadlığa 10 ilə yaxın müddətdən sonra buraxılacaq və artıq bu məsələləri mübahisələndirməyəcəkdir. Ona görə də tərtib etdiyi saxta etibarnaməni onun şəxsi işinə qoymamış, həmçinin hərhansı kitabda (jurnalda) bu barədə hər hansı bir qeydiyyat apar ılmamışdır. Bu saxlama isə müvafiq şəkildə təsdiq edilmiş, qaytanlamış kitabda müvafiq qeydiyyat aparılmaqla həyata keçirilir. Necə ola bilər ki, 11 saylı Cəza çəkmə Müəssisəsi müraciətlərə əsasən heç bir etibarnamənin mövcud olmadığını qeyd etsə də, Elnur İsmayılov isə 032 sayla etibarnamənin verilməsinin qeydiyyata alınmasını qeyd edir. Halbuki, etibarnamələrin qeydiyyat jurnalı həmin dövrdə, yəni Elnur İsmayılovun müraciətə cavab verdiyi 2024-cü ildə onda ola bilməzdi. Belə k,. qanuna əsasən hər il ərzində qaytanlanmılş kitablar Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Arxiv idarəsinə təhvil verilir. Yəni mümkün deyildir ki, 12 ildən uzun müddət keçməsinə baxmayaraq Elnur İsmayılovda hansısa bir müvafiq qeydiyyatların aparılması ilə bağlı kitab olmuş olsun. Digər tərəfdən 2-ci etibar namədən görünür ki, onun kitabdakı nömrəsi 032-dir. Lakin 1-ci etibarnamənin isə kitabdakı nömrəsi 040-dır. Necə ola bilər ki, 1-ci etibarnamənin nömrəsi daha böyük rəqəm və 1-ci etibarnamədən 15 gün keçdikdən sonra 2-ci etibarnamə təcridxana rəisi tərəfindən tərtib olunsa da ikinci etibarnamənin sıra nömrəsi 1-ci etibarnamənin sıra nömrəsindən kiçik ola bilər. Bu da belə bir etibarnamənin mövcud olmadığına və hansısa saxta yollarla yazıldığına bariz nümunədir. Qarşı tərəf əgər istifadə edə bilirsə, 1-ci etibarnamədən nə üçün istifadə etməmişdir. Burdan da görünür ki, birinci tərtib edilmiş etibarnamə də qanunsuz olaraq tez-tələsik olaraq tərtib edilmiş, lakin etibarnamə qanunsuz etibarnamə olduğu üçün ondan istifadə etmək mümkün olmadığı üçün 2-ci dəfə etibarnamə tərtib edilməsi məcburiyy ətində qalınmışdır. Cavabdeh və Ənsarın nümayəndəsi qeyd edirlər ki, guya iddiaçı etibarnamə vermək üçün onlardan şəxsiyyət vəsiqələrini Bakı İstintaq Təcridxanasına verməklərini onlara xəbər etmişdir və onlar da öz şəxsiyyət vəsiqələrini təqdim etmişlər. Sonradan nəzarətçi vasitəsi ilə verilmiş etibarnaməni onlara çölə göndərmişəm. İddiaçı hər iki instansiya məhkəməsində müraciətlərin qeydə alınması ilə bağlı kitabların əslinin təqdim edilməsini xahiş etmişdir. Lakin həmin kitablar məhkəməyə gətirilərək tədqiq edilməmişdir. Həmin kitabda (jurnal) Ənsarın və yaxud digər şəxsin şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətinin olubolmaması sual doğurur.

57. Həmçinin apellyasiya məhkəməsindən xahiş edilmişdir ki, heç olmazsa Ənsarın anten dairəsini müəyyən etsinlər ki, anten dairəsi etibarnamən in tərtib edildiyi dövrdə Ənsarın harada olmasını göstərir. Həmçinin görüş kartoçkaları da yoxlanılmalı idi ki, Ənsar hansı tarixdə Elnur ilə görüşmüşdür. Elnur Qədirov hansı tarixdə Ənsara müraciət edərək ona daşınmaz əmlakın özgəninkiləşdirilməsini nəzərdə tutan etibarnamə vermək istədiyini demişdir. İddiaçı hər iki məhkumluğu dövründə Ənsar bir dəfədə olsun onun yanına gələrək onunla görüşməmişdir. Əgər görüşə gələnlərin qeydiyyat kitabları yoxlanılarsa onda bu hal öz təsdiqini tapacaqdır.

58. İddiaçı özü şəxsən Bakı İstintaq Təcridxanasına gedərək müstəqil araşdırma aparmaq niyyəti ilə Bakı İstintaq Təcridxanasının rəisi ilə 5 avqust 2024- cü il tarixdə görüşmək istəsə də, rəis görüşməkdən yayınmışdır. Daha sonra rəislə telefon əlaqəsi saxlamaq istəmiş, bu da mümkün olmamışdır. İddiaçı təkidlə israrından sonra nəhayət müavin Qədim adlı şəxs ilə telefon əlaqəsi saxlaya bilmişdir. Rəisin müavini Qədim adlı şəxs də İddiaçı bildirmişdir ki, “bizim daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair etibarnamə verməyimiz mümkün deyildir. Bu qanunla bizim belə bir səlahiyyətimiz yoxdur”. İddiaçı arxivdən etibarnamənin bir surətinin çıxarılaraq ona verilməsini tələb etsə də, Qədim müəllim Bakı İstintaq Təcridxanasında arxivdə belə bir etibarnamənin mövcud olmadığını, onun aldadıldığını bildirmişdir. Bu halı nəzarət kameralarından müşahidə etmək olar. Bundan sonra, İddiaçı bir daha 2024-cü ilin avqust ayının sonlarında Bakı İstintaq Təcridxanasına gedərək bir daha etibarnamənin surətini tələb etmişdir. Bu dəfə isə ona rəsmi olaraq ərizə ilə müraciət etməsi bildirilmişdir. İddiaçı 2 024-cü ilin avqust ayının sonlarından başlayaraq Bakı İstintaq Təcridxanasına və Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidova 29 avqust 2024-cü ildə 30 oktyabr 2024-cü ildə və digər tarixlərdə dəfələrlə müraciətlər etsə də onun müraciətlərinin heç birinə cavab verilməmişdir. Yalnız xx.xx.2025-ci il tarixdə İddiaçı müraciətinə cavab bu formada verilmişdir: “Sizin müraciətinizə cavab olaraq bildiririk ki, Bakı İstintaq Təcridxanasının etibarnamələrin qeydiyyat jurnalında həbsdə saxlanılan X20 tərəfindən xx.xx.2012-ci ildə 032 saylı qeydiyyatla X4 etibarnamə verilməsi qeydə alınmışdır. Həbs edilmiş şəxs Elnur Qədirovun ərizə və etibarnamə surəti arxiv sənədlərində aşkar edilməmişdir. Hörmətlə rəis, Elnur İsmayılov (tarixi xx.xx.2025)”. Həmin cavabdan görünür ki, Elnur İsmayılov birinci etibar namə ilə bağlı suala cavab verməkdən yayınır. Həmçinin iki başlı cavab verərək heç bir ərizə və etibarnamənin aşkar edilmədiyini bildirsə də etibarnamənin qeydə alındığını bildirmişdir. Əgər hər hansı müraciət olmamışdırsa və etibarnamənin də bir surəti Bakı istintaq Təcridxanasında yoxdursa hansı etibarnamədən söhbət gedə bilər.

59. X25 Məhkəməsi və həm də Lənkəran Rayon Məhkəməsi qeyd edilən cinayət işi üzrə yekun qərar qəbul edilənədək icraatı dayandırmalı olduqları halda bunun etməmişlər.

60. Lənkəran Rayonu Bələdiyyəsinin xx.xx.2025-ci il tarixində göndərdiyi məktubda qeyd edilir: “- Sizin xx.xx.2025 –ci il tarixli məktubunuza cavab olaraq bildiririk ki, Lənkəran bələdiyyəsinin 2001-ci il tarixli 04 saylı iclasının qərarı ilə çayxananızın qarşısındakı 89,2 km metr ərazisinin abadlaşdı rılması sizə təhkim edilmişdir. Həmin dövrdə bu məsələ ilə bağlı Lənkəran Bələdiyyəsinə müraciət edənin kimliyinin biz tərəfindən müəyyənləşdirilməsi mümkün olmamışdır. Bununla bağlı sizin hüquq mühafizə orqanlarına müraciət etməyiniz məqsədəmüvafiqdir” cavabı verilmişdir. Bələdiyyə tərəfindən 2001-ci ildə guya iclas keçirilmiş və iddiaçı bələdiyyənin həmin iclasında iştirak etmişdir. Lakin o, 1999-cu il tarixdə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 2005-ci il tarixdə azadlığa buraxılmışdır. Belə olan halda onun Bələdiyyənin 2001-ci il tarixində keçirilən iclasında necə iştirak edə biləcəyi sual doğurur. Həmin iclasda da atılan imzalar və tərtib edilmiş digər sənədlər də Cavabdeh tərəfindən müəyyən saxtakarlıqlara məruz qalmışdır. Bu bir daha onu göstərir ki, Cavabd eh daima müxtəlif vasitələrlə saxtakarlıqlar etməyə çalışmışdır. 2001-ci ildə Azərin məqsədi o, olub ki, bələdiyyənin əli ilə özünün yeməkxanasının ərazisini geniş, iddiaçının çayxanasının ərazisini isə kiçik göstərsin. Bələdiyyənin iclasına görə guya çayxananın ətrafının abadlaşdırılması iddiaçının müraciəti əsasında ona təhkim edilmişdir. Halbuki həmin dövrdə iddiaçı azadlıqdan məhrumetmə yerində cəza çəkmişdir. Bununla Azərin məqsədi o olub ki, çayxananın həyəti kiçik kimi, yeməkxananın qarşısı isə böyük bir ərazi kimi göstərilsin. Yeməkxana Azər tərəfindən 1997 -1998-ci il tarixlərində, çayxana da iddiaçı tərəfindən həmin tarixdə özəlləşdirilmişdir. Həmin özəlləşdirmə isə dövlət xətti ilə olmuşdur. Yeməkxana ilə çayxana bir damın altında olsa da, yeməkxananın ünvanı Mirmustafaxan keçəs i 69, Çayxananın ünvanı isə İ.Səmədzadə 59(keçmişdə isə 18 olmuşdur) Yeməkxana və çayxana bir damın altında olsalar da, onların ünvanları və qapıları müxtəlifdir. Yeməkxana və çayxananın qarşısından yol keçir və yolda ərazi bölgü vahididir. Yeməkxananın ərazisi isə yoldan ona tərəf hissədə ola bilməz. Maraqlıdır ki, həmin çayxananın qarşısı dövlət torpağı olsa da bələdiyyənin dövlət torpağı ilə bağlı hansısa bir sərəncam vermək hüququ olmamış, lakin buna baxmayaraq iclas keçirməklə bu barədə saxta qərar qəbul edilmişdir. Maraqlıdır ki, necə ola bilər ki, qeyd edilən məsələ ilə bağlı müraciət edilsin, lakin müraciət edənin kimliyi məlum olmasın. Hər bir halda abadlaşdırılmanın aparılması və digər məsələlər ilə bağlı müraciətlər yazılı qaydada aparılır. Əgər belə bir müraciət edilmişdirsə bu müraciət yazılı qaydada aparılmış, müraciəti edən şəxs öz soyadını, adını, atasının adını və ünvanını qeyd etmişdir. Lakin hansısa səbəbdən Bələdiyyə tərəfindən bu müraciəti edən şəxsin kimliyi gizlədilmişdir. Həmçinin iddiaçı Lənkəran Rayon Prokurorluğuna da şikayət edərək bələdiyyəyə edilmiş müraciətin kim tərəfindən edildiyini və orada olan imzaların kim tərəfindən edildiyini sübut etsə də, lakin Lənkəran rayon prokurorluğunun müstəntiqi Sadiq Bədəlli hansısa maraqlardan dolayı təqdim etdiyim sübutları qəbul etsə də həmin sübutları ekspertizaya təqdim etməmişdir. Bundan əlavə, həmin ərazinin bələdiyyəyə heç bir aidiyyəti yoxdur. Yəni Bələdiyyə öz səlahiyyətinə aid olmayan məsələ ilə bağlı sərəncam verə bilməz və sair hərəkətləri həyata keçirə bilməzdi.

61. Cavabdeh saxtakarılığına da ir digər dəlillər isə iddiaçı tərəfindən aşağıdakı kimi əsaslandırılmışdır. 62. “Mən 2020-ci il tarixdə azadlığa buraxıldıqdan sonra qardaşım Azər mənim yanıma gələrək mənə dedi ki, Əmlak Komitəsi ilə danışmışam. 5600 manat pul qarşılığında Çayxananın altında olan torpaq sahəsini sənin üçün özəlləşdirim. Mən də qeyd edilən məbləğdə pulu qardaşım Azərə vermişəm. 2022-ci ildə icarə müaviləsi bağlanmamışdan əvvəl mən həmin çayxananın ətrafında olan torpaq sahəsini özəlləşdirmək istədim. Həmin vaxt mənə dedilər ki, ətraf torpaq sahəsini bir dəfəlik olaraq almaq mümkün deyildir. Əvvəlcə icarəyə götürmək lazımdır. Məndə 2022-ci ilin sentyabr ayında icarə müqaviləsi bağlamaq istəyəndə mənə dedilər ki, burda səndən başqa qardaşının da adı vardır. Mən də onda bilmişəm ki, mənim çayxanamın yarısı və altında olan torpaq sahəsinin yarısı Azərin adına keçməklə çıxarış verilmişdir. Çayxananın altında olan torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı sənədlərdə olan imza mənim deyildir. Bununla bağlı müstəqil olaraq ekspertizaya müraciət etmişəm və 09 yanvar 2025-ci il tarixdə ekspert rəyini almışam. Həmin rəydən açıq-aşkar görünür ki, yuxarıda qeyd etdiyim hallarla bağlı çəkilən imza mənə məxsus deyildir. Mən həmin ekspert rəyini apellyasiya məhkəməsinə təqdim etmişəm. Bundan sonra qardaşım Azər ilə danışaraq nə üçün belə etdiyini soruşmuşam və mənə bildirib ki, artıq heç bir şey edə bilməyəcəksən. Heç bir halda məndən əmlakın yarısını geri ala bilməzsən. Məndə bildiyim vaxtdan bir neçə ay sonra (heç bir il keçməmiş) məhkəmələrə müraciətlər etmişəm. Mən Asan Xidmətə gedərək “Dostluq” çayx anasının şəhadətnaməsinin təsdiq olunmuş surətini götürməyə getmişdim. Xahiş edərək bütün sənədlərə baxmışam və orada alqı-satqı müqaviləsini gördüm. Həmin vaxt gördüm ki, alqı-satqı müqaviləsinin ikisi də oradadır. Halbuki, həmin alqı-satqı müqaviləsinin bir nüsxəsi məndə, bir nüsxəsi əmlak komitəsində və bir nüsxəsi də reyestrdə olmalıdır. Bundan sonra mən Əmlak komitəsinə getmişəm və orada da alqısatqı müqaviləsinin olduğunu görmüşəm. Həm Reyestr xidmətində olan alqı-satqı müqaviləsində həmçinin də Əmlak Komitəsində olan alqı-satqı müqaviləsində mənim imzalarım yox, başqa şəxsin imzasını görmüşəm. Mən bunu 2024-cü ilin 20 dekabr tarixində bilmişəm. Əgər siz maraqlansanız görərsiz ki, mənim həmin tarixdə Asan Xidmətə rəsmi yazılı ərizəm də mövcuddur. Lakin mən hüquqşünas olmadığım üçün m üxtəlif məzmunlu iddialar qaldırması, lazım olan sənədlərin toplanılmaması və edilmiş digər hüquqi səhvlər mənim deyil, vəkilimin səhvləridir. Belə ki, mən hüquqşünas deyiləm və hansı məsələ ilə bağlı hansı növ iddia qaldırmağın lazım olduğunu və hansı sənədlərin tələb olunduğunu vəkilim bilməli idi və müvafiq sənədləri əldə etməli idi. Mən müstəqil olaraq araşdırmalar apararaq bir çox sənədlər əldə etmişəm, halbuki bütün bunları vəkilim etməli idi. Mən bütün bunları yeni vəkil ilə müqavilə bağladıqdan sonra bilmişəm. Lənkəran Bələdiyyəsi xx.xx.2025-ci ildə Elnur Malik oğluna göndərdiyi məktubda da eyni məsələni göstərilərək qeyd edilmişdir ki, Sizin xx.xx.2025-ci il tarixli məktubunuza cavab olaraq bildirilir ki, Lənkəran şəhəri ”Böyük Bazar“ ərazisi İ.Səmədzadə 18(59) ünvanında yerləşən “Dostluq“ çayxanası və M.Mustafaxan küçəsində yerləşən “Dostluq” yeməkxanasının torpaq sahəsi Bələdiyyə mülkiyyəti deyildir. Məni elə faktlar qarşısında saxlayıblar ki, mən lap çaşıb qalmışam. Qeyd edilən ərazilər Dövlət torpaqları kateqoriyasına aiddir. Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən verilmiş məktubdan da görünür ki, saxta etibarnamə ilə bağlı məsələ Sabunçu Rayon Prokurorluğunda araşdırılır.

63. Məhkəmə Ekspertizaya etibarnamənin əslini deyil, kserosurətini təqdim etmişdir. Bu isə tamamilə qanunsuz və əsassızdır. Belə ki, qanunvericiliyin tələbinə əsasən məhkəməyə ya sənədlərin əsilləri ya da ki, müvafiq qaydada təsdiq edilmiş surətləri təqdim edilir. Məhkəmə bilərəkdən ekspert qarşısında imza ilə yazı mətninin eyni şəxs tərəfindən və ya ayrı-ayrı şəxslər tərəfində n həyata keçirilməsini müəyyən etməsi sualını qoymamışdır. Belə ki, adi gözlə də görünür ki, imzanı edən şəxs ilə yazını yazan şəxs eynidir. Yazılar isə iddiaçı tərəfindən yazılmadığı üçün deməli, imzanı da həmin şəxs etmişdir. Ekspert isə daha böyük kobud pozuntuya yol vermişdir. Lənkəran Rayon Prokurorluğu tərəfindən aparılmış araşdırma ilə bağlı təyin edilmiş məhkəmə-xəttşünaslıq ekspertizasında da ekspertin rəyində qeyd edilmişdir ki, xətt Elnur tərəfindən deyil başqası tərəfindən icra olunmuşdur. Lakin imza Elnurun imzasına oxşadılmışdır. Halbuki bələdiyyə sənədləri tərtib edilərkən iddiaçı azadlıqdan məhrumetmə yerində, yəni 6 saylı Cəzaçəkmə Müəssisəsində olmuşdur. Bu isə imzanı çəkən şəxsin imzanı iddiaçının imzasına oxşatmağı bacardığını göstərir. Əgər iddiaçı etibarnaməni oxumuş olsaydı (heç həmin dövrdə latın qrafikalı əlifba ilə oxumağı da bacarmamışdır) imzanın altından kiril əlifbası ilə və öz xətti ilə etibarnaməni oxumağını və orada qeyd edilən məsələlərin ona aydın olduğunu yazardı. 64. 11 saylı Cəzaçəkmə Müəssisəsinin xx.xx.2024-cü il tarixli, 3-16- 17/27/23914 saylı Arayışı ilə müqayisədə hakim Murad Aslanovun əldə edərək işə tələsik əlavə etdiyi Bakı İstintaq Təcridxanasında xx.xx.2024-cü i l tarixli 3-16-17/40/2- 5572 nömrəli Məktubunda göstərilmiş “Bakı İstintaq təcridxanasının etibarnamələrin qeydiyyatı jurnalında, həbsdə saxlanılan X20 tərəfindənxx.xx.2012-ci ildə 032 saylı qeydiyyatla X4 etibarnamə verilməsi qeydə alınmışdır” məlumatın heç bir hüquqi əhəmiyyəti və sübut kimi dəyəri yoxdur. Bu hərəkəti ilə hakim qüvvədə olan mülki prosessual qanunver iciliyin tələblərini kobud şəkildə pozmuşdur. Həmçinin ekspertizaya təqdim edilmiş etibarnamənin əslini və ya əslə bərabər tutulan onun müvafiq qaydada təsdiq edilmiş surətini sübut kimi qiymətləndirərək ekspertizaya təqdim etməli olduğu halda etibarnamənin kserosurətini hansısa müəmmalı səbəbdən qanunvericiliyin ziddinə gedərək sübut kimi qəbul edərək ekspertizaya göndərmişdir. Elnur İsmayılov və Mirsaleh Seyidova dəfələrlə ünvanlanmış məktublar isə cavabsız qalmış, hakim isə heç bir yerə sorğu verməyəcəyini qeyd edərək faktiki olaraq iddiaçını sübut təqdim etmək imkanından məhrum etmişdir. 65. 1-ci etibarnamə mübahisə predmeti olmamasına baxmayaraq həmin etibarnamə də ekspertizaya təqdim edilmişdir. Həmin etibarnamədən isə istifadə etmək mümkün olmamışdır. Belə ki, həmin etibarnamə birba şa olaraq şəxsin özünün iddiaçının əmlakını öz adına keçirə bilməsinə yönəlmişdir. Lakin həmin etibarnamədən istifadə edilməsi mümkün olmamışdır. Şəxs ona verilmiş etibarnamə ilə özü-öz adına əmlak keçirə bilməz. Görünür bunu təcridxana rəisi bilməmişdir. b)

66. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

67. Maddə 362.3.3.azadlıqdan məhrumetmə yerlərində olan şəxslərin müvafiq azadlıqdan məhrumetmə yerinin rəisi tərəfindən təsdiqlənmiş etibarnamələri notariat qaydasında təsdiqlənən etibarnamələrə bərabər tutulur.

68. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

69. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

70. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

71. Maddə 668.1 və 668.1.1. Daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bаğışlаmа etibаrlıdır.

72. Maddə 673.1. H ədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. Hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. Hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. O, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə.

73. Maddə 673.2. Hədiyyə verən bağışlamaq barəsində verdiyi vədi aşağıdakı hallarda ləğv edə və onun icrasından imtina edə bilər: 673.2.1. bu Məcəllənin 673.1-ci maddəsində nəzərdə tutulan hallarda; 673.2.2. vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevirə biləcəyi dərəcədə dəyişdikdə; 673.2.3. vəd verildikdən sonra hədiyy ə verənin ailə hüquq münasibətləri üzrə əvvəllər olmamış, yaxud çox cüzi həcmdə olmuş öhdəlikləri yarandıqda. 74. 673.3. İmtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. 75. 673.4. Bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

76. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdır malı və onlardan istifadə etməlidir.

77. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

78. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

79. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

80. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

81. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

82. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

83. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

84. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nətic ələnə bilsin. Kassasiya baxışının hədləri

85. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

86. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

87. Məhkəmə kollegiyası məruzəçini dinl əyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

88. İddiaçı kassasiya şikayətinin dəlilləri iddia ərizəsində, apellyasiya şikayətlərində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz a raşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür. Hesab edir ki, iddiaların rədd olunması ilə bağlı birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi haqlı olmuşdur, məhkəmə tərəflər arasında olan münasibətlərə maddi hüquq normalarını düzgün tətbiq etmiş, işə baxılan zaman prosessual hüququ normalarının pozulması hallarına yol verməmişdir.

89. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosess ual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

90. Beləliklə də, məhkəmə kollegiyası kassa siya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mü lki kollegiyasının 2(106)-106/2025 nömrəli iş üzrə 2 iyul 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar