Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3201/2021 05.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ Birinci iş: İlk iddia üzrə iddiaçı: İddiaçı ASC-nin ləğvedicisi XXX İlk iddia üzrə cavabdehlər: Cavabdeh2 MMC, Cavabdeh3 XXXoğlu Üçüncü şəxs: Suraxanı rayon İcra və Probasiya şöbəsi İlk iddia tələbi: əmlakın qiymətləndirilməsi barədə hesabatın etibarsız hesab edilməsi Qarşılıqlı iddia üzrə iddiaçı: Cavabdeh3 XXXoğlu Qarşılıqlı iddia üzrə cavabdeh: İddiaçı ASC-nin ləğvedicisi XXX Qarşılıqlı iddia tələbi: ipotekaya xitam verilməsi, ipoteka predmetlərinin ipoteka yüklülüyündən azad edilməsi, ipoteka predmetlərinə dair sənədlərin iddiaçıya qaytarılması İkinci iş: İddiaçı: İddiaçı ASC-nin ləğvedic isi XXX Cavabdeh: “xxxx” MMC Üçüncü şəxslər: Cavabdeh3 XXXoğlu, Suraxanı rayon İcra və Probasiya şöbəsi İddia tələbi: hərracın nəticələrinin etibarsız hesab edilməsi Açar sözlər: hərracın etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 avqust 2020-ci il tarixli qətnaməsindən Cavabdeh3 XXXoğlunun kassasiya şikayətinə 05 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları “Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 dekabr 2014-cü il t arixli qətnaməsi ilə Cavabdeh3 XXXoğlundan 2.928.000 manat əsas, 702.151 manat faiz borcu olmaqla, cəmi 3.630.151 manat borcun İddiaçı ASC-nin xeyrinə tutulması, tutulacaq məbləğin Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 24 iyul 2006-cı il tarixdə qeydə alınmış mənzil sertifikatında qeyd olunan XXXarasındakı, 610-cu məhəllə, 2 saylı binanın 8-ci mərtəbəsində yerləşən 26 saylı; 27 saylı; 28 saylı; 29 saylı; 30 saylı; 7 saylı; 42 saylı; 43 saylı; 41 saylı; 44 saylı; 46 saylı; 47 saylı; 45 saylı; 48 saylı; 50 saylı; 49 saylı; 51 saylı; 53 saylı; 52 saylı; 54 saylı mənzillərə sahiblik hüququna yönəldilməsi, həmin sahiblik hüquqlarının açıq hərracda satılması və onların satışından əldə olunmuş vəsaitin banka ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh3 XXXoğlunun verdiyi ap ellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 09 iyun 2016-cı il tarixli qətnaməsi ilə qismən təmin olunaraq qətnamə faiz borcunun məbləğinə aid hissədə dəyişdirilmiş və faiz borcu 668.568 manat müəyyənləşdirilmişdir. Həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Suraxanı rayon İcra şöbəsinə icra vərəqəsi göndərilmiş, icra şöbəsinin 09.03.2017-ci il tarixli sifariş məktubu əsasında “Cavabdeh2“ MMC-nin qiymətləndiricisi tərəfindən XXXarasındakı, 610-cu məhəllə, 2 saylı binada olan 26 saylı mənzil 416 250 manat; 27 saylı mənzil 538 250 manat; 28 saylı mənzil 538 250 manat; 29 saylı mənzil 416 250 manat; 30 saylı mənzil 235 250 manat; 36 saylı mənzil 416 250 manat; 37 saylı mənzil 538 250 manat; 41 saylı mənzil 416 250 manat; 42 saylı mənzil 538 250 manat; 43 saylı mənzil 538 250 manat; 44 saylı mənzil 235 250 manat; 45 saylı mənzil 416 250 manat; 46 saylı mənzil 538 250 manat; 47 saylı mənzil 538 250 manat; 48 saylı mənzil 235 250 manat; 49 saylı mənzil 416 250 manat; 50 saylı mənzil 541 500 manat; 51 saylı mənzil 235 750 manat; 52 saylı mənzil 416 500 manat; 53 saylı mənzil 543 750 manat; 54 saylı mənzil 235 750 manat məbləğində qiymətləndirilmiş, 08 sentyabr 2017-ci il və 22 sentyabr 2017-ci il tarixlərində “xxxx” MMC Suraxanı rayon İcra şöbəsinə, Cavabdeh3 XXXoğluna və İddiaçı ASC-yə bildiriş ünvanlayaraq qeyd olunan mənzillərin satılması üçün açıq hərraca çıxarıldığı və hərracın 11 oktyabr 2017-ci il tarixdə, saat 11:00-də keçiriləcəyi barədə məlumat vermiş, bu hərracda əmlaklar satılmadığından 13 oktyabr 2017-ci il və 27 oktyabr 2017-ci il tarixlərdə bildirişlər göndərilərək hərracın 15 noyabr 2017-ci il tarixdə keçiriləcəyi bildirilmişdir. “xxxx” MMC tərəfindən İddiaçı ASC-yə 17.11.2017-ci il tarixdə bildiriş ünvanlanaraq ipoteka predmetinin alqı-satqısı üçün müqavilə bağlanılması təklif olunmuş və 18.12.2017ci il tarixədək əmlakı almadığı halda işin icra şöbəsinə geri qaytarılacağı bildirilmiş, Bakı şəhəri Suraxanı rayon icra və probasiya şöbəsinin 08 yanvar 2018-ci il tarixli qərarı ilə icra vərəqəsinin Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. Birinci iş üzrə birinci instansiya məhkəməsində icraat 12 dekabr 2017-ci il tarixdə Ləğv prosesində olan İddiaçı ASC Cavabdeh3 XXXoğlu və Əmlakların Qiymətləndirilməsi Xidməti Cavabdeh2 MMC-yə qarşı əmlakın qiymətləndirilməsi barədə hesabatın etibarsız hesab edilməsi tələb inə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda, Cavabdeh3 XXXoğlu qarşılıqlı iddia qaldıraraq, İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş əmlaklar üzrə ipotekaya xitam verilməsini, həmin əmlakların ipoteka yüklülüyündən azad edilməsi, əmlaklara dair hüquqmüəyyənedici sənədlərin ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı ilk iddia üzrə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi vəsatətlə müraciət edərək mülki iş üzrə girov predmetinin (mənzil sahiblik hüququnun) ilkin satış qiymətinin müəyyən edilməsi məqsədi ilə təkrar ekspertiza təyin edilməsini, ekspertizaya həmin girov predmetlərinin qiymətləndirilməsi aparılarkən girov predmetlərinin «mənzil» kimi yox, «mənzillərə sahiblik hüququ» kimi qiymətləndiril məsinin tapşırılması barədə qərardad qəbul edilməsini xahiş etmiş və bu vəsatətini onunla əsaslandırmışdır ki, mütəxəssis rəy verərkən gəldiyi nəticəni düzgün əsaslandırmamışdır. Belə ki, ekspert həmin girov predmetlərini qiymətləndirilməsini bu dövr ərzində tələbkar tərəf olaraq banka heç bir təklif göndərməmişdir. Həmçinin də ekspert həmin girov predmetlərini qiymətləndirməsini apararkən onları mənzilə sahiblik hüququ kimi yox, normal mənzil kimi qiymətləndirmişdir ki, bu da həmin əmlakın real qiymətindən çox baha qiymətləndirilməsinə səbəb olmuşdur. Girov predmetınin ilkin satış qiymətinin yüksək göstərilməsi sonradan həmin əmlakın açıq hərracda satılmasını və bankının tələbinin həmin əmlaka yönəldilməsini qeyri-mümkün edir. Əslində isə açıq hərrac zamanı əmlakın qiymətinin real olmas ı və alıcıları cəlb etməsi üçün ilkin satış qiymətinin azacıq ucuz olması alıcıları həmin əmlakı almağa həvəsləndirir. Təbiidir ki, əmlak açıq hərrac zamanı ən yüksək dəyəri verən şəxsə satılmalıdır. Lakin ilkin qiymətin əmlakın real dəyərindən çox qoyulması alıcıları əmlak barədə açıq hərracda iştirakdan çəkindirir və açıq hərracda iştiraka həvəsləndirmir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-91/2019 saylı iş üzrə 14 iyun 2019cu il tarixli qətnaməsi ilə (hakim R.N.Qafarova) ilk iddia və qarşılıqlı iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ilk iddiaçı Ləğv Prosesində olan İddiaçıASC-nin ləğvedicisi XXXnun əsas tələbi mübahisələndirilən mənzillərin yenidən qiymətləndirilməsinin təmin olunmasıdır. İddia ərizəsində girov p redmetlərinin «mənzil» kimi yox, «mənzillərə sahiblik hüququ» kimi qiymətləndirilməli olmasına dair tələb olmamışdır. İddiaçının tələbinin əsasını girov predmetlərinin «mənzil» kimi yox, «mənzillərə sahiblik hüququ» kimi qiymətləndirilməli olması təşkil etsə idi, hazırki mülki işin 12.12.2017-ci ildən məhkəmənin icraatında olması nəzərə alındıqda ilkin iddiaçının MPM-nin 53-cü maddəsinin tələbləri baxımından iddia tələbinin dəqiqləşdirilməsi barədə müraciət etmək üçün kifayət qədər imkanı olmuş, həmçinin tərəfin MPM-nin 97.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxs kimi ekspertiza keçirilən zaman baxılmalı olan sualları məhkəməyə təqdim etmək kimi hüququ olsa da, bundan yararlanmamış, məhkəmənin qərardadının məzmunu ilə tanış olsa da, (ondan şikayət verilməsi nəzərdə tutulmasa da) eksper t qarşısında qoyulan suallarla bağlı mülahizəsini məhkəməyə və ekspertizanı aparmalı olan “xxxx” MMC-yə bildirməmişdir. Bununla bərabər, məhkəmənin qənaətinə görə ilkin iddiaçı sözügedən hesabatın hüquqlarının pozulmasına gətirib çıxartması halının mövcudluğu hər hansı konkret, mötəbər və tutarlı sübut növləri ilə əsaslandıra bilməmişdir, həmçinin də onların haqlı mənafelərinə ciddi zərər yetirə bilməsi kimi ehtimal irəli sürmüşdür. Məhkəmə isə ehtimal edilən deyil, faktiki olaraq pozulmuş hüquqlarının bərpası ilə bağlı mübahisələrə baxır və hüquqi qiymət verir. Həmçinin, məhkəmə 18 dekabr 2017-ci il tarixədək iddiaçının əmlakı almadıqları halda işin sifarişçi icra şöbəsinə geri qaytarılacağı barədə xəbərdar edilməsini, Ləğv Prosesində olan İddiaçı ASC-nin ləğvedicisi XXXnun isə 12.12.2017 -ci il tarixdə əmlakın qiymətləndirilməsi barədə hesabatın etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməsini nəzərə alaraq hesab etmişdir ki, ipoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi faktı öz təsdiqini tapmadığından qarşılıqlı iddia tələbləri əsaslı sayıla bilməz. İkinci iş üzrə birinci instansiya məhkəməsində icraat 22 oktyabr 2019-cu il tarixdə ləğv prosesində olan İddiaçı ASC “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 09 iyun 2016-cı il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Suraxanı rayon İcra və Probasiya şöbəsinin sifariş məktubuna əsasən, girov qoyan Cavabdeh3 XXXoğluna məxsus Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 24 iyul 2006 -cı il tarixdə qeydə alınmış mənzil sertifikatında qeyd olunan mənzillərə olan sahiblik hüququnun açıq hərracdan satışına dair cavabdeh tərəfindən keçirilmiş hərracların etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3157/2019 saylı iş üzrə 18 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim M.A.Bağırova) iddia təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 09.06.2016-cı il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Suraxanı rayon İcra və Probasiya şöbəsinin sifariş məktubuna əsasən girov qoyan Cavabdeh3 XXXoğluna məxsus Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən qeydə alınmış mənzil sertifikatlarında qeyd olunan mənzillərə olan sahiblik hüququnun açıq hərracdan satışına dair “xxxx” MMC tərəfindən keçirilmiş hərraclar, hərracların keçirilməsinə dair tərtib edilmiş protokollar və həmin hərracların nəticələrinin etibarsız hesab edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi onunla əsaslandırılmışdır ki, qanunvericiliyin tələblərinə görə, məhkəmə girov predmetinin satışı barədə qərar qəbul etdikdə, girov predmeti məhkəmə icraçılarının tapşırığı əsasında girov müqaviləsində göstərildiyi qiymətə fond birjasında satışa çıxarılmalıdır. Cavabdeh tərəfindən tutma girov predmetinə yönəldilərkən qanunvericiliyin normalarına əməl edilməmiş və qiymətli kağızlar açıq hərraca çıxarılmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Səbail Rayon Məhkəməsinin 14 iyun 2019-cu il tarixli qətnaməsindən tərəflər ayrıayrılıqda apellyasiya şikayətləri vermiş, ləğv Prosesində olan İddiaçı ASC-nin nümayəndəsi qətnamənin ləğv edilməsi, ilk iddianın təmin olunması, Cavabdeh3 XXXoğlu isə qətnamənin ləğv edilməsi, qarşılıqlı iddianın təmin edilməsi və ekspertiza xərclərinin bankdan tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Səbail Rayon Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli qətnaməsi Cavabdeh3 XXXoğlu tərəfindən apellyasiya qaydasında mübahisələndirilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3040/2020 nömrəli iş üzrə 11 mart 2020-ci il tarixli qərardadı ilə mülki işlərin bir icraatda birləşdirilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-769/2020 nömrəli iş üzrə 27 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər E.M.Həsənov, X.A.Məmmədova, F.F.Babayev) Səbail Rayon Məhkəməsinin 18 d ekabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh3 XXXoğlunun apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, həmin məhkəmənin 14 iyun 2019-cu il tarixli qətnaməsindən ləğv prosesində olan İddiaçı ASCnin ləğvedicisinin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 iyun 2019- cu il tarixli qətnaməsi ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh3 XXXoğluna və Əmlakların Qiymətləndirilməsi Xidməti Cavabdeh2 MMC-yə qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatın etibarsız hesab edilməsi” tələbinin təmin edilməməsi ilə bağlı hissədə ləğv edilmiş, iddia təmin edilmiş, Cavabdeh3 XXXoğluna məxsus, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 24 iyul 2006-cı il tarixdə qeydə alınmış mənzil sertifikatında qeyd olunan mənzillərin qiymətləndirilməsinə dair Cavabdeh2 MMC-nin 06 iyul 2017-ci il tarixli hesabatının etibarsız hesab edilməsi qət edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 iyun 2019-cu il tarixli qətnaməsindən Cavabdeh3 XXXoğlunun apellyasiya şikayəti təmin edilməmiş, qətnamə Cavabdeh3 XXXoğlunun ləğv prosesində olan İddiaçı ASC-yə və Suraxanı rayonu İcra və probasiya Şöbəsinə qarşı “ipotekaya xitam verilməsi, ipoteka predmetlərinin ipoteka yüklülüyündən azad edilməsi və əmlakların sənədlərinin qaytarılması” barədə qarşılıqlı iddia tələblərinin, eləcə də ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh3 XXXoğluna və Əmlakların Qiymətləndirilməsi Xidməti Cavabdeh2 MMC-yə qarşı “əmlakların yenidən qiymətləndirilməsi” tələbinin təmin olu nmaması ilə bağlı hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 09.06.2016-cı il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icra tədbirləri qanunvericiliyin göstərilən tələblərinə uyğun həyata keçirilməmiş, sahibinin adına müvafiq daşınmaz əmlaka dair mülkiyyət hüququnun qeydə alınmasına əsas təşkil edən qiymətli kağız olan mənzil sertifikatının təmin etdiyi sahiblik hüquqları nə nominal dəyərlə, nə də girov müqaviləsində müəyyənləşdirilmiş qiymətlə fond birjasında satışa çıxarılmayaraq sertifikatlarda göstərilən daşınmaz əmlaklar qiymətləndirilmiş və sahiblik hüquqları deyil, məhz əmlakların özü açıq hərraca çıxarılmışdır. Buna görə də, ləğv prosesində olan İddiaçı ASC-nin “xxxx” MMC-yə qarşı “keçirilmiş hərracl arın, hərrac protokollarının və hərracın nəticələrinin etibarsız hesab edilməsi” barədə iddia tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli qətnaməsi ilə gəlinən nəticə qanuni və əsaslı olmaqla Cavabdeh3 həmin qətnamədən verdiyi apellyasiya şikayətinin təmin olunması üçün hər hansı əsas mövcud deyildir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 416-cı maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Apellyasiya məhkəməsi hesab etmişdir ki, ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh3 XXXoğluna və Əmlakların Qiymətləndirilməsi Xidməti Cavabdeh2 MMC-yə qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatın etibarsız hesab edilməsi” barədə ilkin iddiası üzrə Səbail Rayon Məhkəməsinin 14 iyun 2019-cu il tarixli qətnaməsi ilə gəlinən nəticə əsaslı olmamışdır; çünkü qeyd olunduğu kimi, qiymətli kağızla rəsmiləşdirilən girovun icra məmurunun sifarişi əsasında qiymətləndirilib açıq hərraca çıxarılması imkanı qanunvericilikdə təsbit edilməmişdir. Bu kontekstdə, Cavabdeh3 XXXoğlunun ləğv prosesində olan İddiaçı ASC-yə və Suraxanı rayonu İcra və probasiya Şöbəsinə qarşı “ipotekaya xitam verilməsi, ipoteka predmetlərinin ipoteka yüklülüyündən azad edilməsi və əmlakların sənədlərinin qaytarılması” barədə qarşılıqlı iddia tələbləri üzrə gəlinən nəticə əsaslı olmaqla, bununla bağlı əlavə əsaslandırma aparılmasına zərurət olmadığı vurğulanmışdır. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabde h3 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş kassator məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi vəkilsiz iştirak etmişdir. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiy a instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh3 kassasiya şikayəti əsasında tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllənin 296-cı maddəsinə görə, gir ov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 297-ci maddəsinə görə isə, girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. Həmin Məcəllənin 1078-23.4-cü maddəsinə görə, “qiymətli kağızlar üzrə girovun (ipotekanın) predmeti olan qiymətli kağızlarla rəsmiləşdirilmiş daşınmaz əmlaka tutmanın yönəldilməsi və ya hüquqların keçməsi həmin əmlaka tutmanı n yönəldilməsi və ya hüquqların keçməsidir. Qiymətli kağızlarla rəsmiləşdirilmiş hüquqlar (daşınmaz əmlakın ipotekası da daxil olmaqla) üzrə mülkiyyətin əldə edənə keçməsi həmin qiymətli kağızın verilməsi ilə həyata keçirilir”. Həmin Məcəllənin 1078-1.2-ci maddəsinə əsasən daşınmaz əmlak sertifikatı adlı qiymətli kağızdır; 1078-23.14-cü və 1078-23.15-ci maddələrinə görə isə, məhkəmə girov predmetinin satışı barədə qərar qəbul etdikdə, girov predmeti məhkəmə icraçılarının tapşırığı əsasında girov müqaviləsində göstərildiyi qiymətə fond birjasında satışa çıxarılır. Girov müqaviləsi ilə girov predmetinin qiyməti müəyyən edilmədikdə, qiymətli kağızlar nominal dəyər ilə satışa çıxarılır. Həmin Məcəllənin 1078-23.17-ci maddəsinə əsasən, qiymətli kağızların girovunun qeydiyyatı, ona xitam verilmə si və girov predmetinə tutumanın yönəldilməsi qaydası maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin 03 fevral 2016-cı il tarixli qərarı ilə təsdiq olunmuş “Qiymətli kağızların girovunun qeydiyyatı, ona xitam verilməsi və girov predmetinə tutumanın yönəldilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən məhkəmə girov predmetinin satışı barədə qərar qəbul etdikdə, girov predmeti icra məmurunun investisiya şirkətinə verilən tapşırığı əsasında girov müqaviləsində göstərilən qiymətə fond birjasında satışa çıxarılır; 3.11-ci bəndinə əsasən girov müqaviləsi ilə girov predmetinin qiyməti müəyyən edilmədikdə qiymətli kağızlar nominal dəyər ilə fond birjasında satışa çıxarılır; 3.12-ci bəndinə görə isə, girov predmeti fond b irjasında satılmadıqda girov predmetini təşkil edən qiymətli kağızlar girov saxlayana təklif olunur. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etməklə həmin dəlillərə apellyasiya məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassas iya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3201/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3201/2021
05.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver