Məhkəmə qərarları › İş №2(102)-3201/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3201/2022

16.05.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3201/2022 16.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçıli oğlunun cavabdeh XXX qarşı cavabdehə məxsus əşyaların evdən çıxarılması, evdən istifadəyə maneələr aradan qaldırılmaqla, evə köçürülmə tələbinə dair iş üzrə QƏRARİ İş № 2(102)-3201/2022 Açar sözlər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi, qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızından (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviçdən və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 fevral 2022-ci il tarixli, 2(106)-548/2022 nömrəli qərardadından cavabdeh X1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. Masallı Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2(050)-2638/2021 nömrəli qətnaməsi ilə (hakim C.Quliyev) iddia təmin edilmiş, İddiaçıli oğlunun Masallı rayonu, Qızılağac kəndində mülkiyyətdə olan 0,08 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 5 manat məbləğində pulun Həsənova (Cabbarova) Balaxanım İman qızından tutularaq İddiaçıli oğluna ödənilməsi qət edilmişdir.

2. Həmin qətnamə dən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən,yəni iddianın təmin edilməyən hissəsində ləğv edilməsini, iddianın tamamilə təmin edilməsini xahiş etmişdir.

3. Həmçinin cavabdeh apellyasiya şikayəti verərək, qətnaməni qismən təmin edilmiş hissədə ləğv edib, idda tələbi əssasız olduğundan tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Apellyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 fevral 2022-ci il tarixli, 2(106)-548/2022 nömrəli qərardadı ilə (hakim İ.Q.Əsədovun sədrliyi və məruzəsi ilə, hakimlər XXX və XXX ibarət tərkibdə) iddiaçı və cavabdeh tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri üzrə icraat qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayətləri mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qayta rılmışdır.

5. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Masallı Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri üzrə qanunla müəyyən edilmiş qaydada 100 manat dövlət rüsumu ödənilməli olduğu halda, hər bir şikayət üzrə 10 manat dövlət rüsumu ödənilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

6. Cavabdeh Həsənova (Cabbarova) Balaxanım İman qızı kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 fevral 2022-ci il tarixli, 2(106)-548/2022 nömrəli qərardadının ləğv edilməsi, Masallı Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2(050)-2638/2021 nömrəli qətnaməsindən Həsənova (Cabbarova) Balaxanım İman qızı tərəfindən verilmiş apellyasiya şika yətinin mümkün hesab edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

7. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, iş üzrə yekun məhkəmə aktı 22 sentyabr 2021-ci il tarixdə qəbul edilmiş və həmin vaxt “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanun 8.1, 8.2 maddəsi qüvvədə deyildi. Məhkəməyə iddia verilərkən qiymətləndirilməyən iddia üzrə iddiaçı tərəfindən ödənilən dövlət rüsumunun 50 %-i apellyasiya şikayəti verilən zaman cavabdeh tərəfindən düzgün olaraq ödənilmişdir. 8.Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır. 9.Kassasiya şikayətinə qarşı yazılı etira z daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

10. Maddə 357.1-ci Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.

11. Maddə 361.3-cü şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir.

12. Maddə 363.1.2-ci apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulm uşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.

13. Maddə 364-cü birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır.

14. Maddə 366.1-ci apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.

15. Maddə 366.2-ci əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfi ndən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə dövlət rüsumu - dövlət orqanları tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi n əticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir). 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu tutulur. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Cavabdehin apellyasiya şikayətini qeyri-mümkün hesab edən apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, kassator “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən olunan qiymətləndirilməyən iddia ərizəs inin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumunun 50 faizi miqdarında dövlət rüsumunu ödənilməsini təsdiq edən sənədi şikayətinə əlavə etməmişdir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin həmin mövqeyi ilə razılaşmır. Belə ki, apellyasiya şikayətlərinə 10 manat dövlət rüsumunun ödənilməsi barədə qəbzlər əlavə edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin apellyasiya məhkəməsinin istinad etdiyi redaksiyası 01 oktyabr 2021-ci il tarixdən qüvvəyə minmişdir. Lakin hazırki iddia ərizəsi 28 iyul 2021-ci il tarixdə verilmiş və iddianın verilməsi ilə bağlı 10 manat dövlət rüsumu ödənilmişdir. Hazırki məhkəmə praktikasında 01 o ktyabr 2021-ci il tarixədək verilmiş iddialar üzrə yuxarı instansiya məhkəmələrinə verilən şikayətlər üçün həmin dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən iddia ərizəsinin verilməsinə görə müəyyən edilən dövlət rüsumunun 50 faizi miqdarında rüsumun ödənilməsi tələb olunur. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli və qətnamədən verilmiş apellyasiya şikayətlərinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddənin tələblərinə uyğunluğunun yoxlanılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh XXX kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin 22 fevral 2022-ci il tarixli, 2(106)-548/2022 nömrəli qərardadı ləğv edilsin və iş materialları qətnamədən verilmiş apellyasiya şikayətlərinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar