Məhkəmə qərarları › İş №2(102)-3201/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3201/2024

17.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3201/2024 17.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı tələbinə dair ilkin və iddiaçı Cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı tələbinə dair qarşılıqlı iddia tələbi üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsindən məcburi çıxarılma; vicdanlı sahibin yaxşılaşdırmalara görə çəkilmiş xərci tələb etmə hüququ, əsassız varlanma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı "torpaq sahəsindən məcburi çıxarma” tələbinə dair ilkin, iddiaçı Cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı "torpağa görə ödənilmiş pulun, çəkilmiş xərcin və vurulmuş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia tələbi üzrə Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-613/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 tərəfindən birgə qaydada verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Torpağa mülkiyyət hüququna dair JN-296 KOD 90318048 nömrəli dövlət aktı ilə müəyyən olunur ki, Ağdaş rayonu Tofiqi kəndində yerləşən 2,55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Ağdaş rayon Aqrar islahat komissiyasının 20 noyabr 1998-ci il tarixli, 20 nömrəli qərarı ilə hazırki iş üzrə cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 və X2 birgə mülkiyyətinə verilmişdir.

2. Qeyd olunan torpaq sahəsi iki müxtəlif konturda (planşetdə) qeyd olunmuşdur; 296 nömrəli planşetdə 20552,36 kv.m, 296C nömrəli planşetdə isə 4953,23 kv.m. 3. 12 iyun 2006-cı ildə cavabdehlər onlara məxsus 2,05 ha torpaq sahəsinin alğısatqısı barədə iddiaçı ilə razılığa gəlmişlər və bu barədə tərəflər arasında akt tərtib edilmişdir.

4. Sözügedən aktda qeyd olunur ki, "cavabdehlər onlara məxsus 2 hektar 5 sot torpaq sahəsinin ömürlük olaraq iddiaçıya satır və əvəzində 620 (altı yüz iyirmi) manat pul alırlar. Ailə üzvlərindən biri X1 olduğu üçün alğı-satqını notarius vasitəsi ilə rəsmiləşdirə bilmirlər”.

5. Belarusiya Respublikasının Minsk vilayəti prokurorluğunun xx.xx.2007-ci il tarixli, 1800/ 26cn-2007 nömrəli məktubu ilə müəyyən olunur ki, X4 30 may 2007-ci ildə ölmüşdür. 6. "Əmlak Qiymətləndirmə” MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli əmlak qiymətləndirilmə mütəxəssis rəyindən müəyyən olunur ki, Ağdaş rayonu Tofiqi kəndi ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1 hektarı 4.500 manat müəyyən edilməklə, 2,05 hektarının hazırki real bazar satış qiyməti 9.225 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat:

7. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı torpaq sahəsindən məcburi çıxarma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.

8. Daha sonra iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 20 saylı qərarı ilə onlara və daha bir ailə üzvlərinə verilmiş, birgə mülkiyyət hüququna dair Dövlər Aktına (JN-296, kod ********) əsasən müvafiq cizgidə göstərilən sərhəd daxilində verilmiş 2,05 hektar pay torpaq sahəsindən Cavabdeh əsassız və özbaşına istifadəsinə son qoyulması, cavabdehin mülkiyyətlərində olan 2,05 hektar torpaq sahəsindən məcburi qaydada çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdirlər.

9. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının qərarı ilə onlara 2,55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin pay torpaq sahəsinin 0,50 hektara yaxın olan ayrıca hissəsini cavabdeh istifadə etmək üçün istəmiş və onlar buna etiraz etməyərək razılaşdıqlarından xeyli müddət ərzində həmin sahədən və ona yaxın olan qalan sahələrindən əsassız istifadə etmişdir. Daha sonra onlar torpaqlarının geri qaytarmasını tələb etdikdə cavabdeh şəxs həmin ərazini onlardan almaq istədiyini bildirməklə torpaq sahəsindən istifadə etməyə davam etmişdir. Aktda adı olan Zaur adlı ailə üzvlərinin Rusiyada ölməsi səbəbindən satmalarının qeyri-mümkünlüyünü bildirmələrinə baxmayaraq, cavabdeh torpaq sahəsindən özbaşına istifadəsini davam etdirmişdir. Daha sonralar da cavabdehə bir neçə dəfə torpaqlarının geri qaytarmasına dair təklifləri, o cümlədən də mediasiya qaydasında təklifləri olmasına baxmayaraq, cavabdeh torpaqdan özbaşına və əsassız istifadəsini davam etdirmişdir. Cavabdeh hazırda da pay torpaq sahələrindən özbaşına istifadə hərəkətlərini da vam etdirməklə mülkiyyət hüquqlarını aşkar şəkildə pozmaqda davam edir.

10. İddiaçı Cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 620 manat pulun və 2,05 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə çəkilmiş 3.183 manat xərcin, həmin torpağa görə vurduqları 8.605 manat ziyanın və dövlət rüsumu hesabına ödəmiş olduğu 127,22 manat, mütəxəssis rəyinə görə 170 manat xidmət haqqı, cəmi 12.705,22 manat pulun cavabdehlərdən müştərək qaydada alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh tələbini onunla əsaslandırmışdır ki, o, 2006-cı ilin iyun ayında aralarında olan qarşılıqlı razılaşma əsasında qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 oğlu, İddiaçı2 və İddia çı3 və ailə üzvlərinə məxsus 2,55 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2,05 hektar hissəsini alğı-satqı şərtlərinə tam əməl etməklə, yəni 620 (altı yüz iyirmi) manat əvəz (haqq) ödəməklə onlardan almışdır. Bu barədə, 12 iyun 2006-cı ildə kənd icra nümayəndəsinin iştirakı ilə akt tərtib edilmiş və imzalanaraq nümayəndəliyin möhürü ilə təsdiq edilmişdir. Bundan sonra cavabdehlər dövlət aktını və həmin torpaq sahəsini dövlət aktında göstərilən sərhəd daxilində yerində ona təhvil vermişlər. Həmin vaxtdan o, faktiki olaraq qarşılıqlı iddia üzrə cavabdehlərdən aldığı həmin 2,05 hektar torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqlarını həyata keçirir. Lakin qarşılıqlı iddia üzrə cavabdehlər, sənədlərinin guya qaydasında olmamasını, mülkiyyətçilərdən birinin ölümünü göstərməklə notariat orqanına getmədiklərindən aralarında olan alğı-satqını notariat qaydada rəsmiləşdirmək mümkün olmamışdır. Keçən dövrdə hər dəfə o, torpağın alğı-satqısının rəsmiləşdirilməsini qarşılıqlı iddia üzrə cavabdehlərdən tələb edəndə onlar min bəhanə ilə torpağı onun adına sənədləşdirməkdən yayınmışdırlar. Qeyd edilən torpaq sahəsi qarşılıqlı iddia üzrə cavabdehlər tərəfindən ona təhvil verildikdən sonra torpaq sahəsi qeyri-hamar, əkin üçün demək olar ki, tam yararsız hala düşdüyündən ilk növbədə əraziyə xüsusi texnika gətirərək sahəni hamar vəziyyətə salmışdır. Bunun üçün 820 manat vəsait xərcləmişdir. Torpaq sahəsi kənd təsərrüfatı məhsullarının əkilib-becərilməsi üçün tam yararlı olmadığından 2022-cı ildə əlavə olaraq əraziyə qoşqusu 70 manat olmaqla 8 qoşqu peyin tökdürərək torpağı ya rarlı vəziyyətə salmaq üçün cəmi 560 manat xərc çəkmişdir. Həmin ildə 2 dəfə hər hektarı 100 manat olmaqla şumlanmasına 205 manat, hər hektarı 45 manat olmaqla 2 dəfə malalanmasına 184,50 manat xərc çəkmiş və torpaq əkin üçün tam yararlı vəziyyətə gətirilmişdir. 2022-ci ilin oktyabr ayında həmin əraziyə kiloqramı 85 qəpik olmaqla, ümumi qiyməti 468,50 manat olan 450 kq buğda bitkisi əkmiş və əkin yüksək keyfiyyətdə alınmışdır. Qarşılıqlı iddia üzrə cavabdehlərə dəfələrlə tərəfindən edilmiş xahiş və tələbinə baxmayaraq, faktiki olaraq ona satdıqları 2,05 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini ona satmalarını etiraf etsələr də və bunun müqabilində ondan torpağın pulunu tam almalarına baxmayaraq iddiaçılar ona qarşı məlum ilkin iddia tələbi ilə məhkəməyə müraciət edərək onun iddiaç ılara məxsus 2,05 hektar torpaq sahəsindən torpaq sahəsini əsassız və özbaşına zəbt etdiyini bildirərək, onun həmin torpaq sahəsindən məcburi çıxarılmağını məhkəmədən xahiş etmişlər. Göründüyü kimi o, həmin torpaq sahəsini, əsassız və özbaşına zəbt edərək istifadə etmir. Hazırda Ağdaş rayonu, Tofiqi kəndi ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hər hektarının real bazar qiyməti 4.500 manat təşkil etdiyindən mübahisə predmeti olan 2,05 hektar torpaq sahəsinin qiyməti 9.225 manat təşkil edir. Göründüyü kimi qarşılıqlı iddia üzrə cavabdehlər 2,05 hektar torpaq sahəsini 2006-cı ildə bütün digər mülkiyyətçilər olan ailə üzvlərinin razılığı ilə qarşılıqlı razılaşma əsasında ona 620 manata satdıqlarını bildirməsi, lakin sonradan hazırda bundan imtina etmələri, yəni onların təqsiri üzündən ona əlavə olaraq 8.605 manat ziyan vurulmuşdur. O, həmin torpaq sahəsinə görə ödədiyi 620 manat məbləğində pulun, həmin torpaq sahəsinin tam istifadəyə yararlı vəziyyətə salınması üçün çəkdiyi 3.183 manat xərcin və torpağı ona satmaqdan imtina etmələri nəticəsində ona vurmuş olduqları 8.605 manat ziyanın əvəzi ona tam ödənildikdən sonra həmin torpaq sahəsini cavabdehlərə qaytara bilər.

12. Mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 2(014)-365/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 28 sentyabr 2023-cü il tarixli, 10/4099-9/4297 nömrəli ekpsert rəyinə əsasən Ağdaş rayonu, Tofiqi kəndində yerləşən 2,05 ha torpaq sahəsinin hazırki orta baz ar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 16000 manat məbləğində müəyyən olunur və “Əmlak Qiymətləndirilmə" MMC-nin direktoru tərəfindən imzalanmış 06 fevral 2023- cü il tarixli 008718 nömrəli mütəxəssis rəyində qeyd edilən işlərin, xidmətlərin və malların dəyəri hazırki real bazar qiymətinə uyğun hesablanmışdır.

13. Ağdaş Rayon Məhkəməsinin 2(014)-365/2023 nömrəli iş üzrə qəbul etdiyi 13 dekabr 2023-cü il tarixli qətnaməsi ilə ilkin iddia tələbinin təmin edilməsi, Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 20 saylı qərarına əsasən ailə üzvləri ilə birlikdə iddiaçılara məxsus 2,05 ha torpaq sahəsindən əsassız və özbaşına istifadəsinə son qoyulmaqla ilkin iddia üzrə Cavabdeh həmin torpaq sahəsindən məcburi qaydada çıxarılması, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 620 manat torpağa görə ödənilmiş pul, 3.183 manat torpağın yaxşılaşdırılması üçün çəkilmiş xərc, mütəxəssis rəyinə görə ödənilmiş 170 manat pul, cəmi 3.973 manat pulun tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim C.Sultanov).

14. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında etibarlı alğısatqı müqaviləsinin olmasını təsdiq edən heç bir sənəd yoxdur, əksinə tərəflər qanunvericiliklə müəyyən edilmiş müqavilənin notarial qaydada bağlanmasına dair tələbə riayət etməmişlər. Buna görə də onlar arasında etibarlı alğı-satqı münasibəti yoxdur. Lakin işin faktiki halları ilə ilkin iddia üzrə cavabdehin ilkin iddi a üzrə iddiaçılara 620 manat ödəməklə onların torpaq sahəsini almasına dair anlaşmanı təsdiq edən akt var, ilkin iddia üzrə iddiaçılar həmin məbləği aldıqlarını inkar etmirlər, lakin müqavilənin bağlanması mümkün olmadığından və bu müddət ərzində ilkin iddia üzrə cavabdeh torpaqdan faydalandığından onun torpaqdan əvəzsiz qaydada çıxarılmasını istəyirlər. Tərəflər arasında qanunvericiliyin tələbinə uyğun əqd olmadığından, qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehə əsassız olaraq pul vəsaiti vermiş, həmçinin özgə işlərini tapşırıqsız vicdanla aparmışdır. Tərəflər arasında daşınmaz əmlak üzərində hüquqların həyata keçirilməsi üçün heç bir müqavilə olmadığından, məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia üzrə cavabdehə ödənilmiş pul vəsaiti əsassız varlanma kimi qiymətləndi rilməli, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 torpağa görə ödənilmiş 620 manat, torpaq sahəsinin yaxşılaşdırılması üçün çəkilmiş xərclər üçün 3.183 manat, mütəxəssis rəyinə görə ödənilmiş 170 manat, cəmi 3973 manat pul işin halları ilə sübut olunduğundan qarşılıqlı iddia üzrə cavabdehdən tutulmalıdır. Əsassız varlanmaya görə 620 manat, özgə tapşırığını vicdanla aparmağa görə 3.183 manat, mütəxəssis rəyinə görə ödənilmiş 170 manat, cəmi 3.973 manat qarşılıqlı iddia üzrə cavabdehlərdən tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya verilməlidir.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7, 146.1, 152.1, 152.5, 157.2, 157.4, 329.1, 406.1, 1087, 1090.1, 1091.1, 1091.2, 1092.1-ci Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 119.1,21 7.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək həmin qətnamənin qarşılıqlı iddia tələbinə dair hissədə ləğv edilməsi, qarşılıqlı iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Cavabdeh öz apellyasiya şikayətində bildirmişdir ki, o, mübahisəli torpaq sahəsinə külli miqdarda pul xərcləmişdir. Belə ki, onun daha da münbitləşdirdiyi torpağa görə ona cəmi 3.973 manat pul ödəyirlər. Həmçinin torpağın real bazar dəyərini təşkil edən 8.605 (9.225-620=8.605) manat da İddiaçı1, İddiaçı2 və İddiaçı3 alınaraq ona verilməlidir.

18. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyası cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, hazırki iş üzrə Ağdaş Rayon Məhkəməsinin qəbul etdiyi 13 dekabr 2023-ci il tarixli qətnaməsinin qarşılıqlı iddia tələbinin həll edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçı Cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı "torpağa görə ödənilmiş pulun, çəkilmiş xərcin və vurulmuş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia tələbi qismən təmin edilməsi, cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 müştərək qaydada 9.225 manat, mütəxəssis rəyinin alınması üçün ödənilmiş 170 manat xidmət haqqı alınaraq iddiaçı Cavabdeh verilməsi barədə 2(107)-613/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnamə qəbul etmişdir (hakimlər Günay Cavadova (məruzəçi ) Elçin Hüseynov və Əyyub Kərimov).

19. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.10 və 157.7-ci maddələrinə əsaslanaraq bildirmişdir ki, əşyanın yaxşılaşdırılması üçün edilmiş əlavələri ondan ayırmaq mümkün deyilsə, vicdanlı sahib əşyanın dəyərindən artıq olmamaq şərti ilə onu yaxşılaşdırmaq üçün çəkdiyi xərcin ödənilməsini tələb edə bilər. Çünki əşyadan ayrıla bilməyən əlavələr sıx fiziki bağlılıq və ya qarışma nəticəsində əsas əşyanın tərkib hissəsi kimi onun mülkiyyətçisinə məxsus olur.

20. Qarşılıqlı idia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbində cavabdehlərdən 12.705,22 manat məbləğində pul tələb edir ki, həmin vəsait torpağa görə ödənilmiş 620 manatı, yaxşılaşdarma ilə bağlı ödənilmiş 3.183 manatı, torpağın hazırki real bazar dəyərini (həmin məbləğdən 620 manat çıxılmaqla) 8.605 manatı özündə ehtiva edir. Göstərilənlərlə bağlı Məhkəmə qeyd etmişdir ki, 2006-ci ildə torpaq sahəsinin dəyərinin 620 manatdan hazırki 9.225 manata qədər qalxması yalnız bazar qiymətlərinin dəyişməsi ilə deyil, həm də torpağa yaxşılaşdırmalar olaraq çəkilmiş xərclər ilə əlaqədardır. Yəni torpağın qiyməti hazırki real bazar dəyəri 9.225 manat müəyyən edilməklə torpağa çəkilmiş xərclər bu məbləğə daxil edilir. Əşyaya əlavə edilmiş yaxşılaşdırmalar onun ümumi dəyərini artırdığı üçün mülkiyyətçi dəyərin artdığı həcmdə varlanmış olur. Başqa sözlə, artmış dəyər müvafiq yaxşılaşdırmaları ona çəkilmiş xərclərlə birlikdə özündə ehtiva edir. Ona görə də yaxşılaşdırmaları götürə bilməyən sahib (Cavabdeh) həm yaxşılaşdırmanın dəyərini, həm də bu dəyərin əmələ gəlməsi üçün çəkilmiş xərci mülkiyyətçilərdən (İddiaçı1, İddiaçı2 və İddiaçı3) tələb edə bilməz.

21. Buna görə də, məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia üzrə cavabdehlərdən iddiaçının xeyrinə tutulacaq vəsaitin ümumi miqdarı müəyyən edilərkən, mütəxəssis rəyi və mübahisəli torpaq sahəsinin hazırkı bazar iqtisadiyyatında tələb və təklifə uyğun olaraq dəyəri (9.225 manat) əsas götürülməli, yaxşılaşdırmalarla bağlı çəkilmiş xərc (3.183 manat) nəzərə alınmamalıdır.

22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.10, 157.7, 1091.1, 1091.2 və 1092.1-ci maddələri və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217, 384.0.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri:

23. Qətnamədən iddiaçılar İddia çı1, İddiaçı2 kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddia tələbinin qismən təmin edilməsinə dair hissədə ləğv edilməsi və qarşılıqlı iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

24. İddiaçılar İddiaçı1, İddiaçı2 şikayətlərini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən Mülki Məcəllənin 144.1, 146.1, 146.2, 181.4-cü maddələrinin, Mülki Prosessual Məcəllənin 78.1, 217.4, 372.1-ci maddələrinin tələbləri pozulmuşdur.

25. Belə ki, cavabdehin məhkəməyə təqdim etdiyi xx.xx.2006-cı il tarixli "akt” heç bir hüququ əhəmiyyət kəsb etməyən notarial bağlanmalı olan əqdi pərdələmək üçün yazılmış formal kağızdır. Həmin aktın tərtibi zamanı o, Pərvanə özü iştirak etməmiş, ora da şəxsən imza etməmiş, torpaq payına görə əks tərəfdən bir manat olsa pul almamış, bu işlərlə bağlı onu təmsil etməsi üçün kiməsə vəkalət verməmiş və torpaq payını formal da olsa satmamışdır. Aktdan da görünür ki, Dövlət Aktında adı olan Zaur adlı ailə üzvləri də orada iştirak etməmiş, həmin vaxt ölkə xaricində olmuş, həmçinin həmin şəxsin 2006-cı ilin payızında gələcəyi vaxtdan sonra rəsmiləşmə aparılacağı qeyd olunmuşdur. Əksinə "alıcı” tərəfə Zaur adlı şəxsin akt tərtib edilən zaman ölkə xaricində olduğu, ardınca orada öldüyü və tərəflər arasındakı "əqdin” bağlanmasının tam mümkünsüz olduğunun məlum olmasından, onların da bu və digər səbəblərdən torpaqlarını dərhal geri qaytarmasına dair daimi tələblərinə məhəl qoymayaraq torpaq sahəsini dərhal geri qaytarmalı olmağa borclu olan A.Müba riz bunu etməmişdir. Hazırkı mübahisə üzrə şəxsin mülkiyyətçisi olmadığı əmlakla bağlı çəkdiyi xərclərin və artırmaların əvəzi ödənilə bilməz və bunun heç bir sübutu və hüquqi əhəmiyyəti yoxdur. Əksinə nəzərə alınmalıdır ki, həmin şəxs uzun illərdən bəridir ki, torpaqlarını geri qaytarmasına dair tələblərinə məhəl qoymayaraq orada hər il taxıl əkmiş, ümumilikdə minimum 51000 (əlli bir min) manat qazanc əldə etmişdir. İşə baxan məhkəmə kollegiyası qeyd edilən işin faktiki hallarını nəzərə almamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

27. Maddə 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir.

28. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.

29. Maddə 1091.1.Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

30. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallard a baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

31. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hes ab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

40. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Hazırkı kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddianının təmin edilməsi ilə bağlı hissəsi mübahisələndirild iyindən qətnamə qismən mübahisələndirilən hissədə yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməkl ə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

45. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçılar İddiaçı1 və İddiaçı2 münasibətdə qarşılıqlı iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası q ə r a r a aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 may 2024-cü il tarixli 2(107)-613/2024 saylı qətnaməsi iddiaçılar İddiaçı1 və İddiaçı2 münasibətdə qarşılıqlı iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar