Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3203/2020 07.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Abbasov İlqar Zaman oğlunun Cavabdeh Ağsu X5 İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müddətsiz əmək müqaviləsi, əmək müqaviləsinin müddətin bitməsinə görə ləğv edilməsi, iddia müddətinin bərpası) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı və vəkili X1 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının x nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh Ağsu X5 İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Al i Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.2010-cu il tarixli, 01/k saylı əmrlə ARDNŞ Regionlar üzrə Qaz İstismar İdarəsinin X6 Sahəsi Sayğacların qəbulu və istismarı xidmətinə 5-ci dərəcəli nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər peşəsinə təyin edilmişdir. 2015-ci ildə aparılan struktur dəyişiklikləri ilə əlaqədar İddiaçıla əmək müqaviləsi ləğv edilmiş xx xxxxxx 2015-ci il tarixdə 237 nömrəli əmək müqaviləsi ilə İddiaçı Ağsu X5 İdarəsinin İsmayıllı rayonu üzrə Sayğacların qəbulu və istismarı xidmətinə 5-ci dərəcəli nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər vəzifəsinə işə təyin edilmişdir. Müqavilənin müddəti bir illik - xx xxxxxx 2016-cı il tarixədək qeyd edilmişdir. Həmin müqavilə əsasında tərəflər əmək münasibətlərini bir neçə il davam etdirmişlər. Cavabdeh Ağsu RQİİ-nin xx.xx.2019-cu il tarixli, 16/K saylı əmri ilə, İddiaçıla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən, müddətli əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilmişdir. xx xxxxx 2019cu il tarixdə sifarişçi Cavabdeh İB X9 istismar İdarəsinin rəisi X2 ilə fərdi sahibkar İddiaçı arasında 319 saylı xidmət müqaviləsi bağlanmışdır. “Xidmət müqaviləsinə xitam verilməsi barədə xx.xx.2019-cu il tarixli iddiaçıya ünvanlanmış məktubla, X9 istismar idarəsi tərəfindən həmin xidməti müqaviləyə xx.xx.2019-cu il tarixdə xitam verildiyi, buna əsas kimi xidməti müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməməsi, iki həftə və ondan çox müddətdə üzürsüz səbəbdən işə çıx mayaraq işə davamiyyət kitabında qeydiyyatdan keçməməsi qeyd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları
2. Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh X9 İstismar İdarəsinin xx xxxxxx 2019-cu il tarixli 16/k saylı əmrinin ləğv edilməsi, onunla cavabdeh təşkilat arasında müddətsiz əmək müqaviləsi bağlanmaqla işinə bərpa olunması və əmək münasibətlərinin davam etdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdeh isə bildirmişdir ki, iddiaçı ilə müddətli əmək müqaviləsi bağlanmış və müddətin bitməsinə görə əmək müqaviləsi ləğv edilmişdir. Bundan əlavə, hazırkı tələbin irəli sürülməsi üçün qanunla müəyyən edilmiş bir aylıq iddia müddəti ötürülmüşdür.
5. İddiaçı işin yuxarıda qeyd edilən fak tiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, xx xxxx 2010-cu ildə Azərbaycan Dövlət Neft Şirkəti Regionlar üzrə Qaz İstismar İdarəsinin X6 Sahəsinin 01/k saylı əmri ilə sayğacların qəbulu və istismarı xidmətinə ölçü cihazları və avtomatika üzrə 5-ci dərəcəli çilingər peşəsinə qəbul edilmişdir. Sonrakı illərdə işlədiyi təşkilat Azərbaycan Dövlət Neft Şirkətinin tərkibində fəaliyyət göstərməklə müxtəlif adlarla adlandırılmış, lakin fəaliyyət təyinatı və mülkiyyətçi “ARDNŞ” adı dəyişdirilməmişdir. Yalnız idarəçilik forması bu və ya digər formada dəyişdirilmişdir. Beləliklə də, xx xxxx 2010-cu ildən xx xxxxxx 2019-cu il tarixədək fasiləsiz olaraq X4 çalışmışdır. 2015-ci ilin əvvəllərində Azərbaycan Dövlət Neft Şirkətinin tərkibində fəaliyyət göstərməklə Cavabdeh Ağsu X5 İdarəsi yaradılaraq X6 Sahəsi həmin təşkilatın tabeçiliyinə keçmişdir. Bununla əlaqədar olaraq X6 Sahəsinin rəisinin xx xxxxxx 2015-ci il tarixli əmri ilə formal olaraq işdən azad olunmuş və 3 gündən sonra xx xxxxxx 2015-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti Cavabdeh Ağsu X5 İdarəsinin 237k nömrəli əmri ilə Ağsu X5 İdarəsinin “İsmayıllı rayonu üzrə təbii qazın qəbulu və satışı xidməti” adlandırılan keçmiş X6 Sahəsində 5-ci dərəcəli nəzarət ölçü cihazları və avtomatika üzrə 5ci dərəcəli çilingər peşəsinə qəbul edilmişdir. Beləliklə də, xx xxxx 2010-cu ildən xx xxxxxx 2019-cu il tarixə kimi fasiləsiz olaraq Azərbaycan Dövlət Neft Şirkətinin X6 Sahəsində eyni bir vəzifəni icra edir. Lakin Azərbaycan Dövlət Neft Şirkəti Cavabdeh Ağsu X5 İdarəsi tərəfindən qanunsuz olaraq onunla qısa müddətli, yəni bir illik əmək müqavilələri bağlanaraq dörd il ardıcıl işləmişdir. Lakin cavabdeh təşkilat tabeçiliyində olan işçilərin asılı, köməksiz vəziyyətindən istifadə edərək heç bir əsas olmadan, yəni Azərbaycan Respublikası əmək Məcəlləsinin 47-ci maddəsində müvəqqəti əmək müqaviləsinin bağlanması üçün əsas olan halların olmadığı halda digər işçilərlə yanaşı onunla da bir illik əmək müqavilələri bağlanmaqla və hər il həmin müqavilələri heç bir lüzum olmadan təzələməklə qanundan sui-istifadə edərək onları asılı vəziyyətdə saxlamışdır. Son nəticədə Cavabdeh X9 İstismar İdarəsinin xx xxxxxx 2019-cu il tarixli müddətinin bitməsi ilə bağlı əmək müqaviləsinə əsassız və qərəzli olaraq xitam verilmişdir. Qeyd edir ki, xx xxxx 2010-cu ildən eyni bir sahədə və eyni əmək funksiyasını yerinə yetirməklə həm yüksək əmək təcrübəsi qazanmış, uzun illər nöqsansız işləmiş, üzərinə düşən əmək funksiyasını layiqincə yerinə yetirmişdir. Heç bir ixtisar olmadığı, işlədiyi sahə üzrə yerinə yetirdiyi əmək funksiyasına ehtiyac olmaqla həmin sahənin fəaliyyətdə olmasına baxmayaraq 9 illik iş təcrübəsinə malik, orta-ixtisas təhsilli, himayəsində iki azyaşlı uşağı, ağır əməliyyat olunmuş və heç bir əmək qabiliyyəti olmayan həyat yoldaşı, xəstə bacısı, ahıl, yaşlı, yəni 70 yaşdan yuxarı valideynləri olan bir şəxsi formal olaraq əmək müqaviləsinin müddətinin başa çatması bəhanəsi ilə işdən azad edirlər. Bütün bunlar heç bir xəbərdarlıq olmadan, başqa iş tapmaq şansı verilmədən bir günün ərzində həyata keçirilir. İcra etdiyi əmək funksiyası hazırda boşdur və idarənin daxili əmri ilə vakansiya kimi siyahıd a yer tutur.
6. Ağsu Rayon Məhkəməsinin (hakim E.Hümbətov) xx xxxxxxxx 2019-cu il tarixli, 2(016)-639/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.
7. Məhkəmə iddianı təmin edərkən mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh xx.xx.2010-cu il tarixdən əmək münasibətində olduğu iddiaçı ilə xx.xx.2015-ci il tarixdən müddətli əmək müqaviləsi bağlanmasına, bu müqaviləni xx.xx.2019-cu il tarixədək uzatmasına, əvvəlki peşəsini icra etməsi üçün xx.xx.2019-cu il tarixli xidmət müqaviləsi bağlamasına əsas olan halı izah edə bilməmişdir. İddiaçı ilə əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalı olduğundan müqavilənin bir il müddətinə bağlanılmasına dair hissəsi etibarsız olmuş və bu hissəsi daxil edilmədən də əmək müqaviləsinin bağlanması mümkün olduğundan müqavilənin 1 il müddətinə bağl anması hissəsi qalan hissələrinin etibarsızlığına səbəb olmuşdur. Müqavilənin 1 il müddətinə bağlandığına dair hissəsi isə müqavilə bağlandığı andan etibarsız olmaqla hüquqi nəticələrə, o cümlədən cavabdehin həmin hissəyə istinad edib iddiaçı ilə bağladığı həmin müqaviləyə xitam vermək hüququnun yaranmasına səbəb olmuşdur. Məhkəmə, cavabdehin iddiaçı ilə xidmət müqaviləsi bağlamaqla onu faktiki işlə təmin etməsini, bununla da onunla münasibətlərini davam etdirmək niyyətində olduğunu nümayiş etdirdiyini nəzərə alaraq ona yenidən işə qəbul olunacağını şifahi bildirdiyinə dair iddiaçının dəlillərini inandırıcı sayır və iddia müddətinin ötürülməsi səbəbini üzrlü – iddiaçının cavabdehə inanması səbəbindən olduğu üçün iddiaçının pozulmuş hüququnun müdafiə edilməli olduğu nəticəsinə gəlir.
8. A pelyasiya instansiyası məhkəməsindəki icraat
9. Şəki Apellyasiya Məhkəməsinin (hakimlər A.Mahmudov (sərlik edən və məruzəçi), Ə.Məcidov və M.Əsədli) xx xxxxxx 2020-ci il tarixli, x nömrəli qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Ağsu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
11. Kassasiya şikayətinin dəlilləri
12. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
13. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı ilə əmək müqaviləsi müddətli bağlanmış və ona müddətin bitməsinə görə də xitam verilmişdir. Bundan əlavə, iddiaçı məhkəməyə müraciət edərkən prosessual pozuntuya yol vermiş və iddia müddətini buraxmışdır. Bununla bağlı Cavabdeh İB-nin tərəfindən verilmiş ərizəyə də məhkəmə hüquqi qiymət verməmişdir. Məhkəməyə təqdim edilmiş poçt qəbzi ilə müəyyən olunmuşdur ki, iddiaçıya bir ədəd əmək kitabçası və əmrinin surətini qəbul etmişdir. İddiaçı tərəfindən məhkəməyə 2019-cu ilin iyul ayında müraciət edilmişdir.
14. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
16. Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili x kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdilər.
18. Məhkəmə icl asının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 3-cü maddəsinin 2-ci hissəsinə əsasən, işçi-işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir; 3-cü maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən-tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssi sənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. 8-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllə ilə əmək hüquqlarının və vəzifələrinin yaranması, dəyişdirilməsi və xitam edilməsi müvafiq hallarda təqvim vaxtı ilə hesablanan müddətlərlə-illərlə, aylarla, həftələrlə, günlərlə müəyyən edilir. Həmin Məcəllənin 8-ci maddəsinin 2-ci hissəsinə əsasən illərlə, aylarla, həftələrlə hesablanan müddətlər müvafiq olaraq ilin, ayın, həftənin sonuncu günündə başa çatır. Təqvim həftələri və günləri ilə hesablanan müddətə qeyri-iş günləri də daxildir. 45-ci maddəsinin 1-5-ci hissələrinə əsasən, əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. 47-ci maddəsinin 1-ci hissəsinə görə, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 73-cü maddəsinin 2-ci hissəsinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. 74-ci maddəsinin 2-ci hissəsinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən idd iası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda, bu Məcəll ənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq, əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri(sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri(sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqqhesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 84-cü maddəsinə əsasən,
1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir.
2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.
3. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddən in 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada - təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. 296-cı maddəsinin 1-ci bəndinə əsasən həmin Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin Məcəllənin 2-ci hissəsinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqavilə sinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 382-ci maddəsinə əsasən iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ni yoxlayır. Kassasiya baxışının hədləri
22. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apelyasiya instansiyası məhkəməsinin aktı tam həcmdə yoxlanılır.
23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırar aq aşağıdakıları müəyyən etmişdir. 25. 237 nömrəli Əmək müqaviləsinin təsdiq olunmuş surəti ilə müəyyən edilir ki, İddiaçı Ağsu X5 İdarəsinin İsmayıllı rayonu üzrə Sayğacların qəbulu və istismarı xidmətinə 5-ci dərəcəli nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər vəzifəsinə işə təyin edilmiş, əmək müqaviləsi xx xxxxxx 2015-ci il tarixdən xx xxxxxx 2016-cı il tarixədək bir il müddətinə bağlanmışdır. 26. 042267 saylı əmək kitabçasının təsdiq edilmiş surətindən göründüyü kimi, İddiaçı xx.xx.2010-cu il tarixli, 01/k saylı əmrlə ARDNŞ Regionlar üzrə Qaz İstismar İdarəsinin X6 Sahəsi Sayğacların qəbulu və istismarı xidmətinə 5-ci dərəcəli nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər peşəsinə təyin edilmişdir.
27. Cavabdeh Ağsu RQİİ-nin xx.xx.2019-cu il tarixli, 16/K saylı əmək müqav iləsinə xitam verilməsi barədə əmrlə müəyyən olunur ki, Ağsu X5 İdarəsinin İsmayıllı rayonu üzrə Sayğacların qəbulu və istismarı xidmətinə 5-ci dərəcəli nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər İddiaçıla bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən, müddətli əmək müqaviləsinin müddətinin qurtarması səbəbi ilə xitam verilmişdir.
28. Sifarişçi Cavabdeh İB X9 istismar İdarəsinin rəisi X2 ilə AR Vergilər Nazirliyi 10 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixli fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamə (VÖEN **********) əsasında fəaliyyət göstərən fərdi sahibkar – icraçı İddiaçı arasında xx xxxxx 2019-cu il tarixli, 319 saylı xidmət müqaviləsi bağlanmışdır. 29. “Xidmət müqaviləsinə xitam verilməsi barədə xx.xx. 2019-cu il tarixli iddiaçıya ünvanlanmış məktubla, X9 istismar idarəsi tərəfindən həmin xidməti müqaviləyə xx.xx.2019-cu il tarixdə xitam verildiyi, buna əsas kimi xidməti müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməməsi, iki həftə və ondan çox müddətdə üzürsüz səbəbdən işə çıxmayaraq işə davamiyyət kitabında qeydiyyatdan keçməməsi qeyd edilmişdir.
30. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı cavabdehin xx.xx.2010-cü il tarixli, 1/k saylı əmriilə 5-ci dərəcəli nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər peşəsinə işə qəbul edilmişdir. Sonuncu dəfə tərəflər arasında xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək bir il müddətinə əmək müqaviləsi bağlanmış, müddət bitdikdən sonra tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmədiyin dən əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə dəfələrlə uzadılmışdır. Cavadehin xx.xx.2019-cu il tarixli, 16/K saylı əmri ilə isə tərəflər arasındakı əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdə xitam verilmiş, lakin tərəflər arasında xx.xx.2019-cu il tarixli xidmət müqaviləsi bağlanmış və iddiaçı əvvəlki peşəsini bu müqavilə əsasında icra etməyə davam etmişdir. İddiaçı tələbini işinin həm daimi xarakterə malik olması və əmək müqaviləsinə xəstələnməsi səbəbindən iş yerində olmadığı dövrdə xitam verilməsi ilə əsaslandırmışdır.
31. Göründüyü kimi, cavabdeh təşkilatda əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə iddiaçının tutduğu vəzifə daimi xarakterə malik olmuş və bu hal cavabdehə qabaqcadan bəlli olduğu halda, iddiaçı ilə müddətli əmək müqaviləsi bağlanmış və müqavilə əvvəl mü əyyən olunmuş müddətə dəfələrlə uzadılmışdır. İddiaçı ilə eyni işi icra etməsi üçün xx.xx.2019-cu il tarixli xidmət müqaviləsinin bağlanması da, iddiaçının tutduğu vəzifənin daimi xarakterə malik olduğunu təsdiq qedir.
32. Apelyasiya məhkəməsi hesаb etmişdir ki, аpelyаsiyа şikаyətində göstərilən dəlillər qeyri-müəyyən оlduğundаn və şəxsi mülаhizələrə əsаslаndığındаn əsаssızdır və qətnаmənin ləğvi üçün əsаs оlа bilməz. Çünki, cаvаbdeh Əmək Məcəlləsinin bir sıra imperativ tələblərinə riayət etməmiş və həmin Məcəllə müəyyən edilmiş əmək müqаviləsinin ləğv edilməsi qаydаlаrınа əməl оlunmаdаn xitam vermiş və əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmamışdır. Şikаyətdə isə bu tələblərə ümumiyyətlə riаyət оlunmаsı bаrədə hər hаnsı bir fikir bildirilməmişdir.
33. Apelyasiya şik ayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab etmişdir ki, apelyasiya şikayətin dəlilləri əsassızdır. Əvvəla ona görə ki, cavabdeh iddiaya etirazını həmçinin, apelyasiya şikayətində iddiaçını nöqsanlı işçi kimi qeyd etsə də, buna dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bundan əlavə kollegiya qeyd edir ki, dəfələrlə nöqsanlara yol vermiş şəxslə əmək münasibətinə xitam verildikdən sonra eyni işi icra etməsi üçün xidmət müqavilənin bağlanması heç də ağlabatan və inandırıcı görünmür.
34. İkincisi, cavabdeh tərəfin iddia müddətini mübahisələndirməsinə məhkəmə kollegiyası münasibət bildirərək qeyd edir ki, iddiaçı işdən azad edildikdən sonra cavabdeh təşkilata müraciət etmiş, lakin sonuncu tərəfindən iddiaçıdan ərizə alınmaqla onunla sonradan xidməti mü qavilə bağlanılaraq onun işlə təmin olunması görüntüsü yaradılmışdır ki, bu da iddiaçıda müəyyən arxayınlıq və cavabdehə güvənlik yaratmışdır.
35. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddia müddətinin üzrsüz səbəbdən buraxılması işçinin pozulmuş hüquqlarının bərpası üçün müraciət etmək hüququndan məhrum etmir. Sadəcə bu halda müddətin buraxılması səbəbinə xüsusi diqqət yetirilməlidir. Hazırki işin faktiki halından da göründüyü kimi tərəflər arasındakı müqaviləyə xitam verildikdən sonra iddiaçı heç də susmamış, cavabdeh təşkilata müraciət etməklə öz hüququnun bərpasına çalışmış, qarşı tərəf də iddiaçı ilə xidməti müqavilə bağlamaqla iddiaçıda əminlik yaratmışdır. Bu səbəbdən də məhkəmə kollegiyası cavabdehin iddiaçı ilə xidmət müqaviləsi bağlamaqla onu faktiki işlə təmin etməsini, bununla da iddiaçı ilə münasibətlərini davam etdirmək niyyətində olduğunu nümayiş etdirdiyini nəzərə alaraq, ona yenidən işə qəbul olunacağını şifahi bildirildiyinə dair iddiaçının dəlillərini inandırıcı sayır və iddia müddətinin ötürülməsi səbəbini üzürlü–iddiaçının cavabdehə inanması səbəbindən olduğu üçün iddiaçının pozulmuş hüququnun müdafiə edilməli olduğu nəticəsinə gəlir.
36. Kassasiya şikayətinin dəlilləri ilə apelyasiya şikayətinin dəlilləri eyni məzmunlu olduğundan kassasiya məhkəməsi həmin dəlillərə dair apelyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Odur ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir və iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur.
37. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
38. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Ağsu X5 İdarəsinin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının x nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.