Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3203/2021 09.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpasından imtina, kassasiya şikayətinin qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 mart 2021-ci il tarixli, 2(107)1508/2019 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəki Rayon Məhkəməsinin 19 may 2016-cı il tarixli, 2(075)-2085/2016 nömrəli qətnaməsi ilə İddiaçı iddiаsı qismən təmin edilmiş, Cavabdeh 17000 manat pulun, 30 manat dövlət rüsumunun və 1 manat xidmət haqqının tutularaq İddiaçı ödənilməsi, iddianın 3000 manat faiz borcunun, vəkilə kömək üçün ödənilən 100 manat pulun, eləcə də məhkəməyə gəlmək ilə əlaqədar çəkilmiş 100 manat yol xərcinin alınmasına dair hissəsinin təmin edilməməsi qət edilmişdir. Şəki Аpellyаsiyа Məhkəməsinin Mülki kоllegiyаsının 01 iyul 2019-cu il tarixli, 2(107)1508/2019 nömrəli qətnaməsi ilə Şəki Rayon Məhkəməsinin 19 may 2016-cı il tarixli qətnaməsinin Cavabdeh münasibətdə dəyişdirilmədən, onu n apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılması qət edilmişdir. Cavabdeh kassasiya şikayəti və eyni zamanda apellyasiya instansiyası məhkəməsinə ərizə verərək, Şəki Аpellyаsiyа Məhkəməsinin Mülki kоllegiyаsının 01 iyul 2019-cu il tarixli, 2(107)-1508/2019 nömrəli qətnaməsindən kassasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 mart 2021-ci il tarixli, 2(107)-1508/2019 nömrəli qərardadı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 iyul 2019-cu il tarixli, 2(107)-1508/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş “ötürülmüş müddətin bərpasına dair” vəsatət təmin edilməmiş və verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhk əməsinin Mülki Kollegiyasının 15 mart 2021-ci il tarixli, 2(107)-1508/2019 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin surəti cavabdehə göndərilməsinə baxmayaraq “bu ünvanda yaşamır” qeydi ilə məhkəməyə qaytarılmış, cavabdehə rəsmi qaydada təqdim olunmamış, bələdiyyəyə göndərən qətnamə ona təqdim etməmiş, sonralar Respublikada karantin elan olunğundan cavabdeh verdiyi apellyasiya şikayəti ilə maraqlana bilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər, habelə vəkilləri gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərb aycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin məhkəmə qətnaməsindən kassasiya şikayəti verilməsi üçün müddətin buraxılmasının səbəblərinin üzrlü hesab olunmasına dair dəlilləri əsassızdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, Şəki Apellyasiya Məhkəməsinin 01 iyul 2019-cu il tarixli, 2(107)-1508/2019 nömrəli qətnaməsi Cavabdeh qeydiyyatda olduğu ünvana rəsmi qaydada göndərilmiş, lakin “bu ünvanda yaşamır” qeydi ilə zərf məhkəməyə geri qaytarılmışdır. Həmçinin müəyyən olunur ki, məhkəmənin sözügedən qətnaməsi ikinci dəfə cavabdehin sonuncu yaşayış yeri üzrə Şəki şəhər Bələdiyyəsinə göndərilmiş və həmin orqan tərəfindən xəbərnaməyə imza edilməklə rəsmi qaydada qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 405.0.1-ci maddəsinə əsasən apel lyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikası MPM-in 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rə smi qaydada verilmiş hesab edilir. Məcəllənin 146-cı maddəsinə əsasən məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi “Pirəli Orucov Azərbaycana qarşı” məhkəmə işi üzrə qəbul etdiyi Qərarında göstərmişdir ki, “Ərizəçinin müraciət etməyə cəhd göstərdiyi hüquqi müdafiə vasitəsinin açıq-aydın səmərəsiz olduğunu nəzərə alaraq, Məhkəmə bu fikirdədir ki, ərizəçi həmin vasitənin səmərəsiz olmasından müəyyən bir məqamda xəbərdar tutmalı idi. Əgər ərizəçinin bildirdiyi kimi, o, a çıq-aydın mövcud olan hüquqi müdafiə vasitəsindən istifadə etməyə çalışıbsa və yalnız bundan sonra həmin vasitəni səmərəsiz edən hallardan xəbər tutubsa, 35-ci maddənin 1-ci bəndinin məqsədləri üçün altı aylıq müddətin axımının ərizəçinin həmin hallardan ilk dəfə xəbər tutduğu və ya xəbər tutmağa borclu olduğu tarixdən başladığını hesab etmək münasib olar. Hazırkı işdə ərizəçi birinci instansiya məhkəməsinin qərarından 12 avqust 2005-ci ildə şikayət vermişdi. Lakin şikayətinə heç bir cavab almadı. Bundan başqa, belə görünür ki, o, şikayət ərizəsinin vəziyyəti barədə, yaxud ona baxılıb-baxılmadığı barədə Apellyasiya Məhkəməsinə sonradan hər hansı sorğu göndərməyib. Başqa sözlə, şikayət ərizəsini verdikdən sonra apellyasiya instansiyası məhkəməsi tərəfindən şikayətlərinə baxılması üçün ərizə çinin lazımi səy göstərdiyi sübuta yetirilməyib. Apellyasiya instansiyası məhkəməsinin bu növ şikayətə alındığı gündən sonra üç gün ərzində baxmalı olduğunu nəzərə alaraq, Məhkəmə hesab edir ki, ərizəçinin bilavasitə şikayəti verdikdən bir neçə ay sonra, başqa sözlə, ən azı 2005-ci ilin sonundan şikayətinə səmərəli şəkildə baxılmayacağından xəbərdar olduğunu hesab etmək olar, baxmayaraq ki, o, 12 avqust 2005-ci ildən bəri şikayətinə heç bir cavab almamışdı. Buna görə də Məhkəmə hesab edir ki, ərizəçi 29 yanvar 2007-ci ildə Məhkəməyə bu şikayətini təqdim etməzdən xeyli əvvəl bu vəziyyətdən xəbərdar olmalı idi.” “Akif Həsənov Azərbaycana qarşı” məhkəmə işi üzrə qəbul etdiyi X2 Hüquqları Məhkəməsi göstərmişdir ki, “Hətta Bakı Apellyasiya Məhkəməsi onu məhkəməyə çağırmamış olsa və onun məhkəmə baxışında iştirakını təmin etməmiş olsa belə (həmçinin qərarın surətini ərizəçiyə verməmiş olsa da), bu faktlar ərizəçinin özünün müvafiq orqanlardan öz şikayətinin nəticəsi barədə məlumat almaq üçün elementar addımlar atmaq öhdəliyindən azad etmir.” Avropa Məhkəməsi “Ryabıx Rusiyaya qarşı” və “Kot Rusiyaya qarşı” işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Yenidən araşdırma gizli şikayəti təşkil etməməli və məsələyə iki baxışın mövcudluğunun sadəcə olaraq mümkünlüyü yenidən baxılma üçün əsas deyildir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsı n, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, vaxtında şikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə, qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessua l hərəkətləri etmək hüququ keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur. Buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları göstərilməlidir. Həmin müddətdə müvafiq prosessual hərəkətləri yerinə yetirməsinə maneçilik yaradan istənilən həyati hal üzürlü səbəb hesab edilə bilər. Bu zaman konkret haldan çıxış etmək zəruridir. (məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, müddətli xidməti ezamiyyət və s.). Hazırki iş üzrə müəyyən olunur ki, apellyasiya şikayəti məhz cavabdeh tərəfindən verilmiş, apellyasiya instansiyası məhkəməsi qəbul edilmiş qətnamənin surət ini cavabdehin rəsmi qaydada qeydiyyatda olduğu və onun apellyasiya şikayətində də qeyd etdiyi ünvana, habelə MPM-in 135.3-cü maddəsinə əsasən yaşadığı yer üzrə yerli özünüidarə orqanına göndərmişdir. Yəni onun işin apellyasiya instansiyası məhkəməsinin icraatında olduğunu bildiyi halda, qətnamənin surəti ona təqdim edilmədikdə ağlabatan müddətdə onun alınması və nəticəsindən narazı olduqda kassasiya şikayətinin verilməsi üçün müvafiq tədbirlər görməli idi. Lakin cavabdeh nəinki MPM-in 146-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinə faktiki yaşadığı ünvan barədə məlumat verməmiş, əksinə apellyasiya şikayətində rəsmi qeydiyyatda olduğu, lakin yaşamadığı ünvanı göstərmiş, sonradan isə məhkəmə iclaslarında iştirak etməmiş və qətnamənin əldə edilməsi üçün tədbirlər görməmişdir. Ap ellyasiya instansiyası məhkəməsi isə qətnamənin ona rəsmi qadada çatdırılması üçün mülki prosessual qanunvericiliyində nəzərdə tutulmuş bütün tədbirləri görmüşdür. Məhkəmə kollegiyası kassasiya şikayətinin digər dəlili ilə bağlı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 01 iyul 2019-cü il tarixdə qəbul edilmiş, Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları əsasında karantin rejimi ilk dəfə 2020-ci ilin mart ayında tətbiq olunmuşdur. Bu isə ona dəlalət edir ki, cavabdeh Avropa İnsan Hüquqları Məhkəməsinin yuxarıda irəli sürülmüş mövqeyinə əsasən də, onun ağlabatan müddətdə qətnaməni mübahisələndirilməsi üçün müvafiq addımlar atmaq imkanı olmuşdur. Lakin cavabdeh nəinki qanunla müəyyən olunmuş müddətdə, karantin qaydaları tətbiq edilənədək 9 ay ərzində də bu addımları atmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin müddətin bərpa edilməsinə dair ərizəsinin təmin olunmaması barədə apellyasiya məhkəməsinin qərardadı qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mü lki Kollegiyasının 15 mart 2021-ci il tarixli, 2(107)-1508/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3203/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3203/2021
09.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver