Məhkəmə qərarları › İş №2(102)-3204/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3204/2020

29.07.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3204/2020 29.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(107)197/2020 saylı qətnaməsindən ilk iddia üzrə Cavabdeh1tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim G.İ.Cavadova, iş № 2(039)-1691/2019) İddiaçı ilkin iddiası qismən təmin edilərək Cavabdeh1 N saylı fərdi yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsi və cavabdehlərə məxsus həmin evdə olan əşyaların çıxarılması, ilkin iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Həmin qətnamə ilə Cavabdeh1 Reyestrdən Çıxarışın ləğv edilməsi tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilərək qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı adına olan xx xxxx 2010-cu il tarixli Reyestrden Çıxarışın qismən-0.04336 ha torpaq sahəsinin Cavabdeh1 aid ¼ hissəsində ləğv edilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: M.A.Əsədli, Ə.T.Məcidov və A.A.Mahmudov) Cavabdeh1 apelyasiya şikayəti təmin edilməmiş, İddiaçı apelyasiya şikayəti isə təmin edilərək Yevlax Rayo n Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi qarşılıqlı iddianın qismən təmin edilməsinə dair hissədə ləğv edilərək iddia həmin hissədə rədd edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Yevlax şəhəri, Hüseyn Cavid küçəsi 4-də yerləşən fərdi yaşayış evi 06 mart2010-cu il tarixli Dövlət Reyestrindən Çıxarışa əsasən İddiaçı məxsusdur. 2019-cu ilin iyun ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək oğlu Cavabdeh1 və onun arvadı Cavabdeh2 2015-ci ilin iyul ayında ona məxsus olan evdən çıxaraq daimi yaşamaq üçün özünə məxsus evə köçməsini, lakin əmlaklarının bir hissəsinin onlarda qalmasını əsasgöstərməklə Nların evdən istifadə hüququnun itirilmiş hesab edilməsi və onlara məxsus məişət əşyalarının evdən çıxarılmasına dair qətnamə qəbul edil məsini xahiş etmişdir. Həmin iddia tələbi üzrə Cavabdeh1 qarşılıqlı iddia verərək mübahisəli evin valideynlərinin birgə nikahı dövründə əldə edilməklə onların ümumi birgə mülkiyyəti olmasını və anasının ölümü ilə onun payına açılmış mirasa onun da vərəsə kimi hüququnun olmasını və həmin paydan imtina etməməsini və s. əsas göstərməklə atası İddiaçı adına verilmiş Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsini xahiş etmişdir. İddia tələbləri üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri: İlk iddia üzrə Cavabdeh1 kasasiya şikayəti verərək atasına məxsus fərdi yaşayış evinin onun və ailə üzvlərinin əsas yaşayış yeri olmasını, həmin evin onun valideylərinin birgə mülkiyyəti olmaqla, anasının ölümündən sonra ona məxsus paya onun vərəsəlik hüququnu n yaranmasını və həmin paydan imtina etməməsini, qətnamənin sübutlara düzgün qiymət verilmədən maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını və s. əsas göstərməklə ləğv edilməsini, ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə təmin olunmasına dair qərar qəbul ediləsini xahiş etmişdir. Kasasiya kollegiyasının iclasında Cavabdeh1 vəkili kasasiya şikayətini müdafiə edərək təmin edilməsini, İddiaçı və vəkili isə kasasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kasasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, mübahisəli ev tam mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Onun oğlu olan Cavabdeh1 isə, müəyyən olunduğu kimi 2015-ci ildən həmin evdən çıxıb mülkiyyətində olan N saylı 2 otaqlı mənzilində ailəsi ilə birlikdə yaşayır. Cavabdeh1 həmin mənzilə mülkiyyət hüququ xx xxxxx 2012-ci il tarixdə Dövlət Qeydiyyatına alınmışdır. Na məxsus əşyalar isə müəyyən olunduğu kimi İddiaçı məxsus evdə qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sah ib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Cavabdeh1 mübahisəli evdən könüllü çıxıb başqa daimi yaşayış sahəsinə (özünə məxsus) köçdüyü üçün apelyasiya instansiyası məhkəməsi İddiaçı iddiasını qismən təmin et mişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh1 qarşılıqlı iddia tələbinin əsaslı olmasını sübuta yetirə bilmədiyi üçün apelyasiya instansiyası məhkəməsi onun iddiasını rədd etmişdir. Göstərilənlərlə əlaqədar kollegiya apelyasiya instansiyasının iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, mübahisə müəyyən olunmuş sübutlara və qanunun tələbinə uyğun həll edilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar