Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3204/2022 23.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 Cavabdeh1 qarşı ilk iddia tələbinə, Cavabdeh1 qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin qaytarılması, kassasiya şikayətinin əsaslandırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı1 Cavabdeh1 qarşı torpaq sahəsindən qanunsuz istifadənin dayandırılması və torpaqdan çıxarılma tələbinə dair ilk iddiası, Cavabdeh1 Şahı oğlunun torpaq sahəsinin abadlaşdırılması və istifadəyə yararlı olması üçün çəkilmiş xər cin qaytarılması tələbinə dair qarşılıqlı iddiası barədə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)2264/2021 nömrəli iş üzrə 21 fevral 2022-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı1 (bundan sonra – iddiaçı) Cavabdeh1 (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən alqı-satqı müqaviləsi ilə mülkiyyətində olan mübahisəli torpaq sahəsinin zəbt edilmiş 0,0034 ha hissəsindən çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Cavabdeh qarşılıqlı iddia verərək mübahisəli torpaq sahəsinin 6731.11 kv.m hissəsinin alınması, abadlaşdırılması və istifadəyə yararlı hala gətirilməsi üçün çəkilmiş 8800 manat və 700 ABŞ dolları xərcin iddiaçıdan tutulması və həmin məbləğin tutulması ilə onun 6731.11 kv.m torpaq sahəsindən çıxarılmağının eyni vaxtda icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Saatlı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(033)-194/2021 nömrəli iş üzrə 30 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim M.Sadıqov) ilk iddia təmin edilmiş, mübahisəli 2.44 hektar torpaq sahəsinin 6731.11 hektar hissəsindən cavabdehin qanunsuz istifadəsinin dayandırılması və onun həmin torpaq sahəsindən çıxarılması, qarşılıqlı iddia tələbinin təmin olunmaması qət edilmişdir.
4. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermiş, şikayətini onunla əsaslandırmışd ır ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış və nəticədə işin hallarına uyğun olmayan qətnamə qəbul etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
5. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-2264/2021 nömrəli iş üzrə 01 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər- S.Mayılov (sədrlik edən və məruzəçi), İ.Əsədov və N.Mirzəyev) apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
6. Cavabdeh kassasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
7. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli qərardadı ilə kassas iya şikayəti geri qaytarılmışdır.
8. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qərardadı ilə qətnamədən qarşılıqlı iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin verilməsi müddətinin buraxılmasının üzrlü hesab edilməsi və buraxılmış prosessual müddətin bərpa edilməsi, kassasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
9. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1147/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi və işin Şirvan Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır.
10. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(106)-2264/2021 saylı qərardadı ilə qətnamədən qarşılıqlı iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.
11. Qarşılıqlı iddiaçı xx.xx.2022-ci il tarixində yenidən kassasiya şikayəti vermiş və kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 01 sentyabr 2021-ci il tarixli, 2(106)-2264/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya instansiyası məhkəməsinin 21 fevral 2022-ci il tarixli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır.
13. Apellyasiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, kassator kassasiya şikayətini lazımi məzmunda tərtib etməmişdir. O, şikayətində maddi və prosessual hüquq normalarının düzgün tətbiq edi lməməsinin nədən ibarət olmasını şərh etməmiş, bir sıra maddələrin pozulmasına yalnız ümumi şəkildə istinad etməklə kifayətlənmiş, bununla da şikayətin məzmunu ilə bağlı tələblərə əməl etməmişdir.
14. Qərardaddan cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh (Vəkil1) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, kassasiya instansiyası məhkəməsinin qərardadı ilə kassasiya şikayəti qeyri-mümkün sayıldıqdan sonra göstərilən iradlar aradan qaldırılaraq təkrar şikayət verilmiş, lakin apellyasiya instansiyası məhkəməsi şikayəti yenidən ger i qaytarmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi xx.xx.2022-ci il tarixli qərardadında həmin qərardaddan şikayət verilə bilməməsini qeyd etmiş, xx.xx.2022-ci il tarixli qərardadında isə 10 gün ərzində şikayət verilə biləcəyini qeyd etmişdir. Nəticədə bu hal hüquqi qeyrimüəyyənlik yaratmışdır. Bir kassasiya şikayətinin iki fərqli mövqedən çıxış edərək geri qaytarılması qərardadın ləğv edilməsi üçün əsasdır. Mülki iş ədalətli araşdırılmamışdır. Məhkəmə iclası barədə məlumat verilməmişdir.
18. Kassasiya şikayətinin əsası kimi, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin İ bəndinə, MPM-in 418.1, 418.4.5-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kass asiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
20. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
21. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq
22. MPM Maddə 407.1.4. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kas sasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir. Maddə 408.1.5. Kassasiya şikayəti kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Maddə
409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə ca vab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. Baxılan iş üzrə kassasiya instansiyası məhkəməsinin xx.xx.2022-ci i l tarixli qərardadı ilə cavabdehin qətnamədən verdiyi kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi onunla əsaslandırılmışdır ki, cavabdeh şikayətində bəzi maddi və prosessual hüquq normalarının mətninə istinad etsə də, maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq olunmamasının nədən ibarət olduğunu əsaslandırmamışdır.
24. Cavabdeh həmin qərardaddan sonra təqdim etdiyi kassasiya şikayətində forma tələbi ilə bağlı irəli sürülmüş nöqsanı əsasən aradan qaldırmışdır. Belə ki, əvvəlki kassasiya şikayətindən fərqli olaraq, şikayət həmçinin onunla əsaslandırılmışdır ki, ədalətli məhkəmə araşdırması hüququ, o cümlədən MPM-in 14.2-ci və 217-ci maddələrinin tələbləri pozulmaqla ekspertiza keçirilməsi barədə vəsatətləri təmin olunmamış, Mülki Məcəllənin 21 və 158.1.2-c i maddələri düzgün tətbiq edilməmişdir.
25. Məhkəmə kollegiyası həmin dəlillərin əsaslılığına qiymət vermədən hesab edir ki, həmin dəlillər MPM-in 407.1.4-cü maddəsinə əsasən kassasiya şikayətinin forma tələblərinə cavab verdiyi üçün qeyd olunan maddəyə istinadla şikayətin yenidən geri qaytarılması əsassız olmuşdur.
26. Göstərilən hal qərardadın ləğvi üçün yetərli əsas olduğundan Məhkəmə kollegiyası şikayətin digər dəlilləri üzrə əlavə araşdırma aparılmasına zərurət görmür.
27. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş kassasiya şikayətinin mümkünlüyü barədə məsələnin yenidən müzakirə edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
28. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 4 17, 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-2264/2021 nömrəli iş üzrə 21 fevral 2022-ci il tarixli qərardadı ləğv edilsin və iş kassasiya şikayətinin mümkünlüyü barədə məsələnin yenidən müzakirə edilməsi üçün həmin Məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.