Məhkəmə qərarları › İş №2(102)-3205/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3205/2020

25.09.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3205/2020 25.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və X1 ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı, vəkili X4 oğlunun, Cavabdeh vəkili Lələyev Saleh Cabbar oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı tikintinin sökülməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-299/2020 saylı, 09 yanvar 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ucar Rayon Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli, 2(063)-569/2019 saylı qətnaməsi ilə (sədrlik edən hakim H.İ.Xəlilov) İddiaçı Cavabdeh qarşı tikintinin sökülməsi və torpaq sahəsindən çıxarılma tələbi barədə iddiası təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-299/2020 saylı, 09 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər M.R.Hüseynov (sədrlik edən və məruzəçi), M.M.Hüseynov və E.Ş.Hüseynov) Ucar Rayon Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli qətnaməsi İddiaçı münаsibətdə dəyişdirilmədən, оnun apelyasiya şikayəti isə təmin edilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdeh qarşı tikintinin sökülməsi və torpaq sahəsindən çıxarılma tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ucar rayonunun Bərgüşad kəndin də yerləşən və onun xüsusi mülkiyyətində olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdakı torpaq sahəsinin zəbt etdiyi hissəsindən cavabdehin çıxarılması və həmin sahədəki tikililərin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Ucar rayonunun Bərgüşad kəndində onun xüsusi mülkiyyətində 0,6 hektar torpaq sahəsi və 68,2 kv.metr fərdi yaşayış evi vardır. Həmin evi 1962-ci ildə anası tikdirmişdir. Lakin qonşusu Cavabdeh istifadəsində olan torpaq sahəsində onun evə bitişik anbar tikilmişdir. Halbuki, onun evinin texniki pasportundan göründüyü kimi evi n arxasında 70 sm torpaq sahəsi də onun mülkiyyətindədir və onun sənəd üzrə torpaq sahəsi 0,6 hektar olsa da, faktiki sahəsi 0,55 hektardır. Bu da bir daha onu təsdiq edir ki, cavabdeh həmin torpaq sahəsini onun evinin arxa hissəsindən 0,70 sm enində zəbt etmişdir. Eni 70 sm olan həmin torpaq sahəsindən başqa cavabdehin tövləsinin bir hissəsi də onun torpaq sahəsindədir. Həmin tövləni cavabdehin qaynatası mərhum X6 onun xəbəri olmadan tikdirmiş, onun həmin tikilidən xəbəri olanda isə ona demişdir ki, ailə üzvülərinə deyəcəkdir ki, zəbt etdiyi torpaq sahəsi qədər ona öz həyətlərindən torpaq versinlər. Sonradan isə X6 vəfat etmiş, o, M.Abdullayevin bu sözlərini cavabdehə xatırlatsa da, sonuncu buna heç bir əhəmiyyət verməmişdir. O dəfələrlə həmin tikilinin sökülməsini cavabdehdən tələb ets ə də, bunun heç bir nəticəsi olmamışdır. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq İddiaçı həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı və vəkili X4 oğlu kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya in stansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı və vəkili X4 oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Cavabdeh vəkili Lələyev Saleh Cabbar oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası A zərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, İddiaçı, vəkili X4 oğlunun, Cavabdeh vəkili Lələyev Saleh Cabbar oğlunun izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən İddiaçı kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, hər iki tərəf Ucar rayonu, Bərgüşad kəndində yaşayırlar. İddiaçının Ucar rayonu, Bərgüşad kəndində 0.6 ha torpaq sahəsi və ümumi sahəsi 68.2 kv.metr olan fərdi yaşayış evi vardır. E yni zamanda, Ucar rayon Aqrar İslahat Komissiyasının 19 avqust 1998-ci il tarixli, 11 saylı qərarı ilə Ucar rayonu, Bərgüşad kəndində X2 fərdi yaşayış evi tikmək üçün 6599.48 kv.m. torpaq sahəsi verilmişdir. X3 10 iyun 2009-cu ildə vəfat etmişdir. Cavabdeh hazırda qeyd edilən X2 məxsus olmuş evdə yaşayır və həmin evdən istifadə edir. Tərəflər bu barədə hər hansı bir sübut təqdim etmədiklərindən cavabdehin hansı əsasla mübahisəli olan torpaq sahəsində yerləşən evdən istifadə etməsi aydınlaşdırılmamışdır. Lakin iddiaçının bildirdiyinə görə cavabdeh torpaq sahəsi adına olan şəxsin ailə üzvüdür. İş materiallarından görünür ki, Ucar Rayon Məhkəməsinin 01 iyul 2019-cu il tarixli, 2(063)-23/2019 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı tikintinin sökülməsi tələbi barədə iddia ərizəsinin baxıl mamış saxlanılması, İddiaçı qızına iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlı olmasının izah edilməsi qərara alınmışdır. Həmin iş üzrə məhkəmənin qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 may 2019-cu il tarixli, 3240 nömrəli ekspert rəyi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastr və Yerquruluşu LayihəX5 LTİ-nin mütəxəssis rəyi hazırkı işin materiallarına əlavə edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında Ucar Rayon Məhkəməsinin 01.07.2019-cu il tarixli qərardadı ilə baxılmamış saxlanılmış hazırkı işlə eyni mə zmunlu və eyni tərəflər və eyni əsaslar olan iş üzrə 2(063)-23/2019 nömrəli mülki işdən çıxarışlar edilərək hazırkı işə əlavə edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 may 2019-cu il tarixli, 3240 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastr və Yerquruluşu Layihə-X5 LTİ-nin mütəxəssis rəyinə əsasən Ucar rayonu, Bərgüşad kəndində yerləşən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarış ilə İddiaçı məxsus 0,60 hektar torpaq sahəsi Cavabdeh tərəfindən naturada istifadə edilmədiyi müəyyən olunur. Tədqiq olunan torpaq sahəsi Cavabdeh tərəfindən istifadə edilmədiyindən qərardadın ikinci sua lı üzrə tədqiqat aparılmadı. Mütəxəssis rəyinə əsasən, Ucar rayon Aqrar İslahat Komissiyasının 19 avqust 1998-ci il tarixli, 11 nömrəli qərarı ilə Ucar rayonu, Bərgüşad kəndində X2 A 190863 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında fərdi yaşayış evi tikmək üçün verilmiş və Cavabdeh hazırda istifadə etdiyi 6599.48 kv.m. torpaq sahəsi İddiaçı məxsus Ucar rayonu, Bərgüşad kəndində olan 0,60 ha torpaq sahəsi ilə üstüstə düşmədiyi müəyyən olunur. Tədqiq olunan torpaq sahəsi üst-üstə düşmədiyi üçün qərardadın dördüncü sualı üzrə tədqiqat aparılmadı. Mütəxəssis rəyinə əsasən, İddiaçı məxsus Ucar rayonu, Bərgüşad kəndində yerləşən RX seriyalı, ******* nömrəli çıxarış ilə mülkiyyətinə verilmiş 0.6 ha torpaq sahəsində Cavabdeh istifadəsində olan tikililər mövcud deyil. Apelyasiya inst ansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının apelyasiya şikayətinin dəlillərinə əsasən ona məxsus evin arxa tərəfində cavabdehlə qonşu torpaq sahəsində 70 sm torpaq sahəsinin ona məxsus olması təqdim edilən sübutlarla təkzib olunur. Hazırkı iş üzrə həm ekspert, həm də mütəxəssis rəylərində torpaq sahəsi dəqiq araşdırldığından, cizgilər çəkilərək iş materiallarına əlavə edildiyindən, verilmiş rəylərdə hər hansı ziddiyyət təşkil edən hallar müəyyən edilmədiyindən qeyd edilən rəylər sübut olaraq qəbul edilməlidir. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəf indən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Şəki Ap ellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-299/2020 saylı, 09 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar