Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3205/2023 25.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Qrişenko (Quliyeva) Tamara Telman qızına, Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Qrişenko (Quliyeva) Tamara Telman qızına, Cavabdeh2 qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 may 2023-cü il tarixli 2(103)-2468/2023 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 25 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasın da yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Bir neçə zərərçəkənin, eyni zamanda İddiaçı (bundan sonra mətndə iddiaçı) xx.xx.2014-cü il tarixdə verdiyi şikayəti əsasında cavabdeh Qrişenko (Quliyeva) Tamara Telman qızı və onun qardaşları barədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178ci maddəsi ilə cinayəti işi başlanılmış, onların əməllərində dələduzluq cinayətinin tərkibi olmadığından Nizami RPİ istintaq şöbəsinin müstəntiqi Tural Qasımov tərəfindən xx.xx.2020-ci il tarixli cinayət işinin icraatına xitam verilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərardan görünür ki, cinayət işinin gedişatında iddiaçı da, cavabdeh də müxtəlif vaxtlarda müxtəlif, bəzən ziddiyyətli ifadələr vermişdilər.
2. Qərara əsasən cavabdeh Qrişenko (Quliyeva) Tamar a Telman qızı İddiaçı Vilnüs şəhərində qardaşının işlətdiyi kafeni 40 min avroya satıldığını bildirmiş, İddiaçı 2012-ci ildə həmin kafeni almaq məqsədilə 40 min avronu ödəmiş, 2013-cü ildə avtomobilin gömrük rəsmiləşdirilməsi üçün sonradan avtomobilin ona satılacağı şərtilə əlavə olaraq 6 min ABŞ dolları ödəmişdir.
3. Cavabdeh Qrişenko (Quliyeva) Tamara Telman qızının ifadəsinə əsasən 40 min avro onun mərhum qardaşı İbrahimə ödənilmiş, İbrahim həmin pulu kiməsə vermiş və geri almadan ölmüşdür. Lakin, sonradan cavabdeh Qrişenko (Quliyeva) Tamara xx.xx.2014-cü il tarixdə iltizam imzalamışdır. Həmin iltizama əsasən o, qardaşı X4 ilə İddiaçı Vilnusda kafe satmaq niyyətilə 40 min avro və 6 min ABŞ dolları almış və iyul ayına qədər hissə-hissə qaytaracağına dair söz vermişdir. Həmin iltizam İddi açı, Qrişenko (Quliyeva) Tamara Telman qızı və iltizamın yazılmasında iştirak edən Nəbiyev Əlamdar tərəfindən imzalamışdır.
4. Müstəntiqin qərarına olan iddiaçının mövqeyinə görə ona kafe satılmamış, cavabdehin mövqeyinə görə iddiaçı kafeni almaqdan imtina etmişdir.
5. Cinayət işinin gedişatında cavabdeh Qrişenko (Quliyeva) Tamara Telman qızı tərəfindən kafenin mülkiyyətçisinə, kafenin satışa çıxarılmasına dair hər-hansı bir sənəd istintaq orqanına təqdim edilməmişdir.
6. Eyni zamanda həmin qərarda cavabdeh Qrişenko (Quliyeva) Tamara Telman qızı izahatında 6.000 ABŞ dolları və 40.000 avronun qaytaracağı barədə iltizam yazdığını etiraf etmişdir.
7. Hazırki işdən əvvəl iddiaçı X6 (İddiaçı əri) cavabdeh X3 qarşı 40.000 avro və 6.000 ABŞ dolları məbləğində pulun tutulması və digəri tələblər ba rədə iddia ərizəsi məhkəməyə vermişdir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə X6 həmin iddia ilə əlaqədar müvafiq subyektiv hüquqa malik olmadığına görə iddia rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh X5 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 və Cavabdeh2 iddiaçıya borclu olduğu ümumilikdə 40.000 avro və 6.000 ABŞ dolları məbləğində pulun və ödədiyi 336,30 manat məbləğində dövlət rüsumunun alınaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 6. “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən edilmişdir ki, cavabdeh “X5” kimi qeyd olunan əslində Cavabdeh1dır. Odur ki, məhkəmə tərəfindən “X5” Cavab deh1 kimi qəbul olunmuşdur.
7. İddiaçı mövqeyini belə əsaslandırmişdır ki, 2011-ci ildə X5 iddiaçıya Vilnüs şəhərində qardaşı İbrahimin kafesi olduğunu, hazırda kafeni satmaq istədiyini bildirdi və kafeni almağı məsləhət gördü. Tamara 40.000 avro məbləğində pul ödəyəcəyi təqdirdə Vilnüs şəhərində yerləşən kafeni alqı-satqı müqaviləsi əsasında iddiaçının adına rəsmiləşdirəcəyini bildirdi, iddiaçı da ona inanıb razılaşdı. 2012-ci ilin noyabr-dekabr aylarında əri Səlimov Mehdi ilə birlikdə Tamaranın deməsi ilə qızı Elnarə ilə görüşüb ümumilikdə 40.000 avro məbləğində pulu Elnarəyə vermişlər. İddiaçı Tamaranın onu aldatdığını görüb pulunu qaytarmasını tələb etdi, o isə müxtəlif bəhanələrlə hər dəfə iddiaçını aldatmağa başladı. Bundan sonra iddiaçı məcbur olub polis bölməsinə şikayət etdi. Tama ra xx.xx.2014-cü il tarixdə polis bölməsində yazılı iltizam verərək aldığı pulu hissə-hissə olmaqla 2014-cü ilin iyul aynadək qaytarmağı öhdəsinə götürdü. Lakin, Tamara yenə də yazdığı iltizama əməl etməyərək pulu qaytarmadı. Bundan sonra iddiaçı Nizami rayon prokurorluğuna şikayət etdi və Nizami rayon Polis İdarəsində Tamara barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanıldı. Bundan sonra Tamara barəsində bir neçə şəxsin də şikayətçi olduğunu öyrəndi. Cinayət işi üzrə istintaq aparıldıqdan sonra xx.xx.2020-ci il tarixdə müstəntiq tərəfindən Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsi ilə cinayət təqibinə xitam verilmiş və mülki qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət etmək hüquqları izah olunmuşdur. X5 bu günədək iddiaçıdan aldığı pulu qaytarmaqdan müxtəlif bəhanələrlə yayınır. Bu səbəbdən də iddiaçı məcbur qalıb məhkəməyə müraciət edir.
8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi (bundan sonra birinci instansiya məhkəməsi) (hakim T.Ə.Əsədova) 2(008)-4883/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə, iddia qismən təmin edilmişdir və 40.000 avro və 6.000 ABŞ dolları məbləğində pul (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) və 336,30 manat məbləğində dövlət rüsumu Qrişenko (Quliyeva) Tamara Telman qızından alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İddia Cavabdeh2 qarşı münasibətdə rədd edilmişdir.
9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ilə cavabdeh Qrişenko (Quliyeva) Tamara Telman qızı arasında olan münasibətlər borc münasibətləri olmamışdır. Belə ki, yuxarıda sadalanan işin hallarından müəyyən olunur ki, iddiaçı cavabdehə borc pul verməmiş, kafe almaq niyyətilə 40 min avro vermiş, kafeni ala bilməmiş, kafeyə dair, kafenin satlımasına dair heç bir sənəd cavabdeh tərəfindən istintaq orqanına təqdim edilməmişdir. Bu əsasla məhkəmə iddiaçı tərəfindən kafenin alınmasından imtina edilməsini inandırıcı hesab etmir. 6000 ABŞ dolları isə iddiaçı avtomobilin gömrük rəsmiləşdirilməsi üçün sonradan avtomobilin ona satılacağı şərtilə vermiş, avtomobil ona satılmamış və pul da qaytarılmamışdır. Odur ki, məhkəmə hesab edib ki, hazırki mübahisənin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanmaya aid müddəaları yaradır. Beləliklə, əsassız varlanmadan irəli gələn tələblərə qısaldılmış müddət nəzərdə tutulmadığından məhkəmə hesab edir ki, tələb qüvvəsini itirməmişdir. Belə ki, cavabdeh Quliyeva Tamara xx.xx.2014-cü il tarixdə iltizam imzalamış, iddiaçı isə iddia ərizəsini 2022-ci ildə vermişdir. Bundan başqa, iddiaçı xx.xx.2014-cü il tarixdə polisə şikayət etmiş, cinayət işi qaldırılmış və həmin cinayət işi 2020-ci ilədək davam etmişdir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsi 386.1, 551.1, 551.2.1, 551.2.2., 551.2.3, 551.2.4, 1091.1, 1091.2, 1092.1, 1093.1, 1093.2., 1093.2.1., 1093.2.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Cavabdeh Qrişenko (Quliyeva) Tamara Telman qızı qətnamədən narazı qalaraq apellasiya şikayəti verm işdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi 2(008)-4883/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) (hakimlər E.C.Kazımov (sədrlik edən və məruzəçi) N.Ş.Cəfərov, İ.S.Şirinov) xx.xx.2023-ci il tarixli 2(103)-2468/2023 saylı qətnaməsi ilə, cavabdeh Qrişenko (Quliyeva) Tamara Telman qızının apellyasiya şikayəti qismən təmin edilmiş və mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4883/2022 saylı, 19 dekabr 2022ci il tarixli qətnaməsi qismən, yəni iddianın təmin edilən hissəsində ləğv edilməsi və iddia tələbi həmin hissədə də təmin edilməməsi qət edilmişdir.
12. Ap ellasiya instansiya məhkəməsi mövqeyini belə əsaslandırmişdır ki, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iddianı təmin etdiyi hissədə iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. İşin faktiki halları qətnamədə qeyd olunan maddi hüquq normalarının, o cümlədən müddətin keçdiyini nəzərdə tutan normaların dispozisiya şərtləri ilə uzlaşmır, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia təmin edilə bilməzdi.
13. Apellasiya instansiya məhkəməsi göstrəmişdir ki, əsassız varlanan o şəxs sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə edir. Yəni, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
14. Apellasiya instansiya məhkəməsi qeyd edib ki, birinci instansiya məhkəməsinin mövqyeinə görə iddia Cavabdeh2 münasibətdə rədd edilməli, çünki, pulların alınmasında Cavabdeh2 iştirak etməsinə dair iddiaçı tərəfindən hər-hansı bir sübut təqdim edilməmişdir. İddiaçı digər cavabdehə münasibətdə iddianın rədd edilməsini mübahisələndirməmişdir. Başqa sözlə Cavabdeh2 münasibətdə iddianın rədd edilməsi ilə iddiaçı faktiki olaraq razılaşmışdır. Lakin iddiaçının tələbinə görə tələb edilən məbləğ bilavasitə Cavabdeh2 verilmişdir. Bu cür vəziyyətdə cavabdehlərə münasibətdə məhkəmənin gəldiy i nəticə ziddiyyətli vəziyyət yaradır. Belə ki, məhkəmə bir tərəfdən pulların alınmasında Cavabdeh2 iştirak etməsinə dair iddiaçı tərəfindən hər-hansı bir sübut təqdim edilmədiyi qənaətinə gəlib, digər tərəfdən isə Cavabdeh1 tələb edilən məbləği bilavasitə etiraf etməsinə görə ona münasibətdə iddianı əsaslı sayaraq təmin edib.
15. Apellasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin iddiaçı X6 (İddiaçı əri) cavabdeh Qrişenko (Quliyeva) Tamara Telman qızına qarşı 40000 avro və 6000 ABŞ dolları məbləğində pulun tutulması və digər tələblər barədə iddia ərizəsinə baxılan zaman cavabdeh X2 məhkəmədə iştirak etməsə də, məhkəməyə ərizə ilə müraciət edərək iddia müddəti ötürüldüyünə görə iddianın rədd edilməsini xahiş etdiyini, hazırki işdə isə cavabdeh iştirak etmədiyinə və iddia müddə tinin tədbiq edilməsinə dair ərizə ilə müraciət etmədiyinə istinad edərək əsassız varlanmadan irəli gələn tələblərə qısaldılmış müddət nəzərdə tutulmaması və tələbin qüvvəsini itirməməsinə dair mövqeyini əsassız hesab etmişdir.
16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh Quliyeva Tamara xx.xx.2014-cü il tarixdə iltizam imzalamış, iddiaçı isə iddia ərizəsini 2022-ci ildə vermişdir. Cavabdeh Qrişenko (Quliyeva) Tamara Telman qızı hazırki işdə də iddia müddətinin tətbiqinə dair ərizə ilə müraciət etmiş və elektron məhkəmə informasiya sistemində xx.xx.2022-ci il tarixində həmin ərizənin qeydiyyata alındığı açıq-aydın görünür. Lakin məhkəmə həmin ərizəni işə əlavə edib ona münasibət bildirməmişdir. Bundan əlavə, məhkəmə əsassız varlanmadan irəli gələn tələblərə qısaldılmış müddətin nəzər də tutulmadığı qənaətinə gəlsə də, yenə də yanlışlığa yol vermişdir. Çünki, məhz Mülki Məcəllənin 1095-ci maddəsində əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşdüyü, qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirildiyi təsbit edilmişdir. Bu cür vəziyyətdə məhkəmə əsassız varlanmadan irəli gələn tələblərə daha hansı qısaldılmış müddətin nəzərdə tutulmalı olduğunu açıqlamamışdır.
17. Göstərilənlərlə yanaşı, işə əlavə edilmiş iltizamın 09 mart 2014-cü ildə yazıldığı və tələb edilən məbləği həmin ilin iyul ayına qədər hissə-hissə qaytarılmasına söz verilmişdir. Buna baxmayaraq iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə 8 il, 3 aydan sonra müraciət etmişdir. Demək, M ülki Məcəllənin 1095-ci maddəsinə əsasən iddiaçı məhrum olan idisə tələb etdiyi məbləği qaytarmaq hüququ ona 2014-cü ildə artıq məlum idi. Ancaq onun hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün 8 ildən artıq bir müddətdə gözləməsi anlaşılan olmamışdır.
18. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayıb ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın iddia müddəti tətbiq etməklə rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıqaşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda mülki hüquq subyektlərinin iradə sərbəstliyi, müqavilələr azadlığı, iddia müddəti və hüquqdan pis niyyətlə sui-istifadə etmə institutlarının yaranmasına da zərurət və əsas olmazdı.
19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsi 14.2.7, 385.1, 386.1, 1091.1, 1091.2, 1092.1, 1093.1, 1095-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessu al Məcəlləsi 14.2, 77.1, 88., 217.2, 217.3, 217.4, 386, 387.1, 390-cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)2468/2023 saylı, 08 may 2023-cü qətnaməsinin ləğv edilməsi ilə iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
16. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi mülki iş üzrə qərar qəbul edərkən mülki qanunvericiliyin normalarının iddiaçı və cavabdeh arasındakı münasibətlərə nə dərəcədə şamil edilib-edilmədiyini ümumiyyətlə araşdırmamışdır. İddiaçı tərəfindən birinci instansiya məhkəməsinə edilən müraciətdə, Mülki Məcəlləsinin məhz öhdəlik hüququ” çərçivəsində nəz ərdə tutulan normalarına istinad etmiş və əsaslı və qanuni olaraq iddia tələbi təmin edilmişdir. Lakin daha sonra Bakı Apellyasiya Məhkəməsi tətbiq edilən hüquqla bağlı yanlışlığa yol vermiş və məhz tərəflər arasındakı hüquq münasibətlərinə “əsassız varlanma” normaları tətbiq olunmaqla iddiaçının hüquqları pozulmuşdur. Bakı Apellyasiya Məhkəməsi 2(103)-2468/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının 10-cu bəndində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1 və 386.1-ci maddələrinə istinad etmiş, İddiaçı ilə Qrişenko (Quliyeva) Tamara Telman qızı arasında yaranan münasibətləri öhdəlik hüquq normaları çərçivəsindən deyil, əsassız varlanma müstəvisindən yanaşılmışdır. Bakı Apellyasiya Məhkəməsi tərəflər arasında yaranan hüquq münasibətlərinin məzmununu müəyyən edərkən, öhdəlik hüquq münasibətlərin əsası olan, müqavilə münasibətlərinin əhəmiyyətini nəzərə almamışdır. İddiaçı və Qrişenko (Quliyeva) Tamara Telman qızı arasında 2012-ci il tarixdə sonuncunun qardaşının işlətdiyi kafenin alqı-satqısı üçün 40.000 avro, eyni zamanda 2013-cü il tarixdə avtomobilin gömrük rəsmiləşdirilməsi üçün 6.000 ABŞ dolları məbləğində pul vəsaitinin ödənilməsi razılaşdırılmışdır. Bundan əlavə, Bakı Apellyasiya Məhkəməsi 2(103)-2468/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının 23-cü bəndində iddiaçının hüquqlarının pozulduğunu 2014ci il tarixdən etibarən bildiyini, lakin məhkəməyə 8 il 3 aydan sonra müraciət etdiyini qeyd etmişdir. Lakin Məhkəmə iddiaçının hüququnun pozulduğunu bildiyi andan etibarən hüquq mühafizə orqanlarına müraciət etməsini, hətta cavabdeh barəsindən oxşar epizodlarla cinayət işinin aparılmasını və Tamara Quliyevanın 2014-cü il iyul ayınadək öhdəliklərini yerinə yetirmədiyindən İddiaçı şikayəti əsasında həmin mübahisənin cavabdeh barəsində olan cinayət işinə birləşdirilməsini nəzərə almamışdır. xx.xx.2014-cü il tarixli iltizamı imzalamaqla Tamara Quliyeva borc öhdəliklərini qəbul etmiş, bununla da iddia müddətinin axımı kəsilmişdir. Daha sonra cavabdeh tərəfindən iltizam üzrə öhdəliklərin yerinə yetirilməməsi səbəbindən dərhal, yəni 2014-cü il tarixdə hüquq mühafizə orqanlarına yenidən müraciət edərək, müvafiq borc tələbi cavabdeh barəsində olan digər cinayəti işi materiallarına əlavə edilmişdir. Cinayət işi üzrə yekun qərar 2020-ci il tarixdə qəbul olunmuş, iddiaçı isə qanunvericilikdə nəzərdə tutulduğu qaydada müqavilədən əmələ gələn öhdəliklərin üzr ə 3 il müddətində, iddia müddətini ötürmədən məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia müddətinin keçməsinə dair mövqeyini əsaslandırarkən, iddiaçının hüquq mühafizə orqanlarına müracətini nəzərə almamış, hüquqlarını pozulduğunu bildiyi tarixdən, yəni 2014-cü ildən 8 il sonra məhkəməyə müraciət edilməsini anlaşılan hesab etməmişdir. Bildirilib ki, Bakı Apellyasiya Məhkəməsi mülki iş üzrə qərar qəbul edərkən, iddiaçı və cavabdeh arasındakı münasibətlərə yalnış olaraq əsassız varlanma aspektindən baxdığı üçün, iddia müddətinin tətbiqi məsələsində də yalnışlığa yol vermişdir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən qərar qəbul edilərkən tərəflər arasında bağlanılan şifahi müqaviləni nəzərə almamışdır.
17. Kassator şikayətinin hüquqi əsası kimi Azəbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2, 385.1, 386.1, 1091.2., 1092.1., 1095-ci maddələinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
20. Maddə 14.2.7. Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.
21. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
22. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaq la, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə
23. Maddə1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
24. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
25. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
26. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, var lanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
27. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
33. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
35. Qanunun tələbinə görə, k assasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibət ini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Belə ki, apellyasiya instansiya məhkəməsi cavabdehin iddiaçının pul məbləğini qanuni və müqavilə əsası olmadan əldə etməsi və əsassız olaraq varlanması nəticəsinə gəlmiş, bu əsasla iddiaçının subyektiv hüququnu tanımışdır. Lakin məhkəmə iddiaçının həmin pul məbləğlərini məcburi qaydada tələb etmək imkanını müddətin keçməsi əsası ilə itirməsi ilə bağlıdüzgün nəticəyə gəlmişdir.
39. İddiaçı kassasiya şikayətində dəlil olaraq göstərir ki, məhkəməyə müraciət etməz dən əvvəl müvafiq hüquq mühafizə orqanlarına müraciət etmiş, cavabdeh tərəfindən borcun etirafı barədə sənəd verilmiş, bu etirafdan sonra müddət ötürülmədən məhkəməyə müraciət etmişdir.
40. Qeyd edilməlidir ki, hüquqmühafizə orqanlarına müraciət edilməsi, orada araşdırılma aparılması başlanmış müddətin axımını kəsmir. Müddətin axımı müvafiq olaraq iddianın irəli sürülməsi və etirafedici hərəktlərin edilməsi ilə kəsilə bilər. Məhz iddiaçının istinad etdiyi etirafedici sənədin nəzərə alınmalı ehtimal olunsa belə yenə də iddianın təmin olunması istisna olunur. Çünki bu sənədin 09 mart 2014-cü ildə verildiyi məlumdur, iddiaçı isə uzun müddət sonra, yəni müddətin keçməsindən sonra iddia ilə məhkəməyə müraciət etmişdir.
41. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin həqiqi hallarının araşdı rılmaması ilə bağlı hər bir kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işi n faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 may 20 23-cü il tarixli, 2(103)-2468/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.