Məhkəmə qərarları › İş №2(102)-3206/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3206/2020

25.06.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3206/2020 25.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onun vəkili x1 iştirakları ilə, İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 qarşı “evdən istifadə hüququnun tanınması, evə köçürmə və maneələrin aradan qaldırılması” tələbinə dair ilk və ilk iddia üzrə cavabdehlər qarşılıqlı i ddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “evdən çıxarılma” tələbinə dair mülki iş üzrə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 yanvar 2020-ci il tarixli qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 yanvar 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 qarşı “evdən istifadə hüququnun tanınması, evə köçürmə və maneələrin aradan qaldırılması” tələbinə dair ilk və ilk iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “evdən çıxarılma” tələbinə dair iddia ərizələri ilə məhkəməyə müraciət etmişdilər. Şəki rayon məhkəməsinin 08 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən P.Hacıyev, iş 2(075)1990/2019) ilk iddia qismən təmin edilərək İddiaçı uşağı 24 fevral 2006-cı il təvəllüdlü x6 ilə birlikdə Şəki rayonu Qoxmuq kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi, İddiaçı Şəki rayonu Qoxmuq kəndində yerləşən fərdi yaşayış evindən istifadəsi ilə bağlı yaradılacaq hər hansı maneələr Cavabdeh1 və Cavabdeh2 qadağan edilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh1 və Cavabdeh2 Məmmədova (İsrafilova) Tur anə Hüseyn qızının Cavabdeh2 məxsus evdən çıxarılması tələbinə dair qarşılıqlı iddialarının təmin edilməməsi, ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Hüseynov (sədrlik edən və məruzəçi), E.Hüseyov və M.Hüseynov, iş № 2(107)324/2020) Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Şəki Rayon Məhkəməsinin 08.11.2019-cu il tarixli 2(075)-1990/2019 nömrəli qətnaməsi Məmmədova (İsrafilova) Turanə Hüseyn qızının ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 qarşı iddianın “evə köçürmə və maneələrin aradan qaldırılması” hissəsində ləğv edilərək həmin hissədə iddianın təmin edilməməsi, iş üzrə qarşıl ıqlı iddianın təmin edilərək Məmmədova (İsrafilova) Turanə Hüseyn qızı, Cavabdeh2 məxsus Şəki rayonu Qoxmux kəndində yerləşən 2 otaqlı yaşayış evindən çıxarılması qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 yanvar 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayətinə qarşı etirazda göstərmişdilər ki, işə baxarkən apelyasiya instansiyası məhkəm əsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 yanvar 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edirlər. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Cavabdeh2 vəkili x4 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 yanvar 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə k ollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad ol unması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Şəki Rayon Məhkəməsinin 2(075)-1325/2019 saylı, 08 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 ilə Məmmədova (İsrafilova) Turanə Hüseyn qızının arasında 01 iyun 2005-ci il tarixdə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahdan olan uşaqları – 24 fevral 2006-cı il təvəllüdlü x2 anası Məmmədova (İsra filova) Turanə Hüseyn qızının, 27 oktyabr 2007-ci il təvəllüdlü x3 atası Cavabdeh1 yanında saxlanılması qət edilmişdir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A seriyalı 172582 saylı “Torpaq sahəsinin planı və ölçüsü”nün təsdiq olunmuş surətinə görə, Şəki rayon AİK-nın 16 dekabr 1997-ci il tarixli, 41 saylı qərarı ilə Şəki rayonu Qoxmuq kənd sakini Cavabdeh2 fərdi yaşayış evi tikmək üçün verilmiş 679.16 kv.m torpaq sahəsi Dövlət Torpaq Kadastrı kitabında 15 iyun 2009-cu il tarixdə uçota alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı x20 tərəfindən 19 mart 2016-cı il tarixdə verilmiş RX seriyalı, ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ın təsdiq olunmuş surətinə görə, Şə ki rayonu Qoxmuq kəndində 0.0679 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə Cavabdeh2, Cavabdeh1, x9, x10, x8 və x5 adlarına daşınmaz əmlakın dövlət reyestrində 106 nömrəli reyestr kitabının 78 nömrəli vərəqində qeydiyyata alınmışdır. DƏDRX-nin 12 saylı x15 21.01.2020-ci il tarixli 286 nömrəli məktubu əsasında təqdim edilən qeydiyyat vəsiqəsinə görə, Şəki rayonu Qoxmux kəndində yerləşən iki otaqlı yaşayış evi 25.10.1987-ci il tarixdən Cavabdeh2 mülkiyyətindədir və 24.09.1987-ci il tarixdə 77/179 nömrəli reyestrdə qeydə alınmışdır. Mübahisə predmeti olan fərdi yaşayış evi 1987-ci il tarixdən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 xüsusi mülkiyyətindədir, məhkəməyə təqdim edilən 19 mart 2016-cı il tarixdə verilmiş RX seriyalı, ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daş ınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”da isə təxminən 0,07 hektar torpaq sahəsi həyətyanı torpaq sahəsi olsa da, həmin torpaq sahəsində yaşayış evi qeyd edilməmişdir. Ona görə də mübahisə predmeti olan evə dair ilkin mülkiyyət sənədi 24.09.1987-ci il tarixdə 77/179 nömrəli reyestrdə qeydə akınmış qeydiyyat vəsiqəsidir. İlk iddia üzrə iddiaçı ilə ilk iddia üzrə Cavabdeh1 01 iyun 2005-ci il tarixdə rəsmi nikaha daxil olduqları və mübahisə predmeti olan evə köçərək həmin evdə yaşamaları müəyyən edilmişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 9.4-cü, Azərbaycan Respublikası Konstitusiyasının 43.1-ci, Mülki Məcəllənin 139.1, 146.1, 146.2, 146.3, 152.1, 178.1, 228.1, 228.2, 228.5-ci maddələrini tətbiq etmişdir. Apelyasiya məhkəməsinin hazırkı iş üzrə gəlmiş olduğu nəticəsinə görə Cavabdeh1la İddiaçı ər-arvad olmuş və onlar arasındakı nikah 01 iyun 2005-cil tarixdə qeydə alınmış, sonuncu qayınatası Cavabdeh2 mülkiyyətində olan fərdi yaşayış evinə köçmüşdür. Cavabdeh1la İddiaçı arasındakı faktiki ər-arvad münasibətləri 2000-ci ilin sentyabr ayından sonra, yəni 01 iyun 2005-ci il tarixdən yarandığından Şəki rayonu Qoxmuq kəndində mövcud olan fərdi yaşayış evindən istifadə hüququ yaranmamışdır. Hal-hazırda isə İddiaçı yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi ilə bağlı mübahisə predmeti olan Şəki rayonu Qoxmuq kəndində yerləşən fərdi yaşayış evi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş şəkildə yazılı hər hansı bir razılaşma yoxdur. İlk iddiaçının mübahisəli ev üzərində istifadə hüq uqu yaranmamış və belə hüququn olmadığını müəyyən edən apelyasiya məhkəməsi isə haqlı olaraq onun öz uşağı ilə birlikdə mübahisəli evə köçürülməsini mümkünsüz hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarına uyğun olaraq 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1. və 228.2. maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İddiaçı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi faktiki halların sadalanması ilə kifayətlənmiş, apelyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş hüquq pozuntusunun konkret olaraq nədən ibarət olmasını göstərməmişdir. Belə olan halda, yalnız faktiki halların sadalanması və kassatorun mülahizələri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2.-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Məsumə Vəzirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 14 may 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 21 iyun 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, kassasiya instansiyası məhkəməsi heç bir halda aşağı instansiya məhkəməsinin səlahiyyətlərini öz üzərinə götürməməlidir. Kassasiya instansiyası məhkəməsi mülki işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilməmiş yeni hallarını müəyyən etməsinə həmin hallara maddi hüquq normalarını tətbiq etməsi üçün hüquqi əsas mövcud deyildir. Əks yanaşma Azərbaycan Respublikasında kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirən Ali Məhkəmənin Konstitusiya hüquqi statusunu müəyyən edən K onstitusiyanın 131-ci maddəsinin məzmununa uyğun olmazdı. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 yanvar 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyas ı QƏRARA ALİR: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 yanvar 2020-ci il tarixli qətnaməsi İddiaçı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar