Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3206/2022 14.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-324/2022 nömrəli iş üzrə 27 yanvar 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 14 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “pul ” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3504 manat pulun və dövlət büdcəsinə ödədiyi 30 manat dövlət rüsumunun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 3504 manat pulun, dövlət büdcəsinə ödədiyi 30 manat dövlət rüsumunun və həmçinin torpaq sahəsinin abadlaşdırılması üçün çəkdiyi 3000 manat xərcin Cavabdeh alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 12 sentyabr 2007-ci ildə JN-267; kod 90800048 saylı dövlət aktı ilə onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 2.92 hektar tor paq sahəsini torpağın alqı-satqı müqaviləsi əsasında 3504 manata ona satmış və alqı-satqı müqaviləsi Saatlı rayon Mircəlalkənd Bələdiyyəsi tərəfindən təsdiq edilmişdir. Həmin müqaviləyə Cavabdeh anası X8 imza etsə də, pulu Cavabdeh vermişdir. Həmin torpaq sahəsini bir müddət istifadə etdikdən sonra pula ehtiyacı olduğu üçün, Saatlı rayon Mircəlalkənd kənd sakini X2. Lakin Cavabdeh Saatlı rayon Mircəlalkənd sakini X4 mübahisəli torpaq sahəsini geri almışdır. X3 torpağın dəyəri üçün ondan 3504 manat pulu geri almışdır. Bundan sonra Cavabdeh 2.92 hektar torpaq sahəsinin dəyəri üçün verdiyi 3504 manat pulu tələb etmiş, lakin o, müxtəlif bəhanələr gətirərək pulu qaytarmamışdır. Əlavə olaraq torpaq sahəsinin hamarlanması, melorasiya və irriqasiya işləri görərək torpağın abadlaşdırılması üçün 300 0 manat xərc çəkmişdir. Saatlı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 22 sentyabr 2021-ci il tarixli, 2(055)-1156/2021 saylı qətnaməsi ilə (hakim İxtiyar Abuşov) iddia tələbinin rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, İddiaçı cavabdehin və digər ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 2,92 ha torpaq sahəsini 27 may 2007-ci il tarixdə X5 3504 manata almasını göstərsə də, məhkəməyə təqdim olunmuş həmin akta Cavabdeh imza etmədiyindən, həmin akt ona qarşı sübut xarakteri daşımır, iddiaçının iddia ərizəsinə əlavə etdiyi kserosurəti çıxarılmış akt araşdırılarkən müəyyən edilmişdir ki, həmin aktda iddiaçının X5 2,92 hektar torpaq sahəsinin 3504 manata alması ilə bağlı iddiaçının özünün, Saatlı rayon Mirc əlalkənd bələdiyyəsinin sədrinin iştirakı ilə tərtib edilsə də, akta torpaq satan və bunun müqabilində pul alan şəxs qismində Cavabdeh imza etməmişdir. Ona görə də, 27 may 2007-ci il tarixli akt İddiaçı Cavabdeh 3504 manat pulu və torpaq sahəsinin abadlaşdırılması üçün çəkilmiş 3000 manat xərci tələb etmək üçün əsaslı hesab edilməməli, iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Şirvan Apely asiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Zeynal Zeynalov sədrlik edən və məruzəçi, Zaur Allahyarov, Müşfiq Həsənov) 27 yanvar 2022-ci il tarixli, 2(106)-324/2022 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Saatlı Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2(055)-1156/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, apelyasiya şikayətinin dəlillərinə görə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qəbul edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin bu dəlili araşdıraraq müəyyən edt mişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq və təfsir edilməsi ilə qəbul edildiyindən qanuni və əsaslıdır, bu baxımdan məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qətnamə qəbul edilməsi barədə dəlillər əsassızdır. Apelyasiya şikayətinin dəlillərinə görə Cavabdeh xx.xx.2007-ci ildə JN-267; kod 90800048 saylı dövlət aktı ilə onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 2.92 h torpaq sahəsini torpağın alqı-satqı müqaviləsi əsasında 3504 manata iddiaçıya satmışdır, müqaviləyə Cavabdeh anası Xasabəyim Yusifova imza etsə də, pulu Cavabdeh vermişdir. Apelyasiya şikayətinin həmin dəlilləri araşdırılarkən məhkəmə kollegiyasının iclasında İddiaçı Cavabdeh 3504 manat pul verməsi barədə yazılı sübutunun olmadığını bildirmişdir. Beləliklə, apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı X11 (vəkili X10) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki hallarından görünür ki, Cavabdeh miras əmlakı qəbul etmiş və ona alqı-satqı müqaviləsi əsasında satmış olduğu torpaq sahəsini məhkəmə qaydasında geri tələb etmişdir. Belə olan halda cavabdeh vərəsə kimi torpaq sahəsinə görə ödədiyi və torpağın abadlaşdırılmasına sərf etdiyi pulu ona ödəməlidir. Apelyasiya məhkəməsi işin faktiki hallarına düzgün hüquqi qiymət verməyərək düzgün nəticəyə gəlməmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gəl ərək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kasasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kasasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.3. Kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab ed ir ki, aşağıdakı əsaslara görə kasasiya şikayəti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 27 yanvar 2022ci il tarixli qətnaməsi ləğv edilməli və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, kasasiya yoxlaması nəticəsində işdən görünən hal ondan ibarətdir ki, iddiaçının tələbinni əsasını cavabdehin anası tərəfindən ona satılmış torpaq sahəsinin hazırda cavabdehin sahibliyinə və istifadəsinə qaytarılması, bunun nəticəsində onun həmi torpağı satın almağa görə ödədiyi 3504 manat puldan və torpağın abadlaşdırılmasına görə sərf etdiyi 3000 manat puldan məhrum olması təşkil etmişdir. Birinci instansiya məhkəməsində iştirak etmiş cavabdeh özü də iddia tələbində göstərilmiş torpaq sahəsinin cavabdehə satılmasını etiraf etmiş (səh 49), sadəcə olaraq iddiaçıdan pul almadığını göstərərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İddiaçı isə iddia tələbində və izahatlarında həmin torpaq sahəsinin onun tərəfindən X1, hazırki cavabdehin həmin torpaq sahəsinin göstərilən şəxsdən öz sahibliyinə geri alındığını, buna görə də onun Ramildən torpağa görə almış olduğu pulu geri qaytarmasını bildirmişdir. İşə mahiyyəti üzrə baxmış məhkəmə kollegiyası tərəflərin izahatlarını qarşılıqlı surətdə və müqayisəli olaraq tədqiq etməmiş, hazırki mübahisə ilə bağlı birinci instansiya məhkəməsinin kifayət qədər məhkəmə araşdırması aparmadığına səthi yanaşmaqla, sadəcə olaraq birinci instansiya məhkəməsi tərəfindən işin hallarının tam araşdırılmasını, maddi və prosessual hüquq normasının pozuntusuna yol verilmədiyini bildir məklə məhkəmə araşdırmasının tamamlanmış olduğu qənaətinə gəlmişdir. Halbuki, apelyasiya kollegiyası birinci instansiya məhkəməsinin mübahisənin əsasını yaratmış torpaq sahəsinin həqiqətən də hazırda cavabdehin sahibliyinə qaytarılıb qaytarılmadığını, hazırki iddiaçı tərəfindən X7 göstərilən torpaq sahəsinin satılıbsatılmadığını, satılmışdırsa nə zaman və hansı məbləğə satıldığını, satılmışdırsa həmin torpaq sahəsinin kim tərəfindən Ramil adlı şəxsdən geri alınmasını, torpaq sahəsi hazırki cavabdehə geri qaytarılmışdırsa bu geri qaytarmanın əsasını, yəni hansı əsasla və hansı formada həyata keçirilməsini, cavabdehin torpaq sahəsini hazırki iddiaçıya satmış anasının vərəsəsi kimi tanınıb tanınmadığını, miras əmlak kütləsinə daxil olan əmlaklar içərisində hazırki mübahisənin əsasını yaratm ış torpaq sahəsinin də mövcud olub olmadığını araşdırmamasına, mübahisəyə tam aydınlıq gətirilməsi üçün X6 ən azından şahid qismində dindirilməli olduğu halda dindirilməməsinə, mübahisə üzrə ədalətli məhkəmə araşdırması prinsipinin tələblərinə riayət edilməməsinə qiymət verməmiş və münasibət bildirməmiş, sadəcə olaraq cavabdehin iddiaçıdan pul almadığına, iddiaçının da cavabdehə pul verməsi barədə sübut təqdim edə bilmədiyinə əsaslanmaqla qənaətini əsaslandırmağa çalışmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Beləliklə işdən görünür ki, apelyasiya kollegiyası işin hallarını, işdə olan sübutları tam, hərtərəfli və müqayisəli şəkildə araşdırmamış, ədalət mühakiməsini düzgün həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipləri pozmuşdur. Azərbaycan Respublikasının MPM-nin ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məh kəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Kasasiya kollegiyası həmçinin hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq kasasiya kollegiyası hesab edir ki, apelyasiya kollegiyası işə mahiyyəti üzrə baxmağa səlahiyyətli məhkəmə olduğundan, işin yuxarıda göstərilmiş hallarının tam, hərtərəfli və düzgün araşdırılması, düzgün qiymət verilməsi, sübutların müqayisəli tədqiq edilməsi, ədalətli məhkəmə araşdırmasının təmin edilməsi məqsədilə kasasiya şikayəti qismən təmin edilməli, iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(106)-324/2022 nömrəli qətnaməsi ləğv edilməli və iş yeni apelyasiya baxışına qaytarılmalı, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət vermə lidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(106)324/2022 nömrəli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3206/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-3206/2022
14.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver