Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3207/2022 14.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən çıxarma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-333/2022 nömrəli iş üzrə 27 yanvar 2022-ci il tarixli qətnaməsindən cavabdeh X2 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 14 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxara q, aşağıdakıları müəyyən etdi: İşin halları Lənkəran Rayon Məhkəməsinin 5 oktyabr 2016-cı il tarixli, 2(049)-7160/2016 saylı qətnaməsi ilə cavabdeh X1 əsas borc üzrə 43253,65 manat, faiz borcu üzrə 6420,65 manat, cərimə borcu üzrə 175,61 manat, cəmi 49849,84 manat məbləğində kredit borcu və ödənilmiş dövlət rüsumuna görə 30 manatın alınıb iddiaçı "xxxx" İKB-yə ödənilməsi, tutmanın Cavabdeh2 məxsus Lənkəran şəhəri, S.Vurğun küçəsində 0.04463 ha torpaq sahəsində yerləşən 94.3 kv.m yaşayış, 217.8 kv.m yardımçı, 312.1 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinə yönəldilməsi qət edilmiş, ipoteka predmetinin ilkin satış qiyməti 80000 manat müəyyən edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən sax lanılmış, 25 sentyabr 2017-ci il tarixdə qanuni qüvvəsini almışdır. Mübahisəli fərdi yaşayış evi 5 iyul 2019-cu il tarixdə tam mülkiyyət hüququ əsasında "xxxx" İKB ASC-in adına qeydiyyatdan keçmişdir. İddiaçı ASC cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “cavabdehlərin mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 və digər şəxslərin Lənkəran şəhəri, Səməd Vurğun küçəsində yerləşən 41 nömrəli fərdi yaşayış evindən çıxarılması, həmin evin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanm ış kredit müqaviləsinin təminatı olaraq ipoteka qoyulmuş, Cavabdeh2 məxsus Lənkəran şəhəri, Səməd Vurğun küçəsində yerləşən 41 nömrəli fərdi yaşayış evinə məhkəmə qətnaməsi ilə tutma yönəldilmişdir. Əmlaka dair iddiaçının mülkiyyət hüquqları 5 iyul 2019-cu il tarixdə qeydə alınmış və iddiaçı Bankın adına çıxarış alınmışdır. Mübahisəli evdə cavabdehlər qeydiyyatda olmaqla yaşayırlar. Əmlakın iddiaçının mülkiyyətinə keçməsinə baxmayaraq cavabdehlər mənzildən çıxmaqdan imtina edirlər. Lənkəran Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 07 sentyabr 2021-ci il tarixli 2(049)-2141/2021 nömrəli qətnaməsi ilə (hakim Rəşad Məmmədov) iddia tələbinin təmin edilməsi edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, yeni mülkiyyətçiyə heç bir aidiyyəti olmayan şəxslərin mənzildə qeydiyyatda qalması ona öz mülkiyyətindən dinc istifadə hüququnun həyata keçirilməsinə mane olur. Cavabdehlərin mənzildən qeydiyyatdan çıxarılması üçün isə onların mənzildən istifadə hüququna məhkəmə qaydasında xitam verilməlidir. Yaşayış evlərinin və mənzillərin ipotekası haqqında müddəaların tətbiqini tənzimləyən normaların tələbinə görə həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılmasına ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda yol verilir. Əgər ev və ya mənzil satıldıqdan sonra bir ay ərzində ipoteka qoyan və onunla birgə yaşayan ailə üzvləri tutduqları yaşayış sahəsini tərk etməzlərsə, bu halda həmin şəxslər məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Ona görə də iddia tələbi cavabdehlərə müna sibətdə əsaslı hesab edilərək təmin edilməlidir. Məhkəmə iddia tələbinin digər şəxslərin Lənkəran şəhəri, Səməd Vurğun küçəsində yerləşən 41 nömrəli fərdi yaşayış evindən çıxarılması hissəsinə qiymət verib iddiaçı tərəfindən həmin şəxslərin kimlərdən ibarət olması və onların cavabdeh kimi işə cəlb edilməməsini nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146.2, 152.1, 152.5, 157.4, 178.1, 205.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3, 59.3.1, 59.3.2, 59.4-cü və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4, 218.3-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədə n narazı qalan cavabdehlər Cavabdeh2 və Cavabdeh3 birgə apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsin xahiş etmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsin xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Zeynal Zeynalov- sədrlik edən və məruzəçi, Zaur Allahyarov, Müşfiq Həsənov) xx.xx.2022-ci il tarixli, 2(106)-333/2022 saylı qətnaməsi ilə apelyasiya şikayətləri təmin edilməyərək, Lənkəran Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli 2(049)-2141/2021 nömr əli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apelyasiya şikayətinin ilkin (qətnamənin maddi və prosessual hüquq normaları pozulmaqla, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qəbul edilməsi) barədə dəlillərinə münasibətdə bildirilməlidir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq və təfsir edilməsi ilə qəbul edildiyindən qanuni və əsaslıdır, bu baxımdan həmin dəlillər əsassız sayılmalıdır. Apelyasiya şikayətinin ikinci (cavabdehlərin məhkəmədə iştirakının təmin edilməməsi barədə) dəlilinə münasibətdə bildirilməlidir ki, cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qay dada məlumatlandırılmalarına baxmayaraq heç bir üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişlər. Ona görə də məhkəmə apelyasiya şikayətinin bu dəlilini də əsassız sayır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh1 (vəkili Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin təkrar apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsini aldıqdan sonra mübahisəli mənzilin iddiaçının mülkiyyətinə keçməsindən məlumatlı olmuşdur. O özü həmin evdə yaşamır. Lakin ailəsi həmin evdə birlikdə yaşayırlar, bura qardaşı və onun ailəsi də daxildir. Bu günə qədər həmin yaşayış evinə aid olan bütün kommunal xərcləri atası ödəyir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, guya onlara qeyd olunan fərdi yaşayış evindən çıxması barədə xəbərdarlıq edilmiş, lakin onlar həmin mənzildən çıxmaqdan imtina etmişlər. Halbuki, belə xəbərdarlıq onlara gəlməmişdir. Həmçinin mənzilin dəyəri onların borcundan qat-qat çoxdur. Əgər mənzil bankın mülkiyyətinə keçmiş olsa belə, onun dəyərinin qalan hissəsi onlara ödənilməli idi. Bu xüsusatlar məhkəmə tərəfindən tam və ətraflı araşdırılmamışdır. Bundan başqa, məhkəmələr işə baxarkən onların iştirakını təmin etməmişlər, bununla da MPM-in tələbləri kobud şəkildə pozulmuşdur. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştir akçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. H azırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı göstərilən hissədə yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə
13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 3941, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Madd ə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kasasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kasasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya şikayəti formal mülahizələrlə əsaslandırılmışdır. Belə ki, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, cavabdeh kasasiya şikayətini yalnız özünün subyektiv mülahizələri ilə əsaslandırmağa çalışmışdır. Cavabdehin subyektiv mülahizələri isə kasasiya şikayətinin əsaslı dəlili hesab edilə bilməz. Belə ki, cavabdeh onun ailə üzvlərinni həmin evdə yaşaması, kommunal xərclərin atası tərəfindən ödənilməsini, onlara xəbərdarlıq edilməməsini əsas gətirmiş olsa da, iddiaçının mülkiyyətində olan mənzildə kimlərinsə yaşaması, kommunal xərclərin kimlərsə tərəfindən ödənilməsi, cavabdehlərə mənzildən çıxmaları barədə xəbərdar edilməməsi iddiaçının mülkiyyət hüququnun pozulmasına və qanuni qətnamənin ləğvinə əsas verə bilməz. Cavabdehlər borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi barədə məhkəmə aktı qəbul edilib qanuni qüvvəyə mindikdən, digər şəxsin mülkiyyətinə keçdikdən sonra yaşayış evini tərk etməli olduqları barədə məlumatlı olmuşlar və buna görə də onlara hər hansı xəbərdarlıq edilməsinə zərurət yox idi. Mənzilin dəyərinin borcdan çox olması, qalan pulun o nlara ödənilməməsi ilə bağlı dəlil üzrə isə bildirilməlidir ki, cavabdehlərin iddiaçıya qarşı hər hansı tələbinin yaranması da hazırki mübahisə üzrə məhkəmə araşdırmasının predmetini təşkil edə bilməz. Belə ki, iddiaçıya qarşı hər hansı tələbin olması da mülkiyyətçinin mülkiyyət hüquqlarının pozulmasına əsas verə bilməz. Həmçinin bildirilməlidir ki, cavabdehlərin iddiaçıya qarşı hər hansı tələbləri var idisə belə, onlar ən azından qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmək imkanında olmuşlar ki, belə halın baş verməsi də iş materialları ilə aşkar edilməmişdir. Kasasiya şikayətinin kassatorun məhkəmə iclasında iştirakının təmin edilməməsi barədə dəlili üzrə isə bildirilməlidir ki, işdən görünür ki, xx.xx.2021-ci ildə apelyasiya kollegiyası tərəfindən cavabdehlərə məhkəmə bildirişi ünvanlanmış, hazırki kassator xx.xx.2021-ci ildə məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını bildirmiş, səbəbini səhhəti ilə əlaqələndirmiş, lakin teleqrama hər hansı göstərdiyi faktla bağlı təsdiqedici sənəd əlavə etməmiş, bununla belə həmin tarixə təyin edilmiş məhkəmə iclası xx.xx.2022-ci il tarixinə təxirə salınmış, cavabdehlərin heç biri həmin məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinni səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda apelyasiya kollegiyası işə mahiyyəti üzrə baxıb yekun məhkəmə qətnaməsi qəbul etməklə hər hansı prosessual hüquq normasının pozuntusuna yol verməmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbu l etdiyi qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-333/2022 nömrəli iş üzrə 27 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.