Məhkəmə qərarları › İş №2(102)-3208/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3208/2025

20.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3208/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ 2(102)-3208/2025 Açar sözlər: tələbin hüquqi əsası, ədalətli məhkəmə araşdırması. 20.11.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “72000 manat evinin pulunun” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26 noyabr 2024-cü il tarixli, 2(104)1549/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 20 noyabr 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati bi nasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. xx.xx.2023-cü il tarixli alqı-satqısı müqaviləsinə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Anaşkin küçəsi, dalan 4, ev 160 nömrəli mənzili X4 Nofəl Həsən oğluna 80.000 manata satmışdır; 2. 15 fevral 2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X1 şəhəri, Nizami rayonu, Məhrəsə bağı, ev 4, mənzil 5 ünvanında yerləşən, ümumi sahəsi 73.8 kv.m olan 3 otaqlı mənzili X9 70.000 manata satmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ondan ev almaq adı ilə almış olduğu 72.000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavab deh onu öz mənzilindən qovur. Sözügedən mübahisəli mənzil onun hesabına alınmışdır. Belə ki, cavabdeh onun etibarından sui-istifadə edərək ona məxsus vəsaitlə özünə mənzil əldə etmişdir. O, dəfələrlə cavabdehə pulunun və ya mənzilinin ona qaytarılmasını tələb etmiş, lakin sonuncu onun sözlərinə məhəl qoymamışdır. Eyni zamanda qeyd edir ki, o, 20 ildir ki, Bakı şəhərində yaşamış və yaşlı olduğu üçün mənzil qızının adına rəsmiləşdirilmişdir.

7. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, Bakı şəhərində yerləşən mənzilin dəyəri olan 80.000 manat məbləğində vəsait Ruslan adlı şəxsə verilmişdir. Yəni, İddiaçı tərəfindən Cavabdeh hər hansı pul vəsaiti verilməmişdir. Cavabdeh hazırda Rusiya Federasiyasında yaşayır, özünün maddi imkanı kifayət qədər yaxşıdır, əksinə o həmişə ata-anasına maddi dəstək göstərmişdir, yəni onun kiminsə vəsaiti hesabına mənzil almaq zərurəti yoxdur. Sözügedən Gəncə şəhərində yerləşən mənzili öz vəsaiti hesabına almışdır. Ümumiyyətlə tərəflər arasında heç bir öhdəlik hüquq münasibəti yaranmamışdır. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

8. Məhkəmə iclasında iştirak edən şahid X10 bildirmişdir ki, o, iddiaçının qaynı oğludur, iddiaçının Bakı şəhərində yerləşən evin satışı ona həvalə olunmuş və o, evi sataraq əldə olunan təqribən 70.000 manat vəsaiti iddiaçının öz istəyi ilə arvadı X5 vermişdir. O da həmin vəsaitlə qızı Cavabdeh adına Gəncə şəhərində mənzil almışdır. Verilən suala cavab olaraq bildirmişdir ki, iddiaçının həmin vəsaiti cavabdehə borc və ya hədiyyə olaraq verdiyini bilmir.

9. Məhkəmə iclasında iştirak edən şahid X15 bildirmişdir ki, o iddiaçının oğludur, atası müalicə üçün Rusiya Federasiyasına bacısı Cavabdeh yanına getmişdir. Bakıda yerləşən evin satışını atası dayısı oğu Ruslan Abbasova həvalə etmişdir. Ev satılandan sonra pulu dayısı oğlu əldə etmişdir. Bacısı Cavabdeh da bundan xəbər tutaraq Rusiyadan gələrək ata-anasını aldadaraq Gəncə şəhərində yerləşən mübahisəli mənzili öz adına almışdır. Verilən suala cavab olaraq bildirmişdir ki, atası tərəfindən cavabdehə hər hansı pul vəsaiti verilməmiş, lakin cavabdeh atasının etibarından sui-istifadə edərək mənzili öz adına almaqla sözügedən 72000 manat vəsaiti ələ keçirmişdir.

10. Goranboy Rayon Məhkəməsinin 2(045)-384/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Taleh Mustafayev) iddia tələbi təmin edilməmişdir.

11. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi işin hallarından görünür ki, cavabdeh X2 şəhəri Nizami rayon Məhrəsə bağı ev 4, mənzil 5 ünvanında yerləşən mənzili almış və həmin mənzil daşınmaz əmlakın dövlət reyestrində cavabdeh X6 adına rəsmləşdirilmişdir və tam mülkiyyətindədir. Hazırda iddiaçı həmin mənzilin onun vəsaiti hesabına alınmasını və cavabdehə buna görə pul verildiyini iddia etsə də, cavabdeh tərəf iddia tələbini qəbul etmir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında qanunvericiliyin tələbinə uyğun olaraq yazılı və ya şifahi qaydada bağlanmış borc müqaviləsi mövcud deyildir.

13. Birinci instansiya məhkəməsi daha sonra qeyd etmişdir ki, iddiaçı idd iada göstərilən vəsaitin ümumiyyətlə mövcud olmasını, sonra həmin vəsaitin ona məxsus olduğunu, sonra isə bu vəsaitin hazırda cavabdehə verilməsini sübut etməlidir. Göründüyü kimi hazırkı iş materialları ilə iddiaçının vəsaiti hesabına cavabdehə pul verilməsi öz təsdiqini tapmır.

14. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən Mülki Məcəlləsinin 385.1, 386.2, 427.1, 442-443, 448 və 739.1-ci maddələrinə istinad etmişdir b)Apellyasiya instansiyası məhkəməsində icraat

15. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin belə bir qənaətə gəlməsinin heç bir hüquqi əsası yoxdur. Belə ki, məhkəmə cavabdehin nümayəndəsinin dediyi fikirlərə uyğun olaraq qətnamə qətnamə qəbul etmişdir. Cavabdehin nümayəndəsi göstərir ki, guya cavabdeh Rusiya Federasiyasında yaşayır. Guya İddiaçı tərəfindən cavabdehə pul verilməmişdir. Pulu cavabdehə İddiaçı verməmişdir. İddiaçı satılmış evinin pulunu cavabdehə onun yoldaşı X7 vermişdir. Həmin vaxtı İddiaçı Moskvada olduğu üçün pul Gəncə şəhərində İddiaçı ev alınmalı idi. Ev alınıb ancaq cavabdeh öz adına almışdır. Əgər cavabdeh öz pulu ilə ev alırdısa o pulu yəni 70.000 manatı Rusiyadan Azərbaycana necə keçirib. Əgər pul həqiqətən onun puludursa “Asan Xidmət” mərkəzində yoldaşı ona verdiyi pul necə olub. Təəssüflər olsun ki, məhkəmə buna aydınlıq gətirmədən tələmtələsik məhkəməni yekunlaşdırmışdır. Əgər cavabdehin kifayət qədər pulu varsa həmin pulu Rusiyadan Azərbaycana necə keçirməsini sübut etsi n. Göründüyü kimi işə baxan məhkəmə onun iddiasını rədd edərkən tam, obyektiv araşdırma aparmamışdır.

17. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1549/2024 nömrəli, 26 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Mustafa Mustafayev (sədrlik edən və məruzəçi), Fikrət Mehtiyev və Rəhman Muradov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi qismən təmin edilmişdir. Cavabdeh 70.000 manat məbləğində pulun tutularaq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, iş materialları ilə, o cümlədən şahid Abbasov Ruslanın ifadəsi ilə müəyyən o lunur ki, xx.xx.2023-cü il tarixdə İddiaçı Gəncə şəhərində Məhrəsə bağı, ev 4, 6 nömrəli mənzili almaq üçün arvadı X5 70000 manat pul göndərmiş, həmin pulu Abbasov Ruslan gətirib bibisi olan Tamaraya vermiş, İddiaçı evin Tamaranın adına sənədləşdirilməli olmasını ona bildirmiş, Tamara isə ona Vəlinin evin qızı olan cavabdehin adına sənədləşdiriləcəyini dediyini, bu səbəbdən də, evi cavabdehin adına sənədləşdirəcəyini bildirmiş və həmin tarixdə alqı-satqıda iştirak edən cavabdehin adına mənzil alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən tərəflər arasında qanunvericiliyin tələbinə uyğun olaraq yazılı və ya şifahi qaydada bağlanmış borc müqaviləsinin olmamasına istinad etmişdir. Lakin birinci instansiya məhkəməsi bu nəticəyə gələrkən nəzərə almamışdır ki, iddiaçı özü də, iddia tələbində cavabdehə borc pul verdiyini qeyd etməmişdir. İddiaçının tələbi ondan ibarət olmuşdur ki, Gəncə şəhərində ev almaq üçün arvadına pul göndərmiş və ev cavabdehin adına alınmışdır. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə Gəncə şəhərində Məhrəsə bağı, ev 4, 6 nömrəli mənzili almaq üçün arvadı X5 70.000 manat pul göndərilməsi və həmin vəsait hesabına cavabdehin adına ev alınması təsdiqini tapdığı halda, cavabdeh həmin pulun ümumiyyətlə mövcud olmadığını, Gəncə şəhərində Məhrəsə bağı, ev 4, 6 nömrəli mənzili öz vəsaiti hesabına aldığını bildirmişdir.

19. Daha sonra apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında borc münasibətlərinin olmamasına istinad edərkən nə iddiaçının cavabdehə borc verməsini qeyd etməməsini, nə də ki, c avabdehin iddiaçı tərəfindən həmin pulun borc verilməsi yaxud, həmin pulun ona hədiyyə edilməsini inkar etməsini nəzərə almamışdır.

20. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin iddiaçının iddiada göstərdiyi vəsaitin mövcud olması, həmin vəsaitin ona məxsus olması, bu vəsaitin hazırda cavabdehə verilməsini sübut edə bilməməsi ilə bağlı mövqeyinə münasibətdə qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh tərəfindən Gəncə şəhərində Məhrəsə bağı, ev 4, 6 nömrəli mənzilin alınması üçün 70000 manat ödəməsi iş materialları təsdiqini tapır. Həmin vəsaitin iddiaçıya məxsus olması isə şahid ifadələri ilə təsdiqini tapmışdır. Həmçinin iddiaçının nümayəndəsi birinci instansiya məhkəməsində iddiaçı tərəfindən Bakı şəhərində 80.000 manata satılmış evin pulunun Ruslan adlı şəxsə verilmə sini qeyd etmiş, lakin həmin məbləğin Nahidəyə deyil, Ruslana verildiyini bildirmişdir. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə Gəncə şəhərində Məhrəsə bağı, ev 4, 6 nömrəli mənzili almaq üçün arvadı X5 70000 manat pul göndərilməsi və həmin vəsait hesabına cavabdehin adına ev alınması təsdiqini tapmışdır.

21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsində cavabdehin evin alınması üçün ödənilmiş vəsaitin onun özünə məxsus olması və iddiaçının ona pul vermədiyini bildirməsi ilə bağlı qeyd etmişdir ki, cavabdeh həmin evi məhz öz vəsaiti hesabına almasına dair hər hansı sübut məhkəməyə təqdim etməmiş, yalnız izahatında qeyd etməklə kifayətlənmişdir.

22. Apellyasiya məhkəməsi cavabdehin izahatında iddiaçının pulu Ruslana verməsi, ona h eç bir pul verməməsi ilə bağlı qeyd etmişdir ki, iş materialları ilə iddiaçıya məxsus Bakı şəhərində yerləşən evin satılmasından əldə edilmiş pulun saxlanması üçün Ruslan adlı şəxsə verilməsi, sonra Gəncə şəhərində ev almaq istəyərkən isə aparıb iddiaçının arvadına verməsi təsdiqini tapmışdır. Bu baxımdan kollegiya cavabdehin iddiaçının həmin pulu Ruslana verməsi ilə bağlı dəlillərini də, əsassız hesab etmişdir.

23. Məhkəmə kollegiyası maddi hüquq normasının tətbiqi ilə bağlı qeyd etmişdir ki, iddiaçı Gəncə şəhərində Məhrəsə bağı, ev 4, 6 nömrəli mənzili özü üçün almış, lakin cavabdehin adına rəsmiləşdirmişlər. Gəncə şəhərində Məhrəsə bağı, ev 4, 6 nömrəli mənzilin alınması üçün iddiaçının 70.000 manat verməsinin təsdiqini tapdığı halda, cavabdehin iddiaçının ona heç bir pul verilmədiyini və evi öz vəsaiti hesabına almasını bildirməsi məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə imkan verir ki, Gəncə şəhərində Məhrəsə bağı, ev 4, 6 nömrəli mənzilə görə 70000 manat ödənilməklə mənzil iddiaçının özü üçün alınmış, sadəcə cavabdehin adına rəsmiləşdirmişdir. Cavabdeh isə hazırda həmin mənzilin özünə məxsus olmasını bildirməklə və mənzilə sahiblənməklə heç bir hüquqi əsas olmadan varlanmış olur (Mülki Məcəllə, maddə 1091). Bu baxımdan məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə iddianın hüquqi əsasını əsassız varlanma təşki edir və həmin münasibətlərə mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı münasibətləri tənzimləyən normaları tətbiq edilməli idi.

24. Məhkəmə kollegiyası hüquqi mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 1091.1, 1091.2 və 1092.1-ci, Mülki Prosessual Məcəllə nin 14.1, 77.1 və 88-ci maddələrinə istinad etmişdir Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. Cavabdeh (Vəkil3) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin yenidən apellyasiya baxışına göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə əsassız varlanma ilə bağlı maddi hüquq normalarının tələblərini pozmuş, həmçinin işin hallarına düzgün, yəni kassasiya şikayətinin 6-cı paraqrafında göstərilən səbəblərə görə qiymət verməmiş və həmin maddi hüquq normalarının tələblərini pozmuşdur. Lakin məhkəmə iddiaçının cavabdehə ümumiyətlə pul verməsini, əgər verilsə də nəyə görə verməsini təsdiq edən hər-hansı bir əsaslı sübut olmamasına b axmayaraq, cavabdehin iddiaçının hesabına əsassız varlanması nəticəsinə gəlmişdir. Eyni zamanda işdə olan cavabdehin vəkilə verdiyi etibarnəmədən, həmçinin elektron portaldan da görünür ki, cavabdeh Rusiya Federasiyası vətəndaşıdı və daimi olaraq Rusiya Federasiyası, Moskva vilayəti, Ximki şəhəri Podreskovo mr, Sentrralnaya küçəsi ev 4A mən 85 ünvanında yaşayır. Lakin məhkəmə bunu bildiyı halda həm apellyasiya şikayətinin verilməsi barədə bildirişi, həm apellyasiya şikayətinin sürətini, həm məhkəmə vaxtı barədə bildirişləri, sonda isə qətnamənin surətini davamlı olaraq yaşamadığı Goranboy rayon Xanqərvənd kəndinə göndərmiş, hər dəfə cavabdehin həmin ünvanda yaşamaması qeydi ilə məktublar geri qaytarılmışdı. Lakin buna baxmayaraq məhkəmə yenə israrla məktubları həmin ünvana göndərmişdir. Ha lbuki ən azından elektron məhkəmə portalı ilə cavabdehin Azərbaycanda olub -olmamasını aydinlaşdırmaq mümkün idi. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq işə məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilməmiş işdə iştirak etməli şəxslərdən hər hansı birinin iştirakı olmadan baxılmışsa ləğv edilməlidir. Bununla yanaşı məhkəmə işdə olan sübutlara, o cümlədən gəlmiş olduğu nəticəsi də hər-hansı bir sübuta əsaslanmamış, işdə olan sübutlara düzgün qiymət verməmişdir. Belə ki, iddianı təmin edən apellyasiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, Gəncə şəhərində Məhrəsə bağı, ev 4, 6 nömrəli mənzilə görə 70.000 manat ödənilməklə mənzil iddiaçının özü üçün alınmış, sadəcə cavabdehin ad ına rəsmiləşdirmişdir. Cavabdeh isə hazırda həmin mənzilin özünə məxsus olmasını bildirməklə və mənzilə sahiblənməklə heç bir hüquqi əsas olmadan varlanmış olur. Məhkəmənin gəlmiş olduğu bu nəticə ilə razılaşmır. Belə ki, iddiaçı iddiasını belə əsaslandırmışdır ki, o evi satılandan sonra 2023-cü ilin fevral ayında cavabdeh Gəncə şəhərində Məhrəsə bağı, ev 4, 6 nömrəli mənzilin satıldığını ona bildirmiş, evin yaxşı olduğunu, xoşuna gəldiyini və almaq istədiyini bildirmişdir. O da evin alınmasına razılıq vermişdir. 15 fevral 2023-cü ildə 2 saylı Gəncə regional "Asan Xidmət" mərkəzində qeyd etdiyi mənzili onun evinin puluna, yəni 72.000 manata alıb öz adına rəsmiləşdirmişdir. O, mənzilin qızının adına rəsmiləşdirildiyini bildikdən sonra evinin ya pulunu, ya da evi adına qaytarılmasını xahiş e tmişdir. Ancaq cavabdeh nə evə görə ondan aldığı pulu, nə də evi qaytarmamışdır. Həmin ərizənin məzmunundan da göründüyü kimi, iddiaçı əvvəlcədən evi öz adına almaq istəmiş və cavabdehdən yalnız ona mənzil tapmasını xahiş etmişdir. Belə olan halda ortaya sual çıxır. Necə ola bilər ki, iddiaçı mənzili öz adına rəsmiləşdirilməsini istəyirdisə, onda nəyə görə cavabdehə onun adına daşınmaz əmlak almaq üçün etibarnamə verməmişdir. Mülki qanunvericiliyin tələblərinə görə başqa şəxsin adına daşınmaz əmlak alınması üçün mütləq qaydada notarial qaydada verilmiş etibarnamə olmalıdı. Lakin məhkəmə kollegiyası iddiaçıdan maraqlanmamışdır ki, etibarnamə vermədiyi halda o nəyə görə cavabdehə pul verib öz adına ev almasını istəmişdir. Axı cavabdeh heç bir cürə iddiaçının adına mənzil ala bilməzdi. Bundan başqa iddiaçı qeyd edir ki, o, evi sataraq əldə olunan puldan təqribən 70.000 manatı onun həyat yoldaşı X5 vermişdir. Birinci instansiya məhkəməsində izahat verən şahid X10 isə bildirmişdir ki, o, 70.000 (yetmiş min) manat vəsaiti iddiaçının öz istəyi ilə arvadı X5 vermişdir. Göründüyü kimi, həmin izahatların arasında ziddiyətlər vardır. Lakin məhkəmə kollegiyası bu ziddiyətləri araşdırmamışdır. Eyni zamanda həmin izahatlardan da göründüyü kimi iddiaçı guya 70.000 manatı arvadı X5 vermişdir. Belə olan halda iddiaçı həmin pulu cavabdehdən istəməsinin heç bir hüququ əsası yoxdu, o pulu arvadı X3 istəməli olmuşdur. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdı. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

28. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

29. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

30. Maddə 403.1. Üçüncü şəxsin xeyrinə müqavilə elə müqavilədir ki, onun tərəfləri borclunun icranı müqavilədə göstərilmiş və ya göstərilməmiş, öhdəliyin öz xeyrinə icrasını borcludan tələb etmək hüququ olan üçüncü şəxsə həyata keçirməli olduğunu müəyyənləşdirirlər. 3

1. Maddə 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir.

32. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

33. Maddə 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur.

34. Maddə 1087.1. Özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan ap aran şəxs (icraçı) onu vicdanla aparmağa borcludur.

35. Maddə 1087.2. İşlərin tapşırıqsız aparılmasını sonradan sahibkar bəyəndikdə bu bölmənin müddəaları əvəzinə tapşırıq haqqında müddəalar tətbiq olunur.

36. Maddə 1090.1. Əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur.

37. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

38. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas v ə ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

39. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

35. Maddə

88. Məhkəm ə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

41. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sü butlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Kassasiya şikayətində cavabdeh qətnaməni tam mübahisələndirdiyindən apellyasiya instansiya məhkəməsinin məhkəmə aktı tam yoxlanır.

48. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırkı şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

49. İddiaçı tələbini onunla əsaslandırmışdır ki,1996-cı ildən Bakı şəhəri Sabunçu rayon ərazisində 12 sot torpaq sahəsi alaraq ev tikmişdir. xx.xx.2023-cü ildə ev və torpaq sahəsi 80.000 satılmışdır. Evin satılmasından sonra cavabdeh ünvan 4 ünvanda yerləşən mənzilin satıldığı nı və onu almaq istədiyini bildirmişdir. O, evin alınmasına razılıq vermişdir. Həmin ev xx.xx.2023-cü ildə onun evinin puluna 72.000 manata alınmış və cavabdehin adına rəsmləşdirilmişdir. Evin qızı olan cavabdehin adına rəsmləşdirilməsini bildikdən sonra pulun və ya evin ona geri qaytarılmasını tələb etsə də cavabdeh bu tələbini yerinə yetirmir.

50. Cavabdeh isə ünvan 4 ünvanda yerləşən mənzil öz vəsaiti hesabına aldığını, iddiaçının ona hər hansı məbləğdə pul vermədiyini göstərir. O, iddiaçının ev alınması ilə bağlı ona heç bir tapşırıq, o cümlədən etibarnamə vermədiyini bildirmişdir.

51. İşə baxan birinci instansiya məhkəməsi cavabdehin iddiaçıya borc verməsinin hər hansı sübutla təsdiq olunmamasına əsaslanmaqla iddianı rədd etmişdir.

52. Apellyasiya instansiya məhkəməsi isə işdə izahatı alınmış şahid ifadəsinə və iddiaçının izahatına istinad edərək göstərmişdir ki, Gəncə şəhərində Məhrəsə bağı, ev 4, 6 nömrəli mənzilə görə 70.000 manat ödənilməklə mənzil iddiaçı üçün alınmış, sadəcə cavabdehin adına rəsmiləşdirmişdir. Cavabdeh isə hazırda həmin mənzilin özünə məxsus olmasını bildirməklə və mənzilə sahiblənməklə heç bir hüquqi əsas olmadan varlanmış olur

53. Apellyasiya məhkəməsinin mövqeyindən aydın olur ki, Gəncə şəhərində Məhrəsə bağı, ev 4, 6 nömrəli mənzil iddiaçıya məxsus olan pul vəsaiti hesabına alnmasına baxmayaraq əmlakı iddiaçıya qaytarmamış və əmlakın dəyəri məbləğində iddiaçının hesabına əsassız varlanmışdır. Apellyasiya məhkəməsi Mülki Məcəllənin 1091ci maddəsinə istinad etmişdir.

54. Məhkəmə tərkibi həmin əsaslandırma ilə razılaşmır.

55. Məhkəmə tərkibi a şağıdakılara əsasən hesab edir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.

56. Məhkəmə tərkibi ilkin olaraq cavabdehin apellyasiya instansiya məhkəməsində işə baxılarkən lazımi qaydada məlumatlandırılmamasına görə çəkişmənin pozulmasına dair dəlilinə qiymət verilməsini zəruru hesab edir.

57. İş materilalları ilə müəyyən olunur ki, baxılan iş apellyasiya şikayəti ilə birlikdə xx.xx.2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hər iki tərəf üçün məhkəmə bildirişləri Goranboy rayon Xanqərvənd kəndinə göndərilmiş, bildirişlər iddiaçı tərəfə çatdırılsa da, cavabdeh tərəfə çatdırılmamışdır. Məhkəmə iclasında cavabdeh nümayəndə-vəkillə təmsil olunmamışdır.

58. Nəzərə alınmalıdır ki, məhkəmə icraatının həyata keçirilməsinin konstitusiya prinsiplə rindən biri olan çəkişmə prinsipinə görə MPM-də başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır

59. Çəkişmə prinsipi məhkəmənin üzərinə tərəflərin məhkəmə iclasında mütləq iştirakını təmin etmək vəzifəsini qoymasa da, məhkəmə baxışının vaxtı və yeri barədə işdə iştirak edən şəxslərin lazımi qaydada məlu matlandırılması məhkəmənin birbaşa vəzifələri sırasındadır.

60. MPM hər bir halda cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılıb-məlumatlandırmadığını, onun məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəblərlə bağlı olub-olmadığını araşdırmaq, yalnız cavabdehə məhkəmə bildirişi rəsmi qaydada verildiyi və onun məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəblərlə bağlı olduğuna dair sübutlar təqdim edilmədiyi halda işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir.

61. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdı r və məhz bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

62. Çəkişmə prinsipinin əhəmiyyətini və məqsədlərini nəzərə alaraq mülki prosessual qanunvericilik işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan işə baxılmasını şikayətin dəlillərindən asılı olmayaraq məhkəmə aktının ləğvi əsası kimi müəyyən etmişdir.

63. Digər tərəfdən qeyd edilməlidir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirilən faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürü lmüş iddianın qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia təmin edilir uzlaşmırsa (yaxud cavabdehin etiraz və müdafiə vasitələrinə təmin olunmalı deyilsə) rədd edilir.

64. Hazırkı işdə apellyasiya məhkəməsi cavabdehin iddiaçının vəsaiti hesabına ünvan 4 ünvanda yerləşən mənzilin əldə etdiyi nəticəsinə gəlsə də bu nəticənin hansı mötəbər sübutlarla dəstəkləndiyini müəyyən etmək mümkünsüzdür. Halbuki belə nəticəyə gələn məhkəmə kifayət qərər əsaslı və təkzibedilməz sübutlara malik olmalıdır.

65. İşin halları ilə müəyyən edilir ki, məhkəmə iddiaçının iddia etdiyi mənzilin onun vəsaiti hesabına alınmasına dair sübut olaraq iddiaçının öz izahatına və iş üzrə şahid qismində dindirilmiş Ruslan Abbasovun ifadəsinə əsaslanmışdır.

66. X19 izahatından isə görünür ki, iddiaçı ona sahibliyində olan mənzilin satılması ilə bağlı tapşırıq vermiş, tapşırığı icra edərək mənzili satmış və müvafiq əldə olunmuş pulu iddiaçının həyat yoldaşı olan Tamara Abbasovaya vermişdir.

67. Belə olan halda məhkəmə cavabdehin ona hər hansı məbləğdə pul verilməməsi ilə bağlı etrazının olması nəzərə alınaraq Tamara Abbasovanın tələb irəli sürməyən üçüncü şəxs olaraq işə cəlb edilməsinin mümkünlüyü müzakrə edilməli olmalı olduğu halda belə müzakirənin aparılması təmin olunmamışdır. Çünki şahid ifadəsində iddaçının mənzilin satılması ilə bağlı pulu məhz onun həyat yoldaşı olan Tamara Abbasovaya verməsini göstərir, həmin şəxs tərəfindən isə pulun cavabdehə verilməsi ilə bağlı hər hansı hal müəyyən edilməmiş qalmışdır.

68. İşin müəyyən edilmiş hallarından aydın olur ki, iddiaçı şəxsən cavabdehə hər hansı məbləğdə pul verməmiş, mənzil satılan və yeni mənzil alınarkən ümumiyyətlə iddiaçı ölkədə olmamışdır.

69. Belə olan halda apellyasiya instansiya məhkəməsi ilkin olaraq tərəflər arasında hansı mülki münasibətin yaranmasını aydınlaşdırmalı və müvafiq əsasdan çıxış edərək mübahisəni həll etməli idi.

70. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməli (pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s.), yaxud müəyyən hərəkətdən çəkinməlidir. Öhdəlik qanunda nəzərdə tutulmuş əsaslar (əsassız varlanma, özgə işlərini tapşırıqsız aparma və s.) və ya müqavilə nəticəsində əmələ gələ bilər.

71. Qeyd edilməlidir ki, iddia tələbinin qanuni əsasları yoxlanılarkən əvvəlcə mü qavilədən irəli gələn, sonra müqavilə münasibətlərinə oxşar, daha sonra isə qanundan irəli gələn əsaslar yoxlanılmalıdır.

72. Apellyasiya instansiya məhkəməsi cavabdehin iddiaçının hesabına əsassız varlanması ilə bağlı nəticəyə gəlməzdən əvvəl onlar arasında hansı öhdəliyin olmasını sübuta yetirilməlidir. İddiaçı göstərir ki, cavabdehə satılmış mənzilin vəsaiti hesabına ona mənzil alınması ilə bağlı tapşırıq vermiş, lakin cavabdeh tapşırığı icra etməmişdir. Belə olan halda tapşırıq müqaviləsindən doğan münasibətin olduğunu iddia edən tərəf bu halı sübuta yetirməyə borcludur.

73. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təmina t vermədən icra etməyi öhdəsinə götürür. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur.

74. Göstərilənlər baxımından belə nəticəyə gəlmək mümkündür ki, apellyasiya məhkəməsi işin müəyyən olunmuş hallarının Mülki Məcəllənin 1091-ci maddəsinin şərtlərinə uyğun olmasını lazımi şəkildə yoxlamamış, bu istiqamətdə əsaslandırılmış bir qiymətləndirmə aparmamışdır.

75. Mülki Məcəllənin 1091-ci və 1092.1-ci maddələrinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu c ür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini (və ya onların dəyərini) məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

76. Göründüyü kimi, əsassız varlanma çərçivəsində tələbin haqlı sayılması üçün məhkəmə tərəfindən iş üzrə aşağıdakı şərtlər müəyyən edilməlidir. 1)cavabdehin əmlak əldə etməsi, 2) həmin əmlakı iddiaçının əmlakı hesabına əldə etməsi, 3) əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması, yaxud bu cür varlanmanın həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənməsi. Qeyd olunan şərtlərin hər üçü eyni zamanda mövcud olmalıdır. Onlardan hər hansı birinin aşkar edilməməsi tələbin rədd edilməsi üçün əsasdır.

77. Beləliklə, yuxarıda qeyd edilənlər qətnamənin işin hall arına, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmadığı təsdiq olunur.

78. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

79. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi.

80. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

81. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahi səli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4, 372.2-ci maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.

82. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin olunsun. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1549/2025 nömrəli, 26 noyabr 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar