Məhkəmə qərarları › İş №2(102)-3209/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3209/2020

29.07.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3209/2020 29.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, X1 və X2 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(107)141/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.S.Şirinov, iş № 2(037)-594/2019) İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı uşaqları ilə birlikdə İsmayıllı rayonunun Kürdmaşı kəndində yerləşən Cavabdeh2 məxsus fərdi yaşayış evinə köçürülməsi tələbinə dair iddiası rədd edilmişdir. Şəki Apellyasiya Məhkə məsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: Ə.T.Məcidov, M.A.Əsədli və A.A.Mahmudov) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı xx xxxxxxx 2011-ci il tarixdə Cavabdeh1 ilə rəsmi nikaha girməklə sonuncunun atası Cavabdeh2 ilə birlikdə yaşadığı İsmayıllı rayonunun Kürdmaşı kəndində yerləşən fərdi yaşayış evinə köçmüş, birgə nikahdan 2 uşaqları olmuşdur. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, uşaqlar analarının yanında saxlanılmaqla onlara görə Cavabdeh1 aliment tutulmuşdur. 2019-cu ilin iyun ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ailə qurduqdan sonr a əri ilə birlikdə qaynatası Cavabdeh2 məxsus fərdi yaşayış evində onunla ümumi birgə təsərrüfat aparmaqla yaşamasını və cehiz əşyalarının həmin evdə olmasını, lakin cavabdehlər tərəfindən evdən qovulmaqla uşaqları ilə birlikdə yaşamağa yerlərinin olmamasını əsas göstərməklə, iki uşağı ilə birlikdə Cavabdeh2 məxsus İsmayıllı rayonunun Kürdmaşı kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kasasiya şikayəti verərək məhkəmənin mübahisəli evi Cavabdeh2 mülkiyyəti kimi qiymətləndirməklə səhv nəticəyə gəlməsini, mübahisənin qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68-ci maddəsinin tələblərinə uyğun həll edilməli olmasını, qətnamənin işin hüquqi hallarına və sübutlara düzgün qiymət verilmədən maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya kollegiyasının iclasında iddiaçının vəkili kasasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonrahesab edir ki, kasasiya şikayə ti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İddiaçı mübahisəli evə köçürülməsini tələb edərkən 2018-ci ilə kimi cavabdehlərlə birlikdə, onlarla ümumi təsərrüfat aparmaqla yaşamasını, evdən qovulması ilə əlaqədar daimi yaşayış yerindən məhrum olmasını əsas göstərmişdir. Tələbinin qanuni əsası kimi iddiaçı kasasiya şikayətində qüvvədə olan Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə istinad etmişdir. Mənzil Məcəlləsinin 68-ci maddəsinə görə sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və v alideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. (68.1) Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. (68.2) İşə baxan məhkəmə instansiyaları mübah isəli evin yerləşdiyi torpaq sahəsinin Cavabdeh2 mülkiyyətində olmasına, orada yerləşən fərdiyaşayış evinin də mülkiyyət hüququ əsasında ona məxsus olmasına əsaslanmışlar. Mübahisəli evin cavabdehin mülkiyyətində olması həmin evdən istifadə hüququnun Mənzil Məcəlləsinin 68-ci maddəsinin tələbinə müvafiq olaraq müəyyən edilməsi imkanını istisna etdiyindən, kollegiya kasasiya şikayətinin bu barədə olan dəlilini əsassız sayır. Mübahisəli hüquqmünasibətinin yarandığı dövrdə (2011-ci ildə) 2009-cu ildə qəbul edilmiş Mənzil Məcəlləsi qüvvədə olduğundan məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisə həmin Məcəllənin 30-cu maddəsinin müddəalarına uyğun həll edilməlidir. Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. (30.1.) Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. (30.4.) Qanunun göstərilən norması iddiaçının mübahisəli mənzilə köçürülməsini istisna etdiyindən, kollegiya apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki,qətnamə sübutlara düzgün qiymət verilməklə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tələblərinə uyğun həll edildiyindən dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegi yasının hazırkı iş üzrə olan xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar