Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3209/2023 25.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzil sahəsinə görə kompensasiyanın verilməsi, kirayə haqqı ödənilməyən müddət üzrə ödənişlərin edilməsi, qeyri-yaşayış sahəsi-qarajın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “mənzil sahəsinə görə kompensasiyanın verilməsi, kirayə haqqı ödənilməyən müddət üzrə ödənişlərin edilməsi, qeyri-yaşayış sahəsi-qarajın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya M əhkəməsinin Mülki kollegiyasının 03 may 2023-cü il tarixli, 2(103)-2593/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə 25 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 2 (Yeni qaydalarla; AZ 1008, ünvan 1 ünvanda yerləşən mənzil mülkiyyət hüququ kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 2633 nömrəli reyestr kitabının 245194 nömrəli vərəqində xx.xx.2017-ci il tarixdə qeydiyyata alın mışdır.
2. Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış’’a əsasən mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, 47.2 kv.m. ibarət yaşayış sahəsini sökülmək üçün Cavabdehnə təhvil verməyi, habelə müqavilədə şərtləşdirilmiş müddətdə Cavabdeh tərəfindən həmin ərazidə inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış binasından onun üçün nəzərdə tutulmuş 11-ci mərtəbədə yerləşən mənzili qəbul etməyi öhdəsinə götürmüş, eləcə də müqavilənin 1.2-ci bəndinə əsasən tikinti başa çatdırılana və “Əmlak Mülkiyyətçisi”-ni təmirli mənzil ilə təmin edən günədək onun müvəqqəti yaşayışını təmin etmək məqsədilə “Əmlak Mülkiyyətçi si”nə ödənilməli olan 400 AZN məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə üç ayda bir dəfə ödənilməsi nəzərdə tutulmuş və Müqavilənin 1.1.2-ci bəndində mənzilin sahəsi 65,0 kv.m. olaraq göstərilmişdir.
3. Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən xx.xx.2017-ci il tarixində, ********** qeydiyyat və **********72-05101-083001 reyestr nömrəsi ilə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış’’ ilə öz mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 30 ünvanında, binanın zirzəmisində yerləşən 25.1 kv.m. qeyri-yaşayış sahəsini sökülmək üçün Cavabdeh MTK-ya təhvil verməyi, bu Müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada “Tikinti şirkəti” tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli binada qarajı qəbul etməyi öhdəsinə götürmüşdür. “Tikinti şirkəti” Cavabdeh MTK Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 30 ünvanında yerləşən “Əmlak Mülkiyyətçisi”-nin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin (zirzəmisinin) sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündür mərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada (28.0 kv.m.) qarajı “Əmlak Mülkiyyətçisi”-nin mülkiyyətçisinə verməyi öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 1 03 saylı Müqaviləyə əsasən iddiaçının mənzilinin əvəzində cavabdehin ona 65.0 kv.m. mənzil sahəsinin verilməsi əvəzinə 55,0 kv.m. sahəsinə görə hər kvadratmetrinə görə 1200 manat olmaqla, cəmi 11000 manat kompensasiya ödənilməsi, onunla cavabdeh arasında bağlanmış 162 saylı xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən xüsusi mülkiyyətində olan 25.1 kv.m. qarajının əvəzində ona 28 kv.m. “Qaraj” sahəsinin verilməsi, onunla cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 103 saylı müqavilə öhdəlikləri üzrə onun kirayədə qaldığı müddətə 5 ay müddətinə hər ay 400 manat olmaqla cəmi 2000 manat pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ilkin pretenziya ərizəsi ilə cavabdehə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış hər iki müqavilə üzrə müqavilə öhdəliklərinin icra edilməsinin təmin olunması məqsədi ilə onun kirayədə qaldığı müddətə-5 ay müddətinə hər ay 400 manat olmaqla, cəmi 2000 manat pulun ödənilməsi, müqavilə üzrə ona təhvil verilməli 65.0 kv.m. mənzil sahəsinin əvəzinə verilmiş 55.0.kv.m mənzil sahəsinə görə hər kvadratmetrinə görə 1200 manat olmaqla, cəmi 11000 manat kompensasiya ödənilməsi və 28.0.kv.m Qaraj sahəsini təhvil verilməsini təmin edilməsini xahiş etmişdir. Lakin cavabdeh onun pretenziyasına cavab verməmiş və bu barədə öz mülahizəsini ona hər hansı bir formada bildirməmişdir. Bildirmişdir ki, o, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 30, 47.2 kv.m-dən ibarət olan 3 saylı mənzildə ailəsi ilə birlikdə yaşamışdır. Ev onun xüsusi mülkiyy ətində olmuş və bu barədə ona Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən **********72051101-093013 reyestr nömrəli, Qeydiyyat nömrəsi ********** olan, xx.xx.2017-ci il tarixli, Seriya RX N:1050264 saylı çıxarış verilmişdir. Həmçinin həmin ünvanda ailəsinə məxsus həmin qeyri-yaşayış sahəsi olmuşdur. “Qeyri-yaşayış” sahəsi onun xüsusi mülkiyyətində olmuşdur. Bu barədə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin **********720511101-083001 reyestr nömrəli Texniki Pasport xx.xx.2017-ci il tarixində təsdiq edilmişdir. AR NK-nin 25 fevral 2016-cı il tarixli 86 saylı Qərarına əsasən və Bakı şəhəri, Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 37 saylı 18 yanvar 2017-ci il tarixli Sərəncamı əsasında yaşadığları evin yerində Pilot layihə əsasında çoxmərtəbəli və çoxmənzilli evlərin ti kintisi ilə əlaqədar olaraq Cavabdeh MTK-nin direktoru, cənab X2 ilə onun-İddiaçı arasında xx.xx.2017-ci il tarixli 103 saylı müqavilə bağlanmış və müqavilənin 1.1.2-ci bəndinə əsasən “onun ünvan 3 ünvanda yerləşən mənzilin əvəzində Cəmiyyət ona 65.0 kv.m mənzil sahəsi verilməsini öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, “Tikinti şirkəti” inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisi başa çatdırılana və “Əmlak mülkiyyətçisini” təmirli mənzil ilə təmin edən günədək onun müvəqqəti yaşayışını təmin etmək məqsədilə “Əmlak mülkiyyətçisinə” kompensasiya şəklində aylıq 400 manat məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə üç ayda 1 dəfə ödəyir. Həmçinin, onunla cavabdeh arasında bağlanmış 162 saylı xx.xx.2017-ci il tarixli Müqavilənin 1.12-ci bəndinə əsasən “Tikinti şirkəti” Cavabdeh MMC ünvan 4 ünvanda yerləşən “Əmlak mülkiyyətçisinin” mülkiyyətində olan qeyri-yaşayış sahəsinin (zirzəminin) sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada 28.9 kv.m qarajı “Əmlak mülkiyyətçisinin” mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Daha doğrusu onun xüsusi mülkiyyətində olan 25.1 kv.m qeyri-yaşayış sahəsi əvəzində, həmin binada 28 kv.m “Qaraj” onun xüsusi mülkiyyətinə verilməlidir. Müqavilə üzrə o hər iki daşınmaz əmlak olan mülkiyyətini “Tikinti şirkəti”nə təhvil vermiş və şirkət tərəfindən binalar sökülmüş, onun yerində çoxmənzilli və çoxmərtəbəli ev tikmişdir. O zaman müqavilə üzrə ailəsinə başqa mənzil tutaraq kirayə qalmışdır. Müqa vilənin 2.2.5-ci bəndinə əsasən Cavabdeh tərəfindən tikinti işləri 24 ay müddətinə başa çatmalı olduğu halda, bu öhdəlik cəmiyyət tərəfindən yerinə yetirilməmişdir. Belə ki, tikinti işləri 2019-cu ilin dekabr ayına kimi davam etdirilmiş və həmin vaxta mənzil ona təhvil verilməmişdir. Eyni zamanda müqavilə üzrə mənzil tikdirmiş şəxslər özlərinə məxsus mənzillərini və “Qarajlarını” həmin şəxslərin istifadəsinə verməsinə baxmayaraq, şirkət onun tələblərinə əhəmiyyət verməmişdir. Sonradan çox çətinliklə şirkət ona mənzil sahəsi ayırmış, mənzil sahəsinin açarlarını 2022-ci ilin aprel ayında təhvil versə də, Qaraj sahəsini bu vaxta kimi təhvil verməmişdir. Həmçinin, cəmiyyət ona kirayə qalmaq üçün ödəməli olduğu kirayə haqqını 2019-cu ilin iyul, sentyabr, oktyabr və noyabr ayları üzrə kirayə haq qı ödəməmişdir. Bununla əlaqədar onun tərəfindən edilmiş bütün müraciətlər cavabsız qalmışdır. 2022-ci ilin aprel ayında mənzilə baxış keçirib, faktiki sahəsini ölçmüşdür. Mənzilin ölçü işlərini apararkən, məlum olmuşdur ki, şirkət ona 65.7 kv.m mənzil sahəsi əvəzində, 55 kv.m mənzil sahəsi vermişdir. Eyni zamanda, müqavilə üzrə ona təhvil verilməli olan 28.0 kv.m qaraj sahəsi də ona bu vaxta kimi təhvil verilməmişdir. Qeyd olunan hallar ona dəlalət olunur ki, cəmiyyət öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir.
6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qismən qəbul etmiş, iddia tələbinin “mənzil sahəsinin verilməsi əvəzinə hər kvadrat metrə görə 1200 manat olmaqla, cəmi 11.000 manat kompensasiya ödənilməsi” hissəsini əsassız olduğunu bildirərək, i ddia tələbinin qismən təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 7. 20 oktyabr 2022-ci il tarixli ekspert rəyi ilə iddiaçıya cavabdeh tərəfindən verilmiş Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 30 ünvanda Cavabdeh MTK tərəfindən inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 3 saylı mənzilinin faktiki olaraq ümumi sahəsinin 60.7 kv.m, yaşayış sahəsinin 26.9 kv.m və qeyri yaşayış sahəsinin 33.8 kv.m təşkil etdiyi müəyyən olunmuşdur.
8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim: Aytən Novruzova) 12 yanvar 2023-cü il tarixli, 2(005)-119/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 103 saylı müqaviləyə əsasən iddiaçının mənzilinin əvəzində cavabdehin ona 65.0 kv.m mənzil sahəsinin verilməsi əvəzinə 60,7 kv.m. verilməsi səbəbi ilə hər kvadratmetrinə görə 1200 manat olmaqla, cəmi 5160 manat kompensasiyanın cavabdeh tərəfindən iddiaçıya ödənilməsi, iddiaçı ilə cavabdeh arasında bağlanmış 162 saylı, xx.xx.2017-ci il tarixli Müqaviləyə əsasən iddiaçının xüsusi mülkiyyətində olan 25.1 kv.m. qarajının əvəzində iddiaçıya 28 kv.m. “Qaraj” sahəsinin cavabdeh tərəfindən verilməsi, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 103 saylı müqavilə öhdəlikləri üzrə iddiaçının kirayədə qaldığı müddətə 5 ay müddətinə hər ay 400 manat olmaqla cəmi 2000 manat pul cavabdeh tərəfindən iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi mövqeyini onunl a əsaslandırmışdır ki, cavabdeh podrat müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya ödənilməli olan kirayə haqqını müqavilələr ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətsizliyi, müqavilə bağlandıqdan sonra qeyd olunan ərazidə hər hansı inşaat işləri aparılmaması öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi ağlabatan müddətdə və vaxtında icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymə tləndirilməli, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, mənzili iddiaçıya təhvil verməlidir. Cavabdeh qeyd edilən müqavilələr əsasında iddiaçıdan mənzilin dəyərini almaq hüquqlarına malik olduğu kimi, eyni zamanda həmin müqavilə əsasında qeyd edilən mənzili iddiaçıya təhvil verilməsinə dair vəzifələrin daşıyıcısı olmuşlar. Lakin, cavabdeh göstərilən müqavilə əsasında iddiaçıdan mənzilin dəyərini almalarına dair hüquqlarından istifadə etmiş, həmin əmlakı iddiaçıya təhvil verilməli olmalarına dair vəzifələrini isə icra etməyərək, müqavilə öhdəliklərini yerinə yetirməmişlər. Odur ki, cavabdeh qeyri-yaşayış sahəsi-qarajın verilməsi iddiaçıya təhvil vermədiyindən qeyri-y aşayış sahəsinin-qarajın ona təhvil verilməsini və maneələrin aradan qaldırılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi bu hissədə təmin edilməlidir.
10. Cavabdeh MTK iddiaçı ilə bağlanmış sözügedən müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək, yaşayış və qeyri-yaşayış sahəsi – qarajı iddiaçıya 2019-cu ildə təhvil verməli olduğu əmlakı ona verməmişdir. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsi baxımından öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yet irilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
11. Birinci instansiya məhkəməsi iddia tələbinin mənzil sahəsinə görə kompensasiyanın verilməsi hissəsində qeyd etmişdir ki, iddiaçı xx.xx.2017-ci il tarixli 103 saylı Müqaviləyə əsasən iddiaçının mənzilinin əvəzində cavabdehin ona 65.0 kv.m. mənzil sahəsinin verilməsi əvəzinə 55,0 kv.m sahəsinə görə hər kvadratmetrinə görə 1200 manat olmaqla, cəmi 11000 manat kompensasiya ödənilməsini tələb edir. İş üzrə 20 oktyabr 2022ci il tarixli ekspert rəyinin məzmunundan görünür ki, iddiaçıya cavabdeh MTK tərəfindən verilmiş Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 30 ünvanda cavabdeh MTK tər əfindən inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 3 saylı mənzilinin faktiki olaraq ümumi sahəsinin 60.7 kv.m, yaşayış sahəsinin 26.9 kv.m. və qeyri-yaşayış sahəsinin 33.8 kv.m. təşkil etdiyi müəyyən olunmuşdur. Məhkəmənin qənaətinə görə, müvafiq ekspert rəyində əks olunmuş hallardan gəlinmiş nəticəyə əsasən, 4.3 kv.m. fərq və hər kvadratmetrinə görə 1.200 manat müəyyən edilməklə iddia tələbi bu hissədə qismən təmin edilməlidir.(4,3x1200=5160 manat).
12. Birinci instansiya məhkəməsi iddia tələbinin kirayə haqqı hissəsinə münasibətdə qeyd etmişdir ki, cavabdeh tərəf 5 ay kirayə pulunun ödənilməsinə etiraz etməmiş, bu halı məhkəmə proseslərində mübahisələndirməmişdir. Buna görə də, iddia bu hissədə təmin olunmalı, 5 ay üzrə (5x400=2000 manat) 2.000 manat kirayə pulu ödənilməlidir.
13. Birinci instansiya məhkəməsi mövqeyinin hüquqi əsası kimi Mülki Məcəllənin 385.1, 405.1, 421.2, 423.2, 425.1, 427.3, 442, 448.1, 448.2, 752.1, 759.1, 759.2-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 119.1 və 216-220-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarına istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
14. Cavabdeh MTK apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin tamamilə rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə mənzilin ümumi sahəsinin müəyyən olunması barədə 20 oktyabr 2022-ci il tarixl i ekspert rəyinə istinad etmiş və həmin rəyi əsas götürərək qətnamə qəbul etmişdir. Həmin rəyə əsasən, mənzilin faktiki olaraq ümumi sahəsi 60,7 kv.m., yaşayış sahəsinin 26,9 kv.m. və qeyri-yaşayış sahəsinin 33,8 kv.m. təşkil etdiyi müəyyən olunmuşdur. Lakin, məhkəmə nəzərə almamışdır ki, mənzildə olan arakəsmələrin (divarlar), şaxtaların tutduğu sahə də mənzilin ümumi sahəsinə aid edilir və həmin arakəsmələrlə birlikdə şaxtaların tutduğu sahə də, nəzərə alınsaydı o zaman mənzilin ümumi sahəsinin 65 kv.m olması faktı müəyyən olunardı. Belə olan halda, məhkəmənin cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməsi düzgün yanaşma hesab edilə bilməz. Cavabdeh ilə iddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli müqavilələr podrat müqavilələridir. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Cavabdeh MTK da müqavilələr üzrə cavabdehlik daşıdığı öhdəlikləri tam şəkildə yerinə yetirmiş, müqavilədə nəzərdə tutulmuş qaydada, ümumi sahəsi 65,0 kv.m mənzili iddiaçıya təhvil vermişdir. Cavabdeh xx.xx.2017-ci il tarixli müqavilə üzrə cavabdeh MTK-nin inşa etdiyi binada yerləşən 28.0 kv.m. olan qarajın mülkiyyətçinin–iddiaçıya verilməsi öhdəliyinə münasibətdə ümumiyyətlə cavabdehin bu öhdəliyin yerinə yetirilməsi barədə hər hansı etirazı olmamışdır. Halbuki, məhkəmə tərəflər arasında qeyd olunan məsələ ilə bağlı mübahisənin olmamasını nəzərə almamışdır. Belə olan halda, mövcud olmayan mübahisə üzrə iddiaçının həqiqi və c iddi olmayan tələbi ilə bağlı məhkəmənin hazırda mübahisələndirilən qətnaməni qəbul etməsi yuxarıda istinad edilən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilmədiyini bir daha təsdiq edir. 20 oktyabr 2022-ci il tarixli ekspert rəyinin məzmunundan görünür ki, iddiaçıya cavabdeh MTK tərəfindən verilmiş Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 30 ünvanda cavabdeh MTK tərəfindən inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 3 saylı mənzilinin faktiki olaraq ümumi sahəsinin 60,7 kv.m, yaşayış sahəsinin 26.9 kv.m. və qeyri-yaşayış sahəsinin 33,8 kv.m. təşkil etdiyi müəyyən olunmuşdur. xx.xx.2017-ci il tarixli, 103 saylı Müqavilə üzrə isə ümumi sahəsi 65 kv.m olan mənzil cavabdeh tərəfindən “əmlak mülkiyyətçisinə” verilməli idi. Aradakı fərq 4.3 kv.m dır. Bu fərqin səbəbi isə ekspert rəyində mənzilin ümumi sahəsi müəyyən olunarkən mənzili hissələrə bölən arakəsmələrin tutduğu sahə, o cümlədən mənzildə olan şaxtaların tutduğu sahələrin nəzərə alınmamasıdır. Buna görə də cavabdeh tərəf hesab etmişdir ki, hazırkı işdə ekspert rəyi əsaslı hesab edilə bilməz.
16. Məhkəmə kollegiyasının iclasında ekspert X1 bildirmişdir ki, iş üzrə ekspert rəyi hazırlanarkən mənzilin ölçüləri, Şəhərsalma və Tikinti Məcəlləsində qeyd olunduğu kimi içdən-içə hesablanmışdır. 2012-ci ildə Nazirlər Kabinetinin təsdiq elədiyi, Arxitektura Komitəsinin qərarı var ki, mənzil sahəsi içdən-içə hesablanmalıdır. Həmin qərara əsasən balkon və lociyalara azalma əmlası tətbiq olunmur. Hazırda mənzilin faktiki, yəni istifadə olunan sahəsi 60,7 kv.m-dir. Azaltma əmsalı nəzərə alınmamışdır.
17. B akı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər: X.Ə.Sarıyev (sədrlik edən və məruzəçi), F.V.Abdıyev və F.H.Qasımov) 2(103)-2593/2023 saylı, 03 may 2023-cü il tarixli qətnaməsi ilə cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
18. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı ölçüsü 65 kv.m. olan mənzil əldə edəcəyini gözlədiyi halda, ona daha az ölçüdə mənzil verilmiş, bununla da mənzilin ölçülərinin azaldılması nisbətində iddiaçı əmlakından məhrum olmuşdur.
19. Məhkəmə kollegiyası apellyatorun mənzildə olan arakəsmələrin (divarlar), şaxtaların tutduğu sahə də mənzilin ümumi sahəsinə aid edilməsi və həmin arakəsmələrlə birlikdə şaxtalar ın tutduğu sahənin də nəzərə alınmalı olması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd etmişdir ki, ekspert rəyini əsasən ölçmə işləri düzgün olaraq içdən-içə hesablama aparılmaqla (azaltma əmsalı nəzərə alınmamaqla) bütün sahələr nəzərə alınmışdır.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, koll egiya hesab etmişdir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməli, cavabdehin ekspert rəyinin əsassılığı ilə bağlı dəlili əsassız hesab edilməlidir.
21. Buna görə də məhkəmə kollegiyası hesab etmişdir ki, müqavilə üzrə iddiaçıya təhvil verilmiş Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 30 ünvanda cavabdeh MTK tərəfindən inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 3 saylı mənzilinin faktiki olaraq ümumi sahəsinin müvafiq ekspert rəyində əks olunmuş hallardan irəli gəlmiş nəticəyə əsasən, 60,7 kv.m olduğu nəzərə alınmaqa, 4,3 kv.m. fərq və hər kvadratmetrinə görə 1.200 manat müəyyən edilməklə 5.160 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə cavabdehdən tutulmalı olması barədə məhkəmənin mövqeyi qanuni və əsaslı olmuşdur. (4,3x12 00=5160 manat)
22. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, cavabdeh MTK iddiaçı ilə bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək, yaşayış və qeyri-yaşayış sahəsi–qarajı iddiaçıya 2019-cu ildə təhvil verməli olduğu halda ona təhvil verməmişdir. Buna görə də kollegiya hesab etmişdir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən iddia tələbi 162 saylı, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən iddiaçının xüsusi mülkiyyətində olan 25.1 kv.m. qarajının əvəzində ona 28 kv.m. “Qaraj” sahəsinin verilməsi hissəsində də düzgün olaraq təmin edilmişdir.
23. Məhkəmə kollegiyası apellyatorun qarajın təhvil verilməsi ilə əlaqədar mübahisələrinin olmaması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd etmişdir ki, iddiaçı tərəfindən bununla b ağlı cavabdehə pretenziyalar ünvanlanmış, heç bir hərəkət olmadığı halda, iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir.
24. Məhkəmə kollegiyası mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 405.1, 421.2, 423.2, 425.1, 427.3, 442, 448.1, 448.2, 752.1, 759.1, 759.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4, 385.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh MTK (vəkil - Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh MTK müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada icra etsə də, məhkəmə öhdəliyi lazımı qaydada icra etmədiyini bildirmişdir. Məhkəmənin mövqeyi ilə bağlı cavabdeh tərəf bildirmişdir ki, təhvil verilmiş mənzilin ümumi sahəsi xx.xx.2017-ci il tarixli, 103 saylı müqaviləyə uyğun olaraq 65 kv.m. təşkil edir. Apellyasiya məhkəməsi də iş üzrə hərtərəfli araşdırma aparmadan, iddiaçının maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlillərinə səthi yanaşaraq, birinci instansiya məhkəməsinin əsassız mövqeyi ilə razılaşmışdır.
27. Kassastor şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 442-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217-ci maddələrinə istinad etmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
29. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
30. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh MTK tərəfindən tam mübahisələndirildiyind ən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Mülki Məcəllə
31. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
32. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
33. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan forma da razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
34. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
35. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız m üqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.
36. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
37. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
38. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
39. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
40. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
41. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
42. Maddə 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir.
43. Maddə 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.
44. Maddə 762.1 podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
45. Maddə 762.2 podratın nəticəsi şə rtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.
46. Maddə 776.1 sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi
47. Maddə 59.1. Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
48. Maddə 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların s ahəsi də daxil olmaqla hesablanır.
49. Maddə 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir.
50. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması” Qaydalarının 3.8-ci bəndinə əsasən mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terr asların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Mülki Prosessual Məcəllə
51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
53. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
56. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
57. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
59. Kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd olunmalıdır ki, iddia tələbinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 752.1 və 766-cı maddələrinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratç ıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.
60. Baxılan iş üzrə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli halpodratçının müqavilə öhdəliklərini pozaraq sifarişçiyə miqdar (mənzilin sahəsinin həcmi) baxımından qüsurlu mal verib-verməməsinin müəyyənləşdirilməsidir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi işin faktiki halları üzrə düzgün hüquqi dəyərləndirmə aparmış və belə qənaətə gəlmişdir ki, iddiaçıya müqavilədə nəzərdə tutulandan daha az ölçüdə mənzil verilmişdir.
61. Apellyasiya instansiyası məhkəməsi iş üzrə verilmiş eksp ert rəyini iş materialları ilə müqayisəli şəkildə qiymətləndirmiş və bununla bağlı mövqeyini əsaslandırmışdır.
62. Kassasiya şikayətinin digər dəlilləri apellyasiya şikayətində göstərilən dəlillərlə tam olaraq eynilik təşkil edir. Apellyasiya instansiya məhkəməsi tərəfindən hər bir dəlil ayrılıqda tətbiq olunmalı olan maddi hüquq normaları baxımından qiymətləndirilmişdir.
63. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi işə aid hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəld iyi nəticə və əsaslandırma ilə razılaşır.
64. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir
65. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
66. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməs in. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2593/2023 nömrəli mülki iş üzrə 03 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.