Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-321/2020 16.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun vəkili X4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(008)-716/2018, hakim V.İ.Həsənov) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiası təmin edilmiş,cavabdehləri n uşaqları ilə birlikdə XXX çıxarılmaları və mülkiyyət hüquqlarına toxunulan maneələrin aradan qaldırılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-3023/2019, hakimlər X.A.Mərdanova, E.M.Həsənov, F.F.Babayev) Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə Cavabdeh1 münasibətdə ləğv edilmiş, Cavabdeh1 və övladlarına aid hissədə iddia rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh2 verdiyi kassasiya şikayətində qətnamənin qismən ləğv edilib iddia tələbinin rədd edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. İşin halları: 13 oktyabr 2017-ci il tarixdə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətçisi olduğu XXX Cavabdeh1, Cavabde h2 və onların uşaqlarının çıxarılması və mükiyyət hüququna toxunulan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassasiya şikayəti onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən iş üzrə mühüm əhəmiyyət kəsb edən hallara düzgün qiymət verilməməklə, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıd akılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək cavabdehlərin uşaqları ilə birlikdə XXX çıxarılmaları və mülkiyyət hüquqlarına toxunulan maneələrin aradan qaldırılması tələbini irəli sürmüşdür. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edi lmiş, cavabdehlərin uşaqları ilə birlikdə XXX çıxarılmaları və mülkiyyət hüquqlarına toxunulan maneələrin aradan qaldırılması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-ci maddəsi ilə apellyasiya şikayəti vermək hüququ olan şəxslərin dairəsi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi yalnız Cavabdeh1 tərəfindən apellyasiya qaydasında mübahisələndirilmişdir. Cavabdeh2 isə ümumiyyətlə birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Bu halda, Cavabdeh2 kassasiya şikayətinin dəlilləri apellyasiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab edilə bilməz. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Deməli, kassator iddiaçının yazılı razılığı olmadan mənzildən istifadə etmək hüququna malik ailə üzvlərinin sırasına daxil edilməmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsidəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-321/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-321/2020
16.01.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver