Məhkəmə qərarları › İş №2(102)-321/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-321/2023

30.01.2023 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-321/2023 30.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər “X6 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə, və DƏDRX-nin 1 saylı Ərazi İdarəsinə ( müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinə, Maraqlı şəxs1nə) qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi, ipotekaya xitam verilməsi tələbi ) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı ca vabdehlər “X6 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə, və DƏDRX-nin 1 saylı Ərazi İdarəsinə (müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinə, Maraqlı şəxs1nə) qarşı hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi, ipotekaya xitam verilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5777/2022 nömrəli, 31 avqust 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 30 yanvar 2023cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 noyabr 2019-cu il tarixli, 2 (103)-5027/2019 saylı qətnaməsinə əsasən cavabdehlər İddiaçı vəMaraqlı şəxs1 MMC-dən cəmi 788203,06 manat pulun “X6 Azərbaycan” QSC-nin xeyrinə tutulması, tutmanın ilkin satış qiyməti 215000 manat müəyyən edilməklə ipoteka predmeti olan, mülkiyyət hüququ əsasında İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 12 nömrəli mənzilə yönəldilməsi qət edilmişdir.

2. Apelyasiya instansiya məhkəməsinin qətnaməsi əsasında icra vərəqəsi verilmiş və icra olunması üçün Bakı şəhəri Yasamal icra və Probasiya şöbəsinə göndərilmişdir. Bakı şəhəri Yasamal icra və probasiya şöbəsi isə ipoteka predmetinin açıq hərracdan satılmaqla realizə edilməsi üçün sifariş məktubu ilə Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh1nə müraciət etmişdir. Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC icra şöbəsinin sifariş məktubunu aldıqdan sonra əmlakın hər racdan satılması üçün ünvan 2 ünvanında yerləşən 12 nömrəli mənzilin 215000 manat ilkin satış qiyməti ilə birinci hərrac keçirilmiş, həmin hərrac baş tutmadığına görə isə 14 iyul 2021-ci il tarixə mənzilin ilkin satış qiymətinin 15 faiz aşağı qiyməti ilə hərraca çıxarılması məqsədi ilə təkrar hərrac təyin etmişdir.

3. Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən 2(102)-2412/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı üzrə xx.xx.2021-ci il tarixdə icra vərəqəsi verilmiş və həmin icra vərəqəsinin təmin edilməsi məqsədi ilə 01 iyun 2021-ci il tarixli 01 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişin surətindən görünür ki, qeyd edilən əmlakla bağlı 215000 manat məbləğində açıq auksion formasında hərracın keçirilməsi 24 iyun 2021-ci il tarixə saat 11:00-17:00-dək; 182750 manat məbləğind ə açıq auksion formasında hərracın keçirilməsi 14 iyul 2021-ci il tarixə saat 11:00-17:00-dək təyin edilmişdir. Hərrac üzrə yekun protokol tərtib edilmiş və bank ilə alqı-satqı müqaviləsi bağlanmışdır.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüqüqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi, 52, ev 30 “X6” ASC adına mülkiyyət kimi hüququ qeydiyyatdan keçirilmiş və bu barədə müvafiq reyestr kitabının ********** nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydiyyat aparılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 noyabr 2019cu il tari xli, 2(103)-5027/2019 saylı icra sənədi əsasında Respublika Xammal və Əmtəə Birjasının "Külək” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hərraca çıxarılan və mülkiyyət hüququ əsasında İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən 12 nömrəli mənzilin ilkin satış qiymətinin onun likvid dəyəri əsasında müəyyən edilməsi və mənzilin həmin ilkin satış qiyməti ilə hərraca çıxarılması vəzifəsinin cavabdeh Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh1nə həvalə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, mənzilin bu qiymətlə hərraca çıxarılması tamamilə qanunsuz olmaqla onun əmlak hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. Belə ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiy asının 04 noyabr 2019-cu il tarixli, 2(103)5027/2019 saylı qətnaməsindən görünür ki, 29 avqust 2019-cu il tarixli ekspert rəyinə əsasən qeyd olunan mənzilin ilkin satış qiyməti onların real bazar dəyəri əsasında müəyyən edilmişdir. Halbuki, ipoteka haqqında qanunvericiliyin tələblərinə əsasən ipoteka predmetlərinin ilkin satış qiymətləri onların likvid dəyərinə əsasən müəyyən edilməlidir. Digər tərəfdən, likvid qiymət real bazar dəyərindən nisbətən aşağı olsa da, əhəmiyyətli qiymət fərqi olmadan dəyər itkisi yaratmayan həddə olduğundan və yalnız məcburi qaydada satışa tətbiq edildiyindən ipoteka qoyanın maraqlarına da zidd kimi qiymətləndirilməməlidir. Belə ki, qanun ədalətli yanaşma müəyyən edərək, ipoteka qoyana ipoteka predmetini hərrac yekunlaşana qədər borcu ödəməklə ipotekadan azad e tmək, habelə ipoteka saxlayanla qarşılıqlı razılıq əsasında ipoteka predmetini könüllü olaraq satmaq imkanı vermişdir.

7. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 3 ünvanında yerləşən mənzilin açıq hərracdan satılmasına dair 04 avqust 2021-ci il tarixli 59/03 saylı hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və ünvan 4 ünvanında yerləşən mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində “X6 Azərbaycan” QSC-nin xeyrinə qeydə alınmış ipotekaya xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Ərizə onunla əsaslandırılmışdır ki, birinci (ilkin) hərrac 15 yanvar 2021 -ci il tarixdə, ikinci (təkrar) hərrac 4 fevral 2021-ci il tarixdə keçirilmiş və X3 həmin hərracın qalibi olmuşdur. Hərrac təşkilatının xx.xx.2021-ci il tarixli 20/01 saylı protokolu ilə ipoteka predmeti X1. Lakin, sonradan ipoteka predmeti X3 tərəfindən əldə edilməmişdir. Bundan sonra isə 24 iyun 2021-ci il tarixdə 3-cü hərrac və 14 iyul 2021-ci il tarixdə isə 4-cü hərrac keçirilmişdir. Keçirilən hərraclar baş tutmamış və hərrac təşkilatının 04 avqust 2021-ci il tarixli 59/03 saylı hərracın yekunları barədə protokolu əsasında ipoteka predmeti olan mənzil bankın mülkiyyətinə verilmişdir. Halbuki, qanunvericilikdə ilkin və təkrar hərrac olmaqla ümumilikdə iki dəfə hərracın keçirilməsi nəzərdə tutulmuşdur.

9. Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-nin 23 dekabr 2020-ci il tarixli 01 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişin surətindən görünür ki, qeyd edilən əmlakla bağlı 215.000 manat məbləğində açıq auksion formasınd a hərracın keçirilməsi 15 yanvar 2021-ci il tarixə saat 11:00-17:00-dək təyin edilmişdir. "xxxx" MMCnin 19 yanvar 2021-ci il tarixli 02 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişin surətindən görünür ki, qeyd edilən əmlakla bağlı 182750 manat məbləğində açıq auksion formasında hərracın keçirilməsi 04 fevral 2021-ci il tarixə saat 11:00-17:00-dək təyin edilmişdir.

10. Nərimanov rayon İcra şöbəsinin Böyük İcra məmuruna Cəmil Tağıyevə və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə ünvanlanmış məktubdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)- 5027/2019 qətnaməsi Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)2412/2020 saylı qərarı ilə ləğv edilib və iş üzrə yeni qərar qəbul edilib. Yuxarda yazılanları nəzərə ala raq icraatda olan Bakı Apellyasiya məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-5027/2019 icra vərəqəsinin icraatına xitam verilməsini və sifariş verilmiş hərrac işinə və qanun çərçivəsində nəzərdə tutulmuş icra hərəkətlərinə xitam verilməsini xahiş etmişdir. 11. “X6 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Nəsimi rayon İcra şöbəsinə ünvanlanmış məktubdan görünür ki, xx.xx.2020-ci il tarixli 16494- 175147/2020- 5-1 sayılı məktuba cavab olaraq qeyd edilir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-5027/2019 qətnaməsi Azərbayacan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-2412/2020 saylı qərarı ilə ləğv edilib və iş üzrə yeni qərar qəbul edilib. Yuxarıda yazılanları nəzərə alaraq icraatda olan Bakı Apellyasiya məhkəməsinin xx.x x.2019-cu il tarixli 2(103)-5027/2019 icra vərəqəsinin icraatının dayandırılması xahiş edilmişdir.

12. Nərimanov Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, e-2(005)3770/2021 nömrəli qətnaməsi ilə (hakim Gültəkin Əsədova) iddia təmin edilməmişdir.

13. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-nin açıq hərracın keçirilməsinə dair bildirişləri ilə Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi, 52, ev 30 açıq auksion formasında satışa çıxarılmasına dair keçiriləcək ilkin və təkrar hərracın vaxtı və yeri barədə iddiaçı lazımi qaydada məlumatlandırılmış, iddiaçı iddia ərizəsində qətnamədən şikayət verildiyi halda hərracın keçirildiyini, bununla da hərrac qaydalarının pozulduğunu iddia edir. Lakin məhkəməyə təqdim edilmiş sübutlarla müəyyən edilmişd ir ki, qətnamədən şikayət verildiyi müddət ərzində hərrac hərəkətləri dayandırılmışdır. İddiaçı hazırkı iddiası əsassızdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə öz hüquqi təsdiqini tapmamışdır.

14. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.2, 41.3, 41.1, 42.1 və 44-cü Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 317.1, 319.1 və 416-cı maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

15. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. İddiaçı apellyasiya şika yətini onunla əsaslandırılmışdır ki, tələbinin hüquqi əsasını onun keçirilən hərracların vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmaması təşkil etməmişdir. İpoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, İ.Qurtqaşınlı küçəsi, ev 30 ünvanında yerləşən 12 saylı mənzillə bağlı 4 dəfə hərrac keçirilmiş və ondan sonra mənzil bankın mülkiyyətinə verilmişdir. Birinci (ilkin) hərrac 15 yanvar 2021-ci il tarixdə, ikinci (təkrar) hərrac 04 fevral 2021-ci il tarixdə keçirilmiş və X3 həmin hərracın qalibi olmuşdur. Hərrac təşkilatının xx.xx.2021-ci il tarixli 20/01 saylı protokolu ilə ipoteka predmeti X1. Lakin, sonradan ipoteka predmeti X3 tərəfindən əldə edilməmişdir. Bundan sonra isə 24 iyun 2021-ci il tarixdə üçüncü hərrac və 14 iyul 2021-ci il tarixdə isə dördüncü hərrac keçirilmi şdir. Keçirilən hərraclar baş tutmamış və hərrac təşkilatının 04 avqust 2021-ci il tarixli 59/03 saylı hərracın yekunları barədə protokolu əsasında ipoteka predmeti olan mənzil bankın mülkiyyətinə verilmişdir. Halbuki, qanunvericilikdə ilkin və təkrar hərrac olmaqla ümumilikdə iki dəfə hərracın keçirilməsi nəzərdə tutulmuşdur. Hazırkı işdə də iki dəfədən artıq hərrac keçirildiyinə görə 04 fevral 2021-ci il tarixdə təkrar hərrac baş tutmamış elan edilməsindən sonra 30 gün ərzində bank ipoteka predmetini əldə etməmişdir. Belə olan halda isə iddiaçının (ipoteka qoyanın) mənzil üzərində ipotekaya xitam verilməsini tələb etmək hüququ yaranmışdır. Ona görə də hərrac təşkilatının 04 avqust 2021-ci il tarixli 59/03 saylı hərracın yekunları barədə protokolu etibarsız hesab edilməli və mənzilin üzər indəki ipotekaya xitam verilməlidir.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X.A.Mərdanova (sədrlik edən və məruzəçi), E.M.Həsənov və F.F.Babayev) (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-11669/2021 saylı mülki iş üzrə 14 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia rədd edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi yekun olaraq düzgün nəticəyə gəlsə də, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, keçirilmiş hərraclar iki icra sənədi üzrə aparılmışdır. İddiaçının mübahisəli ipoteka pre dmetinin satışının həyata keçirilməsi zamanı eyni icra sənədi üzrə 4 hərracın keçirilməsi öz təsdiqini tapmır. "xxxx" MMC tərəfindən təyin edilmiş hərrac barədə tərəflərə hərracların yeri və vaxtı barədə bildirişlər göndərilmişdir. Hərracın keçirilməsi barədə bildirişin alınmasına dair qəbzlər iş materiallarına əlavə olunmuşdur. Hərrac qanunveciliyin tələblərinə riayət edilməklə, hər-hansı qanun pozuntusu olmadan təşkil edildiyindən və keçirildiyindən iddia tələbi rədd edilməlidir.

19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269, 269.5 və “İpoteka haqqında” Qanunun 1.0.1, 34.1.1, 34.1.3, 34.1, 41.2, 41.3, 41.5, 42.1, 42.3, 44-cü maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

20. İddiaçı kassasiya şikayəti verərək, a pellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir

21. Şikayət onunla əsaslandırılmışdır ki, mənzilin açıq hərracdan satılmasına dair 04 avqust 2021-ci il tarixli 59/03 nömrəli hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və mənzil üzərində “X6 Azərbaycan” QSC-nin xeyrinə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış yüklülüyə xitam verilməsinə dair iddiaçının tələbinin hüquqi əsasını onun keçirilən hərracların vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmaması təşkil etməmişdir. İpoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, İ.Qurtqaşınlı küçəsi, ev 30 ünvanında yerləşən 12 saylı mənzillə bağlı 4 dəfə hərrac keçirilmiş və ondan sonra mənzil bankın mülkiyyətinə ver ilmişdir. Birinci (ilkin) hərrac 15 yanvar 2021-ci il tarixdə, ikinci (təkrar) hərrac 04 fevral 2021-ci il tarixdə keçirilmiş və X3 həmin hərracın qalibi olmuşdur. Hərrac təşkilatının xx.xx.2021-ci il tarixli 20/01 saylı protokolu ilə ipoteka predmeti X1. Lakin, sonradan ipoteka predmeti X3 tərəfindən əldə edilməmişdir. Bundan sonra isə 24 iyun 2021-ci il tarixdə üçüncü hərrac və 14 iyul 2021-ci il tarixdə isə dördüncü hərrac keçirilmişdir. Keçirilən hərraclar baş tutmamış və hərrac təşkilatının 04 avqust 2021-ci il tarixli 59/03 saylı hərracın yekunları barədə protokolu əsasında ipoteka predmeti olan mənzil bankın mülkiyyətinə verilmişdir. Halbuki, qanunvericilikdə ilkin və təkrar hərrac olmaqla ümumilikdə iki dəfə hərracın keçirilməsi nəzərdə tutulmuşdur. Hazırkı işdə də iki dəfədən artı q hərrac keçirildiyinə görə 04 fevral 2021-ci il tarixdə təkrar hərrac baş tutmamış elan edilməsindən sonra 30 gün ərzində bank ipoteka predmetini əldə etməmişdir. Belə olan halda isə iddiaçının (ipoteka qoyanın) mənzillər üzərində ipotekaya xitam verilməsini tələb etmək hüququ yaranmışdır.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin 1 iyun 2022-ci il tarixli, 2(102)2472/2022 nömrəli qərarı ilə (hakimlər Z.Ə.Əliyev (məruzəçi), İ.R.Xələfov və A.Q.Hüseynov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yeni apellyasiya baxışına qaytarılmışdır.

23. Ali Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar, ape llyasiya şikayətinə baxılması üzrə məhkəmənin nəticələri göstərilməlidir. Hazırkı iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin əsaslandırıcı hissəsindəki mövqelər bir-birinə uyğun olmadığı kimi, nəticə hissəsi də aktın əsaslandırıcı hissəsinin bir qisminə ziddir. Qətnamənmin əsaslandırıcı hissəsinin təhlilindən göründüyü kimi apellyasiya məhkəməsinin mübahisənin hüquqi həllinə dair hansı qənaətdə olduğu, başqa sözlə birinci instansiya məhkəməsinin aktının maddi və prosessual hüquq normalarına uyğun çıxarılıb-çıxarılmadığı barədə yekun qənaəti ziddiyyətli formada əks olunmuşdur. Belə olan halda, qətnamənin nəticə hissəsinin məhkəmə kollegiyasının əsaslandırma hissəsindəki mövqeyini əks etdirib-etdirmədiyi müəyyən deyil.. Bu hallar Mülki Prosessual Məcəllənin qətnamənin məzmununa dair 220- ci və 392.1-ci maddələrinin pozulmasına dəlalət edir. Prosessual hüquq normalarının pozulması isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Kollegiya vurğulayır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiy yətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Hazırkı işdə mübahisənin həllinə dair apelyasiya məhkəməsinin mövqeyi ziddiyyətli olduğu üçün kassasiya şikayətinin dəlilləri üzrə əlavə araşdırma aparılmadan qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

24. Ali Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2, 416.1 və 416.2-ci və “İpoteka haqqında” Qanunun 41.2, 41.3, 43.7, 43.8 və 44-cü maddələrinə istinadla əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

25. Apellyasiya instansiyası məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2(103)5777/2022 nömrəli qətnaməsi ilə (hakimlər V.N.Sadıqov (sədrlik edən və məruzəçi), M.A.Məmmdəov və R.M.Həsənov) apellyasiya şikayəti təmin edilmədən, qətnamə isə dəyişdirilmədən saxlanılmışdır.

26. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının dəlilləri əsassızdır. Əvvəlcə Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinə əsasən hərrac keçirilmiş, lakin Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli qərarı ilə həmin qətnamə qismən ləğv olunmuş, İddiaçı aid hissədə isə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Ali Məhkəmə tərəfindən xx.xx.2021-ci il tarixdə icra vərəqəsi verilmiş və həmin icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə yenidən hərrac keçirilmişdir. Hərracın yekunları ilə bağlı mübahisəli əmlak tələbk ara təklif edilmiş və tələbkar təklifi qəbul etmişdir. Hərrac keçirilərkən hərracın keçirilməsi qaydalarının və normativ hüquqi aktların tələblərinin pozulması halları aşkar olunmamışdır. Təyin edilmiş hərrac barədə tərəflərə hərracların yeri və vaxtı barədə bildirişlər göndərilmişdir. Hərracın keçirilməsi barədə bildirişin alınmasına dair qəbzlər iş materiallarına əlavə olunmuşdur. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan Kollegiyası qeyd edir ki, əksi sübut edilməyincə, mübahisələndirən hərracın nəticələri haqqında protokolun həqiqiliyi prezumpsiyası qəbul edilməlidir.

27. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2, 416.1 və 416.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.2, 41.3, 43.7, 43.8 və 44-cü maddələrinə istinadla əsasla ndırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

28. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

29. Kassasiya şikayəti iddia ərizəsi və apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya məhkəməsi işin hallarına əsasən 2 dəfədən artıq hərrac keçirilməsini özü də təsdiq etmişdir. Buna baxmayaraq yekunda əsassız olaraq yenə də iddia tələbini təmin etməmişdir. Bununla da məhkəmənin müəyyən etdiyi hallarla gəldiyi nəticə bir-birinə zidd olmuşdur. Beləliklə ipoteka predmeti ilə bağlı 4 dəfə hərracın keçirilməsi işin mübahisəsiz halı olmasına baxmayaraq məhkəmə işə tətbiq etməli olduğu “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsini tətbiq etməmişidir. Belə ki, məhkəmə nəzərə almamışdır ki, hər hansı əsasla, o cümlədən sonradan başqa icra vərəqəsinin verilməsi əsası ilə 2 dəfədən artıq hərracın keçirilməsi ipoteka qoyanın tələbi əsasında ipoteka predmeti üzərindəki ipotekaya xitam verilməsi üçün əsasdır. Yəni keçirilən hərraclar iki fərqli icra vərəqəsi üzrə olsa da, ümumilikdə 4 dəfə hərracın keçirilməsi yolverilməzdir. Çünki Konstitusiya Məhkəməsinin qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə hər hansı əsasla 2 dəfədən artıq yeni hərracın keçirilməsi qanuna zidd hesab edilməklə ipotekaya xitamla nəticələnməlidir. Hərracların ayrı-ayrı icra vərəqələri əsasında keçirilməsi onların 2 dəfədən artıq keçirilməməsi kimi qiymətləndirilə bilməz. Belə ki, keçirilən bütün hərraclar eyni məhkəmə mübahisəsi əsasında çıxarılan məhkəmə aktları və eyni ipoteka predmeti barəsində aparılmışdır. Həmçinin, Ali Məhkəmə aşağı məhkəmənin qətnaməsini ancaq başqa ipoteka predmetləri hissəsində ləğv edərək iddianı rədd etmiş və hazırkı mübahisəli ipoteka predmeti hissəsində apellyasiya məhkəməsinin qətnaməsini ləğv və ya dəyişiklik etməmiş və həmin hissədə qüvvədə saxlamışdır. Apellyasiya instansiya məhkəməsi bunu da öz qətnaməsində təsdiq etmişdir (qətnamənin 42-ci bəndi, 1-ci cümlə). Bundan əlavə, apellyasiya məhkəməsi tərəfindən verilən icra vərəqəsi Ali Məhkəmənin çıxarıdığı yeni qərardan (xx.xx.2020-ci il) sonra, yəni məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra xx.xx.2020-ci il tarixdə verilmiş və bunun əsasında iki dəfə hərrac keçirilərək nəticədə alqı-satqı müqaviləsi bağlan ılmışdır. İlk öncə nəzərə almaq lazımdır ki, Ali Məhkəmə ipoteka predmeti ilə bağlı hissədə aşağı məhkəmənin qərarını ləğv etmədiyinə görə apellyasiya məhkəməsi öz qətnaməsinin ləğv edilməyən (və ya dəyişdirilməyən) hissəsində icra vərəqəsini verməkdə haqlı olmuşdur. O da unudulmamalıdır ki, apellyasiya məhkəməsi tərəfindən icra vərəqəsinin verilməsini məhdudlaşdıran hər hansı prosessual hüquq norması yoxdur. Göründüyü kimi, icra vərəqəsi apellyasiya məhkəməsi tərəfindən qanuni əsaslarla verilmiş, onun əsasında iki dəfə hərrac keçirilmiş və təkrar hərracın nəticəsində ipoteka predmetinin satılması ilə bağlı hərrac təşkilatı tərəfindən protokol tərtib edilmişdir. Lakin, sonradan ipoteka predmeti alıcı tərəfindən əldə edilməmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, keçirilən bu iki hərrac və onun nəticəsi ləğv edilmədən (hələ də qüvvədədir) sonradan yenə iki hərrac keçirilmişdir. Məhkəmə bu halları müəyyən edərkən iş üzrə cavabdeh olan bankın birinci instansiya məhkəməsində təqdim etdiyi icra şöbələrinə ünvanlanan kserosurət məktublarına (ərizələr) istinad etmişdir (iş v. 141-145). Halbuki, həmin sənədlər ancaq ərizələrdən ibarətdir və həmin ərizələr heç də onda əks olunan, yəni məhkəmənin də müəyyən edilmiş kimi qəbul etdiyi halların (icraatın dayandırılması, icraatın xitam verilməsi və s.) mövcudluğunu təsdiq edən sübut növü deyildir. Bununla bağlı iş materiallarında başqa sübut da yoxdur. Digər tərəfdən, həmin sənədlər kserosurətdir, lakin mülki prosessual qanunvericiliyə əsasən yazılı sənədlərin əsli və ya lazımi qaydada təsdiq olunmuş surətləri sübut qismində nəzərə al ınır. Göründüyü kimi, iş materiallarında apellyasiya məhkəməsi işin müəyyən edilmiş kimi qəbul etidiyi halları təsdiq edən hər hansımötəbər sübut yoxdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Cavabdeh “X6 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin olunmadan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

31. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləş dirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.

32. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

33. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu

34. Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir.

35. Maddə 41.3. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir.

36. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hə rracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.

37. Maddə 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.

38. Maddə

44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Kassasiya baxışının hədləri

39. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

41. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materialarını və kassasiya şikayətinin dəlillərini araşdıraqaq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahi səli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətra flı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyrimötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

43. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5777/2022 nömrəli, 31 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar