Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3211/2021 16.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 27 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı, Cavabdeh ondan 27 oktyabr 2017-ci il tarixdə 13.000 manat və 07 may 2018-ci il tarixdə 6.000 ABŞ dolları pul aldığını, lakin həmin vəsaiti qaytarmadığını bildirərək aşağıdakı tələblərlə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, 27 oktyabr 2017-ci il tarixdə Cavabdeh verdiyi 13000 (on üç min) manat pulun, 07 may 2018-ci il tarixdə verdiyi 6000 (altı min) ABŞ dolları-yəni 10.200 (on min iki yüz) manat pulun və məhkəmə xərci kimi ödədiyi 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun, ümumilikdə 23.230 (iyirmi üç min iki yüz otuz) manat 40 (qırx) qəpik pulun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini be lə əsaslandırmışdır ki, Cavabdeh hazırda ona 13.000 manat və 6000 ABŞ dolları borcu vardır. 6000 ABŞ dollarının hazırda Azərbaycan manatına məzənnəsi 10.200 manat təşkil edir. Cavabdeh onun borcunu vaxtında qaytarmadığından hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında iddianı qəbul edərək bildirmişdir ki, imkanı daxilində borcunu ödəyəcəkdir.
5. Şəki Rayon Məhkəməsinin (hakim E.Mehdiyev) 20 may 2020-ci il tarixli, X nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh 13000 manat və 6000 ABŞ dollarının Azərbaycan manatına məzənnəsi olan 10.200 manat borc, iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödənilmiş 30,40 manat olmaqla, cəmi 23.230,40 manat alınaraq İddiaçı verilməsi qət edilmişdir.
6. Məhkəmə Mülki Mə cəllənin 739.1-ci maddəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, tərəflərin izahatları nəzərə alınaraq, Cavabdeh İddiaçı aldığı borcu tam şəkildə ödəmədiyindən İddiaçı ödənilməmiş borcu Cavabdeh tələb etməkdə haqlıdır. Cavabdeh İddiaçı 13.000 manat və 6000 ABŞ dolları borcu vardır. 6000 ABŞ dollarının hazırda Azərbaycan manatına məzənnəsinin 10.200 manat təşkil etməsini hər iki tərəf qəbul edir. Buna görə də İddiaçı 27 oktyabr 2017-ci il tarixdə Cavabdeh verdiyi 13.000 manat pulun, 07 may 2018-ci il tarixdə verdiyi 6000 ABŞ dolları-yəni 10.200 (on min iki yüz) manat pulun və məhkəmə xərci kimi ödədiyi 30,40 manat dövlət rüsumunun, ümumilikdə 23.230,40 manat pulun Cavabdeh alınaraq ona ödənilməsini tələb edir, Cavabdeh da iddianı qəbul edir. b) Apellyasiya instansiyası məhkəmə sindəki icraat
7. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-A.Mahmudov (sədrlik edən və məruzəçi), Ə.Məcidov və M.Əsədli) 27 oktyabr 2020-ci il tarixli, X nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 20 may 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
9. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən tə rəflər arasındakı mübahisəyə borc münasibətləri ilə bağlı maddi hüquq normaları tətbiq edilmişdir. Halbuki, iddiaçı ilə aralarında borc münasibətləri olmamışdır. İddiaçı cavabdehə borc pul verməmiş, sadəcə olaraq onlar ticarət şəriki olmuşlar. Bunu iddiaçı məhkəmə iclası zamanı özü də təsdiq etmişdir. O, qeyd etmişdir ki, Cavabdeh ilə 3-4 il bundan qabaq tanışlıqları yaranmışdır. Təxminən 2017-ci ildə Cavabdeh ona ticarət işləri ilə məşğul olduğunu və bu yolla pul qazanmaq imkanının olduğunu, birlikdə ticarət işləri ilə məşğul olaraq əldə olunan qazancdan onun da payını verəcəyini bildirmişdir. Tərəflərin birgə işlədikləri müddətdə əldə olunan qazancdan iddiaçının da payı olmuşdur və belə olduğu təqdirdə heç bir borcdan söhbət gedə bilməz. Bundan başqa əgər iddiaçı cavabdehə 27 oktyabr 2 017-ci il tarixdə 13.000 manat vermişdirsə və cavabdeh bu pulu qaytarmamışdırsa, nəyə görə 07 may 2018-ci ildə o cavabdehə yenidən 6000 dollar pul verirdi? Bəs hanı borc müqaviləsi akt? Məhkəmələr isə olmayan borc müqaviləsinə və akta istinad etmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
13. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
14. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır.
15. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
16. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) p ula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
19. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsi nin aktı bütövlükdə yoxlanılır.
20. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilmə məsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
23. Cavabdeh İddiaçı 27 oktyabr 2017-ci il tarixdə 13000 manat və 07 may 2018-ci il tarixdə 6000 ABŞ dolları borc almış, lakin maddi çətinliyə görə həmin vəsaiti vaxtında qaytara bilməmişdir. Bununla bağlı onların və şahidlərin iştirakı ilə 07 may 2018-ci il tarixli borc müqaviləsi və akt tərtib edilmişdir. Həmçinin cavabdeh borclu olduğu 6000 ABŞ dollarının Azərbaycan manatına məzənnəsinin 10.200 manat təşkil etməsini və iddianı qəbul etmişdir
24. Apellyasi ya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh borc müqaviləsi və akt tərtib edilməklə üzərinə öhdəlik götürsə də, buna əməl etməmiş öhdəliyin icrasını gecikdirmişdir.
25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş üzrə tərəflər, həmçinin digər şəxslər öz aralarında müxtəlif xarakterli mülki hüquq münasibətlərindən yaranmış münasibətlərin nəticələrini gələcəkdə məhkəmə müstəvisində mübahisələndirəcəklərinin hüquqi mexanizmini yaratmaq (sübut toplamaq, təminat almaq və s.) və möhkəmləndirmək məqsədilə aralarındakı münasibətləri rəsmiləşdirmək üçün ya müqavilə, ya da sadə formalı qəbzə imza etməklə iradə ifadələrini təsdiq edirlər. Bu kimi müqavilələri və ya qəbzləri imzalayan zaman isə könüllü olaraq müqavilənin (qəb zin) şərtləri ilə tanış olduqdan sonra imza edirlər. Lakin, sonradan aralarında yenə də hər hansı bir səbəbdən, məsələn uğursuz biznes və ticarət əməliyyatları nəticəsində maliyyə vəziyyətlərinin pisləşməsi ilə əlaqədar bir-birinə qarşı iddia ilə məhkəməyə müraciət edirlər. Belə vəziyyətdə isə mübahisənin ədalətli həlli üçün məhkəmə tərəflərin qarşılıqlı münasibətlərini tam, hərtərəfli və obyektiv araşdırmaqla düzgün nəticəyə gəlməlidir.
26. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında yaranmış mübahisə də məhz yuxarıda qeyd olunan xarakterli olduğundan, bu məsələyə də tərəflərin əvvəlki münasibətlərinə uyğun hüquqi qiymət verilməlidir. Bu mənada iş üzrə cavabdeh tərəfindən imzalanmış qəbz əslində mahiyyət etibarı ilə iddiaçıdan borc pul alınmasının elementlərini əks etdirir. Ona görə də, məhz bu prizmadan yanaşdıqda, cavabdehin dəlillərini əsaslı hesab etmək olmaz.
27. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
28. Kassasiya şikayətinin dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
29. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
30. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 27 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.