Məhkəmə qərarları › İş №2(102)-3211/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3211/2022

30.08.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3211/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər:payların naturada ayrılması) 30.08.2022 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyun 2021-ci il tarixli, 2(104)965/2021 saylı qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə işə 30 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə Cavabdeh qarşı i ddia qaldıraraq, cavabdehlə aralarında 17 avqust 2019-cu il tarixli Çıxarışa əsasən mülkiyyətlərində olan Şəmkir şəhərinin inzibati ərazisində yerləşən 0.8010 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki; 17 avqust 2019-cu il tarixli Çıxarışa əsasən, Şəmkir şəhərinin inzibati ərazisində yerləşən 1.1890 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki; 17 avqust 2019-cu il tarixli Çıxarışa əsasən, Şəmkir şəhərinin inzibati ərazisində yerləşən 0.9543 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki; 20 avqust 2019-cu il tarixli Çıxarışa əsasən, Şəmkir şəhərinin inzibati ərazisində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsindəki; 17 avqust 2019-cu il tarixli Çıxarışa əsasən, Gədəbəy rayonu, Slavyanka kəndinin inzibati ərazisində yerləşən 0.12 ha həyətyanı sahəsindəki; 20 avqust 2019-cu il t arixli Çıxarışa əsasən, Gədəbəy rayonu, Slavyanka kəndinin inzibati ərazisində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsindəki 1/2 hissə paylarının naturada ayrılıb, ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Şəmkir Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim Z.Ş.İmanov) iddia qismən təmin edilərək, 17 avqust 2019-cu il tarixli Çıxarışa əsasən, tərəflərin ümumi paylı mülkiyyətində olan, Gədəbəy rayonu, Slavyanka kəndi ərazisində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinin, 20 avqust 2019-cu il tarixli Çıxarışa əsasən, tərəflərin ümumi paylı mülkiyyətində olan Gədəbəy rayonu, Slavyanka kəndi ərazisində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinin tən ortad an iki hissəyə bölünərək, 1/2 hissəsinin ümumi paylı mülkiyyətdən ayrılması və iddiaçıya təhvil verilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Birinci insitansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, 17 avqust 2019-cu il tarixli Çıxarışa əsasən, Şəmkir şəhərinin inzibati ərazisində yerləşən 0.8010 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 17 avqust 2019-cu il tarixli Çıxarışa əsasən, Şəmkir şəhərinin inzibati ərazisində yerləşən 1.1890 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 17 avqust 2019-cu il tarixli Çıxarışa əsasən, Şəmkir şəhərinin inzibati ərazisində yerləşən 0.9543 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; 20 avqust 2019-cu il tarixli Çıxarışa əsasən, Şəmkir şəhərinin inzibati ərazisində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsi; 17 avqust 2019-c u il tarixli Çıxarışa əsasən, Gədəbəy rayonu, Slavyanka kəndinin inzibati ərazisində yerləşən 0.12 ha həyətyanı sahəsi; 20 avqust 2019-cu il tarixli Çıxarışa əsasən, Gədəbəy rayonu, Slavyanka kəndinin inzibati ərazisində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi hər birinin payı ½ hissədə olmaqla tərəflərin paylı mülkiyyətindədir. Məhkəmə Ekspertiza Mərkəzinin 05 avqust 2020-ci il tarixli ekspert rəyinə görə, 17 avqust 2019-cu il tarixli Çıxarışa əsasən, Şəmkir şəhəri ərazisində yerləşən 0.8010 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, 17 avqust 2019-cu il tarixli Çıxarışa əsasən, Şəmkir şəhəri ərazisində yerləşən 1.1890 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, 17 avqust 2019-cu il tarixli Çıxarışa əsasən, Şəmkir şəhəri ərazisində yerləşən 0.9543 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada bölgüsü zamanı torpaq sahələrinin təyinatı üzrə istifadəsində, suvarılmasında, əkib-becərilməsində, bir sıra aqrotexniki tədbirlər həyata keçirilməsi və digər məqsədlər üçün istifadəsi zamanı məhdudiyyətlər yarandığı üçün, həmin kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin naturada ayrılması texniki cəhətdən mümkün deyil. Eyni zamanda, 20 avqust 2019-cu il tarixli Çıxarışa əsasən, ünvan 1 ünvanda yerləşən 0.05 ha həyətyanı torpaq sahəsində tikili olduğu üçün, həmin torpaq sahəsindən iddiaçının payının naturada ayrılması texniki cəhətdən mümkün deyil. Lakin, 17 avqust 2019-cu il tarixli Çıxarışa əsasən, Gədəbəy rayonu, Slavyanka kəndi ərazisində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinin və 20 avqust 2019-cu il tarixli Çıxarışa əsasən, Gədəbəy rayonu, Slavyanka kəndi ərazisində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinin tən ortadan iki hissəyə bölünməklə iddiaçının payına hər bir torpaq sahəsindən ayrı-ayrılıqdan düşən 0.06 ha həyətyanı torpaq sahəsinin naturada ayrılması texniki cəhətdən mümkündür və həmin torpaq sahələrinin istifadəsində heç bir məhdudiyyət yaranmadığı müəyyən olunur. Ona görə də iddia qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152.1, 152.5, 220.2-ci maddələrinin və digər maddi və prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində icraat Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyun 2021-cu il tarixli qətnaməsi ilə (hakimlər L.S.Süleymanov sədrlik edən, məruzəçi, A.H.Hüseynzadə və Ş.Q.Rzaquliyev) apellyasiya şikayəti təmin edi lərək, iş üzrə Şəmkir Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli qətnaməsi iddianın təmin edilməyən hissəsində ləğv edilib, həmin hissədə iddia təmin edilərək, iddiaçının 17 avqust 2019-cu il tarixli Çıxarışa əsasən, Şəmkir şəhərinin inzibati ərazisində yerləşən 0.8010 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində payının ½ hissədə, 17 avqust 2019-cu il tarixli Çıxarışa əsasən, Şəmkir şəhərinin inzibati ərazisində yerləşən 1.1890 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində payının ½ hissədə, 17 avqust 2019-cu il tarixli Çıxarışa əsasən, Şəmkir şəhərinin inzibati ərazi idarəsində yerləşən 0.9543 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində payının ½ hissədə, 20 avqust 2019-cu il tarixli Çıxarışa əsasən, ünvan 2 ünvanda yerləşən 0.05 ha həyətyanı torpaq sahəsində payının ½ hissə də “X1” MMC ekspert rəyinə əlavə edilmiş bölgü sxeminə uyğun olaraq naturada bölünməsi qət edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, 17 avqust 2019-cu il tarixli Çıxarışa əsasən, Şəmkir şəhərinin inzibati ərazisində yerləşən 0.8010 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 17 avqust 2019-cu il tarixli Çıxarışa əsasən, Şəmkir şəhərinin inzibati ərazisində yerləşən 1.1890 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 17 avqust 2019-cu il tarixli Çıxarışa əsasən, Şəmkir şəhərinin inzibati ərazisində yerləşən 0.9543 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; 20 avqust 2019-cu il tarixli Çıxarışa əsasən, Şəmkir şəhərinin inzibati ərazisində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsi; 17 avqust 2019-cu il tarixli Çıxarışa əsasən, Gədəbəy rayonu, Slavyank a kəndinin inzibati ərazisində yerləşən 0.12 ha həyətyanı sahəsi; 20 avqust 2019-cu il tarixli Çıxarışa əsasən, Gədəbəy rayonu, Slavyanka kəndinin inzibati ərazisində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi hər birinin payı ½ hissədə olmaqla tərəflərin paylı mülkiyyətindədir. Birinci instansiya məhkəməsi iddianı tam təmin etməməklə səhvə yol verib və məhkəmənin qətnamədə istinad etdiyi texniki əsaslar iddianın rədd edilməsi üçün əsas sayıla bilməz. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi “X2” MMC 20 noyabr 2020-ci il tarixli ekspert rəyinə əlavə edilmiş bölgü sxeminə əsasən, torpaq sahələri kvadrat formalı olmaqla, iki hissəyə bölünməsi mümkündür. Digər tərəfdən, bu bölgünün mümkünsüzlüyü və cavabdehin bu bölgü ilə razılaşmaması iddiaçının mülkiyyət hüqunun məhdudlaşdırılması kimi q iymətləndirilə bilər və ədalətli tarazlığa cavab vermir. Ona görə də iddia təmin olunmayan hissədə də təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 220.1, 220.2, 220.3-cü maddələrinin və digər maddi və prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllənin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsində göstə rilir ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi ist inad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayəti ndə irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdehin kassasiya şikayətində iş üzrə apellyasiya i nstansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələb lərini pozduğunu, düzgün tətbiq etmədiyini, iddianın təmin edilməsi üçün əsasların olmadığını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, 17 avqust 2019-cu il tarixli Çıxarışa əsasən, Şəmkir şəhərinin inzibati ərazisində yerləşən 0.8010 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 17 avqust 2019-cu il tarixli Çıxarışa əsasən, Şəmkir şəhərinin inzibati ərazisində yerləşən 1.1890 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 17 avqust 2019-cu il tarixli Çıxarışa əsasən, Şəmkir şəhərinin inzibati ərazisində yerləşən 0.9543 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; 20 avqust 2019-cu il tarixli Çıxarışa əsasən, Şəmkir şəhərinin inzibati ərazisində yerləşən 0.05 ha hə yətyanı torpaq sahəsi; 17 avqust 2019-cu il tarixli Çıxarışa əsasən, Gədəbəy rayonu, Slavyanka kəndinin inzibati ərazisində yerləşən 0.12 ha həyətyanı sahəsi; 20 avqust 2019-cu il tarixli Çıxarışa əsasən, Gədəbəy rayonu, Slavyanka kəndinin inzibati ərazisində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi hər birinin payı ½ hissədə olmaqla tərəflərin paylı mülkiyyətindədir. Hazırda iddiaçı cavabdehlə paylı mülkiyyətlərində olan torpaq sahələrindən payının naturada ayrılmasını iddia edir. İddiaçının məhkəməyə təqdim etdiyi “X1” MMC-nin 20 noyabr 2020-ci il tarixli ekspert rəyinə əsasən, Şəmkir şəhəri ərazisində yerləşən tərəflərin paylı mülkiyyətlərində olan sözügedən kənd təsərrüfatı təyinatlı və həyətyanı torpaq sahələrindən iddiaçının ½ payına düşən hissəsinin mütənasib olaraq naturada ayrılma sı (bölünməsi) texniki cəhətdən mümkündür. Torpaq sahələrinin bölgü variantları ayrı-ayrılıqda müəyyən edilərək rəyin tədiqaqat hissəsində və rəyə əlavə edilmiş bölgü sxemlərində ətraflı göstərilib. Mülki Məcəllənin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsində göstərilir ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işə əlavə edilmiş sübutları araşdırıb, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan etirazının dəlilləri ilə razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnamədə istinad etdiyi hallar, iddianın mübahisələndirilən hissədə rədd edilməsi üçün əsas sayıla bilməz. Belə ki, əvvəla iddiaçının məhkəməyə təqdim etdiyi “X1” MMC ekspert rəyinə əlavə edilmiş bölgü sxeminə əsasən, torpaq sahələri kvadrat formalı olduğundan, onların iki hissəyə bölünməsi mümkündür. Digər tərəfdən, bu bölgünün mümkünsüzlüyü və cavabdehin bu bölgü ilə razılaşmaması iddiaçının mübahisəli torpaq sahələri üzərində mülkiyyət hüqunun məhdudlaşdırılması kimi qiymətləndirilə bilər və ədalətli tarazlığa cavab vermir. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını və sair göstərsə də, etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələbləri nin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Bu baxımdan, kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, c avabdehin kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığı, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyun 2021-ci il tarixli, 2(104)-965/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar