Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3211/2023 25.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Yeni Azərbaycan Partiyasının Şirvan Şəhər Təşkilatına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi, əmək haqqının ödənilməmiş hissəsinin tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Yeni Azərbaycan Partiyasının Şirvan Şəhər Təşkilatına qarşı “əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Şirvan A pellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(*06)-48*/2023 nömrəli, 2023cü il *7 aprel tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 25 oktyabr 2003-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı) Yeni Azərbaycan Partiyasının Şirvan Şəhər Təşkilatının *6.07.202*-ci il tarixli 08 nömrəli əmri ilə mühasib vəzifəsinə qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli *0 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
2. Yeni Azərbaycan Partiyasının Şirvan Şəhər Təşkilatının xx.xx.2022-ci il tarixli, *0 nömrəli əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə “Yeni Azərbaycan Partiyasının üzvü olmaması” əsası ilə xitam verilmişdir.
3. Yeni Azərbaycan Partiyasının Şirvan Şəhər Təşkilatının eyni tarixli, eyni saylı əmri ilə əmək müqaviləsinə xitam verilmişdir. Bu əmrdə əsas ştat ixtisarı ilə bağlı olması qeyd edilmişdir.
4. Yeni Azərbaycan Partiyasının Şirvan Şəhər Təşkilatının “İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında” 26.*0.2022-ci il tarixli 26 nömrəli əmri ilə “İddiaçı “Yeni Azərbaycan Partiyasının üzvü olmaması” əsası ilə vəzifədən azad olunmasına dair xx.xx.2022-ci il tarixli, *0 nömrəli əmri ləğv edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı məhkəməyə iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, “İddiaçı Maarif oğlu ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında” 04 iyul 2022-ci il tarixli *0 saylı əmrin və “əmək müqaviləsinə xitam verilməsi barədə” 04 iyul 2022-ci il tarixli *0 saylı əmrin ləğv edilməsini, işə bərpa edilməsini, məcburi iş buraxılmasına görə işə bərpa günə qədər əmək haqqının ödənilməsini və 50 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutulmasını tələb etmişdir.
6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2020-202*-ci illərdə Şirvan şəhər Kommunal Kombinat Müəssisəsində baş mühasib vəzifəsində işləmişdir. Şirvan şəhər Kommunal Kombinatı Müəssisəsində işlədiyi dövrdə YAP Şirvan Şəhər Təşkilatına dəvət edilərək ona YAP Şirvan Şəhər Təşkilatında mühasibə ehtiyac olduğu bildirilmiş və ondan həmin təşkilatda mühasib kimi fəaliyyətə başlaması xahiş edilmişdir. O, əvvəlki iş yerinin onu qa ne etdiyini bildirərək YAP Şirvan Şəhər Təşkilatında mühasib vəzifəsində işləməkdən imtina etmişdir. Bu hadisədən təxminən 2 ay keçdikdən sonra Paşa Nəbiyev onunla yenidən əlaqə saxlayaraq xahişini təkrarlamış və ona YAP Şirvan Şəhər Təşkilatının mühasibinin olmaması səbəbindən təşkilatın işçilərinin uzun zamandır əmək haqqı ala bilməməsini bildirmişdir. O, bu dəfə razılıq verərək 23 iyun 202*-ci ildə Kommunal Kombinatı Müəssisəsindəki vəzifəsindən öz xahişi ilə ayrılmış, işindən ayrılandan sonra ona bir müddət gözləməyi xahiş etmişlər. *6 iyul 202*-ci ildə onu YAP Şirvan Şəhər Təşkilatına dəvət edib 420 (dörd yüz iyirmi ) manat əmək haqqı ilə müddətsiz əmək müqaviləsi bağlamışlar. Yeni Azərbaycan Partiyasında işə başladıqdan qısa müddət sonra sədr əvəzi Paşa Nəbiyev ondan Yeni Azərbaycan Partiyasına üzv olmağını xahiş etmiş, o isə bununla razılaşmayaraq partiya mənsubiyyəti olmadan işini davam etdirmək istədiyini bildirmişdir. 0* fevral 2022-ci ildə YAP Şirvan Şəhər X* yeni sədr təyin olunmuşdur. Bu təyinatdan qısa müddət sonra yeni sədr ondan Yeni Azərbaycan Partiyasına üzv olmasını tələb etmiş, əks halda onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəyi ilə bağlı xəbərdarlıq etmişdir. O, Konstitusiya və Əmək Məcəlləsinə istinad edərək şəxsin hər hansı bir partiyaya üzv olmasına məcbur edilməsinin qanuna zidd olduğunu bildirmiş və partiya mənsubiyyəti olmadan davam etmək istəyini bir daha təkrarlamışdır. O, işçilərin maaşlarının təmin edilməsi üçün rəhbərlik tərəfindən verilən ştat cədvəlində mühasibin əmək haqqının *400 (min dörd yüz) manat olduğunu görmüşdür. Bu barəd ə sədr X*4 Azərbaycan Partiyasının 2022-ci ilin ştat cədvəlinə əsasən mühasiblərin maaşının nə qədər olduğunu soruşduqda o, “yeni ştat cədvəlinə əsasən mühasibin maaşı *400 (min dörd yüz ) manatdır, lakin bu əmək haqqını sizə verməyə icazə vermırlər, çünki ştat cədvəli hələki gəlməyib“ cavabını vermiş, o isə cavabında “Mərkəzi aparat rəhbəri tərəfindən təsdiqlənmiş 2022-ci il ştat cədvəlində sizin və digər işçilərin vəzifə maaşları göstərilməlidir, necə olur sizin 2500 (iki min beş yüz) manat əmək haqqınız yeni ştat cədvəlinə əsasən verilir, ancaq mənim təşkilatdan dekabr ayında çıxmış işçilərin və öz vəzifəsini icra etməyimə baxmayaraq köhnə ştat cədvəlinə əsasən 420 manat əmək haqqı alıram” bildirmişdir. Yeni sədr Zahir Qəhrəmanov işlədiyi dövrdə ən azı 3 dəfə ondan Yeni Azərbaycan Parti yasına üzv olmasını tələb etmiş, o isə hər dəfə etirazını bildirərək üzv olmaqdan imtina etmişdir. 02 iyul 2022-ci il şənbə günü sədr Zahir Qəhrəmanov ona zəng vuraraq təşkilata çağırmış və orda həmin gündən bir gün əvvəl, yəni cümə günü onun işdən ayrılması ilə bağlı əmr verdiyini bildirmişdir. O, ona heç bir xəbərdarlıq edilmədən əmək müqaviləsinə xitam əmrinin verilməsinin heç bir halda yolverilməz olduğunu bildirmişdir. 04 iyul 2022-ci ildə sədrlə görüşdə onun YAP üzvü olmadığını əsas gətirərək onu işdən çıxardığını bildirmişdir. *4 iyul 2022-ci ildə mediasiya prosesinin tətbiqi barədə təklif göndərsə də, cavablanmamışdır. Bu səbəbdən o, mediasiya prosesinin tətbiqi üçün mediasiya şurasına müraciət etmişdir. X3 mediatorluğu ilə ** avqust 2022-ci ildə keçirilən prosesdə tərəflər razıl aşmadığı üçün prosesin davam etdirilməməsi barədə qərar qəbul olunub. İşəgötürən Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndini (“işçilərin sayı və ya ştatlarının ixtisarı”) tətbiq edərkən bu maddə ilə əlaqəli olan Məcəllənin 77-ci maddəsinin (“əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları”) və 80-cı maddəsinin (“əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalar”) tələblərini pozmuşdur. İşdə cavabdeh işəgötürənin əmrlərindən biri də 04 №-li “ştat ixtisarı” əmridir ki, bunun *-ci bəndində “əmək müqavilələrinə xitam veriləcək” işçilərə ştatların ixtisarı ilə bağlı Əmək Məcəlləsinin 77-ci maddəsinin *-ci bəndinə uyğun olaraq “rəsmi xəbərdarlıq” əmrin mətnində ştatları ixtisara düşən işçilərin adları göstərilmədən yazılmışdır ki, bu əmək qanunvericiliyinin ciddi pozu ntusudur. O, rəsmi qaydada bu əmrlə tanış edilməmişdir. Həm də işəgötürən, mətnində heç bir ad və soyad göstərilməyən “rəsmi xəbərdarlıq” əmrini həmkarlar ittifaqı təşkilatına 08 fevral 2022-ci il tarixli 05/a saylı təqdimatından 6 gün əvvəl qəbul etmişdir. Halbuki, elementar kargüzarlıq qaydalarına cavab verməyən bu əmr heç bir halda işəgötürənin təqdimatını qabaqlaya bilməzdi. xx.xx.2022-ci il tarixdə xəbərsiz olduğu “rəsmi xəbərdarlıq” Əmək Məcəlləsinin hətta 77-ci maddəsinin *-ci bəndinin də tələbinin pozuntusu (2 həftəlik müddət və iş axtarmağa imkan yaradılması) ilə aparılmış, cavabdehin “rəsmi xəbərdarlıq” hesab etdiyi əmrdən 5 ay 4 gün ötəndən sonra xx.xx.2022-ci il tarixli *0 saylı əmrlə onunla bağlanmış əmək müqaviləsinə “ştat ixtisarı” və “Yeni Azərbaycan Partiyası üzvü olmamağı ” səbəbindən xitam verilmişdir. Əmək Məcəlləsinin 80-cı maddəsinin tələbinə görə, əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının (daha cavabdehin “rəsmi xəbərdarlıq” hesab etdiyi əmrdən sonra yox) alınması üçün aşağıdakı hallar mövcud olmalıdır: İşçi müvafiq sahə üzrə həmkarlar ittifaqı təşkilatının üzvü olmalıdır. Belə ki, “Həmkarlar ittifaqları haqqında “Qanunun **-ci maddəsinə əsasən, həmkarlar ittifaqı öz üzvlərinin əmək hüquqlarını müdafiə edir. Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən həmin Məcəllənin 70-ci maddəsinin “b” və “c” bəndlərində göstərilən əsaslarla həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınması üçün işəgötürənin a) əsaslandırılmış yazılı təqdimatı olmalı, təqdimata b) müvafiq əsaslandırma sənədləri əlavə edilməlidir. Lakin işəgötürənin xx.xx.2022-ci il tarixli 05/a saylı təqdimatında bunların heç biri yoxdur. Həm də ki, bunların olması da qeyri-mümkün idi. Çünki təqdimatdan 5 ay 4 gün ötəndən sonra xx.xx.2022-ci il tarixli *0 saylı əmrlə “ştat ixtisarı” bəhanəsi ilə onu işdən çıxardandan 2 gün sonra bu vəzifəyə X*8 təyin edilmişdir. Əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası işəgötürənlə onun arasında əmək müqaviləsinin müddətsiz bağlandığını təsdiqləyir. “Əmək və Məşğulluq altsisteminə *3.09.202*-ci ildə daxil edilmiş *6.07.202*-ci ildə müddətsiz bağlanmış əmək müqaviləsi əsasında xxxxxxx000200 №- li “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi” də bunu bir daha təsdiqləyir. Lakin işəgötürənin əly azması ilə məhkəməyə kserosurətini təqdim etdiyi *6.07.202*-ci il tarixli 08 saylı əmrdə (təşkilatın sabiq sədri P.Nəbiyev imzalamışdır) 0* yanvar 2022-ci ilə qədər mühasib vəzifəsinə qəbul edilməyi göstərilmişdir. X2 barəsində verdiyi xx.xx.2022-ci il tarixli *0 №-li əmrə əlavə olaraq “Əmək və Məşğulluq” altsisteminə işlənib, işəgötürənin öz əlyazması ilə imzalanmış əmrdə də onun işdən çıxardılma səbəbi “Yeni Azərbaycan Partiyası üzvü olmamamağı” və “ştat ixtisar” göstərilmişdir. İşəgötürənin yol verdiyi çox ciddi bir saxtakarlıq da bundan ibarətdir ki, onu “ştat ixtisarı” bəhanəsi ilə (04 iyul 2022-ci il tarixli əmrlə) işdən çıxardandan *6 iş saatı keçdikdən sonra işəgötürən onun işlədiyi mühasib vəzifəsinə 06 iyul 2022 tarixli əmrlə X** qəbul etmişdir.
7. Birinci instansiya məhkəməsində Yeni Azərbaycan Partiyası Şirvan şəhər Təşkilatının sədri X4 iddianı etiraf etməmiş, izahat verərək bildirmişdir ki, X7 Şirvan şəhər Təşkilatının *6.07.202*-ci il tarixli, 08 saylı əmri ilə iddiaçı *6.07.202*-ci il tarixindən 0*.0*.2022-ci il tarixinə kimi müddətli müqavilə əsasında Yeni Azərbaycan Partiyasının Şirvan şəhər Təşkilatına məsləhətçi-mühasib vəzifəsinə işə qəbul edilmişdir. Yeni Azərbaycan Partiyasının Şirvan şəhər Təşkilatının 05.0*.2022-ci il tarixli, 0* nömrəli əmri ilə iddiaçı ilə bağlanılmış əmək müqaviləsinin müddəti 0*.03.2022-ci il tarixinə kimi uzadılmışdır. Yeni Azərbaycan Partiyasının Şirvan şəhər Təşkilatının xx.xx.2022-ci il tarixli,*0 saylı əmri ilə İddiaçı Maarif oğlu tutduğu məsləhətçi-mühasib vəzifəsindən azad olmuşdur. İş materialları arasında iddiaçının i şdən azad olunması barədə eyni tarixli, eyni nömrəli (xx.xx.2022-ci il tarixli, *0 saylı) iki əmr vardır. Həmin əmrin birində əmək müqaviləsinə xitam verilməsi əsası "Yeni Azərbaycan Partiyasının üzvü olmaması”, digərində “ştatların ixtisarı" qeyd olunmuşdur. İddiaçı ilə bağlanılmış əmək müqaviləsinin ləğv olunması əsası onun bildirdiyi kimi Yeni Azərbaycan Partiyasının üzvü olmaması ilə deyil, ştatların ixtisarı ilə bağlı olmuşdur. Yeni Azərbaycan Partiyası sədrinin 05.03.202*-ci il tarixli, nömrəli sərəncamına uyğun olaraq YAP yerli təşkilatlarının Aparatının yenidən formalaşdırılması ilə əlaqədar YAP Şirvan şəhər təşkilatının işçilərinin əmək müqavilələrinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "B" bəndinə əsasən (işçilərin və ya ştatları ixtisar edildikdə) xitam ve rilməsi nəzərdə tutulmuş, bu barədə Əmək Məcəlləsinin 77-ci maddəsinin birinci hissəsinə əsasən altı təqvim həftəsi xəbərdarlıq müddəti müəyyən olunmuş, həmin müddət bitdikdən sonra təşkilatın digər işçiləri ilə bərabər iddiaçı ilə əmək müqaviləsinə xitam veriləcəyi ilə bağlı iddaçıya və digər işçilərə rəsmi xəbərdarlıq edilmiş, onlara bu barədə adıçəkilən xəbərdarlıq rəsmi qaydada təqdim olunmuşdur. Hal-hazırda digər işçilərə rəsmi xəbərdarlıq verilməsi ilə bağlı imzaları ilə təsdiq olunmuş müvafiq sənədlər əldə olsa da, iddiaçının adı ilə qeyd olunmuş həmin təsdiqedici sənəd iddiaçının təşkilatda çalışdığı müddətdə sənədlərin içərisindən götürülərək yox olmuşdur. Digər tərəfdən, iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə iddiaçının özü tərəfindən məhkəməyə təqdim ol unmuş xx.xx.2022-ci il tarixli, *0 saylı əmrdə bağlanılmış əmək müqaviləsinin ləğv olunması əsasının “ Yeni Azərbaycan Partiyasının üzvü olmaması" qeyd olunması texniki səhvlə bağlı olmuş və həmin əmr YAP Şirvan şəhər təşkilatının sədri olaraq tərəfindən imzalanarkən də yanlışlıq diqqətindən yayınmışdır. Eyni zamanda, adı çəkilən əmrin yuxarı hisəssində işçi ilə bağlanılmış əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “B” bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) istinad olunmuşdur. Bu səbəbdən də iddiaçınn əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli, *0 saylı əmrdə işdən azad olma əsasının "Yeni Azərbaycan Partiyasının üzvü olmaması" kimi göstərilmiş qeyd əsassızdır. Adı çəkilən əmr tərəfindən verilmiş əmrlə ləğv olunmuşdur. Digər tərəfdən, iddiaçı təşkilatda çalışdığı dövrdə təşkilatın büdcəsinə yığılmış vəsait az olduğundan digər işçilərlə bərabər Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin *3.09.20*9-cu il tarixli, 3 saylı qərarına əsasən təsdiq olunmuş xx.xx.2020-ci il tarixli ştat cədvəlinə uyğun əmək haqqı almışdır. Bu səbəbdən də İddiaçı əmək müqaviləsinə xitam verildiyi tarixədək 2020-ci il tarixli ştat cədvəlinə əsasən 442 manat əmək haqqı almışdır. Yeni Azərbaycan Partiyası Şirvan şəhər Təşkilatı Aparatının hazırda mühasibi vəzifəsində çalışan X*8 06 iyul 2022-ci il tarixli əmrlə işə götürülmüş və ona verilən əmək haqqı 2022-ci il tarixli ştat cədvəlinə əsasən müəyyən olunmuşdur. YAP Şirvan şəhər təşkilatının sədri 0* fevral 2022-ci il tarixində Yeni Azərbaycan Partiyasının X* 5 Heyəti tərəfindən vəzifəyə təyin olunduğu üçün onun aylıq əmək haqqı yeni ştat cədvəlinə əsasən müəyyən olunmuşdur. Əmək haqqı məbləği partiya üzvlərinin sayı ilə deyil, YAP X*5 Heyətinin qərarı ilə müəyyən olunur.
8. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X20 göstərmişdir ki, o, əvvəllər Yeni Azərbaycan Partiyası Şirvan şəhər Təşkilatının sədri vəzifəsində işləmiş, İddiaçı Maarif oğlu ilə təxminən 3-4 ay birlikdə işləmişdir. İddiaçı işə qəbul edilərkən 2022ci ilin əvvəllərində ştat ixtisarı olunacağını bildirmələrinə baxmayaraq onlarla razılığa gələrək işə qəbul olunmuşdur. Onunla bağlanmış müqavilə müddətsiz deyil, müddətli bağlanmışdır. Əmək müqaviləsi bildirişinin elektron imzalanması üçün olan “Asan imza” iddiaçıda olmuş, o da bundan istifadə edərək müqavilənin müddətsiz bağlanmasını qeyd etmişdir.
9. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X5 göstərmişdir ki, 20*8-ci ildən cavabdeh Təşkilatda xadimə işləmişdir. Ştatların ixtisarı ilə bağlı xəbərdarlığı ona İddiaçı yazılı surətdə bildirmişdir. Belə ki, təşkilatın yazı işlərini iddiaçı görmüşdür. Xəbərdarlığı iddiaçı dəftərini onun yanına gətirərək bildirmişdir ki, “işdən çıxarılman barədə xəbərdarlığı oxu və imzala”. İddiaçı sözünə əlavə edərək bildirmişdir ki, “xəbərdarlıq hamı üçün gəlmiş, o da tanış olaraq imzalamışdır.
10. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X9 göstərmişdir ki, cavabdeh təşkilatda mühafizəçi işləmişdir. Ştat ixtisarı barədə xəbərdar olmuşdur. Xəbərdarlığı iddiaçı ona yazılı verərək imzalatmışdır. Xəbərdarlıq bütün işçilərə verilmişdir. O, həmin müddəti gözləmədən 2-3 gün sonra ərizə yazaraq işdən çıxmışdır.
11. Şirvan Şəhər Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(032)-*463/2022 nömrəli qətnaməsi ilə (hakim Elçin Qurbanov) İddiaçı Maarif oğlunun cavabdeh Yeni Azərbaycan Partiyası Şirvan şəhər Təşkilatına qarşı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında 04 iyul 2022-ci il tarixli *0 saylı əmrin və “ əmək müqaviləsinə xitam verilməsi barədə” (Əmək və Məşğulluq” altsistemində qeyd edilmiş 04 iyul 2022-ci il tarixli *0 saylı əmrin ləğv edilməsi, işə bərpa edilməsi, məcburi iş buraxılmasına görə işə bərpa günə qədər əmək haqqının ödənilməsi, 2022-ci ilin ştat cədvəlinə uyğun olaraq əmək haqqının ödənilməmiş hissəsini və 50 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutulması tələbinə dair iddia ərizəsi təmin edilməmişdir.
12. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işəgötürən tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinin tələblərinə uyğun olaraq iddiaçı ilə əmək müqaviləsi ləğv edilərkən Əmək Məcəlləsinin 77ci maddəsinin *-ci bəndinə uyğun olaraq əmək stajına uyğun olaraq rəsmi xəbərdar edilmişdir. Ona görə də məhkəmə İddiaçı Əmək Məcəlləsinin 77-ci maddəsinin tələblərinə uyğun olaraq xəbərdar olunmaması barədə dəlilini qəbul etmir. Belə ki, cavabdeh Yeni Azərbaycan Partiyası Şirvan şəhər Təşkilatının cəmi 4 nəfər işçisindən 3 nəfərin xəbərdar olunması təsdiq olunmuş sübutlarla müəyyən olunduğu halda, İddiaçı xəbərdar olunmaması inandırıcı deyil, çünki həmin yazılı xəbərdarlıqları elə iddiaçının özü işçilərə təqdim etmişdir. Bund an başqa, məhkəmə onu da nəzərə alır ki, İddiaçı işdənçıxarma müavinəti də ödənilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatında işçilərin sayı və ştatlar ixtisar edildiyindən İddiaçı ilə olan əmək münasibətlərinə mövcud olan əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq xitam verilmişdir.
13. Birinci instansiya məhkəməsi mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Əmək Məcəlləsinin 70-ci maddəsinin *, 3-cü bəndlərinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
14. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam həcmdə təmin edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, onun vəzifəsi YAP ş əhər təşkilatında nə ictimai, nə də siyasi xarakterli deyil, sırf maliyyə xarakterli olmuşdur. Onun işdən çıxarılmasından sonra nə işçilərin sayı, nə da ştatları ixtisar edilməmişdir. Cavabdehin etiraz ərizəsində də etiraf etdiyi kimi, o, işdən çıxarıldıqdan 2 gün sonra onun tutduğu vəzifəyə yeni mühasib işə götürülmüşdür.
16. Məhkəmə iddiaçının sübutlarına ümumiyyətlə qiymət verməyib və nəzərə almayıb. Məhkəmə iddiaçıya münasibətdə qərəzli olub. Belə ki, işin məhkəmə baxışında cavabdeh işəgötürən manipulyasiya edərək onun barəsində verdiyi xitam əmrini-“YAP üzvü olmaması” əmrini-məhkəmə proseduru getdiyi dönəmdə yəni 26 oktyabr 2022-ci il tarixində digər bir əmrlə ləğv etmiş və artıq məhkəmə baxışı prosedurunun başlanmasına baxmayaraq, hakim də “YAP üzvü olmadığı” əsası ilə işdən çıxarılm ası barədə verilmiş əmrin ləğv edilməsi barədə işəgötürənin əmrini qanuni hesab etmişdir. Məhkəmə nəzərə almaq istəməmişdir ki, işəgötürən tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndi qəsdən düzgün tətbiq edilməmişdir. Çünki hakim görməyə bilməzdi ki, bu necə “ştat ixtisarıdır” ki, onu ixtisara salan işəgötürən 48 saat sonra (xx.xx.2022-xx.xx.2022) onun yerinə eyni vəzifə funksiyası ilə başqa şəxsi qəbul edir. Cavabdeh öz etiraz ərizəsində də X** 06 iyul 2022-ci il tarixli əmr ilə mühasib vəzifəsinə təyin etdiyini etiraf etmişdir. İşəgötürənin məhkəmə baxışı prosesində araşdırılmayan YAP-ın 05.03.202*-ci il tarixli sərəncamı ilə onu “ştat ixtisarı” bəhanəsi ilə işdən çıxartması da qanunsuzdur. Çünki həmin sərəncamda söhbət ştat ixtisarından deyil, YAP-ın yerli təşkilatlarının ş tatlı işçilərinin vəzifə maaşlarından gedir. YAP sədrinin 05 mart 202*-ci il tarixli sərəncamı məhkəmə baxışında tədqiq edilməmiş, hakim tərəfindən qətnamənin qərar hissəsinin elan olunmasından sonra iş materiallarına əlavə edilmişdir. YAP sədrinin 05 mart 202*-ci il tarixli sərəncamını qanunsuz əsas tutaraq “ştat ixtisarı” bəhanəsi ilə onu işdən çıxaran işəgötürən Zahir Qəhrəmanov bu barədə həmkarlar ittifaqı təşkilatına bir ildən sonra 08 fevral 2022-ci il tarixdə təqdimat göndərmiş, “ştat ixtisarı” ilə əlaqədar işdən çıxarılmaq əmrlərini isə təqdimatdan 6 ay sonra 04 iyul 2022-ci il tarixdə vermişdir. Lakin məhkəmə işəgötürənin bu şübhəli, məntiqsiz hərəkətlərinə hüquqi qiymət verməmişdir.
17. Apellyasiya instansiyası məhkəməsində cavabdeh Yeni Azərbaycan Partiyasının Şirvan Şəhər Təşki latının vəkili Vəkil* apellyasiya şikayətini qəbul etməyərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
18. Şirvan Apellyasiya Məhkəməsinin (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(*06)-48*/2023 saylı, 2023-cü il *7 aprel tarixli qətnaməsi ilə (Zaur Allahyarov – sədrlik edən və məruzəçi, İlham Əsədov, Samir Mayılov) apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia rədd edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı işdən azad olunması barədə 04 iyul 2022-ci il tarixli, *0 saylı əmr verilmişdir.İş materiallarına eyni tarixli, eyni saylı, eyni məzmunlu əmrin surəti əlavə edilmişdir. İddiaçı 04 iyul 2022-ci il tarixli, *0 saylı əmri iki ayrı-ayrı əmrlər kimi mübahisələndirmişdir. Halbuki, əmrin tarixindən, nömrəsindən və məzmunundan görünür ki, faktiki olaraq bir əmr, yəni 04 iyul 2022-ci il tarixli, *0 saylı əmr mövcud olmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş əmrlərin qeydiyyatı kitabından çıxarışdan da görünür ki, bir ədəd xx.xx.2022-ci il tarixli, *0 saylı əmr vardır. İddiaçı tərəfindən 04 iyul 2022-ci il tarixli *0 saylı və “əmək müqaviləsinə xitam verilməsi barədə” 04 iyul 2022-ci il tarixli *0 saylı əmrlər mübahisələndirilmişdir. Halbuki, eyni tarixli, eyni nömrəli, eyni məzmunlu bir əmr olmuşdur ki, həmin əmr də məhz işəgötürən tərəfindən 26 oktyabr 2022-ci il tarixli, 26 saylı əmrlə ləğv edilmişdir. Yəni iddiaçının iddia etdiyi kimi işəgötürən tərəfindən verilmiş işdən çıxarılma bar ədə əmrin ləğv olunması ilə həmin əmrin mübahisələndirilməsi aradan qalxmışdır. Baxmayaraq ki, birinci instansiya məhkəməsi ləğv edilmiş əmrin qanuni və ya qanunsuz olması üzrə hüquqi dəyərləndirmə apararaq yekun nəticəyə gəlmişdir. Məhkəmə nəzərə almamışdır ki, iddiaçının hüququnu və qanunla qorunan mənafeyini pozan əmr heç də, 04 iyul 2022-ci il tarixli *0 saylı və “əmək müqaviləsinə xitam verilməsi barədə” 04 iyul 2022-ci il tarixli *0 saylı əmr deyil, işəgötürən tərəfindən İddiaçı Maarif oğlunun barəsində qəbul edilən 26 oktyabr 2022-ci il tarixli əmr olmuşdur ki, hansı ki, bu əmr məhkəmənin mübahisə predmeti olmamışdır. Belə ki, Yeni Azərbaycan Partiyası Şirvan şəhər Təşkilatı tərəfindən qəbul edilmiş 26 oktyabr 2022-ci il tarixli, 26 əmrlə müəyyən olunur ki, Yeni Azərbaycan Partiyası Şirvan şəhər Təşkilatı tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli *0 saylı əmr ləğv olunmuşdur, eyni zamanda həmin əmrdə qeyd olunmuşdur ki, digər tərəfdən Yeni Azərbaycan Partiyasının sədrinin 05 mart 202*-ci il tarixli, 05 nömrəli sərəncamına uyğun olaraq YAP Şirvan şəhər təşkilatının Aparatının yenidən formalaşdırılması ilə əlaqədar YAP Şirvan şəhər təşkilatının işçilərinin əmək müqavilələrinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edilməsi) xitam verilmişdir. İddiaçı da həmin əsasla təşkilatın mühasib məsləhətçi vəzifəsindən azad olunmuşdur.
20. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçının 26 oktyabr 2022-ci il tarixli, 26 saylı əmri mübahisələndirmək hüququ vardır.
21. Məhkəmə kollegiyas ı mövqeyini hüquqi cəhətdən əsasandırarkən Əmək Məcəlləsinin 70, 75, 84-cü maddəsinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
22. İddiaçı (vəkil Nümayəndə Asif oğlu) qətnamədən kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsi və işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti apellyasiya şikayəti ilə oxşar məzmunda tərtib edilərək onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri əsasında işə mahiyyəti üzrə baxarkən maddi hüquq normalarını və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, işin faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmadan, əs assız və qanunsuz olaraq iddia tələblərinin təmin edilməməsi kimi səhv nəticəyə gəlmişdir.
24. İşəgötürənin 04 iyul 2022-ci il tarixli *0 saylı əmri ilə iddiaçı “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən “Yeni Azərbaycan Partiyasının üzvü olmaması” əsas ilə işdən azad edilmişdir. Yenidən, işəgötürənin eyni tarixli, eyni saylı-xx.xx.2022-ci il tarixli *0 saylı əmri ilə iddiaçı Yeni Azərbaycan Partiyasının üzvü olmadığı üçün “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə-işçilərin sayı və ştatların ixtisarına” əsasən işdən azad edilmişdir.
25. Göründüyü kimi, birinci halda işəgötürən tərəfindən iddiaçının konstitusion hüquqları pozulmuş, siyasi mənsubiyyətinə görə ayrı-seçkiliyə məruz qalmış və həmin əsasla qanunsuz olaraq işdən az ad edilmişdir.
26. İşəgötürən əmək müqaviləsinə xitam verməklə bağlı formal olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə istinad etsə də, iddiaçının işdən çıxarılmağının səbəbi (əsası) kimi onun partiya üzvlüyündən imtina etməsi aşkar göstərilib ki, bu da diskriminativ xarakter daşıyır. Məhkəmələr sözsüz ki, bu kobud qanun pozuntularını görüb də, lakin maddi hüquq normalarının düzgün tətbiq olunmasında səhvə yol vermiş, Yeni Azərbaycan Partiyasının nüfuzuna xələl gəlməməsi üçün, ayrı-seçkilik edərək onun açıqaşkar üstünlüyünü nümayiş etdirərək, qərəzli olaraq iş üçün əhəmiyyətli olan faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış və əmək qanunvericiliyi normalarını pozmuşlar.
27. Məhkəmə kollegiyasının Yeni Azərbaycan Partiyasının sədrinin 05 mart 202*-ci il tarixli, 05 nömrəli Sərəncamına münasibətdə hüquqi mövqeyi də başadüşülən deyil. Həmin Sərəncam partiyanın yerli təşkilatlarında işçilərin vəzifə maaşlarının təsdiqi ilə bağlı olmuşdur. Sərəncamda işçilərin sayının və yaxud ştatların ixtisar edilməsi nəzərdə tutulmamışdır. İşəgötürən iddiaçının partiya üzvü olmadığına görə həmin Sərəncamdan sui-istifadə edərək öz qanunsuz hərəkətlərini pərdələmişdir. Partiya təşkilatında faktiki olaraq heç bir ştat ixtisarı aparılmamışdır. Məhkəmə kollegiyası iddia tələblərindən kənara çıxmaqla açıq-aşkar mübahisə predmeti olmayan, özünün təbirincə desək, “bir ədəd”işəgötürənin 26 oktyabr 2022-ci il tarixli 26 saylı əmrini mübahisələndirmək kimi absurd bir nəticəyə gəlmişdir. Halbuki, həmin əmrin məzmunu məhkəmələrə əsas verirdi ki, iddiaçının pozulmuş əmək hüquqları bərpa edilsin. Məhkəmə kollegiyası davam edərək qeyd edir ki, iddiaçının 26 oktyabr 2022-ci il tarixli 26 saylı əmri mübahisələndirmək hüququ vardır. Tamamilə qüsurlu yanaşmadır. Əgər iddiaçı işəgötürənin 26 oktyabr 2022ci il tarixli 26 saylı əmrini mübahisələndirsəydi, sözsüz ki, məhkəmələr əvvəlki iki əmrin mübahisələndirməsini və çox ehtimal ki, iddia müddətinin ötürülməsini əsas gətirəcəkdilər. b)Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
29. Maddə *6. Hissə *. Əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmka rlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır.
30. Maddə
68. Bənd *. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
31. Maddə
70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsini n, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.
32. Maddə 7*.Hissə İ və İİİ.İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. İşəgötürən bu Məcəl lənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
33. Maddə
76. Hissə İ və İİ.İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz
34. Maddə
77. Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları *. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötü rən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.
2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.
3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilə lərinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı *,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı *,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.
35. Maddə 78.Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən tərəfindən 78 -ci maddənin *-ci hissəsinin pozuntusu da məhkəmə tərəfindən aşkar edilməmişdir. İddiaçının həmin vəzifə üzrə 2 ştat olduğu halda məhz onun tutduğu ştatın ləğv edilməsi məsələsini mübahisələndirməsi ilə əlaqədar məhkəmə qeyd edir ki, işçinin peşəkarlıq səviyyəsini işəgötürənin müəyyən etməsi qanunla müəyyən edilmişdir və hansı işçinin tutduğu vəzifənin ixtisar edilməsinə işəgötürən tərəfindən qərar verilərkən onun qeyriqanuni hərəkəti aşkar olunmamışdır.
36. Maddə 83.Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir
37. Maddə 84.Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasın ın adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsi ləğv edilən gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin *-ci hissəsində göstərilən məlumatlar olan sadə fo rmada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər.
38. Maddə
80. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
39. Maddə
300. Bənd *. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 7*, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. «X8» Azərbaycan Respublikası Qanun
28. Maddə **. Həmkarlar ittifaqları öz üzvlərinin əmək hüquqlarını müdafiə edir, dövlət məşğulluq siyasətinin hazırlanmasında iştirak edirlər. Müdiriyyətin təşəbbüsü ilə müəssisənin və ya onun struktur bölmələrinin ləğv edilməsi istehsalın tamamilə və ya qismən dayandırılmasına, iş yerlərinin ixtisarına və ya əmək şəraitinin pi sləşməsinə səbəb ola bilərsə, belə tədbirlər qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla müvafiq həmkarlar ittifaqlarını azı üç ay qabaqcadan xəbərdar etmək və işçilərin hüquqlarının və mənafelərinin gözlənilməsi barədə onlarla danışıqlar aparmaqla həyata keçirilir. Həmkarlar ittifaqları öz səlahiyyətləri daxilində qanunvericilikdə nəzərdə tutulan qaydada məşğulluğun vəziyyətinə, məşğulluq sahəsində təminatlar haqqında qanunvericiliyə əməl olunmasına nəzarət edirlər.
29. Maddə *9. Həmkarlar ittifaqları öz üzvləri ilə müdiriyyət arasındakı fərdi əmək mübahisələrini səlahiyyətləri dairəsində həll edir, kollektiv əmək mübahisələrinə (münaqişələrə) baxılmasında iştirak edirlər. Əmək mübahisələrinin (münaqişələrinin) predmeti və həlli qaydası Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
40. Maddə *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.*. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 2*7.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhk əmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 4*6.*. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
46. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələ ri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Qətnamədən kassasiya şikayəti verən iddiaçı qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, məhkəmə qətnaməsini ləğvinə səbəb olan prosessual hüquq normaları pozulmuş, iş üzrə hallara və sübutlara düzgün hüquqi qiymət verilməmişdir.
49. Belə ki, məhkəmələr tərəfindən işin araşdırılmış hallarından görünür ki, iddiaçı Yeni Azərbaycan Partiyasının Şirvan Şəhər Təşkilatının *6.07.202*-ci il tarixli 08 nömrəli əmri ilə mühasib vəzifəsinə qəbul edilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli *0 nömrəli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə “Yeni Azərbaycan Partiyasının üzvü olmadığı üçün ixtisar olunması” əsası ilə xitam verilmişdir. Bundan sonra cavabdehin eyni tarixli, eyni saylı əmri ilə əmək müqaviləsinə işçilərin sayı və ya ştat ixtisarı göstərilməklə xitam verilmişdir. Yeni Azərbaycan Partiyasının Şirvan Şəhər Təşkilatının 26.*0.2022-ci il tarixli 26 nömrəli əmri ilə “İddiaçı “Yeni Azərbaycan Partiyasının üzvü olmaması” əsası ilə vəzifədən azad olunmasına dair xx.xx.2022-ci il tarixli *0 nömrəli əmri ləğv edilmişdir.
50. Qeyd edilməlidir ki, mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq ə mək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, asılılıq baxımından işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterik haldır. İşəgötürən, işçi ilə əmək müqaviləsinin rəsmiləşdirilməsi, onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də bilavasitə işəgötürənin üzərinə düşür.
51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” *5 iyul 20**-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə də işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəi f tərəfdir. İşəgötürən işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilatisərəncamvercici səlahiyyətlərə malik olur.
52. İddiaçının ilk dəlili “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən “Yeni Azərbaycan Partiyasının üzvü olmaması əsası ilə ixtisar olunması» ilə bağlı işdən azad edilməsinin qanunauyğun olmaması və təqibə məruz qalması ilə bağlıdır.
53. Məhkəmə kollegiyası məhz cavabdeh tərəfin də bu dəlillə razılaşması ilə bağlı iradəsinin mövcudluğunu nəzərə alır və bununla bağlı daha geniş araşdırma aparılmasını zəruri hesab etmir.
54. Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin tə min olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.
55. Bu prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir.
56. Apellyasiya instansiya məhk əməsi birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşmayaraq iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edərkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2022-ci il tarixli *0 saylı əmri iki ayrı-ayrı əmrlər kimi mübahisələndirmiş, halbuki əmrin tarixindən, nömrəsindən və məzmunundan faktiki olaraq bir əmrin mövcudluğu aydın olur. Həmin əmr də işəgötürən tərəfindən 26 oktyabr 2022-ci il tarixli əmrlə ləğv edilmişdir. İddiaçının iddia etdiyi kimi işəgötürən tərəfindən verilmiş işdən çıxarılma barədə əmrin ləğv olunması ilə həmin əmirin mübahisələndirilməsi aradan qalxmışdır. İddiaçının mənafeyini pozan əmr heç də 04 iyul 2022-ci il tarixli *0 saylı və «əmək müqaviləsinə xitam verilməsi barədə» 04 iyul 2022-ci il tarixli *0 saylı əmr deyil, işəgötürən tərəfindən qə bul edilən 26 oktyabr 2022-ci il tarixli əmr olmuşdur ki, həmin əmr mübahisə predmeti olmamışdır.
57. Bu zaman məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin istinad etdiyi və iddiaçı tərəfindən mübahisələndirilməyən əmrin məzmununa diqqət yetirilməsini zəruri hesab edir. Əmrin məzmunundan görünür ki, - «Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatı Aparatının mühasibməsləhətçisi İddiaçı «Yeni Azərbaycan Partiyasının üzvü olmaması» əsası ilə vəzifədən azad olunmasına dair xx.xx.2022-ci il tarixli *0 saylı əmr ləğv edilmişdir. - Əmrin verilməsinə əsas - İddiaçı «Yeni Azərbaycan Partiyasının üzvü olmaması» əsası ilə təşkilatın mühasib-məsləhətçi vəzifəsindən azad olunmasına dair «Yeni Azərbaycan Partiyası»nın Şirvan şəhər təşkilatının xx.xx.2022-ci il tarixli, *0 saylı əmrində əm ək müqaviləsinin ləğv olunması əsasının «Yeni Azərbaycan Partiyasının üzvü olmaması» qeyd olunması texniki səhv olmuş və həmin əmr YAP Şirvan şəhər təşkilatının sədri tərəfindən imzalanarkən də həmin yanlışlıq diqqətdən kənar qalmışdır. - Məzmunu – Digər tərəfdən X*3 sədrinin 05 mart 202*-ci il tarixli 05 nömrəli sərəncamına uyğun olaraq YAP Şirvan şəhər təşkilatının Aparatının yenidən formalaşdırılması ilə əlaqədar YAP Şirvan şəhər təşkilatının işçilərinin əmək müqavilələrinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edilməsi) xitam verilmişdir. İddiaçı da həmin əsasla təşkilatın mühasibməsləhətçisi vəzifəsindən azad olunmuşdur. Eyni zamanda İddiaçı təşkilatın mühasib- məsləhətçi vəzifəsindən azad olunmasına dair xx.xx.2022-ci il tarix li *0 saylı əmrdə «Yeni Azərbaycan Partiyasının üzvü olmaması» əsası ilə bərabər, həm də Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndində (işçilərin sayı və ştatların ixtisarı edildikdə) istinad olunmuşdur ki, bu hal da əmrdə ziddiyyət yaradır. Qeyd olunmuş əsasa uyğun olaraq İddiaçı «Yeni Azərbaycan Partiyasının üzvü olmaması» əsası ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli *0 saylı əmr əsassızdır.
58. İşə əlavə edilmiş Əmək və Məşğulluq altsisteminə daxil edilmiş əmək müqaviləsi bildirişində olan məlumatlar aşağıdakı kimi göstərilmişdir; «- işəgötürən - «X*6»nın Şirvan şəhər təşkilatı, işçi İddiaçı, müqavilənin bağlanma tarixi – *6.07.202*-ci il, müqavilənin statusu – qüvvədən düşüb, müqavilənin müddəti müddətsiz, xitam bildirişinin sistemə daxil olduğu tarix- xx.xx.2022-ci il, xitam bildirişinin imzalanma tarixi- xx.xx.2022-ci il, xitam əmrinin tarixi xx.xx.2022, xitam verilmə maddəsi - 70 B »
59. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi irəli sürülərkən apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi və iddiaçı tərəfindən mübahisələndirilmədiyi göstərilən 26.*0.2022-ci il tarixli əmr mövcud olmamış, mövcud olmayan əmrin mübahisələndirilməsi isə yolverilən hesab edilə bilməzdi. Digər tərəfdən işin aşkar halı ondan ibarətdir ki, həmin əmr məhz iddianın məhkəmənin icraatında olduğu zaman tərtib olunmuş və məhkəməyə təqdim olunmuşdur. Belə olan halda məhkəmənin ümumiyyətlə həmin sübutun qəbuledilənliyini, eyni zamanda məhkəmənin artıq yeni sübut hesab edilən həmin əmrin qəbul edilməsinin mümkünlyünü müzakirə etmək vəzifəs i olmuş, lakin belə müzakirənin aparılmasını təmin etməmişdir.
60. Digər tərəfdən hətta həmin əmrin sübut olaraq qəbul olunması mümkün hesab edilsə belə nəzərə alınmalı idi ki, işəgötürən əmrdə yanlışlığın, texniki səhvin olmasını və əmrdə göstərilən digər əsasla (iki fərqli əsasla işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin mümkünsüzlüyü) ziddiyyət təşkil etməsini göstərmiş, onun niyyəti yanlışlığa yol verilən hissənin əmrdən xaric edilməsindən ibarət olmuşdur. Bu halda mütləq nəzərə alınmalıdır ki, Əmək və Məşğulluq altsisteminə iddiaçının işdən azald olunması əsası olan xx.xx.2022-ci il tarixli əmri daxil edilmiş və sistemədə qalmaqda davam edir.
61. Bununla yanaşı iddia tələbindən görünür ki, iddiaçı eyni tarixdə verilmiş, eyni saylı və eyni məzmunlu əmrləri mübahisələndirm iş, işə baxan apellyasiya məhkəməsi belə əmrlərin verilməsi zərurətinin nədən yaranmasını cavabdehlə müzakirə etməli və bununla bağlı müvafiq qiymətləndirmənin aparılmasını təmin etməli idi. Lakin apellyasiya instansiya məhkəməsi nəinki qiymətləndirmə aparmamış, ümumiyyətlə belə müzakirənin aparılmasını zəruri hesab etməmişdir. Bu zaman nəzərə alınmalı idi ki, işəgötürən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı rəsmiləşdirmə apararkən özünün yol verdiyi yanlışlıqlar və ya səhvlər və bunların düzəldilməsi ilə bağlı yeni əmrlərin qəbul edilməsi nəticəsində yaranmış vəziyyət heç bir halda işçinin ziyanına şərh oluna bilməz. Nəzərə alınmalıdır ki, əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, asılılıq baxımından işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xa rakterik haldır.
62. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiya məhkəməsinin «iddiaçının iddia etdiyi kimi işəgötürən tərəfindən verilmiş işdən çıxarılma barədə əmrin ləğv olunması ilə həmin əmrin mübahisələndirilməsinin aradan qalxması» əsası ilə iddianın rədd edilməsi ilə bağlı mövqeyi bu qərarın yuxarıda göstərilən bəndlərində olan halların aydınlaşdırılmasının və qiymətləndirilməsinin təmin edilmədiyi halda qanuni və əsaslı hesab edilə bilməz.
63. İddiaçının digər dəlilləri «Yeni Azərbaycan Partiyası»nda işçilərin sayının azaldılması və ya ştatların ixtisarının həyata keçirilməsinə zərurətin olmaması, bununla bağlı qərarın olmaması, əmr məhz Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndi ilə əsaslandırılmış olsa da, qanunvericiliyin müəyyən etdiyi tələblərə əməl edi lməməsi ilə bağlıdır.
64. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında «Yeni Azərbaycan Partiyası» nda və ya partiyanın Şirvan şəhər təşkilatında işçilərin sayının azaldılması və ştat ixtisarı ilə bağlı qərarın və sərəncamın mövcudluğu müəyyən olunmur.
65. Cavabdeh tərəfin mövqeyindən aydın olur ki, ixtisarın əsası kimi «Yeni Azərbaycan Partiyası» sədrinin 05 mart 202*-ci il tarixli sərəncamına istinad edilir. Məhz həmin sərəncam əsasında YAP Şirvan şəhər təşkilatının aparatının yenidən formalaşdırılması ilə əlaqədar işçilərin əmək müqavilələrinə Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən xitam verilməsi göstərilir.
66. Həmkarlar ittifaqı təşkilatına göndərilən təqdimatda da, ixtisarın məhz həmin sərəncam əsasında aparılması ilə bağlı olduğuna istinad edilmişdir.
67. Lak in iş materiallarına əlavə olunmuş sərəncamın surətinə diqqət yetirilərkən aydın olur ki, 05 mart 202*-ci il tarixli, 05 nömrəli sərəncam partiyanın yerli təşkilatlarında işçilərin vəzifə maaşlarının təsdiqi ilə bağlı olmuşdur. Sərəncamda işçilərin sayının və yaxud ştatların ixtisar edilməsi nəzərdə tutulmamışdır.
68. Belə olan halda işəgötürənin həmin sərəncama istinad edərək, ixtisarla bağlı prosedur başlaması və bununla bağlı əmrlər tərtib etməsi, müvafiq olaraq həmkarlar ittifaqı təşkilatına təqdimat göndərməsi, işçi(lər)yə xəbərlarlıq edilməsi maddi hüquq normasının pozulması kimi qiymətləndirilməlidir.
69. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəb ul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görməlidir.
70. Baxılan işin halları baxımında nəzərə alınmalıdır ki, cavabdeh özlüyündə ixtisarın aparılması səlahiyyətinə malik olmamışdır. Bu səlahiyyət yalnız partiyanın mərkəzi aparatına məxsusdur. Qeyd edildiyi kimi mərkəzi aparatın partiyanın rayonşəhər təşkilatlarında işçilərin sayının azaldılması və ya ştat ixtisarının həyata keçirilməsi ilə bağlı hər hansı sərəncamı mövcud deyildir. İşçilərin sayının və ya ştatların ixtisarının aparılması müəsissədə idarəetməni təkmilləşdirmək, işin həcminin azalması səbəbindən artıq xərclərin qarşısını almaq, işin fəaliyyətini optimallaşdırmaq və bunun kimi digər zəruri islahatlar aparmaq məqsədi ilə müəyyən edilmiş vəzifə və ya struktur üzrə bir və ya bir necə ştat vahidinin ləğvi başa düşülməlidir. Bir qayda olaraq, bu işlər işəgötürənin əsaslandırlmış əmri ilə həyata keçirilir.
71. Əmək Məcəlləsinin 7*-ci maddəsinin 3-cü bəndində aydın ifadə edilmişdir ki, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
72. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçının xx.xx.2022-ci ildə mübahisələndirilən əmrlə işdən azad edildikdən sonra «Yeni Azərbaycan Partiyası» Şirvan şəhər Təşkilatı 06 iyul 2022-ci il tarixli əmrlə aparatının mühasibi vəzifəsinə (yəni iddiaçının tutmuş olduğu vəzifəyə) X*8 işə götürülmüş və ona verilən əmək haqqı 2022-ci il tarixli ştat cədvəlinə əsasən müəyyən olunmuşdur.
73. Nəzərə alınmalıdır ki, iş materiallarında əlavə edilmiş ştat cədvəli ndə digər eyni vəzifənin mövcud olması müəyyən edilmir. İstinad olunan hallar aşkar olaraq onu təsdiq edir ki, cavabdeh təşkilatda işçilərin sayının azaldılması və ştatların ixtisarı olmamışdır.
74. Qeyd edilməlidir ki, işçilərin sayının ixtisarı dedikdə, konkret vəzifə üzrə ştat vahidlərinin azaldılması (eyni funksiyaları yerinə yetirən işçilərin arasından bir neçəsinin ixtisarı) başa düşülür. Ştatların ixtisarı dedikdə isə, konkret vəzifənin ümumilikdə müəssisənin ştat cədvəlindən çıxarılması (eyni və ya oxşar funskiyaları həyata keçirən bütün işçilərin ixtisarı) başa düşülür. İxtisar keçirilən zaman bəzi tələblərə əməl etmək lazımdır. İxtisar real olmalıdır. İxtisarın real olduğunu aşağıdakı sənədlərin məcmusu təsdiq edir: İxtisar edilmiş ştatlar çıxarılmaqla müəssisənin yeni ştat cədvə linin təsdiq edilməsi və ya köhnə ştat cədvəlində müvafiq dəyişiklik edilməsi barədə əmr, işdə qalmaqda üstünlük hüquqlarının müqayisəli analizinin nəticələri barədə sənəd, Həmkarlar ittifaqının üzvü olan işçilərin ixtisarı zamanı müəssisənin həmkarlar təşkilatının əsaslandırılmış yazılı qərarı, İxtisar barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və onun yerli orqanlarına 2 ay əvvəlcədən məlumat verildiyini təsdiq edən sənəd, işçiyə ixtisar olunacağı barədə əvvəlcədən məlumat verildiyini təsdiq edən işçinin imzası olan sənəd və ya xəbərdarlıq müddəti əvəzinə iki aylıq əmək haqqının ödənilməsi barədə işçinin yazılı razılığı və belə ödənişin edildiyini təsdiq edən sənəd, xəbərdarlıq müddəti ərzində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçinin hər iş həftəsində azı bir iş günü əmək funksiyasının icrasından azad edilməsi barədə əmr (və ya digər rəsmi sənəd), ixtisar olunan hər bir işçinin əmək müqaviləsinə xitam verilməsi barədə əmr.
75. Qanunvericiliyin qeyd edilən normalarının təhlilindən aydın olur ki, işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Bu halda, işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən əmək müqaviləsinə uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq müəyyən müddətdə rəsmi xəbərdar edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, bu xarakterli mübahisənin qanuni həlli baxımından göstərilən əsasla əmək müqaviləsinə xitam verilərkən işçilər üçün müəyyən edilm iş təminatları aydınlaşdırmağı və iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən bu təminatlara əməl edilib-edilməməsinə diqqət yönəlməsi zəruri hesab olunur. Məhz bu baxımdan qanunvericilikdə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verərkən işçilər üçün müəyyən təminatlar müəyyən edilmişdir. Bu hal, həmçinin dövlətin vətəndaşların sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalmaq sahəsində sosial siyasətinin əsas istiqamətlərindən irəli gəlir.
76. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının digər dəlilləri bu qərarın 72-73-cü bəndlərində göstərilən qaydalara əməl edilməməsi və qanunvericiliyin ona verdiyi təminatlardan məhrum edilməsi ilə bağlıdır. Məhkəmə kollegiyası məhz bu qərarın 54-7*-ci bəndlərində müəyyən etdiyi hallarla istinad etməklə iddiaçının həmin dəlilər i ilə razılaşır və apellyasiya instansiya məhkəməsi tərəfindən həmin halların araşdırılmaması nəticəsinə gəlir. 77. “İ.Ağayevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının *7.0*. 20**-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 22.0*.20*3-cü il tarixli qərarında göstərilmişdir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) məhkəmələr tərəfindən məhkəmə aktlarının əsaslandırılması ilə bağlı irəli sürülən tələbinə əməl edilməməsini ədalətli məhkəmə araşdırılması hüququnun pozulması kimi qəbul edir və özünün bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir.
78. Ona görə də kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tamamilə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
79. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə yenidən baxılarkən yuxarıda göstərilən nöqs anlar aradan qaldırılmaqla iş üzrə hallar ətraflı araşdırılmalı, araşdırma nəticəsində müəyyən edilənlərə və sübutlara MPM-in qüvvədə olan normalarının tələbinə uyğun hüquqi qiymət verilməli, tərəflər arasındakı hüquq münasibətinin xarakterinə uyğun maddi hüquq normaları tətbiq edilməklə qanuni və əsaslandırılmış yekun məhkəmə aktı qəbul edilməlidir.
80. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4*6, 4*7 və 4*9-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *7 aprel 2023-cü il tarixli 2(*06)-48*/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İş yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edi