Məhkəmə qərarları › İş №2(102)-3212/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3212/2020

11.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3212/2020 11.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və X1 ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəkili Səfərov Fəxrəddin Heydər oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsinə qarşı hərbi xidmət keçməsi və hərbi xidmətdən ehtiyata buraxılma faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-110/20 saylı, 23 yanvar 2020-ci il tarixli qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Zaqatala Rayon Məhkəməsinin 03 iyun 2019-cu il tarixli qərardadı ilə (hakim T.H.Həsənov, iş № 2(033)-534/2019) İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsinə qarşı iddia tələbinin 06 may N-ci il tarixdən 09 iyun N-ci il tarixədək hərbi xidmət keçməsi faktının müəyyən edilməsi tələbinə dair hissəsi üzrə mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. Zaqatala Rayon Məhkəməsinin 03 iyun 2019-cu il tarixli qətnaməsi ilə (hakim T.H.Həsənov, iş № 2(033)-534/2019) İddiaçı 09 iyun N-ci il tarixdə hərbi xidmətdən ehtiyata (tərxis olunma) buraxılma faktının müəyyən edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-110/20 saylı, 23 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər M.A.Əsədli (sədrlik edən və məruzəçi), Ə.T.Məcidov, A.A.Mahmudov) İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Zaqatala Rayon Məhkəməsinin 03 iyun 2019-cu il tarixli, 2(033)-534/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 06 may N-ci il tarixdən 09 iyun N-ci il tarixədək hərbi xidmət keçməsi və hərbi xidmətdən ehtiyata (tərxis olunma) buraxılma faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişd ir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 12 aprel 1968-ci il tarixdə Zaqatala rayonu, Qımır kəndində doğulmuşdur. 04 iyun 1986-cı ildən 21 iyun 1988-ci il tarixədək Sovet Ordu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra 06 may N-ci tarixdən 09 iyun N-ci il tarixədək Azərbaycan Respublikasının Ağdam rayonu ərazisində erməni işğalçılarına qarşı müharibədə vuruşan N saylı hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. O, faktiki olaraq müharibə veteranıdır. Bu fakt iddiaya əlavə etdiyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsinin 29 may 2018-ci il tarixli 123 saylı arayışı, Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin 25 sentyabr 2018-c i il tarixli g/2-14N saylı arayışı və müharibə veteranlarının şahidliyi ilə təsdiq olunur. O, bütün sənədlərini topladıqdan sonra Müdafiə Nazirliyinə ona müharibə veteranı vəsiqəsi verilməsi üçün müraciət etmişdir. Lakin Müdafiə Nazirliyi ona müharibə veteranı adı və vəsiqəsi verməkdən imtina etmişdir. Səbəb isə N-ci ilin iyun ayında hərbi xidməti təsdiq olunmaması və hərbi xidmətdən qanuni əsaslarla tərxis olunmağı barədə məlumatların olmamasıdır. Müdafiə Nazirliyinin qeyd etdikləri səbəblər isə onun müharibədə iştirakını rədd edə bilməz. Belə ki, Müdafiə Nazirliyi Mərkəzi Arxivinin arayışında qeyd olunur ki, N saylı hərbi hissə komandirinin N may N-ci il tarixli, 19 saylı əmri ilə o, həmin hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Cavabdeh isə y alnız N-ci ilin iyun ayını bəhanə edir. İyun ayında hərbi hissə komandiri onun vuruşmağı və ya tərxis olunmağı barədə əmr yazmamışdırsa burda onun təqsiri yoxdur və müharibədə döyüşlərdə iştirak etməsini şübhə altına alan sübut yoxdur. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən o müharibə veteranı hesab edilir. Cavabdeh Müdafiə Nazirliyinin ona müharibə veteranı verməməsinə imtinasının əsası iyun N-ci il tarixdə hərbi xidmətinin təsdiqlənməməsi və hərbi xidmətdən qanuni əsaslarla tərxis olunması barədə məlumatın olmamasıdır. O da halhazırda iyun N-ci ildə hərbi xidmətdə olmasını başqa cür təsdiq edə bilmir və hərbi xidmətdən qanuni əsaslarla tərxis olunması barədə məlumat əldə edə bilmir. N saylı hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabla rında və komandirin iyun N-ci il tarixli nizami hissə əmrlərində onun xidməti barədə məlumatın aşkar olunmaması onun hərbi xidmətdə olmaması və ya qanuni əsaslarla tərxis olunmamasına əsas ola bilməz. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq İddiaçı həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı və vəkili Nəbiyev Əhməd Şaban oğlu kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırm ış və qeyd etmişlər ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəkili Səfərov Fəxrəddin Heydər oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı və cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöb əsinin nümayəndəsi üzrlü səbəb olmadan iştirak etməmişlər. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəkili Səfərov Fəxrəddin Heydər oğlunun izahatını dinləyib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-110/20 saylı, 23 yanvar 2020-ci il tarixli qətnaməsi ləğv edilərək iddia tələbinin hərbi xidmətdən ehtiyata buraxılma faktının müəyyən edilməsi hissəsində iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.5-ci maddəsinə əsasən inzibati aktın etibarsız sayılmasına dai r iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Qanunun 2.0.2-ci maddəsinə müvafiq olaraq inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri inzibati akt hesab olunur. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənziml əyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı kassasiya icraatının predmetini İddiaçı 09 iy un N-ci il tarixdə hərbi xidmətdən ehtiyata buraxılma faktının müəyyən edilməsinin qanuniliyinin yoxlanılmasından ibarətdir. Məhkəmə kollegiyası hesab edir ki, həmin iş üzrə İddiaçı Abbas oğlunun cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon Şöbəsinə qarşı “hərbi xidmətdən ehtiyata buraxılma faktı”nın müəyyən edilməsi tələbinə baxmaqda məhkəmələr haqlı olmamışlar. Belə ki, həmin tələblə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət oluna bilər. Həmin orqanın isə müraciətin təmin edilməməsi ilə bağlı aktı isə artıq inzibati akt hesab olunur. Onun mübahisələndirilməsi isə inzibati icraat qaydasında mümkündür. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissə üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, həmin hissədə icraata xitam verilməli və iddiaçıya müvafiq inzibati orqana müraciət etmək, tələbinin həll olunmadığı təqdirdə isə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” qərarının 16.3-cü bəndinə əsasən “Ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə” verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı ol maması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.5-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə yaxud qismən baxılmamış saxlaya və ya bu Məc əllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261.0.1, 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-110/20 saylı, 23 yanvar 2020ci il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbinin hərbi xidmətdən ehtiyata buraxılma faktının müəyyən edilməsi hissəsində mülki iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar