Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3212/2023 30.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Yusufovna və X7 Cavabdeh qarşı ilk; Cavabdeh İddiaçı Yusufovnaya qarşı qarşılıqlı iddiası üzrə QƏRARİ (Açar sözlər: ləyaqətsiz vərəsə hesab edilmə, ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilmə, miras əmlakdan payın artırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Yusufovna və müstəqil tələb irəli sürən üçüncü şəxs X7 Cavabdeh qarşı “ləyaqətsiz vərəsə hesab edilməsi tələbinə dair ilk, Cavabdeh X5rşı “miras əmlakdan payın artırılması ” tələbi barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 aprel 2023-cü il tarixli, 2(103)-1640/2023 nömrəli qətnaməsindən İddiaçı Yusufovna tərəfindən verilmiş kassasiya şikayətinə 30 avqust 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X18 ilə Cavabdeh (bundan sonra – cavabdeh) 2006-cı ildə rəsmi nikaha daxil olmuşlar. X18 cavabdehlə birgə nikahda olduqları dövrdə xx.xx.2016-cı ildə notariat ofisində ölən günədək özünə məxsus bütün əmlakını, o cümlədən ünvan 1 ünvanında yerləşən 30 nömrəli mənzili öz qardaş-bacılarına - X16, X8, X13, X3 (bundan sonra – iddiaçı), X10 (bundan sonra – üçüncü şəxs) vəsiyyət etmişdir. X18 xx.xx.2021-ci il tarixdə vəfat et mişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı və daha sonra müstəqil tələb irəli sürən üçüncü şəxs cavabdehə qarşı iddia ərizələri ilə məhkəməyə müraciət edərək, cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi və onun vərəsəlik hüququndan məhrum edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
3. Cavabdeh də iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı X11 miras qalmış ünvan 1, mənzil 30 ünvanında yerləşən mənzildən onun miras payının 70% müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçının və üçüncü şəxsin iddia tələblərinin əsası ondan ibarət olmuşdur ki, cavabdeh mərhum bacıları X18 ilə birlikdə Bakı şəhəri, 28 may küçəsi, ev 11, mənzil 30 üvanında yerləşən mənzildə yaşamışlar. Həmin mənzil ilk olaraq onların atası X17 verilmiş və onlar bütün ailə ilə birlikdə həmin mənzildə yaşamışlar. O, xaricə getdikdən sonra, həmin mənzil bacısı X12 adına rəsmiləşdirilmiş və sonuncuya DƏDRX tərəfindən mənzilə dair müvafq çıxarış verilmişdir. Bundan sonra, 2006-cı ildə iddiaçının bacısı Cavabdeh ilə nikaha daxil olmuşdur. İddiaçı və qohumları cavabdehi tanımadıqlarından və nə dərəcədə səmimi olduğunu bilmədiklərindən, onu mənzillərinə qeydiyyata almamışlar. İddiaçı həmin dövrlər, cavabdehin onun bacısına münasibətdə səmimiyyətindən şübhə etmiş, cavabdehin əsl niyyətinin şəhərin mərkəzində olan və bacısının adına rəsmiləşdirdikləri mənzili ələ keçirmək niyyətinin olduğunu düşünmüşdür. Mərhum bacısı da cavabdehə tam inanmadığına və etibar etmədiyinə görə yux arıda qeyd edilən mənzili iddiaçıya və digər yaxın qohumlarına vəsiyyət etmişdir. Mərhum bacısının cavabdehlə münasibətləri son dövrdə pozulmuş, hətta bacısı cavabdehi mənzildən qovmuşdur. Lakin sonradan, sadəlövlük göstərərək cavabdehin dediklərinə aldanaraq onu yenidən mənzilə buraxmışdır. Sonradan cavabdeh xəstələnmiş və mərhum bacısının da COVİD-19 virusuna yoluxmasına səbəb olmuşdur. Cavabdeh, bacısının vəziyyətinin ağır olmasına baxmayaraq, ona lazımi yardım etməmiş və vaxtında xəstəxanaya yerləşdirilməsinə imkan verməmişdir. Sonradan onun mərhum bacısı xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmamış və o, xx.xx.2021-ci il tarixdə o vəfat etmişdir. Cavabdeh ümumiyyətlə onun bacısının səhhəti ilə maraqlanmamış, ona tamamilə biganə qalmışdır. X18 vəfat etdikdən s onra, cavabdeh bir sıra hərəkətləri ilə miras qoyanın son iradəsinin həyata keçiriiməsinə aşkar şəkildə qəsdən maneə törətmiş, o cümlədən, miras qoyandan qalmış qiymətli zinət əşyalarını özünə götürmüş, vəsiyyətnamə üzrə vərəsə olan onu və digər vərəsələri mənzilə buraxmamışdır. Bununla əlaqədar o, polis orqanlarına müraciət etmiş, lakin cavabdeh mənzildə olan daşınar əşyaları ələ keçirmişdir. Cavabdeh hətta mərhumun qəbir daşının düzədilməsi üçün verilmiş 500 manat vəsaiti də özünə götürmüşdür. Bununla da, cavabdeh miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş, miras əmlakı qanunsuz olaraq ələ keçirmişdir.
5. Cavabdehin iddia tələbini onun əsaslandırmışdır ki, X18 cavabdehin həyat yoldaşı olmuşdur. Cavabdeh onunla 19 may 2006-cı ildə rəsmi nikah bağlamaqla ailə qu rmuş və həyat yoldaşı S.R.Rəhimova 21 oktyabr 2021-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra hazırda yaşadığı mənzil miras qalmışdır. Cavabdeh birinci dərəcəli vərəsədir, lakin sonradan iddiaçı tərəfindən vəsiyyətnamə verildiyi müəyyən edilmişdir. Şübhəli olan həmin vəsiyyətnaməni əsas gətirərək iddiaçı əsassız iddia ilə məhkəməyə müraciət edərək onun ləyaqətsiz vərəsə hesab edilməsini xahiş edir. Cavabdeh 16 il ərzində X18 ilə birlikdə yaşamış və o 2006-cı ildən xəstə olduğu üçün işləməmişdir. Bununla əlaqədar olaraq X14 2-ci qrup əlillik təyin olunmuşdur. Belə ki, o epilepsiya və şəkər xəstəliyinə tutulmuşdur. Cavabdeh daimi olaraq işləmiş və evin bütün daimi ehtiyaclarını ödəmişdir. Onun bütün dərmanları və iynələri cavabdeh tərəfindən təmin olunmuşdur. Evə dair bütün kommunal xərclər Cavabdeh tərəfindən ödənilmişdir. Lakin evə dair sənədləşmə X12 adına olduğundan bütün ödəmələr onun adından olmuşdur.
6. Məhkəmə iclasında iş üzrə şahid X1 ifadə verərək bildirmişdir ki, o, Cavabdeh 2012-ci ildən Yeqova Şahidləri cəmiyyəti vasitəsilə tanımış və 10 ildir ki, Elxanla dostluq etmişlər. 10 il ərzində onların evinə gedib-gəlmişdir. Elxan öz həyat yoldaşı Sima ilə birlikdə ər-arvad kimi birgə yaşayıblar, münasibətləri yaxşı olmuş və aralarında mübahisə olmamışdır. Mərhum Sima xəstə olarkən Elxan dəfələrlə Simaya dərman almışdır. Sima vəfat edərkən o Elxanla birlikdə Sabunçu morquna getmiş və Simanı birlikdə dəfn etmişlər. Simanın bacısı Polinanı isə o öldükdən sonra tanımışdır. Belə ki, Polina Simanı dəfn edərkən yardım etdiyinə görə ona təşəkkür etmişdir.
7. Həmçinin, məhkəmə iclasında iş üzrə şahid X4 ifadə verərək bildirmişdir ki, o, mərhum X15 2014-cü ildən tanımış və yaxın münasibətləri olmuşdur. Onunla birlikdə 2015-ci ildən həftənin cümə axşamı və bazar günləri yığıncaqlarda görüşmüşdür. Onun Sima ilə münasibəti yaxşı olmuş və onların yaşadığı mənzilə tez-tez gedib-gəlmişdir. Mərhum X12 həyat yoldaşı olan Cavabdeh uzaqdan tanımışdır. Mərhum Simanın əri ilə münasibətləri yaxşı olmamışdır. Bir müddət Simanın əri ilə mübahisələri olmuşdur və əri yaşadığı mənzildən çıxıb getmişdir. Sima həmişə zövqlə geyinmiş və onun üzərində özünə məxsus qızıl-zinət əşyaları olmuşdur. Simanın öz bacıları ilə münasibəti də yaxşı olmuş və onlar Simaya maddi cəhətdən köməklik etmişlər. O təqaüd alırdı, lakin onun həyat yoldaşı hətta kommunal xərcləri belə ödəmək istəmir di.
8. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 07 oktyabr 2022-ci il tarixli, e-2(010)-2566/2022 saylı qətnaməsi ilə (hakim Leyla Talıbova) iddiaçının və üçüncü şəxsin iddiası təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, X18 ilə Cavabdeh 2006-cı ildə ailə qurmuşlar. Lakin Cavabdeh ilə X18 arasında bağlanmış nikah və tərəflər arasında ailə-nikah münasibətləri pozulmamış, birgə təsərrüfat aparmışlar və heç vaxt ərarvad münasibətləri kəsilməmiş, nikah formal xarakter daşımamışdır. İddiaçı tərəf və üçüncü şəxs X18 ilə Cavabdeh arasında bağlanmış nikahın formal xarakter daşıdığını bildirsə də, bununla bağlı olaraq məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Bundan əlavə X18 cavabdehlə birgə nikahda olduqlar ı dövrdə xx.xx.2016-cı ildə notariat ofisində ölən günədək özünə məxsus bütün əmlakını, o cümlədən ünvan 1 ünvanında yerləşən 30 nömrəli mənzili bacıları və qardaşı X16, X8, X13, X3, X10 vəsiyyət etmişdir.
10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı və üçüncü şəxs cavabdeh tərəfindən onların bacısı X6yğı göstərilməməsini, hörmət edilməməsini, onunla ailə münasibətlərinin yaxşı olmamasını, onlara məxsus olan əşyaların bir neçəsinin cavabdeh tərəfindən evdən götürüldüyünü, ona məxsus olan şəxsi əşyaların, o cümlədən qızıl-zinət əşyalarının evdə tapılmadığını əsas gətirsələr də, bu hal miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətməsi kimi qiymətləndirilə bilməz və onun ləyaqətsiz vərəsə hesab edilməsi üçün əsas hesab edilə bilməz. Tərəflər arasında ai lə nikah münasibətləri pozulmadığından və cavabdehin qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsinə dair qanuni əsaslar mövcud olmadığından, o cümlədən cavabdehin hüquqazidd və əxlaqsız hərəkətlər etməsi, həmçinin miras qoyanın əleyhinə onun barəsində hər hansı cinayət hərəkətinə yol verilməsi müəyyən olunmadığından iddiaçının və üçünçü şəxsin iddia ərizələri təmin oluna bilməz.
11. Birinci instansiya məhkəməsinin iş üzrə olan 07 oktyabr 2022-ci il tarixli qərardadı ilə cavabdehin qarşılıqlı iddiası baxılmamış saxlanılmışdır.
12. Məhkəmə MPM-in 259.0.1-ci maddəsinə əsaslanaraq qeyd etmişdir ki, cavabdeh miras əmlakın müəyyən edilməsi ilə bağlı notariat orqanına müraciət etməmiş və mübahisənin qabaqcadan məhkəmədən kənar həll edilməsi ilə bağlı heç bir hərəkət etməmişdir. Bu səbəbdən d ə onun iddiası baxılmamış saxlanılmalıdır.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1137, 1138, 1139, 1164-cu maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 78.1, 217.4-cü maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1164-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 1 may 2019-cu il tarixli qərarındakı hüquqi mövqelərə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Qətnamədən iddiaçı və üçüncü şəxs ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə çıxarılma sını xahiş etmişdir.
15. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən təqdim edilmiş sübutların heç birinə qiymət verməmiş, ümumiyyətlə iş materiallarında olan sübutları dəyərləndirməmiş, işə heç bir aidiyyəti olmayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 1 may 2019-cu il tarixli qərarında göstərilənləri qətnamədə yazmaqla, Mülki Məcəllənin 1137-ci maddəsinə heç bir rəsmi əsas olmadan yanlış şərh verməklə tamamilə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Mülki Məcəllənin 1137-ci maddəsinin dispozisiya şərtlərini düzgün tətbiq etməmiş, həmin maddənin mahiyyətinə varmadan tamamilə yanlış qənaətə gəlmişdir. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, vəsiyyətnaməyə əsasən miras qoyan bütün əmlaklarını (daşınar və daşınmaz əmlaklarını) idd iaçıya və digər qohumlarına vəsiyyət etdiyi halda (vəsiyyətnamədə ifadə edilmiş son iradəsi), Cavabdeh də bunu bilərək, mərhumun mənzilində qalan bütün daşınar miras əmlaklarını, o cümlədən miras qoyana məxsus olan məişət əşyaları (kondisioner, mebellər və s.), geyim əşyaları, qızıl-zinət əşyaları, iddiaçının və mərhumun atasından qalmış bir çox əşyaları (bu əşyaların hər biri barədə məhkəməyə foto, video və digər bütün zəruri sübutlar təqdim edilmişdir) mənzildən apararaq ələ keçirmişdir. Bununla da, Cavabdeh yuxarıda qeyd edilən, miras kütləsinə aid bütün daşınar əşyaları ələ keçirməklə, miras qoyanın vəsiyyətnamədə ifadə edilmiş son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş və aşkar şəkildə mirasdan öz payının artmasına nail olmuşdur. Birinci instansiya məhkəməsi həmçinin nə zərə almamışdır ki, cavabdeh iddiaçıya və mərhumun digər qohumlarına, miras açıldıqdan sonra uzun müddət miras əmlak olan mənzilə daxil olmağa imkan verməmiş, yalnız məhkəmə qərardadının icrası zamanı, yəni mənzildə olan əşyaların siyahıya alınması üçün icra məmurunun mənzilə daxil olduğu zaman, iddiaçı və onun vəkili həmin mənzilə daxil ola bilmişlər. Bundan sonra, icra məmurunun iştirakı ilə miras qoyana məxsus olan əşyaların mənzildə olmadığı aşkar edilmiş və bu fakt icra məmuru tərəfindən akt tərtib edilməklə rəsmiləşdirilmişdir. Birinci instansiya məhkəməsi, yuxarıda qeyd edilən miras kütləsinə daxil olan bütün əşyaların mövcud olmasına dair dəlillərə, o cümlədən iddiaçı icra məmuru ilə birlikdə mənzilə daxil olana qədər, daha əvvəl çəkilmiş miras qoyana məxsus olan əşyaların mənzildə mövcudluğunu təsdiq edən video və foto görüntülərə heç bir diqqət ayırmamışdır. Halbuki, miras kütləsinə daxil olan və Cavabdeh tərəfindən ələ keçirilən əşyaların məhz mənzildə olması bu sübutlarla tam təsdiq edilir. Cavabdehin mərhum X6rşı neqativ münasibəti, ona heç bir qayğı göstərməməsi, xəstə olduğu dövrdə onunla maraqlanmaması, bu zaman ona heç bir yardım göstərməməsi kimi halları təsdiq edən şahid ifadəsini və yazılı müraciətləri birinci instansiya məhkəməsi görməzdən gəlmişdir.
16. Üçüncü şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, əşyalarının cavabdeh tərəfindən evdən götürüldüyünü, iddiaçıya məxsus olan əşyaların, qızı-zinət əşyalarının evdə tapılmadığı kimi halların miras qoynanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətməsi kimi qiymətləndirməməsi məhk əmə tərəfindən iş üzrə faktiki hallarının kifayyət qədər obyektiv araşdırılmadığını ehtiva edir. Miras qoyan bütün əmlaklarını iş üzrə iddiaçıya, üçüncü şəxsə və digər qohumuna vəsiyyət etmişdir. Lakin, cavabdeh isə bunu biləndən sonra, iddiaçının və üçüncü şəxsin mənzildə olmadıqlarından istifadə edərək, miras qoyanın əşyalarını mənzildən aparmışdır. Bu hal icra məmuru tərəfindən tərtib edilmiş akt, çəkilmiş video görüntü, o cümlədən məhkəməyə verilmiş şahid ifadə əsasında sübut edilir. Birinci instansiya məhkəməsi, iddiaçı tərəfindən təqdim edilən şahid ifadələrinə, cavabdehin oğlu X2 məhkəmə veridyi yazılı izahatına əhəmiyyət verməyərəq hərtərəfli və obyektiv tədqiqini aparmamışdır.
17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(1 03)-1640/2023 nömrəli iş üzrə 12 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Məhəmməd Rüstəmli) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq mövqeyini onunla əsaslandırmışdır ki, qanunun tələblərinə görə hazırkı tələbin qanuni və əsaslı olması üçün hər hansı şəxsin miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətməsi və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərməsi, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya dig ər əxlaqsız hərəkət törətmiş olması məhkəmə qərarı ilə təsdiq olunmalıdır. Lakin məhkəmə baxışının gedişində iddiaçı belə bir qərarı məhkəməyə təqdim etməmiş, hazırkı məhkəmə baxışında da bu hal təsdiq olunmamışdır.
19. Məhkəmə kollegiyası, həmçinin qeyd etmişdir ki, iddia ərizəsində iddiaçı cavabdehin onun bacısı ilə onun əmlakını ələ keçirmək məqsədilə ailə qurduğunu bildirsə də, işin baxışı zamanı həmin hal öz təsdiqini tapmamışdır. Belə ki, işdən görünür ki, cavabdeh X18 ilə sonuncunun öldüyü günədək 15 il nikahda olmuş, birgə təsərrüfat aparmış, mərhumun dəfnini həyata keçirmişdir. Bu faktı tərəflərin heç biri mübahisələndirməmişlər. İddia ərizələrində qeyd edilən hallar miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törədən hal kimi qiymətləndirilə və Mülki Məcəllənin 11 37-ci maddəsinin mənasına görə şəxsin ləyaqətsiz vərəsə hesab olunmasına əsas verən hal kimi qəbul oluna bilməz. Qanunun tələblərinə əsasən həmin hallar öz təsdiqini tapmış olsa belə, miras qoyanın vəfatından sonra baş verdiyindən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən törədilmiş maneə kimi qiymətləndirilə bilməz.
20. Məhkəmə kollegiyası gəldiyi Mülki Məcəllənin 1137, 1139, 1164-cü maddələri, Miqrasiya Məcəlləsinin 11.5-ci maddəsi və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1164-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 1 may 2019-cu il tarixli qərarındakı hüquqi mövqelərə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. İddiaçı (vəkili Vəkil1) kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
24. Maddə Maddə 1137. Miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin.
25. Maddə 1138. Valideynlik hüquqlarından məhrum edilmiş və mirasın açıldığı günədək bu hüquqları bərpa edilməmiş valideynlər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin.
26. Maddə 1139. Ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edi lməsinə dair 08 yanvar 2021-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı
27. Qanunvericilik mülkiyyətçinin bağışlama qabiliyyətinin vərəsəlik hüququ ilə məhdudlaşdırılmasına dair norma nəzərdə tutmaqla yanaşı, miras qoyana sağlığında müvafiq şərtlər daxilində vərəsəlik hüququndan məhrum etmə imkanı da vermişdir. Belə ki, miras qoyan hər hansı vərəsəni, o cümlədən məcburi pay almaq hüququ olan vərəsəsini ləyaqətsiz vərəsə hesab etdirməklə mirasdan kənarlaşdıra bilər. Mülki Məcəllənin 1137-ci maddəsinə görə, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son ir adəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Həmin Məcəllənin 1203-cü maddəsinə əsasən isə məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şi kayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
36. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instan siyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Hazırkı kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının tələblərinə münasibətdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bu hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən mad di hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib.
41. İlk iddia tələbi cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi barədədir. İddia tələbinin hüquqi əsasını təşkil edən Mülki Məcəllənin 1137-ci maddəsinə görə miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsi yyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin.
42. Qeyd olunan maddi hüquq normasının mənasına görə, hər hansı şəxsin ləyaqətsiz vərəsə kimi tanınması üçün şəxsin iki alternativ hərəkətdən birini etməsini müəyyənləşdirmək lazımdır: birincisi, fiziki şəxsin miras qoyanın son iradəsini həyata keçirməsinə maneə törətməsi və bununla özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına imkan yaratması; ikincisi, fiziki şəxsin vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı cinayət və ya digər əxlaqsız hərəkət törətməsi. Göstərilən hallardan biri olduqda və həmin hal məhkəmə qaydasında təsdiqləndikdə, hüquq pozuntusu törədən şəxs ləyaqətsiz vərəsə kimi nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilmir, vərəsəlik hüququndan məhrum edilir.
43. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən hallarına görə iddiaçı cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi üçün qanunvericilikdə müəyyən edilmiş əsaslarla bağlı sübut təqdim etməmiş, həmin əsaslar işə mahiyyəti üzrə sübutları qiymətləndirməklə baxan məhkəmələrdə müəyyən edilməmişdir.
44. İşin məhkəmələr tərəfindən müəyyən edilən halları qeyd edilən maddi hüquq normasını dispozitiv şərtləri baxımından iddianın təmin edilməsini istisna etdiyi üçün iddianın rədd edilməsi barədə gəlinən nəticə də düzgün olmuşdur.
45. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsinə yönələn dəlillərdir. Məhz həmin dəlillərə qiymət verməklə, işə mahiyyəti üzrə baxan məhkəmələr iddianı təmin etməmişlər.
46. Beləlilklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
47. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Yusufovna tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1640/2023 nömrəli, 12 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.