Məhkəmə qərarları › İş №2(102)-3213/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3213/2024

04.10.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3213/2024 04.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X6 Hüquqi Şəxsinə, (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti) qarşı iş üzrə QƏRARİ (kateqoriya: Əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi (İşə bərpa tələbi) ƏM-in 70-ci maddəsinin ç bəndində nəzərdə tutulmuş əsaslarla, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə) Azərbaycan Respublikası A li Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti) qarşı “əmrin ləğvi, işə bərpa, məcburi işburaxma dövrünə görə əmək haqqının və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3635/2024 nömrəli, 20 iyun 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzib ati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.2015-ci ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial və Reabilitasiya Xidmətinin 10 saylı Tibbi-Sosial Ekspert Komissiyasının sədri vəzifəsinə təyin olunmuşdur.

2. İddiaçı xx.xx.2020-ci ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial və Reabilitasiya Agentliyinin 10 nömrəli Ərazi Tibbi Sosial Ekspert Komissiyasının region üzrə (Oğuz, Şəki, Qax, Zaqatala, Balakən) sədri vəzifəsinə təyin olunmuşdur.

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-17-4/3-2-1199/2023 saylı, əmrinə əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 10 nömrəli Ərazi Tibbi-Sosial Ekspert Komissiyasının sədri İddiaçı və həmin komissiyada tibb bacısı vəzifəsində çalışan X5 vəzifə öhdəliklərinin pozulması və əmək fəaliyyəti zamanı yol verdikləri kobud səhvlərinə görə töhmət verilmişdir.

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-17-4/3-2-1959/2023 saylı, əmrinə əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 10 nömrəli Ərazi Tibbi-Sosial Ekspert Komissiyasının sədr i vəzifəsində çalışan İddiaçı ilə 2020-ci il 6 avqust tarixində bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial və Reabilitasiya Agentliyi arasında bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, 3-17-4/3-2-1959/2023 nömrəli əmrin ləğv edilməsi, onun məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə iş yeri olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial və Reabilitasiya Agentliyinin 10 nömrəli Ərazi Tibbi Sosial Ekspert Komissiyasının sədri vəzifəsinə bərpa edilməsi, mənəvi sarsıntılarına görə 20.000 manat mənəvi təzminatın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, xx.xx.2015-ci ildən AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial və Reabilitasiya Xidmətinin 10 saylı TSEK-in sədri vəzifəsinə təyin olunmuşdur. xx.xx.2020-ci ilə kimi həmin vəzifəni tutmuşdur. xx.xx.2020-ci ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial və Reabilitasiya Agentliyinin 10 nömrəli Ərazi Tibbi Sosial Ekspert Komissiyasının region üzrə (Oğuz, Şəki, Qax, Zaqatala, Balakən) sədri vəzifəsinə təyin olunmuşdur. xx.xx.2023-cü il tarixində yeni təyin olunmuş rəhbərliyin öz adamlarını yerləşdirmək niyyətinin qurbanı olaraq qanunsuz və əsassız olaraq əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Bütün qanunsuzluqları qeyd etmişdir ki, məhkəmədə sübutlara qiymət vermək və ədalətli və qanuni qərar qəbul etmək üçün aydın olsun. Bildirmişdir ki, xx.xx.2023-cü il tarixində Zaqatalada işdə olan zaman Agentliyin kadrlar söbəsinin əməkdaşı Xəyalı adlı şəxsdən zəng gəldi. Ona bildirildi ki, onun əməkdaş X2 və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi- Sosial və Reabilitasiya Xidmətinin 10 saylı TSEK-də tibb qeydiyyatçı kimi çalışırdı. O, işdən azad edildikdən sonra onun yerinə rəhbərlik X15 təyin etmişdir. O, da təbii ki, rəhbərliyin əmr və göstərişlərini həmişə icra etmiş mə sul şəxs olmuşdur. Gülər xanım işə başladı və iş prosesində məlum oldu ki, yeni əməkdaş ümumiyyətlə kompüterdə işləmək nədir anlayışı yoxdur. Xahiş etdilər ki, digər əməkdaş Əliyeva Tangiz ona köməklik göstərsin və kompüteri öyrətsin. O, da köməklik göstərərək vətəndaş qəbulunu necə aparmağı, reabilitasiya vasitələrini qeydiyyatlarını neçə rəsmiləşdirməyi öyrədirdi. Gözlənilmədən xx.xx.2023-cü il tarixində Əliyeva Tangizlə əmək müqaviləsinə xitam verildi. Bundan sonra işləri çətinləşdi. Çünki yeni rəhbərliyin təyin etdiyi yaxın adamı Gülər xanım öz işinin icrasını təmin edə bilmədi. O və komissiyanın digər üzvləri Gülərə imkan dairəsində köməklik göstərmiş və işi öyrətmişlər. Baxmayaraq ki, işləri çox ağır idi. Ətraf 5 rayona xidmət göstərirdilər. Görmüşlər ki, Gülər xanım sanki rəhbər kim i gəlib ümumiyyətlə iş öyrənmək niyyəti də yoxdur. Onun da iş yükünü özləri çəkməyə başladılar. Bir gün onlar Şəki rayonunda işdə olan zaman əvvəlki tibb bacısı işləmiş və işdən azad edilmiş Əliyeva Tangiz ona zəng vurdu və səxsi əşyalarının götürülməsi üçün icazə istədi. O, xanım 23 ildir ki, orada çalışırdı, müddətsiz 3-cü qrup da əlildir. O, da dedi ki, öz şəxsi əşyalarındı, əlbəttə gedib götürə bilər. Çünki onun əmək müqaviləsinə xitam verilən zaman ağlaya-ağlaya getdiyi və bərk sarsıldığı üçün əşyalarını götürməmişdir. Onlar da iş yerinə qayıtmışdılar. Həmin vaxt da Əliyeva Tangiz oraya gəldi ki, əşyalarını götürsün. Həmin vaxt yeni işçi olan Gülər xanım ondan soruşdu ki, kompüterdə reabilitasiya xəstələri necə yönəltmək olur? Göndəriş hansı qaydada rəsmiləşdirilir? Ondan soruşanda o, da etiraz etmədi, bildirdi ki, kompüterdə xahiş edirsə qaydasını izah elə hansı formada etməlidir. X27 xanımın yanına keçib başa saldı. Təbii ki, burada heç bir pozuntu yoxdur, kompüter mühəndisi, təlimçisi və bu işləri yerinə yetirməyə məsləhətlər verirlər. Heç üstündən 10 dəqiqə keçməmiş Agentliyin daxili Nəzarət şöbəsinin müdiri Rahim Hüseynov ona zəng vuraraq dedi ki, o, Tangizi niyə orda işlədir? O, da cavabında əşyalarını götürməyə gəlib və Gülərin xahişi ilə qeydiyyatı başa salmaq üçün onun yanına keçib. Bu vaxt bildi ki, Gülərlə əlbir olaraq bütün işçiləri işdən xaric etməyi qarşılarına məqsəd qoyublar. Onu həmin gün Bakıya çağıraraq bu barədə izahat tələb etdilər. O, da xx.xx.2023-cü il tarixində Bakıya gələrək necə olub izahat yazıb vermişdir. Onu xx.xx.2023-cü il tarixində məzu niyyətə göndərdilər. Məzuniyyəti 36 gün idi. xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə kimi. O, məzuniyyətdə olanda xx.xx.2023-cü il tarixində ona məktub gəlmişdir ki, barəsində əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “ç ” bəndi ilə xitam verilməsi üçün məsələnin həmkarlar təşkilatının iclasına çıxarılıb. O, dərhal həmkarlar təşkilatının sədri Süleyman müəllimə yaxınlaşmış və ona belə haqsızlıq etməsinin səbəbini soruşmuşdur. O, 6 oktyabr 2023-cü il tarixində Kadrlar şöbəsinə gedərək bildirmişdir ki, onunla işləmək istəmirlərsə o, öz ərizəsi ilə işdən çıxar. Agentliyin müavini Rəşad Məhərrəmova yaxınlaşıb sözünü ona deməyini bildirmişdir. O, da ona yaxınlaşıb bütün baş vermişləri danışmış və xahiş etmişdir ki, ona qarşı qanunsuzluqlar etməsinlər, o öz ərizəsi ilə yazıb işd ən çıxır, əgər rəhbərlik onunla işləmək istəmirsə o, heç bir irad bildirməyəcəkdir. O, da demişdir ki, Agentliyin rəhbəri Anar Bayramova məruzə edib məlumat verəcəkdir. O gözləmiş, digər şəxs məruzəyə gedib, qayıtmışdır ki, rəhbərlik razılıq verdi ki ərizə yazıb versin. O, ərizəni yazıb kadra vermiş və həmkarlar təşkilatının sədri Süleyman müəllimə bu barədə bildirmişdir. Daha sonra Rəşad Süleymanov tərəfindən ondan 6 oktyabra, 9 oktyabra və 11 oktyabra müxtəlif tarixlərə olmaqla üç ərizə alınmışdır. O, bunun səbəbini soruşduqda o, bildirilmişdir ki, onu maddə ilə yox öz ərizəsi ilə çıxaracaqlar. O elə oradaca bir daha bildirmişdir ki, onun maddə ilə çıxarılmasına heç bir əsas yoxdur Onlarda bildirmişlər ki, ona görə də ondan üç ərizə götürmüşlər. O, bildirmişdir ki, arxayın olun artıq h əmkarlarda onun məsələ gündəmdən çıxarılacaq. Narahat olmasın. O, ərizəni kadra Rəşad Süleymanova yazıb vermişdir. Kamera görüntüləri yəqin ki, var. Artıq o, əmək məzuniyyəti bitdiyindən ərizə yazdığı üçün işə çıxmamışdır. Lakin xx.xx.2023-cü il tarixində kadrlar şöbəsinin rəisi Rəşad Süleymanov ona zəng vuraraq bildirmişdir ki, işə niyə çıxmır? O, da cavabında də demişdir ki, ona üç ərizə yazdırılıb və onun əmək müqaviləsinə xitam verməməsini soruşmuşdur. O, bildirmişdi ki, vermişlər. Rəşad xx.xx.2023-cu il tarixində ona zəng vurmuş, xx.xx.2023-cü il tarixində gedin təhvil verməsini söyləmişdir. O, iş yerinə gedəndə ona zəng vurmuşdur ki, iş yerindəsən? Dedi gəlib təhvil verən kimi desin. Dedi ki, bu gün işə çıxdı üçün onu AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə bu gün azad edirlər. Demi şdir ki, o, artıq xx.xx.2023-cü ildən ərizəsi ilə xahiş etmişdir ki, işdən azad olunsun. O, işə çıxmamışdır. Cavabdeh təşkilat onu aldadaraq guya iş yerində olduğu üçün qanunsuzluğa don geyindirmək məqsədilə onu aldadaraq işə çağırıb sonra isə demişlər ki, onu işdən azad edirlər. Bir daha işə gəlməsin. O, da bildirmişdir ki, onlar ona qarşı haqsızlıq etdiyidən hüquqlarının bərpası üçün məhkəməyə müraciət edəcəkdir. O, məzuniyyəti bitdiyi tarixdən işə çıxmamış və ərizəni də kadrlara yazdığı kimi təqdim etmişdir. Rəhbərlik də razılıq verdiyi üçün ona qanunsuz və əsasız olaraq xx.xx.2023-cü il tarixində kadrlar şöbəsinin rəisi Rəşad Süleymanov təhvil vermək adı ilə iş yerinə çağırmış, guya iş vaxtı onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş görüntüsü yaratmaq istəmişdir. İşçini məzuniy yətdə olduğu dövrdə işdən çıxarmaq cəza vermək qadağan olduğu üçün ona bu yolla guya qanuni qərar qəbul etdiklərini pərdələməyə çalışmışlar. Ona görə də pozulmuş hüquqlarının, uzun illər qüsursuz həkim fəaliyyətini təmizə çıxarmaq üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məlumat üçün bildirmək istəmişdir ki, cənab nazir Sahil Babayev iyul 2023-cü il tarixində Zaqatala rayonunda vətəndaş qəbulu həyata keçirən zaman qəbuldan sonra cənab nazir şəxsən kollektiv və nazirliyin əməkdaşları yanında ona bildirmişdir ki, işlədiyi müddətdə işində heç bir pozuntuya, nöqsanlara yol vermədiyindən şəxsən ona təşəkkür etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiyaya əməl etməklə məhkəməyə müraciət etmək hüququnun olmasını vəkili ona izah etdiyi üç ün mediasiyaya müraciət etmişdir. Dəfələrlə cavabdeh tərəf iclasa dəvət edilsədə iclasa gəlmədilər. Bu barədə ona arayış verdilər. Mediasiya sesiyasının keçirilməsinin əsas məqsədi tərəflər arasında razılaşma əldə olunmasıdır. İş materiallarında görünür ki, cavabdeh əmək mübahisəsinin yaranmasından məlumatlı olmuş, kifayət qədər razılıq əldə edilməsi üçün müddət olmuşdur. Dəfələrlə telefonla əlaqə saxlanılmış və rəhbərliyin iştiraka icazə vermədiyini bildirmişlər. O, dəfələrlə əmrinin surətini istəsə də əmək kitabçası oğlu vasitəsilə göndərsələr də əmrin surətini verməkdəm imtina etmişlər. Məcbur olub vəkillə müqavilə bağlamış və vəkilin əmrin surəti əldə etmək üçün Agentliyə xx.xx.2023-cü il tarixində rəsmi poçt vasitəsilə sorğu göndərmişdir. Ondan sonra vəkil sorğusuna poçt vasitəsilə xx.xx.2023-cü il tarixində cavab verilməklə əmrin surəti rəsmi qaydada göndərilmişdir. Onunla əmək müqaviləsinə qərəzli olaraq işdən xaric olmağıyla ərizə yazıldıqdan sonra işə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Onun barəsində əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən maddədə qeyd olunan kobud pozuntuların, onun əməllərində mövcud olması kimi qərəzli əsassız arqumentlər əsas kimi hesab edilə bilməz, belə ki, bu pozuntunun müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozaraq mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması işin faktiki halları ilə sübut olunmalıdır. O, qanunsuz olaraq işdən çıxarıldığından, bu ona pis təsir göstərmiş və mənəvi əzab və əziyyətlər keçirmişdir. Eyni zamanda o, işdən maddə ilə çıxarıldığından o, başqa işlərə də düzələ bilmədiyindən maddi cəhətdən də sıxıntılar çəkmişdir. Əmək Məcəlləsi əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozan işçinin əmək müqaviləsinə xitam verilməsini ən sərt tənbeh tədbiri kimi müəyyənləşdirmiş, alternativ tənbeh tədbirləri kimi töhmət və ya sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək imkanlarını da nəzərdə tutmuşdur və qənaətimizə görə əmək müqaviləsinə xitam verilməsi həmin pozuntuların - əgər pozuntu hesab edilsə belə - xarakterinə adekvat olmamışdır. Çünki işdən öz xahişi ilə ərizə yazdırılmış xx.xx.2023-cü il xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixində əmək müqaviləsinə xitam verilsin. İşdən çıxmağı ilə bağlı ərizəsini alsalar da qərəzli olaraq artıq işə çıxmadığı vaxtda həmkarlar təşkilatından rəy yazdırmışlar.

7. Məhkəmədə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial və Reabilitasiya Agentliyinin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək etirazını onunla əsaslandırmışdır ki, iddiaçı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra - "Agentlik") arasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra - “Məcəllə") 45.1-cı maddəsinə əsasən xx.xx.2020-ci il tarixində əmək müqaviləsi bağlanmış və Agentliyin 10 saylı TSEK-nın sədri vəzifəsinə qəbul edilmişdir. Bildirilmişdir ki, qeyd edilənlər heç bir sübuta əsaslanmayan ifadələrdir. Cavadehin nümayəndəsi qeyd edilənlərə münasibət olaraq bildirmişdir ki, iddiaçının öz xahişi ilə işdən çıxması ilə bağlı heç bir ərizə alınmamışdır. Bundan əlavə iddiaçı qeyd etmişdir ki, o, məzuniyyətdə olanda xx.xx.2023cü il tarixində ona məktub gəlmişdir ki, barəsində əmək müqaviləsinə AR ƏM-nin 70-cı maddəsinin “ç” bəndi ilə xitam verilməsi üçün məsələ həmkarlar təşkilatının iclasına çıxarılıb'. Buna münasibətdə cavabdeh tərəf bildirmişdir ki, işçinin AR ƏM-nin 70~ci maddəsinin "ç " bəndi ilə xitam verilməsinə əsas səbəb işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi olmuşdur. İddiaçı iddiasında da qeyd etdiyi kimi, xx.xx.2023-cü il tarixdə bütün iş günü işdə olmamışdır. Qeyd etdikləri isə guya öz xahişi ilə ərizə verməsi isə heç bir sübuta əsaslanmayan ifadələrdir. X8 nəzarət audit, monitorinq və təhlil departamentı tərəfindən mütəmadı olaraq Agentliyin struktur bölmələri, strukturuna daxıl olan və tabeliyindəki qurumların əməkdaşları tərəfindən daxili nizam-intizam və etik davranış qaydalarına riayət olunması üzrə yoxlamalar aparılmaqdadır. Yoxlamalar çərçivəsində Agentliyin 10 nömrəli Ərazi Tibbi-Sosial Ekspert Komissiyasının tibb bacısı X3 işdən çıxarılmasına baxmayaraq Komissiyanın sədri İddiaçı tərəfindən əsassız olaraq işə çıxarıldığı, səlahiyyəti olmadığı halda T.Əliyeva tərəfindən vətəndaşlara xidmət göstərilməsinə şərait yaradıldığı və Komissiyanın dig ər əməkdaşına məxsus elektron imza kartı vasitəsi ilə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya altsistemlərinə daxil olmasına icazə verildiyi aşkar olunmuşdur. Qeyd olunan faktların əsaslılığının yoxlanılması məqsədi ilə X9 nəzarət, audit, monitorinq və təhlil departamentinin daxili nəzarət və audit şöbəsi tərəfindən xidməti araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, Agentliyin 10 nömrəli Ərazi Tibbi- Sosial Ekspert Komissiyasının tibb bacısı vəzifəsində çalışan X11 ilə Agentliyin xx.xx.2023-cü il tarixli, 3-17-4/3-2-1587/2023 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b" bəndinə uyğun olaraq onunla xx.xx.2020-ci il tarixində bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir Həmçinin araşdırma zamanı Komissiya tə rəfindən qəbulu həyata keçirilmiş və xidmət göstərilmiş vətəndaşlar arasında təsadüfi üsulla seçilmiş 15 vətəndaşla mobil telefon vasitəsilə tərəflərindən əlaqə saxlanılmış və danışıq zamanı həmin şəxslərdən 7 nəfəri Komissiyaya müraciət etdikləri və orada onlara xidmət göstərən şəxsin T.Əliyeva olduğunu təsdiq etmişdirlər. Bundan başqa tərəflərindən Komissiyanın tibb qeydiyyatçısı X12 yazılı izahatı alınmışdır. G.Qafarova yazılı izahatında T.Əliyevanın işdən çıxarıldıqdan sonra bir neçə dəfə işə gəldiyi və vətəndaşlara xidmət göstərdiyini Komissiyanın sədri İddiaçı Agentliyin rəhbərliyinə məlumat verdiyi düşündüyü üçün etiraz etmədiyini bildirmişdir. Qeyd olunan fakt üzrə Komissiyanın sədri İddiaçı xx.xx.2023-cü il tarixdə Agentliyə dəvət olunaraq yazılı izahatı alınmışdır. İddiaçı izahat ında T.Əliyevanın onun icazəsi daxilində işə çıxdığını etiraf edərək, işdən çıxdıqdan sonra T.Əliyevanın onunla əlaqə saxlayaraq şəxsi əşyalarını götürmək uçun icazə istədiyini, danışıq zamanı vətəndaşların Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Reabilitasiya" altsisteminə rezervasiya üçün müraciətlərinin həddindən çox olduğunu, G.Qafarovanın yeni əməkdaş olduğu üçün altsistemlər üzrə işləri tam bilmədiyi və şəxsi əşyalarını götürməyə gələrkən yeni əməkdaşa köməklik göstərməsini xahiş etdiyi və onun da qəbul etdiyi bildirmişdir. Bundan sonra T.Əliyevanın işə çıxdığı, həm yeni əməkdaşa altsistemlər üzrə işlərin öyrənilməsinə köməklik göstərdiyi, həm də vətəndaşlara xidmət göstərdiyi bildirmişdir. Nəticədə Daxili nəzarət və audit şöbəsi tərəfindən araşdırılma zamanı həqiqətən də Agentliyin 10 nömrəli Ərazi Tibbi-Sosial Ekspert Komissiyasının sədri İddiaçı tərəfindən X3 işdən çıxarılmasına baxmayaraq hüquqi əsas olmadan işə çıxarıldığı, T.Əliyeva tərəfindən vətəndaşlara xidmət göstərilməsinə şərait yaradıldığı və elektron imza kartı vasitəsi ilə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya altsistemlərinə daxil olmasına icazə verildiyi müəyyən edilmiş, qeyd olunan faktlar İddiaçı yazılı izahatında etiraf edilmişdir. İddiaçı tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin “a" “b” və “d” bəndləri, həmçinin 72-ci maddəsinin “e” bəndi üzrə əmək vəzifəsinin kobud şəkildə pozulması müəyyən olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq e dilmiş 'Dövlət Tibbi-Sosial Ekspertiza və X1'sinin 4.11.9-cu yarımbəndini rəhbər tutaraq Agentliyin 10 nömrəli Ərazi Tibbi-Sosial Ekspert Komissiyasının sədri İddiaçı Ümaxanovnaya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin 'b” bəndi ilə nəzərdə tutulmuş şiddətli töhmətin verilməsini, həmçinin onunla bağlanılmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq ləğv edilməsini məqsədəmüvafiq hesab edilmişdir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Umaxanovanın işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etmişdir.

8. Məhkəmədə dindirilmiş şahid X13 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, u zun müddətdir ki, iddiaçı ilə birgə işləyib. Lakin xx.xx.2023-cü ildə onu işdən azad etmişlər. Həmin hadisə gözlənilmədən olduğu üçün, həmin vaxt ona məxsus olan əşyaları işdən götürə bilməmişdir. Ona görə də, xx.xx.2023-cü il tarixdə, iddiaçının icazə ilə işə gəlib əşyalarını götürmüşdür. Həmin vaxtı onun yerində işləyən Gülər, ondan bəzi əməliyyatların başa salmağını xahiş etmiş və o, iddiaçının icazəsi ilə Gülərə kömək etmişdir. Məlumat üçün bildirmişdir ki, onu işdən çıxardandan sonra, Gülər ona dəfələrlə işə gəlib ona kömək etməsi barədə whatsappda yazmışdır.

9. Məhkəmədə dindirilmiş şahid X14 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində s ənədlərlə və vətəndaşların müraciətləri ilə şöbəsinin müdiri və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində ilk həmkarlar ittifaqı təşkilatının sədri işləyir. 2023-cü ilin oktyabr ayında Agentlikdən İddiaçı məsələsini həmkarlar iclasında müzakirə edilməsi barədə məktub gəlmişdir. O, da iddiaçının evinə məktub göndərmiş və şəxsi telefonuna zəng edərək, xx.xx.2023-cü il tarixdə həmkarlar iclasında iştirak etmək üçün dəvət etmişdir. İddiaçı onun yanına xx.xx.2023-cü ildə gələrək, onu hansı səbəbə görə həmkarlar iclasına dəvət etdiyini demiş, o, da iddiaçıya məsələni izah edəndən sonra, iddiaçı öz iradəsi ilə işdən çıxması barədə ərizə yazmaq istədiyini bildirmişdir. İddiaçını kadrlar şöbəsinə göndərmiş və işdən azad edilməsi barədə ərizənin həmin şöbəyə təqdim edilməsini bild irmişdir. Ondan sonra iddiaçını görməmişdir. Lakin iddiaçıdan ərizə daxil olmadığı üçün və xx.xx.2023-cü il tarixdə həmkarlar iclasında iştirak etmədiyi üçün, iclas onun iştirakı olmadan keçirilmişdir.

10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2186/2024 nömrəli iş üzrə 16 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakim Rəşad Qoşqarlı) iddia rədd edilmişdir.

11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının mülahizələri özünü müdafiə xarakteri daşımaqla əsassızdır və qəbul edilə bilməz. Belə ki, təqdim olunmuş sənədlərlə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin "İntizam tənbehi haqqında" xx.xx.2023-cü il tarixli, 3-17-4/3-21199 /2023 nömrəli əmri ilə Agentliyin 10 nömrəli Ərazi Tibbi-Sosial Ekspert Komissiyasının sədri İddiaçı Agentliyin daxili nizam intizam qaydalarını və əmək funksiyalarını pozduğuna görə “töhmət” verilmişdir. Həmçinin, iddiaçı tərəfindən məhz əmək müqaviləsinə xitam verilməsinə razılığın verilməsi üçün idarə rəhbərliyi tərəfindən ərizə alınması ilə bağlı da iddia tələbinin əsassızlığını sübut etmişdir. Məhkəmə qeyd etmişdir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddia tələbləri əsassızdır və rədd edilməlidir.

12. Həmçinin iddiaçının barəsi ndə verilmiş əmrin qanunsuzluğuna dair irəli sürülmüş faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız olduğu üçün digər, yəni, işə bərpa edilmə və s. tələblərinə də hüquqi qiymət verilməsinə də zərurət yoxdur.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi, 70-ci maddəsinin “ç” bəndi, 71-ci maddəsinin 2-ci hissəsi, 80-ci maddəsinin 1 və 2-ci hissələri, Mülki Məcəllənin 4.1, 9-cu maddələri, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 av qust 2012-ci il tarixli qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli qərarı, Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı xx.xx.2007-ci il tarixli qərarı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 6 mart 2008-ci il tarixli qərarına, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.3, 217.4, 77.1, 88, 216220 maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, qətnamə tam qanunsuz və əsassızdır. xx.xx.2023-cü il tarixində yeni təyin olunmuş rəhbərliyin öz adamlarını yerləşdirmək niyyətinin qurbanı olaraq qanunsuz və əsassız olaraq əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Məhkəmə araşdırması kifayət qədər şəffaf olmuş, Həmkarlar Təşkilatının sədri Süleyman müəllim də iddiaçının dediklərini təsdiq etmiş, 6 oktyabrda görüşdüklərini və ərizə yazmaqla bağlı söhbətlərini, kadrlara gedib ərizə verməyi barədə iddiaçının dediklərini, 9 oktyabrda iclasın olmayacağını bildirmişdir. Lakin 9 oktyabrda həmkarların iclası sifariş əsasında formal guya k eçirilməsi zamanı iddiaçının iştirak etməməsi göstərilərək iddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə razılıq verilmişdir. Bütün bunlar iddiaçının qanunsuz və əsassız işdən xaric edilməsi üçün qurulmuş bir tələ olmuşdur. Çünki eyni zamanda yeni rəhbərlik 10 nəfər belə sədri bir əmrlə xaric etmişdir və bütün sosial şəbəkələr bu qanunsuzluqları işıqlandırmışdır. İş materiallarına bu barədə sənədlər də əlavə etmişdir. O, qanunsuz olaraq işdən çıxarıldığından, bu ona pis təsir göstərmiş və mənəvi əzab və əziyyətlər keçirmişdir. Eyni zamanda o, qanunsuz və maddə ilə çıxarıldığından başqa işlərə də düzələ bilmədiyindən maddi cəhətdən də sıxıntılar çəkmişdir. Əmək Məcəlləsi əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili int izam qaydalarını pozan işçinin əmək müqaviləsinə xitam verilməsini ən sərt tənbeh tədbiri kimi müəyyənləşdirmiş, alternativ tənbeh tədbirləri kimi töhmət və ya sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək imkanlarını da nəzərdə tutmuşdur və qənaətinə görə əmək müqaviləsinə xitam verilməsi həmin pozuntuların - əgər pozuntu hesab edilsə belə - xarakterinə adekvat olmamışdır. Baxmayaraq ki, iddiaçıya işdən öz xahişi ilə çıxmaqla bağlı ərizə yazdırılmışdır ki, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixində əmək müqaviləsinə xitam verilsin. İşdən çıxmağı ilə bağlı ərizəsini alsalar da qərəzli olaraq artıq işə çıxmadığı vaxtda həmkarlar təşkilatından rəy yazdır mışlar. İddiaçı iddiasında da qeyd etdiyi kimi, xx.xx.2023-cü il tarixdə bütün iş gunü işdə olmamışdır. Maraqlıdır ki, iddiaçı əgər xx.xx.2023-cü il tarixində işə çıxmırsa deməli ərizə verməsi təsdiq olunur və xx.xx.2023-cü il tarixində onun xx.xx.2023-cü il tarixində işə çıxmaması əsas kimi əmrdə niyə göstərilməmişdir? Bütün bunlar məhkəmə iclası zamanı cavabdehi çıxılmaz vəziyyətə saldıqdan sonra təkrar qanunsuzluqlarını gizlətmək üçün 2ci dəfə etiraz yazaraq yoxlamalar çərçivəsində Agentliyin 10 nömrəli Ərazi Tibbi-Sosial Ekspert Komissiyasının tibb bacısı X4 işdən çıxarılmasına baxmayaraq Komissiyanın sədri İddiaçı tərəfindən əsassız olaraq işə çıxarıldığı, səlahiyyəti olmadığı halda T.Əliyeva tərəfindən vətəndaşlara xidmət göstərilməsinə şərait yaradıldığı və Komissiyanın digər əməkda şına məxsus elektron imza kartı vasitəsi ilə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya alt sistemlərinə daxil olmasına icazə verildiyi kimi əsassız arqumentlər gətirmişlər. Həmçinin məhkəməyə saxta akt tərtib edilərək göndərilmiş və orada yazılmışdır ki, araşdırma zamanı Komissiya tərəfindən qəbul həyata keçirilmiş və xidmət göstərilmiş vətəndaşlar arasında təsadüfü üsulla seçilmiş 15 vətəndaşla mobil telefon vasitəsilə tərəflərindən əlaqə saxlanılmış və danışıq zamanı həmin şəxslərdən 7 nəfəri Komissiyaya müraciət etdikləri və orada onlara xidmət göstərən şəxsin T.Əliyeva olduğunu təsdiq etmişdirlər.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3635/2024 nömrəli mülki iş üzrə 20 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Günay Axundova (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Fuad Babayev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Binəqədi Rayon Məhkəməsinin 2(001)2186/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbi qismən təmin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-17-4/3-2-1959/2023 saylı əmrinin ləğv edilməsi, İddiaçı ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 10 nömrəli Ərazi Tibbi-Sosial Ekspert Komissiyasının sədri vəzifəsinə bərpa edilməsi, iddia tələbinin qalan hissədə tə min edilməməsi qət edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, işin halları odur ki, İddiaçı xx.xx.2020-ci ildən AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial və Reabilitasiya Agentliyinin 10 nömrəli Ərazi Tibbi Sosial Ekspert Komissiyasının region üzrə (Oğuz, Şəki, Qax, Zaqatal, Balakən) sədri vəzifəsində çalışırdı. Komissiyada tibb bacısı vəzifəsində çalışan Təngiz Əliyeva ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən 8 avqust 2023-cü il tarixdə xitam verilmişdir. İddiaçı izahatında bildirmişdir ki, 25 avqust 2023-cü il tarixdə Təngiz ona zəng vuraraq işə gəlib əşyaların götürmək istədiyini bildirmiş, o isə icazə verərək demişdir ki, reabilitasiya göndərişləri yığ ılıb, yaza bilmirlər. Olar ki, ya ona, ya da Gülərə necə yazmaq lazım olduğunu göstərsin. Gülərə tibb qeydiyyatçısına öyrətmişdir. Vətəndaşlar qaynar xəttə zəng vururdular, şikayəti aradan qaldırmaq məqsədilə etmişdir.

18. Təngiz Əliyeva məhkəmə iclasında şahid kimi ifadə verərək təsdiq etmişdir ki, uzun müddət iddiaçı ilə birgə işləmişdir. Onun işdən azad edilməsi gözlənilmədən olduğu üçün əşyaları işdə qalmışdır. Əşyaları götürmək üçün iddiaçıdan icazə almışdır. Həmin vaxt onun yerində işləyən Gülər ondan bəzi əməliyyatları başa salmağı xahiş etmişdir. Gülər ona dəfələrlə işə gəlib ona kömək etməsini yazmışdır. Gülərin ona yazması barədə iddiaçıya deməmişdir. Gülərin yanında oturandan sonra o, çölə çıxıb məlumat verdi.

19. İddiaçı 1 sentyabr 2023-cü il tarixdən 06 oktyabr 2023-cü il ta rixədək məzuniyyətdə olmuşdur.

20. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-17-4/3-2-1959/2023 saylı, Əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə yol verdiyi kobud səhvlərə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.

21. Əmrin verilməsinə əsas olmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı şəhəri üzrə X10 Komitəsi xx.xx.2023-cü il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 10 nömrəli Ərazi Tibbi-Sosial Ekspert Komissiyasının sədri İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi məsələsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı şəhəri üzrə X10 Komitəsinin üzvlərinin iştirakı müzakirə edilərək, təqdim edilən xidməti məktuba əsasən Agentliyin 10 nömrəli Ərazi Tibbi-Sosial Ekspert Komissiyasının sədri İddiaçı əmək vəzifələrini kobud şəkildə pozması ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz etmirlər.

22. Həmkarlar İttifaqı təşkilatının 9 oktyabr 2023-cü il tarixli protokolundan müəyyən olunur ki, iclasın gündəliyində duran məsələ onunla bağlı olmuşdur ki, Aparatın Daxili nəzarət, audit, monitorinq və təhlil departamneti tərə findən yoxlamalar aparılmışdır. Yoxlamalar çərçivəsinə tibb bacısı Təngiz Əliyevanın işdə çıxarılmasına baxmayaraq, Komissiyanın sədri İddiaçı trəfindən əsassız olaraq işə çıxarıldığı, səlahiyyəti olmadığı halda T.Əliyeva tərəfindən vətəndaşa xidmət göstərilməsinə şərait yaradıldığı və Komissiyanın digər əməkdaşına məxsus elektron imza kartı vasitəsilə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olmasına icazə verildiyi aşkar olunmuşdur. Tibb qeydiyyatçısı Gülər yazılı izahatında T.Əliyevanın işdən çıxdıqdan sonra bir neçə dəfə işə gəldiyini və vətəndaşa xidmət göstərdiyini, Komissiyanın sədrinə məlumat verdiyini düşündüyündən etiraz etmədiyini bildirmişdir.

23. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin T abeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Əmək Məcəlləsinin 71-ci maddəsinin tələblərinə əməl edilmədən işçi ilə əmək müqaviləsinə xitam verilmişdir.

24. Çünki, Əmək Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

25. Göründüyü kimi işdən azad edilmiş işçi T.Əliyevanın işə gələrək, vətəndaşlara xidmət göstərməkdə onlara yardım etmək məqsədilə göndərişləri yazması iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəllənin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməsinə əsas olmuşdur.

26. Lakin Agentlik tərəfindən işçinin işdən çıxarılması barədə əmrdə işçinin təqsirli hərəkətləri nəticəsində işəgötürənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirilməsi halı, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması əsaslandırılmamışdır.

27. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi idd ia tələbinə və apellyasiya şikayətinə qarşı verilmiş etirazlarda qeyd etmişdir ki, Daxili nəzarət və audit şöbəsi tərəfindən araşdırılma zamanı Agentliyin 10 nömrəli Ərazi Tibbi-Sosial Ekspert Komissiyasının sədri İddiaçı tərəfindən X3 işdən çıxarılmasına baxmayaraq hüquqi əsas olmadan işə çıxarıldığı, T.Əliyeva tərəfindən vətəndaşlara xidmət göstərilməsinə şərait yaradıldığı və elektron imza kartı vasitəsi ilə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya altsistemlərinə daxil olmasına icazə verildiyi müəyyən edilmiş, qeyd olunan faktlar Ü.Dibırovanın yazılı izahatında etiraf edilmişdir. İddiaçı tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin “a" “b” və “d” bəndləri, həmçinin 72-ci maddəsinin "e” bəndi üzrə əmək vəzifəsinin kobud şəkildə pozulması müəyyən ol unmuşdur.

28. Məhkəmə kollegiyası qeyd edir ki, etirazın dəlilləri əsassızdır. Çünki işdən azad edilmə barədə əmrdə işçi ilə əmək müqaviləsinə Əmək Məcəllənin məhz 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verildiyi qeyd edilmişdir. Yəni əmrdə Əmək Məcəlləsinin 72-ci maddəsinin «e» bəndinə istinad edilməmişdir.

29. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmaqla işçi ilə əmək müqaviləsinə xitam verildiyi üçün iddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-17-4/3-2-1959/2023 saylı Əmrinin ləğvi və işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbi təmin olunmalıdır.

30. Məhkəmə kollegiyası hesab edir ki, mənəvi zərər tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, mübahisələndirilən əmrin verilməsi nəticəsində iddiaçının mənəvi iztirab keçirməsi halı müəyyən olunmur. İddiaçı özü də təsdiq etmişdir ki, onunla işləmək istəmədikləri üçün hətta öz ərizəsi ilə işdən azad edilməsinə razı olmuşdur.

31. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70, 71.2, 71.3, 186-cı maddəsinin 2-ci bəndi, 187-ci maddəsinin 1-ci bəndi, 300-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

32. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyas iya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

33. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi öz qətnaməsində göstərmişdir ki: “Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan RespublikasıƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Əmək Məcəlləsinin 71-ci maddəsinin tələblərinə əməl edilmədən işçi ilə əmək müqaviləsinə xitam verilmişdir.... işdən azad edilmə barədə əmrdə işçi ilə əmək müqaviləsinə Əmək Məcəllənin məhz 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verildiyi qeyd edilmişdir. Yəni əmrdə Əmək Məcəlləsinin 72-ci maddəsinin «e» bəndinə istinad edilməmişdir”. Qeyd edilən əsaslandırma ilə razılaşmayaraq bildirirlər ki, işçinin işdən azad edilməsi ilə bağlı olan xitam əmrinin 70-ci maddəsinin “ç” bəndinə istinadı həmçinin Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan halları da özündə ehtiva edir. Belə ki, əmrdə İddiaçı yol verdiyi kobud səhvlərə görə onunla bağlanmış əmək müqaviləsinin ləğv edildiyi göstərilməklə yanaşı, əmrin əsaslandığı sənədlərə istinad da öz əksini tapmışdır ki, həmin sənədlərdə iddiaçının məhz hansı səhvlərə yol verdiyi açıqaydın qeyd edilmişdir.

34. İş materiallarından da göründüyü kimi, tam şəkildə sübut olunmuşdur ki, İddiaçı Agentliyin 10 nömrəli Ərazi Tibbi-Sosial Ekspert Komissiyasının (bundan sonra Komissiya) sədri kimi komissiyanın fəaliyyətinin təşkilinə, nizam-intizama əməl edilməsinə, xüsusən də komissiyanın fəaliyyəti ilə bağlı məlumatların, o cümlədən və xüsusən də əlillik altsistemi verilənlər baz asında olan məlumatların (bunların mühüm bir hissəsi əlilliyi müəyyən edilmiş şəxslərə dair fərdi məlumatlardır) qorunmasına cavabdeh olduğu halda Agentlikdə işləməyən, müvafiq olaraq yuxarıda qeyd edilən məlumatların yayılımaması ilə bağlı hər-hansı öhdəliyi olmayan şəxsin rəhbərlik ediyi Komissiyaya gələrək Komissiyanın işçinin elektron imzası ilə əlillik Altsisteminə daxil olmasına, oradakı məlumatlarla işləməsinə, ola bilər ki, bu məlumatlarda hansısa dəyişikliklər etməsinə şərait yaratmışdır. Bununla da bütövlükdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin cavabdeh olduğu Əlillik Altsisteminin dayanıqlılığı, sistemdə qorunan məlumatların, o cümlədən fərdi məlumatların qorunması ciddi risk altına salınmışdır. Bu da o deməkdir ki, İddiaçı tərəfindən əmək funksiyası, əmək müqaviləs i üzrə öhdəlikləri yerinə yetirilməmiş, əmək vəzifələri kobud şəkildə pozulmuşdur, yəni qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəlikləri yerinə yetirilməmiş, bununla da işəgötürənin qanuni mənafeyinə ciddi xələl gətirilməsi riski mövcud olmuşdur. Məhkəmənin nəzərinə çatdırmaq istərdik ki, Əlillik Altsistemi xüsusi olaraq qorunan, yalnız gücləndirilmiş elektron imza vasitəsi ilə daxil olmağa imkan olan, şəxslər barədə fərdi məlumatların yer aldığı, kənar şəxslərin girişi və hər hansı əməliyyatın aparılması qanunvericiliklə qadağan olan verilənlər bazasıdır. İddiaçı isə Agentliyin vəzifəli şəxsi olaraq bütün bunları bildiyi halda kənar şəxsin Agentliyin işçinin elektron imzası ilə həmin sistemə daxil olmasına, heç bir məsuliyyət daşımadan oradakı məlumatlarla işləməyə şərait yaratmışdır. Məhkəmə öz əsaslandırmasında bildirmişdir ki: “Göründüyü kimi işdən azad edilmiş işçi T.Əliyevanın işə gələrək, vətəndaşlara xidmət göstərməkdə onlara yardım etmək məqsədilə göndərişləri yazması iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəllənin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməsinə əsas olmuşdur”. Məhkəmənin qətnaməni bu formada əsaslandırması ilə İddiaçıın işdən azad edilmiş Təngiz Əliyevanı işə cəlb edərək işlətməsi halı sübut olunur. Bu hal özlüyündə işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyərək fərdi məlumatların yer aldığı Əlillik Altsisteminə kənar şəxsin girişinə şərait yaratması halıdır. X7 başqa işçinin elektron imzasından istifadə etməklə girişinə iddiaçı tərəfi ndən icazə verilmiş şəxsin əvvəllər Agentliyin işçisi olması, qətiyyən Altsistemdə yer alan məlumatların yayılma riskini azaldan hal kimi nəzərdən keçirilə bilməz. Belə ki, bütün hallarda Altsistemə giriş icazəsi verilmiş işçi X16 ilə yanaşı, Müqavilənin ayrılmaz tərkib hissəsi olan məxfi məlumatların yayılmamasına dair öhdəlik və tam maddi məsuliyyətə dair müqavilə ilə də bağlıdır və buna görə də elektron imza ilə təchiz edilir. İddiaçı tərəfindən Altsistemə girişinə şərait yaradılmış şəxs isə Agentlik qarşısında bu cür öhdəliklərlə bağlı olmadığından, onun tərəfindən məlumatların yayılması və ya onlara qeyri-qanuni müdaxilə (dəyişdirmə, saxta məlumatların daxil edilməsi və s.) riski kifayət qədər real olmuşdur. Apellyasiya instansiyasıməhkəməsi qətnamə qəbul edərkən sübutlara əsasən işi obyektiv şəkildə araşdırmaq əvəzinə, çox səthi qaydada sırf iddiaçının heç bir sübuta əsaslanmayan sözləri əsasənda qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

35. Məhkəmə qətnamə qəbul etməzdən əvvəl iş üçün əhəmiyyətli olan halları mütləq şəkildə müəyyən etməlidir. Məhkəmə tərəfindən sübutlar tam şəkildə qiymətləndirilməmiş və iş üçün əhəmiyyətli olan halları düzgün müəyyən etməmişdir. Məhkəmə tərəfindən qərar qəbul edilərkən sübutlara obyektiv yanaşmadan, hərtərəfli və tam tədqiq etmədən qiymət verilmişdir.

36. Kassasiya şikayəti Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə, 71-ci maddəsinin 2 və 3-cü hissələrinə, 72-ci maddəsinə, Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.2, 76.3, 77, 88, 21 7, 218.1, 418-ci maddələrinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

37. İddiaçı kassasiya şikayətinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, onun iddia tələbi əsaslı olmuş və təqdim edilmiş sübutlarla təsdiqini tapmışdır. Buna görə də iddiaçı cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

38. Maddə

70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına gö rə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda

39. Maddə 71.

2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş ols un və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 186

2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.

40. Maddə 187

1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

41. Maddə 300.

1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş burax ma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında” Əsasnamə

42. Bənd 5.0. MEİS-in operatoru Nazirlikdir. MEİS-in operatorunun aşağıdakı funksiyaları vardır: 5.0.3. MEİS-ə çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşlarını gücləndirilmiş elektron imza ilə təmin etmək; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmən in gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

49. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

50. Maddə 418.3. Prosessual hüquq normalarının pozulmas ı və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

52. Hazırkı kassasiya şikayətində qətnamə idd ianın təmin olunan hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbi pozulmuşdur.

54. Belə ki, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Əmək Məcəlləsinin 71-ci maddəsinin tələblərinə əməl edilmədən işçi ilə əmək müqaviləsinə xitam verilmişdir. Çünki, Əmək Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin l əğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Göründüyü kimi işdən azad edilmiş işçi T.Əliyevanın işə gələrək, vətəndaşlara xidmət göstərməkdə onlara yardım etmək məqsədilə göndərişləri yazması iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəllənin 70-ci maddəsinin «ç» b əndinə əsasən xitam verilməsinə əsas olmuşdur. Lakin Agentlik tərəfindən işçinin işdən çıxarılması barədə əmrdə işçinin təqsirli hərəkətləri nəticəsində işəgötürənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirilməsi halı, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması əsaslandırılmamışdır.

55. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin göstərilən mövqeyi ilə razılaşmır. Belə ki, əvvəla iş materiallarında olan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X6 Hüquqi Şəxsin idarə heyətinin sədrinin 10 oktyabr 2023-cü il tarixli əmri ilə təsdiq edilir ki, İddiaçı əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvlərinə görə tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və əmrin verilməsinə əsas olmuş sənədlər göstərilmişdir. Eləcə də iş materialları ilə təsdiq olunur ki, İddiaçı əmək müqaviləsinə xitam verilməsinə tibb bacısı Təngiz Əliyevanın işdə çıxarılmasına baxmayaraq, Komissiyanın sədri İddiaçı tərəfindən əsassız olaraq işə çıxarıldığı, səlahiyyəti olmadığı halda T.Əliyeva tərəfindən vətəndaşa xidmət göstərilməsinə şərait yaradıldığı və Komissiyanın digər əməkdaşına məxsus elektron imza kartı vasitəsilə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olmasına icazə verildiyinin aşkar olunması əsas olmuşdur. Əmək müqaviləsinə xitam verilmiş, işəgötürən qarşısında əmək müqaviləsi üzrə öhdəliyi olmayan və beləliklə də müvafiq sis temə çıxışı olmayan, sistemin aparılmasında iştirak etməyən şəxsə, şəxslər barədə fərdi məlumatların yer aldığı, kənar şəxslərin girişi və hər hansı əməliyyatın aparılması qanunvericiliklə qadağan olan verilənlər bazasına başqa şəxsin elektron imzası ilə daxil olmağa şərait yaradılmasının işəgötürənin qanunla qorunan mənafelərinə zərər vurmadığı apellyasiya instansiyası məhkəməsi tərəfindən kifayət qədər əsaslandırılmamışdır. Eləcə də göstərilən hərəkətlərin icra intizamının normal ahəngini pozub-pozmamasına da hüquqi qiymət verilməmişdir.

56. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etin asızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

57. Qeyd edilən maddədən məlum olur ki, işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə əmək müqaviləsinə xitam verilə bilməsi üçün işəgötürənin, hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olması kifayətdir. Belə ziyanın konkret olaraq “ciddi” kimi qiymətləndirilməsi və ya maddi xarakterli olması tələb olunmur.

58. Apellyasiya instansiyas ı məhkəməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi iddia tələbinə və apellyasiya şikayətinə qarşı verilmiş etirazına əsasən qeyd etmişdir ki, etirazın dəlilləri əsassızdır. Çünki işdən azad edilmə barədə əmrdə işçi ilə əmək müqaviləsinə Əmək Məcəllənin məhz 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verildiyi qeyd edilmişdir. Yəni əmrdə Əmək Məcəlləsinin 72-ci maddəsinin «e» bəndinə istinad edilməmişdir.

59. Məhkəmə kollegiyası həmin mövqe ilə də razılaşmır. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin 72-ci maddəsinin “e” bəndində göstərilən halları ehtiva etməməsini əsaslandıra bilməmişdir.

60. Məhkəmə kollegiyası hesab edir ki, apel lyasiya instansiyası məhkəməsi sübutlara Azərbaycan Respublikasının MPM-in 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət vermədiyindən maddi hüquq normalarının düzgün tətbiq edildiyi qənaətinə gəlmək mümkün deyil.

61. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.

62. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müə yyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

63. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).

64. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).

65. Ona görə də kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Həmin hissədə işə yenidən baxılarkən şərh olunan nöqsanlar aradan qaldırılmaqla maddi və prosessual hüquq normalarının tələbinə uyğun, qanuni və əsaslı məhkəmə aktı qəbul edilməlidir.

66. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X6 Hüquqi şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 iyun 2024-cü il tarixli 2(103)3635/2024 nömrəli qətnaməsi iddianın təmin edilən hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar