Məhkəmə qərarları › İş №2(102)-3215/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3215/2023

05.10.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3215/2023 05.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh, üçüncü şəxslər Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının X10 Ərazi Dairəsi Üzrə Nümayəndəliyi və Gədəbəy rayonu X2rşı mülki iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyətçi olmayan şəxsin əmlak hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (üçüncü şəxslər Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının X10 ərazi dairəsi üzrə nümayəndəliyi və Gədəbəy rayonu Arıxdam kənd bələdiyyəsi) “su xəttinin bərpa edilməsinə e dilən müdaxilələrə son qoyulması” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)392/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh həmkəndlidirlər. Tərəflər arasında sudan istifadə ilə bağlı mübahisə mövcuddur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı (üçüncü şəxslər Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının X10 ərazi dairəsi üzrə nümayəndəliyi və Gədəbəy rayonu Arıxdam kənd bələdiyyəsi) iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək, Gədəbəy rayonu, Qaradağ kəndi ərazisində olan, kəndin yuxarı h issəsində qurumuş çay yatağında yerləşən bulağın mənbəyindən onun yaşadığı evə gələn su xəttinin onun tərəfindən bərpa edilməsinə Cavabdeh yaratdığı hər cür müdaxiləyə son qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Qaradağ kəndində yaşayır. Həmin kənddə ona məxsus fərdi yaşayış evi vardır. 40 il bundan əvvəl yaşadıqları kənddən təxminən 1500-2000 metr məsafədən mərhum əri X1 yaşadıqları evə su boruları ilə su çəkdirmiş, bulağın mənbəyində su hovuzu tikmişdir. Suyun mənbəyi Qaradağ kəndinin yuxarı hissəsində qurumuş çay yatağında yerləşir. Həmin vaxtdan 2019-cu ilədək iddiaçı və ailə üzvləri həmin sudan istifadə etmişlər. 2019cu ilin iyun ayında yağış suları nəticəsində çaydan gələn s el daşqını su hovuzunun bir hissəsini dağıtmışdır. Bundan sonra, iddiaçı ailə üzvləri və həmkəndlisi X7 ilə birlikdə 10 gün işləyərək həmin bulağın mənbəyində su hovuzunu bərpa etmək üçün çala qazmışlar. Çala qazıldıqdan sonra gecə ilə onların xəbəri olmadan Cavabdeh özbaşına olaraq həmin suyun mənbəyində betondan kiçik həcmli su hovuzu tikdirmişdir. Sonuncu onlar qazdıqları çalada su hovuzunu tikərək orada iki ədəd rezin boru ilə su xətti qoymuşdur. Su xəttinin birini özü üçün, digərini isə onlar üçün qoymuşdur. Lakin həmin vaxtdan, yəni 2019-cu ildən hazıradək Cavabdeh tərəfindən onlar üçün ayrılmış su xəttindən su gəlməmişdir. Bulağın mənbəyində iş aparıb onların yaşadıqları evə çəkilmiş su borusu ilə suyun bərpa olunmasına cəhd etsə də, cavabdeh dava-dalaş salıb münaqişə yaradaraq buna imkan verməmişdir. Bu gün də cavabdeh ona və ailə üzvlərinə su xəttinin bərpa edilməsinə imkan vermir. Nəticədə o və ailə üzvləri sudan məhrum olmuşlar. Qaradağ kənd İƏD üzrə nümayəndəliyi və Arıxdam bələdiyyəsinin də məsul şəxsləri bundan xəbərdardır.

4. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gədəbəy rayonu, Qaradağ kənd İƏD üzrə nümayəndəliyi xx.xx.2022-ci il tarixli, 45 nömrəli məktubunda göstərmişdir ki, kəndin yuxarı hissəsində, çay yatağının sağ tərəfində İddiaçı mərhum əri İbrahim Hüseynov 30 il əvvəl su anbarı düzəldib fərdi yaşayış evinə su xətti çəkərək istifadə etmişdir. 2019-cu ilin yay aylarında kəndin ərazisinə yağan güclü leysan yağışları nəticəsində İddiaçı yaşadığı evə gedən su xəttini dağıtmışdır. Həmin vaxt İddiaçı oğlu X4 əraziyə texnika gətirmiş, bir nəfər fəhlə və ailə üzvləri çay yatağında qazıntı işləri apararaq su xəttini bərpa etmək istəmişdir. Bu zaman həmkəndlisi Cavabdeh isə bildirmişdir ki, həmin ərazidə olan sudan onlar da istifadə edirlər. Buna görə də hər iki vətəndaş arasında mübahisə yaranmışdır. Mübahisə ilə əlaqədar olaraq nümayəndəliyin işçiləri və Arıqdam bələdiyyəsinin sədri X9 həmin ərazidə olaraq qanunvericiliyin tələblərini hər iki vətəndaşa izah etmişlər. Ərazidə Cavabdeh tərəfindən su anbarı qurularaq iki su xətti qoyulmuşdur. O, bildirmişdir ki, su xəttinin birindən özü, digərindən isə İddiaçı istifadə edəcəkdir. Lakin həmin vaxt İddiaçı oğlu Rövşən Hüseynov bununla razılaşmamış, müxtəlif dövlət orqanlarına müraciət edərək su anbarının hamısından istifadə edəcəyinə köməklik olunmasını xahiş etmi şdir. Bununla əlaqədar olaraq RİH başçısı aparatının nümayəndələri dəfələrlə ərazidə olaraq həmin su anbarından hər iki vətəndaşın istifadə edəcəklərini məsləhət bilmişlər. X4 bu məsləhətlə razılaşmamışdır. 2022-ci ilin may ayında İddiaçı nümayəndəliyə müraciət edərək onun yaşayış evinə su xəttinin bərpa edilməsini xahiş edib. Bu gün isə Cavabdeh bununla razılaşmayaraq həmin sudan təkcə özü istifadə edəcəyini bildirir. Rövşən Hüseynov tərəfindən fərdi yaşayış evinə su xəttinin bərpası ilə əlaqədar olaraq əraziyə texnika aparılmış, lakin qarşı tərəf Cavabdeh texnikanın işləməsinə imkan verməmişdir. Həmin vaxt nümayəndəliyin işçiləri və Arıqdam bələdiyyəsinin sədri həmin ərazidə, mübahisə yerində olaraq qanunvericiliyin tələblərini bir daha hər iki vətəndaşa izah edilmişdir.

5. Gədəbəy rayon u, Qaradağ kənd İƏD üzrə nümayəndə Paşa Musayev məhkəmə iclasında bildirib ki, mübahisəli su mənbəyi Gədəbəy rayonu, Qaradağ kəndi ərazisində olan, qurumuş çay yatağında yerləşir. Həmin çay yatağı dövlət mülkiyyətində olan torpaq sahəsidir. O, kəndin bələdiyyə sədri ilə birlikdə tərəflərlə söhbətlər aparmış və həmin su mənbəyindən bərabər şəkildə istifadə etmələri tövsiyə olunmuşdur. Lakin tərəflərin hər ikisi də su mənbəyinin onlara məxsus olduğunu bildirmiş və aralarında mübahisə yaranmışdır.

6. Digər üçüncü şəxs Arıxdam kənd bələdiyyəsinin nümayəndəsi məhkəməyə gəlməmiş və iddia tələbinə qarşı yazılı mülahizə və etiraz bildirməmişdir.

7. Gədəbəy Rayon Məhkəməsinin 2(042)-882/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim M.Kazımov) iddia tələbi təmin edilməmişdir.

8. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının mübahisəli su mənbəyindən istifadə etməsinə edilən maneələrin aradan qaldırılmasını tələb etməsi üçün onun həmin su mənbəyinə qanuni əsaslarla istifadə etmək hüququ olmalıdır. İddiaçı dövlət mülkiyyətində olan torpaq sahəsində yerləşən mübahisəli su obyektindən istifadə etmək hüququnun mövcud olmasına dair məhkəməyə heç bir hüquq müəyyənedici sənəd təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, sözügedən su obyektindən iddiaçının istifadə etmək hüququnun olmasına dair heç bir müəyyənedici sənəd olmadığından onun həmin su mənbəyindən evinə su xəttinin bərpa edilməsini tələb etmək üçün subyektiv hüququ yoxdur.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.4-cü, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü, “Bələdiyyələrin su təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1, 76.2, 77.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

10. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin Olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyator şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi prosessual hüquq normalarını pozmuş və maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə 40 il bundan əvvəl yaşadıqları kənddən təxminən 15002000 metr məsafədən yaşad ıqları evə su boruları çəkdirdiklərini, 2019-cu ildən cavabdehin su xəttinin bərpasına imkan vermədiyini nəzərə almadan və mübahisəli su mənbəyinə yerli baxış keçirtmədən qətnamə qəbul etmişdir.

12. Apellyasiya icraatı zamanı işdə iştirak edən şəxslərin iştirakı ilə yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, mübahisəli su mənbəyi Gədəbəy rayonu, Qaradağ kəndi ərazisində olan çay yatağında yerləşir. Həmin ərazidə bir-birindən qısa məsafə zolağında iki su hövzəsi vardır. Bu su hövzələrinin hər ikisinin üstü betonlanmış vəziyyətdə olmuşdur. Həmin hövzələrin birindən iddiaçının evinin həyətinə boru vasitəsilə gedən su xətti mövcud olmuşdur. Cavabdehin istifadəsində olan su quyusuna mənbədən su yığılır, lakin iddiaçının su quyusuna mənbədən su yığılmır. Həmçinin müəyyən olunmuşdur ki, idd iaçının yaşadığı evin həyətində torpağın altından çıxan su xətti vardır, lakin həmin borudan suyun gəlməsi müəyyən olunmamışdır. İddiaçının deməsinə görə bu boru ilə gələn su xətti mübahisəli mənbədən gələn su xəttidir və 2019-cu ildən suyun gəlməsi dayanmışdır.

13. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-392/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – İ.Həsənov (sədrlik edən və məruzəçi), L.Süleymanov və A.Hüseynzadə) apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia tələbi təmin edilmişdir.

14. Məhkəmə kollegiyası mövqeyini belə əsaslandırmışdır ki, mübahisəli su mənbəyinin yerləşdiyi qurumuş çay yatağı bələdiyyənin mülkiyyətindədir və yaşayış məntəqələri daxilində ü mumi istifadədə olan su mənbəyidir. 15. “Bələdiyyələrin su təsərrüfatı haqqında” Qanunun 10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulmuş hallar, habelə yaşayış məntəqələri daxilində ümumi istifadədə olan içməli məqsədlər üçün istifadə olunan bulaqlar, quyular, kəhrizlər istisna olunmaqla, bələdiyyələrin su təsərrüfatı obyektlərində sudan pullu istifadə olunur.

16. Göründüyü kimi yaşayış məntəqələri daxilində olan içməli məqsədlər üçün istifadə olunan bulaqlar, quyular, kəhrizlər ümumi istifadədəyə verilmişdir. Belə olan təqdirdə iddiaçı X6 ümumi istifadədə olan sudan istifadə hüququ vardır. Ona görə də kollegiya hesab edir ki, işə baxan birinci instansiya məhkəməsinin iddiaçının iddia üzrə subyektiv hüquqa malik olmaması barədə gəldiyi nəticə qanuni və əsaslı olmamışdır.

17. Həmçinin bələdiyyə tərəfindən iddia qaldırılmaması, hazırkı mübahisə ilə bağlı iddiaçının özü tərəfindən iddia verməsinə mane olan hal deyildir.

18. Mübahisəli su mənbəyi Gədəbəy rayonu, Qaradağ kəndi ərazisində olan çay yatağında yerləşir. İddiaçı əvvələr həmin mənbədən öz yaşadıqları evə su xətti çəkərək ailə üzviləri ilə birlikdə istifadə etmişdir. 2019-cu ildə güclü yağışların nəticəsində sel həmin xətti sıradan çıxartmış və sudan istifadə dayanmışdır. Bundan sonra iddiaçı həmin su xəttini bərpa etdirmək məqsədilə bulağın mənbəyində su hovuzu düzəltdirmək üçün çala qazdırmış, lakin çala qazıldıqdan sonra Cavabdeh həmin su hovuzunun üzərini betonlayaraq iddiaçının evinə gedən su xəttinin bərpasına imkan verməmişdir.

19. Cavabdeh tərəfindən iddiaçının su quyusuna müdaxilə olunması ilə onun istifadəsində olan su quyusuna mənbədən gələn suyun hamısı yığıldığından, iddiaçının su quyusuna axan suyun axımı tamamilə kəsilmişdir. Bu isə, mülki qanunvericilikdə təsbit olunmuş qonşuluq hüququnun ümumi prinsiplərinə ziddir. Ona görə də, mübahisəli su mənbəyindən iddiaçının yaşadığı evin həyətinə gələn su xəttinin iddiaçı tərəfindən bərpa edilməsinə Cavabdeh yaratdığı müdaxilə qanuna ziddir və bu müdaxiləyə son qoyulmalıdır.

20. Məhkəmə kollegiyası mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.4, 170.2, 170.3, 170.4-cü, Azərbaycan Respublikası Su Məcəlləsinin 11, 12, 36, 47, 55-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunmaması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

22. Kassator şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının mübahisələndirdiyi su hovuzu təxminən 60 il əvvəl cavabdehin atası tərəfindən tikilmiş və onların istifadəsində olmuşdur. Bu hal həm qonşular tərəfindən tərtib olunmuş aktla, həm də bələdiyyənin arayışı ilə təsdiq olunur. Həmin su hovuzunun iddiaçının deyil, cavabdehin evinin yaxınlığında olması da bu halı təsdiq edir. Məhkəmə bu halları yerli baxış keçirilərkən müəyyən etsə də, qərar qəbul edərkən nəzərə almamışdır.

23. Kassator şikayətini Azərbaycan Respublikası Su Məcəlləsinin 36 və 55-ci, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88 və 217 -ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.

26. Maddə 170.3. Heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşa ğı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin.

27. Maddə 170.4. Bir neçə torpaq sahəsindən axan tullantı və yeraltı suların istiqamətini dəyişdirərək və ya onları qarışdıraraq başqa torpaq sahələrində suyun miqdarını azaltmaq və ya keyfiyyətini pisləşdirmək yolverilməzdir. Azərbaycan Respublikasının Su Məcəlləsi

28. Maddə

11. Su münasibətlərinin subyektləri Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, bələdiyyələr, su obyektlərinin istifadəçiləri və su istehlak çılarıdır. Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası adından su münasibətlərində öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları iştirak edirlər. Bələdiyyələr su münasibətlərində onların statusunu müəyyən edən qanunvericilik aktları ilə verilən səlahiyyətlər daxilində iştirak edirlər. Su obyektlərinin istifadəçiləri və su istehlakçıları su münasibətlərində Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada öz ehtiyaclarını ödəmək və sahibkarlıq fəaliyyəti göstərmək məqsədi ilə iştirak edirlər.

29. Maddə

12. Bələdiyyə mülkiyyətində olan su obyektləri Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada ümumi istifadəyə, fiziki və hüquqi şəxslərin istifadəsinə, icarəsinə, habelə Azərbaycan Respublikası vətəndaşlarının və hüqu qi şəxslərinin mülkiyyətinə verilə bilər. Bələdiyyə mülkiyyətində olan su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini qanunvericiliklə onlara verilmiş səlahiyyətlər daxilində bələdiyyələr həyata keçirirlər

30. Maddə

36. Ümumi istifadədə olan su obyektləri — istifadəsi hamı üçün mümkün və açıq olan su obyektləridir. Fiziki şəxslər belə su obyektlərindən öz ehtiyaclarını təmin etmək məqsədi ilə (çimərlik, qayıqla gəzinti, idman, balıq və digər su bioresurslarının həvəskar ovu, mal-qaranın suvarılması, texniki qurğulardan istifadə etmədən su götürmə və s.) pulsuz istifadə edirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

32. Maddə 77.1. Hər bi r tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini y oxlayır.

37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

38. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

39. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya bax ışının hədləri

40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya insta nsiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Belə ki, tərəflərin arasında yaranmış mübahisə ümumi istifadədə olan su mənbəyindən istifadə üzrə yaranmışdır.

44. İşə baxmış məhkəmə kollegiyası müəyyən etmişdir ki, mübahisəli su mənbəyinin yerləşdiyi qurumuş çay yatağı bələdiyyənin mülkiyyətindədir və yaşayış məntəqələri daxilində ümumi istifadədə olan su mənbəyidir və X6 ümumi istifadədə olan sudan istifadə hüququ vardır.

45. Həmçinin işin faktiki halları ilə müəyyən olunmuşdur ki, mübahisəli su mənbəyi Gədəbəy rayonu, Qaradağ kəndi ərazisində olan çay yatağında yerləşir. İddiaçı əvvəllər həmin mənbədən öz yaşadıqları evə su xətti çəkərək ailə üzvləri ilə birlikdə istifadə etmişdir. 2019-cu ildə güclü yağışların nəticəsində sel həmin xətti sıradan çıxartmış və sudan istifadə dayanmışdır. Bundan sonra iddiaçı həmin su xəttini bərpa etdirmək məqsədilə bulağın mənbəyində su hovuzu düzəltdirmək üçün çala qazdırmış, lakin çala qazıldıqdan sonra Cavabdeh həmin su hovuzunun üzərini betonlayaraq iddiaçının evinə gedən su xəttinin bərpasına imkan verməmişdir.

46. Apellyasiya instansiya məhkəməsi işin həqiqi hallarının müəyyən edilməsi üçün işdə iştirak edən şəxs lərin iştirakı ilə mübahisəli su mənbələrinə yerində baxış keçirmiş və müəyyən etmişdir ki, mübahisəli su mənbəyi Gədəbəy rayonu, Qaradağ kəndi ərazisində olan çay yatağında yerləşir. Həmin ərazidə bir-birinidən qısa məsafə zolağında iki su hövzəsi vardırdır. Həmin su hövzələrinin hər ikisinin üstü betonlanmış vəziyyətdə olmuşdur. Həmin hövzələrin birindən iddiaçının evinin həyətinə boru vasitəsilə gedən su xətti mövcud olmuşdur. Cavabdehin istifadəsində olan su quyusuna mənbədən su yığılır, lakin iddiaçının su quyusuna mənbədən su yığılmır. Həmçinin müəyyən olunmuşdur ki, iddiaçının yaşadığı evin həyətində torpağı altından çıxan borudan su xətti vardır, lakin həmin borudan suyun gəlməsi müəyyən olunmamışdır. İddiaçının deməsinə görə bu boru ilə gələn su xətti mübahisəli mənbədən gələn su xəttidir və 2019-cu ildən suyun gəlməsi dayanmışdır.

47. Kassasiya şikayətinə əlavə edilmiş bulaqdan istifadə üzrə bağlanmış müqavilə kassasiya instansiyası məhkəməsinin araşdırmasının predmeti ola bilməz. Çünki həmin sübut apelyasiya instansiyası məhkəməsinə təqdim edilməmişdir.

48. Kassasiya şikayətinin dəlilləri əsasən işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

49. Ko llegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

50. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)392/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar