Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3216/2019 06.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-3216/2019 06 may 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı vəkili ***nun, Cavabdeh3 və onun vəkili ***nun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.11.2018-ci il tarixli, 2(103)11695/2018 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim R.Ə.S əmədov) 02 iyul 2018-ci il tarixli, 2(006)-3054/2018 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər X4, Cavabdeh3 və Cavabdeh1 *** saylı fərdi yaşayış evinin İddiaçı məxsus 1/4 hissəsinə olan istifadə hüquqlarının itirilmiş hesab olunması və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Q.Nəbiyev, R.Ə.Qurbanov və A.Ə.Hüseyn) 26.11.2018-ci il tarixli, 2(103)-11695/2018 nömrəli qətnaməsi ilə cavabdehlər X4, Cavabdeh3 və Cavabdeh1 apellyasiya şikayəti təminolunmuş, hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 02 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdehlər X4, Cavabdeh3 və Cavabdeh1 qarşı “cavabdehlərin *** saylı fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi” tələbinə dair iddiası rədd edilmişdir. İddiaçı və onun vəkili *** iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.11.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı cavabdehlər X4, Cavabdeh3 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin *** saylı fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi haqqında qətnamənin qəbul edilməsi xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyəti Tİ və MHQİ-nin 10.08.2000-ci il tarixli, FM seriyalı 004676 nömrəli qeydiyyat vəsiqəsinə əsasən ***ndəki 7 otaqdan, 105,9 kv.m yaşayış, 177,3 kv.m ümumi sahədən ibarət 106 saylı fərdi yaşayış evinin ¼ hissəsinin payçısı iddiaçı, ¼ hissəsinin payçısı X1 0 və 2/4 hissəsinin payçısı isə X2r. Cavabdehlər X4 həyat yoldaşı Cavabdeh3 ilə birlikdə uzun müddətdir ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin qeydiyyatına alınaraq 2000-ci ilədək kirayəçi qismində yaşamışlar. İxtisasca pedaqoq olan cavabdeh X4 10 ildən artıqdır ki, daimi yaşamaq və işləmək məqsədi ilə Türkiyə Respublikasına köçmüş, orada vətəndaşlıq hüququ alaraq müəllim vəzifəsində işləyir və həyat yoldaşı Cavabdeh3 ilə birlikdə yaşayırlar. Cavabdehlər ***nın və X13 əvvəllər kirayəçi qismində yaşadıqları 1 otaqlı mənzili əvvəllər başqa ünvanda qeydiyyatda olmaqla yaşayan oğlu, digər Cavabdeh1 zəbt edərək həmin sahədən iddiaçının istifadəsini məhdudlaşdırmışdır. 2018-ci ilin mart ayında məlum olmuşdur ki, Cavabdeh1 hüquq-mühafizə orqanında işləməsindən istifadə edərək mülk iyyətçilərin razılığı olmadan 15.05.2014-cü il tarixdə qanunsuz olaraq evin qeydiyyatına alınmışdır. Cavabdehlər X4, Cavabdeh3 daimi yaşamaq məqsədi ilə Türkiyə Respublikasına köçüb orada işləyib yaşadıqlarına, həmçinin Cavabdeh1 daimi yaşayış yeri başqa ünvan olduğundan və başqa ünvanda yaşadığından iddiaçının mülkiyyətində olan evə yaşayış hüquqları yoxdur. Cavabdehlər X4 və Cavabdeh3 xüsusi mülkiyyətdə olan *** saylı fərdi yaşayış evinin qeydiyyatında olsalar da, faktiki olaraq həmin ünvanda yaşamırlar və onların mübahisəli yaşayış sahəsinə qeydiyyatları formal xarakter daşımaqla hər hansı bir hüquqi nəticəyə səbəb deyildir. Cavabdehlər X3 və Cavabdeh3 mülkiyyətdə olan *** saylı fərdi yaşayış evində qeydiyyatları formal xarakter daşıdığından, mənzildən istifadə hüquqlarının yaranması üç ün aralarında hər hansı bir müqavilə olmadığından mülkiyyət hüquqları məhdudlaşdırılmışdır ki, bu da iddia tələbinin təmin edilməsi və cavabdehlərin göstərilən yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi üçün əsasdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı və onun vəkili *** iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.11.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, şikayət verilən məhkəmə qətnaməsindən də göründüyü kimi, məhkəmə, cavabdehlərin həmin mənzildə qeydiyyatda olmasına istinad edərək, onları “ailə üzvləri” sırasına daxil etmişdir. Dah a sonra 30 iyun 2009-cu il tarixdə qüvvədən düşmüş Mənzil Məcəlləsinin 123-cü maddəsinə istinad edərək, cavabdehlərin istifadə hüququnun saxlanmalı olması nəticəsində gəlmişdir. Məhkəmənin belə yanaşması maddi hüquq normasının mübahisənin mahiyyətinə və işin hallarına düzgün tətbiq edilməməsi ilə nəticələnmişdir. Belə ki, iş materiallarından da göründüyü kimi, mübahisə mövzusu olan yaşayış evi dövlət mənzil fondunda olmuş mənzil deyil, vətəndaşın şəxsi mülkiyyətində olmuş fərdi yaşayış evidir. Məhkəmənin istinad etdiyi həmin dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsi şəxsi dövlət mülkiyyətində olan mənzillərlə şəxsi mülkiyyətində olmuş fərdi yaşayış evinə münasibətdə əksər hallarda ümumi qaydalar müəyyən etsə də, məcəlləyə bəzi məsələlərə münasibətdə fərqli müddəalar daxil etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili *** kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, apellyasiya instansiy***in ləğv, iddianın təmin edilməsi barədə qərarın qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 vəkili *** kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərarın qəbul olunmasını xahiş etmişdir. Cavabdeh3 vəkilinin dediklərinə uyğun izahat verdi. Digər cavabdehlər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə icla sında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 26.11.2018-ci il tarixli qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayətini təmin edib, iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 02 iyul 2018-ci il tarixli qətnaməsini ləğv edib iddianı rədd edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, *** saylı fərdi yaşayı ş evi 10.08.2000-ci ildən 1/4 hissəsi İddiaçı, ¼ hissəsi cavabdehlər X4 və Cavabdeh3 oğlu və Cavabdeh1 qardaşı olan X6 və 2/4 hissəsi X1 xüsusi mülkiyyətindədir. Cavabdehlər X4 1974-cü ildən, Cavabdeh3 1963cü ildən və Cavabdeh1 1979-cu ildən ünvan 1 ünvanında rəsmi qeydiyyatdadırlar. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən aşağıdakıları qeyd etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun hə ll edilməlidir. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, tərəflər arasındakı mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Mənzil Məcəlləsinin (məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qanunvericilik mübahisənin yarandığı vaxt qüvvədə olan yox, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının tətbiq edilməsini nəzərdə tutduğundan, hazırkı mübahisə üzrə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsi tətbiq olunmalıdır) 53-cü maddəsinin 1-ci hissəsinə əsasən, kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini kirayə müqaviləsindən irəli gələn bütün hüquqları malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü hissəsinə əsa sən, kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüffat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Adı çəkilən Məcəllənin 123-cü maddəsinə görə isə, “yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır”. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə tətbiq edilməli olan maddi hüquq normasını səhv tətbi q etmişdir. Belə ki, qeyd olunduğu kimi tərəflər arasında olan mübahisəli hüquq münasibətləri 2000-ci il sentyabrın 1-dək yaranmışdır ki, belə olan halda da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən, yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı hazırki mübahisə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun deyil, Mənzil Məcəlləsinin (01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsi) 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Belə ki, yuxarıda istinad edilən 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən,... icarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərüffat aparan digər şəxslər də icar ədarın ailə üzvləri hesab edilə bilərlər. Göründüyü kimi qeyd olunan normanın tələbləri baxımından cavabdehlər mübahisəli evə qeydiyyata düşməklə orada yaşamışlar və icarədarın ailə üzvləri ilə birlikdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malik olmuşlar. Belə ki, adı çəkilən Məcəllənin 123-cü maddəsinə görə isə, “yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Digər tərəfən apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, istinad olunan Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən, “kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin m üəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir”. Həmin Məcəllənin 87-ci maddəsinə görə isə, “kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir”. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir”. Göründüyü kimi qanunvericilik, yaşayış sahəsinə əldə edilmiş istifadə hüququnun itirilməsini şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsi ilə şərtləndirir; cavabdehlərin isə mübahisəli mənzildən öz istəkləri ilə daimi yaşamaq üçün getməkləri işin faktiki halları ilə öz təsdiqini tapmır, habelə işdəki sübutların məcmusu da onların kön üllü şəkildə həmin mənzili tərk etdikləri və beləliklə də mənzilə dair hüquqlarının itirilməsinə münasibətdə keçmiş Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsasların mövcud olduğu qənaətinə gəlməyə əsas vermir. Yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad etməklə Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, cavabdehlər X4, Cavabdeh3 və Cavabdeh1 mübahisəli ünvana qeydiyyata düşməklə, iddiaçının ailə üzvləri ilə birlikdə həmin ünvanda uzun müddət yaşamışlar. Bundan başqa, cavabdehlər X4, Cavabdeh3 və Cavabdeh1 başqa yerdə rəsmi yaşayış yeri müəyyən edilməmiş, onların daimi əsaslarla getmələrini iddiaçı tərəf sübut edə bilməmişdir. Belə olan halda apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, cavabdehlər X4, Cavabdeh3 və Cavabdeh1 *** saylı fərd i yaşayış evinin İddiaçı məxsus 1/4 hissəsinə olan istifadə hüquqlarının itirilmiş hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən iddia tələbi əsassız hesab edilməlidir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Belə ki, kassator 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinin hazırki münasibətlərə tətbiqinin qanunsuzluğu ilə bağlı dəlillə koll egiya razılaşmır. Belə ki, cavabdehlərin həmin mənzilə köçüb yaşamaları, habelə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı 2000-ci ilin 1 sentyabrınadək olan dövrə təsadüf etdiyindən apellyasiyan instansiyası məhkəməsi düzgün olaraq Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilən qərarına istinad etməklə mübahisəni məhz qüvvədən düşmüş Mənzil Məcəlləsinin müddəalarına uyğun həll etmişdir. İstinad edilmiş Mənzil Məcəlləsinin 123-cü maddəsinin məzmununa baxdıqda isə bu müddəanın məhz mülkiyyətdə olan yaşayış sahəsinə aid münasibətləri tənzimlədiyini müəyyən etmək olar. Apellyasiya istansiyası məhkəməsi Mənzil Məcəlləsinin 53-cü maddəsinə sadəcə olaraq analogiya üzrə də istinad etməklə cavabdehlərin mənzilə köçən zaman ailə üzvü qismində köçürülməsinə qiymət vermişdir. Kassasiya kollegiyası bütün bu qeyd edilənlərə əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, payların real bölgüsü aparılmamış ümumi paylı mülkiyyətdə olan evin ¼ hissəsi cavabdehlər X4 və Cavabdeh3 oğlu və Cavabdeh1 qardaşı olan X6, habelə 2/4 hissəsi də digər şəxsin mülkiyyətində olduğundan onların buna dair münasibətini bilmədən cavabdehlərin mənzilin bütün sahəsindən çıxarılması tələbi özü-özlüyündə ümumi mülkiyyətin idarə olunması qaydaları ilə bağlı Mülki Məcəllənin müddəalarına da ziddir.Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər; H əmin Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.11.2018-ci il tarixli, 2(103)-11695/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul e dildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Sənan Hacıyev
Məhkəmə qərarları › İş №2(102)-3216/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3216/2019
06.05.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver