Məhkəmə qərarları › İş №2(102)-3217/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3217/2020

21.08.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3217/2020 21.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(107)-xxx/2020 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Yevlax Rayon Məhkəməsinin (hakim G.Cavadova) xx.xx.2019-cu il tarixli, 2(039)-xxx/2019 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3, eyn i zamanda müstəqil tələb irəli sürən üçüncü şəxs X5 cavabdehlər Cavabdeh1, Cavabdeh2, X9 və Cavabdeh3 qarşı “həyətyanı torpaq sahəsindən və evdən çıxarılma” tələbinə dair iddiaları qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X7 və Cavabdeh3 onların mülkiyyətində olan Yevlax rayonu Havarlı kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılmaları qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Hüseynov, M.Hüseynov, M.Müseynov) xx.xx.2020-ci il tarixli, 2(107)-xxx/2020 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Yevlax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(039)-xxx/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Cava bdeh2 iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, X9 və Cavabdeh3 qarşı “həyətyanı torpaq sahəsindən və evdən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X7 və Cavabdeh3 onlara məxsus olan Yevlax rayonu Havarlı kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılmalarıbarədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs cavabdehlər Cavabdeh1, Cavabdeh2, X9 və Cavabdeh3 qarşı “həyətyanı torpaq sahəsindən və evdən çıxarılma, həmçinin maddi ziyan” tələbinə dair iddia ərizə si ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X7 və Cavabdeh3 onlara məxsus olan Yevlax rayonu Havarlı kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılmaları, həmçinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, X6 və Cavabdeh3 onlara vurulmuş maddi ziyanın əvəzi olaraq 26400 manat pulun alınaraq onlara ödənilməsibarədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X7 və Cavabdeh3 onlara məxsus olan Yevlax rayonu Havarlı kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılmaları, həmçinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, X6 və Cavabdeh3 onlara vurulmuş maddi ziyanın əvəzi olaraq 26400 manat pulun alınaraq onlara ödənilməsibarədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətlərinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh2 və vəkili Qənbərov Əziz Həbib oğlu kasasiya şikayətini onunla əsaslandırmışlar ki, cavabdehlər Kəlbəcər rayonundan məcburi köçkündürlər. Cavabdeh2 həmin torpaq sahəsini və tikilini 1997-ci il tarixdə X4 şifahi alqı-satqı müqaviləsi əsasında satın almışdır. Rəsmi qaydada müqavilə bağlanmasını X4 tələb etsə də, ona rəsmi müqaviləyə ehtiyac olmadığını, gələcəkdə də heç bir problem yaranmayacağını bildirərək onları inandırmışdır. Hüquqi savadı az olması səbəbindən cavabdeh ona inanmış və şifahi müqavilə ilə kifayətlənmişlər. Bundan başqa o, 2010cu il tarixdə yenidən X8 müraciət edərək torpaq sahəsini və tikilini adına rəsmiləşdirməsini xahiş etmişdir. X2 torpaq sahəsini və tikilini guya ona icarəyə verdiyini bildirmiş, torpaq sahəsini və tikilini adına rəsmiləşdirilməsindən imtina etmişdir. Hətta X1 Rayon Məhkəməsində həyat yoldaşı Cavabdeh1 Göyəndik qızına qarşı “həyətyanı torpaq sahəsindən və evdən çıxarılma” tələbinə dair iddia qaldırmışdır. Həmin iddiaya həyat yoldaşı Cavabdeh1 tərəfindən “iddianın rədd edilməsi, əqdin bağlanmış hesab edilməsi, 0.25 ha torpaq sahəsinə və içərisindəki tikiliyə mülkiyyət hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia verilmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxx 2012-ci tarixli qətnaməsi ilə ilkin iddia üzrə iddia tələbi rədd edilmiş, qarşılıqlı iddia tələbi isə təmin edilmişdir. Hə min qətnamədən X12 tərəfindən verilmiş apelyasiya şikayəti əsasında işə Şəki Apellyasiya Məhkəməsində baxılmış və Şəki Apellyasiya Məhkəməsinin 2(107)-xxx/2012 saylı, xx xxxxxxx 2012-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək Yevlax Rayon Məhkəməsinin qətnaməsinin ilkin iddia tələbinə dair hissədə dəyişdirilmədən saxlanılması, qarşılıqlı iddia tələbi ilə bağlı hissəsində isə ləğv edilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmişdir. Hazırkı iddia ərizəsi X5 övladları tərəfindən onun mənafeyinə uyğun olaraq verilmiş və X5 2012-ci il tarixdə verdiyi iddia tələbi ilə eynilik təşkil edir. Halbuki, Mülki- Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq v arisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Lakin məhkəmə bu fakta da düzgün hüquqi qiymət verməmişdir. Bundan başqa məhkəmə işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış və düzgün olmayan qətnamə çıxarmışdır. Belə ki, onun mübahisəli torpaq sahəsini və fərdi yaşayış evini 1997-ci ildə X4 alqısatqı əsasında aldığını qonşular və digər kənd sakinləri də təsdiq edir. Bundan əlavə, məhkəmə yekun qətnamə çıxararkən Azərbaycan Respublikası qanunvericiliyinin və Beynəlxalq hüququn bir sıra tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, cavabdehlər məcburi köçkündürlər və onlar yaşayış yeri ilə təmin olunana kimi çıxarılmalarını n tələb edilməsi qanunsuz və əsassızdır. Çünki onların başqa yaşayış yerləri yoxdur. Qeyd olunanlara əsasən onlar iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(107)-320/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın tamamilə rəddi edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3, Cavabdeh2, vəkili Qənbərov Əziz Həbib oğlu, digər cavabdehlər Cavabdeh1, X13, Cavabdeh3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X12 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsin ə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddiaların qismən təmin edilməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş Yevlax Rayon Məhkəməsinin 2(039)-xxx/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçının Cavabdeh1 qarşı “həyətyanı torpaq sahəsindən və evdən çıxarılma” tələbinə dair ilkin iddiası rədd, Cavabdeh1 İddaçıya qarşı“əqdin bağlanmış he sab edilməsi, torpaq sahəsinə və tikintiyə mülkiyyət hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddiası isə təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-xxx/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsi ilə Yevlax Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi qarşılıqlı iddiaya aid hissədə ləğv edilərək, qarşılıqlı iddia təmin edilməmiş, həmçinin Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının eyni tarixli qərardadı ilə iddiaçı X5 Cavabdeh1 qarşı “həyətyanı torpaq sahəsindən və evdən çıxarılma” tələbinə dair ilkin iddiasından imtina etməsi qəbul edilərək, Yevlax Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilkin iddiaya aid hissədə ləğv edilmiş və ilkin iddia üzrə icraata xitam verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)xxx/ 2013 saylı, xx.xx.2013-cü il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya kollegiyasının iclasında müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi “Torpağın mülkiyyətə verilməsinə dair” JN-107F saylı şəhadətnamə əsasında iddiaçıların mülkiyyətinə verilmiş, xx.xx.2014-cü il tarixdə isə yaşayış evi tam X5 xüsusi mülkiyyətinə, torpaq sahəsi isə onun və iddiaçıların ümumi birgə mülkiyyətinə verilmişdir. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-107F saylı şəhadətnamə ilə yalnız 0,25 ha torpaq sahəsi X12 və ailəsinin mülkiyyətinə verilmiş, X12 xx.xx.2012-ci il tarixdə hazırkı iş üzrə Cavabdeh1 qarşı “həyətyanı torpaq sahəsindən və evdən çıxarılma” tələbinə dair iddia ilə müraciət etmiş, lakin sonradan iddiasından imtina etmiş, hazırda isə müstəqil tələb irəli sürən üçüncü qismində işə qoşularaq, həm də eyni cavabdehə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyаnın 1 sаylı Protok olunun 1-ci mаddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyy ətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə min miş qətnaməsi... qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Qeyd olunan fərdi yaşayış evinə dair X5 mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdən yaranmışdır, həmin tarixdə o, öz adına müvafiq çıxarış almışdır. Bununla da müəyyən olunur ki, X12 yeni əsasla hazırkı iddiasını qaldırmışdır. Bundan əlavə, tərəflər arasında mübahisəli həyətyanı torpaq sahəsi və evlə bağlı münasibətlər davam edən münasibətlərə aid olduğundan birinci instansiya məhkəməsi hesab etmişdir ki, X12 hazırkı iddianı irəli sürməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Məhkəmə qətnaməsi haqqında” xx xxxx 1997-ci il 2 №-li Qərarının 18-ci bəndində göstərmişdir ki: “... Davam edən hüquq münasibətlərində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olması eyni tərəflər arasında, eyni predmetə dair, eyni əsaslar üzrə ikinci qətnamənin qəbul edilməsini istisna etmir.” Digər tərəfdən, hazırkı iş üzrə iddiaçılar başqa şəxslərdir və onlar əvvəlki işdə tərəf olmamışlar. Həmçinin, hazırkı iş üzrə cavabdehlər Cavabdeh2, X13 və Cavabdeh3 da əvvəlki iş üzrə cavabdeh olmamışlar. Belə olan halda Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsində nəzərdə tutulan “eyni tərəflər arasında” məfhumu da aradan qalxmış olur. Cavabdehin iddiaya etirazının digər dəlili-torpaq sahəsini və tikilini şifahi alqı-satqı müqaviləsinə əsasən 900 ABŞ dollarına X4 alması ilə bağlı isə apelyasiya kollegiyası qeyd etmişdir ki, yuxarıda qeyd olunan hazırda qüvvədə olan məhkəmə aktları ilə həmin hallara hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsi nə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilənlərə əsasən apelyasiya kollegiyası birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gəlmişdir. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kasasiya şikayətlərinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə əsasən eynilik təşkil etmiş, apelyasiya kollegiyası apelyasiya şikayətlərin in dəlilləri üzrə düzgün hüquqi mövqedə olmuş, kasasiya yoxlaması zamanı da müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi iddiaçıların və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxsin mülkiyyətindədir və bu səbəbdən cavabdehlərin həmin torpaq sahəsindən və fərdir yaşayış evindən çıxarılmalarının qət edilməsi hüquqi cəhətdən düzgün mövqedir. Bununla yanaşı, cavabdehlərin məcburi köçkün olmaları ilə əlaqədar onların çıxarılmaları barədə qətnamə qəbul edilməsinin qanunsuz olması ilə bağlı dəlilinə münasibətdə isə qeyd edilməlidir ki, yuxarıda sadalanan hüquq normalarından göründüyü kimi, heç bir halda heç bir kəs mülkiyyətindən məhrum edilə bilməz və mülkiyyət hüququ həm milli, həm beynəlxalq qanunvericiliklə qorunur. Odur ki, göstərilən dəlil də kasasiya şikayətinin tə min edilməsinə əsas verə bilməz. Ümumi kasasiya yoxlaması zamanı da apelyasiya kollegiyasının maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini r əhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(107)xxx/2020 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar